XAQAN

Mətinin (Metenin) atası Tuman hakimiyyətdə (e.ə. 220-209) olarkən tanhu sözü titul bildirib. Tanhu (“ululuq”, “ucalıq” deməkdir) sonradan yabqu, o isə kağan, nəhayət, xaqan formasını kəsb edib. Deməli, xaqan “ulu” deməkdir. O, Göy Tanrının yerdə təmsilçisi hesab olunurmuş. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

XAHİŞ
XAL
OBASTAN VİKİ
Baqa xaqan
Bağa xaqan — Göytürk xaqanlığının hökmdarı, Qara İssıq xaqanın ikinci oğlu idi. Göytürk vətəndaş müharibəsi hələ davam edirdi. Tardu xaqan və onun dəstəklədiyi Apa xaqanla müharibəni davam etdirdi. Fars sərkərdəsi Bəhram Çubin tərəfindən Birinci Göktürk-Sasani müharibəsində məğlub edilib öldürülmüşdür.
Bars xaqan
Bars xaqan (v. 711) — VII əsrin ikinci yarısından 710/711-ci ilədək hakimiyyətdə olmuş Qırğız xaqanlığı hökmdarı. Həyatının ilk dövrlərinə aid məlumat azdır. Əvvəllər bəy olsa da, sonra müstəqillik əldə etmiş və İltəriş xaqanın qızı ilə evlənib İnanc Alp Bilgə xaqan adını götürmüşdü. Tabğaclar və Türkeşlərlə İkinci Göytürk xaqanlığına qarşı ittifaqa qoşulmuşdu. 710-711-ci illərdə Tonyukuk, Kül Tigin və Bilgə xaqanın ordusuna məğlub olaraq öldürüldü. Övladları daha sonra Çinə səfir kimi getdilər. Bəzi tədqiqatçılar Bars xaqanın əslində Manas olduğunu düşünür. Sergey Klyaştornı belə düşünür ki, Altın Göl yazıları Bars xaqanın iki ekiz övladı haqqındadır. 2011-ci ildə Oş şəhərində heykəli ucaldılmışdır.
Bayan xaqan
Bayan Xaqan — avar hökmdarı (568–601) Bayan Xaqan 565-ci ildə slavyan tayfalarını ağır məğlubiyyətə uğradaraq Mərkəzi Karpatı ələ keçirmiş, Bizansı xərac vermək məçburiyyətində qoymuşdu. Lanqobardlarla ittifaq bağlayaraq hepidləri özünə tabe etmişdi. O. 568-ci ildə lanqobardların Cənubi İtaliyaya köçməsindən sonra indiki Macarıstan ərazisini tamamilə hakimiyyəti altına almışdı. Daha sonra qərbdə Frank kralı Ziqberti məğlubiyyətə uğratmış, cənubda isə Bizansın Singidunum və Sirmium kimi strateji əhəmiyyətli sərhəd qalalarını tutmuşdu (582). Bayan xaqanın hakimiyyəti dövründə xaqanlığın sərhədlərini Don çayından Qalliyaya, şimali slavyanların torpaqlarından İtaliyaya qədər genişləndirmişdi. Azərbaycan Milli Ensiklopediyası, III cild. Bakı,2011, səh. 302.
Bağa xaqan
Bağa xaqan — Göytürk xaqanlığının hökmdarı, Qara İssıq xaqanın ikinci oğlu idi. Göytürk vətəndaş müharibəsi hələ davam edirdi. Tardu xaqan və onun dəstəklədiyi Apa xaqanla müharibəni davam etdirdi. Fars sərkərdəsi Bəhram Çubin tərəfindən Birinci Göktürk-Sasani müharibəsində məğlub edilib öldürülmüşdür.
Bağatur xaqan
Bağatur xaqan — Tardu xaqanın oğlu, Göytürk xaqanı. Öncələr dövlətin şimal hissələrini idarə edirdi. Xaqanlığa Tuluların dəstəyi ilə öz qardaşı oğlu Tonqu öldürərək gəlmişdi. Tan sülaləsindən bir şahzadə ilə evlənmək istəsə də buna nail olmadan üsyan nəticəsində devrildi. Altay dağlarına qaçdısa da orda öldürüldü. Yerinə Nuşibilərin dəstəklədiyi, öncəki xaqanın oğlu Si Yabqu xaqan gəldi.
Bilgə xaqan
Bilgə xaqan (çin. 阿史那默棘連; 683 – 734 və ya 25 noyabr 734, Ötüken) — İkinci Göytürk Xaqanlığının 716-cı ildən xaqanı. Əsl adı Bögü olub, taxta çıxdıqdan sonra Bilgə adını qəbul etmişdir. İltəriş xaqanın və İlbilgə Xatunun oğlu idi. 700-cü ildə tanqutlara qarşı yürüşdə iştirak etmişdi. 701-ci ildə Onq Tutukun başçılığındakı 50.000 əsgərdən ibarət Tan sülaləsi ordusunu məğlubiyyətə uğratmışdı. 703-cü ildə isə Aşina sülaləsi tərəfindən idarə olunan lakin xaqana tabe olmayan basmıllara hücum etmişdi. 705-ci ildə 80.000 əsgərdən ibarət Çaça Senqun başçılığındakı Tan ordusunu məğlubiyyətə uğratmışdı. Lakin 709-cu ildə Yenisey qırğızlarına məğlub olmuşdu. Sonrakı il gecə basqını ilə qırğızlar da məğlub edilmişdi.
Biliqtü xaqan
Biliqtu xan Ayuşridara (monq. Билэгт хаан Аюшридар; 1338, Yuan İmperiyası - 1378, Şimali Yuan Dövləti) — Şimali Yuan Dövlətinin 1-ci, ümumilikdə Yuan sülaləsinin 13-cü, de-yure olaraq isə Monqol imperiyasının xanı.
Bumın xaqan
Bumın xaqan (490 – 552, Göytürk xaqanlığı) — Aşina sülaləsindən olan ilk göytürk xaqanı. Aşina Tuvunun ən böyük oğlu idi. Jujan xaqanlığı dövründə tümən komandiri olmuşdur. 545-ci ildə Bumın hələ xaqan deyildi amma Qərbi Vey imperiyasının sərhədlərini pozmağa başlamışdı. Qərbi Vey imperiyasının qəyyumu Yuven Tay An Nuopanto adlı bir soğd tacir ilə Türklərə hədiyyə göndərdi. 546-cı ildə Bumın xan Oğuzların əcdadları olan Tiele qəbilələrini məğlub edərək özünə tabe etdi. 551-ci ildə Jujan xaqanı Anaxuanın qızı ilə evlənmək istədiyini bildirmişdi, xaqan isə öz növbəsində Bumını təhqir edərək ona qızını verməyəcəyini deyir. Bundan istifadə edən Bumın, əvəzində Vey imperatorunun qızını özünə istədi. Anaxuanın qızı Dao Vey imperatoru Ven ilə evli idi. Qəyyum Yuven Tay Bumın xana şahzadə Çanqleni gəlin kimi göndərdi.
Cuçi xaqan
Aşina Cuçi (走其可汗) (v. 679, Çanqan) — Çumuğun tayfasının rəisi, Tan sülaləsinə qarşı üsyan başlatmış Göytürk şahzadəsi. Digər xaqanlarla geneolojik əlaqəsi məlum deyil. Aşina Mişenin ölümündən sonra 671-ci ildə Nuşibilərə xan təyin olunmuşdu. Özünə kifayət qədər dəstək alandan sonra 676-cı ildə Çinə qarşı üsyana başlamış, özünü xaqan elan etmişdi. Çinlilər onu Şisinq xaqan (阿史那施於北庭) adı ilə tanıyırdılar. Cuçinin Çinə qarşı əsas müttəfiqi Tibet imperatoru Mansonq Maçen və Li Çefu idi.679-cu ildə Pen Sinçzyanın rəhbərlik etdiyi Çin ordusuna məğlub oldu və öldürüldü.
Duomi xaqan
Duomi xaqan (çin. 多彌可汗, Pinyin: Duōmí Kèhán; v. 646) — Seyanto xaqanı. Əsl adı Bacuo olub, tam titulu İl Küllüg Şad Duomi xaqan (頡利俱利薛沙多彌可汗) idi. Atasının ilk övladı deyildi, lakin bir kəniz yerinə xatundan doğulduğu üçün daha çox hörmət görürdü. 638-ci ildə artıq atası İncu xaqan onu cənub tayfalarının valisi kimi təyin etmişdi. Tan sülaləsinin imperatoru Taiçonq isə onun və qardaşının arasında rəqabət yaratmaq üçün onu hətta kiçik xaqan kimi də tanımışdı. Daha sonra atası onu Si Yabqu titulu ilə qərb hakimi kimi təyin etmişdi. Atasının 645-ci ildəki ölümündən sonra böyük qardaşı Yemanq ilə hakimiyyət uğrunda mübarizəyə başladı. Yemanq Bacuo tərəfindən tutularaq həbs edildi.
Kilibi xaqan
Kilibi xaqan (əsl adı: Aşina Simo (阿史那思摩), Çin titulu: Yiminişukilibi xaqan (乙彌泥孰俟力苾可汗)) — 630-cu ildə Tan sülaləsi tərəfindən xaqan olaraq vəzifələndirilmişdi. 639-cu ildəki Aşina Cieşeşuay üsyanı imperatoru qorxutduğu üçün xaqanlığı yenidən qurmaq qərarına gəldi. 583-cü ildə doğulub. Atası Tuğruq Şad Taspar xaqanın oğlu idi. Şibi xaqan və Çula xaqan onu çox sevməzdi. Çünki o türkdən çox soğda bənzəyirdi. Onların dövründə sərkərdə ola bilməmişdi. İllig xaqan onu imperatorla danışıq aparmağa göndərəndə imperator tərəfindən Heşun knyazı titulu ilə mükafatlandırılmışdı. Bütün bunlara baxmayaraq Şərqi Göytürk xaqanlığının zəiflədiyi dövrdə imperatora yox xaqana sadiq qalmışdı. İmperator onun sədaqətindən ruhlanaraq 23 iyul 630-cu ildə Xuayxuay knyazı titulu vermişdi.
Mete xaqan
Mete xaqan, Mete Şanyü və ya Mete xan (qədim Çin mənbələrində Mao-tun və ya Modun Şanyu olaraq da adlandırılır) (çin. 冒頓單于; E.ə. 234-e.ə. 174) — Böyük Hun İmperiyasının ikinci Tenqri Qutu (şanyüsü). Bəzi tarixçilər onu Oğuz xan hesab edir. Böyük Çin tarixçisi Sima Syan yazır ki, hunlar öz uzun tarixləri ərzində dəfələrlə gah güclənib yekdil, vahid səltənət yaratmış, gah zəifləyib ayrı-ayrı qəbilələrə parçalanmışlar. Hunların Çin İmperiyası ilə müharibələri o qədər gərgin, o qədər fəlakətli olmuşdur ki, bütün bunlara birdəfəlik son qoymaq üçün imperator Sin Şi Xuandi Çinin şimal sərhədləri boyu 4000 kilometr uzunluğunda, 4 metr enində və 10 metr hündürlüyündə sədd çəkdirmək əmri vermişdir. Həmin sədd bu günə kimi durur. Əslində, bu Çin xalqının zəhmətkeşliyi ilə bərabər Hun cəngavərlərinin qəhrəmanlığına qoyulan abidədir. E.ə.
Xaqan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları — xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Muğan xaqan
Muğan xaqan (554-572) — Aşina sülaləsindən Göytürk xaqanı. Bumın xaqanın ikinci oğlu idi. Çjou kitabında və Şi-Ci kitabında onun haqqında "qəribə görünüşlü, qırmızı saçlı, lapis daşı kimi gözlərə sahib, qəddar, cəsur və bilikli" şəxs kimi qeyd olunur. Muğan xaqan 554-cü ildə taxta çıxan kimi ölkədə yeni qanun qəbul etdi. Qanuna görə oğul atanın varisi ola bilməzdi, yalnız kiçik qardaş böyük qardaşın varisi hesab oluna bilərdi. Buna görə də Muğan xaqanın ölümündən sonra xaqanlıq taxtına qardaşı Taspar xan keçdi və onun işlərini davam etdirib türk xaqanlığının ərazisini və nüfuz dairəsini daha da genişləndirdi . Göründüyü kimi, imperiyada bəhs olunan dövrdə mükəmməl bir idarəçilik sistemi qurulmuşdu. Dövlətin idarə olunması zamanı ortaya çıxan taleyüklü məsələlər qurultay vasitəsilə həll edilirdi. Jujanlar Şimali Ki imperiyası tərəfindən himayə olunurdu. 554-cü ildə imperator Vensüan Anaxuanın oğlu Anloçeni jujanlara xaqan təyin edərək Şoçjou ətrafı torpaqları onlara bağışladı.
Münke xaqan
Münke xaqan (ən tezi 10 yanvar 1209, Böyük Monqol imperiyası – 11 avqust 1259) - Möngkə qaan adı ilə tanınan Monqol imperatoru. 1251-1259-cu illərdə hakimiyyətdə olmuşdur. Qızıl Ordu dövlətinin başçısı Batının köməyi ilə Münke 1251-ci ildə xaqan oldu . XIII əsrin 50- ci illərində İranda, Ərəb İraqında, Ön Asiyanın digər ölkələrində elə ərazilər var idi ki, onlar nə iqtisadi, nə də strateji cəhətdən tabe edilməmişdi. Bu əraziləri tabe etmək üçün böyük hərbi ekspedisiya hazırlandı və həyata keçirmək üçün Ali Monqol Xaqanı Münke öz qardaşı Hülakü xanı başda olmaqla göndərdi.
Nili xaqan
Nili xaqan — Tardu xaqanın yerinə bir il xaqanlıq etmiş bir neçə il də Buxarada yabqu olmuşdu. 604-cü ildə Basıl Tegin tərəfindən əvəz olundu. Nili xaqanın heykəli 2003-cü ildə Yapon tədqiqatçı alim Osava Takaşi tərəfindən tapılmışdır. Üzərində soğd əlifbası ilə "Muğan xaqanın nəvəsi Niri xaqan dovşan ilində böyük xaqan oldu" yazılıb. Heykəl Sintzyan Uyğur Muxtar regionunda yerləşir.
Oğuz xaqan
Oğuz xan, Oğuz xaqan və ya Oğuz Kağan — yarı əfsanəvi, yarı həqiqi türk hökmdarı. Bəzi tarixçilər onu Zülqərneyn, bəziləri isə Mete xan hesab edir. Oğuz xan Oğuz türklərinin əcdadıdır. Həyatı haqqında Oğuz xaqan dastanı yazılmışdır. Oğuz sözünün anlamı ilə əlaqədar fərqli fikirlər irəli sürülüb. Bəzi iddialara görə oğuz — oxlar, boylar, soylar birliyidir. Qədim dövrlərdə qonşuları tərəfindən sıxışdırılan ayrı-ayrı boylar birləşib bir ittifaq yaradıblar. Bu birlik oğuz, doqquz oğuz, on oğuz və s.adlanıb. Adnan Menderes Kaya "Avşar türkmənləri" kitabında Oğuz adının anlamı haqqında yazır: "Qədim əsərlərdə Oğuz adının mənası haqqında məlumatlara rast gəlinmir. Elxanlılar zamanında uyğurca yazılmış Oğuz Kağan Dastanında ilk süd anlamına gələn ağız, oğuz kimi yazıldığı üçün Oğuzun bu anlama gəldiyini düşünənlər olmuşsa da, bunun bir imla xətası olduğu vurğulanmıştır.
Tardu xaqan
Tardu xaqan (達頭可汗/达头可汗) — 575-ci ildə yabqu olmuş Qərbi Göytürk xaqanlığı I xaqanı. Bumın xaqanın nəvəsi, İstəmi xaqanın oğlu idi. 575-ci ildə yabqu titulu almışdı. 581-ci ildə Göytürk vətəndaş müharibəsinə qatılmış, Apa xaqanı müdafiə etmişdi. Qərbdə isə qardaşı Tamqan şad vasitəsilə Şimali Qafqazda hakimiyyət qurmuşdu. 587-ci ildə Apa xaqana qarşı hərəkətə başlamış, onu da öldürtmüşdü. 591-ci ildə Bəhram Çubinə dəstək olmuşdu. 599-cu ildə isə Tulan xaqanın ölümündən istifadə edərək özünü Bilgə xaqan adı ilə ulu xaqan elan etmişdi. Çinə qarşı yürüş keçirərkən məğlub olmuş və 603-cü ildə böyük ehtimal öldürüldü. Bağatur xaqan adını alacaq Külüg Sibir və Tulu Tegin adında oğulları vardı.
Taspar xaqan
Taspar xaqan (572-581) — Aşina sülaləsindən Göytürk xaqanı. Bumın xaqanın üçüncü oğlu idi. Atasından fərqli olaraq Şimal Ki imperiyası ilə yaxşı münasibətdə idi.Onların təsiri ilə Buddist oldu və Şimal Çjou sülaləsinə qarşı hücumları çoxaltdı. Bir çox buddist mətni Türk dilinə tərcümə edildi. 577-ci ildə son Ki imperatoru Qao Şaoyi-yə siyasi sığınacaq vermişdi. 579-cu ildə Şimal Çjou ilə sülh bağlamaq istəsə də, imperator Hsüanın iki şərti vardı - öz əmisiqızı Kiancin ilə evlənəcək və Qao Şaoyini təslim edəcəkdi. Taspar xaqan bu təklifdən imtina etdi. 580-ci ildə imperator Hsüanın yerinə keçən imperator Cinq şahzadə Kiancini onunla evləndirməyə qərar verdi. Həmçinin xaqana rüşvət verərək Qao Şaoyini təslim etdi. O, hər iki imperatora oğlum deyə xitab edib onlardan yüksəkdə durduğunu göstərirdi.
Tuçi xaqan
Tuçi xaqan — Aşina sülaləsindən şahzadə, xaqanlığa iddiaçı. Aşina Yuankinin oğlu idi. Atasının edamından sonra üsyana başlamışdı. Həmin il özünü Ton Yabqu Xaqan adı ilə xaqan elan etdi. 692-ci ildə Tibet ordusundan dəstək alan xaqan Trinrinq Tsendro, Taqu Risum və Qar Tsenyen Qunqton adlı üç qardaş sərkərdə ilə birlikdə Çinin hücumlarına qarşı mübarizə aparmağa başladı. 694-cü ildə Vanq Hsiaoçi rəhbərliyindəki Çin ordusu Tibetliləri bir daha məğlub etdi və xaqan Tibetə qayıtmalı oldu. 700-cü ildə Tuçi xaqan Tibetdən çıxaraq İkinci Göytürk Xaqanlığına getdi.
Usxal xaqan
Usxal xan, Usxal xaqan və ya Toqus-Teymur xan (monq. Усхал хаан; Төгстөмөр хаан; 1342-1388) - Şimali Yuan sülaləsinin 2-ci, ümumilikdə Yuan sülaləsinin 14-cü, de-yure olaraq isə Monqol imperiyasının xanı. 1378-ci ildə böyük qardaşı Ayuşridaranın ölümündən sonra Toqus-Temur Usxal Xan adı altında Yuan-Monqol xan taxtını aldı. Yuan sülaləsini bərpa etmək üçün Çin İmperiyasına qarşı hərbi əməliyyatlar keçirməyə davam etdi. Usxal xan, Monqolların yaxınlıqdakı Çin əyalətlərinə yeni hücumlar etməyə başladığı yerdən İnchan və Qaraqoruma böyük hərbi qüvvələr topladı. 1380-ci ildə Ming imperatoru Çju Yuançjan Monqolustanda daha bir böyük hərbi yürüş təşkil etdi. 1380-ci ilin yazında Muinin başçılıq etdiyi Çin ordusu çölləri keçərək Qaraqorumu aldı. Paytaxt divarları altındakı döyüşdə Monqollar sarsıdıcı bir məğlubiyyəti qızdırdılar. Üç monqol komandiri əsir götürüldü. Qaraqorum tamamilə məhv edildi və Monqollar tərəfindən əbədi olaraq tərk edildi.
Xaqan bəy
Xaqan bəy — son Xəzər xaqanları tərəfindən istifadə olunan titullardan biri. Titul iki sözün birləşməsindən yaranıb; «Xaqan» – türk iyerarxiyasındakı ən ali titul və «Bəy» – zadəgan titulu, bəzi mənbələrə görə hərb meydanında xaqandan sonra ən ali vəzifəli şəxs. Xəzərlərdə xaqan-bəydən daha yüksək titul «Xaqan» və ya «Böyük xaqan» idi. Xaqan bəyin bir müavini olurdu – «Hündür xaqan». Xəzərlərdə hakimiyyət iki şəxs – xaqan və bəy arasında bölünmüşdü. Müasir ərəb tarixşünasları xaqanın tamamilə ruhani rəhbər və ya nominal başçı, bəylərin isə idarəetmə və hərbi səlahiyyətlərə malik bir şəxs olduğunu düşünürlər. Bu titula ilk dəfə ərəb coğrafiyaşünası Əhməd ibn Fədlanın (922) ilkin məktublarında rast gəlinir. Böyük və kiçik xaqan titullarından türk xaqanlıqlarında geniş şəkildə istifadə edilirdi. Xəzərlərdə bu, ikihakimiyyətliliyin axırıncı mərhələsi idi. Bu dövrdə bəylər hakimiyyəti Bulani sülaləsinin əlindən almışdır.
Yami Xaqan
Yami xaqan (意利珍豆启民可汗 - Müdrik, sözü hər yerdə keçən, öndə gedən xaqan; VI əsr – 608 və ya 609, Şərqi Göytürk xaqanlığı) — Şərqi Göytürk xaqanlığının ilk xaqanı. Tulan xaqanın kiçik qardaşı idi. taxta keçməsindən sonra şimala köçərək Şərqi Göytürk xaqanlığının şərq bölgəsini idarə edən xaqanın ünvanı olan "Tuli xaqan" (Tölis-qaγan) titulunu istifadə etməyə başladı. Suy sülaləsinə heyət göndərərək qızlarıyla evlənmək istəyincə buna qarşı çıxan Tulan xaqan ilə arasında anlaşılmazlıq yaşandı. 597-ci ildə Şərqi Göytürkün bölünməsini istəyən Suy imperatoru Ven öz qohumlarından birinin qızlarından şahzadə Anı ərə verdi verdi. 599-cu ildə Tulan xaqan, Qərbi Göytürk xaqanı Tarduş xaqan ilə ittifaq qurub Yami xaqana hücum etdi. Məğlub olan Yami beş atlı ilə Çinə sığındı. Ven, şahzadə Anyinin ölmüş olmasından dolayı başqa bir şahzadəsi olan Yiçenq ilə evləndirdi. 600-cü ildə Tardu tərəfindən məğlub edildisə də yenə Çindən dəstək aldı. 603-cü ildə Tardu xaqana üsyan edən Tiele və Puqu tayfaları Yamiyə tabe oldu.
Yibo xaqan
Yibo xaqan — Türgiş xaqanlığının Çin tərəfindən təyin olunmuş hökmdarı. Əsasən nominal xaqan olmuş, Suyab ətrafını idarə etmişdir.
Yollıq xaqan
Yollıq xaqan — İkinci Göytürk xaqanlığının V xaqanı. İlk adı İcan olmuşdur. Taxta keçdikdən sonra Yollıq xaqan adını almışdır. Orxon abidələrini qoyduran şəxsdir. Çinlə sülh münasibətləri yürütmüş. 739-cu ildə gözlənilmədən ölmüşdür.
Bahadur Sepi Xaqan
Basmıl xaqanlığı
Basmıl xaqanlığı — Göytürk xaqanlığının dağılmasından sonra yerində, basmıllar tərəfindən qurulmuş qısa müddətli dövlət. Basmıl hökmdarı İrtəriş xaqan dövlətin ilk və son hökmdarı olmuşdur. Dövlətin şərqi Uyğur yabquluğu, qərbi isə Karluk yabquluğu adlanırdı. Cəmi 2 il mövcud olan dövlət 744-cü ildə Qarluqlar və Uyğurların birgə səyi nəticəsində parçalanmış, yerində Uyğur xaqanlığı və Qarluq xaqanlığı yaradılmışdır.
Bayan Çur xaqan
Moyon Çur xaqan (çin. 葛勒可汗) — 747-ci ildən 759-cu ilədək Uyğur xaqanlığının xaqanı. 716-cı ildə doğulmuşdur. İlk dövrləri haqda məlumat yoxdur. 747-ci ildə Qutluq Bilgə Kül xaqan ölüncə yerinə oğlu Tay Bilgə Tutuk yabqu təyin olunsa da, Moyon Çur qardaşını devirərək xaqan oldu. O, qardaşının tərəfini tutan Qırğız, Çik, Səkkiz Oğuz və Doqquz Tatar kimi Türk boylarını itaət altına alaraq, dövlət nüfuzunu gücləndirdi. Digər yandan yenə bu dövrdə, cənubdakı Beş-balıq, Kuça və Qaraşar kimi zəngin taxıl və ticarət şəhərləri də Uyğur təsirinə düşmüşdü. Turfan bölgəsi ilə Uyğurlar arasındaki münasibətlər də, yenə bu dövrdən etibarən başlamış oldu. Moyon Çur xaqanın önəmli işlərindən biri də, onun zamanında, Uyğurlar arasında şəhərləşmə, oturaqlaşma işlərinə başlamasıdır. Digər yandan eyni xaqan, geMoyonə güclənməkdə olan Tibet təhlikəsini sezərək onlara qarşı cəbhə aldı.
Benjamin (Xəzər xaqanı)
Benjamin və ya Benyamin — 9-cu əsrin sonlarında və 10-cu əsrin əvvəllərində hökmdarlıq edən Xəzər xaqanı (ehtimal ki, xaqan bəy). Haqqında məlumat "Schechter Letter" adlı bir sənədlə əldə edilmişdir. Peçeneq, burtas, onogur və bulqarların birliyinə qarşı mübarizə aparmışdı. Ondan sonra hakimiyyətə II Aaron keçdi. Иванов С. А. Древнеармянское житие Стефана Сурожского и хазары // Хазары . — М. — Иерусалим, 2005. ISBN 5-93273-196-6 Kevin Alan Brook. The Jews of Khazaria. 2nd ed. Rowman & Littlefield Publishers, Inc, 2006.
Benyamin (Xəzər xaqanı)
Benjamin və ya Benyamin — 9-cu əsrin sonlarında və 10-cu əsrin əvvəllərində hökmdarlıq edən Xəzər xaqanı (ehtimal ki, xaqan bəy). Haqqında məlumat "Schechter Letter" adlı bir sənədlə əldə edilmişdir. Peçeneq, burtas, onogur və bulqarların birliyinə qarşı mübarizə aparmışdı. Ondan sonra hakimiyyətə II Aaron keçdi. Иванов С. А. Древнеармянское житие Стефана Сурожского и хазары // Хазары . — М. — Иерусалим, 2005. ISBN 5-93273-196-6 Kevin Alan Brook. The Jews of Khazaria. 2nd ed. Rowman & Littlefield Publishers, Inc, 2006.
Bilgə xaqan abidəsi
Bilgə xaqan abidəsi və ya Bilgə xaqan kitabəsi, Türk dilinin ən qədim kitabələrindəndir. Orxon abidələri olaraq bilinən abidələrdən biridir. Bu abidə Bilgə xaqanın ölümündən (73)) bir il sonra oğlu Tenqri xaqan tərəfindən düzəldilmişdir. Bu abidədə də yazılanlar, Kültigin abidəsində olduğu kimi Bilgə xaqanın dilindəndir.. Monqolustanın Orxon çayı yaxınlarındadır. Bilgə xaqan abidəsilə Kültigin abidəsi arasındakı məsafə təxminən 1 kilometrdir. Göytürk yazısı ilə yazılmışdır. Bəzi bölümləri Kültigin abidəsindən götürülmüşdür. Ondan fərqli olaraq Kültiginin ölümündən sonrakı hadisələrdən də bəhs edir. Hər iki abidənin də ətrafında balballar vardır.
Birinci Göytürk Xaqanlığı
Birinci Göytürk xaqanlığı — Göytürk Xaqanlığı VI əsrin ortasında, Asiyanın şərqində Çin dövlətinin qərbində, sasani-İran dövlətinin məhdudlaşdırdığı İç Asiya çöllərində, şərqdə Avarlar, qərbdə Eftal (Ağ Hunlar) ilə edilən mübarizələr nəticəsində ortaya çıxdı. İlk Xaqanları şərq qanadını idarə edən Bumun Xaqan, qərb qanadını idarə edən qardaşı İstəmi xaqandır. Bütün göytürk ellərini bir yerə yığan və bu səbəblə İlik Xaqan deyə də adlandırılan Bumun Xaqanın ölümündən sonra yerinə oğulu Ko-lo (Qara Xaqan) keçdisə də iqtidarı qısa sürdü. Bir il sonra Muğan xaqan dövlətin başına keçdi. Muğan xaqan Moğol soylu Kitanları məğlub edərək Şərq Göytürk Dövlətinin sərhədlərini Böyük Okeana qədər genişlətdi. Muğan xaqandan sonra taxta Ta-po (Taspar Xaqan) keçdi. Ta-po, Buduqmu qəbul edən və Çini təzyiq altında saxlamaqla seçirildi. Qərbdə isə sərhədlərini Krıma qədər genişlədən İstəmi xaqan öldü. Yerinə oğulu Tardu Xaqan keçdi. Tardu, 603-cü ilə qədər hökmdarlığını davam etdirdi.
El Etmiş Qutluq Bilgə xaqan
El Etmiş Qutluq Bilgə xaqan (伊里底蜜施骨咄禄毗伽, əsl adı Tumodu 都摩度) — Türgiş xaqanı. Bağa Tarxanla əlbir olub Suluk xaqanı öldürənlərin arasındaydı. Bağa Tarxanın ölümündən sonra 744-cü ildə Çin tərəfindən Türgiş xaqanı təyin olunmuşdu.
Fateh binu Xaqan
Fateh binu Xaqan(tam adı: Əbu Məhəmməd Fateh b. Xaqan bin Əhməd bin Ortac Ət-Türki; d. ? – ö. 861) — xəzər nəslindən gəlmiş şair. Türk (xəzər) xaqanlarının nəslindəndir, və xəlifə Mötəsimin yaxın adamlarından biri olan Xaqan bin Ortacın (Əhməd) oğludur. İbn Taqriberdi Fatehin atası barədə aşağıdakı məlumatı verir: "Fatehin atası xəlifə Mötəsimin ayrılmaz dostu idi. Türk zadəgan ailəsindəndir və xəlifə onu çox yüksək dəyərləndirirdi. Fateh isə xəlifənin sarayında onun uşaqları ilə birgə böyüyüb və tərbiyə alıb" Guman ki Fateh Səmərrada doğulub. Hesab olunur ki, onun bütün uşaqlığı, onda hərtərəfli bacarıqlar görən xəlifənin himayəsi altında keçib.
Göytürk Xaqanlığı
Göytürk xaqanlığı (q.türk 𐱅𐰇𐰼𐰰, translit. Türük) və ya Türk xaqanlığı (q.türk 𐰜𐰇𐰛:𐱅𐰇𐰼𐰰, translit. Kök Türük; çin. ənən. 突厥汗国, pinyin: Tūjué hánguó) — 552–744-cü illərdə fasilələrlə Mərkəzi Asiya və Çinin bir hissəsinə hökmranlıq etmiş türk dövləti. Adı müxtəlif mənbələrdə, Bilgə xaqan və Kül Tigin yazılarında Türük, Kök Türük və azlıq tərəfindən qəbul olunmuş yanaşmaya görə Ökük Türük, Tonyukuk yazılarında isə Türk şəklində xatırlanmaqdadır. Göytürklərdən Çin mənbələrində Tukyu (çin. 突厥) şəklində bəhs olunur. Türk xaqanlığının banisləri Bumın və İstəmi qardaşları olmuşdur. Şimali Krım və Qafqaz da daxil olmaqla Çin ərazilərindən Bizans imperiyasınadək torpaqlar Türk xaqanlığına daxil idi.
Göytürk xaqanlarının siyahısı
Jujan xaqanlığı
Jujan xaqanlığı (Tan Tan) — Şimali Çin çöllərində türk-monqol dövləti. Çinlilər tərəfindən Juan-Juan da adlanır. Hunlarla qonşu idilər. Dinləri tanrıçılıq idi. V əsrin əvvələrindən Xinqandan başlayaraq Altaya qədər olan ərazilərdə Jujanların xanı Deuday—"at çapa-çapa ox atan" ləqəbli Şelun başçılıq edirdi. Dövlət başçısı xaqan ünvanı daşıyırdı. Şimali Vey dövlətinin tarixçisi qeyd edir ki, hakim tayfa Syanbi qoluna mənsub idi. Güman var ki, avarlar Jujan birliyinə daxildir. Bir çox sənədlərdə Juan-Juan xalqının Avar və ya Asiya Avarları adı ilə qeyd edilməsi və digər tərəfdən Juan-Juanrin Monqol kimi göstərilməsi Avropa Avarlarının da bu qəbildən olmasını təsdiq edir.Jujanlar IV yüzildən VI yüzilədək tarixin səhnəsində olmuşlar. Lev Qumilyov da özünün “Qədim türklər” kitabında Göytürklərin tarixləri-nin ən başlarında jujanlar üçün dəmir hasil etmək və metal əşyalar yaratmaqla məşğul olduqlarını bildirir.
Kimək xaqanlığı
Kimək xaqanlığı (qaz. Қимақ қағандығы/Qïmaq qağandığı, tatar. Kimäk Qağanlığı) — Köçəri türklərin qədim dövləti, 750-ci ildən 1035-ci ilədək Qazaxıstan və Cənubi Sibirdə yerləşirdi. İrtış (əsl adı Erdişi) çayı sahilləri və Altay dağları arasında VIII əsrdə çeşidli boylarla birlikdə ittifaq dövləti içində yaşamış bir Türk ulusu olan kiməklər xaqanlıq qurmağa çalışırdılar. VIII yüzildə müstəqil oldular və X yüzildə Kitanların hücumu nəticəsində Ural dağlarının cənubuna köç etdilər. XI yüzildə Asiyanın şərqindən qərbinə sürəkli köç etdiklərindən boy birliyine əsaslanan quruluşları pozulmuşdu. Birlikləri pozulunca Qıpçaqlara tabe oldular. Bu zamana qədər, Kiməklərin Monqol kökənli olduğu əsas götürülürdü. Aparılan araşdırmalar nəticəsində Kiməklərin də Türk kökənli olduğu sübut olundu. Qıpçaqların kiməklərin davamı olduğu bilinir.

Значение слова в других словарях