Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xatman
Xatman — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xatman Ağsu rayonunun Kalva inzibati ərazi vahidində kənd. Niyaldağ silsiləsinin ətəyindədir. Kəndin adı XVIII əsrin əvvəllərində Gilanın Lahican bölgəsindən köçüb gəlmiş tat ailələrin adı ilə bağlıdır. Ulu əcdadaları Lahıc Əhməd adı ilə Gilanda məşhur olmuşdur. Kəndin öz adı Hətəm adlı lahıclı şəxsin adı ilə bağlıdır(Hətəman- Hətəm şəxs adına -an cəmlik şəkilçisi ilə əlavə edilməklə yaranmış toponim).
Xotan
Xotan (uyğ. خوتەن, uyğ. Xoten, uyğ. Хотән, çin. sadə. 和田市, pinyin: Hétián shì) — Çinin Sinszyan-Uyğur muxtar rayonunun cənub-şərqindəki Xotan mahalında vadi və şəhər qəzası. Təklə-Məkan səhrasından cənubda, Yarkənddən cənub-şərqdə yerləşir. Əhalisi 114 000 nəfərdir (2006) və əsasən uyğurlardan (uyğ. хотәнликләр, xotanlılar) ibarətdir. Xotan şəhər dairəsi 4 küçə komitəsinə, 2 qəsəbəyə və 6 mahala bölünür.
Ralf Rotman
Ralf Rotman (10 may 1953[…], Şlezviq[d], Şlezviq-Holşteyn) — alman yazıçı və dramaturq. == Həyatı və fəaliyyəti == Ralf Rotman 10 may 1953-cü ildə Almaniyanın şimal-şərqində yerləşən Şlezviq şəhərində doğulmuşdur. Orta məktəbdən sonra qısamüddətlik ticarət məktəbinə getmiş, ardınca isə tikintidə çalışmışdır. 1976-cı ilə Berlinə köçmüş və 1986-cı ildə "Bıçağın Ucu" adlı ilk əsərini nəşr etdirmişdir. Müxtəlif dillərə tərcümə edilmiş çoxsaylı əsərləri mövcuddur. 2004-cü ildə "Gənc İşıq" adlı əsərini dərc etdirmişdir. Kitabda, 12 yaşlı yeniyetmənin 1960-cı illərin sənayə bölgəsi olan Almaniyanın Ruhr şəhərindəki yaşayışı psixoloji detallarla oxuculara təqdim olunmuşdur. "Gənc İşıq" əsəri 2016-cı ildə "Junges Licht" adı ilə filmləşdirilmişdir. == Mükafatları == 2017-ci ilə Almaniyanın "Kleist Preis" mükafatına layiq görülmüşdür.
Sven Botman
Sven Botman (12 yanvar 2000-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Botman Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. 11 aprel 2018-ci ildə o, Ayaks klubu ilə 2022-ci ilin 30 iyun tarixinə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Botman öz peşəkar karyerasında debütünü 17 avqust 2018-ci ildə Roda klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == 18 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Aleksandr Şotman
Aleksandr Şotman (rus. Алекса́ндр Шо́тман; 25 avqust (6 sentyabr) 1880, Aleksandrovskoye[d], Sankt-Peterburq quberniyası[d] – 30 oktyabr 1937, Moskva) — rus inqilabçısı, sovet dövlət xadimi və partiya lideri. 1899-cu ildən RK(b)P-nin üzvü. Oktyabrın 30-da "antisovet trotskiçi təşkilatda iştiraka görə" güllələnib. == Həyatı == 1880-ci il avqustun 25-də (6 sentyabr) Sankt-Peterburq quberniyasının Sankt-Peterburq qəzasının Aleksandrovskoye kəndində (indiki Sankt-Peterburq sərhədləri daxilində) fəhlə ailəsində anadan olub. Üç illik dövlət məktəbini bitirib. 15 yaşından Lessner, Nobel və Obuxov zavodlarında tornaçı işləyib. == Fəaliyyəti == === İnqilabi fəaliyyət === 1899-cu ildə RSDFP-nın yeraltı dərnəyinə qoşulmuş, 1899–1901-ci illərdə isə Sankt-Peterburq Fəhlə Sinifinin Azadlığı Uğrunda Mübarizə İttifaqının üzvü olmuşdur. 1901-ci ilin mayında Obuxov müdafiəsinin təşkilatçılarından biri idi. Nobel zavodunda (indiki Rusiya Dizel zavodu) işləyərək 1902-ci ildə Vıborq rayon komitəsinin partiya təşkilatçısı və RSDFP Sankt-Peterburq komitəsinin üzvü olub.
Xotan dövləti
Xotan dövləti (çin. 于闐 ) - müasir Sintzyan-Uyğur Muxtar Rayonu ərazisində, Xotan şəhəri ətrafında 56-1006cı illər arasında mövcud olmuş qədim monarxiya. == Quruluşu və əhalisi == Dövlətin qurulması haqqında 4 əfsanə var. Hər 4 əfsanəyə görə şəhər Aşoka dövründə şimala köçmüş hindistanlılar tərəfindən qurulub. Əhalisi Saka dilinin yerli dialekti olan xotanca danışırdılar. Lakin sakaların Xotana nə vaxt gəldiyi məlum deyil. Əhalinin əsas dini buddizm idi. Han Tarixi Kitabına əsasən e.ə.125-23-cü illərdə Xotanda 3300-ə yaxın ev, 19300 nəfər əhali vardı. Bunlardan 2400ü əsgər idi. == Tarixi == Xotan əsasən ticarət dövləti olub tarixi boyu Xunnu, Han sülaləsi, Tan sülaləsi, Göytürklər, Tibet imperiyası asılılığında mövcud olmuşdur.
Otman Bozdağ palçıq vulkanı
Otman Bozdağ palçıq vulkanı — Azərbaycanda, Qaradağ dəmir yolu stansiyasından 5 km şimal-qərbdə yerləşən palçıq vulkanı. == Quruluşu == Yüksəkliyin mərkəz hissəsini diametri 300 metr olan vulkan krateri tutur. Kəsik konus şəklində olan kraterin kənarları 6 metr hündürlüyündə bəndlə hüdudlaşmışdır. Onun dik yamacları dərin yarüanlarla kəsilmişdir. Otman Bozdağının qrifon və salçaları iki qrupdan ibarətdir. Palçıq vulkanı rayonunun geoloji quruluşunda pliosen çöküntüləri iştirak edir. == Püskürmə fəaliyyəti == Otman Bozdağının püskürmə fəaliyyəti haqqında maraqlı məlumatlar vardır. Məsələn, 1845-ci il yanvarın 22-də baş vermiş güclü püskürmə 3 saat davam etmişdir. Brekçiyanın tədqiqi vulkanın bir neçə dəfə – 1845, 1904, 1951, 1965-ci illərdə püskürdüyünü göstərir. 1965-ci il oktyabrın 1-də saat 11.50-də bir saat yarım davam edən növbəti püskürmə baş vermişdir.
Batman
Betmen (ing. Batman), başlanğıcda Bet-men (ing. Bat-man "Yarasa - adam") — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri. Bu superqəhrəman personaj rəssam Bob Keyn və yazıçı Bill Fingerin birgə müəllifliyi ilə yaradılmışdır. İlk dəfə 1939-cu ilin may ayında "Detektiv komiksləri" (ing. Detective Comics) buraxılışının 27 nömrəli sayında dərc edilmişdir. Yaxın vaxtlara qədər Bob Keyn personajın əsas yaradıcısı hesab edilirdi, lakin aparılmış bir çox tədqiqatlardan sonra, 2015-ci ildə müəlliflik hüququ Bill Fingerə təqdim edilmişdir, çünki qəhrəmanın yaradılmasında Keynin töhfəsi olduqca əhəmiyyətsiz idi. Betmenin orijinal tərcümeyi-hal versiyasında — baş qəhrəman, müvəffəqiyyətli sənaye sahibi, filantrop və qadınların sevimlisi olmuş milyarder Bryus Ueynın gizli alter-eqosudur. Uşaqlıqda, öz valideynlərinin qətlinin şahidi olmuş, Bryus öz həyatını ədalət uğrunda cinayətin aradan qaldırılmasına və mübarizəyə həsr etməyə and içir. Özünü fiziki və mənəvi şəkildə hazırlayaraq, o, yarasanın stilizə edilmiş kostyumunu geyinərək və cinayətkarlarla qarşı durma üçün şəhərin küçələrinə çıxır.
Norman
Norman — ad. Norman Bor — İrlandiya botaniki. Norman İtzkovitz — Prinston Universiteti Yaxın Şərq Araşdırmaları Hissəsi müəllim olan bir Osmanlı tarixçisi. Norman Endjell — Böyük İlluziya kitabının müəllifi və ingilis iqtisadçı. Norman Foster — ingilis memar. Norman Ridus — Amerikalı aktyor.
Qodman
Qodman — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Qodman kənd inzibati ərazi dairəsi tərkibindəki Qodman kəndinin ərazisindən 41,33 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 40,33 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimiyası == Qodman kəndinin adı talış dilindəki "ğıdımon" - sözündən olub, mənası "gəlmələr" deməkdir. Kəndin əsasını aşağıbaşlılar (kəndin şərq hissəsi) qoymuşlar. Onlar bir neçə nəsildir və Lerik, Lənkəran bir də İrandan köçüb gəlmişlər. Qodman kəndinin tən ortasından bir küçə keçir ki, həmin küçənin qərbində seyidlər yaşayır. Onlar Məmmədrzakücə kəndindən buraya son zamanlar gəliblər. == Əhalisi == 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Lənkəran qəzasının Sığdaş və bu kənd sakinlərinin yeni saldıqları Qodman kəndində cəmi 57 evdə etnik talışlardan ibarət 339 nəfər (205 nəfəri kişi, 134 nəfəri qadın) şiə təriqətli müsəlman əhali yaşayırdı. Hazırda kənd əhalinin sayı 1255 nəfərdir.
Qozman
Qozman — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.
Sorman
Sorman ya da Surman (ərəb. صرمان‎) Liviyanın şimal-şərqində,Aralıq dənizi sahilində və Tripolitaniya regionunda şəhər. == Vətəndaş müharibəsi == 20 İyun 2011-ci ildə Birinci Liviya Vətəndaş Müharibəsi əsnasında, NATO Sormanda Muammər Qəddafinin silahdaşlarından biri Xalid K. El-Hamediyə aid bir ərazidə mülki evlərə hücum edərək, bir neçə mülki şəxsin, o cümlədən iki uşağın və onların analarının öldürüldüyünü bildirdi. NATO, Sormanda bir hərbi hədəfə hava hücumu etdiyini etiraf etdi, ancaq mülki şəxslərin ölümünə rədd etdi. NATO, Sorman bölgəsindəki "yüksək səviyyəli" komandanlıq və nəzarət "nodu" na qarşı dəqiq bir hava hücumu başladıldığını söyləyən bir bəyanat verdi. Avqustun 14-də Milli Qurtuluş Ordusu böyük bir sahil hücumu zamanı şəhəri ələ keçirdiyini söylədi. Qəsəbə uğrunda gedən döyüşdə 10 üsyançı öldürüldü və ən az 40 Qəddafi tərəfdarı tutuldu. 2016-cı ilin martında, ikinci vətəndaş müharibəsi zamanı, Sormanda İslam Dövləti silahlıları tərəfindən insan qalxanı kimi istifadə edilərkən, 2015-ci ilin iyununda qaçırılan iki İtalyanın öldürüldüyü bildirildi.
Vatman
Vatman, vatman kağızı - (ing. Whatman paper ) rəsmxət və şəkil üçün əla, yüksək keyfiyyətli, möhkəm kağız növüdür. 1750-ci illərin ortalarında vatman ilkin olaraq kağız fabrikinin sahibi ingiltərəli Ceyms Vatman (ing. James Whatman) tərəfindən istehsal olunmuş, hansıki o cizgisiz kağızın yeni növünü istehsala gətirmişdir. Vatman öz icadını wove paper adlandırdı.
Xatmcan
Xatıncan — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd Əsrik Cırdaxan camaatına məxsus keçmiş binə yerində salınmışdır. Yerli əhalinin məlumatına görə, kənd xalq təbabəti ilə məşğul olmuş Xatıncan adlı qadının adı ilə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd orta dağlıq qurşaqda yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Xortdan
Xortdan ya da xortlaq — gecə qəbirdən xortlayaraq çıxıb yatmış adamların qanını soran, onlara pislik edən qorxunc, dəhşətli mövhum bir vücud, folklor və xalq əfsanələrinə görə qaniçən məxluq. Xortdanlar əsasən Şərqi Avropa mifologiyasında var. Ən tanınmış ənənəyə görə onları günəş işığı, ürəyə vurulmuş ağcaqovaq payası, gümüş güllə və daha bir neçə şey öldürür. == Xortdanların xüsusiyyətləri == Ümumilikdə xortdanların əlamətləri aşağıdakı kimidir: Gün işığından qorxurlar; Gecələr məzarlardan çıxır (xırtlar / xortlar); Qurbanlarını dişləyərək boğur, onların qanlarını içir və xüsusiyyətləri; Məzardan xortlayan vampir adi meyitə xas olan çürümə əlamətlərinə malik olmur. Ağızları daima qanlı olur, qanları laxtalanmır. Bu məxluqlar qadın və ya kişi ola bilərlər, lakin çox vaxt çirkin qadınlar olurlar. Onların məkanı kimsəsiz və tənha yerlər, eləcə də qəbiristanlıqlardır. İnanca görə xortdan hücumundan qorunmaq üçün qəbiristanlığın yanından keçər­kən dua oxumaq lazımdır. == Türk mədəniyyətində xortdan == Xortlayan insanın axirətdən qovulduğuna inanılar. Guya ki, gecələr məzarından çıxan, kəfənlə ortalıqda gəzən bu varlıq sürətlə qaça bilər, ata minər, silahdan istifadə edə bilər, istədiyi insanı döyər, sevdiyi insanı qaçırar, evlərə hücum edər, yol kəsər.
Xotanan
Xotanan — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. Aşağı Xotanan — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Yuxarı Xotanan — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.
Xroman
Xroman (benzodihidropuran) - heterotsiklik quruluşa malik üzvi birləşmədir və kimyəvi formulu: С 9 Н 10 О Daha mürəkkəb quruluşa malik törəmələri vardır: tokoferol,tokotrienol. Dianin birləşməsi, eləcə də dərman preparatları- troqlitazon, ormeloxifene və nebivolol. Bu maddələr çox vaxt elə xromanlar adlanır. Xromane, 2 və 3 mövqelərində orto əridilmiş bir benzol halqa olan bir piran halqadan ibarət olan bir benzopirandır == Alınması: == Fenolun və asetonun kondesləşməsindən alınır .Mezitil fenolun oksidləşməsindən Dianin birləşməsi alınır. Dianin bu reaksiyanı turş mühitdə aparmışdır 2,2,4-trimetil-4-4(oksifenil)xroman adlandırmışdır == Fiziki Xassələri == Qaynama temperaturu: 215 °C Molekul kütləsi: 268,3 q\mol Alışma temperaturu: 156,4 oC == Kimyəvi xassələri == Sərbəst oksi qrupun iştirakı ilə β-(o-oksifenil) etilalkil (XXXV və XLII) və ya arilketon təsiri il γ-xromen (XLIII) əmələ gəlir ki, buda katalizator iştirakı ilə xromana bərpa olunur(VI). Natrium amalqaması və spirt qüvvətli reduksiyaedicidir və ketonların xromanlara reduksiya edilməsində istifadə edilir(XLVII-XLVIII) == Tədbiqi == Tibbdə və yüngül sənayedə istifadə edilir. == Mənbə == Кан Р., Дермер О. Введение в химическую номенклатуру = Introduction to Chemical Nomenclature / Пер. с англ. Н. Н. Щербиновской, под ред. В. М. Потапова, Р. А. Лидина.
Çorman
Çorman (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd. Çorman (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunun Şamkənd kənd inzibati ərazi dairəsində kənd. Köhnə Çorman — Azərbaycan Respublikasının Laçın rayonunun Piçənis kənd inzibati ərazi dairəsində kənd. Çormanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd.
İtoman
İtoman (yap. 糸満市 — Yaponiyanın Okinava adasındakı Kyusyu regionunun Okinava prefekturasında yerləşən şəhər. == Coğrafi yerləşməsi == Şəhərin yaxınlığında Tomiqusuku şəhəri və Yese qəsəbəsi yerləşir. == Əhalisi == Şəhərin əhalisi 58 142 nəfər təşkil edir (1 avqust 2014), hər km² əraziyə 1246,88 nəfər düşür. == Rəmzi == Adanın rəmzi (Ficus microcarpa) Kiçik meyvəli fikus ağacıdır. == Görməli yerləri == 1975-ci ildə şəhərdə Okinava adasının Sülh Memorial Muzeyi (ing. Okinawa Prefectural Peace Memorial Museum) açılmışdır.
Loğman
Loğman peyğəmbər Qurani Kərimdə adı keçən 30 peyğəmbərdən biridir.Loğman Peyğəmbər həkim muşdur.Yəni təbabətlə məşğul olmuşdur.O yüksək biliyə malik idi.Loğman adının mənası ərəbcə "həkim-təbib" deməkdir.
Rotmans
Rotmans — Britaniya tütün istehsalçısı idi. 1999-cu ildən istehsalı dayandırılıb.
Anton Portman
Anton Portman (ing. Anton Portman) – Niderland əsilli ABŞ siyasətçisi. Edo dövrünün sonlarında və Meyci dövrünün əvvəllərində Yaponiyada fəaliyyət göstərmişdir. Niderlandda doğulmuşdur. Yaponiyaya ilk dəfə 1853-cü ildə Metyü Perri ilə birlikdə holland tacir kimi gəlmiş və 1854-cü ildə Kanaqava müqaviləsinin imzalanmasında iştirak etmişdir. 1861-ci ildə ABŞ nümayəndəliyinin katibi kimi Yaponiyaya qayıtmış, 1865-66-cı illərdə ABŞ hökumətinin Yaponiyadakı müvəqqəti işlər vəkili kimi xidmət göstərmişdir. 1866-cı ildə katib vəzifəsinə qayıtmışdır. Yaponiyada ikən Tokuqava şoqunluğunu dəstəkləmişdir. Şoqunluğun rəsmisi olan Oqasavara Naqamiçi ilə 1868-ci ilin yanvarında Edo ilə Yokohama arasında dəmiryolunun tikintisi ilə bağlı razılığa gəlmişdir. 1869-cu ildə Portman və ABŞ naziri Çarlz Lonq Meyci hökumətindən bu razılığı tanımağı tələb etmişdirlər.
Aşağı Xotanan
Aşağı Xotanan — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli xotan etnonimi əsasında formalaşmışdır. Toponimin sonundakı -an şəkilçisi cəmlik əlaməti bildirir. «Xotanlar tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Batman ili
Batman ili — Türkiyədə il.
Corc İstman
Corc İstmen (ing. George Eastman, 12 iyul 1854[…] – 14 mart 1932[…], Roçester[d], Nyu-York ştatı) — amerikalı biznesmen, ixtiraçı, Eastman Kodak şirkətinin qurucusu. == Həyatı == === Uşaqlıq və gənclik dövrü === Corc İstmen 1854-cü ildə ABŞ-nin Uotervill şəhərciyində varlı olmayan biznesmen aliləsində anadan olub. Yeddi yaşında ikən atası vəfat edib, anası isə ailəni saxlamaq üçün evlərinin otaqlarının kirayəsi ilə məşğul olub. Çəmi yeddi il orta təhsil olan İstmen məktəbi ataraq sığorta şirkətinə, həftəlik 3 dollar əmək haqqı ilə işə düzəlir. Aldığı məvacib ailəsinin dolanışığına ancaq çatdığı üçün Corc əlavə olaraq Roçester bankına işə düzəlir, gecələr isə mühasibatlığı öyrənir. === Şirkətin yaranması === 24 yaşında İstmen Santo-Dominqoda dincəlməyi və şəhərin bütün gözəlliyini fotolentə çəkmək istəyirdi. Aldığı fotokamera çox böyük olduğundan, daşınması və istifadəsi çətin olur və o bu ideyadan yan keçməli olur. Elə bu vaxtdan onun fikri ancaq fotoqrafiya ilə bağlanır. Beləliklə o, bu prosesi maksimum dərəcədə asanlaşdırmağı qarşısına məqsəd qoyur.
Dortman firəngotu
Dortman firəngotu (lat. Lobelia dortmanna) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dortmanna lacustris (Salisb.) G.Don Lobelia lacustris Salisb. Rapuntium dortmanna (L.) Chaz. === Heterotipik sinonimləri === Lobelia dortmanna var. decolor H.Lindb. Lobelia dortmanna f. decolor (H.Lindb.) Hiitonen Lobelia dortmanna f. ramosa Murb. Lobelia dortmanna f.