CAHANGİR

is. [ fars. ]
1. Dünyanı istila edən, dünyanı tutan, ölkələr fəth edən; imperialist.
[Elxan:] Mən üzümə bir din qalxanı çəkib cahangirlərin cəlladlığını qəbul edə bilmərəm. C.Cabbarlı.
Cahangirlər bir daha güvənməsin özünə; Sarsıdacaq onları həqiqətlərin səsi. S.Rüstəm.
Keçdi yerin üzərindən qərinələr bir an kimi; Cahangirlər, hökmdarlar xəzəl olub, külə döndü. N.Rəfibəyli.

2. Çox məşhur, dünyada məşhur, cahanşümul.
[Atabəy Qətibəyə:] …Sənin atan hökmranlıq etdiyi bir məmləkətdə iki cahangir şair bir arıq inəyin südü ilə yaşayır. M.S.Ordubadi.

Синонимы

  • CAHANGİR cahangir bax 1. işğalçı; 2. cahanşümul
  • CAHANGİR fateh — istilaçı

Этимология

  • CAHANGİR Gir hissəsi farsca qereftən (götürmək, almaq) məsdərinin əsasıdır. Cahan isə “dünya” deməkdir. (Bəşir Əhmədov
CAHANDARLIQ
CAHANGİRLİK

Значение слова в других словарях