Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xanzadə Sultan
Xanzadə Zəhra Sultan və ya Xanzadə Osmanoğlu (19 sentyabr 1923, Konstantinopol – 19 mart 1998, Paris) — Osmanlı sülaləsinin üzvü. == Həyatı == Xanzadə Sultan 19 sentyabr 1923 tarixində ailəsinin yeni yaşamağa başladığı Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Şahzadə Ömər Fərrux Əfəndi son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin oğlu, anası Sabiha Sultan isə son Osmanlı sultanı VI Mehmed Vahidəddinin qızı idi. Xanzadə ailənin ortancıl qızı idi və özündən başqa Fatma Nəslişah və Nəcla adlı 2 bacısı vardı. 3 mart 1924 tarixli 431 saylı qanunla 6 aylıq Xanzadə Sultan ailəsiylə birlikdə sürgünə getdi. Uşaqlıq və gənclik illəri Fransanın Nitsa şəhərində keçdi. Burada bacıları və Naciyə Sultanın övladları Mahpeykər xanım, Türkan xanım və Sultanzadə Əli bəylə birlikdə ögey ataları Mehmed Kamil bəy (Ənvər Paşanın qardaşı) tərəfindən Osmanlı türkcəsini öyrəndilər. 17 yaşı olanda, ailəsinin istəyilə Misirin kral ailəsindən olan Məhəmməd Əi İbrahimlə (d. 29 aprel 1900, Qahirə - ö. 2 iyul 1977, Paris) evləndi.
Kəlbəli xan Naxçıvanski (xanzadə)
Kəlbəli xan Naxçıvanski (1824, Naxçıvan – 1883, Naxçıvan) — Rusiya İmperiya Ordusunda azərbaycanlı süvari generalı (14 sentyabr 1874). O, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu, süvari generalı və general-adyutant Hüseyn xan Naxçıvanskinin atası, süvari generalı İsmayıl xan Naxçıvanskinin qardaşıdır. Onun adı bəzi rus mənbələrində Kalbalay xan Naxçıvanski deyə keçir. Naxçıvanskilər nəslinə mənsubdur. == Hərbi xidmətə başlaması == Kəlbəli Xan Naxçıvanski 14 yaşında ikən Peterburqdakı zadəgan uşaqlarına məxsus Paj korpusu məktəbinə verilmiş, lakin qəfildən xəstələndiyinə görə Naxçıvana qayıtmalı olmuşdur.. Sağlamlığını bərpa etdikdən sonra Kəngərli Süvari Alayında xidmətə başlamış və 1848-ci ildə artıq Kəngərli Süvari Alayınnı komandiri kimi Dağıstan yürüşündə iştirak etmidir. Kəlbəli xan ilk rütbəsini 1849-cu ildə almışdı. Rusiya imperiyasının Hərbiyyə Nazirliyi əmrində deyilirdi: Sankt Peterburq. 1849-cu ilin 31 martı. No.
Xanzadə Sultan (I Əhmədin qızı)
Xanzadə Sultan (1609, Konstantinopol – 23 sentyabr 1650, Konstantinopol) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı. == Həyatı == === Sultan Əhməd dövrü === Xanzadə Sultan 1609-cu ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Bəzi mənbələrdə anasının Mahfiruz Xədicə Sultan olduğu qeyd olunsa da, Sultan Osmanın taxta çıxması ilə Köhnə saraya sürgün olunan xanım sultanlar arasında olması bu iddianı təkzib edir. Uşaqlıq illəri ilə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə anası Mahpeykər Kösəm Sultan və bacıları Fatma, Abidə, Atikə və Aişəylə birlikdə Köhnə saraya göndərildilər. === Sultan Murad dövrü === Əmisi Sulan Mustafanın və ögey qardaşı Sultan Osmanın qısa səltənətlərinin ardından doğma qardaşı Sultan Muradın 1623-cü ilin sentyabrında taxta çıxmasının ardından anası və bacıları ilə birlikdə yenidən Topqapı sarayında yaşamağa başladılar. Elə həmin tarixdə yeniçəri ağası Ladikli Bayram ağayla evləndirildi. Nigahın ardından vəzir rütbəsi alan Bayram Paşa üçün Üsküdarda bir saray təsis edildi. Həm Sultan Murad və taxt naibəsi olan anası Validə Mahpeykər Kösəm Sultana yaxınlığı, həm də Xanzadə Sultanın təsiriylə 2 fevral 1637-ci ildə Bayram Paşa sədarətə yüksəldi.
Kanzas
Kanzas (ing. Kansas) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Topeka şəhəridir.
Xanabad
Xanabad (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Xanabad (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Xanabad (yüksəklik) — Şəki rayonunda, Xanabad kəndindən cənubda yüksəklik. Xanabad (Özbəkistan) — Özbəkistanda şəhər.
Xanazax
Xanazax (erm. Խնածախ) — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 37 km məsafədə yerləşir. Toponim mənşəcə fars dilinə mənsub olan "ev" mənası bildirən, türk dillərində "kənd", "yaşayış yeri" mənasında işlənən xana sözü əsasında formalaşmışdır. == Əhalisi == Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 22 nəfər, 1873-cü ildə 200 nəfər azərbaycanlı yaşamışdır. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 238 evdə 1717 insan yaşayırdı. Onlardan 252 nəfəri şiə kürd, qalanı isə erməni idi.
Xandan
Xandan — Bakı şəhərinin Əzizbəyov rayonunun Qala qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Qala qəsəbə inzibati ərazi vahidi tərkibindəki Xandan qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Yerli əhali arasında Seyid Xəndan adı ilə tanınır. Qəsəbə vaxtilə mövcud olmuş Seyid Xəndan obası adlı yaşayış məntəqəsi əsasında yarandığına görə həmin obanın ixtisar olunmuş adını daşıyır. Fars. xəndan "gülən, şad" deməkdir.
Xangah
Xangah (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Xangah (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Xangah-i Alvac (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Xanlar
Göygöl — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı ilə şəhər Göygöl adlandırılmışdır.22 avqust 1819-cu ildə Azərbaycanda ilk alman koloniyası - Yelenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub. Almanların Qafqaza köçü 1817-ci ildə Rusiya çarının razılığı ilə başlanmışdı. Helenendorfun əsası Vürtemberq krallığından gələn icma tərəfindən qoyulub. Sonra bölgədə daha bir neçə alman qəsəbəsi salındı. 1938-ci ildə qəsəbə Xanlar adlandırılıb, 1941-ci ildə isə Stalinin əmri ilə almanlar Qazaxıstana sürgün edilib. 2008-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Xanlar rayonunun Göygöl adlandırılması barədə qərar qəbul edib. == Coğrafiyası == Göygöl Azərbaycanın şimal-qərbində, Gəncə şəhərindən 10 km cənubda, Kiçik Qafqazın Murovdağ silsiləsinin ətəklərində yerləşir. Kür çayı hövzəsində olaraq, Gəncəçay çayı Göygöldən keçir.
Xanozay
Xanozay — Bəlucistan əyalətinin Pişin rayonunda şəhər.Əhalisi 44 min nəfərdir. == Tarixi == "Xanozay" sözü puştu dilindəki "Khano" və "zoi" sözlərindən ibarətdir, bu da "Xan oğlu" mənasını verir. Tarixən Paninin (Panezay qəbiləsinin qurucusu) iki oğlu var idi; birinin adı "Hano", digəri isə "Balo" idi. Onların köçəri çoban olduqları və zaman keçdikcə əkinçiliyi işğal kimi qəbul etdikləri həyat tələblərini yerinə yetirdikləri deyilir. Bu iki qardaşın Panezay qəbiləsini meydana gətirdiyi deyilir. Hal hazırdakı puştunların Panezay qəbiləsindən gəldiyi güman edilir.
Xansar
Xansar və ya Xunsar — İranın İsfahan ostanının şəhərlərindən və Xansar şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,490 nəfər və 6,019 ailədən ibarət idi. Əhlisinin əksəriyyəti Xansarlardan və yəhudilərdən ibarətdir, xansar dilində və Yəhudi-Xansar dilində danışırlar və şiə müsəlman və yəhudidirlər.
Xunzax
Xunzax (avar. Хунзахъ) — Dağıstan Respublikası, Xunzax rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Xunzax rayonunun və Xunzax kənd sovetliyinin mərkəzidir. Levaşi kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. Avar Sərir dövləti, Avar Xanlığı və Avar dairəsinin mərkəzi olmuşdur. Əhalisi 4,2 min nəfərdir (2010). Kənd əhalisinin böyük əksəriyyətini avarlar təşkil edir. == Etimologiya == Elmi dünyada kəndin adının mənşəyi ilə bağlı fikir birliyi yoxdur, bu səbəbdən fərqli, bir-birinə ziddiyyətli versiyalar mövcuddur: XI əsr gürcü tarixçisi Leonti Mroveli kəndin Nuh peyğənbərin nəslindən olan Xunzax tərəfindən salındığı bildirir. O, köçərilərin təzyiqindən dağlıq əraziyə köç etmək məcburiyyətində qalmış və burada bir şəhər salmışdır. öz adını isə bu yaşayış məntəqəsinə vermişdir.
Anqad
Anqad (31 mart 1504 – 28 mart 1552, Amritsar) — Siqhlərin ikinci qurusudur. (31 mart 1504-28 mart 1552) Quru Nanakın tələbəsi olmuşdur. Qurmuhi əlifba sının yaradıcısıdır.
Anzak
ANZAK (Australian and New Zealand Army Corps; ANZAC) — Birinci dünya müharibəsində ingilis ordusunda döyüşən, Avstraliyalı və Yeni Zelandiyalı əsgərlərdən ibarət olan birləşmiş ordu hissəsi. Bu ordu birləşməsinin əsgərləri Türkiyədə Anzaklar adlandırılır. Anzak ifadəsi Australian and New Zealand Army Corps (tərc. Avstraliya və Yeni Zelandiya Ordu Birləşməsi) sözlərinin baş hərflərindən meydana gələn abbreviaturadır. Birinci dünya müharibəsinin başlanğıcında bu iki ölkəyə aid olan birliklərin qatılması ilə yaradılan ordu birləşməsi bu qısaldılmış adla tarixdəki yerini almışdır. Antanta tərəfindən Bosfor və Dardanel boğazlarının və İstanbulun ələ keçirilməsi üçün başladılan "Dardanel əməliyyatı" çərçivəsində 1915-ci il 25 aprel tarixində Arıburnu adlı yerdə baş verən döyüşdə Anzaklar 5 min nəfərdən artıq itki verərək geri çəkilməli olmuşdular. Türklərə qarşı müvəffəqiyyət qazana bilməsələr də, daha sonra Yaxın Şərq və Avropa döyüş meydanlarında əhəmiyyətli xidmətlər göstərmişlər. == Tarixi == Onun yaradılmasının planlaşdırılması 1914-cü ilin noyabrında, Avstraliya və Yeni Zelandiya qoşunlarının ilk kontingentinin Avropaya konvoyda olduğu vaxt başladı. Bununla belə, Kanada Ekspedisiya Qüvvələrinin Solsberi düzənliyindəki təcrübəsindən sonra, Avstraliya və Yeni Zelandiyalıları yaşayış və təchizat çatışmazlığı səbəbindən ingilis qışına məruz qoymamaq qərara alındı, buna görə də Qərb Cəbhəsi Fransaya köçməzdən əvvəl təlim üçün Misirə göndərildi. Böyük Britaniyanın Müharibə üzrə Dövlət Katibi Horatio Kitçener Britaniya Hindistan Ordusunun zabiti general Uilyam Birdvudu korpusa komandanlıq etmək üçün təyin etdi və o, həmçinin Hindistan Ordusundan korpus personalının əksəriyyətini lavazimatla təmin etdi.
Janza
Janza (fr. Jenzat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qanna kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03133. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 508 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 287 nəfər arasında (15-64 yaş arasında) 219 nəfər iqtisadi cəhətdən fəal, 68 nəfər hərəkətsiz (fəaliyyət göstərici 76,3%, 1999-cu ildə 69.5%) olmuşdur. 219 fəal şəxsdən 198 nəfər (105 kişi və 93 qadın), 21 nəfər işsiz (7 kişi və 14 qadın) idi. 68 hərəkətsiz 21 nəfər arasında şagird və ya tələbə, 16 nəfər təqaüdçü, 31 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Qanad
Quş qanadı — quşlarda əzələ ilə hərəkət edən uçma orqanı. Həşərat qanadı — həşəratların çoxunda hərəkət edən uçma orqanı. Təyyarə qanadı — Qanadlı raket — pilotsuz idarə olunan uçuş aparatı.
Çanza
Çanza və ya şanza (монг. шанз, бур. шаанза) — monqol və buryat simli-mizrablı musiqi aləti. == Alətin quruluşu == Çanzanın xarici görünüşü olduqca orijinaldır. Böyük ölçülü aşıqlar bərkidilmiş boynu hamar səthli oval çanaq-rezonatora birləşdirilib.Adətə görə , çanağına üzünə ilan dərisi çəkilir.3 ipək və ya bağırsaq simlər (pərdə düzümü kvarta-kvintalıdır) özünəməxsus tembrdə titrəşən, xışıldayan, bir qədər zərb duyumu yaradan səs çıxarır. == Alətin tarixi == Çanza alətini XX əsrdə Rusiyada rekonstruksiya ediblər.Bəzi modellərinə 4-cü simi artırılıb, həmçinin , alətin bir neçə növü hazırlanıb. == Çanza aləti əsərlərdə == Orkestrlərdə, Çanza alətinə çox zaman müşayiətçi rol verilir, lakin onu həm solo , həm də tematik partiya ilə ifa etmək olar.Xalq təcrübəsində Çanza xalq mahnılarını oxuyanları müşayiət edir. Buryat bəstəkarları Çanzanı simfonik və XÇA orkestrinə daxil edirlər ki, bu da onun qeyri-adi səslənməsi ilə parlaq təəsürat oyadır.Çanza aləti J.Batuyev və B.Mayzelin "Eşq naminə" baletində Solo çıxış edir.
Aloe lanzae
Əsl əzvay (lat. Aloe vera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü. == İstifadə edir == Aloe veradan iki maddə - şəffaf gel və onun sarı lateksi kommersiya məhsullarının istehsalı üçün istifadə olunur. Aloe gel adətən yanıqlar, yaralar, donma, səpgilər, sedef, soyuq yaralar və ya quru dəri kimi dəri xəstəlikləri üçün aktual dərmanlar hazırlamaq üçün istifadə olunur. Aloe lateks qatran adlanan qurudulmuş formada və ya "aloe qurudulmuş şirəsi" kimi əldə edilə bilər. == Sinonimləri == Aloe barbadensis Mill. Aloe barbadensis var. chinensis Haw. Aloe chinensis Steud. ex Baker Aloe elongata Murray Aloe flava Pers.
Bican Pakzad
Bijən Pakzad (4 aprel 1944, Tehran, İran - 16 aprel 2011, Kaliforniya, ABŞ) — İran əsilli amerikalı dizayner. == Həyatı == Bijən Pakzad 1944-cü ildə Tehranda anadan olub, 1973-cü ildə ABŞ-yə köçüb, Los-Ancelesdə məskunlaşıb. Dizaynerin Malib, Nyu-York, Milan və Florensiyada xüsusi iqamətgahları olub. O, dünyada məşhur olsa da, İrana gəlişi qadağan olunub.Bijən Pakzad dünyanın ən varlı və məşhur kişilərini – ABŞ-nin sabiq prezidentləri Barak Obama, Corc Buş, Ronald Reyqan, Hollivud ulduzları Arnold Şvartsenegger, Tom Kruz, Entoni Hopkins üçün paltarlar hazırlayıb. Bijən Pakzaddan Rusiya Prezidenti Vladimir Putin, Bruney Sultanı, Böyük Britaniya şahzadəsi Çarlz və "Microsoft" şirkətinin qurucusu Bill Qeyts pencəklər alıblar.
Bijən Pakzad
Bijən Pakzad (4 aprel 1944, Tehran, İran - 16 aprel 2011, Kaliforniya, ABŞ) — İran əsilli amerikalı dizayner. == Həyatı == Bijən Pakzad 1944-cü ildə Tehranda anadan olub, 1973-cü ildə ABŞ-yə köçüb, Los-Ancelesdə məskunlaşıb. Dizaynerin Malib, Nyu-York, Milan və Florensiyada xüsusi iqamətgahları olub. O, dünyada məşhur olsa da, İrana gəlişi qadağan olunub.Bijən Pakzad dünyanın ən varlı və məşhur kişilərini – ABŞ-nin sabiq prezidentləri Barak Obama, Corc Buş, Ronald Reyqan, Hollivud ulduzları Arnold Şvartsenegger, Tom Kruz, Entoni Hopkins üçün paltarlar hazırlayıb. Bijən Pakzaddan Rusiya Prezidenti Vladimir Putin, Bruney Sultanı, Böyük Britaniya şahzadəsi Çarlz və "Microsoft" şirkətinin qurucusu Bill Qeyts pencəklər alıblar.
Bəxtiyar Xanızadə
Bəxtiyar Oqtay oğlu Xanızadə (13 iyul 1957, Şağan) — Azərbaycan aktyoru və rejissoru, Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və baş rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2013), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən). == Həyatı == Bəxtiyar Xanızadə Bakının Şağan kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsini, 1987-ci ildə isə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasını bitirib. Azərbaycan SSR Əməkdar Artisti Hamlet Xanızadənin yaxın qohumudur. == Fəaliyyəti == 1978-ci ildə Gəncə Dövlət Dram Teatrında, 1981 – 1982-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Tədris teatrında, 1982–1983-cü illərdə Azərbaycanfilm kinostudiyasında aktyor, 1983-cü ildə İncəsənət İnstitutunda müəllim işləyib. 1994-cü ildə Bəxtiyar Xanı-Zadəyə "Səhnə hərəkəti və xoreoqrafiya sənəti" kafedrasının dosenti elmi adı verilmişdir. 16 may 1994-cü ildə dərs dediyi bir qrup tələbələrə Respublikanın Mədəniyyət Naziri Polad Bülbüloğlunun əmrinə əsasın Azərbaycanda "Dəli yığıncağı" adlı ilk Pantomima teatr studiyası yaradıb. Bəxtiyar Xanı-Zadə Gürcüstanda və Bolqarıstanda keçirilən teatr seminarlarında iştirak etmiş və sertifikatlarla təltif edilmişdir. (2000). O, "Aktyorun plastik mədəniyyətinin tərbiyəsində UŞU – əlbəyaxa döyüş növünün əhəmiyyəti" (1991), "Budda rahiblərinin 18 döyüş üsuluna dair metodik və praktiki çalışmalar" (1992), "Aktyorun plastik tərbiyəsində məkan və zaman baxımından hərəkət dəqiqliyinin əhəmiyyəti" (1993) adlı elmi əsərlərin müəllifidir.
Hamlet Xanızadə
Hamlet Bəbir oğlu Xanızadə (5 iyun 1941, Şağan – 3 fevral 1990, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyatı == Hamlet Bəbir oğlu Xanızadə 1941-ci ildə doğulmuşdu. Hamlet Xanızadə Bakının Şağan qəsəbəsində dünyaya göz açmışdı. Burada orta təhsil almışdı və atası Bəbir kişi heç onu aktyor görmək istəmirdi. Amma balaca Hamletin qəlbində baş qaldıran aktyorluq həvəsi hər şeyə qalib gəldi. Müharibənin dəhşətli ağrılarını hələ körpəliyində çəkən bu uşağın taleyində çox şeylər ağrılı olmuşdu. Hamlet uşaqlıqdan teatra, kinoya meyilli idi. İncəsənət Universitetinə 50-ci illərin sonlarında daxil olmuşdu, 1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına işə gəlmişdi. Hamlet Xanızadə elə institut illərindən özünü istedadlı aktyor kimi təqdim etmişdi. Tədris teatrında yaratdığı rollar müəllimlərin də, uşaqların da qəlbində özünə yer almışdı.
Kanzas Siti
Kanzas-Siti (ing. Kansas City) — ABŞ-nin Missuri ştatında şəhər.
Xanlar (Bakı)
Bibiheybət, Xanlar (1936–1992) — Bakının Səbail rayonunda şəhər tipli qəsəbə. Bakının qədim kəndlərindən biri. == Tarixi == XX əsrin əvvəllərinə qədər Şıx, 1936-cı ildə Xanlar adı verilmiş və qəsəbə statusu almışdır. 1992-ci il 29 aprel tarixində Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Səbail rayonu Xanlar qəsəbəsinin adı dəyişdirilərək Bibiheybət qəsəbəsi adlandırılmışdır.Əhalisi əsasən sənaye müəssisələrində və xidmət sahələrində çalışır. Qəsəbə uzun müddət neft hasilatı ilə tanınmışdır. Sosial obyektləri, idman kompleksləri, istirahət zonası, Bibiheybət məscidi var.Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət Qəsəbə Nümayəndəliyinin 2012-ci ilin yekunlarına həsr olunan yığıncağında Hesabat məruzəsi ilə çıxış edən Bibiheybət qəsəbə icra nümayəndəsi Anar Həsənli bildirmişdir ki, burada hazırda 2200 nəfər əhali yaşayır, 365 nəfər məcburi köçkün məskunlaşmışdır. == Mədəniyyəti == Burada XIII əsrdə tikilmiş Bibiheybət məscidi yerləşir.
Xanlar (Xudabəndə)
Xanlar (fars. خانلار‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (49 ailə).
Xansar dili
Xansar dili və ya Xunsar dili ——Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərinin Mərkəzi İran qrupuna aid olan dildir ki İsfahan ostanında xüsusilə Xansarda danışılır.
Xansar şəhristanı
Xansar şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Xansar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 31,542 nəfər və 9,394 ailədən ibarət idi.