XOCAY

tacir; müəllim, alim, həkim; molla, seyid; qoca; vəzirlərin fəxri titulu; hərəmxana işçisi, axta.
XOCAVERDİ
XOCƏLİ
OBASTAN VİKİ
Guman Xocayev
Xalid Səid Xocayev
Xalid Səid Xocayev (1888 – 13 oktyabr 1937, Bakı) – çağdaş Azərbaycan dilçiliyinin banilərindən biri, Mahmud Kaşğarinin "Divani lüğətit-türk" əsərinin Azərbaycan dilinə ilk tərcüməçisi, repressiya qurbanı. Xalid Səid Xocayev 1888-ci ildə Daşkənd yaxınlığında olan Koş-Kurqan kəndində anadan olub. İlk təhsilini Daşkənddə yerləşən mədrəsədə alıb. 1914-cü ildə İstanbul Universitetində tibb fakültəsinə daxil olub. 2 il burada təhsil aldıqdan sonra ixtisasını tarix-filologiyaya dəyişib və universiteti 1918-ci ildə bitirib. İstanbul Universitetindəki təhsilini bitirdikdən sonra Qafqaz Türk İslam Ordusunun əsgərləri ilə birgə Azərbaycana gəlmiş, Bakı və Gəncə kimi şəhərlərdə orta və ali məktəblərdə dərs demişdir. SSRİ EA-nın Azərbaycan filialında çalışıb. Dünya Türkologiyasında ilk dəfə Mahmud Kaşğarinin "Divani lüğətit-türk" əsərini dilimizə tərcümə edib. 1988-ci ildə Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Zərifə Budaqova akademik-katib Bəkir Nəbiyevə yazdığı məktubda bildirirdi ki, "Divanü Lüğat-it-Türk" SSRİ-də ilk dəfə Xalid Səid tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Xalid Səid isə Kaşqarlı "Divan"ının sadəcə ərəb dilindən Azərbaycan türkcəsinə tərcüməsini gerçəkləşdirməklə kifayətlənməyib, türkologiyanın çağdaş prinsipləri baxımından əsərin ilk izahlı, elmi tərcüməsini yaradıb.
Xocaylı
Xocaylı (özb. Xoʻjayli, qaraq. Xojeli) — Özbəkistanın Qaraqalpaqıstanda şəhər, Xocaylı rayonunun inzibati mərkəzi. Vodnik şəhər qəsəbəsi Xoceyli şəhər hakimliyinə (meriya) tabedir. Xocaylı (Xoca Eli) şəhərinin tarixi indiyədək xüsusi tədqiq edilməmişdir. P. P. İvanov, M. Yuldaşev, A. Sadıqov, Ya. Qulyamov, S. K. Kamalov, Yu. Bregel, O. Jalilov, V. N. Yaqodin, M. Mambetullaev, T. Xocayeva, Q. Xocaniyazov, M. Ş. əsərlərində və tədqiqatlarında Kdırniyazov, M.Türebekov, X.Esbergenov, O.Yusupov, başqa tarixçi və arxeoloqlar Xoceyli mədəniyyətinin tarixi və tarixinin müxtəlif aspektlərini işıqlandırmışlar. Bu baxımdan, 500 ildən artıq müddətdə Amudəryanın sol sahilində çoxsaylı tarixi, sosial, mədəni və siyasi hadisələrin mərkəzi olmuş Xocayli şəhərinin keçmiş həyatına aid arxiv materialları böyük maraq doğurur. qaraqalpaqların, qazaxların, türkmənlərin və xorəzm özbəklərinin əsas bazarlarından.
Xocayurd
Xocayurd — Azərbaycan Respublikası Kəlbəcər rayonu ərazisində dağ. Çilgəz dağ tirəsində zirvədir. Tərtər və Xaçın çaylarının suayrıcında yerləşir. Hündürlüyü 2397 m. Keçmişdə maldar ellərin yaylaq yeri olmuş bu dağ xocalı nəslinin adını daşıyır. Oronim "xocalıların yurdu" mənasındadır.
Alim Xocayev
Xocayev Alim (24 sentyabr (7 oktyabr) 1910, Buxara, Rusiya Türkistanı general-qubernatorluğu – 14 fevral 1977, Moskva, RSFSR, SSRİ) — özbək sovet aktyoru. SSRİ xalq artisti (1959). SSRİ Dövlət mükafatı laureatı (1949; 1977-ölümündən sonra). 1945 ildən Sov. İKP üzvü. 1929 ildən Həmzə ad. Özbəkistan Dram Teatrında cıxış etmişdir. Əsas rolları: Əlişir Nəvai ("Əlişir Nəvai", Uyğun və İ. Sultanov), Həmzə Həkimzadə Niyazi ("Həmzə", K Yaşen və A. Öməri), Hamlet ("Hamlet", V. Şekspir), Karl Moor ("Qaçaqlar", F. Şiller), Astrov ("Vanya dayı", A. Çexov), Poltoratski, Akbarbay ("Dan ulduzu" "İnqilab şəfəqləri" K. Yaşen) və s. Rej. kimi də fəaliyyət göstərmiş, kinoda çəkilmişdir.
Xocayev Alim