Xanzadə Sultan

Xanzadə Zəhra Sultan və ya Xanzadə Osmanoğlu (19 sentyabr 1923, Konstantinopol19 mart 1998, Paris) — Osmanlı sülaləsinin üzvü.

Xanzadə Sultan
هانزاده زهرة سلطان
Şəxsi məlumatlar
Doğum tarixi 19 sentyabr 1923(1923-09-19)
Doğum yeri İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 19 mart 1998(1998-03-19) (74 yaşında)
Vəfat yeri
Dəfn yeri Aşiyan məzarlığı
Atası Ömər Fərrux Əfəndi
Anası Sabiha Sultan
Həyat yoldaşı Məhəmməd Əli İbrahim
Uşaqları Sabiha Fazilə İbrahim
Əhməd Rüfət İbrahim
Dini Sünni, İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Xanzadə Sultan 19 sentyabr 1923 tarixində ailəsinin yeni yaşamağa başladığı Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Şahzadə Ömər Fərrux Əfəndi son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin oğlu, anası Sabiha Sultan isə son Osmanlı sultanı VI Mehmed Vahidəddinin qızı idi. Xanzadə ailənin ortancıl qızı idi və özündən başqa Fatma NəslişahNəcla adlı 2 bacısı vardı.

3 mart 1924 tarixli 431 saylı qanunla 6 aylıq Xanzadə Sultan ailəsiylə birlikdə sürgünə getdi. Uşaqlıq və gənclik illəri Fransanın Nitsa şəhərində keçdi. Burada bacıları və Naciyə Sultanın övladları Mahpeykər xanım, Türkan xanımSultanzadə Əli bəylə birlikdə ögey ataları Mehmed Kamil bəy (Ənvər Paşanın qardaşı) tərəfindən Osmanlı türkcəsini öyrəndilər. 17 yaşı olanda, ailəsinin istəyilə Misirin kral ailəsindən olan Məhəmməd Əi İbrahimlə (d. 29 aprel 1900, Qahirə - ö. 2 iyul 1977, Paris) evləndi. Bu nikahdan 2 övladı - Fazilə və Əhməd dünyaya gəldi.

1952-ci ildə Misirdə baş verən çevriliş səbəbilə ailəsiylə birlikdə yenidən sürgünə getdi. Bu dəfə Fransanın Paris şəhərinə köçən Xanzadə Sultan ölümünədək burada qaldı. Qızı Fazilə İbrahimi İraq kralı II Faysalla evləndirmək istəsə də, 1958-ci ildə İraqda baş verən çevriliş əsnasında kral öldürülmüş, bu səbəblə nikah baş tutmamışdı.

Xanzadə Sultan 19 mart 1998-ci ildə Parisdə vəfat etdi. Cənazəsi 27 mart günü Türkiyəyə gətirilərək burada Aşiyan məzarlığında dəfn olundu.

Övladları[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]