Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Naqay
Naqay adası (ing. Nagai) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarına daxildir. Alyaska yarımadasının cənubunda, Alyaska körfəzində yerləşir. Adanın uzunluğu 50 km-dir. Sahəsi 310 km²-dir. Məhz burada 1741-ci il avqustun 31-də "Müqəddəs Pyotr" (İkinci Kamçatka Ekspedisiyası) komandasının dənizçisi Nikita Şumaqin sinqa xəstəliyindən ölür və adalara onun adı verilir. İlk dəfə 1836-cı ildə rus admiralı Fyodor Litke tərəfindən xəritəyə salınmışdır. Donald J. Orth. Dictionary of Alaska Place Names.
Xaqan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları — xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Amrak xaqan
Amrak xaqan - Taspar xaqanın oğlu idi. Qurultay tərəfindən xaqan seçilmişdi. Lakin elə həmin il İşbara xaqanın lehinə taxta iddia etməkdən əl çəkdi. == Həyatı == Amrak xaqan VI əsrdə hökm sürmüş Göytürk yabqusu və xaqanıdır. Hakimiyyət dövrü çox qısadır. Siyasi təzyiqlər onu xaqanlıqdan öz xoşu ilə əl çəkməyə məcbur etmişdir. Amrak şəxsi adıdır, xaqanlıq adı bilinməməkdədir. Çin qaynaqlarında adı Anluo Xaqan deyə keçməkdədir. Amrakın atası Taspar xaqan imperiyanın dördüncü xaqanı idi. Amrak 581-ci ildə atasının ölümü ndən sonra taxta keçdi.
Apa xaqan
Apa xaqan — Göytürk vətəndaş müharibəsinin iştirakçısı, Taspar xaqanın vəliəhdi və Buxara (Paykənd) yabqusu. == Həyatı == Taspar xaqan ölümündən əvvəl qaydalara zidd olaraq Apa xaqanı vəliəhd təyin etdiyi üçün müharibənin ortasında qalan Apa xaqan Tardu xaqandan müdafiə aldı. İşbara xaqana məğlub olaraq Buxaraya çəkildi və orda xaqanlıq etməyə başladı. 587-ci ildə vəfat edərək öldü. Buxara yabquluğuna Tardu xaqanın oğlu Yanq Soux Tegin gəldi.
Kensuke Naqay
Kensuke Naqay (d. 5 mart 1989) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Kilibi xaqan
Kilibi xaqan (əsl adı: Aşina Simo (阿史那思摩), Çin titulu: Yiminişukilibi xaqan (乙彌泥孰俟力苾可汗)) — 630-cu ildə Tan sülaləsi tərəfindən xaqan olaraq vəzifələndirilmişdi. 639-cu ildəki Aşina Cieşeşuay üsyanı imperatoru qorxutduğu üçün xaqanlığı yenidən qurmaq qərarına gəldi. == Öncəki xaqanlar dövründə == 583-cü ildə doğulub. Atası Tuğruq Şad Taspar xaqanın oğlu idi. Şibi xaqan və Çula xaqan onu çox sevməzdi. Çünki o türkdən çox soğda bənzəyirdi. Onların dövründə sərkərdə ola bilməmişdi. İllig xaqan onu imperatorla danışıq aparmağa göndərəndə imperator tərəfindən Heşun knyazı titulu ilə mükafatlandırılmışdı. Bütün bunlara baxmayaraq Şərqi Göytürk xaqanlığının zəiflədiyi dövrdə imperatora yox xaqana sadiq qalmışdı. İmperator onun sədaqətindən ruhlanaraq 23 iyul 630-cu ildə Xuayxuay knyazı titulu vermişdi.
Mete xaqan
Mete xaqan, Mete Şanyü və ya Mete xan (qədim Çin mənbələrində Mao-tun və ya Modun Şanyu olaraq da adlandırılır) (çin. 冒頓單于; E.ə. 234-e.ə. 174) — Böyük Hun İmperiyasının ikinci Tenqri Qutu (şanyüsü). Bəzi tarixçilər onu Oğuz xan hesab edir. Böyük Çin tarixçisi Sima Syan yazır ki, hunlar öz uzun tarixləri ərzində dəfələrlə gah güclənib yekdil, vahid səltənət yaratmış, gah zəifləyib ayrı-ayrı qəbilələrə parçalanmışlar. Hunların Çin İmperiyası ilə müharibələri o qədər gərgin, o qədər fəlakətli olmuşdur ki, bütün bunlara birdəfəlik son qoymaq üçün imperator Sin Şi Xuandi Çinin şimal sərhədləri boyu 4000 kilometr uzunluğunda, 4 metr enində və 10 metr hündürlüyündə sədd çəkdirmək əmri vermişdir. Həmin sədd bu günə kimi durur. Əslində, bu Çin xalqının zəhmətkeşliyi ilə bərabər Hun cəngavərlərinin qəhrəmanlığına qoyulan abidədir. E.ə.
Muğan xaqan
Muğan xaqan (554-572) — Aşina sülaləsindən Göytürk xaqanı. Bumın xaqanın ikinci oğlu idi. Çjou kitabında və Şi-Ci kitabında onun haqqında "qəribə görünüşlü, qırmızı saçlı, lapis daşı kimi gözlərə sahib, qəddar, cəsur və bilikli" şəxs kimi qeyd olunur. Muğan xaqan 554-cü ildə taxta çıxan kimi ölkədə yeni qanun qəbul etdi. Qanuna görə oğul atanın varisi ola bilməzdi, yalnız kiçik qardaş böyük qardaşın varisi hesab oluna bilərdi. Buna görə də Muğan xaqanın ölümündən sonra xaqanlıq taxtına qardaşı Taspar xan keçdi və onun işlərini davam etdirib türk xaqanlığının ərazisini və nüfuz dairəsini daha da genişləndirdi . Göründüyü kimi, imperiyada bəhs olunan dövrdə mükəmməl bir idarəçilik sistemi qurulmuşdu. Dövlətin idarə olunması zamanı ortaya çıxan taleyüklü məsələlər qurultay vasitəsilə həll edilirdi. Jujanlar Şimali Ki imperiyası tərəfindən himayə olunurdu. 554-cü ildə imperator Vensüan Anaxuanın oğlu Anloçeni jujanlara xaqan təyin edərək Şoçjou ətrafı torpaqları onlara bağışladı.
Münke xaqan
Münke xaqan (ən tezi 10 yanvar 1209, Böyük Monqol imperiyası – 11 avqust 1259) - Möngkə qaan adı ilə tanınan Monqol imperatoru. 1251-1259-cu illərdə hakimiyyətdə olmuşdur. Qızıl Ordu dövlətinin başçısı Batının köməyi ilə Münke 1251-ci ildə xaqan oldu . XIII əsrin 50- ci illərində İranda, Ərəb İraqında, Ön Asiyanın digər ölkələrində elə ərazilər var idi ki, onlar nə iqtisadi, nə də strateji cəhətdən tabe edilməmişdi. Bu əraziləri tabe etmək üçün böyük hərbi ekspedisiya hazırlandı və həyata keçirmək üçün Ali Monqol Xaqanı Münke öz qardaşı Hülakü xanı başda olmaqla göndərdi.
Nili xaqan
Nili xaqan — Tardu xaqanın yerinə bir il xaqanlıq etmiş bir neçə il də Buxarada yabqu olmuşdu. 604-cü ildə Basıl Tegin tərəfindən əvəz olundu. Nili xaqanın heykəli 2003-cü ildə Yapon tədqiqatçı alim Osava Takaşi tərəfindən tapılmışdır. Üzərində soğd əlifbası ilə "Muğan xaqanın nəvəsi Niri xaqan dovşan ilində böyük xaqan oldu" yazılıb. Heykəl Sintzyan Uyğur Muxtar regionunda yerləşir.
Obadiyah xaqan
Obadiyah xaqan (Yəhudi dilində עבדיה)(786-809) — Xəzər xaqanlığının xaqanı, Bulanın nəvəsi. Xaqanlığın əyanlarının hamısı islamı qəbul etmədi, onların bir hissəsi yəhudi (iudaizm) dinini yaymağa başladılar. Xəzər xaqanı Obadiyah 790-cı ildə iudaizmi xaqanlığın rəsmi dini elan etdi, VIII əsrin sonlarında yəhudiliyi dövlət dini elan edən Xəzər xaqanı Obadiyah bununla da dövlətini Bizans imperiyasına və Ərəb xilafətinə qarşı qoymaqla yanaşı, özünün imperatorla, xəlifə ilə eyni səviyyədə olan hökmdar olduğunu nəzərə çarpdırmaq istəyirdi. Digər tərəfdən yəhudiliyi qəbul etməkdə Obadinin məqsədi Xəzər xaqanını dünyəvi hakimiyyətdən məhrum edən qədim türk ənənəsini aradan qaldırmaq idi. Obadinin yəhudiliyi qəbul etməsindən dərhal sonra Xəzər xaqanlığının iri şəhərlərinə, şimal-şərqi Qafqaza İrandan və Bizansdan minlərlə yəhudi ailəsi köçüb gəldi. Obadiyah xaqan və oğlanlarını öldürdülər. Hakimiyyətə Obadinin qardaşı keçdi. Siciliyada yaşamış coğrafiyaşünas İdrisi (XII əsr) xaqanlıqda bütün dinlərin fəaliyyət göstərdiyini, dini azadlığın qorunduğunu qeyd edir. Bizans imperatoru I Roman Lekapenin (919-944) yəhudilərə etdiyi zülmdən sonra onlar demokratik ənənələrin qorunduğu Xəzər xaqanlığına köç edirlər və bu köç ərazidəki musəvilərin nüfuzunun artmasına səbəb olur. İbn Rüşdə görə, xəzər xaqanı musəvi olsa da, xalq əski inancını qoruyub saxlayırdı.
Oğuz xaqan
Oğuz xan, Oğuz xaqan və ya Oğuz Kağan — yarı əfsanəvi, yarı həqiqi türk hökmdarı. Bəzi tarixçilər onu Zülqərneyn, bəziləri isə Mete xan hesab edir. Oğuz xan Oğuz türklərinin əcdadıdır. Həyatı haqqında Oğuz xaqan dastanı yazılmışdır. Oğuz sözünün anlamı ilə əlaqədar fərqli fikirlər irəli sürülüb. Bəzi iddialara görə oğuz — oxlar, boylar, soylar birliyidir. Qədim dövrlərdə qonşuları tərəfindən sıxışdırılan ayrı-ayrı boylar birləşib bir ittifaq yaradıblar. Bu birlik oğuz, doqquz oğuz, on oğuz və s.adlanıb. Adnan Menderes Kaya "Avşar türkmənləri" kitabında Oğuz adının anlamı haqqında yazır: "Qədim əsərlərdə Oğuz adının mənası haqqında məlumatlara rast gəlinmir. Elxanlılar zamanında uyğurca yazılmış Oğuz Kağan Dastanında ilk süd anlamına gələn ağız, oğuz kimi yazıldığı üçün Oğuzun bu anlama gəldiyini düşünənlər olmuşsa da, bunun bir imla xətası olduğu vurğulanmıştır.
Qapağan xaqan
Qapağan xaqan (VII əsr – 716, Mancuriya)— Aşina sülaləsindən Göytürk xaqanı. Əsl adı Moçur (阿史那默啜) olmuşdur. 664-cü ildə doğulmuş, 682-ci ildə şad təyin olunmuşdu. 692-ci ildə İlteriş xaqan öldü. Onun qardaşı Qapağan xaqan hakimiyyətə gəldi, çünki Bilgə hələ çox gənc idi. Hakimiyyəti əsasən işğalçı siyasət güdmüşdür. Hakimiyyətə gələn kimi Çinə hücum edən xaqan daha sonra 697-ci ildə kidan tayfalarının Çinə olan üsyanına kömək etdi. Çinin zəifləyəcəyini düşünən Moçur, Kidanların hökmdarı Li Cinçonqun özünü Muşanq xaqan (Özündən başqasına tabe olmayan xaqan - 無上可汗) elan etməsindən sonra fikrini dəyişdi. Muşanq xanın ölümündən sonra yerinə qaynı Su Vanronq keçdi və 697-ci ildə kidanlar bir daha türklərlə ittifaqa girmək yolunu seçdilər lakin xaqan imtina etdi. Həmin ilin yayında xaqan kidanların paytaxtını ələ keçirərək, üsyanı birdəfəlik məğlub etdi.
Qara xaqan
Qara Xan — türk və altay mifologiyasında əfsanəvi xaqan. Qara xalqın yəni adi (soylu olmayan) insanların öndəridir. On oğlu və doqquz qızı vardır. Soylu olmayıb, xalqdan adi bir adam ikən sonradan xanlık əldə edənləri və ya dövlət quranları təmsil edir. Qara dənizdə yaşayır (Ağ dənizin yanında ikinci dərəcə əhəmiyyətə malikdir). Buryatcada Hara sözü Ay deməkdir (monqol Sara), bəzi qeydlərdə Oğuz xanın atasının adının Qara Xan ikən bəzi qaynaqlarda nəslinin (və ya atasının) Ay olaraq göstərilməsi bu söz bənzənəmləri səbəbiylə ola bilər. Çünki monqolca Xar, mançurca Xara sözləri qara rəng bildirir. Qara Türklərdə şimal istiqamətinin simvoludur. Gücü və nüfuzu vurğulayır. Tarixdə iştirak edən Qaraxan dövlətinin adı təsadüfi deyildir.
Qutluq xaqan
Tutu Qutluq xaqan (地頭可汗阿史那庫頭) — Bumın xaqanın ortancıl oğlu idi. Qardaşı Muğan xaqanın dövründə ölkənin şərq bölgələrində "kiçik xaqan" kimi təsdiq olunmuşdur. 563-cü ildə Muğan xaqanın Şimal Ki imperiyasına qarşı səfərinə qoşulmuşdur.
Sakal xaqan
Sakal xaqan — Türgişlərin hökmdarı. 708-ci ildə taxta çıxmışdır. Çin imperatoru onu şəxsən tanımış, Aşina Xuaytaonu səfir kimi göndərmişdi və Çinhe knyazı (金河) kimi tanımışdı. Hakimiyyətinin ilk illərini ona qarşı üsyana başlamış Kül Çörlə mübarizə edərək xərclədi. Kül Çör əsas dəstəyi rüşvətlə ələ aldığı Çin əyanlarından gördü. Sakal xaqan isə tezliklə Kül Çörün edam edilməsi üçün imperatora xəbərdarlıq göndərdi. Üsyankar Çanqanda həbs olunaraq edam edildi. Çox keçmədən Sakal xaqanın qardaşı Çjen qaçaraq Qapağan xaqana sığındı və onu qardaşına qarşı səfərbərliyə çağırdı. Xaqanın həyat yoldaşı isə öldüyü üçün başı yasa qarışmışdı. Əvəzində Tonyukuk, Tardu şad və İnel şadın başçılığı ilə böyük bir ordunu Türgiş ölkəsinə göndərdi.
Tuçi xaqan
Tuçi xaqan — Aşina sülaləsindən şahzadə, xaqanlığa iddiaçı. Aşina Yuankinin oğlu idi. Atasının edamından sonra üsyana başlamışdı. Həmin il özünü Ton Yabqu Xaqan adı ilə xaqan elan etdi. 692-ci ildə Tibet ordusundan dəstək alan xaqan Trinrinq Tsendro, Taqu Risum və Qar Tsenyen Qunqton adlı üç qardaş sərkərdə ilə birlikdə Çinin hücumlarına qarşı mübarizə aparmağa başladı. 694-cü ildə Vanq Hsiaoçi rəhbərliyindəki Çin ordusu Tibetliləri bir daha məğlub etdi və xaqan Tibetə qayıtmalı oldu. 700-cü ildə Tuçi xaqan Tibetdən çıxaraq İkinci Göytürk Xaqanlığına getdi.
Xaqan bəy
Xaqan bəy — son Xəzər xaqanları tərəfindən istifadə olunan titullardan biri. Titul iki sözün birləşməsindən yaranıb; «Xaqan» – türk iyerarxiyasındakı ən ali titul və «Bəy» – zadəgan titulu, bəzi mənbələrə görə hərb meydanında xaqandan sonra ən ali vəzifəli şəxs. Xəzərlərdə xaqan-bəydən daha yüksək titul «Xaqan» və ya «Böyük xaqan» idi. Xaqan bəyin bir müavini olurdu – «Hündür xaqan». Xəzərlərdə hakimiyyət iki şəxs – xaqan və bəy arasında bölünmüşdü. Müasir ərəb tarixşünasları xaqanın tamamilə ruhani rəhbər və ya nominal başçı, bəylərin isə idarəetmə və hərbi səlahiyyətlərə malik bir şəxs olduğunu düşünürlər. Bu titula ilk dəfə ərəb coğrafiyaşünası Əhməd ibn Fədlanın (922) ilkin məktublarında rast gəlinir. Böyük və kiçik xaqan titullarından türk xaqanlıqlarında geniş şəkildə istifadə edilirdi. Xəzərlərdə bu, ikihakimiyyətliliyin axırıncı mərhələsi idi. Bu dövrdə bəylər hakimiyyəti Bulani sülaləsinin əlindən almışdır.
Xasay Hacıyev
Xasay Məmmədhəsən oğlu Hacıyev (1902, Bakı – Bakı) — mühəndis, dövlət xadimi. Xasay Məmmədhəsən oğlu Hacıyev 1902-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. Gimnaziyada təhsil almış, Moskva Universitetini bitirmişdir. Universiteti mühəndis kimi bitirən Xasay bəy Hacıyev uzun müddət rabitə sistenmində işləmişdir. Azərbaycan SSR Rabitə Nazirinin 1-ci müavini vəzifəsində çalışmışdır.
Xasay Musayev
Xasay İbrahim oğlu Musayev — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent. Xasay İbrahim oğlu Musayev 13 iyul 1929-cu ildə Azərbaycan Respublikası Yevlax rayonunun Karamanlı kəndində anadan olmuşdur. 1949-1951-ci illərdə Agdam Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1951-1954-cu illərdə Yevlax rayonu Malbinəsi kənd orta məktəbində və Yevlax şəhər 1 nömrəli orta məktəbdə riyaziyyat fənnindən dərs demişdir. 1955-1960-cı illərdə Azərbaycan Respublikası Politexnik İnstitutunun “Sənaye mülki tikinti” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəzəri mexanika kafedrasında əyani sonra isə qiyabi aspirantı olmuşdur. 1975-ci ildə professor Y.Ə.Əmənzadənin rəhbərliyi altında “Dairəvi olmayan hamar və qabırqalı örtüklərdə bir neçə sərhəd məsələlərinin həlli ” mövzusunda Azərbaycan Respublikası Politexnik İnstitutunda texnika elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiyanı müdafiə etmişdir. 2000-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin kiçik elmi işçisi, elmi işçi və aparacı elmi işçi vəzifəsində çalışır. 2011-ci ildə “Deformasiya olunan bərk cisim mexanikası” ixtisası üzrə dosent elmi adı almışdır. 1949-1951-ci illərdə Agdam Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsi, tələbə 1955-1960-cı illərdə Azərbaycan Respublikası Politexnik İnstitutunun “Sənaye mülki tikinti” fakültəsi, tələbə 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəzəri mexanika kafedrası, aspirant 1975-ci il Azərbaycan Respublikası Politexnik İnstitutu, texnika elmləri namizədi Dissertasiyanın adı: "Dairəvi olmayan hamar və qabırqalı örtüklərdə bir neçə sərhəd məsələlərinin həlli" 1951-1954-cu illərdə Yevlax rayonu Malbinəsi kənd orta məktəbində və Yevlax şəhər 1 nömrəli orta məktəbdə riyaziyyat fənni üzrə müəllim 1960-1970-ci illərdə Azərbaycan Dövlət Layihə İnstitutunda konstruktor 2000-ci ildən indiyə kimi kiçik elmi işçisi, elmi işçi və aparacı elmi işçi "Elastiklik və plastiklik nəzəriyyəsi" şöbəsi.
Xasay Vəzirov
Xasay Həsən oğlu Vəzirov (24 fevral 1914, Şuşa – 1998) — "Kommunist" qəzetinin baş redaktoru, "Azərinform"un direktoru, üçüncü, dördüncü çağırış Azərbaycan SSR Ali Sovetinin və Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin deputatı. Xasay Vəzirov 1914-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Orta və ibtidai təhsilini Bakıda almışdır. Sonra təhsilini artırmaq üçün Bakı Pedaqoji Texnikumunu bitirdi, təyinatla Əli-Bayramlı şəhər ibtidai məktəbinə göndərildi. 1931-ci ildə Bakıya qayıdan Xasay Vəzirov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan "Yeni yol" ictimai-ədəbi qəzetinin redaksiyasında işləməyə başladı. 1933–1939-cu illərdə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Sənaye İnstitutunda təhsil alaraq ali fərqlənmə diplomu ilə iqtisadçı-mühəndis adı almışdır. 1948-ci ildə həmin institutda aspirantura təhsilini tamamlamışdır. 1949-cu ildə mətbuat tarixindən namizədlik dissertasiyasını müdafiə etmişdir. İkinci Dünya müharibəsində Sovet Ordusunda məsul vəzifələrdə çalışmışdır. Xasay Vəzirov 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.
Çingiz xaqan
Çingiz xan və ya Timuçin (monq. Чингис Хаан; təq. 31 may 1162 – 18 avqust 1227 və ya 25 avqust 1227) — Monqol hökmdarı və sərkərdəsi. Monqol qəbilələrini bir bayraq altında birləşdirərək, insanlıq tarixindəki ən böyük ikinci imperiya olmuş Böyük Monqol imperiyasını (1206–1368) qurmuşdur. Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə — bozqır aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər ölkələrdəki qullardan bir fərqi vardı: onları satmırdılar. XII əsrin ikinci yarısında Dalay-nur və Buar-nur monqol qəbiləsindən olan tatarlar da köçərilik edirdilər. Tatarlardan qərbdə kerait adlı xalq yaşayırdı. Nayman qəbiləsi isə keraitlərdən qərbdə məskən salmışdı.
Çula xaqan
Çula xaqan (VI əsr – 620, Ordu-Balıq, Arxanqay) — Şərqi Göytürklərin üçüncü xaqanı. Çula xaqan qardaşından sonra taxta keçmişdi. Onun dövründə Çində vətəndaş müharibəsi davam edirdi. O son Suy imperatriçasına sadiq qüvvələri Tan sülaləsinə qarşı müdafiə edirdi. Nazirləri hər nə qədər ona müharibədən qaçınmalarını məsləhət görsə də xaqan bunu Suy sülaləsinə olan borcu kimi izah edirdi. Əslində isə Göytürklər Çini bacardıqları qədər qarışdırmaq istəyirdi. Xaqan elə bir il hakimiyyət edəndən sonra xəstəlikdən öldü. Şahzadə Yiçenqlə evlənmişdir. Oğulları: Aoşe şad (奧射設) Aşina Momo (阿史那摸末, 607 - 649) - Yuşe şad (郁射設) titulu almışdı. Li (李氏) klanından biri ilə evlənmişdi.
İnel xaqan
İnel xaqan — Aşina sülaləsindən göytürk xaqanı. Əsl adı Bögü (拓西可汗) olmuşdur. 699-cu ildə Qapağan xaqan tərəfindən kiçik xaqan təyin olunmuşdu. 714-cü ildə Beşbalıq mühasirəsində iştirak etmişdir. Xaqanın vaxtsız öldürülməsi ölkədə çaxnaşma yaratdı, 716-cı ilin iyununda İnel özünü xaqan elan etdi. Lakin elə həmin ay da Kül Tegin tərəfindən ələ keçirilib öldürüldü.
Naqay stadionu
Naqay stadionu (yap. 大阪市 長居陸上競技場) — Osaka (Yaponiya) şəhərində yerləşən stadion 1964-cü ildə inşa edilib və 23 000 tamaşaçı tutumuna malikdir. 1996-cı ildə yenidənqurma işlərindən sonra yerlərin sayı 50 000-ə qədər artırılmışdır. Serezo Osaka futbol klubunun ev arenasıdır. 2002-ci ildə stadion 2002 FİFA Dünya Kubokunun qrup mərhələsinin 2 matçını və bir dörddəbir finalını qəbul edib, 2007-ci ildə stadion təmir edilib və 2007 Yüngül Atletika üzrə Dünya Çempionatının əsas arenasına çevrilib. Naqay stadionu 2002 FİFA Dünya Kubokunun üç matçına ev sahibliyi etdi.