Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Turizm
Turizm (fransız sözü olub, gəzinti, səfər deməkdir) — fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. 1954-cü ildə BMT-nin yığıncağında "Turizm" sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, kulturoloji və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm son 20–25 ildə insanların vərdiş etdikləri həyati təlabatdır. Turizm xidmətlərinin və turist tələbatlı malların reallaşdırılması ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu turizm sənayesini yaranır Bura mehmanxanalar, iaşə obyektləri, sənaye və ekskursiya büroları aiddir. Turist — ölkə daxilində, yaxud xaricində müxtəlif məqsədlər üçün 24 saatdan 6 aya qədər müddətə səfər edən şəxsdir. Tur– konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan turizm məhsulunun vauçer şəklində satılan formasıdır. Turizm məhsulu isə turistlərə göstərilən xidmətlər kompleksidir. Son onilliklər ərzində insanların həyat şəraiti yaxşılığa doğru xeyli dəyişilmişdir. Bununla yanaşı, mədəni inkişafın kölgəli tərəfləri də özünü büruzə verməyə başlamışdır.
Azərbaycanda turizm
Azərbaycanda turizm — Azərbaycan Respublikası ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər. Turizm üzrə rəqabətqabiliyyətlilik siyahısında Azərbaycan 148 ölkə arasında 39-cu yerdə qərarlaşmışdır. Turizm Azərbaycanda iqtisadiyyatın ayrıca sektoru kimi mövcuddur. Ümumdünya Səyahət və Turizm Şurasının hesabatına əsasən Azərbaycan 2010–2016-cı illərdə turizmin ən sürətlə inkişaf etdiyi 10 öklə arasına daxil olmuşdur. Azərbaycan dövlətinə ilk səyahətlər ticarət, dini, siyasi və dərketmə məqsədləri ilə əlaqəli olmuşdur. Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarının hərəkətini ilk səyahətlər hesab etmək olar. Hələ eramızdan əvvəl Azərbaycanda olmuş səyyah və alimlərdən Plininin, Plutarxın, Herodotun, Ptolomey və Strabonun adlarını çəkmək olar. Azərbaycan hələ qədim dövrlərdə Böyük İpək Yolu üzərində mühüm dayanacaq kimi tanınan bir ölkə olmuşdur. Antik müəlliflərin məlumatlarına görə Böyük İpək Yolunun ən fəal hərəkətli trasslarından biri Qafqaz Albaniyasının ərazisindən (Müasir Azərbaycan Respublikasının ərazisində yerləşən qədim dövlət) keçirdi. Bu yol elmi dairələrdə Strabon yolu kimi daha məşhurdur.
Banqladeşdə turizm
Banqladeşin turizm potensialında cəlbedici faktorlara tarixi abidələr, kurortlar, çimərliklər, piknik yerləri, meşələr, müxtəlif qəbilələr və vəhşi təbiət daxildir. Banqladeş toxnulmamış təbiət turistlərlə sıx əlaqədə olub onlara, balıqçılıq, su xizəyi, çay kruizləri, kaneo yarışları, avarçəkmə, rahat dəniz çimərliyi kimi müxtəlif xidmətlər təklif edir. Ümumdünya Turizm Təşkilatının 2013-cü ildə açıqlamalarına görə Banqladeşin turizm sənayesi 2012-ci ildə 1.8 faiz yüksələrək 178 ölkədən 157-ci yerə çıxmışdır.Ölkədə 1 281 500 yeni iş yeri açılmışdır. Sənayedə birbaşa və dolayı məşğulluq 2 714 500 işçiyə çatmış və ölkənin ümumi məşğulluğu 3.7%-ə çatmışdır. ÜTT-nin 2023-cü il proqnozlarına görə ölkədə iş yerlərinin sayı artaraq 3 891 000 nəfərə çatacaq və ölkənin ümumi məşğulluq dərəcəsi 4.2%-ə çatacaqdır. Koksun bazarı (benq. কক্সবাজার ) dənizkənarı mədəniyyət mərkəzi olub, Banqladeşin balıqçılıq limanı və rayon qərargahıdır. Bura dünyanın ən uzun təbii qumlu dəniz çimərliyi kimi məşhurdur.Koksun bazarı çimərliyi 125 km uzunluğunda qumlu dəniz çimərliyidir. Koksun bazarı çimərliyi Çittaqonq dəniz limanından 152 km cənubda yerləşir. Müqəddəs Martin adası (benq.
Başqırdıstanda turizm
Başqırdıstanda turizm — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər.. Ölkənin Beloretsk rayonunda Belaya çayının sahilində olan “Agidel”, “Arski Kamen”, Ufa rayonunda olan “Vosxod”, Meleuz rayonundakı Nuquş su anbarının sahilində olan “Nuquş” turist bazaları ümumrusiya əhəmiyyətlidir. Cənubi Uralın və Uralönünün speleoloji təbiət abidələri Başqırdıstanda turizm üçün xüsusi əhəmiyyət kəsb edir. Başqırdıstan Milli Parkı ildə 30 min turist qəbul edir. Burada piyada, at və su turizmi növləri inkişaf etmişdir. Ölkə ərazisində karst mağaraları, o cümlədən Uralda ən böyük olan Kutuk-Sumqan mağarası var.
Beynəlxalq turizm
Beynəlxalq turizm — xidmətlərin beynəlxalq ticarətinin əsas və vacib sahələrindən biri. Beynəlxalq turizm beynəlxalq iqtisadiyyatın sürətlə inkişaf edən, biznes sahəsinin ən gəlirli növü, böyük həcmdə investisiya cəlb edən, artan məşğulluğu təmin edən və həmçinin ölkə büdcəsinə gəlir gətirən sahələrindən biridir. Faktiki olaraq, müasir dünya iqtisadiyyatında qlobal turizm sisteminin elementləri formalaşır. Qlobal turizm sistemi özündə beynəlxalq mehmanxana şəbəkələrini, hava, su və yer üzündəki turist daşınmalarını və yerlərin əvvəlcədən sifarişi üzrə kompüter sistemini birləşdirir. Beynəlxalq turizmin bütün göstəriciləri dayanmadan artır və dünya ümumdaxili məhsulunun artım templərinə uyğun ümumi şəkildə irəliləyir. Lakin səyahətlərin dinamikası milli iqtisadiyyatların konyukturasına və ümumdünya iqtisadiyyatına qarşı çox həssasdır. Beynəlxalq turizm nəinki illər üzrə, hətta dünya regionları üzrə eyni səviyyədə inkişaf etmir. 1990-cı illərin sonlarında gələnlərin maksimal sayı Avropa ölkələrinə düşürdü – təxminən 59%. Asiya və Sakit okeanı regionuna dünya turistlərinin 14%-i düşürdü. Yaxın və Orta Şərqə (Misir, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və s.), Cənub-Şərqi Asiyaya (Tailand, Sinqapur, İndoneziya və s.) və digər ölkələrə turistlərin axını günü-gündən artır.
Braziliyada turizm
Braziliyada turizm — Braziliya ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər. Braziliyaya gələn qonaqlar arasında aşağıdakı göstərilən ilk 20-likdə olan ölkələr bunlardır: Braziliyada xaricdən gələnlərə yönəlik tibbi xidmət sferası 1970-ci illərdən yaranıb. Bu sahədə ilk fəaliyyət göstərən qurum Rio-de-Janeyrodakı İvo Pitanquy xəstəxanasıdır. Braziliyada tibbi xərclər ABŞ-dakının 1/3-i, Almaniyadakının isə təxminən yarısı qədərdir. Braziliya Turizm Nazirliyinin məlumatına görə, 2009-cu ildə Braziliyaya 900 min xarici turist müalicə olunmaq üçün gəlmişdir. Onların 20%-i ABŞ-dən, 19%-i Fransadan, 17%-i Almaniyadan, qalanları isə Cənubi Amerika və Afrika ölkələrindəndir. Müalicə turizmindən ötrü Braziliyaya gəlməyin ən vacib səbəblərindən biri təklif olunan xidmətin sistemləşdirilməsidir. Məsələn, burada qurulan sistem imkan verir ki, Braziliyaya gələn turist heç bir növbə gözləmədən və vaxt itirmədən birbaşa müalicəsinə başlasın. VikiSəyahətdə Brazil haqqında səyahət məlumatları var.
Bronlaşdırma (turizm)
Bronlaşdırma — aviabiletlərin, dəmiryol biletlərinin, otellərdə ehtiyat yerlərin saxlanılması, avtomobillərin kirayə verilməsi proseslərinin öncədən həyata keçirilməsidir. XX əsrin 60-cı illərində ABŞ-də iri şirkətlər aviareyslərdə yerlərin bronlaşdırılması üçün rezerv sistemlərin işlənib hazırlanmasına başladılar. ABŞ aviaşirkətləri avtomatik idarəetmə sistemləri verilənlərini satış həcminin artırılması üçün bir vasitə hesab edirdilər. İlk bronlaşdırma mərkəzlərinin texniki təminatı İBM firması tərəfindən verilmişdir. Kompüter bronlaşdırma sistemlərində məhz İBM firmasının avadanlıqlarından istifadə edilir. Kompüter bronlaşdırma sisteminin inkişafında ilk addım məhz aviaşirkətlərdə terminalların quraşdırılması idi. Bu da aviaşirkət işçilərinin işinin kəmiyyət və keyfiyyət göstəricilərinin artmasına imkan verdi. 1970-ci illərdə ABŞ-də "United Airlines" aviaşirkətində biletlərin bronlaşdırmasını həyata keçirən avtomatlaşdırılmış sistem - "APPOLLO" tətbiq edildi. Bununla yanaşı "American Airlines" aviaşirkətində isə ilk sistem "SABRE" oldu. Bu sistemlər real vaxt rejimində aviareyslər haqqında informasiya əldə etmək imkanı verdi.
Dayanıqlı turizm
Ərazidə turizm fəaliyyətinin davamlı olması üçün atılan addımları əhatə edərək, turizm resurslarında hərtərəfli və məqsədyönlü şəkildə istifadəni stimullaşdırır. Dayanıqlı turizmin əsasında turizm resurslarından maksimum səmərəli istifadə dayanır. Buna görə də dayanıqlı turizm həm də davamlı turizm adlanır. Müasir dövrdə bir çox ölkələr təbiət, cəmiyyət, iqtisadi inkişaf və ekoloji vəziyyət arasında dayanıqlı əlaqələr yaratmağa çalışır. Planetdə insan sayının və mədəni tələbatların artması ilə bərabər, eyni zamanda ehtiyatların məhdudluğu da turizmdə dayanıqlı inkişafın təkcə bir region üçün deyil, bütün dünya üçün vacib olduğunu ortaya qoyur. Turizmin dayanıqlığının təmin olunması turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması və s. fəaliyyətləri nəzərdə tutur. Dayanıqlı turizmin həll etmək istədiyi ən vacib problem turizm resurslarından səmərəli istifadə etməklə yanaşı, bu resursları gələcək nəsillər üçün qoruyub saxlamaqdır. Bundan başqa, dayanıqlı turizm seçilmiş ərazidə turizm fəaliyyətinin mövsümi deyil, daimi səciyyə daşımasını hədəfləyir. Dünya üzrə neft sənayesinin zəifləməsi ölkəmizi yeni gəlir mənbələrinə yönəlməyə məcbur edir.
Dini turizm
Dini turizm (inanc turizmi və ya mənəvi turizm) - dini hökmləri yerinə yetirmək, dini abidələri ziyarət etmək və ya dinlərin müxtəlif dövr tarixlərini öyrənmək məqsədiylə edilən səyahətlərdir. Analoji olaraq mənəvi turizm mənəvi məqsədlərlə edilən səyahətləri əhatə edir. Bu, dini turizm ola bilər, amma bəzən daha geniş mənalar da daşıya bilər. Həcc əsasən uzun məsafədə dini, yaxud mənəvi motivli səyahətdir. Antik dövrlərdən bəri bir çox dinlərdə müxtəlif cür yerinə yetirilir. Dünyada ən böyük həclərdən biri müsəlmanları Məkkəyə etdikləri həcc ziyarəti hesab olunur.
Ermənistanda turizm
Ermənistanda turizm ― ölkəyə gələn turistlərin sayı hər il dəyişir. Ən çox Rusiya, Avropa ölkələri, ABŞ və İrandan turistlər gəlir. Nisbətən kiçik ölçülü olmasına baxmayaraq, Ermənistanın dört UNESCO Ümumdünya irsi ərazisi var. Daxili və xarici problemləri olmağına baxmayaraq, ölkəyə gələn turistlərin sayı 2007-dən bu vaxta qədər artmaqdadır. 2018-ci ildə 1,6 milyondan çox turist ölkəyə axın etmişdir. Turistlərin çox hissəsi ölkənin paytaxtı olan İrəvana səyahət edirlər. 2019-cu il hesabatına görə, Ermənistanda otellərin qiymətinin normal olması, onu dünyadakı ən yaxşı sərfəli otelləri olaraq 7-ci sırada qərarlaşdırır. Həmçinin CNN kanalı, Ermənistanın paytaxtı İrəvanı ən gözəl 20 Avropa şəhərindən biri olaraq seçdi. 2000-ci ildən sonra, Erməni turizmi üçün yeni dövr başladı. Rusiya, ABŞ, Liviya, Fransa və digər xarici ölkələrdən Ermənilər öz vətənlərinə gəlməyə başladı.
Etnik turizm
Etnik turizm — qohumları görmək, özlərinin və ya valideynlərinin doğulduğu ərazilərə əcdadlarının vətəni ilə tanış olmaq məqsədiə səyahət etməklə, etnomədəni turizmi (müstəqil dövlətə və inzibati idarəetmə formasına malik olmayan azsaylı xalqların yaşadığl ərazilərə təşkil edilən səyahət) də əhatə edir. Etnik turizm dünyanın bir çox ölkələrində iqtisadi inkişaf və mədəni qorunma strategiyası kimi geniş şəkildə qəbul edilərək təşviq olunur.
Gürcüstanda turizm
Gürcüstanda turizm — Gürcüstan iqtisadiyyatının əhəmiyyətli bir hissəsini təşkil edir. Beynəlxalq turizm tez inkişaf edən sahədir. 2016-cı ildə turizm sektoru ölkənin Ümumi Daxili Məhsulun 7,3 %-ini təşkil edirdi. 2015-ci ildə isə bu göstərici yalnız 6,6 %-ə bərabər olmuşdur. 2016-cı ildə 6,35 milyon xarici turist ölkəni ziyarət etmişdir. Bu göstərici əvvəlki illərə nisbətdə 7,6 % daha çoxdur. Gürcüstan Milli bankının məlumatına görə, 2016-cı ilin birinci üç rübü ərzində turistlər ölkədə təxminən 1,68 milyard dollar xərcləmişlər. Göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 11 % çoxdur. Gürcüstanda xarici turistlərin xərcləri ödəmə balansına əhəmiyyətli dərəcədə təsir göstərir və təxminən Gürcüstan xidmətlərinin ixracından gələn gəlirlərin 61,4 %-i turizm sahəsinin üzərinə düşür. Xarici turistlər orta hesabla 5,1 gündən bir ölkəyə gəlirlər.
Kanadada turizm
Kanadada turizm — Kanada ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər. Kanada bir çox təkrarolunmaz, nadir cəhətlərinə görə beynəlxalq turizm mərkəzi kimi xarici turistləri özünə cəlb edir. Bu ölkədə turizm müasir tələblərə və istehlakçıların ehtiyaclarına cavab verməklə çoxşaxəlidir. Kanadanın turizm sənayesi çevik, çoxpilləli turizm inzibati-idarəçilik sistemi dövlətin əhəmiyyətli maliyyə dəstəyinə arxalanır. Ona görə də ölkə iqtisadiyyatının həm qabaqcıl, həm də yüksək sərmayə tələb edən əsas sahələrindən birinə çevrilmişdir. Məsələn, 1995-ci il Kanadanın turizm sənayesi üçün olduqca uğurlu olmuşdu. Həmin il əhalisi 25 milyon nəfər olan Kanadaya xaricdən 17 milyon qonaq gəlmişdi. Turizm sənayesində 500 min nəfərdən çox insan çalışır. İllik mənfəət 26 milyard $ təşkil edir, büdcəyə ödənilən vergi 450 milyon $ təşkil edir, bundan 250 milyon $ dövlət xəzinədarlığına, 160 milyon $ əyalət büdcələrinə, 40 milyon $ bələdiyyələrə mədaxil olur. Hökumətin turizm sənayesinə göstərdiyi xüsusi qayğı, həyata keçirdiyi "Kiçik biznesin inkişafı proqramı" çərçivəsində ölkədə turizmin inkişafına himayəsi dövlətin daima diqqət mərkəzindədir.
Kosmik turizm
Kosmik turizm (ing. Space tourism) — əyləncə, elmi-tədqiqat və ya biznes məqsədləri ilə kosmik səyahət. İlk kosmik turist – amerikalı Denis Tito olmuşdur. Belə ki, D. Tito 2001-ci ildə Rusiyaya məxsus olan "Soyuz TM-32" kosmik gəmisində demək olar ki, 8 sutka qalmışdır. Ümumiyyətlə isə, Beynəlxalq Aeronaftika Federasiyasının verdiyi məlumata görə, bütün bəşər tarixi boyu kosmosda dünyanın 37 ölkəsindən 467 nəfər olmuşdur. Azərbaycanda potensialı olmayan hələ ki, kosmik turizmdir. Çünki bu, yeni bir turizm növüdür və ondan yalnız Rusiya yararlanır. Amerika və Böyük Britaniya bu yöndə işlər görürlər, atmosfer qatından yüksəyə qalxa bilən gəmilərin hazırlanması üzərində iş gedir. Bu gün kosmik turizm təxminən 10 milyon dollara başa gəlir. Amma mütəxəssislər hesablayıblar ki, hardasa 200–250 min dollar civarında xərclə bunu təşkil etmək olar.
Kosovoda turizm
Kosovo Respubliksında turizm - Avropanın cənub-şərqində, Balkan yarımadasında, tarixi Kosovo vilayətində yerləşən, qisməm tanınmış dövlət. Serbiya kostutsiyasına görə Kosovo Respublikası onun tərkibinə daxil olan Kosovo və Mestixiya adlı muxtar vilayətdir. Amma Serbiyanın Kososovada hec bir hakimiyyəti yoxdur. Kosovoya gedən beynəlxalq turistlərin əksəriyyəti Albaniya, Almaniya, İtaliya, ABŞ, Böyük Britaniya, Xorvatiya və Avstriyadan gələnlərdir. Turizm hər il ölkəyə gələnlər hesabına artan bir sektordur. Kosovoda turistik sahədə illiryalılar, dardanilər, romalılar, bizanslılar, serblər və osmanlılar dönəminə aid tarixi tikililər, alban mətbəxi, dini ənənələr, adətlər və təbiət mənzələrəri kimi üstünlüklərə sahibdir. Bölgənin bir çox tarixi tikililəri Kosovo müharibəsi zamanı dağıdılmışdır (1998—1999). «New York Times» 2011-ci ildə Kosovonu ziyarət ediləsi 34 ölkə siyahısına daxil etmişdir. Elə həmin ildəcə Kosovo Skyscanner sistemində dünya turizminin inkişafı ilə əlaqədar 40-cı yerə qədər qalXmışdır. Kosovo Respublikası statistika agentliyi ölkəni ziyatət etmiş turistlərin 2008-cildən siyahısını açıqlamışdır.
Macarıstanda turizm
Macarıstanda turizm özünün tarixi abidələri seçilir. Macarıstan 2002-ci ilə hörə dünyanın ənənəvi turizm ölkələri siyahısına daxil edilmişdir. 2004 və 2005-ci illər ərzində ölkəyə gələn turistlərin sayında 7 % artım olmuşdur. Ölkəyə gələn turistlərin 98 % Avropa ölkələrindən gələnlər təşkil edir. Onlar arasında Avstriya, Almaniya və Slovakiya kimi ölkələrdən gələnlər üstünlük təşkil edir. Turizm mövsümü apreldən oktyabra qədər davam edir. İyul-avqust ayları turistik aktivliyin pik dönəmidir. Macarıstanda turistlərin ən çox maraq göstərdikləri şəhər Budapeştdir. Budapeşt XX əsrin 90-cı illərində Mərkəzi Avropada turistlər arasında ən məşhur şəhər olmuşdur. Şəhərin görməli yerlərindən biri Buda qəsridir.
Monteneqroda turizm
Monteneqroda turizm — iqtisadiyyatın sürətlə inkişaf edən aparıcı sektorlarından biridir 2009-cu ildə turizm mənfəəti 2007-ci illə müqayisədə 39% artaraq 480 milyon avroya (2007) qarşı 569 milyon avro (2009) təşkil etmişdir. Adriatik sahili 295 km təşkil edir, bunun 72 kilometri çimərliklərdir. 2012-ci il üçün turistlər arasında ən populyar şəhərlər: Budva (692.000 turist) Herseq Novi (229.000) Bar (156.000) Ulsin (125.000) Kotor (56.000) Podqoritsa (53.000) Kotorun köhnə hissəsi və Durmitor Milli Parkı YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Monteneqronun sahil xətti 295 km uzunluqdadır. 73 km çimərliyi vardır. Bu çimərliklərin sayı 120-dən çoxdur. Qumdan tutmuş çınqıllara qədər müxtəlif çimərlik üslubları var. Ulsinin sahil xətti 32 km uzunluqdadır. 10-dan çox çimərliyi var. Ada Boyana çay adasıdır.
Mədəni turizm
Tarixi-mədəni turizm və ya Dərketmə turizmi (türk. Kültür turizmi, ing. Cultural tourism) — Təbii, tarixi-mədəni abidələr, muzey, teatr, ictimai tikililər, xalqların həyatı və adət-ənənəsi ilə tanış olmaq məqsədilə həyata keçirilən turizm fəaliyyətidir. Avropa Birliyi ölkələrini əhatə edən bir tədqiqatın nəticəsində məlum olmuşdur ki, tarixi-mədəni məqsədlərlə səyahət edən turistlərin çoxu yüksək təhsilli və yüksək gəlirli peşə sahibləridir. Məlum olmuşdur ki, yüksək təhsilli turistlərin digər turistlərdən daha çox səfər edirlər. XXI əsrdə mədəni Turallar yaradıcı (kreativ) turların axtarışındadır. ÜTT_nin 2010-cu ildə Santa Fe Adilov şəhərindəki toplantısında belə ifadə edilmişdi:Tarixi-mədəni turizm, səfər edilən yerdəki əhali ilə və onların mədəniyyətləri ilə tanış olmaq, onların adət-ənənələri ilə tanış olmaq və onları öyrənmək üçün həyata keçirilən turizm fəaliyyətidir Mədəni turizm anlayışı ilk dəfə 1980-cı illərdə Avropa Birliyinin mədəni kimliyi və mədəni mirasını ortaya çıxarmaq üçün aparılan araşdırmalarda meydana gəldi. Vaxt getdikcə, Mədəni turizm, beynəlxalq turizm bazarında yeni turist məhsulu kimi satışa çıxarıldı.
Turizm bazarı
Bazar - tələbin və təklifin görüş yeridir. Müvafiq olaraq turizm bazarı elə bir yerdir ki, burada turist tələbi turizm təklifi ilə görüşür. "Turizm terminlərinin izahlı lüğətində" turizm bazarı anlayışının 3 variantı verilir. Bu gün və sabah turizm məhsulunu almaq üçün imkanı olan (potensial alıcılıq qabiliyyəti olan) istehlakçılar toplumu Dünyanın təsərrüfat əlaqələri sistemində turizm-ekskursiya xidmətlərinə çevrilmə prosesinin baş verməsi Dörd əsas elementin (turist tələbi, turizm məhsulunun təklifi, qiymətlər və rəqabət) qarşılıqlı iqtisadi əlaqələr sistemi. Turizm biznesi aşağıdakı qruplara bölünür: fərdi kiçik orta biznes İstehlakçılar cəmiyyətinin əsas hissəsindəki prioritet Rəqabət mübarizə prinsipinin hökmran olması Turizm maddi bazası üzərində şəxsi əmlak hüququ Həm istehlakçı, həm də müştəri üçün azad seçim hüququ İnsanın gəlirlərinin, əməyin nəticəsindən və əmək bazarındakı vəziyyətdən asılılığı Dövlət tərəfindən fərdi sahibkarlığın, istehlakçıların hüquqlarının hüquqi-normativ qanunvericiliklə dəstəklənməsi və sosial xarakterli fəaliyyətin həyata keçirilməsi. İnsanların mövcud olan qiymətlərlə ala biləcəkləri müəyyən turizm məhsulu və xidmətindən ibarət olan turizm tələbatının alıcılıq qabiliyyəti ilə təsdiq olunması. İstirahət və səyahət zamanı turistə lazım olan turizm və onunla əlaqədar xidmətlərin çeşidli toplusudur.
Turizm məhsulu
Turizm məhsulu - səyahət zamanı turistin tələbatının ödənilməsi üçün lazım olan maddi istehlak malları və qeyri-maddi (xidmət formasında) istehlak dəyərinin toplusudur. Bütövlük (tamlıq) - məhsulun tam olması və müştəri tələbatlarını tam ödəməsi Effektlilik - turistin az xərclə, yüksək effekt əldə etməsi Etibarlılıq - məhsulun tərkibinin reklamla uyğunluğu, keyfiyyətin informasiya ilə təsdiq olunması Aşkarlıq - məhsulun istehlakçı və onun yönümü həm turistə, həm də xidmət personalına aydın olmalıdır. Çeviklik - məhsulun və xidmət sisteminin başqa tip istehlakçıya uyğunlaşması Qonaqpərvərlik - insanlarla görüşdən məmnunluq hissini onlara aşılamaq bacarığı, təvazökarlıq, hörmət, personalın gülərüzlüyü, qonaqlara və turistlərə səmimi münasibətindən ibarətdir. Turun təşkili zamanı turistlərə göstərilən kompleks xidmətdə iştirak edən bütün müəssisə və təşkilatlar - xidmət tədarükçüləri adlanır. Turizm firması bu tədarükçülərlə öz münasibətlərini müqavilə əsasında qurur.
Turizm turları
Müasir beynəlxalq turizm xidmətləri bazarında çoxsaylı tur və turist marşrutları mövcuddur. Turizm formalaşmasına və tərkibinə görə, inklüziv və sifarişli turlara ayrılır. Tərkibinə müəyyən, dəqiq, öncədən planlaşdırılmış xidmətlər dəsti daxil edilən turlardır. Müştərinin istəyinə və seçiminə görə xidmətlər paketinin tərkibi birbaşa satış zamanı formalaşan turlardır. Xidmətindən asılı olaraq turlar aşağıdakı turlara bölünür: Tematik (mövzulu) turlar - proqramında ekskursiya xidmətinin və tematik - dərketmə yönümülü məşğuluğun üstünlük təşkil edtiyi turlar; Kurort-sağlamlıq turları - sağlamlıı bərpaetmə tədbirlərinin və istirahət yönlü məşğulluğun üstünlük təşkil etdiyi turlar; İdman turlar - idman tədbirlərinin və ya fəal hərəkat üsullarının üstünlük təşkil etdiyi turlar; Kombinə edilmiş turlar - xidmət proqramında tematik, kurort-sağlamlıq və idman - yürüş turlarının elementlərini birləşdirən turlar. İl boyu - bunlara illik fəaliyyət qrafiki olan bütün turlar aiddir. Mövsümü - hər hansı bir mövsüm və ya mövsümlər ərzində fəaliyyət göstərən turlar Turlar marşrut yolunun quruluşuna görə bölünür: Xətti - bir neçə xidmət məntəqələrinə baş çəkməklə və xidmətin başlanğıc və son nöqtələrinin üst-üstə düşməməsi ilə fərqlənən turlar.
Turizm tələbatı
Məşhur amerika alimi marketoloqu Maslou hesab edir ki, müxtəlif vaxtlarda insanları müxtəlif tələbatlar hərəkətə gətirir. Bu tələbatlar iyerarxiya əhəmiyyətinə görə ən böyüyündən-ən kiçiyinə qədər sıralanır. Fizioloji tələbatlar və özünəqoruma tələbatı Sosial tələbatlar (görüşlər, dostluq) Özünə hörmət tələbatı Özünətəsdiq tələbatı Bunlar eyn zamanda turizm tələbatına da aiddir və 5 qrupa bölünürlər6 Təbiət amilləri (istirahətin coğrafi məkanı, iqlim, flora və s.) İstirahət yerinin sosial-iqtisadi inkişaf səviyyəsi (ölkənin dili, iqtisadiyyat və mədəniyyət səviyyəsi) Turizm sənayesinin maddi bazası (nəqliyyat, mehmanxanalar, qidalanma müəssisələri) İstirahət yerinin infrastrukturu (kommunikasiya sistemi, yollar, işıqlandırma və s) Turizm təklifi (qonaqpərvərlik resursları, idman, əyləncə və s.) Müştərilərin tələbatının aşkar edilməsi və ona uyğun müəyyən xidmətin göstərilməsi yolu ilə turizm məhsulunun satışının təmin olunması üzrə fəaliyyətdir.
Türkiyədə turizm
Türkiyədə turizm — Türkiyə ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər. 2016-cı ildə Türkiyədə 444 "mavi bayraq" sertifikatına sahib çimərlik qeydə alınmışdır. VikiSəyahətdə Turkey haqqında səyahət məlumatları var.
Türkmənistanda turizm
Türkmənistanda turizm — son illərdə sürətlə inkişaf edən Türkmənistan iqtisadiyyatının əsas sahələrindən biridir. Xaricdən gələn turistlərə viza tətbiq olunur. Yerli əhali ilə ünsiyyət qurmaq, bir sıra obyektlərin fotoşəkillərini çəkmək imkanları əhəmiyyətli dərəcədə məhduddur. Hər bir turist Türkmənistana girməzdən əvvəl viza almalıdır. Turist vizası almaq üçün bütün əyalətlərin vətəndaşlarına ev sahibi turist təşkilatının yazılı ərizəsi və ya şəxsi müraciəti lazımdır. Almaniya, İran, ABŞ, Avstraliya, Böyük Britaniya, Belçika, Fransa və İtaliyadan olan turistlər Türkmənistana ən çox maraq göstərirlər. 2012-ci ildə Türkmənistana gələn turist istiqamətindəki üç lider dövlət aşağıdakılardır: İran — 3874 nəfər Almaniya — 1143 nəfər ABŞ — 531 nəfər Yerli valyutanın idxalı və ixracı qadağandır. Türkmənistana gəldikdən sonra xarici valyuta bəyan edilməlidir. Bəyannamədə göstərilən məbləği aşmayan məbləğ çıxara bilərsiniz. Şəxsi istifadə üçün nəzərdə tutulmuş əşyaların, habelə 200-ə qədər siqaret və ya 200 qrama qədər tütünün (16 yaşdan yuxarı olanlar üçün), 2 litrə qədər hər hansı spirtli içkilərin (21 yaşdan yuxarı insanlar üçün) gömrük idxalına icazə verilir.
Virtual turizm
Virtual turizm — turistlərin olduqları yeri tərk etmədən istənilən yerə (teatr, muzey, otel, kafe, milli park və s.) virtual olaraq səyahət edə bildikləri turizm növü. Texnoloji inkişafın gətirdiyi yeniliklər ilə daha da təkmilləşən virtual turizmin həcmi hər il artmaqdadır. Bu turizm növünün digər turizm növlərindən əsas fərqi ucuz olmasıdır. Belə ki, turistlər virtual səyahət zamanı yol, qida və yerləşmə xərclərindən, təhlükəsizlik qayğılarından və əlavə vaxt sərfindən azad olmuş olurlar. Müxtəlif saytlar və tətbiqlər müxtəlif qiymətlərə, yaxud ödənişsiz olaraq virtual səyahət təklif edir.
Purizm
Dil təmizliyi — ədəbiyyat dilində başqa dillərdən alınma sözlərin milli sözlərlə əvəz edilmə prosesi. Dil təmizliyi və ya linqvistik purizm (lat. purus “saf”) - ədəbi dili toxunulmaz saxlamaq, xarici sözlərdən təmizləmə cəhdi, ümumiyyətlə, dili yeni sözlərdən – neologizmlərdən, təhriflərdən və s. dən təmizləmə cəhdində ifrata varma kimi başa düşülür. Ədəbi dilin qaydalarından kənara çıxmamaqla ifadə olunan nitq təmizdir. Kənar elementlərin təsiri dildə nə qədər güclü olsa da, daxili imkanlar həmişə aparıcı xarakter daşıyır. Dilin təmizliyi digər keyfiyyətlər kimi nitq sahibinin dil vahidlərindən istifadə bacarığı ilə düz mütənasibdir. Bir purist qrammatik səhvlər, jarqon, neologizmlər və xarici mənşəli sözlər daxil olmaqla, bir dildə olan bəzi arzuolunmaz xüsusiyyətləri aradan qaldırmaq arzusunu ifadə edən kimsədir. Dilçilik nöqteyi-nəzərindən dil təmizliyi, nitqin təmizliyi müasir ədəbi dilin normalarını bilməyi və ona möhkəm, həm də sərbəst yiyələnməyi nəzərdə tutur. O, nitqin üslubca gözəlliyini, yəni hazırda istifadə etdiyimiz üslublara əsaslanaraq, fikri ifadə edən dil vasitələrinin xüsusiyyətini nəzərə almalıdır.
Torizm
Torizm (ing. Toryism) — klassik mühafizəkarlığın ingilis versiyası olan siyasi fəlsəfə. Siyasi sahədə torizm, Üç Krallığın Müharibəsi dövründəki cəngavərlərin hərəkətindən qaynaqlanır. Bu siyasi fəlsəfə, İngiltərənin siyasi həyatında, eləcə də Birlik ölkələrinin, xüsusən də Kanadanın bəzi yerlərində görkəmli bir yerə sahibdir. Tarixən, Amerika İnqilab Müharibəsi zamanı on üç müstəmləkənin ayrılmasına qarşı çıxan İngilis Amerikasının sadiqləri də keçmiş Britaniya İmperiyası içərisində bu fəlsəfənin nümayəndələri idilər. Torizm, "Tanrı, Kral və Ölkə" sözləri ilə ifadə edildi . Torilər monarxizmin tərəfdarlarıdır, İngiltərə Kilsəsi ortodoksallığının dini irsinin daşıyıcılarıdır və eyni zamanda viqlərin fraksiyasının liberalizminə qarşı çıxırlar. İdxal olunan taxıllara vəzifə qoyan Qarğıdalı Qanunları (1815-1846) sayəsində torilərin əksəriyyəti iqtisadi sabitliyi, özünütəmin etməyi və kənd təsərrüfatı işçiləri üçün daha yüksək maaşları təmin edən proteksionist aqrarizmi dəstəklədi.
Tarixi-mədəni turizm
Tarixi-mədəni turizm və ya Dərketmə turizmi (türk. Kültür turizmi, ing. Cultural tourism) — Təbii, tarixi-mədəni abidələr, muzey, teatr, ictimai tikililər, xalqların həyatı və adət-ənənəsi ilə tanış olmaq məqsədilə həyata keçirilən turizm fəaliyyətidir. Avropa Birliyi ölkələrini əhatə edən bir tədqiqatın nəticəsində məlum olmuşdur ki, tarixi-mədəni məqsədlərlə səyahət edən turistlərin çoxu yüksək təhsilli və yüksək gəlirli peşə sahibləridir. Məlum olmuşdur ki, yüksək təhsilli turistlərin digər turistlərdən daha çox səfər edirlər. XXI əsrdə mədəni Turallar yaradıcı (kreativ) turların axtarışındadır. ÜTT_nin 2010-cu ildə Santa Fe Adilov şəhərindəki toplantısında belə ifadə edilmişdi:Tarixi-mədəni turizm, səfər edilən yerdəki əhali ilə və onların mədəniyyətləri ilə tanış olmaq, onların adət-ənənələri ilə tanış olmaq və onları öyrənmək üçün həyata keçirilən turizm fəaliyyətidir Mədəni turizm anlayışı ilk dəfə 1980-cı illərdə Avropa Birliyinin mədəni kimliyi və mədəni mirasını ortaya çıxarmaq üçün aparılan araşdırmalarda meydana gəldi. Vaxt getdikcə, Mədəni turizm, beynəlxalq turizm bazarında yeni turist məhsulu kimi satışa çıxarıldı.