Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Haram
Haram (ərəb. حرام‎) — yerinə yetirildikdə günah yazılan, ondan çəkindikdə isə axirət savabı yazılan əməl, yaxud böyük günah. Hər dində haramın nə olduğu haqqında fərqli görüşlər var. Bəzən eyni bir dinin məzhəbləri arasında belə bir şeyin haram olub-olmaması mübahisə doğura bilir. Bununla belə, əksər dinlərdə yalan, cinayət, əxlaqsızlıq, paxıllıq, oğruluq, sehr kimi şeylər günah sayılır. Bəzi əməllər isə bir dində savab sayıldığı halda digərində haramdır. Məsələn, bütü sındırmaq islamda böyük savab olduğu halda bütpərəslikdə haramdır. Allahın qəti şəkildə, açıq dəlillərlə bildirdiyi və qəti qadağan etdiyi əməllərdir. Qumar oynamaq, yalan danışmaq, içki içmək, qeybət etmək, başqalarının haqqını tapdalamaq, dedi-qodu etmək kimi, Qadağan olunmuş əməlləri işləmək günahdır, bu günahı tərk etmək (işləməmək) isə savabdır, Haram buyurulmuş bir işi inkar edib halal hesab edən insan dindən çıxmış olur. Yəhudilikdən fərqli olaraq Xristianlıqda haram anlayışına o qədər də önəm verilməmişdir.
Maya
Maya — qadın adı. Maya Anjelu – Amerikalı şairə. Maya Saviç — Monteneqronu təmsil edən həndbolçu. Maya Zebiç — Xorvatiyanı təmsil edən həndbolçu. Maya Sandu — Moldovalı dövlət və siyasi xadim Maya Bədəlbəyli — Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü Maya Tabakova — Bolqarıstanı təmsil edən bədii gimnast.
Boko Haram
Boko Haram (əsl adı: Camaat’u Əhlus-Sünnə lid-Da’va vəl Cihad) - Nigeriyanın radikal islam sektası. 2002-ci ildə Nigeriyanın şimalında Məhəmməd Yusif adlı şəxs tərəfindən yaradılıb. Əsas məqsədi bütün Nigeriya ərazisində şəriətin tətbiqi və qərb həyat tərzinin silinməsidir. 2014-cü ilin may ayında BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatları siyahısına salınıb. == Təşkilatın məqsədi == Boko Haram müsəlmanların qərb cəmiyyətinə bənzər istənilən siyasi və ictimai fəaliyyətini "haram" sayaraq, qadağan edir. Boko Haram Nigeriya dövlətinin imansızlar tərəfindən idarə edildiyini hesab edir. Qrupun rəsmi adı "Cama'atu Əhlis Sünnə Liddə'əvəti vəl-Cihad" ərəbcə "Peyğəmbərin təlimini və cihadı təbliğ etməyə əqidəli olanlar" deməkdir. Qruplaşmanın yerləşdiyi ölkənin şimal-şərqində yerləşən Maiduguri şəhərinin sakinləri bu təşkilatı daha qısa adla - Boko Haram deyərək çağırırlar. Hausa dillindən bu ad "Qərb təhsili haramdır" kimi tərcümə edilir. Əvvəlcə "boko" saxta demək idi, amma Qərb təhsili mənasını daşımağa başladı.
Haram (dəqiqləşdirmə)
Haram — yerinə yetirildikdə günah yazılan, ondan çəkindikdə isə axirət savabı yazılan əməl, yaxud böyük günah.
Haram qalası
Qala İsmayıllı rayonunun Sulut kəndi yaxınlığında, Haram çayının sağ sahilində, çox da hündür olmayan və təbii cəhətdən son dərəcə mənzərəli bir sahədə yerləşir. Yerli sakinlər bu qalaya "Qırxotaq" və ya "Qırxqız" qəsri də deyirlər. Kirəc məhlulundan istifadə etməklə tikilən bu abidə olduqca yaxşı mühafizə olunub. Müəyyən hissələrini nəzərə almasaq abidənin divarları bütünlüklə salamat qalıb. Abidə "Qırxotaq" adlandırılsa da, oradakı otaqların sayı 40-dan çoxdur. İri dəhliz yerləri aydın görünür. Rəvayətə görə Şirvan xanları hər otaqda bir gözəl qız (hərəm) saxlayırmış və onların bir – birindən xəbəri olmazmış. Belə fikir yürüdülür ki, "Haram qalası" doğrudan həm də hərəm qalası olub. Qalaya Sulut kəndinə qədər avtomobillə kənddən qalaya qədər yolu isə piyada və ya atla getmək lazımdır.
Ümmü Haram
Ümmü Haram (ərəb. أم حرام بنت ملحان‎, Mədinə – Larnaka) — Türklər arasında , Xala Sultan və ya Ümmüxan Sultan kimi tanınan səhabə, İslam peyğəmbəri Məhəmməd peyğəmbərin bibi-əmiqızı əlaqəsi olan səhabə. Bəzi islam alimlərinin fikrincə, o, Məhəmmədin süd anasının bacısıdır. Digərləri bu qohumluğun ata və ya baba tərəfdən olduğunu iddia edirlər. Türklər arasında Xala Xatun adlanması ərəbcə xala sözü olan “hâ-le” sözündən gəlmədir. Bu gün də Anadolunun müxtəlif yerlərində ananın bacısı xala olaraq çağırılır. O, Ubadə ibn Samitin həyat yoldaşıdır. Uhud və Hüneyn kimi döyüşlərdə yaralı əsgərlərə xidmət etmişdir. Onun Suriya fəthlərində iştirak etmək üçün Şam bölgəsinə getdiyi də məlumdur. İslam tarixində ilk dəniz səfərləri başlayan xəlifə Osmanın dövründə həyat yoldaşı ilə birlikdə Kipr səfərlərində iştirak etmişdir.
Maya Anjelu
Maya Anjelu (doğum adı Marqarita Enn Conson; 4 aprel 1928[…], Sent-Luis, Missuri – 28 may 2014[…]) – Amerikalı şairə. O, alim Con Brekston tərəfindən "ən məşhur qara dərili qadın" adlandırılmışdır.[mənbə göstərin] Maya Anjelu öz uşaqlıq həyatından və ilkin böyük həyatından bəhs edən altı cildlik avtobioqrafik əsərləri ilə məşhurdur. Məhz bu ssər ona beynlxalq şöhrət gətirdi və Milli Kitab Mükafatına namizəd kimi təqdim edildi. Pulitser Mükafatı laureatıdır. Angelou, Maya (1969). I Know Why the Caged Bird Sings. New York: Random House. ISBN 0-375-50789-2 Angelou, Maya (1984). "Shades and slashes of light". In Black women writers (1950–1980): A critical evaluation, Mari Evans, ed.
Maya Bədəlbəyli
Maya Bədəlbəyli (azərb. Maya Rəhim qızı Bədəlbəyli‎; 1952-ci il Bakı şəhəri) — Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Kaliforniya Poeziya Elmləri İnstitutunun üzvü, fəlsəfə doktoru. Maya Bədəlbəyli 1952-ci ildə Bakı şəhərində anadan olub. O, Bakıda 6 saylı orta məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Rus Dili və Ədəbiyyatı Pedaqoji İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olub. Maya Bədəlbəyli universiteti bitirdikdən sonra Bakı Məişət Kondisioneri zavodunun nəzdindəki Texniki-peşə məktəbində rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə çalışıb. O, 1979-cu ildə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Qanunlarının nəşrinin hazırlanması üzrə redaksiya heyətinin redaktoru vəzifəsinə qəbul olunub. 1982-ci ildən etibarən isə Azərbaycan Mədəniyyət Nazirliyində Mədəni-Maarif şöbəsinin baş müfəttişi vəzifəsində çalışıb. Bu dövrdə o, əhalinin xalq sənətinin inkişafında mədəniyyət müəssisələrinə praktiki yardım göstərmək məqsədilə Azərbaycanın, demək olar ki, bütün bölgələrində olmuşdur. Daha sonra Mədəniyyət Nazirliyində Sosiologiya Tədqiqat Qrupunun yaradıldığı vaxtdan qrupa Maya Bədəlbəyli rəhbərlik edib. Maya Bədəlbəyli Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin və Heydər Əliyev Fondununun tədbirlərində fəal iştirak edərək Rusiya xalqları arasında Azərbaycan mədəniyyətini təbliğ edir.
Maya Hok
Maya Houk (ing. Maya Hawke; 8 iyul 1998, Nyu-York, Nyu-York ştatı, ABŞ) — amerikalı aktrisa, model və müğənni. Hok 8 iyul 1998-ci ildə Nyu-York şəhərində aktyor İtan Houk və aktrisa Uma Turmanın böyük övladı olaraq dünyaya gəlib. Valideynləri 1998-ci ilin may ayında evlənib 2005-ci ildə ayrılmışdırlar. Hokun bir qardaşı var. Atasının ikinci həyat yoldaşı Rayan Şouesdən iki ögey bacısı var. Anasının keçmiş nişanlısı investor Arpad Bassondan isə bir ögey bacısı var. Hok ata tərəfdən yazıçı Tennesse Uilyamın qohumudur. Ana tərəfdən buddist alim Robert Turmen və model Barones Nena von Şlebrüqün nəvəsidir. Şlebrüqün anası Birgit Holmquist də modeldir.
Maya Mədəniyyəti
Mayya — Qızıldərili Mayya xalqı tərəfindən qurulan Xristofor Kolumbdan əvvəlki Amerika sivilizasiyalarından biridir. Mərkəzi Amerika sivilizasiyası olan Mayya sivilizasiyası, min illər ərzində Meksikanın cənub-şərqindən, Honduras, Salvador və Qvatemalaya qədər uzanan Mezoamerika bölgəsində hökm sürmüşdür. Meksikanın cənub-şərqində beş dövlət qurmuş Mayyalar (Campeche, Chiapas, Quintana Roo, Tabasco və Yucatn), tarixləri boyu yüzlərlə dialekt istehsal etmişlər və bu dialektlərdən bəziləri günümüzdə hələ də danışılan 21–44 Mayya dilinin əmələ gəlməsini təmin etmişdir. Bu sivilizasiya e.ə.600 vasitələrində yüksəlişə keçmiş, b.e. 3-cü əsrdə qızıl dövrünə (klassik dövr, b.e. 250–900-cü illərində addım atmış, kənd-dövlətlərinin siyasi qarışıqlıqlar nəticəsində dağıldığı b.e.900-cü ilə qədər geniş bir sahədə varlığını davam etdirmiş və İspaniya işğalı ilə də, dağılma prosesinə girmişdir. Mayya sivilizasiyası bir çox baxımdan bitmiş olsa da, geniş inancın əksinə, Mayyalar yox olmamışlar, hazırda bu ölkələrdə yaşayır və Mayya dillərindən bəzilərini danışırlar. Köhnə Mayyaların (Mayyaların indiki nəsillərinə nisbətən deyilən termin) astronomiya, riyaziyyat, memarlıq və incəsənət kimi bir çox sahədə inkişaf etmiş bir mədəniyyət səviyyəsindədir. Rabinal Achi, Popol-Vuh, Çilam Balam, Mayya ədəbiyyatı bu mədəniyyətin həyatını təsvir edir. İspaniya işğalı 1697-ci ildə Itza Mayya'nın paytaxtı Tayas və Qvatemaladakı Mayyaların paytaxtı Zacpeten'in alınması ilə sona çatdı və son Mayya dövləti 1901-ci ildə paytaxtı Meksika işğalı ilə yox oldu.
Maya Neuenşvander
Maya Neuenşvander (13 fevral 1989, Bern, İsveçrə) — İsveçrəni təmsil edən marafonçu. Maya Neuenşvander İsveçrəni 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Maya Neuenşvander birinci dəfə Olimpiadaya 2012-ci ildə qatıldı. O, Londonda baş tutan Olimpiya Oyunlarında yarışdı və məsafəni 2 saat 34 dəqiqə 50 saniyəyə qət edərək 118 marafonçu arasında 50-ci yeri tutdu. Maya Neuenşvander növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 34 dəqiqə 27 saniyəyə qət edərək 157 marafonçu sırasında 29-cu yeri tutdu.
Maya Sandu
Maya Sandu (24 may 1972, Risipen[d], Faleşt rayonu[d]) — Moldova Respublikasının Dövlət və Siyasi Xadimi; Moldova Respublikasının 6-cı Prezidenti (16.11.2020), Moldova Respublikasının tarixində ilk qadın-prezident. Moldova Respublikasının Baş Naziri (08.06.2019–14.11.2019), Moldova Respublikası Parlamentinin üzvü (30.11.2014–08.06.2019), Moldova Respublikasının Təhsil Naziri (24.07.2012–30.07.2015). Maya Sandu 1972-ci il mayın 24-də Moldova SSR-nin Faleşt rayonunun Risipen qəsəbəsində Grigori və Emiliya Sandunun ailəsindən anadan olub. Rumın, rus, ingilis və ispan dillərini bilən Maya Sandu, ailəli deyil. 1989–1994-cü illərdə 152 nömrəli addım-addım təhsil müəssisəsində təhsil alan Maya Sandu, 1995–1998-ci illərdə Moldova Prezidenti yanında Dövlət İdarəçiliyi Universitetində beynəlxalq əlqaqələr üzrə təhsil alıb. 2010-cu ildə isə o, Con Kennedi adına Dövlət İdarəçiliyi Harvard İnstitutunu bitirib.
Maya Saviç
Maya Saviç (29 aprel 1976, Berane) — Monteneqronu təmsil edən həndbolçu. Maya Saviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Maya Tabakova
Maya Tabakova (11 may 1978) — Bolqarıstanı təmsil edən bədii gimnast. Maya Tabakova Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Maya Yoşida
Maya Yoşida (d. 24 avqust 1988) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 61 oyun keçirib, 6 qol vurub.
Maya Zebiç
Maya Zebiç (d. 31 may 1982; Split, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. Maya Zebiç Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Maya dəyəri
Maya dəyəri — müəssisənin istehsalat-təsərrüfat fəaliyyətini hərtərəfli əks etdirən və işinin səmərəliliyini xarakterizə edən ümumi göstəricidir. Maya dəyəri məhsulun hazırlanması və satışına müəssisə və birliklərin cari xərclərinin (pul ifadəsində) cəmini göstərir. Bu xərclər xammala, əsas və köməkçi materiallara, yanacaq və enerjiyə sərf olunan xərcləri, əmək haqqını, məhsulların hazırlanması prosesində əsas fondlardan istifadə olunması ilə bağlı və b. xərcləri (o cümlədən hazırlanmış əmtəə məhsulların stansiyaya göndərilməsi və nəqliyyat vasitələrinə yüklənməsi) özündə cəmləşdirir. Sənaye müəssisələrinin işində məhsulların maya dəyəri əsas keyfiyyət göstəricilərindən biridir. Məhsullarının istehsalı, əməyin məhsuldarlığının yüksəldilməsi, dövriyyənin sürətləndirilməsi, əməyin təşkilinin və istehsalının yaxşılaşdırılması və planın artıqlaması ilə yerinə yetirilməsi — bütün bunlar son nəticədə, istehsal olunan məhsulların maya dəyərinə təsir göstərir. Odur ki, məhsulun maya dəyəri göstəricisinə görə sənaye müəssisəsinin fəaliyyətinin keyfiyətini qiymətləndirmək olar. Maya dəyəri qiymətin əsas tərkib hissələrindən biridir və ona görə də maya dəyərinin aşağı salınması sistematik olaraq sənaye məhsullarının və xalq tələbatı mallarının qiymətlərinin aşağı düşməsinə səbəb olur. Maya dəyərinin və qiymətlərin aşağı salınması əhalinin alıcılıq qabiliyyətinin genişlənməsinə imkan yaradır, beləliklə, həmin məhsullara olan tələbatın, onların satış həcminin artmasına təsir edir və son nəticədə sənayenin inkişafı üçün baza yaradır.
Maya göbələyi
Maya göbələyi — təkhüceyrəli, göbələklər aləmüstünün üzvü eukariot orqanizm. Təbiətdə şəkərli mühitdə rast gəlinir. Tumurcuqlanma yolu ilə çoxalır.Məişətdə və sənaye istehsalında, çörəkbişirmə, pivəbişirmə kimi sahələrdə geniş istifadə olunur. Təbiətdə onlara ağacların gövdələrinin zədələnmiş yerlərində, çiçəklərin nektarlarında, şirin meyvələrin üzərində rast gəlmək də olur. Onun birhüceyrəli növü çox qədim zamanlardan insanlar tərəfindən yetişdirilir və xəmir qıcqırmasında istifadə olunurdu. Təbiətdə şəkər olan mühitdə rast gəlinir. Tumurcuqlanma yolu ilə çoxalır. Maya göbələyi birnüvəli, ovalşəkilli hüceyrələrdən təşkil olunmuşdur. Saprofit qidalanır. Şəkərli qida mühitində maya göbələyi tumurcuqlanma yolu ilə sürətlə çoxalır.
Maya sivilizasiyası
Mayya — Qızıldərili Mayya xalqı tərəfindən qurulan Xristofor Kolumbdan əvvəlki Amerika sivilizasiyalarından biridir. Mərkəzi Amerika sivilizasiyası olan Mayya sivilizasiyası, min illər ərzində Meksikanın cənub-şərqindən, Honduras, Salvador və Qvatemalaya qədər uzanan Mezoamerika bölgəsində hökm sürmüşdür. Meksikanın cənub-şərqində beş dövlət qurmuş Mayyalar (Campeche, Chiapas, Quintana Roo, Tabasco və Yucatn), tarixləri boyu yüzlərlə dialekt istehsal etmişlər və bu dialektlərdən bəziləri günümüzdə hələ də danışılan 21–44 Mayya dilinin əmələ gəlməsini təmin etmişdir. Bu sivilizasiya e.ə.600 vasitələrində yüksəlişə keçmiş, b.e. 3-cü əsrdə qızıl dövrünə (klassik dövr, b.e. 250–900-cü illərində addım atmış, kənd-dövlətlərinin siyasi qarışıqlıqlar nəticəsində dağıldığı b.e.900-cü ilə qədər geniş bir sahədə varlığını davam etdirmiş və İspaniya işğalı ilə də, dağılma prosesinə girmişdir. Mayya sivilizasiyası bir çox baxımdan bitmiş olsa da, geniş inancın əksinə, Mayyalar yox olmamışlar, hazırda bu ölkələrdə yaşayır və Mayya dillərindən bəzilərini danışırlar. Köhnə Mayyaların (Mayyaların indiki nəsillərinə nisbətən deyilən termin) astronomiya, riyaziyyat, memarlıq və incəsənət kimi bir çox sahədə inkişaf etmiş bir mədəniyyət səviyyəsindədir. Rabinal Achi, Popol-Vuh, Çilam Balam, Mayya ədəbiyyatı bu mədəniyyətin həyatını təsvir edir. İspaniya işğalı 1697-ci ildə Itza Mayya'nın paytaxtı Tayas və Qvatemaladakı Mayyaların paytaxtı Zacpeten'in alınması ilə sona çatdı və son Mayya dövləti 1901-ci ildə paytaxtı Meksika işğalı ilə yox oldu.
Maya Çiburdanidze
Mayya Çiburdanidze (gürc. მაია ჩიბურდანიძე; 17 yanvar 1961, Kutaisi) — Gürcüstanlı şahmat qrosmeysteri, qadınlar arasında 7-ci dünya çempionu (17 yaşında). 1961-ci il yanvarın 17-də Kutaisidə anadan olan Mayya uşaq yaşlarından şahmatla maraqlanmışdır. 8 yaşında ikən qardaşından bu oyunun sirlərini öyrənmişdi. Mayya Kutaisi pionerlər sarayındakı şahmat dərnəyinə gələrkən, onun şahmat bacarığı məşqçi Çiradzenin nəzərindən yayınmadı və onunla ciddi məşğul olmağa başladı. 1972-ci ildə Tbilisiyə köçəndən sonra, Mayyanın şahmat yaradıcılığında dönüş mərhələsi başlandı. Bir ildən sonra şahmat aləmi yeni ulduzun parlamasından xəbər tutdu. Həmin il Tbilisidə SSRİ-Yuqoslaviya görüşü keçirilirdi. Ölkənin güclü şahmatçıları başqa yarışlarda çıxış etdiyindən Yoqoslaviya çempionuna qarşı oyuna Mayya çıxdı. Beynəlxalq usta, çox təcrübəli V.Kalxbrenner 12 yaşlı Mayyaya məğlub olur.
Maya Şibutani
Maya Şibutani (ing. Maia Shibutani; 20 iyul 1994, Nyu-York, Nyu-York ştatı) — Amerika Birləşmiş Ştatları təmsil edən fiqurçu. Maya Şibutani, Aleks Şibutani ilə birgə 2008-ci ildən 2018-ci ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Şibutani cütlüyü, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarında 2 dəfə bürünc medalın sahib olub. Şibutani cütlüyü, həm də 2011-ci və 2017-ci illərdə baş tutan Dünya Çempionatlarının bürünc, 2016-cı ildə baş tutan çempionatın isə gümüş medalına sahib olub, 2 dəfə (2016–2017 və 2017–2018) ISU Qran-Pri Finalında bürünc medala, 2009-cu ildə gənclər arasında Dünya Çempionatında gümüş medala, habelə 8 dəfə (2011, 2012, 2015 və 2018-ci illərdə gümüş, 2013 və 2014-cü illərdə gümüş, 2016 və 2017-ci illərdə isə qızıl) isə ABŞ Çempionatının medallarına sahib olub. Karyerası ərzində 55 yarışa qatılan Şibutani cütlüyü, onların 14-də qızıl medal, 14-də gümüş medal, 14-də isə bürünc medal qazanıb. Maya Harumi Şibutani 1994-cü il iyulun 20-də Birləşmiş Ştatların Nyu-York ştatının Nyu-York şəhərində anadan olub. Onun atası Kris Şibutani və anası Naomi Şibutani milliyyətcə yapondurlar. O və qardaşı Aleks Şibutani, 1998-ci ildə Köhnə Qrinuiç rayonunda idmanla məşğul olmağa başladılar. Onlar, 2005-ci ildən Kolorado ştatının Kolorado Sprinqs şəhərində, 2008-ci ildən isə Miçiqan ştatının Ann-Arbor şəhərində yaşamağa başladılar.
Maya Şöne
Maya Şöne (alm. Maja Schöne‎; 1976, Ştutqart) — alman aktrisa. Şöne 1 yanvar 1976-cı ildə Ştutqartda anadan oldu. Özündən böyük bir qardaşı var. 1997-ci ildə aktrisa olmağa qərar verdi və 2001-ci ildə Westphalian Drama School-da təhsil almağa başladı. Şöne 2001-ci ilin fevral ayında Hamburqa köçdü. 2004-cü ildə Cowgirl filmi ilə film karyerası başladı. 2008-ci ildən 2013-cü ilə qədər Tatort serialında rol aldı. 2011-ci ildə The Brand filmində rol aldı. O, 2017-ci ildə Neu in unserer Familie adlı miniserialda rol aldı.
Passos Maya
Passos Maya (port. Passos Maia) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 5900 nəfərdir. Ərazisi 614,432 кm²-dir. Bələdiyyənin ərazisi daxilində Araukarias Milli Parkı yerləşmişdir. 2005-ci ildən 12841 hektarlıq (31730 akrlıq) ərazi mühafizə altına alınmışdır.
Çılpaq Maya
Çılpaq Maxa və ya Çılpaq Maja (isp. La Maja Desnuda) — İspan rəssam Fransisko Qoyyanın 1790 və 1800-cü illər arasında tamamladığı təxmin edilən rəsm əsəridir. "Çılpaq Maxa" əsərindən ilk bəhs edən Manuel de Qodoyun şəkil kolleksiyası haqqında məqalə yazan alim və yazıçı Pedro Qonzales de Sepulveda olmuşdu. Sepulveda bu məqaləni 1800-ci ildə yazmışdı. Əsər hazırda Madriddəki Prado muzeyində sərgilənir. Rəssam bu əsəri kilsənin İspaniyada çılpaq qadın şəkillərinin çəkilməsini qadağan etdiyi bir dövrdə, İspaniya baş naziri Manuel de Qodoyun istəyi ilə çəkmişdi. Şəkil Qodoyun kolleksiyasına 12 noyabr 1800-cü il tarixində daxil edilmişdir. Qoyya bu əsərində üzərində yastıqlar olan yataqda uzanmış çılpaq bir qadını təsvir etmişdi. Bu əsər XIX əsr romantizmindəki erotik cərəyanın əsas əsərlərindən biri hesab olunur. "Çılpaq Maxa" əsərindəki modelin rəssamın "Su satıcısı", "Geyimli Maxa" və "Yemişan satıcısı" adlı əsərlərindəki modellər kimi səmimi bir şəkildə izləyicinin gözlərinin içinə baxması, qadına cinsi baxımdan asan əlçatan bir imic qazandırmışdır.
Maya Qurci
Maya Qurci (ukr. Майя Михайлівна Гурджі; 25 may 1946, Simferopol – iyun 1992, Simferopol) — Sovet və Ukrayna musiqişünası və müəllimi. Ukrayna Bəstəkarlar İttifaqının üzvü. 25 may 1946-cı ildə Simferopolda krımçak ailəsində anadan olub. Simferopol Musiqi Kollecinin məzunudur. 1971-ci ildə Qnessinlər adına Dövlət Musiqi və Pedaqoji İnstitutunun (Moskva) tarix, nəzəriyyə və bəstəkarlıq fakültəsini bitirmişdir. 1971-ci ildən Simferopol 1 saylı Uşaq Musiqi Məktəbində dərs deyirdi, 1975-ci ildən rayon radiosunda musiqi şərhçisi kimi fəaliyyət göstərmişdir. 1978-ci ildə Ukrayna Bəstəkarlar İttifaqının üzvü olur. Jurnal və qəzetlərdə məqalələrin, mühazirələrin, radio və televiziya proqramlarının müəllifidir. O, bəstəkar A. S. Karamanovun əsərlərinin təbliği ilə məşğul olmuş, onun haqqında bir sıra məqalələr yazmışdır.
Qaymaq
Qaymaq — süd məhsulu. Yağ əldə etmək və yemək üçün istifadə olunur. Qaymaq almaq üçün qaynanmış südü qablara (teşt, tabaq və s.) töküb 15—20 saat saxlayırlar. Bu müddətdə südün qaymaq adlanan yağlı hissəsi üzə çıxır. Buna görə də qaymaq xalq arasında bəzən üz adlanır. Süd məhsullarının, o cümlədən qaymağın alınması gil qabların hazırlandığı Neolit dövrünə aiddir. Hazırda qaymaq sənaye üsulu ilə də alınır. Standarta görə tərkibində 20% yağ olan qaymaq adi, 35% yağ olanı isə yağlı qaymaq adlanır. Qaymağın tərkibində A, B, E, C vitaminləri, həmcinin şəkər və zülal var. 1 kq qaymaqdan 5000 kalori alınır.
Yatmaq
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
Qazmaq
Düyü Qazmağı — Plov süfrəyə düzülərkən üzərinə qazmaq düzülür. Azərbaycanda düyü plovunun bir növü süzülüb sonradan dəmə qoymaqla hazırlanır. Bu üsülla hazırlanan plov süzmə plov adlanır. Yuyulub suyu süzülmüş düyü əvvəlcə islağa qoyulur, sonra isə duzlu suda bir az qaynadılır, süzülür və təpə şəklində qalaq-qalaq qazmağın üzərinə yığılır, zəfəran vurulur və yağ əlavə olunur. Düyü dəmə qoyulur. Düyünün altına qoyulan qazmaq bişərkən qızılı rəngə çalır və xırçıldayır. Əgər qazmaq əvəzinə düyünün altına ət qoyularsa buna "döşəmə plov" deyilir. Plov süfrəyə verilərkən üzərinə qazmaq düzülür. Qazmağı düyünün özündən, yağlı xəmirdən, nazik yuxadan, hətta dairəvi kartof dilimlərindən də hazırlamaq olar. Düyüdən hazırlanan qazmağı zənnimcə çox bəyənəcəksiz.
Hamam
Hamam (ərəb. حمّام‎) — Osmanlı imperiyasının mədəniyyətinə və daha geniş İslam dünyasına aid ictimai çimərlik yeri. Təmizləmə və istirahət üsulu olaraq, hamamlar Viktoriya dövründə məşhur oldu və sonra Britaniya imperiyası və Qərbi Avropada yayıldı. Binalar termlərə (Roman hamamı) oxşayır. Rus saunalarından (banya) fərqli olaraq, hansı ki, mühit buxarını istifadə edir, hamamlarda suya üstünlük verilir.
Haramı
Birinci Haramı — Füzuli rayonunun qəsəbə inzibati ərazi dairəsi. 19 iyun 2009-cu ildən 1 №-li Qayıdış adlanır. İkinci Haramı — Füzuli rayonunun qəsəbə inzibati ərazi dairəsi. 19 iyun 2009-cu ildən 6 №-li Qayıdış adlanır. Haramı düzü — Füzuli rayonunda böyük bir sahəni əhatə edən ərazi. "Haramı" yarımstansiyası — Füzuli SES-ə aid elektrik yarımstansiyası. Haramı (İran) — İranda kənd. Haramı dağı — Ordubad rayonu ərazisində dağ. (Hünd. 1316,7 m.) Haramı aşırımı — Ordubad rayonu ərazisində aşırım.
Haran
Haran — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 85 nəfərdir. Lerik rayonunun Kirəvud inzibati ərazi vahidində yerləşən bu kənd dağətəyi ərazidədir.
Harar
Harar (Harer) — Efiopiyanın əsas islam şəhəri, daş divarlarla əhatə olunmuş məscidlər və rəngarəng bazarlar şəhəri, müsəlman elmi və məktəbləri mərkəzi. Əsrlər boyu Harardan Şərqi Afrikanı ərəb dünyası ilə əlaqələndirən ticarət karvanları keçib. Bu şəhərin çiçəklənmə dövrü XVI əsrdir. Şəhər o zaman böyük əraziyə malik, bugünkü Şərqi Efiopiyanı əhatə edən müstəqil Somali Sultanlığı olan Adalın paytaxtı olub, lakin vaxt ötdükcə Adal mövqelərini itirib. Hazırda Harara Efiopiya hökuməti nəzarət edir. Şəhərin "Cuqol" adlandırılan köhnə hissəsi son 400 il ərzində çiçiəklənmə vaxtı qonşuların hücumlarından müdafiə üçün dörd metr hündürlüyə malik divarlarla əhatə olunub. 2006-cı ildə 82 məscidə malik Cuqol YUNESKO-nun Dünya irsi siyahısına daxil edilib. 300 ildən çox müddət ərzində köhnə şəhərə giriş qeyri-müsəlmanlar üçün bağlı olub. Burada mövcud ənənəyə əsasən, köhnə şəhərdə sakinlər evlərin xarici divarlarını müxtəlif əlvan rənglərə boyayırlar. Evlər üç növdə tikilib; bəziləri Qırmızı dəniz sahilindəki ənənəvi ərəb şəhərləri memarlığını xatırladır.
Haray
Haray (roman) — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı. Haray (film) — müxtəlif illərdə çəkilmiş filmlər.
Həram
Məscidül-Həram — Məkkə şəhərində məscid. Həram (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Badam xəmiri
Badam xəmiri, Badam əzməsi, Marzipan, Marsipan və ya Martsipan — Badam tozu, yumurta sarısı və şəkər ya bal qarışıqından hazırlanır və tortlar və şokoladlarda istifadə olunur.
Barat Daya
Barat Daya (ind. Pulau Banyak) — Kiçik Zond adalarının şimal-şərq hissəsində yerləşən adalar qrupu. İnzibati baxımından İndoneziyanın Maluku vilayəti, Barat Daya dairəsi ərazisində yerləşir. == Coğrafiyası == Arxipelaqa 1 iri (Vetar (3,6 min km²) və bir neşə kiçik ada daxildir (Roma, Damar, Teun və Nila.). Ərazisi əsasən dağlıqdır. Maksimal hündürlük Vetar (1412 m) adasında yerləşir. Ekvatorial iqlimə malikdir. İl ərzində orta temperatur 25-27 ºС arasında dəyişir. Sıx meşələri savannalar əvəz edir. İl ərzində 2000 mm yağıntı düşür.
Əmiriyə
Əmiriyyə — İranın Simnan ostanının Damğan şəhristanının Əmiriyyə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,541 nəfər və 455 ailədən ibarət idi.
Anal qarmaq
Anal qarmaq - anal cinsi əlaqə və ya digər cinsi fəaliyyətlər üçün istifadə olunan, görünüşcə balıq qarmağına bənzəyən seks oyuncağı. Anal qarmaqlar daha çox paslanmaz poladdan hazırlansa da, müxtəlif materiallardan hazırlana bilər. Anal qarmağın dizaynı adətən bir ucunda metal top, digər tərəfində halqa olan əyri çubuqdur. Dildolar və anal muncuqlar kimi penetrasiya üçün nəzərdə tutulmuş digər oyuncaqlardan fərqli olaraq anal qarmaqlar daha sərt materiallardan hazırlandıqları üçün doğru istifadə olunmadıqları təqdirdə ciddi yaralanmalara səbəb ola bilər.
Sağ qalmaq
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.