Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xilafət
Xilafət (ərəb. خلافة‎ — yəni əvəzetmə, varislik) — müsəlmanlarda islamın dəyişməz prinsiplərinə əsaslanan teokratik dövlət-hüquq sistemi, habelə xəlifələrin (müavin, varis) başçılıq etdikləri müsəlman dövlətlərinin tarixi ədəbiyyatda adı.
Kitabə
Kitabə (ərəb. كتابة‎‎) — adətən, mənzum şəkildə olan qəbirüstü yazı. Azərbaycan ədəbiyyatında epitafiyanın real qəbirdaşına yazılan növü – kitabə daha çox yayılmışdır.Son əsrlərədək bəzi klassik şairlər hələ sağlıqlarında özləri üçün kitabə–şeir yazmışlar.
Xitab
Cümlədə müraciət olunan şəxsi, əşyanı bildirən sözlərə və ya söz birləşmələrinə xitab deyilir. Xitablar, əsasən, isimlərlə və ismi birləşmələrlə ifadə olunur. İsimləşən digər nitq hissələri və feili sifət tərkibləri də xitab mövqeyində işlənə bilər. İnsan anlayışı bildirən isimlər daha çox xitab kimi işlənir. Məsələn: Oğul, yaxına gəl. Körpə balam, rahat yat. Ata, eşidirəm səni. Ey Vidadi, gərdişi-dövrani kəcrəftarə bax və s. Xitab başqa canlılara və cansızlara da aid olur. Məsələn: Baş alıb gedirsən hayana, ceyran.
Raşidi Xilafət
Rəşidi Xilafəti - İslam tarixində ilk 4 xəlifə – “Doğru idarə edilən” və yaxud “Rəşid xəlifələr” dövrünü əhatə edən müştərək bir termindir və Məhəmməd peyğəmbərin ölümündən sonra, 632-ci ildə əsası qoyulmuşdur (Hicri təqvimi ilə 11-ci il). Dövrünün zirvəsində, Xilafət şimalda Ərəbistan yarımadası və Levantdan Qafqaza qədər, qərbdə Misirdən indiki Tunis ərazisinə, şərqdə isə İran yaylağından Mərkəzi Asiyaya qədər uzanan geniş bir imperiyanı əhatə edirdi. Bu cəhətdən, Xilafət öz torpaq sahəsi ilə tarixin bu günə qədərki ən böyük imperiyası idi. == Mənşəyi == 632-ci ildə, Məhəmməd Peyğəmbərin vəfatından sonra, ailəsinin başı onun dəfn mərasiminə qarışdığı bir zamanda, Mədinə ənsarları müsəlmanları idarə etmək üçün peyğəmbərin yerinə kimin ķeçəcəyini müzakirə ətdilər. Ömər və Əbu Übeydə ibn əl-Cərrah Əbu-Bəkrə öz sədaqətlərini vəd etdilər. Beləliklə, Əbu-Bəkr əs-Siddiq ilk "Xəlifə-i Resul-il-Lah" - “Allahın Rəsulu”nun davamçısı və ya xəlifə oldu və İslamın təbliği uğrunda mübarizəyə başladı.Əbu-Bəkr başlıca olaraq, Məhəmmədə sədaqət vəd etmələrinə baxmayaraq, ona heç nə borclu olmadıqlarını iddia edən ərəb qəbilələrini tabe etməli olacaqdı. Bir xəlifə olaraq Əbu-Bəkr hökmdar deyildi və nə o, nə də onun 3 xələfi belə bir titul tələb etmirdi. Daha dəqiq desək, onların seçilməsi və hökmranlığı bacarığa əsaslanırdı. Xüsusilə, sünnəyə əsasən, xəlifələrin dördü də evlilik vasitəsilə Məhəmməd peyğəmbərə bağlanmışdı. Onlar İslamı ilk qəbul edənlər idi və cənnətin açıqca vəd edildiyi 10 nəfər arasında idilər, birlik və dəstəkləri ilə Məhəmməd peyğəmbərin ən yaxın əshabələri olaraq onun tərəfindən yüksək qiymətləndirilirdilər və yaranmaqda olan Müsəlman cəmiyyəti daxilində onlara rəhbərlik rolu həvalə edilmişdi.Sünnəyə əsasən, Rəşidi Xilafəti termini Məhəmmədin ölümündən sonra xilafətin 30 il yaşayacağı və daha sonra krallıqla davam edəcəyi ilə bağlı məşhur hədisindən meydana gəlib.
Xilafət Dövləti
Xilafət Dövləti ( türk. Hilâfet Devleti, alm. Kalifatstaat‎) —mərkəzi Almaniyanın Köln şəhərində yerləşən türk islamçı qrup.
Bizans - Xilafət müharibələri
Bizans-ərəb müharibələri (VII–XI əsrlər) — Yaxın Şərqdə, Aralıq dənizində və Cənubi Qafqaz uğrunda Xilafətin Bizansla müharibəsi. Cihad və islamın yayılması adı ilə Əbu Bəkrin dövründə Aralıq dənizinin şərq sahilindəki işğallardan başlamışdır. == Ərəblərin ilk uğurları. Konstantinopolun mühasirəsi (717-718) == 633-cü ildə Vadi- Ərəbdə(Ölü dənizindən cənuba) ərəblər öz ilk böyük qələbələrini qazandılar. 7-ci əsrin ikinci yarısında Bizans bir sıra məğlubiyətlərdən sonra Suriyada, Fələstində, İraqda, Misirdə, Cənubi Qafqazda, qismən Şimali Afrikadakı mülklərini itirdi. 646-cı ildə Xilafət ordusu İsgəndəriyyəni, Kipr (648) və Rodos (654) adalarını birdəfəlik tutdu. 668-ci ildən hərbi əməliyatlar əsasən Kiçik Asiyada aparılırdı. 668–669,673–678, 716–717-ci illərdə donanmanın dəstəyilə ərəb qoşunları Konstantinopola qarşı bir neçə yürüş təşkil etdilər. Sonuncu yürüş vaxtı(717) Xilafətin ordusu və donanması məğlub oldu, bu Anadoludakı ərəb işğallarına son qoydu. == Bizanslıların fəallaşması == Sonrakı 20 il ərzində bu rayonda müharibə dəyişkən uğurla getdi.
Əlcəzairdə xilafət əsgərləri
İslam Dövləti – Əlcəzair vilayəti (İD-ƏV; ərəb. الدولة الإسلامية – ولاية الجزائر‎, ad-Dawlah al-Islāmiyah – Wilayah al-Jazā’ir) — silahlı İslam Dövləti (İD) qruplaşmasının Əlcəzairdə fəaliyyət göstərən qolu. Qrup əvvəllər "Cund əl-Xilafa fi Ərd əl-Cəzair" (ərəb. جند الخلافة في أرض الجزائر‎; mənası – "Əlcəzairdə xilafət əsgərləri") kimi tanınırdı.2014-cü ildə onlar 55 yaşlı fransız alpinist Erve Qurdeli qaçırmışdılar. Qrup 22 sentyabr 2014-cü il tarixli videoda qeyd etmişdir ki, onlar bunu İD sözçüsü Ədnaninin ABŞ ilə birlikdə İD-yə qarşı döyüşən ölkələrin vətəndaşlarına hücum etmək əmrinin bir hissəsidir. 24 sentyabr 2014-cü ildə "Əlcəzair vilayəti" Erve Qurdelin başını kəsdiyini iddia etmişdir.
Xitab (qida)
Qutab – nazik, aypara formalı yuxa içərisində göy, ət və ya baxça məhsulları içi olan qədim türk yeməyi. Qədim Azərbaycan, Türkiyə, Qaqauz mətbəxinə aid qutab daha sonra Qafqaz və yəhudi mətbəxinə daxil olub. Qutab Azərbaycan mətbəxinin simvollarındandır. Qutabın çox sayda növü vardır. == Qutab növləri == Göyərti qutabı (qatıqla). Yabanı göyərtidən qutab (qatıqla). Göyərti ilə kəsmik qutabı (narlı və ya zirincli). Qarın qutabı (narlı və ya zirincli). Balqabaq qutabı (narlı və ya zirincli). Kartof qutabı (narlı və ya zirincli).
Yanszı Xitmət Medalı
Yanszı Xidmət Medalı, ABŞ Hərbi Donanması və Amerika Dəniz Piyadaları (və daha az bir nisbətdə Amerika Ordusu üzvləri) üzvlərinə təqdimat üçün 1930-cu ildə qurulan ABŞ Silahlı Qüvvələri bir dekorasyasıdır. Yanszı Xidmət Medalı, Yantszı çayı vadisində, 3 sentyabr 1926 və 31 dekabr 1932 tarixləri arasında bölgədə ciddi bir qarışıqlıq dövründə verildi. Bəzəmə ayrıca, Yanszı çayı Vadisindəki geniş əməliyyatlarının (məsələn, Nanjing hadisəni) birbaşa dəstəkləndiyi halda, Şanxay, Çində daimi vəzifəsində olan hərbi xidmət üzvləri üçün verilə bilər. Yanszı Xidmət Medalı, 1940-cı ildə Çin Xidmət Medalı ilə dəyişdirildikdə köhnə halına gəldi. == Həmçinin Bax == Çin ABŞ Nikaraqua Kampaniyası Medalı İkinci Nikaraqua Kampaniyası Medalı Şanxay == İstinadlar == == Xarici keçidlər == "Yangtze Service Medal". History.navy.mil. Dəniz tarixi və İrsi Komandirliyi. Alındı 2012-03-24.
Atatürkün türk gəncliyinə xitabı
Gəncliyə müraciət — Mustafa Kamal Atatürk tərəfindən, Cümhuriyyət Xalq Partiyasının II Böyük Qurultayında 20 oktyabr 1927-ci ildə "Nitq" adlı əsərinin yaranmasına səbəb olan nitqinin sonunda türk gəncliyinə xitabən söylədiyi mətndir. Nitqin yekun hissəsini təşkil edir.Xitab, Nitqin "Türk gəncliyinə qoyduğum əmanət" başlıqlı bölməsindədir. "Türkiyə istiqlalı" və "Türkiyə Cümhuriyyəti" anlayışlarına əsaslanan bir mətndir. Cəmi 15 cümlədən ibarətdir, onlardan on üçü tam, ikisi isə elliptik cümlədir. Mətn "Ey türk gəncləri!" ilə başlayır, "Sizə lazım olan güc damarlarınızdakı nəcib qandadır!" ilə bitir. Mustafa Kamal bu müraciəti ilə türk millətinin gələcəyi olan gənclərə keçmişdə yaşanan bəlaların bir daha təkrarlanmaması üçün həyati tövsiyələr verib. Birinci Dünya Müharibəsində Osmanlı İmperiyasının məğlubiyyəti ilə ortaya çıxan qaranlıq mənzərənin təsviri ilə başlayır. Bu çətin şəraitdə belə türk gəncliyinin borcunun Türk istiqlalını və cümhuriyyətini əbədi olaraq qorumaq və müdafiə etmək olduğu bildirilir. Mustafa Kamal bir növ siyasi vəsiyyətnamə olan gənclərə müraciətini oxuyarkən çox təsirlənmiş və göz yaşlarını saxlaya bilməmişdi. Atatürkün Xüsusən Gənclərə Müraciət bölməsini oxuyarkən etdiyi çıxış ictimaiyyətdə və xüsusən də gənclərdə böyük həyəcan yaratmış və Təhsil Nazirliyi 1927-ci il oktyabrın 26-da qəbul edilmiş qərarla məktəblərdə bütün siniflərdə "Gənclərə müraciət"in asılmasına qərar vermişdi.1928-ci il yanvarın 13-də alınan qərarla Türkiyədə dərsliklərə, kitablara salınmış və əhəmiyyətli təhsil ocaqlarına asılmışdır.
Diabet
Diabetes mellitus (DM), Diabet (yun. διαβήτης "süzənək" və lat. mellitus "bal kimi şirin") və ya Şəkər xəstəliyi, Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin hal hazırda 2 tipi vardır. Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə)mütləqdir. Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.
Xirbet-Kerak
Xirbet-Kerak (ərəb. خربة الكرك‎ Khirbet al-Karak "qalanın xarabalıqları") və ya Bet-Yerax (ivr. ‏בית ירח‏‎ "Ayın (tanrı) evi") — İsraildə, Təbəriyyə gölünün cənub sahilində yerləşən arxeoloji kurqanlar. Levandın ən böyüklərindən biri olan 50 hektarlıq bir əraziyə yayılan bu ərazi, Erkən tunc dövründ'n (e.ə 3000-2000) və Əhəməni dövründən (təxminən e.ə. 450) Erkən İslam dönəminə (təxminən e.ə 1000) qədər uzanan qalıntıları ehtiva edir. == Yer == Kirbet-Kerak Təbəriyyə gölünün İordan çayına töküldüyü yerdə yerləşir və ərazi gölün səviyyəsindən təxminən 15 metr yüksəklikdədir. Ərazi üçbucaq formasındadır və təxminən 1,2 km 380 m (ən geniş yerdə), 60-75 hektar ərazini əhatə edir. İordan çayı əvvəllər (ən azı orta əsrlərə qədər) şimal və qərbdən axmasına baxmayaraq, cənuba doğru axır. == Tarixi == Kirbet-Kerak müəyyən vaxtlarda iki əkiz şəhərin, Bet-Yeraxın və Sinnabrisin məkanı olmuşdur.
Şəkərli diabet
Diabetes mellitus (DM), Diabet (yun. διαβήτης "süzənək" və lat. mellitus "bal kimi şirin") və ya Şəkər xəstəliyi, Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin hal hazırda 2 tipi vardır. Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə)mütləqdir. Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.
Şəkərsiz diabet
Şəkərsiz diabet (lat. diabetes insipidus) — poliuriya (gündə 6–15 litr sidik ifraz etmək) və polidipsiya (susuzluq) ilə xarakterizə olunan hipotalamusun və ya hipofiz vəzinin disfunksiyası ilə əlaqəli nadir xəstəlik (təxminən 100.000-ə 3-ü). İfraz olunan sidiyin miqdarı gündə təxminən 20 litrə qədər çata bilər. Maye miqdarının azaldılması sidiyin konsentrasiyasına az təsir edir. Fəsadları bədənin susuzlaşması və ya qıcolma ola bilər.Şəkərsiz diabet həm böyüklərdə, həm də uşaqlarda, hər iki cinsdə baş verən xroniki xəstəlikdir. Çox vaxt gənc yaşda olan insanlar bu xəstəliyə tutulurlar (18–25 yaş). Həmçinin 1 yaşa qədər olan uşaqlarda xəstəliyin məlum halları olub. == Təsnifatı == Dörd növ şəkərsiz diabet vardır: Mərkəzi şəkərsiz diabet. Vazopressin (antidiuretik hormon) istehsalının olmaması ilə əlaqədardır.[1] Bu, hipotalamusun və ya hipofiz vəzinin zədələnməsi və ya genetika ilə bağlı ola bilər. Nefrogenik şəkərsiz diabet.
Mərkəzi şəkərsiz diabet
Mərkəzi şəkərsiz diabet — neyrogen şəkərsiz diabet olaraq da adlandırılan, beyində vazopressinin kifayət qədər olmayan istehsalı nəticəsində yaranan xəstəlik. Neyrogen şəkərsiz diabet xəstəliyi şəkərsiz diabetin bir növüdür. Vasopressin qan həcmini (damardaxili) artırır və sidik ifrazını azaldır. Buna görə də, onun çatışmazlığı sidik istehsalının artmasına və həcminin azalmasına səbəb olur. O, həmçinin beyindəki hipotalamus tərəfindən təmin edilən posterior hipofiza (neyrohipofiz) aid olan neyrohipofiz şəkərsiz diabet kimi də tanınır. Bu vəziyyətdə yalnız şəkərli diabetlə ümumi olan poliuriya (sidiyin həddindən artıq və ya anormal dərəcədə böyük ifrazı) var. Bir-birini istisna etməsə də, əksər tipik hallarda "neyrogen şəkərsiz diabet" adı aldadıcıdır. Daha düzgün ad "hipotalamik neyrohipofizal ADH çatışmazlığı" ola bilər. == Simptomları == Metabolik ensefalopatiyada artan susuzluq, poliuriya və orqanizmin susuzlaşmasıdır. == Səbəbləri == === Naməlum === Ən azı 25% hallarda (ən çox yayılmış təsnifat) neyrogenik şəkərsiz diabetin naməlum səbəbləri var, yəni naməlum səbəbə görə vazopressin istehsal olunmur.O, həmçinin hipotalamusun, hipofiz sapının, arxa hipofizin zədələnməsi ilə əlaqədardır və baş travması nəticəsində yarana bilər.
Nefrogenik şəkərsiz diabet
Nefrogenik şəkərsiz diabet — əsasən böyrək xəstəliklərindən qaynaqlanan şəkərsiz diabetin bir növü. O, böyrək şəkərsiz diabeti kimi də tanınır. Nefrogenik şəkərsiz diabet antidiuretik hormonun (həmçinin vazopressin adlanır) qeyri-kafi səviyyələrinin səbəb olduğu mərkəzi və ya neyrogenik şəkərsiz diabetdən fərqlidir. Nefrogenik şəkərsiz diabet böyrəklərin antidiuretik hormona düzgün reaksiya verməməsi ilə qaynaqlanır və nəticədə böyrəklərin sərbəst suyu çıxararaq sidiyi konsentrasiya etmək qabiliyyətini azaldır. == Simptomları == Klinik təzahürü polidipsiya (həddindən artıq susuzluq) və poliuriya (çox miqdarda sidiyin ifrazı) ilə özünü göstərən neyrogen şəkərsiz diabetə bənzəyir. Orqanizmin susuzlaşması tez-tez baş verir və sidik kisəsinin xroniki şişməsi nəticəsində sidik qaçırma halları olur.Tədqiqat zamanı plazma osmolyarlığının artması və sidiyin osmolyarlığının azalması müşahidə olunmuşdur. Hipofiz funksiyası normal olduğu üçün antidiuretik hormonun səviyyəsi anormal və ya yüksələ bilər. Poliuriya xəstə maye qəbul edə bildiyi müddətə qədər davam edəcək. Xəstə maye qəbul edə bilmirsə sidiyi konsentrə edə bilmir və hipernatremiya nevroloji simptomları başlayır. == Səbəbləri == === Qazanılmış === Nefrogenik şəkərsiz diabet ən çox qazanılmış formalarda olur, yəni qüsur doğuş zamanı olmur.