Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xalı
Xalı — ənənəvi xalça məmulatlarının ölçü etibarilə ən böyük növü olub, çox vaxt dəst halında toxunur. Xalılar əsasən, evin döşəməsinə salındığından xalının boyu otağın ölçüsünə müvafiq olaraq, 4,5 arşından 6, bəzən isə 7 arşına çatırdı. Xalı adətən, dəst halında işləndiyindən o, "miyanə xalılar", yaxud "ortalıq xalılar" adlanmaqla, 2 arşın enində toxunurdu. Bu gün dilimizdə xalı kimi işlənən söz vaxtı ilə dilimizdə və bütün türkdilli xalqların dilində xali, qali və yaxud da qalı formasında rast gəlinir. Böyük xovlu xalçalar Ərəb əlifbalı türk ədəbiyyatında "qalı" kimi yazılmış, müəyyən zaman ərzində "xalı" formasını almışdır. "Qalı" sözü qalmaq sözü ilə də səsləşir ki, bu da xovlu xalçalara xas olan uzunömürlülük, davamlılıq mənasını ifadə edir. Bu gün də indiki İran ərazisində böyük xovlu xalçaları "qali" adlandırırlar.
Xalı kənd
Xalı kənd — Yelizavetpol quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda qışlaq. == Tarixi == Xalı kənd qışlağı Çaykənd kəndinin yaxınlığında yerləşmişdir. Tarixən kənd olmuş, sonradan sakinləri Çaykəndə köçmüşdür. 1926-cı ildə burada 5 nəfər azərbaycanlı yaşamışdır. Toponim «sahibsiz, yiyəsiz, tutulmamış, boş» mənasında işlənən xali (Azərbaycan dilinin qərb dialektində «xalı» formasında «əkilən torpaq sahəsinin əkilməmiş hissəsi» mənasında işlənir) sözü ilə, kənd çoğrafi nomeninin birləşməsi əsasında əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.
Pazırıq xalısı
Pazırıq xalısı — Pazırıq kurqanında arxeoloji qazıntı zamanı aşkar edilmiş qədim xalı. == Tarixi == Pazırıq kurqanlarından tapılmış toxuculuq nəsnələri içində "Pazırıq xalısı" adı ilə məşhur olan 1,83x2,0m ölçülü qırmızı rəngli keçə üzərində incə yun ipindən toxunan bu xalı Peterburq Ermitajında saxlanır. E.ə. V-IV əsrlər arasında hazırlandığını irəli sürən alimlər bu xalının Altaya gedib çıxmasını belə izah edirlər ki, guya bir saqa çarının sifarişi ilə yas törənində cəsədin üstünə örtük kimi hazırlanan bu xalı "Armeniyada" toxunmuşdur. Ulrix Şürman bunu "erməni sənətinin şah əsəri" adlandırmış, Volkmar Gantzhorn isə öz kitabında onun fikrini doğru saymışdır. Başqa bir Pazırıq xalısı da divardan asmaq üçün 4,5x6,5 m ölçüsündə rəngli keçədən aplike üsulu ilə hazırlanmış sənət əsəridir. Burada taxtda oturub əlində həyat ağacı tutan qutsal qadın və qarşısında gözəl geyimli bir atlı təsvir edilmişdir. Prof. F. Cəlilov güman edir ki, buradakı qadın obrazı qarşısındakı bəyə uğur diləyən ulu qam katun obrazıdır. Bu qədim xalının kurqanın altında salamat qalmasının səbəbi vaxtilə yuxarıda açılmış bir oyuqdan məzarın dibinə sızan suyun buz bağlaması və xalının buzun içində qalması idi.
Qəzənfər Xalıqov
Qəzənfər Ələkbər oğlu Xalıqov (16 dekabr 1898, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 1 mart 1981, Bakı) — Azərbaycan rəssamlıq sənətinin ilk peşəkar nümayəndələrindən biri, Azərbaycan SSR xalq rəssamı (1973). == Həyatı == Qəzənfər Xalıqov 16 dekabr 1898-ci ildə Bakı yaxınlığındakı Qobu qəsəbəsində anadan olmuşdur. 1928-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumundan məzun olmuşdur. 1929–1930-cu illərdə "Molla Nəsrəddin", 1953–1958-ci illərdə "Kirpi" jurnallarında, "Gənc işçi" qəzetində karikaturaçı rəssam kimi fəaliyyət göstərmişdir. 1934-cü ildə Firdovsinin 1000 illik yubileyi sərgisi üçün "Firdovsinin dəfni" əsərini yaratmışdır. 1940-cı ildə Nizami Gəncəvinin 800 illik yubileyi ilə bağlı "Nizaminin portreti" əsərini ərsəyə gətirərək şairin portretini yaratmış ilk rəssam olur. "Leyli və Məcnun", "Əsli və Kərəm" kimi tamaşaların səhnə və geyim tərtibatını vermişdir. O, bir sıra plakat, teatr eskizləri, qrafik silsilələrin ("Neft") müəllifidir. Q. Xalıqov 1 mart 1981-ci ildə Bakıda vəfat etmişdir. Abşeron rayonunun Qobu qəsəbəsində Qəzənfər Xalıqovun şərəfinə orta məktəb və küçə adlandırılmışdır.
Xalıkeşan nekropolu
== Coğrafi mövqeyi == Xalıkeşan nekropolu,Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Sabirkənd və Kələntər Dizə kəndlərinin yaxınlığında arxeoloji abidə. == Haqqında == Nekropol şərti olaraq çayın adı ilə adlandırılmışdır. Əslində Xaraba Gilan şəhər yerinə aiddir. Şəhərə qərbdən giriş yolu nekropolun üstündən keçdiyindən qəbirlər güclü dağıntıya məruz qalmışdır. Nekropolun yerləşdiyi dağ müxtəlif qalınlıqlı sal daş qatlarından ibarətdir. Qəbirlərin qurulmasında bu daşlardan istifadə olunmuşdur. Nekropolun çox hissəsi dağıldığından yalnız bir neçə, nisbətən salamat qalmış qəbir tədqiq edilmişdir. Bəzi qəbirlərin örtük daşlarının bir hissəsi salamat qalmışdır. Qəbirlərin dördbucaqlı planda qurbangahları vardır. Quruluşuna və planına görə Muncuqlutəpə qəbirlərinə oxşayırlar.
Xalıq Koroğlu
Xalıq Hüseyn oğlu Koroğlu (1919-2002) — Azərbaycan türkoloqu, ədəbiyyatşünası, filologiya elmlər doktoru (1969), professor. == Həyatı == Xalıq Koroğlu 24 yanvar 1919-cu ildə Aşqabadda Cənubi Azərbaycanın Sərab şəhərindən köçmüş bir ailədə anadan olmuşdur. O, fars dilində təhsil verən Nizamiyyə mədrəsəsində oxumuşdur. Daha sonra Moskva Tibb İnstitutuna daxil olmuş və 1946-cı ildə oranı bitirmişdir. Lakin Xalıq Koroğlu demək olar ki, həkim kimi fəaliyyət göstərməmişdir. Şərqşünas-alim olmaq istəyən Xalıq Koroğlu azərbaycanca, rusca, farsca, ərəbcə və türkməncəni mükəmməl bilirdi. Xalıq Koroğlu Tibb İnstitutunda oxuduğu dövrdə, yəni 1944-1946-ci illərdə Moskva Şərqşünaslıq İnstitutunda fars dili müəllimi kimi dərs demişdir. O, 1947-ci ildə Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin qiyabi bölməsinə daxil olmuş və 1952-ci ildə həmin universiteti bitirmişdir. == Əmək fəaliyyəti == Xalıq Koroğlu Tibb İnstitutunda oxuduğu ərəfədə, 1944-cü ildən 1947-ci ilə kimi Moskva Şərqşünaslıq İnstitutunda fars dili müəllimi kimi fəaliyyət göstərmişdir. Həmçinin yenə təhsilini davam etdirdiyi illərdə Moskva Dövlət Universitetinin Şərq Dilləri kafedrasının müdiri vəzifəsini icra etmişdir.
Xalıs Ələsgərov
Xalis Ələs oğlu Ələsgərov (1 oktyabr 1948, Qarabağlı, Samux rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Haqqında == 1948-ci il oktyabrın 1-də Samux rayonunun Qarabağlı kəndində anadan olmuşdur. Ümumittifaq Yeyinti Sənayesi İnstitutunun iqtisadiyyat fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. Rus dilini bilir. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 85 saylı Samux—Şəmkir—Goranboy seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olmuşdur.
Xalıt Şəlaləsi
Xalıt şəlaləsi — Şamaxı rayonunun Qaladərəsi kəndindən 3 km məsafədə meşəliklə əhatə olunmuş təxminən 30 m hündürlükdən qayadan axan şəlalə.
İran xalısı
Pers xalçası, İran xalçası (fars. فرش ايرانى‎ farsh, hərfi anlamda "yaymaq" kimi tərcümə olunur) və ya İran xalısı (قالی ايرانى qālī) — utilitar və simvolik məqsədlər üçün İranda hazırlanan, evdə istifadə, yerli və xarici bazarlarda satış üçün nəzərdə tutulmuş ağır tekstil məmulatlar. Xalçaçılıq Fars mədəniyyəti və İran incəsənətinin ayrılmaz hissəsidir. "Xalça kəməri" adlanan və ənənəvi xalçaçılıq ölkələrini birləşdirən silsilə ölkələr tərəfindən istehsal edilən, Qərbdə daha çox "Şərq xalçaları" və ya "İslam xalçaları" adı ilə tanınan xalçaçılıq məhsulları arasında İran xalçaları müxtəlif çeşidliyi və çoxsaylı dizaynları ilə seçilir. Kirman, Məşhəd, Kaşan, İsfahan, Nain, Qum və Təbriz (bir çox tədqiqatçılar tərəfindən Azərbaycan xalçaçılıq məktəbinə də aid edilir) kimi regional mərkəzlərdə toxunan xalçalar spesifik toxuma texnologiyaları, istifadə edilən rəng, naxış və materiallara görə bir-birindən fərqlənirlər. Tarixən baş vermiş tənəzzül dövründən sonra Təbriz kimi toxuculuq mərkəzləri ənənələrin bərpası və dirçəldilməsində mühüm rol oynamışlar. Kəndlərdə və müxtəlif tayfalar tərəfindən inşa edilmiş xalçalar yüksək keyfiyyətli yun materialı, parlaq və mürəkkəb rəngləri və xüsusi ənənəvi naxışları ilə fərqlənirlər. Əvvəldən planlaşdırılmış və dizayn edilmiş müəllif xalçalarından fərqli olaraq, köçəri və kiçik kənd toxucuları tərəfindən inşa edilmiş xalçalar daha cəsarətli və bəzən kobud naxışları ilə seçilir, buna görə də İranın ən autentik və ənənəvi xalçaları hesab edilirlər. Gəbbə (fars. گبه‎) və ya gəvə adlandırılan xalçalar bu ənənənin ən məşhur nümunələridir.
Əbdül Xalıq
Əbdül Xalıq (əsl adı: Əbdülxalıq Əbdül Əli oğlu Rzaquliyev; 5 may 1920, Bakı – 30 sentyabr 1988, Bakı) — Azərbaycan rəssamı, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973). == Həyatı == Əbdülxalıq Əbdül Əli oğlu 5 may 1920-ci ildə Bakıda anadan olmuşdur. O, 1934–1939-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almış, bir il sonra Moskva Rəssamlıq İnstitutuna qəbul olunsa da, Böyük Vətən müharibəsinin başlanması səbəbilə ali təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmışdır. Müharibə illərində o, həmkarları Böyükağa Mirzəzadə, Lətif Feyzullayev və Bağır Maratlı ilə birlikdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində fəaliyyətlə məşğul olmuş, müharibədən sonra Moskva Rəssamlıq İnstitutundakı təhsilinə davam etmiş və 1949-cu ildə diplomunu müdafiə edərək yenidən Bakıya qayıtmışdır. Əbdülxalıq Rzaquliyev sonralar da pedaqoji fəaliyyətinə davam etmiş, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim işləmişdir. O, 30 sentyabr 1988-ci ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == Rəssamın yaradıcılığını süjetli tablo, portret, natürmort və peyzajlar təşkil edir. O, 1940-cı ildə süjetli "Kolxozda bayram" tablosunu ictimailəşdirmiş, 1946-cı ildə təşkil olunmuş ilk "Payız sərgisi"ndə "Mənzərə" və "Bazar" lövhələrini nümayiş etdirmişdir. Onun müharibədən sonrakı illərdəki yaradıcılığında iriölçülü "Traktorçunun nəğməsi" (1957) və "Hesabat verənlər" (1961) tabloları yer alır. 1950-ci illərdə keçirilmiş respublika sərgilərində onun müxtəlif janrlı lövhələri, eləcə də "Natürmort", "Pirsaat çay", "Toran çağı", "Dağlar", "Günəşli gün" və "Mənzərə" adlı etüd xarakterli əsərləri sərgilənmişdir.
Əbdül Xalıqov
Əbdül Xalıqov — Azərbaycan SSR DTK-nın sədr müavini (1970–1985), SSRİ DTK-nın fəxri əməkdaşı (1964), Azərbaycan SSR-in Əməkdar hüquqşünası (1980), general-mayor (1974). == Həyatı == Xalıqov Əbdül Süleyman oğlu 24 yanvar 1915-ci ildə Rusiya imperiyasının Amur vilayətinin Blaqoveşenskiy zavod kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, bir müddət kolxozda işləmiş, 1934-cü ildə ordu sıralarına çağrılmış və Azərbaycan diviziyasının 77-ci polkunda bölmə, taqım komandiri və batareya komandirinin köməkçisi vəzifələrində xidmət etmişdir. 1936-cı ildə ordu sıralarından ehtiyata buraxılmış və həmin vaxtdan Şamaxı rayonunun milis orqanlarında işləmişdir. 1941-ci ildən əmək fəaliyyətini Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində davam etdirmişdir. 1943–1952-ci illərdə DTK-nın Kürdəmir və Yevlax rayonlarının şöbə rəisi vəzifələrində işləmiş, 1952-ci ildə Azərbaycan SSR DTK-nın mərkəzi aparatına keçirilmişdir. 1953-cü ildə Kirov adına ADU-nun hüquq fakültəsini bitirmişdir. 1954-cü ildə Azərbaycan SSR DTK-nın partiya təşkilatının sədri seçilmişdir. 1965-ci ildə Azərbaycan SSR DTK-nın 2-ci şöbəsinə (əkskəşfiyyət) rəis, 1970-ci ildə isə sədr müavini vəzifəsinə təyin edilmiş və həmin vəzifədə 1985-ci ilədək işləmişdir. 1974-cü ildə ona general-mayor rütbəsi verilmişdir.
Alisa Xalıyeva
Alisa Xalıyeva (26 sentyabr 1978, Bakı) — Azərbaycanı təmsil edən üzgüçü. == Karyerası == Alisa Xalıyeva Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 50 metr məsafəyə sərbəst üsulla üzmə turnirinin təsnifat mərhələsində 28.78 saniyə nəticə göstərdi və 58-ci pillənin sahibi olub.
Fikrət Xalıqov
Fikrət Xalıqov— filologiya elmləri doktoru, dilçi və folkşunas alim. Azərbaycan Dövlət Pedaqoji Universitetinin azərbaycan dili və onun tədrisi metodikası kafedrasının professoru, Şəkinin ensiklopedik şəxslərini əhatə edən bioqrafik məlumatlar toplusunun – Şəki: Alim və ziyalılar kitabının həmmüəllifi. == Həyatı == Fikrət Xalıqov 28 mart 1949-cu ildə Nuxa rayonunun Baş Layısqı kəndində anadan olub. 1966-cı ildə orta məktəbi bitirib. 1966 – 1971-ci illərdə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Avropa dilləri fakültəsində alman və azərbaycan dilləri ixtisası üzrə təhsil alıb. 1971 − 1973-cü illərdə Qəbələ rayonunu Mirzəbəyli kənd məktəbində ixtisası üzrə müəllim, 1974-cü ildə Ağdam şəhərində Maarif işçiləri evində müavin vəzifəsində çalışıb. Fikrət Xalıqov daha sonra 1979 − 1992-ci illərdə Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, şöbə müdiri işləyib. == Elmi fəaliyyəti == Fikrət Sadıqov 1984-cü ildə "Milli -Qarabağ düzü toponimiyası (Ağdam, Ağcabədi və Bərdə rayonlarının materialları əsasında)" mövzusunda namizədlik, daha sonra 2004-cü ildə isə "Azərbaycan dilinin folklor onomastikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2011-ci ildə professor elmi adını alıb. Azərbaycan dilinin tədrisi metodikası sahəsində də tədqiqatlar aparmış və N. Abdullazadə ilə birlikdə 2 cildlik Azərbaycan dili (didaktik materiallar) kitabını nəşr etdirmişdir.
Xalıt şəlaləsi
Xalıt şəlaləsi — Şamaxı rayonunun Qaladərəsi kəndindən 3 km məsafədə meşəliklə əhatə olunmuş təxminən 30 m hündürlükdən qayadan axan şəlalə.
Xalq
Xalq — müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin fərqli insanlar bir hüquq məkanında yaşayırlar, dövlət qarşısında eyni məsuliyyəti daşıyır. Yer kürəsində yaşayan bütün insanlar mənşəyinə görə eynidir. Lakin bütün insanlar ayrı-ayrı qruplara ayrılır ki, bu qruplar da xalq adlanır. Hər bir xalqın özünəməxsus mədəniyyəti, dili, dini, adət-ənənəsi, yaşayış tərzi, milli paltarları, folkloru, milli mətbəxi olur. Dünya əhalisi dilinə və başqa milli əlamətlərinə görə böyük və kiçik qruplara bölünür. Belə əhali qrupuna xalq deyilir. Xalq sözü bir neçə mənada işlədilir: Adi mənada - dövlətin, ölkənin əhalisi Elmi mənada - insanların tarixən dəyişməkdə olan bilgisi Dünyada sayca ən böyük xalq çinlilərdir. Onların sayı 1 milyarddan çoxdur. Xalq - insanların birliyinin tarixən qəbilə - tayfa birliyinin ardınca gələn və ibtidai icma qurluşunun xüsusi mülkiyyətçilik münasibətləri ilə əvəz edilməsi, siniflərin meydana gəməsi və inkişafı şəraitində müxtəlif tayfaların qovuşması, birləşməsi nəticəsində bərqərar olmuş formalardan biridir.
Xaşı
Xaşı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Xaşı oyk, sadə. Quba r-nunun Qonaqkənd qəsəbə i.ə.v.-də kənd. Cimi çayının sahilində, dağətəyi ərazidədir. Kənd yaxınlığındakı eyniadlı bulağın adı ilə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 160 nəfər əhali yaşayır. Əhalisini tatlar təşkil edir.
Yalı
Yalı İstanbul boğazının hər iki tərəfində tikilmiş, dənizə sıfır, başda iki, bəzən də üç mərtəbəli olan mənzillərə verilən ümumi addır. Osmanlı dövründə sahillərə inşa edilməyə başlanan yalılar, Boğaziçi memarlığının ən görkəmli nümunələrindən olubdur. Əsrlər boyu İstanbul Boğazının iki yaxasında tikilən yalılardan günümüzə çatanlarının sayı təxminən 360 ədəddir. Yalıların ən böyük xüsusiyyəti lebiderya, yəni dənizə sıfır evlər olmaları olsa da, zaman içində bəzi yalılar lazım mənzil sahibləri məkan qazanmaq üçün nəzərləri torpaq doldurularaq, istərsə də sahil zolağına yol göstərmək üçün bələdiyyə tərəfindən geri plana alınaraq dənizdən qismən uzaqlaşmışdır. Günümüzdə böyük əksəriyyəti hələ də köhnə hallarını qoruyan yalılar, həm İstanbul şəhərinin, həm də Türkiyənin ən bahalı daşınmaz əmlakı arasında yer alırlar. Boğaziçi yalılarının dəyərləri ən yüksək olanları arasında Hasip Paşa yalı, Muhsinizadə yalı, Əhməd Fəth Paşa yalı, Topxanə Müşir-i Zəki Paşa yalı, Kiprli yalı, Tahsin Bəy yalı, Qraf Ostrorog yalı, Şahzadə Bürhanəddin Əfəndi yalı, Zərif Mustafa Paşa yalı və Nuri Paşa yalıları var. == Etimologiya == Yalı, söz mənası olaraq keçmişdə sahil mənasında işlənmişdir. Bodrumdakı Bitez yalı, quş növü mavi suquzğunu, söz olaraq "yalıkazığı," "Yalı kənarında zülfümü darayaram" nəğməsi, Krımdakı Yalıboyu bölgəsi bu köhnə məzmunun izləridir. == Memarlıq xüsusiyyətləri == Osmanlı yalılarının memarlıq xüsusiyyətləri sahiblərinin sosial sinfinə görə dəyişirdi. Müsəlman yalıları arasında boşluqlar tikilərkən, qeyri-müsəlman yalıları isə ümumiyyətlə bitişik şəkildə inşa edilirdi.
Xanı
Xanı (lat. Perca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Xoalı
Xoalı (vyet. Hoa Lư) — Vyetnamın keçmiş paytaxtı, Daykovyetin siyasi, iqtisadi və mədəni mərkəzi idi (X əsr). Xoalı üç Vyetnam sülaləsinin yarandığı yerdir: Din, Erkən Le və Li. Köhnə şəhər xarici və daxili qalalar da daxil olmaqla təxminən 300 hektar əraziyə malikdir, dağlarla əhatə olunmuşdur. Kral Li Konq Uan 1010-cu ildə paytaxtı Txanlonq şəhərinə köçürmüşdü. Köhnə Xoalı qalası dağıdılmışdır və şəhərin ən erkən tarixi abidələri Din sülaləsinə – X əsrin ikinci yarısına aiddir. Xoalıda Din Tyen Xoanq və oğullarının məbədləri, Le Day Xanyuya, kraliça Zıonq Van Nqa və oğullarına həsr olunmuş Le məbədi var. İnzibati cəhətdən qədim Xoalı şəhəri Ninbin vilayətinin eyniadlı mahalında yerləşir. == İstinadlar == == Əlavə ədəbiyyatı == Trấn Bạch Đằng, Lê Vǎn Nǎm, Nguyễn Quang Vinh, Vua Lê Đại Hành (Thành Phố Hồ Chí Minh: Nhà Xuất Bản Trẻ, 1998. Trấn Bạch Đằng, Lê Vǎn Nǎm, Nguyễn Đức Hòa, Cờ Lau Vạn Thắng Vủỏng (Thành Phố Hồ Chí Minh: Nhà Xuất Bản Trẻ, 2005.
XAI
xAI — İlon Mask tərəfindən 2023-cü ilin martında qurulan süni intellekt (Sİ) sahəsində çalışan ABŞ startap şirkəti. == Zəmin == 2015-ci ildə Mask Sİ tədqiqat şirkəti OpenAI-də ilk direktorlar şurasına qoşuldu. O OpenAI-yə 1 milyard dollar sərmayə qoydu, lakin 2018-ci ildə Sİ təhlükəsizliyi ilə bağlı fikir ayrılığı nəticəsində idarəçiliyi təhvil almaq üçün verilən uğursuz təklifdən sonra idarə heyətini tərk etdi. 2023-cü ilin aprelində Financial Times bildirdi ki, Mask süni intellekt startapı yaratmağı planlaşdırır və potensial yeni geniş dil modeli üçün minlərlə Nvidia GPU prosessoru satın alıb. xAI 9 mart 2023-cü ildə Nevada ştatında İlon Mask tərəfindən təsis edilib. Şirkətin veb-saytında 2023-cü ilin iyul ayına olan məlumata görə, "xAI-nin məqsədi kainatın əsl mahiyyətini anlamaqdır". == Tarixi == Mask 2023-cü il iyulun 12-də xAI-nin yarandığını rəsmən elan etdi. Tarix (7 + 12 + 23 = 42) Duqlas Adamsın "Avtostopçunun Qalaktika bələdçisi" romanına (hansı ki, superkompüter həyat, kainat və hər şeylə bağlı son sualın cavabının 42 olduğunu hesablayır) və şirkətin "kainatı anlamaq" missiyasına istinad edilərək seçilib. Şirkətin baş ofisi Kaliforniyanın San-Fransisko körfəz bölgəsində yerləşir. Layihənin rəhbərlərinin fikrincə, xAI-nin məqsədlərindən biri müasir modellərdə tapılmayan qabaqcıl riyazi mülahizələrə qadir olan süni intellekt yaratmaqdır.
Alı
Alı — Azərbaycanda daha çox işlədilən kişi adı. Aşıq Alı — Azərbaycanın görkəmli aşığı. Dəli Alı — Azərbaycanın xalq qəhrəmanı. Alı Mustafayev — Azərbaycan telejurnalisti, publisist, şair, Azərbaycan Milli Qəhrəmanı Alı Həsənli — Vətən müharibəsi şəhidi Alı Qocayev — Samux Rayon İcra Hakimiyyətinin Başçısı. Alı Alıyev — "Tərəqqi" medalı laureatı (2009), Füzuli rayonu İcra hakimiyyətinin başçısı.
Han (xalq)
Han və ya xan (çin. ənən. 漢族, sadə. 汉族, pinyin: hànzú, hərfi mənası: "xantzu", eləcə də çin. ənən. 漢人, sadə. 汉人, pinyin: hànrén, hərfi mənası: "xanjen") — çinlilərin özlərini verdikləri ad, Çinin və dünyanın ən böyük xalqı. == Ümumi məlumat == Çində 50-dən artıq millət yaşayır və onların arasında ən böyüyü xanlar və xueylərdir. Bu iki xalqın ana dili Çin dilidir. 1 milyard 300 milyonun içərisində xanların sayı 200 milyondur.
Han xalqı
Han və ya xan (çin. ənən. 漢族, sadə. 汉族, pinyin: hànzú, hərfi mənası: "xantzu", eləcə də çin. ənən. 漢人, sadə. 汉人, pinyin: hànrén, hərfi mənası: "xanjen") — çinlilərin özlərini verdikləri ad, Çinin və dünyanın ən böyük xalqı. == Ümumi məlumat == Çində 50-dən artıq millət yaşayır və onların arasında ən böyüyü xanlar və xueylərdir. Bu iki xalqın ana dili Çin dilidir. 1 milyard 300 milyonun içərisində xanların sayı 200 milyondur.
Harari xalqı
Harari - Efiopiya ərazisində yaşayan iri xalqlardan biri. Hararilərin sayı təxminən 40 min nəfərə yaxındır. Onların əksəriyyəti dini baxışlarına görə sünni müsəlmandırlar. Etnik cəhətdən Arqobba xalqına yaxındırlar. == Dil == Hararilər arasında harari, ərəb və amhar dilləri geniş yayılmışdır. Hararilər əsas etibarı ilə Afraziya dil ailəsinin sami qrupuna aiddirlər. == Həyat tərzi == Hararilərin əksəriyyəti, demək olar ki, şəhərlərdə yaşayırlar. Onların məskunlaşdıqları əsas yaşayış məntəqələri aşağıdakılardır. Harar, Əddis-Əbəbə, Dıre-Daua və sair. Əhalinin əksəriyyətinin əsas məşğuliyyəti sənətkarlıq və ticarətdir.
Huey xalqı
Hueylər, Huey xalqı (çin. sadə. 回族, pinyin: Huízú) — Çin Xalq Respublikasında rəsmi olaraq tanınan 55 etnik azlıqdan biri. Onlar çinlilərlə eyni milləti təşkil edir, bir dildə danışır, eyni tip yazıdan istifadə edirlər. Onların başqa bir xüsusiyyəti də müsəlman olsalar belə, ərəb adları deyil, Çin adlarından istifadə etmələridir. Tək fərq onların İslam dininə sitayiş etmələri, nəticədə də məişət və gündəlik həyatda buna uyğun dəyişikliklərdir. Onlar Çin deyil, İslam mədəniyyətinin daşıyıcıları hesab olunurlar. Huey-szılar Çinin tarixində də fəal şəkildə iştirak etmiş, Tszin sülaləsi zamanı baş vermiş dunqan-uyğur (1862-1877) üsyanında hakimiyyətlə mübarizədə aktiv surətdə döyüşmüşlər. XX əsrdə Çində baş vermiş hadisələrdə də iştirak edərək, kommunistlərə qoşulmuşdurlar. Xuey-tszular Çinin şimalındakı Ninsya-Xuey muxtar rayonunu əhalisinin böyük əksəriyyətini təşkil edirlər.
Kelt xaçı
Kelt xaçı — xristian xaçının kəsişən yerinə bir çevrə əlavə olunması ilə meydana gələr. Kelt Xristianlığın xarakteristika simvoludur, ancaq mənşəyi Xristianlıq əvvəlidir. Çevrə ilə birləşdirilmiş xaçların Xristianlıq əvvəlindən gələn bir çox növü vardır. Sıxlıqla Günəş xaçı olaraq adlandırılan bu cür xaçlara pagan Şimal-qərb Avropada (Skandinav mifologiyasında tanrı Odinin simvoludur.) və ya Pireneler və İber Yarımadasında rast gəlinə bilər. Ancaq Xristian xaçı ilə ortaq bir mənşə ya da əlaqəyə dair bir dəlil yoxdur.
Kora (xalq)
Kora (isp. Cora) — Nayarit ştatının şərqindəki El-Nayar bələdiyyəsində, eləcə də qonşu Xalisko ştatının bəzi yaşayış məntəqələrində yaşayan qərbi-mərkəzi Meksikanın yerli etnik qrupudur. Koralar özlərini cəm halda náayarite adlandırırlar, náayari isə tək haldadır. Əslində Nayarit ştatının adı da buradan gəlir. 2000-ci il siyahıyaalınması göstərdi ki, bu gün bu xalqın təxminən 24.390 nümayəndəsi var. Valideynlərindən ən azı birinin Kora dilin daşıyıcısı olan bütün ailə üzvləri daxildir. Bu 24.000-dən bir az çox adamın 67%-i (təxminən 16357 nəfər) dilin daşıyıcılarıdır, 17%-i bu dildə danışmır, 16%-i isə ümumiyyətlə dil biliyi ilə bağlı məlumat verməkdən imtina edib. == Tarixi == Kora Nayarit ştatının çətinkeçilən dağlıq ərazilərində və dərin yarğanlarında, həmçinin Xalisko, Duranqo və Zakatekas ştatları ilə sərhədboyunca yaşayırlar. 18-ci əsrin əvvəllərində onlar katolik missionerlərə öz ərazilərində yaşamasına icazə verməməklə bir növ məntiqsizlik nümayiş etdirirdilər. Kora onları əhatə edən çoxlu xristian-hinduları və İspan mədəniyyətinin yeganə dinsiz xalqlardan biri idi.
Lamet (xalq)
Lamet - Laos və Tailandda, Nantxa çayının hövzəsinin cənub hissəsində yaşayan mon-kxmer xalqı. Lamet dili Avstoasiya dilləri ailəsinin mon-kxmer qolunun palaunq - va qrupuna mənsubdur. Şərti olaraq dağ kxmerləri qrupuna daxildirlər. Bəzi mənbələrə əsasən lametlərin sayı 20 min nəfərə yaxındır. == Din == Lametlər arasında animizm, buddizm və ənənəvi dini inamlar geniş yayılmışdır. lametlərdə musiqi folkloru da inkişaf etmişdir. == Əsas məşğuliyyətləri == Lametlər primitiv əkinçilik üsulu olan kəsmə-yandırma əkinçilik, balıqçılıq, ovçuluq, yığıcılıq və sair təsərrüfüt fəaliyyəti ilə məşğuldurlar. == Mənbə == * Чеснов Я. В. Ламет // Народы и религии мира / Глав. ред. В. А. Тишков.
Latış xalqı
Latışlar və ya latviyalılar (latış. latvieši‎) — Latviyanın əhalisinin 62,1 % təşkil edən (2011 tarixinə olan məlumat) Baltika xalqı. Dili — hind-avropa dil ailəsinin baltik qrupuna (litva dili ilə birgə) daxil olan latış dili. Ənənəvi dinləri — lüteran və katolik, pravoslavlar da vardır. Belə götürülür ki, latışlar qədim Baltika xalqları olan latqalların, kurşilərin, zemqalların, sellərin və fin-uqor xalqlarının XVII əsrdə qovuşması nəticəsində yaranmışdır. İlk dəfə yazılı mənbədə latışlar haqqında 1613-cü ildə Georq Matsel tərəfindən qələmə alınmış "Latış katexizis"də qeyd edilir ("Lettisch Vademecum"). Latış dili haqqında 1525-ci ildə Almaniyada latış dilində nəşr edilmiş və saxlanmamış "Lüteran messe"sində də qeyd olduğu bildirilir. Sayları: Latviya: 1 330 769 ABŞ: 87 564 Rusiya: 28 520 Braziliya: 20 000 Avstraliya: 18 938 İrlandiya: 18 008 Ukrayna: 5079 Litva: 2,3 тыс. (2010) Estoniya: 2199 (2009) Belorusiya: 1549 (2009) == Mənbə == Кудрявцев И. Феномены политического национализма на примере Латвийской Республики Стродс Х. Начало переселения латышских крестьян в Россию в 40-е — 60-е гг. XIX в.
Lisu xalqı
Lisular, Lisu xalqı — (çin. sadə. 傈僳族, pinyin: Lìsù Zú) — Çin Xalq Respublikasında rəsmən tanınan 55 etnik azlıqdan biri, həmçinin Myanmada, Tailandda və Hindistanda yaşayırlar. Ana dilləri Lisu dilidir. Lisu dili Çin-Tibet dil ailəsinin Tibet-Birma qrupunun Lolo-Birma yarımqrupuna daxil olan dillərdən biridir. Çində 1990-cı il sayımı zamanı 574.856 nəfər, 2000-ci il sayımı zamanı 634.912 nəfər, 2010-cu il sayımı zamanı isə 702.839 nəfər etnik lisu siyahıya alınmışdır. 2010 sayımına görə Çində qeydə alınmış etnik lisuların 95.09%-i (668336 nəfər) Yunnan əyalətində yaşayır. == İstinadlar == == Xarici keçidlər == Yay Dilçilik İnstitutunun yayımladığı "Etnoloq sorğu kitabçası"nın 17-ci nəşrində Lisu dili.
Ləklər (xalq)
Ləklər — İran İslam Respublikasında İlam və Luristan ostanlarında kompakt halda yaşayan, dilləri Hind-Avropa dil ailəsinə daxil olan xalq. Kürd əsilli müəlliflər tərəfindən etnik məsubiyyət anlamında kürdlərə aid olunsalar da, dillərinə görə fərqlənirlər. Belə ki, lək dili lur dilinin dialekti hesab olunur. Türkiyədə Şeyxbizinlarca Ankarada danışılır 2000-ci ilə olan təxminə əsasən İran İslam Respublikasında sayları 1,000,000 nəfərdir .
Mayya xalqı
Mayya — Mezoamerikanın yerli hindi xalqlarından olan etnolinqvistik qrup. Hazırda onlar Meksikanın cənubunda, Qvatemala və Belizdə, habelə El Salvadorun və Hondurasın qərbində məskunlaşıblar.
Minilliyin Xaçı
Minilliyin Xaçı — Şimali Makedoniya Respublikasında, paytaxt Skopyenin üstündəki Vodno dağının zirvəsində yerləşən 66 metr (217 fut) hündürlüyü olan xaçdır. Bu, 2002-ci ildə tikilmiş, dünyanın ən hündür xaçlarından biridir. Abidə, Makedoniyada Xristianlığın 2000-ci ildönümünə bir xatirə kimi xidmət etmək üçün tikilmişdir. Abidə Skopye ilə əlaqəli və ya onu təmsil edən simvola çevrilmişdir. Xaç paytaxtın panoramasını görmək üçün ən yaxşı müşahidə göyərtəsi olan bir turizm məkanına çevrilmişdir. == Dizayn strukturu == Abidə fransızların Eyfel qülləsinə bənzər şəkildə bir şəbəkə üzərində qurulmuşdur və başqa əlavələr, elementlər olmadan ənənəvi xristian xaç formasına malikdir. O, on iki sütundan ibarət platforma üzərində tikilmişdir. Xaçın içərisində Skopye mənzərəsini göstərmək üçün yuxarı səviyyəyə qalxan lift var. Şəhərin cənub tərəfində, Vodno dağının üzərində ucalan Minilliyin Xaçı Skopye siluetinə hakimdir. Abidə paytaxtın demək olar ki, bütün rayonlarından görünür və diqqəti cəlb etdiyi üçün onun varlığı piyada gəzən şəhər əhalisi və ya şəhərə daxil olan insanlar tərəfindən hiss olunur.
Moğollar (xalq)
Moğollar (monq. могол) — Əfqanıstanda yaşayan monqol mənşəli kiçik xalq. Bir qismi monqol dilinin arxaik dialektində, qalanları isə dari dilində danışır. Dindarları müsəlmandır. == İstinadlar == == Əlavə ədəbiyyat == Жуковская Н. Л. Моголы // Народы мира: Историко-этнографический справочник / Глав. ред. Ю. В. Бромлей; Институт этнографии АН СССР имени Н. Н. Миклухо-Маклая. — М.: Советская энциклопедия, 1988. — С. 305—306. Кисляков В. Н. Хазарейцы, аймаки, моголы (к вопросу об их происхождении и расселении) // Советская этнография.
Muhacir xalqı
Mühacir xalqı (Urdu: مہاجر), Pakistanın müstəqilliyindən sonra Hindistanın müxtəlif bölgələrindən Pakistana köç edən çoxmillətli mənşəli müsəlman immiqrantları və onların nəslindəndir.
Okanaqan (xalq)
Okanaqan və ya Okanoqan — ABŞ və Kanadanın sərhədində yaşayan xalq. == Ümumi məlumat == Okanaqanlar özlərini syilks də adlandırırlar. Onlar ABŞ-də Vaşinqton ştatında, Britaniya Kolumbiyasında və Kanadada yaşayırlar. Okanaqan vadisi onların əsas yurd yeridir. Onlar Daxili selişlərin etnoloji və linqvistik qruppudurlar. Okanaqan Spokan, Sinkist, Nez-Perse, Pend-d’oreyl (kalispel), Şusvap (sekvepemk) və Nlakapamuk (tompson) xalqlarına yaxındır.
Piqme (xalq)
Piqmeylər — Mərkəzi Afrikanın ilk sakinlərindən biri olaraq qəbul edilən, hal-hazırda Ekvatorial Qvineyada yaşayan və 1,5 metri keçməyən boyları ilə "cırtdanboylu" deyə adlandırılan yerli qəbilə
Bali
Bali (ind. Bali) — Malay arxipelaqında yerləşən, İndoneziya dövlətinə məxsus ada. Ada Kiçik Zond adaları qrupuna daxildir. Cənubdan adanı Hind okeanını suları, şimaldan isə Sakit okeana aid olan Bali dənizinin suları əhatə edir. Bali adası Yava adasından Bali boğazı, Lombok adasından isə Lombok boğazı vasitəsilə ayrılır. == Coğrafiyası == === Coğrafi mövqeyi === Sahəsi 5780 km² olan Bali adası, şərqdən qərbə 150 km, şimaldan cənuba doğru isə 80 km məsafə uzanır. Ada Kiçik Zond adalarının qərb qutaracağında yerləşir. Onu Yava adasından 2,5 km-lik ensiz Bali boğazı ayırır. Ada özündə bir-neçə kiçik adanıda birləşdirir. Balı adası həm də məşhur Volles xəttinin sərhədində yerləşir.
Cali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Dali
Salvador Dali (tam adı Salvador Domenek Felip Jasint Dali i Domenek, markiz de Pubol, kat. Salvador Domènec Felip Jacint Dalí i Domènech, Marqués de Dalí de Púbol, isp. Salvador Domingo Felipe Jacinto Dalí i Domènech, Marqués de Dalí y de Púbol; 11 may 1904[…], Fiqeras[d] – 23 yanvar 1989[…], Fiqeras[d]) — məşhur İspaniya rəssamı, heykəltəraşı, filosofu və rejissoru, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri idi. == Həyatı == === Uşaqlığı === Salvador Dali 11 may 1904-cü ildə İspaniyanın şimalındakı Jerona əyalətinin Fiqeras şəhərində notarius ailəsində anadan olub. O, milliyyətcə katalon idi, özünü bu keyfiyyətdə dərk edirdi və bu özəlliyində israr edirdi. Onun böyük qardaşı (12 oktyabr 1901 – 1 avqust 1903) meningitdən öldü. Uşaqlıqda Dali çevik, lakin təkəbbürlü və idarəolunmaz uşaq idi. Bir gün o, bazarda şirniyyat üçün dava saldı, ətrafa camaat toplaşdı və polislər dükan sahibindən siesta zamanı mağazanı açmağı və oğlana şirniyyat verməsini istədi. O, öz şıltaqlığına və simulyasiyasına nail olur, həmişə fərqlənməyə və diqqəti cəlb etməyə çalışırdı. Çoxsaylı komplekslər və fobiyalar — məsələn, çəyirtkə qorxusu — onun adi məktəb həyatına qarışmasına, uşaqlarla adi dostluq və rəğbət bağları qurmasına mane oldu, lakin hər bir insan kimi, duyğusal aclıq hiss edərək, emosional olmağa çalışdı.
Kali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Lali
Lali — İranın Xuzistan ostanının şəhərlərindən və Lali şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,213 nəfər və 3,041 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Mali
Mali — rəsmi şəkildə Mali Respublikası. Qərbi Afrikada dövlət, dənizə çıxışı yoxdur. Qərbdə Seneqal, şimalda Mavritaniya və Əlcəzair, şərqdə Niger, cənub-qərbdə Burkina-Faso, cənubda Kot-d'İvuar və Qvineya ilə həmsərhəddir. == Tarixi == Müasir Mali dövlətinin ərazisi bir neçə min il əvvəl zənci irqinə mənsub xalqlar tərəfindən məskunlaşdırılmışdır. Onlar ovçuluq, balıqçılıq, heyvandarlıqla məşğul olurdular. E.ə. III minillikdə hazırda səhra və yarımsəhraya çevrilmiş ərazilərdə yaşayan əhali əkinçiliklə məşğul olmağa başlamışlar. Mali mədəniyyətinə aid ən qədim abidələr neolit dövrünə aiddir. III əsrdən sonrakı dövrlərdə müasir Mali ərazisində bir-birini əvəz edən 3 imperiya mövcud olmuşdur: Qana İmperatorluğu (III-XI əsrlərdə), Mali İmperatorluğu (XIII-XV əsrlərdə), Sonqay (dövlət) (XV-XVI əsrlərdə) 2012-ci ilin 22 martda Malinin paytaxtı Bamakoda hərbçilər Prezident Sarayını, Dövlət Televiziyası Binasını və Hərbi barakı ələ keçirdi. Hərbçilər Kapitan Amadou Sanogo başda olmaqla Milli Komitə yaradıldığını, demokratiyanın bərqərar olunacağını elan etdilər.
Pali
Pali dili — Hind-Avropa dilləri ailəsinin Hind-İran dilləri dil budağına daxil olan dil.
Qali
Qali (gürc. გალი, rus. Га́ли) və ya Qal (abx. Гал) – Gürcüstan Respublikasının Abxaziya Muxtar Respublikasının Qali bələdiyyəsində (qismən tanınmış Abxaziya Respublikasının Qali rayonu) şəhər. == Tarixi == Müasir Qali ərazisi orta əsrlərdə Abxaziyada mövcud olmuş Samurzakan knyazlığının tərkibində idi.. Yerli tarixşünas Konstantin Maçavariani bu ərazi barədə yazmışdır: 1990-cı illərin əvvəllərində Qali şəhəri Gürcüstan-Abxaziya münaqişəsinin mərkəzində idi. == Əhali == 1989-cu ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi 15,763 nəfər ibarət idi. Bunların 93,3%-i gürcü (meqrellər), 3,2%-i rus, 1,6%-i abxaz idi. 2003-cü ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi yalnız 7,169 nəfərdən ibarət idi. Əhalinin kəskin şəkildə azalmasının səbəbi Abxaziya müharibəsi zamanı və sonrası Abxaziyada gürcülərə qarşı olan etnik təmizləmə və digər demoqrafik dəyişikliklərdir.
Tali
Tali — Zəngilan rayonunun cənub-qərbində dağ. Araz çayının yaxınlığında yerləşir. Hündürlüyü 660 m. Talit variantında da qeydə alınmışdır. Oronim ərəb dilindəki tal sözündən və i(t) şəkilçisindən düzəlib, "çara, yüksəklik, baş, zirvə” deməkdir.
Xaki
Xaki (Sərab) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. Dərviş Xaki (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Xari
[mənbə göstərin] Xari — Tiflis quberniyasının Qori qəzasında dağ adı. == Toponimkası == Xari-Tiflis quberniyasının Qori qəzasında dağ adı.Şimali Qafqazda Ter əyalətinini Nalçik dairəsində Xari çay (yenə orada), Veden dairəsində Xari-Buzdeçu-Bars dağ, Xari-Qaburtli aşırım, Qazax qəzasında Xarya dağ adları (yenə orada) ilə mənaca eynidir.Türk dillərində kair "sıldırım" sözündəndir.
Xavi
Xavi Hernandez, Xavier Hernández Creus (25 yanvar 1980, Terrassa, Kataloniya) — Xavi kimi tanınan ispan futbolçu. 2008-ci ildə ən yaxşı oyunçu seçilib . = Barselona = O, La Masiyada təhsil almışdır. "Barselona" ilə 8 La Liqa, 2 Kral kuboku və 4 Çempionlar Liqası qazanıb. == Həyatı == Futbol həyatına "Barselona" infrastrukturunda başlayan Xavi 18 yaşında "Barselona"nın A komandasına yüksəldi. 1998-ci ildən bu yana "Barselona" heyətində olan Xavi Avro 2008-də Turnirin Ən Yaxşı Oyun Çıxaran Futbolçusu seçilmişdir. Pas faizi, üstün oyun zəkası, texnikası və yaradıcılığı çox yüksəkdir. "Barselona"nın La Liqa çempionluqlarında böyük pay sahibi olmuşdur. 2010 FİFA Dünya Kubokunda göstərdiyi performans ilə İspaniyanın dünya kubokunu qazanmasında böyük rol oynamışdır. 2 yanvar 2011-ci ildə "Levante" ilə liqa matçında "Barselona"nın heyətində 1000-ci dəfə forma geymiş və adını "Barselona" tarixinə yazdırmışdır.
Xili
Xili – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Xili kəndi «„Xili-Pənceh kənd sovetliyinə“» daxildir. == Əhali == Milli tərkibi: Azərbaycanlılar. Mono etnik kənddir. Dini baxımdan islam dininin şiə məzhəbində etiqad edirlər. 2002-ci ildə əhalisi 511, 2010-cu ildə isə 575 nəfər təşkil etmişdir.
Şali
Şali (çeç. Шела) - Rusiyanın subyekti olan Çeçenistan respublikasında yerləşən Şalinski rayonunun şəhər mərkəzi. == Coğrafiyası == Şəhər Şalinski rayonunun mərkəzi hissəsində, Çeçen düzənliyinin ətəklərindən keçən meşə silsiləsini kəsən Bass çayının hər iki sahilində yerləşir. Arqun dəmiryol stansiyasından 18 km cənubda və Qroznı şəhərindən 36 km cənub-şərqdə, regional avtomobil magistralı qovşağının keçdiyi yerdədir. Şəhərin sahəsi 2009-cu ilin məlumatlarına görə 27,02 km²-dir. Mülayim kontinental iqlim üstünlük təşkil edir. Orta illik yağıntının miqdarı təxminən 450 mm-dir. == Tarixi == XIX əsrin ortalarında Şali Böyük Çeçenistanın ən böyük kəndlərindən biri idi. Strateji mövqeyinə görə, aul Qafqaz müharibəsi illərində çar qoşunlarına hücum etmək üçün yola çıxan İmam Şamil qoşunlarını toplanma nöqtəsi kimi xidmət edirdi. 1944-cü ildə Çeçenlər və İnquşların məcburi köçürülməsindən və Çeçen-İnguş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra kənd Mejdureçe adlandırıldı.
Xalid
Xalid — kişi adı və soyad.
Rub-əl-Xali
Rub-əl-Xali — (ərəb. الربع الخالي‎‏ — "boş rüb")) — Yaxın Şərqdə geniş qumlu səhra. Ərəbistan yarımadasının cənubun üçdə bir hissəsini təşkil edir. Dünyanın ən böyük (sahəsi 650 000 km² təşkil edir), isti (iyul-avqust aylarında maksimum orta temperatur 47–50 °C təşkil edir) və quru (yağıntıların illik miqdarı ≈35 mm, buxarlanma qabiliyyəti >2000 millimetr təşkil edir) səhralarından biridir. Arid səhralar kateqoriyasına aiddir. Oman, BƏƏ və Yəmən dövlətlərinin ərazisində yerləşir. Koordinatları: 44°30' — 56°30' ş.u və, 16°30' — 23°00'. şim.e. == Geoloji quruluş == Rub-əl-Xali Ərəbistan şelfi vasitəsilə cənub-qərbdən şimal-şərqə tərəf uzanmış böyük hövzədir. Qum təpələrinin hündürlüyü 250 m-ə çatır.
Rub əl-Xali
Rub-əl-Xali — (ərəb. الربع الخالي‎‏ — "boş rüb")) — Yaxın Şərqdə geniş qumlu səhra. Ərəbistan yarımadasının cənubun üçdə bir hissəsini təşkil edir. Dünyanın ən böyük (sahəsi 650 000 km² təşkil edir), isti (iyul-avqust aylarında maksimum orta temperatur 47–50 °C təşkil edir) və quru (yağıntıların illik miqdarı ≈35 mm, buxarlanma qabiliyyəti >2000 millimetr təşkil edir) səhralarından biridir. Arid səhralar kateqoriyasına aiddir. Oman, BƏƏ və Yəmən dövlətlərinin ərazisində yerləşir. Koordinatları: 44°30' — 56°30' ş.u və, 16°30' — 23°00'. şim.e. == Geoloji quruluş == Rub-əl-Xali Ərəbistan şelfi vasitəsilə cənub-qərbdən şimal-şərqə tərəf uzanmış böyük hövzədir. Qum təpələrinin hündürlüyü 250 m-ə çatır.