Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yenidən yükləmək
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) - kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Xoruz
Xoruz — ümumi mənada toyuqkimilər dəstəsinə daxil olan quşların erkəyi. == Banlaması == Xoruzlar banlamağa, adətən, həmişə 4 aylığından əvvəl başlayır. Ginnesin Rekordlar Kitabına ən uzun banlama 21,07 saniyə kimi düşmüşdür. İkinci ən uzun banlama isə 21,00 saniyədir.
Musiqi yükləmə
Musiqi yükləmə — internetə bağlı bir kompüterdən və ya bir veb saytdan bir istifadəçinin kompüterinə musiqi transferi. Bu anlayışa həm qanuni endirmələr, həm də təlifli məzmunun icazəsiz və ya ödəniş ödəmədən endirilməsi daxildir. Nielsen tərəfindən hazırlanan bir hesabata görə, 2012-ci ildə ABŞ-dakı musiqi satışının 55,9 %-i endirmələrdən meydana gəlməkdədir.
Hind xoruzu
Pirverdinin xoruzu
== Məzmun == Kinolent sənətkar və insan haqqındadır. Filmin qəhrəmanı Qasım (İdris Rüstəmov) intuisiya ilə hiss edir ki, özünü dərk etməklə onu əhatə edən aləmi başa düşə bilər. Gözəlliyin ona verdiyi sevinci nə deyingən arvadı (Fatma Mahmudova), nə səfeh oğlu (Alim Aslanov), nə təsadüfən peyda olmuş gəlin (Kübra Dadaşova), nə də tərs ulaq onun qəlbində söndürə bilməz. == Festivallar və mükafatlar == 1) 1988-ci ildə Kiyevdə "Gənclik-88" Ümumittifaq kinofestivalı Filmə Priz və Diplom verilmişdir. == Film haqqında == Film yazıçı Cəlil Məmmədquluzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Film rejissor Ramiz Əzizbəylinin quruluşçu rejissor kimi kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Cəlil Məmmədquluzadə Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu rejissor: Ramiz Əzizbəyli Quruluşçu operator: Yuri Varnovski Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Kamal Seyidov Geyim rəssamı: Aydın Lazımov Qrim rəssamı: Çingiz Paşayev Rejissor: Ənvər Həsənov Operator: Elman Əliyev Montaj edən: Nelli Dadaşova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Filmin direktoru: Ədalət Yunusov, Akif Musayev Mətni oxuyan: Ramiz Əzizbəyli (titrlərdər yoxdur) === Rollarda === İdris Rüstəmov — Qasım Fatma Mahmudova — Həlimə Alim Aslanov — Pirverdi Hamlet Xanızadə — Molla Cəfər Kübra Dadaşova — Pərinisə Ramiz Əzizbəyli — kəndli == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Xoruz (1977)
== Məzmun == == Film haqqında == Applikasiya filmidir. Film Abbas Makulunun eyniadlı poeması əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Abbas Makulu Rejissor: Məsud Pənahi Ssenari müəllifi: Məsud Pənahi Operator: Antonina Korotnitskaya Quruluşçu rəssam: Məsud Pənahi Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı : A.Abarenov, Sergey Dyojkin, Vaqif Məmmədov, Rauf Dadaşov, Vahid Talıbov Rəssam: N.Ağayeva, Hüseyn Cavid İsmayılov, Firəngiz Quliyeva == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Xoruz döyüşü
Xoruz döyüşü — bir çox ölkələrdə keçirilən əyləncə növlərindən biridir. == Ənənə == Adət-ənənəyə görə, hər il Novruz bayramında xoruz döyüşü təşkil edilir. Xoruz döyüşü üçün qabaqcadan xüsusi döyüşçü xoruzlar yetişdirilir. Bundan ötrü əsasən "Heyratı", "Daş pipik", "Badam pipik", "Yaponka" və başqa döyüşkən xoruz cinsləri bəslənilir. Onlara ət, fındıq, kişmiş verirlər ki, enerjili və sağlam olsunlar və döyüş zamanı caynaqlarına ülgüc kimi iti olan əlavə caynaq taxılır. Xoruz döyüşü insanlara əyləncə ilə yanaşı, həm də gəlir mənbəyi hesab olunur. Belə ki, xoruz azarkeşləri güclü xoruza mərcə girib pul qoyurlar, pul da götürürlər. == Döyüşün nəticəsi == Xoruzların meydanda hansı xoruzla qarşılaşacağı əvvəlcədən təyin edilir. Döyüşəcək xoruzların çəkisi və boyu düz gəlməlidir. Ona görə də döyüşdən əvvəl xoruzlar yan-yana düzülür və hansı hansına uyğun gəlsə, rəqibi o seçilir.
Vasilkov mayolika xoruzu
Vasilkov mayolika xoruzu (ukr. Півник васильківської майоліки) — Valeri Protoryev və Nadiya Protoriyeva tərəfindən yaradılmış Vasilkovda yerləşən mayolika fabrikində təkrarlanan dekorativ əşya. Bu, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı Borodyankadakı evlərdən birinin fotosu yayıldıqdan sonra mübarizə simvoluna çevrilmişdir Fotoşəkildə müşahidə olunur ki, mənzilin demək olar tamamilə dağılmasına baxmayaraq, divardakı mətbəx şkafı üstündə olan dekorativ mayolika xoruzu ilə birlikdə salamat qalmışdı. == Tarixi == Xoruz 1960-cı illərin əvvəlindən 1980-ci illərə qədər Vasilkovda yerləşən mayolika fabrikində istehsal edilmişdir. Əsərin müəllifinin əvvəlcə səhvən Prokop Bidasiyuk olduğunu iddia edilmişdir. Vasilkov mayolika fabrikinin baş rəssamı Sergey Denisenko hesab etmişdir ki, xoruzun müəllifliyi Valeri Protoryev və onun həyat yoldaşı Nadiyaya məxsusdur. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanıBorodyankada yerləşən xaraba evdən çəkilən fotoşəkildə evin içində şkaf və üzərində yerləşən dekorativ mayolika xoruzu salamat qalmışdır. Bu fotoşəkil dünyada məşhurlaşdıqdan sonra Ukrayna mediası və sosial şəbəkələrdəki insanlar bu incəsənət əsəri ilə maraqlanmağa başlamışdılar. Şkaf Yelizaveta Servatınskanın diqqətini cəlb etmiş və o, şkafın fotoşəkillərini çəkmişdir. Bundan sonra Kiyev Şəhər Şurasının deputatı Viktoriya Burdukova hamının diqqətini mayolika xoruzuna yönləndirmişdir.
Xoruz (film, 1977)
== Məzmun == == Film haqqında == Applikasiya filmidir. Film Abbas Makulunun eyniadlı poeması əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Abbas Makulu Rejissor: Məsud Pənahi Ssenari müəllifi: Məsud Pənahi Operator: Antonina Korotnitskaya Quruluşçu rəssam: Məsud Pənahi Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı : A.Abarenov, Sergey Dyojkin, Vaqif Məmmədov, Rauf Dadaşov, Vahid Talıbov Rəssam: N.Ağayeva, Hüseyn Cavid İsmayılov, Firəngiz Quliyeva == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Pirverdinin xoruzu (film, 1987)
== Məzmun == Kinolent sənətkar və insan haqqındadır. Filmin qəhrəmanı Qasım (İdris Rüstəmov) intuisiya ilə hiss edir ki, özünü dərk etməklə onu əhatə edən aləmi başa düşə bilər. Gözəlliyin ona verdiyi sevinci nə deyingən arvadı (Fatma Mahmudova), nə səfeh oğlu (Alim Aslanov), nə təsadüfən peyda olmuş gəlin (Kübra Dadaşova), nə də tərs ulaq onun qəlbində söndürə bilməz. == Festivallar və mükafatlar == 1) 1988-ci ildə Kiyevdə "Gənclik-88" Ümumittifaq kinofestivalı Filmə Priz və Diplom verilmişdir. == Film haqqında == Film yazıçı Cəlil Məmmədquluzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Film rejissor Ramiz Əzizbəylinin quruluşçu rejissor kimi kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Cəlil Məmmədquluzadə Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu rejissor: Ramiz Əzizbəyli Quruluşçu operator: Yuri Varnovski Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Kamal Seyidov Geyim rəssamı: Aydın Lazımov Qrim rəssamı: Çingiz Paşayev Rejissor: Ənvər Həsənov Operator: Elman Əliyev Montaj edən: Nelli Dadaşova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Filmin direktoru: Ədalət Yunusov, Akif Musayev Mətni oxuyan: Ramiz Əzizbəyli (titrlərdər yoxdur) === Rollarda === İdris Rüstəmov — Qasım Fatma Mahmudova — Həlimə Alim Aslanov — Pirverdi Hamlet Xanızadə — Molla Cəfər Kübra Dadaşova — Pərinisə Ramiz Əzizbəyli — kəndli == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Yüzləçək qızılgül
Yüzləçək qızılgül (lat. Rosa centifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Persiya olub, İran, Morokko, Tunis, İtaliya, Fransa və Çində geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1-1,5 m-ə qədər olan koldur. Qopartikanları muxtəlifdir — möhkəm iri, oraqvarı əyilmiş, xırda, düz, qaidə hissəsi bir qədər enli formadadır. 5 ədəd yumurtavarı yarpaqları dərivarı olub, 5-7 sm-ə qədər uzunluqdadır. Üstdən çılpaq, altdan vəzili, kənarlı, ikiqat mişardişli, 2-2,5 sm uzunluğa və 1,5-2 sm enə malik yarpaqcıqlardan ibarətdir. Ləçəklər parlaq çəhrayıdır. Kasayarpaqcıqları uzunsovdur, lələkvarı yarıl-mışdır. İyun və iyul aylarında çiçək açır.
Morula
Morula — Morula (lat. Morus: tut), möhkəm bir top içərisində 16 hüceyrədən (blastomerlər adlanır) ibarət olan erkən mərhələli bir embriondur. Bir morula bir blastokistdən fərqlənir ki, morula (gübrələmədən 3-4 gün sonra) kürə formalı 16 hüceyrədən ibarət bir kütlədir, blastokistdə (döllənmədən 4-5 gün sonra) içərisində boşluq vardır daxili hüceyrə kütləsi. Bir morula, toxunulmaz və implantasiya edilməsinə icazə verilsə, nəticədə blastokist halına gələcək. Morula, tək hüceyrəli ziqotdan başlayaraq, erkən embrionun bir sıra bölünmə bölmələri tərəfindən istehsal olunur. Embrion 16 hüceyrəyə bölündükdən sonra tuta bənzəməyə başlayır və bu səbəbdən morula adlandırılır . Döllənmədən bir neçə gün sonra, morulanın xarici hissəsindəki hüceyrələr, desmosomların və boşluq birləşmələrinin əmələ gəlməsi ilə sıx bağlanır və demək olar ki, fərqlənmir. Bu proses sıxılma kimi tanınır. Xarici və içəridəki hüceyrələr fərqli olaraq trofoblasta (xaricində) və daxili hüceyrə kütləsinə (içərisində) atalar əmələ gəlir. Trofoblast hüceyrələrindən natrium ionlarının aktiv nəqli və suyun osmozu nəticəsində morulanın daxilində bir boşluq əmələ gəlir.
Voruta
Voruta — 13-cü əsrdə kral Mindauqasın dövründə Litva Böyük Litva Knyazlığının paytaxtı olduğu düşünülür. Voruta haqqında yazılı mənbələrdə bir dəfə qısaca bəhs olunur və dəqiq yeri məlum deyil. Bütün qeyri-müəyyənliklərə baxmayaraq, Voruta anlayışı Litva təsəvvüründə məşhur və populyardır. == Tarixdə == İlk və yeganə litva kralı olan Mindauqas, doğma bacıları Tautvilas və Edivydasın Jemaytiya şahzadəsi Vykintasa qarşı daxili müharibəsi zamanı Vorutada müdafiə edildi. İpativ salnaməsindən götürülmüş bu məlumat, Voruta haqqında yazılmış yeganə çəlumatdır. Mindauqas qalası ifadəsinə daha iki dəfə rast gəlinmişdir, lakin nə adı, nə də yeri göstərilməmişdir. Bu qısa qeydlərin eyni yerə aid olub-olmadığı məlum deyil. Buna baxmayaraq, 19 və 20-ci əsrlərdə bəzi tarixçilər onu "Litvanın ilk paytaxtı" adlandırdılar və yerini müəyyənləşdirməyə çalışdılar. Ümumilikdə Vorutanın təklif edilən təxminən on dörd yeri var. Digərləri, Voruta'nın əsl şəhər olmadığını, sadəcə paytaxt mənasını verən bir sözün səhv şərh edildiyini iddia edirlər.
Xaruşa
Xaruşa — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Xaruşə oyk, mür. Quba r-nunun Talabı i.ə.v.-də kənd. Vəlvələ çayının sahilində, Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi XIX əsrin birinci yarısında Talabı kəndindən çıxmış ailələrin Xarüşə adlı qışlaqda məskunlaşması nəticəsində yaranmışdır. Oykonim tat dilindəki xar (düzən yer, güneyin ətəyi) və üşə (meşə) sözlərindən düzəlib, "düzənlikdə meşə" və ya "meşənin düzən yeri" mənalarındadır. Kənd üç tərəfdən meşə ilə əhatə olunmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 776 nəfər əhali yaşayır.
Xoruzlu
Xoruzlu — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Xoruzlu Tərtər rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Oykonim kəngərli tayfa birliyinə daxil olan xoruzlu tirəsinin adı ilə bağlıdır.. == Əhalisi == Əhalisinin bir hissəsi 1949-cu ildə Dərələyəz mahalından deportasiya olunublar. === Tanınmışları === Vəzir Orucov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Tofiq Yusif — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvü, "Tərəqqi" medalı, "Qızıl qələm" və "Məmməd Araz" mükafatları laurеatı, "Yeni Tərtər" qəzetinin redaktoru.
Xorzuq
Xorzuq — İranın İsfahan ostanının Borxar şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,301 nəfər və 5,478 ailədən ibarət idi.
Oryza
Düyü (lat. Oryza) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Qabıqlı halda çəltik deyilir. Çəltiyin qabığı alınanda düyü əmələ gəlir. Düyü dayaz sularda bitən bir bitkidir. Dünyanın, demək olar ki, hər yerində istehlak olunur. == Tərkibi == su 13 %, nişasta 7 %, yağ 2,2%, karbohidrat 73 %, minerallar 1,2 %. == Düyü istehsalı ilə məşğul olan ölkələr == Düyünün illərə görə istehsalı min. ton.
Afşin Noruzi
Afşin Noruzi (22 aprel 1985) — İranı təmsil edən stolüstü tennisçi. == Karyerası == Afşin Noruzi İranı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Akaki Xorava
Akaki Akaseyiviç Xorava (gürc. აკაკი ალექსის ძე ხორავა; 1895–1972) — Gürcü, sovet aktyoru, teatr rejissoru, müəllim. SSRİ xalq artisti (1936).. Beş dəfə Stalin mükafatı laureatı (1941, 1943, 1946, 1946, 1951). İki dəfə Lenin ordeni (1945, 1950) mükafatçısı. == Həyatı == Akaki Xorava 1895-ci il aprelin 17-də (29) Oçxomuri kəndində (Sameqrelo-Zemo Svaneti bölgəsinin Çxorotsku bələdiyyəsi) anadan olmuşdur. 1915-ci ildə Kutaisi klassik kişi gimnaziyasını bitirib. 1915–1917-ci illərdə Kiyev Universitetinin tibb fakültəsində təhsil alıb. Fevral inqilabından sonra Gürcüstana qayıdıb. Xorava 1917–1919-cu illərdə Novo-Senakski rayon ərzaq komitəsində işləyib, Batumini hücum edən osmanlılardan qorumaq üçün Novo-Senakski dəstəsinin könüllüsü olub.
Vyore-Voruaz
Vöre-Voruaz (fr. Veurey-Voroize) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Sassenaj kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38540. Kommunanın 2009-cu il üçün əhalisi 1 386 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 178 ilə 1 620 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 13 km şimal-qərbdə yerləşir.
Vöre-Voruaz

Yoruba dili
Yoruba dili (brit. /ˈjɒrʊbə/, amer. /ˈjɔːrəbə/, Èdè Yorùbá, Ajami: عِدعِ يوْرُبا) – Qərbi Afrikada, əsasən Cənub-Qərbi və Mərkəzi Nigeriyada danışılan dil. == Ümumi məlumat == Yoruba dili (yerli adı èdè Yorùbá, 'Yorùbá dili') Niger-konqolez dillərindən biridir ki, təxminən 20 milyon nəfər tərəfindən Qərbi Afrikada danışılır. Yoruba xalqının çoxu Yoruba dilində danışır. Yoruba dili İgala dili ilə çox bənzərlik göstərir. Bu dillər Yoruboid dili qrupuna aiddir. Forde (1951)və Westermann ilə Bryan (1952) İgala dilini Yoruba dilinə bir ləhcə kimi götürmüşdür. Yoruba dili Erdekir dillərinə aid olsada bir-biri ilə çox yaxın olduğundan İgala ilə bu qədər bənzərlik göstərir. Ancaq ayrı-ayrı dillərdir.
Yoruba dini
Yoruba dini — Yoruba dini Yorubalıların adət-ənənələrini və digər mənəvi təlimlərini özündə əks etdirir.Yoruba dini mifologiya,fəlsəfə,inancların təzahürü kimi çıxış edir.Dinin hər hansı bir peyğəmbəri və ya yaradıcısı yoxdur.Dinin ana vətəni Yorubaland adlanan Benin və Togonun sərhəd ərazilərində yerləşən ərazidir. Yoruba dinində hekayələr,miflər,musiqilər xüsusi yer tutur. == Yorubada İslam == Bundan başqa Yorubalılar arasında müsəlman və xristianlarda vardır.İlk İslamın gəlişi Wangara tacirləri nəticəsində olmuşdur.Daha sonra Mali imperiyası Yorubalılar arasında İslamın yayğınlaşmasında böyük rol oynamışdı. == Yorubada Xristianlıq == Xristianlar isə burda aktiv şəkildə 19-cu əsrdə fəaliyyət göstərirdilər.Yorubalılar arasında bir çox məzhəbdən Xristian vardır.İlk xristianlar 16-cı əsrdə bura gəlmiş niderlandlar idi.Daha sonra onları fransızlar,ingilislər,almanlar gəldilər.
Ruza
Ruza — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Xora
Xora xəstəliyi, mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi — bütün orqanizmin xronik xəstəliyi. Mədənin və ya onikibarmaq bağırsağın selikli qişasında xora qüsurunun əmələ gəlməsi ilə xarakterizə olunur. Xəstəlik tsiklik gedişli olub, müxtəlif müddətli kəskinləşmə (residivlə) və remissiyalarla keçir. 1829-cu ildə fransız həkimi J. Kryuvel xora xəstəliyini müstəqil nozoloji forma kimi ayırmışdı. Xora xəstəliyi Geniş yayılmış xəstəliklərdəndir. Bu xəstəliyə kişilər qadınlara nisbətən 3—10 dəfə çox tutulur. Xora xəstəliyinin etiolokiyasında ümumi sinir sistemi və hormonal tənzimedici mexanizmlərdəki pozğunluqlara, həmçinin mədənin özündə baş verən dəyişikliklərə (turşuluğun artması, selik ifrazının azalması) böyük əhəmiyyət verilir. Xora xəstəliyinə tutulanlarda mədə şirəsinin miqdarı və turşuluğu çoxalır, mədə şirəsini tənzimləyən azan sinirin tonusu artır. Xora xəstəliyi, irsi xüsusiyyətlərdən, qidalanma rejiminin pozulmasından, kəskin qidalar yedikdə, spirtli içkilər içdikdə, siqaret çəkdikdə və sinir-psixi gərginlikdən baş verə bilər. == Etiologiyası və patogenezi == Etioloji amillərin sırasına təkrar olunan və sürəkli mənfi emossiyalar, sinir-hormonal nizamlanma və qidaianma rejıminin pozutması.