Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xarbin
Harbin (çin. 哈尔滨 (哈爾濱)) — Çin Xalq Respublikasının şimal-şərqində böyük şəhər.
Naibə
Naibə — Azərbaycanlı adı. Naibə Allahverdiyeva — Azərbaycan aktrisası, Azərbaycanın xalq artisti (2018). Naibə Rəcəbova — Azərbaycan teatr aktrisası və rejissoru. Naibə Musayeva — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru.
Xibin
Xibin — Kola yarımadasında yerləşən böyük dağ massivi. Geoloji yaşı 350 mln il civarındadır. Ən yüksək nöqtəsi - Yudıçvumçor dəniz səviyyəsindən 1200 m yüksəklikdə yerləşir. Mərkəzində Kukisvumçor və Çasnaçor platoları yerləşir.
Naibə Allahverdiyeva
Naibə Səyavuş qızı Allahverdiyeva (28 may 1963, Tbilisi) — Azərbaycan aktrisası, Azərbaycanın xalq artisti (2018). == Həyatı == Naibə Allahverdiyeva 28 may 1963-cü ildə Tbilisi şəhərində doğulub. Atası Səyavuş Allahverdiyev ilə anası Bilqeyis Məhərrəmqızı ayrılıblar. Dörd qardaşı, iki bacısı var. Rejissor Cahid Hilaloğlu Naibə Allahverdiyevanın ögey atasıdır. Naibə Allahverdiyeva M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirmişdir. Orada ona aktyor sənətindən və səhnə danışığında dörd il müddətində Fuad və Zəminə Hacıyevlər, Ələmdər Quluzadə, Mikayıl Mirzə kimi tanınmış teatr xadimləri dərs deyib. Ali təhsilli aktrisa təyinatla Naxçıvan Dövlət Musiqili-Dram Teatrına işləməyə göndərilib. Elə ilk gündən cavan aktrisaya etibar edib, Dudarevin "Astana" tamaşasında baş rol olan Alina rolunu veriblər. Sonra "Apardı sellər Saranı" tamaşasında Saranı, "Gülən adam"da Hersoginanı oynayıb.
Naibə Məmmədova
Naibə Məmmədova — Azərbaycan kimyaçı alimi, akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi işçisi. == Həyatı == Naibə Məmmədova 1959-cu il iyulun 30-da Naxçıvan şəhərində anadan olmuşdur. 1977-ci ildə akademik Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Nax. DU) kimya ixtisası üzrə təbiyyat-coğrafiya fakultəsinə qəbul olunmuşdur. İlk elmi işlərini kimyaçı alim Y. Babayevin rəhbərliyi altında T. E. C.- xətti ilə həyata keçirmiş və fəxri fərmanlarla təltif edilmişdir. Naibə Məmmədova akademik Y. Məmmədəli-yev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunu 1981-ci ildə bitirmişdir. 2004–2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin "Kimya" kafedrasının dissertantı olmuşdur. O, qalay (IV) sulfid əsasında üçlü birləşmələrin alınması sahəsində tədqiqat işləri aparmışdır. 29 aprel 2011-ci il tarixində AMEA-nın akad. M. Nağıyev adına Kimya Problemləri (indiki Kataliz və Qeyri-üzvi Kimya) İnstitutunda fəaliyyət göstərən D 01.021 Dissertasiya Şurasının iclasında "Qeyri-üzvi kimya" ixtisası üzrə "Metal (Ag+, Tl+, Cu+, Pb2+, Cu2+, Cd2+, Fe2+, Co2+, Ni2+) – SnS2-H2O sistemlərindən tiostannatların alınması və fiziki-kimyəvi xassələri" mövzusunda dissertasiya müdafiə etmiş, 2012-ci il 15 fevral tarixində kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2016-cı ildə dosent elmi adını almışdır.
Viktor Xain
Viktor Yefimoviç Xain (13 (26) fevral 1914, Bakı – 24 dekabr 2009, Moskva) — geologiya-mineralogiya elmləri doktoru, professor, geotektonika və regional geologiya sahəsi üzrə mütəxəssis, Rusiya Elmlər Akademiyasının akademiki, AMEA-nın Fəxri xarici üzvü, Paris Universitetinin fəxri doktoru, Bolqarıstan və Fransa geologiya cəmiyyətlərinin fəxri üzvüdür. == Həyatı == Viktor Yefimoviç Xain 1914-cü il fevralın 13(26)-də Bakı şəhərində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Neft İnstitutunun (indiki ADNSU) mədən fakültəsinin geoloji-kəşfiyyat şöbəsini bitirmişdir. 1940-cı ildə "Yuranın və təbaşirin fasiyaları və mezozoyda Cənub-Şərqi Qafqazın geotektonik inkişaf tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Böyük Vətən müharibəsi illərində (1941-1945) havadan müdafiə hərbi hissələrində qulluq etmişdir. 1945-ci ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) böyük elmi işçi, "Regional geologiya" şöbəsinin rəhbəri vəzifələrində işləmiş və eyni zamanda Azərbaycan Sənaye İnstitutunda müəllimlik etmişdir. 1947-ci ildə "Cənub-Şərqi Qafqazın geotektonik inkişafı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1954-cü ildən Moskva Dövlət Universitetində işləyir. 1 iyul 1966-cı ildən Yer haqqında (geologiya, geofizika) elmlər Bölməsi üzrə müxbir üzvü, 23 dekabr 1987-ci ildən geologiya, geofizika, geokimya və mədən elmləri (qlobal seysmologiya, tektonika) Bölməsi üzrə akademikdir. Viktor Yefimoviç Xain 2004-cü ildə AMEA-nın Fəxri xarici üzvü seçilmişdir.
Xain Bizans
Xain Bizans — Qani Müjdənin ssenarisini yazdığı və rejissorluğunu üstləndiyi 21 yanvar 2000-ci il çıxış tarixli türk parodiya filmi. Filmdə Mehmet Əli Ərbil, Demet Şener, Cem Davran, Hande Ataizi, Sümer Tilmaç, Ayşəgül Aldinç, Yılmaz Köksal, Nursəli İdiz kimi ustad aktyor və aktrisalar yer alır. == Mövzu == Film kenquru hücumları və quraqlıq üzündən vətənləri Avstraliyadan Fransaya köç edən Nacaroğullarının qabaqlarına çıxan itin bələdçili ilə Anadoluya gəlmələriylə başlayır. Bu dönəmdə Anadolu Şərqi Roma imperatorluğu hakimiyyəti altındadır. İmperator İlletyus bir yuxu görür və bunu kahinə yozdurur. Kahin imperatora illər sonra bu gün doğulan bir nacar oğlan uşağının əliylə öləcəyini xəbər verir. Buna görə də İlletyus nacarların yeni doğulan bütün oğlan uşaqlarının öldürülməsini əmr edir. Bizans əskərlərinin hücumu əsnasında əşirətin rəisi Süper qazi uşaqların və qadınların gizlənməsini əmr edir. Arvadı həmin gün doğulan üçəm oğullarını çaya buraxır. İllər sonra uşaqlar böyüyür.
Xain Bizans (film)
Xain Bizans — Qani Müjdənin ssenarisini yazdığı və rejissorluğunu üstləndiyi 21 yanvar 2000-ci il çıxış tarixli türk parodiya filmi. Filmdə Mehmet Əli Ərbil, Demet Şener, Cem Davran, Hande Ataizi, Sümer Tilmaç, Ayşəgül Aldinç, Yılmaz Köksal, Nursəli İdiz kimi ustad aktyor və aktrisalar yer alır. == Mövzu == Film kenquru hücumları və quraqlıq üzündən vətənləri Avstraliyadan Fransaya köç edən Nacaroğullarının qabaqlarına çıxan itin bələdçili ilə Anadoluya gəlmələriylə başlayır. Bu dönəmdə Anadolu Şərqi Roma imperatorluğu hakimiyyəti altındadır. İmperator İlletyus bir yuxu görür və bunu kahinə yozdurur. Kahin imperatora illər sonra bu gün doğulan bir nacar oğlan uşağının əliylə öləcəyini xəbər verir. Buna görə də İlletyus nacarların yeni doğulan bütün oğlan uşaqlarının öldürülməsini əmr edir. Bizans əskərlərinin hücumu əsnasında əşirətin rəisi Süper qazi uşaqların və qadınların gizlənməsini əmr edir. Arvadı həmin gün doğulan üçəm oğullarını çaya buraxır. İllər sonra uşaqlar böyüyür.
Xain Əhməd Paşa
Xain Əhməd Paşa (Albaniya – 1524, Misir) — Sultan Süleyman Qanuni dönəmi vəzirlərindəndir. == Həyatı == I Səlim dönəmində saraya alınmış, təhsilini bitirdikdən sonra miraxur rütbəsi almışdır. 1516-1517-ci illərdə Məmlüklərə qarşı çıxılan səfərlərdə iştirak etmiş, 1519-cu ildə Rumeli bəylərbəyliyinə yüksəldi. Ardından Sultan Süleyman Qanuni ilə birlikdə Belqrad səfərinə qatılmış, Böyürdələn qalasının alınmasında (8 iyul 1521) önəmli rol oynamışdır. Belqrad səfərindəki uğurları səbəbilə vəzirlik rütbəsilə mükafatlandırıldı. Rodos səfərinə əvvəlcə üçüncü vəzir olaraq qatılmış, ancaq səfər əsnasında səfərin sərdarı olaraq təyin olunmuşdur. Yunanca bildiyi üçün Rodos cəngavərləri ilə birbaşa danışıqlara girmiş, təslim olma şərtlərini müzakirə etmişdir. Sədrəzəm Piri Mehmed Paşanın əleyhinə çıxmış və onun sədarətdən alınmasında mühüm rol oynamışdır. Ancaq saray qanunlarına uyğun olmayaraq bu vəzifəyə İbrahim ağa gətirilmiş, bunun ardından öz istəyilə Misir hakimi təyin olunmuşdur (19 avqust 1523).
Xain Bizans (film, 2000)
Xain Bizans — Qani Müjdənin ssenarisini yazdığı və rejissorluğunu üstləndiyi 21 yanvar 2000-ci il çıxış tarixli türk parodiya filmi. Filmdə Mehmet Əli Ərbil, Demet Şener, Cem Davran, Hande Ataizi, Sümer Tilmaç, Ayşəgül Aldinç, Yılmaz Köksal, Nursəli İdiz kimi ustad aktyor və aktrisalar yer alır. == Mövzu == Film kenquru hücumları və quraqlıq üzündən vətənləri Avstraliyadan Fransaya köç edən Nacaroğullarının qabaqlarına çıxan itin bələdçili ilə Anadoluya gəlmələriylə başlayır. Bu dönəmdə Anadolu Şərqi Roma imperatorluğu hakimiyyəti altındadır. İmperator İlletyus bir yuxu görür və bunu kahinə yozdurur. Kahin imperatora illər sonra bu gün doğulan bir nacar oğlan uşağının əliylə öləcəyini xəbər verir. Buna görə də İlletyus nacarların yeni doğulan bütün oğlan uşaqlarının öldürülməsini əmr edir. Bizans əskərlərinin hücumu əsnasında əşirətin rəisi Süper qazi uşaqların və qadınların gizlənməsini əmr edir. Arvadı həmin gün doğulan üçəm oğullarını çaya buraxır. İllər sonra uşaqlar böyüyür.
Balben
Balben (fr. Balbins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38025. Kommunanın 1999-cu il üçün əhalisi 371 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 560 ilə 2064 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Ekiben
Ekiben (駅弁) – Yaponiyada qatar stansiyalarında satılan bento çeşidi. Ekibenlər yemək çubuqları və ya qaşıqlarla da təqdim oluna bilər. Ekiben qabları plastikdən və ya taxtadan hazırlana bilər. Bir çox qatar stansiyaları yerli yemək çeşidlərinin olduğu ekibenləri ilə məşhurlaşıb. Ekibenlərin tarixçəsi XIX əsrdən başlayır. Tezliklə ekiben uzun qatar səyahətləri zamanı ehtiyac duyulan bento çeşidinə çevrilib. Ekiben satışları 1980-ci illərdə öz pik nöqtəsinə çatmasına baxmayaraq, hava səyahətinin populyarlaşması, eləcə də, qatar səyahətinin sürətlənməsi nəticəsində satışlarda azalma başlayıb. Buna baxmayaraq, ekibenlər hələ də öz populyarlıqlarını saxlayırlar: stansiyalarda, platformalarda və ya qatarın içində satılır və ekiben qabları səyahətçilər tərəfindən bəzən suvenir kimi saxlanılır. Ekiben sadəcə Yaponiyada deyil, digər Şərqi Asiya ölkələrində də (xüsusilə Tayvan) populyardır. == Tarixi == "Ekiben" sözü yapon dilində "stansiya" mənasına gələn "eki" və "bento" sözünün qısaltması olan "ben" sözlərinin birləşməsindən yaranıb.
Kalben
Kalben Sağdıç İncesaraç, (d. 17 Yanvar 1986, İskenderun) Türkiyəli musiqiçi, söz yazıçısı və aktrisa. == Haqqında == Musiqi ilə məşğul olmağa 8 yaşında anasının aldığı Musiqi klaviaturası ilə başlayan Kalben, ilk gitarasına 14 yaşında sahib olub. 17 yaşında təqaüdlü olaraq girdiyi Bilkənt Universitetinin Beynəlxalq Münasibətlər fakültəsindən 21 yaşında məzun oldu. Müxtəlif sahələrdə işlədikdən sonra 2008-də, həmin universitetdə, Media və Mədəni İşlər üzrə magistratura oxumaya başladı. Anı gizlətməyin yolları və yadigarlar haqqında tezis verdikdən sonra iş tapmaq üçün İstanbula köçüb. Universal Pictures bazasında marka müdiri kimi işə başlayıb. Sonra ssenarist, redaktorluq, layihə idarəçiliyi, kopirayter, tərcüməçilik kimi müxtəlif işlərlə məşğul olub. Ankarada və İstanbulda, həsrətlə və nadir hallarda musiqi ilə məşğul oldu, konsert verməyə davam etdi. 18 Oktyabr 2014-də Sofar Sounds İstanbul çərçivəsində Galata-da bir evdə sadəcə gitara ilə verdiyi konsertdən yayınlanan "Sadəcə" videosu qısa zamanda Türkiyə Sofar Sounds videoları arasında ən çox izlənən oldu.
Maiden
Cozef Henri Mayden (ing. Joseph Henry Maiden; 25 aprel 1859 – 16 noyabr 1925) — Avstraliya botaniki. == Əsərləri == Bibliography of Australian Economic Botany, 1892 A Critical Revisión of the Genus Eucalyptus, en ocho volúmenes Forest Flora of New South Wales, publicado en partes entre 1904 y 1924 Illustrations of New South Wales Plants apareció publicado en 1907 Sir Joseph Banks the "father of Australia" 1909 A Census of New South Wales Plants en colaboración con Ernst Betche, 1916 The Weeds of New South Wales 1ª parte, 1920 The Flowering Plants and Ferns of New South Wales, publicado en sus últimos días == Ədəbiyyat == Hall, Norman. Botanists of the Eucalypts. — Commonwealth Scientific and Industrial Research Organisation, Melbourne, 1978. — ISBN 0-643-00271-5.
Xanten
Ksanten — Almaniyanın Şimali Reyn — Vestfaliya əyalətində iştirak edən bir şəhərdir. Şəhərin əhalisi 31 dekabr 2010 statistikasına görə 21.572 nəfərdir.
Xabez
Xabez (abq. Хьэбэз, kab.-çərk. Хьэбэз, qaraç.-balk. Хабез, noq. Хабез) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının kənd, Xabez rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir. == Coğrafiya == Xabez rayonunun mərkəzi hissəsində, Kiçik Zelençuk çayının sol sahilində yerləşir. Çerkessk şəhərindən 33 km cənub-qərbdə, Çerkessk-Arxız yolu üzərində yerləşir. Kənd yaşayış məntəqəsinin sahəsi - 65 km². Aşağıdakı yaşayış məntəqələri ilə həmsərhəddir: cənubda Əli-Berdukovski, şimal-şərqdə Elburqan və şərqdə İnjiç-Çukun.
Ben-Balben
Ben-Balben — İrlandiyada dağ. Ben Balben adlı dağ 320 milyon il əvvəl yaranmışdır. Bu çox gözəl dağ İrlandiyanın Şimal Şərqində, Slayqo şəhərindən 10 km şimalda və Slayqo qraflığı ərazisində yerləşir. Ben Balben 527 metr hündürlüyə malikdir və Slayqonun simvolu olaraq onun bütün qraflığı boyu uzanır İrlandiya əfsanələrinə əsasən, bu dağda Ben Balben adlı nəhəng qaban yaşayırdı, hansı ki, onu Diarmayd öldürdü və Dramkliffin yaxınlığında Lexna Muk təpəsində basdırdı. Dramkliff-də, U.B.Yeyts adlı böyük irlandiya şairi onun arzusuna əsasən Ben Balbennin ayaqaltı hissəsində dəfn edilmişdir Belə hesab edilir ki bu gün dağ məhz son buz dövrü vaxtı kimi görünür. Məlumdur ki, əvvəlcə o yüksək "zirvəyə" malik idi, hansı ki, bu ən uca buzlaqlarla kəsilmişdi. Ben Balben dağının tərkibi tamamilə əhəngdaşından təşkil olunmuşdur. Dağın qoynunda kənd var. Bu kəndin qeyri adiliyi ondadır ki, o ünyanın ən mənzərəli yeri olan Streymor adalarından bir az qərbdə yerləşən Vaqar adasında yerləşib. Bu adalar bir-birindən dar Vestmannasunn boğazı vasitəsi ilə ayrılıb.
Iron Maiden
Iron Maiden — 1975-ci ildə London, İngiltərədə qurulan ingilis heavy metal qrupu. Qrup bas gitarist, qrupun bir çox mahnılarının müəllifi və kollektivin daimi lideri Stiv Harris tərəfindən qurulub. Onun rəhbərliyi altında qrupda, London pivəxanalarındakı çıxışlardan beynəlxalq turnelərə qədər uzanan yolda əhəmiyyətli dəyişikliklər baş verdi. Iron Maiden'in albomları bütün dünyada 120 milyondan çox satıb (onlardan 4 albom 1-ci yeri tutur, 15 albom isə Britaniyanın 10 hit-paradına düşür). Qrup 2002-ci ildə beynəlxalq "Ivor Novello Awards" mükafatına layiq görülür. 2005-ci ildə isə qrupu Hollywood RockWalk'a (Sanset Bulvarı, Los-Anceles) "əl izi" üçün dəvət edirlər. Qrup müxtəlif heyət dəyişikliklərindən sonra nəhayət öz adını daşıyan ilk albomu Iron Maiden'i 1980-ci ildə çıxarır. Solist Bryus Dikinson'ın qrupa qatılması ilə birlikdə 1982-ci ildə "The Number of the Beast" adlı albomlarını çıxardan Iron Maiden dünya səviyyəsində şöhrətə çatır və 1980-lər boyunca arxa-arxaya çıxardıqları albomlarla böyük müvəffəqiyyət qazanır. 1993-cü ildə Dikinson qrupdan ayrılır və onun yerinə Bleyz Beyli gəlir. Bu dövrdə qrupun albom satışlarında diqqətə çarpan şəkildə düşüş hiss olunur.
Xaen
Xaen (isp. Jaén) — İspaniyanın Andalusiya avtonom icmasında yerləşən inzibati mərkəz sayılan Хaen bələdiyyəsində yerləşən şəhərdir. 424,30 кm² əraziyə malikdir. Əhalisi (2010-cu il-ə) 116 790 nəfərdən ibarətdir. Bələdiyyə Böyük Xaen rayonu tərkibində yerləşir. Şəhər provinsiyanın inzibati və sanaye mərkəzidir. Burada dəri zavodu, kimyəvi kombinat, qənnadı və tekstil fabrikləri vardır. Həmçinin istehsal həcminə görə maye qızıl kimi tanınan zeytun yağının Dünya Paytaxtı sayılır. 1 aprel 1938-ci ildə İspaniyada vətəndaş müharibəsi zamanı şəhər Alman-Faşistləri tərəfindən bombalanmışdır. Tarixi tikililərindən biri olan müqəddəs Yekatirina qəsri (Castillo de Santa Catalina) şəhər yaxınlığında görkəmli təpələrdən birinin üzərində yerləşir.
Jan Qaben
Jan Qaben (əsl adı Jan Aleksis Monkorje, 17 may 1904[…], Parisin 9-cu rayonu, Fransa – 15 noyabr 1976[…], Nöyi-sür-Sen, O-de-Sen, Fransa) — Fransız aktyor.
Joan Aiken
Con Eyken (ing. Joan Aiken; 4 sentyabr 1924[…] – 4 yanvar 2004[…]) — fövqəltəbii bədii ədəbiyyat və uşaqların alternativ tarix romanları üzrə ixtisaslaşmış ingilis yazıçısı idi. 1999 -cu ildə uşaq ədəbiyyatındakı xidmətlərinə görə MBE mükafatına layiq görülmüşdür. 1968 -ci ildə Conatan Keyp tərəfindən nəşr olunan Fısıltı Dağı üçün bir qrup İngilis uşaq yazıçısının bənzərsiz bir kitab mükafatı olan Xranitel Uşaq Bədii Mükafatını qazandı. Payız Gecəsi üçün Edgar Allan Poe Mükafatını (1972) qazandı. == Bioqrafiyası == Eyken 4 sentyabr 1924-cü ildə Sussexdəki Rye şəhərindəki Mermaid Street-də anadan olmuşdur. Atası Amerikalı Pulitzer Mükafatlı şair Konrad Eyken (1889-1973) idi. Böyük qardaşı yazıçı və tədqiqatçı kimyaçı Con Eyken (1913–1990), böyük bacısı isə yazıçı Ceyn Eyken Hodge (1917–2009) idi. Anası, Kanada əsilli Cesse Makdonald (1889–1970), Kembricdəki Redklif kollecindən məzun idi. Cessi 1930-cu ildə ingilis yazıçısı Martin Armstronqla evləndi.
Rudi Xiden
Rudolf Hiden — Avstriya futbolçu == "Praterin şiri" == 1931-ci il mayın 16-da Vyanada olmuş hadisəni o zaman idman aləmində görünməmiş sensasiya kimi qəbul etdilər. Həmin gün Avstriyanın milli futbol komandası Şotlandiya yığması ilə üz-üzə gəldi. Görüş başlamamışdan qabaq stadiona gələnlər arasında bir nəfər də olsun oyunun avstriyalıların qələbəsi ilə qurtaracağını ağlına gətirməmişdi. Çünki Britaniya adalarından gəlmiş rəqib çox güclü idi. Bununla belə, Avstriya komandası 5:0 hesabı ilə qalib gəldi. Həmin gün Avstriya yığmasının "Vundertim" - "möcüzə komanda" adını almış məşhur komandanın doğum günü sayılır. Doqquz gün sonra isə mayın 25-də təzəcə yaranmış möcüzə-komanda Berlində Almaniya yığmasını 6:0 hesabı ilə darmadağın etdi. === Paytaxt qəzeti gənc qapıçı haqqında === Vyana şəhərində nəşr olunan "Arbayter-tsaytunq" qəzeti matçdan sonra avstriyalıların qapçısı Rudi Xiden haqqında belə yazmışdı: "Qapıçı Xiden əsl möcüzə göstərdi. Onun oyunu sirkdə göstərilən tryukları xatırladırdı. Alman futbolçular avstriyalıların qapısına yaxınlaşanda Xiden onları cəsarətlə qarşılayırdı.
Xabez rayonu
Xabez (abq. Хӏабаз район, kab.-çərk. Хьэбэз район / Хьэбэз куей, qaraç.-balk. Хабез район, noq. Хабез район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Xabez auludur. == Coğrafiyası == Xabez rayonu Qaraçay-Çərkəz Respublikasının qərb hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir:şimalda Adıge-Xabl və Noqay rayonları, şərqdə Abazin və Prikuban rayonları, cənub-şərqdə Ust-Cequtinski rayonu, cənub və cənub-qərbdə Zelençuk rayonu, qərbdə Krasnodar diyarının Otradnenski rayonu. Zonalıq üzrə rayon şimaldan cənuba 2 zonaya bölünür: dağətəyi və dağlıq. Rayonda yüksəklik dəniz səviyyəsindən 500 ilə 1600 metr arasında dəyişir.
Linares (Xaen)
Linares (Xaen) (isp. Linares (Jaén)) — İspaniyada şəhər. Andalusiya muxtar birliyinin tərkibindəki Xaen əyalətində, əyalət mərkəzindən 51 km. aralıda yerləşir. Bələdiyyə Syerra-Morena rayonunun (komarka) tərkibindədir. Şəhərin ərazisi 195,1 km², əhalisi 61 306 nəfərdir (2010). Uzun illərdir ki, bu şəhərdə dünyanın ən mötəbər şahmat turnirlərindən biri keçirilir. Bu turnirdə Harri Kasparov, Anatoli Karpov, Vladimir Kramnik kimi dünya şöhrətli şahmatçılar iştirak etmişlər. == Əhalisi == == Şəkilləri == == Xarici keçidlər == Rəsmi saytı Página web del Excmo. Ayuntamiento de Linares Escuela Politécnica Superior de Linares Arxivləşdirilib 2008-04-09 at the Wayback Machine Cámara Oficial de Comercio e Industria de Linares Orquesta Sinfónica Ciudad de Linares Guía virtual de Linares LinaresVirtu@l Wiki-Enciclopedia de Linares tu portal de Linares Arxivləşdirilib 2008-05-13 at the Wayback Machine Culmina, Servicios Turísticos y Culturales.
Xarbin beynəlxalq buz və qar heykəlı festivalı
Xarbin beynəlxalq buz və qar heykəlı festivalı — hər il yanvarın 5-dən fevralın 25-dək Çinin Xarbin şəhərində keçirilir.Dünyanın ən böyük buz heykəli festivalı hesab olunur.Dünyanın müxtəlif yerlərindən festivala gələn sənətkarlar öz əsərlərini hazırlamaq üçün Sunqari çayından istifadə edirlər. == Tarixi == Xarbin festivalı ilk dəfə 1963-cü ildə keçirilib.Lakin 1985-ci ildən daimi olaraq keçilir. 2014-cü ildə festivalın 30 illik yubileyi keçirilmişdir.
Sent-Alben-de-Volserr
Sent-Alben-de-Volserr (fr. Saint-Albin-de-Vaulserre) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38354. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 36 km şimalda yerləşir.