Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Spotify Wrapped
Spotify Wrapped — isveçli media yayım xidməti Spotify tərəfindən 2016-cı ildən etibarən hər il keçirilən viral marketinq kampaniyası. Hər ilin dekabrında baş tutan kampaniyada istifadəçilər özlərinin ötən il ərzindəki fəaliyyətləri barədə məlumat əldə edə bilər və bu məlumatı sosial şəbəkələr vasitəsilə paylaşa bilərlər.
MRAP
MRAP (ing: Mine Resistant Ambush Protected), ABŞ tərəfindən hazırlanmış zirehli, minaya davamlıdır və pusquya qarşı effektiv müdafiə təmin edən döyüş maşınıdır. Yol kənarında yerləşdirilmiş bombalardan içərisindəki şəxsi heyətini qorumaq üçün “V” şəkilli bir gövdəsi olan yüksək şassili nəqliyyat vasitələri, gərgin münaqişə regionlarına belə təhlükəsiz şəkildə şəxsi heyəti çatdıra və ya şəxsi heyəti həmin yerdən çıxartmağı təmin edə bilirlər. Fərqli növləri vardır: 4x4 və 6x6. Avtomobilin çəkisi və ölçüləri nəzərə alınmaqla 3 ayrı kateqoriyaya bölünür. Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə olunan MRAP vasitələri BMC Sanayi ve Ticaret A.Ş. və Nurol Holdinq tərəfindən istehsal olunur.
Urap
Urap- buğa verilmiş tərəvəzlər ilə rəndələnmiş ədvalı kokos parçalarının qarışığından hazırlanan salat növü. Bu salat İndoneziya mətbəxinə, daha dəqiq desək, Yava mətbəxinə aid edilir. Urap salatından vegeterianlar üçün yeməklərə də aid edilir.
Rap
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
WAP
Simsiz tətbiqi proqram protokolu və ya Naqilsiz Qoşulma Protokolu - (ing. Wireless Application Protocol — abbr. WAP) — mobil telefonları, peycerləri və başqa daşınan qurğuları e-poçt və mətn əsaslı veb-səhifələrə təhlükəsiz giriş ilə təmin etmək üçün standart. 1995-ci ildə Unwired Planet şirkəti (sonra Phone.com və ən sonda Openware adlandı) CDMA və s. bu tip əlaqə şəbəkələri üçün HDML (Handheld Device Markup Language) dilinin bazasında yaradılmış bir protokol təklif edir. WAP (Wireless Application Protocol) haqqında ilk söhbətlər mobil bazarın liderlərindən olan Ericsson, Motorola və Nokia şirkətləri və bu problemin əsasını qoyan Unwired Planet şirkəti 1997-ci ildə birləşib WAP Forum yaratmaq qərarına gəldikdən sonra yayılmağa başlayır. 1998-ci ilin yanvarında WAP Forum (www.wapforum.org Arxivləşdirilib 2006-06-10 at the Wayback Machine) təsis edilir. XX əsrin sonunda mobil əlaqə və internet kimi fenomenləri birləşdirmək ideyasını hamı alqışla qarşılayır. Yarım il ərzində bir çox irihəcmli mobil şəbəkə və telefon sahəsində çalışan şirkətlər bu layihənin iştirakçıları oldular. Hal-hazırda 500-dən çox şirkət bu konsorsiuma üzvdür.
Trap (musiqi)
Trap musiqi janrı — 1990-cı illərin sonlarında Cənubi Amerika Birləşmiş Ştatlarında yaranan Hip hop musiqisinin bir üslubudur. "Trap" termini narkotiklərin qanunsuz satıldığı binalara aiddir. Trap musiqi janrını yaradan erkən istehsalçılara Atlantadan olan Lil Con ,Memfis, Tennessidən olan DJ Paul ilə birlikdə , Dungeon Family, Outkast, Goodie Mob və Ghetto Mafia da daxildir. Tipik lirik mövzulara narkotikin satıldığı "trap" və ya faktiki cənub "trap evi"ndə ümumi həyat və mədəniyyət daxildir. "Trap" termini narkotik alverinin baş verdiyi yerlərə aiddir. Digər mövzulara küçə həyatı, klub həyatı, Atlanta striptiz klub səhnəsi, zorakılıq, klassik Amerika nəqliyyat vasitələri və sənətçilərin cənub Amerika ətrafında qarşılaşdıqları həyat təcrübələri daxildir. Trap musiqi Bu ilkin xüsusiyyətlər, trap musiqisinin əsas səsi prodüser Shawty Redd'dən qaynaqlandı. Trap, 50 BPM-dən 88 BPM-ə qədər bir sıra templərdən istifadə edə bilər, lakin adi bir trap sürətinin tempi 70 BPM civarındadır. Cənubi Amerika Birləşmiş Ştatlarında yaranan Hip hop musiqisinin bir üslubudur. "Trap" termini narkotiklərin qanunsuz satıldığı binalara aiddir.
Tufan (MRAP)
Tufan — Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yaratdığı Azərbaycanın ilk milli minaya qarşı qorumalı nəqliyyat vasitəsi. "Tufan"ın ümumi çəkisi 12300 kq, faydalı yükü 3000 kq, heyəti 2 nəfərdir. Maşın 8 desant 8 daşıyır. Maşının uzunluğu 7360 mm, eni 2440 mm,hündürlüyü 2820 mm-dir. "Tufan"ın sürəti 85 km/saat, gediş ehtiyatı 900 km təşkil edir. Maşın 230 at gücündə 8 silindrli, dördtaktlı maye ilə soyuducunun KAMAZ EVRO 2 dizel mühərriki və mexaniki transmissiyaya ilə təchiz olunub. Sifarişdən asılı olaraq maşın istənilən digər növ mühərrik və transmissiyaya ilə təchiz oluna bilər.
Drap (kommuna)
Drap (fr. Drap) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Kont kantonu. mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Qiyom kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 5,54 km², əhalisi — 4453 nəfərdir (2006) artım tendensiyası ilə: 4341 nəfər (2012), əhalinin sıxlığı 783,6 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 4297 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 4341 nəfər.
Rap Monster
Kim Namjoon (kor. 김남준; 12 sentyabr 1994) və ya səhnə adı ilə RM — Cənubi Koreyalı reper 2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən qurulan K-pop musiqi qrupu olan BTSin lideri, əsas repperi, musiqi prodüseri və bəstəkarıdır. RM 2015-ci ildə ilk solo qarışıq albomu olan "RM"-ni buraxdı. 2018-ci ildə o, ikinci qarışıq albomu olan, ABŞ-nin Billboard 200-də 26-cı sıraya yüksələn və qrafik tarixində koreyalı solistin ən yüksək reytinqə malik albomu Mono-nu buraxdı. O, həmçinin Vale, Yonha, Varren Q, Qaeko, Krizz Kaliko, MFBTY, "Fall Out Boy", "Primary" və Lil Nas X kimi sənətçilərlə əməkdaşlıq edib. Kim Namcun (Koreyaca: 김남준) 12 sentyabr 1994-cü ildə Cənubi Koreya-nın Dongjak-gu şəhərində anadan olub və dörd-beş yaşında ailəsi ilə köçdüyü İlsan-da böyümüşdür. Özündən kiçik bacısı var. Uşaq ikən RM anasının istəyi ilə Friends komediya seriyalina baxaraq ingiliscə öyrənib. Tələbə ikən fəal şəkildə şeir yazırdı və yazılarına görə tez-tez mükafat alırdı. Təxminən bir il ərzində əsərlərini onlayn bir şeir veb saytına göndərdi və burada diqqət çəkdi.
Freestyle rap
Freestyle rep (azərb. Sərbəst rep‎) — Musiqi aləti və ya musiqi aləti olmadan improvizasiya üsulu. Mahnı sözləri müəyyən bir mövzu və ya struktur olmadan oxunur. Rep qarşılaşmalarında reperlər öz qabiliyyətlərini nümayiş etdirmək üçün sərbəst repdən istifadə edirlər. Ad verərək, üstü qapalı ya da başqa birilərinə söz vurulur. Ad verdiliyi an diss olaraq adlandırılır. Bu, adətən sərt olur və iynələyici olduğu üçün sərt ifadələrdən istifadə olunur. Əksəriyyətlə underground musiqi ilə məşğul olanların istifadə etdiyi növdür. Bu atışmalar Türk mədəniyyətindəki aşıq və Azərbaycan mədəniyyətindəki meyxana ilə bənzərlik göstərməkdədir.
Sərbəst rap
Freestyle rep (azərb. Sərbəst rep‎) — Musiqi aləti və ya musiqi aləti olmadan improvizasiya üsulu. Mahnı sözləri müəyyən bir mövzu və ya struktur olmadan oxunur. Rep qarşılaşmalarında reperlər öz qabiliyyətlərini nümayiş etdirmək üçün sərbəst repdən istifadə edirlər. Ad verərək, üstü qapalı ya da başqa birilərinə söz vurulur. Ad verdiliyi an diss olaraq adlandırılır. Bu, adətən sərt olur və iynələyici olduğu üçün sərt ifadələrdən istifadə olunur. Əksəriyyətlə underground musiqi ilə məşğul olanların istifadə etdiyi növdür. Bu atışmalar Türk mədəniyyətindəki aşıq və Azərbaycan mədəniyyətindəki meyxana ilə bənzərlik göstərməkdədir.
Sexe, violence, rap et flooze
Sexe, violence, rap et flooze - Busta Flexin ikinci mahnı albomu.
Sexe, violence, Rap & flooze Vol.2
Sexe, Violence, Rap & Flooze Vol.2 - Busta Flexin 2008-ci ildə çıxan mahnı albomu.
Drip Drop
Drip Drop (azərb. Damla damla‎) – Azərbaycanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Səfurə Əlizadənin müsabiqədə ifa etdiyi mahnı. Mahnının sözləri Sandra Bjurmana, musiqisi isə Stefan Örn və Anders Baggeyə aiddir. "Drip Drop" üç mahnı arasından seçilmişdir.
Arad
Arad (judets)
Araf
Araf — Bəzi dini inanclara görə cənnətlə cəhənnəmin arasındakı yerdir. Ruhlar oradan cənnətə ya da cəhənnəmə göndərilirlər.
Aran
Aran bölgəsi — Azərbaycanda coğrafi bölgə. Aran (Yevlax) — Azərbaycanın Yevlax rayonunda qəsəbə. Aran (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Aran (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Aran (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Aran (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Aran (Qırxbulaq) — Azərbaycanın Qırxbulaq nahiyəsində kənd. Aran iqtisadi rayonu — Azərbaycan Respublikasının şərti iqtisadi rayonlarından biri. == Həmçinin bax == Aranlı Arançı Aranilər Arran Arran – Qafqaz Albaniyasının yarıəfsanəvi hökmdarı.
Araq
Araq (rus. водка [ˈvotkə]) — rektifikasiya edilmiş etil spirtinin su ilə qarışığı spirtli içki. Araq hazırlamaq üçün spirtin su ilə qarışığını aktivləşdirilmiş kömürdən keçirib süzürlər. Tərkibində həcmcə əsasən 40, 50 və 56% spirt olan araqlar hazırlanır. Bəzi ot, çiçək, ədviyyat və s. cövhərlərini arağa əlavə etməklə onun müxtəlif növlərini almaq olur. Arağın başqa növləri qıcqırdılmış meyvə şirələrinin (üzüm, albalı, tut, zoğal və s.) distilləsindən alınır. Dünyada məşhur ticarət markasına çevrilmiş "Vodka" 1865-ci il yanvarın 31-də kimyaçı Dmitri Mendeleyev tərəfindən yaradılıb. O, həmin gün "Spirtin suyla qarışdırılması haqqında" doktorluq dissertasiyasını müdafiə edib. Mendeleyevin hazırkı həmkarları hesab edirlər ki, klassik 40%-lik arağın yaranması məhz həmin dissertasiya işinin nəticəsidir.
Araş
Araş — kişi ad. Araş (müğənni) — müğənni. Araş Firdovsi — Dryu Hyuston ilə birlikdə "Dropbox" xidmətinin banisi.
EMAP
Ascential plc (əvvəllər EMAP və Top Right Group) — Birləşmiş Krallıq media şirkəti. Şirkət sərgilər, festivallar və məlumat xidmətlərində ixtisaslaşmışdır. "Ascential plc" London fond birjasında verilmişdir və FTSE 250 İndeksinin tərkib hissəsidir. == Tarixi == Riçard Vinfrey 1887-ci ildə "Spalding Guardian"ı, daha sonra "Lynn News" və "Peterborough Advertiser"i satın almışdır. O həmçinin, "North Cambs Echo"nun fəaliyyətini başlatmışdır. Vinfrey sonradan liberal siyasətçi və kənd təsərrüfatı hüquqlarının təbliğatçısı olmuş, qəzetlər onun siyasi baxışlarını təbliğ etmək üçün istifadə edilmişdir. İkinci Dünya müharibəsi illərində Vinfreyin qəzetdən gələn gəlirlər onun oğlu Riçard Pattinson Vinfreyə keçməyə başlamışdır. 1947-ci ildə Pattinson Vinfreyin rəhbərliyi altında ailənin qəzetləri "East Midland Allied Press" (EMAP) adı altında birləşdirilmişdir. 2012-ci ilin mart ayında şirkət adının "Top Right Group" olaraq dəyişdiriləcəyini və jurnalların, tədbirlər və məlumat bizneslərinin üç müstəqil şirkətə ayrılacağını elan etmişdir. "EMAP" adı o vaxt .irkətin dövriyyəsinin təxminən 18 faizini təşkil edən jurnalların fəaliyyəti üçün istifadə olunmağa davam edəcəkdi.
Etap
Etap – [fr. etape – məntəqə] 1)yolun, məsafənin bir hissəsi; 2)hər hansı keyfiyyət dəyişikliyi və ya hadisə ilə bağlı olan dövr; 3)hər hansı prosesin bir mərhələsi; 4)deologiya növü mənəviyyat haqqında təlim; 5)hər hansı bir ictimai qrupun, peşənin mənəviyyatı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Flap
Flaplar — təyyarələrdə ümumiyyətlə stabilizatorun arxa tərəfində yerləşir; Qanad gövdəsini artıraraq ilk növbədə daşıyıcı qüvvəni (L) və qismən də sürükləmə qüvvəsini (D) artıran komanda səthidir. Flaplar xüsusən enmə və qalxma kimi aşağı sürətlərdə, daha yüksək daşıyıcı qüvvə tələb edilən uçuşun fazalarında istifadə olunur (açıq vəziyyətə gətirilirlər). Bir çox təyyarə növündə flapların birdən çox tənzimləmə səviyyəsi (bucağı) vardır. == Effektləri == Flaplar daşınmanı artıraraq istənilən konfiqurasiyada təyyarənin perdovites sürətini azaldır (perdovites olmasını çətinləşdirir). Təyyarənin qalxması zamanı istifadə edildikdə, təyyarənin daha əvvəl yerdən qalxmasına imkan verir. Flaplar sürüklənməni artırır. Bu təsir eniş zamanı enmə sürətini artırır. Təyyarədə qalxmadan sonra isə dırmaşma dərəcəsini azaldır və daha “dayaz” bir dırmaşmaya səbəb olur. Flaplar açıq vəziyyətdə olarkən, təyyarənin burnu (pitch) flapsız vəziyyətdən daha aşağıdadır. Bu pilota daha yaxşı üfüqi görmə qabiliyyəti verir.
Fram
Fram (boğaz) — Qrenlandiya adası ilə Şpitsbergen arxipelaqını ayıran boğaz. Fram boğazı — Nansen adasını Taymır yarımadasından ayıran boğaz. Fram (gəmi) — Qütb tədqiqatlarında iştirak etmiş gəmi.
Fran
Fran (fr. Frans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Trevu kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01166. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 370 km cənub-şərqində, Lion şəhərindən 27 km şimal və Burk-an-Bres şəhərindən 45 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 1984 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1360 nəfər (15–64 yaş) arasında 1008 nəfər iqtisadi fəal, 352 nəfər hərəkətsiz (fəaliyyət göstərici 74,1%, 1999-cu ildə 73,8%) olmuşdur. 1008 fəal sakindən 944 nəfər (507 kişi və 437 qadın) işləyir, 64 nəfər işsizdir (34 kişi və 30 qadın).
GAAP
Ümumi qəbul olunmuş mühasibat uçotu prinsipləri (ing. Generally Accepted Accounting Principles, GAAP) — milli qanunvericiliyə uyğun olaraq hər ölkədə tətbiq olunan milli mühasibat standartları (məsələn, Rusiya GAAP termini var). Bir qayda olaraq, GAAP qısaltması, fərqli praktik vəziyyətlər üçün mühasibat prosedurunun ətraflı tənzimlənməsindən fərqli bir xüsusiyyəti (xüsusən də Beynəlxalq Maliyyə Hesabatı Standartları, BMHS) olan ABŞ GAAP-a istinadla istifadə olunur. 2008-ci ilin avqust ayında ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası (SEC) beynəlxalq maliyyə hesabat standartlarına keçid və ABŞ GAAP-dan imtina üçün təklif olunan bir yol xəritəsini (ing. proposed roadmap) təqdim etdi. Xarici şirkətlərin IFRS hesabatını SEC-ə təqdim etmələrinə icazə verilir. Bununla birlikdə, 2011-ci ilin fevral ayında SEC, BMHS-nin Amerika hesabatına tətbiq edilməməsi barədə qərarı ehtiva edən başqa bir sənəd yayımladı: Boeing, Pepsico və digər şirkətlərin tələbi ilə beynəlxalq standartların məcburi tətbiq olunması üçün son tarixlər 2015-2016-cı illərə köçürüldü. Bütün Amerika şirkətlərindən ABŞ-də qızıl mühasibat standartı hesab olunan GAAP-a uyğun olaraq maliyyə hesabatlarının yayılması tələb olunur, çünki bu, sui-istifadəni minimuma endirir və hesabat istifadəçilərinin hədəflərinə uyğun gəlir. BMHS-nin əleyhdarları arasında McDonalds kimi bir çox Amerika şirkəti var ki, bu sistemə keçid nisbətən kiçik fayda ilə müqayisədə yüksək xərclərlə əlaqələndirilir. BMHS tətbiqinin tərəfdarları, sponsorluq edən və IFRS standartlarının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən Böyük Dördlərdir (KPMG ümumiyyətlə FASB-nin IASB ilə tamamilə əvəz edilməsini təklif etmişdir).
Brat
Brat — İngiltərə müğənnisi Charli XCX-nin altıncı studiya albomu. 7 iyun 2024-cü ildə Atlantic Records tərəfindən buraxılıb.
Arat
Arau
Arau və ya Aarau (alman: [ˈaːraʊ]) — İsveçrənin şimalında şəhər, Arqau kantonunun inzibati mərkəzi. Are çayı üzərində yerləşir. Dəniz səviyyəsindən 368 m yüksəklikdə yerləşir. Arau vadinin yamacında tikilmiş köhnə istehkam şəhəridir. Şəhər indiki dövrdə əhalisi sürətlə artan mühüm sənaye mərkəzidir. Kilsə, muzeylər, elektrik enerjisi, maşınqayırma və toxuculuq, dəmir-polad və ayaqqabı fabrikləri var. == Tarixi == Arau XIII əsrin axırlarında Habsburq qraflıqlarının və Avstriya hersoqluqlarının hakimiyyəti altında idi. Bir neçə kilometr aralıda onların ailə qalaları mövcud idi. 1415-ci ildə şəhər bernlilərin əlinə keçmişdir. 1531-ci ildə baş tutmuş İkinci Kappel müharibəsində protestantların rəhbəri Svinqli öldürülmüş, bundan sonra burada katoliklər ilə protestantlar arasında sülh bağlamışdır.
Əraf
7-ci surə
Ərak
Ərak (İran) — İran İslam Respublikasının Mərkəzi ostanında şəhər. Ərak (Tabasaran) — Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd.