Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yakobinlər
Yakobinlər (fr. Jacobins) — Fransanın inqilab tarixində mövcud olmuş fransız siyasi cərəyanının — yakobinlər klubunun (club des Jacobins) üzvüləri. 1793–1794-cü illərdə yakobinlər diktaturasının qurucuları. Klub 1789-cu ildə milli şuranın bretonlu deputatlar fraksiyası əsasında, Parisin Müqəddəs Yakob dominikan kilsəsində yaradıldığı üçün yakobinlər adlandırılmışdır. Yakobinlər klubu fransız inqilabının gedişində böyük təsir qüvvəsinə malik olmuşlar. Məhz fransız inqilabı yakobinlər klubunun təsiri ilə inkişaf etmiş və onun taleyi ilə birlikdə məğlub olmuşdur. Yakobinlərin hakimiyyəti dövründə bir sıra radikal reformlar və kütləvi terrorlar həyata keçirilmişdir. Yakobinlər klubuna 3 cərəyan (partiya) daxildir: Jorj Jak Dantonun rəhbərlik etdiyi sağlar; Maksimillian Robespyerin başçılıq etdiyi mərkəzçilər; Jan Pol Maratın (ölümündən sonra Jak Rene Eberin və Pyer Qaspar Şomettin) rəhbərlik etdiyi sollar.1791-ci ilə qədər yakobinlər ələlxüsus Maksimillian Robespyerin başçılıq etdiyi mərkəz konstitusiyalı monarxiyanın, ölkənin bütövlüyünün, milli müdafiənin əksinqilabçılara və daxili terrora qarşı gücləndirilməsinin tərəfdarı olaraq, 2 iyun 1793-cü ildə əvvəl jirondistləri sonra isə ebertistlər və dantonistləri devirərək, Maksimillian Robespyerin 9 termidor çevrilişinə qədər mühüm siyasi qüvvəyə çevrilmişlər. Yakobinlər Maksimillian Robespyerin edamından sonra termidorlar və royalistlər tərəfindən təqiblərə məruz qalırlar. 1794-cü ilin noyabrında yakobinlər klubu bağlanılır.
Yakobun yuxusu
Yakobun yuxusu (isp. El sueño de Jacob) — 1639-cu ildə İspaniya telebrist rəssamı Xose de Ribera (Lo Spagnoletto) tərəfindən çəkilmiş rəsm əsəri. Ölçüləri 179 sm × 233 sm təşkil edir və hazırda Madrid şəhərindəki Prado muzeyinin 1-ci mərtəbəsinin 9-cu salonunda sərgilənir. Rəsmdə sol əlini başına dayayaraq mürgüləyən Yakob və arxasında bir ağac təsvir olunur. Arxaplanın digər tərəfində yuxuda gördüyü pilləkəni görmək mümkündür. Bu pilləkan taxta pilləkən deyil, işıq pilləkənidir və mələklər bu pilləkən vasitəsilə qalxıb düşürlər. == İstinadlar == == Xarici keçidlər == El sueño de Jacob, El Prado Jusepe de Ribera, 1591-1652 , Issued in connection with an exhibition held Sept. 18-Nov. 29, 1992, Metropolitan Museum of Art, New York (see pages: 135-137).
Boris Yakobi
Boris Yakobi (alm. Moritz Hermann von Jacobi‎; 21 sentyabr 1801, Potsdam — 27 fevral (11 mart) 1874, Sankt-Peterburq) — alman və rus fiziki. == Həyatı == Görkəmli alman və rus fiziki və elektrotexniki Yakobi (Morits German) Almaniyanın Potsdam şəhərində anadan olub. İbtidai təhsilini evdə, orta təhsilini isə yerli gimnaziyada alıb. Məktəb dövründən Yakobi dəqiq elmlərlə maraqlanmış, elmi-texniki yaradıcılığa daha çox meyl göstərirmiş. O, 1821-cı ildə Berlin Universitetinə daxil olub, bir ildən sonra Qettingen universitetinə keçir və 1823-cü ildə fizika-texnika fakültəsini bitirir. Tələbəlik illərində və ondan sonrakı dövrdə Yakobi həmişə öz təhsilini müstəqil olaraq artırırmış. O, fizika və texnika, inşaat texnikası və arxitektura elminin nailiyyətlərini diqqətlə izləyərmiş. Berlin və Potsdam arasındakı böyük körpünün layihəsini Yakobi hazırlamışdır. Yakobinin işləri elektromaqnetizm və onun praktik tətbiq sahələrinə aiddir.
Yakobi adası
Yakobi adası (ing. Yakobi Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Çiçaqov adasının qərbində yerləşir və ondan Lisyanski körfəzi (şimal-şərqdə) və Lisyanski boğazı (şərqdə və cənub-şərqdə) ilə ayrılır. Adanın sahəsi 213,3 km²-dir. Bu onu ABŞ-da 64-cü ən böyük ada edir. Burada daimi əhali yoxdur. Ada 1804-cü ildə Yuri Lisyanski tərəfindən İrkutsk general-qubernatoru İvan Yakobinin şərəfinə adlandırılmışdır. Adanın Tlinqit adı Takhanesdir. Ehtimallara görə, 1741-ci ildə məhz bu adada on beş rus dənizçisi müəmmalı şəkildə yoxa çıxır, onlar qayıqla sahilə çatırlar və bir daha gəmiyə qayıtmırlar.
Yakobi üsulu
Yakobi üsulu — rəqəmsal xətti cəbrdə diaqonal dominant xətti bərabərliklərin həllinin tapılması alqoritmi. Hər bir diaqonal element həll edilir və təxmini dəyər daxil edilir. Proses həllə yaxınlaşana kimi davam etdirilir. Bu üsula Karl Qustav Yakob Yakobinin adı verilib. == Təsviri == Fərz edək ki, A x = b {\displaystyle A\mathbf {x} =\mathbf {b} } n dərəcəli xətti bərabərliklərdir, burada: A = [ a 11 a 12 ⋯ a 1 n a 21 a 22 ⋯ a 2 n ⋮ ⋮ ⋱ ⋮ a n 1 a n 2 ⋯ a n n ] , x = [ x 1 x 2 ⋮ x n ] , b = [ b 1 b 2 ⋮ b n ] . {\displaystyle A={\begin{bmatrix}a_{11}&a_{12}&\cdots &a_{1n}\\a_{21}&a_{22}&\cdots &a_{2n}\\\vdots &\vdots &\ddots &\vdots \\a_{n1}&a_{n2}&\cdots &a_{nn}\end{bmatrix}},\qquad \mathbf {x} ={\begin{bmatrix}x_{1}\\x_{2}\\\vdots \\x_{n}\end{bmatrix}},\qquad \mathbf {b} ={\begin{bmatrix}b_{1}\\b_{2}\\\vdots \\b_{n}\end{bmatrix}}.} Sonra A matrisi diaqonal D komponentinə və onun qalığı R matrisinə bölünür: A = D + R where D = [ a 11 0 ⋯ 0 0 a 22 ⋯ 0 ⋮ ⋮ ⋱ ⋮ 0 0 ⋯ a n n ] and R = [ 0 a 12 ⋯ a 1 n a 21 0 ⋯ a 2 n ⋮ ⋮ ⋱ ⋮ a n 1 a n 2 ⋯ 0 ] . {\displaystyle A=D+R\qquad {\text{where}}\qquad D={\begin{bmatrix}a_{11}&0&\cdots &0\\0&a_{22}&\cdots &0\\\vdots &\vdots &\ddots &\vdots \\0&0&\cdots &a_{nn}\end{bmatrix}}{\text{ and }}R={\begin{bmatrix}0&a_{12}&\cdots &a_{1n}\\a_{21}&0&\cdots &a_{2n}\\\vdots &\vdots &\ddots &\vdots \\a_{n1}&a_{n2}&\cdots &0\end{bmatrix}}.} Bunun həlli təkrarlanmaqla belə tapılır x ( k + 1 ) = D − 1 ( b − R x ( k ) ) , {\displaystyle \mathbf {x} ^{(k+1)}=D^{-1}(\mathbf {b} -R\mathbf {x} ^{(k)}),} burada x ( k ) {\displaystyle \mathbf {x} ^{(k)}} , x {\displaystyle \mathbf {x} } -nin k dərəcəli approksimasiyası yaxud təkrarlanması və x ( k + 1 ) {\displaystyle \mathbf {x} ^{(k+1)}} , x {\displaystyle \mathbf {x} } -nin növbəti yaxud k + 1 dərəcəli təkrarlanmasıdır. Element əsaslı formula beləcə aşağıdakı kimidir: x i ( k + 1 ) = 1 a i i ( b i − ∑ j ≠ i a i j x j ( k ) ) , i = 1 , 2 , … , n . {\displaystyle x_{i}^{(k+1)}={\frac {1}{a_{ii}}}\left(b_{i}-\sum _{j\neq i}a_{ij}x_{j}^{(k)}\right),\quad i=1,2,\ldots ,n.} xi(k+1) hesablanması x(k)-də özündən başqa hər bir elementin olmasını tələb edir. == Nümunə == Xətti bərabərlik sistemi A x = b {\displaystyle Ax=b} formasında və onun ilkin fərz edilən həlli x ( 0 ) {\displaystyle x^{(0)}} verilib A = [ 2 1 5 7 ] , b = [ 11 13 ] and x ( 0 ) = [ 1 1 ] .
Yakobsen
Yakobsen (dan. Jacobsen) — Skandinaviya soyadı. Soyadın məşhur daşıyıcıları: Solveyk Qunberq Yakobsen (1913 — 1996) — Antarktidada doğulmuş ilk şəxs. Yohannes Yakobsen (1898 – 1932) — Danimarka güləşçisi, Avropa çempionu. Kristofer Yakobsen (d.1994) — Danimarkalı futbolçu.
Akoin
Kristofer Yakobsen
Kristofer Yakobsen (14 sentyabr 1994, Danimarka) — Hillerod Fodbold klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Danimarkalı futbolçudur. Millinin əsas oyunçuları federasiya ilə mübahisə zamanı yığmanı tərk etdikləri üçün Anders Fonss 2018-ci ilin sentyabr ayında Danimarka milli futbol komandasında debüt etmişdir. == Milli karyerası == 2018-ci ilin sentyabr ayında Danimarka Futbol Assosiasiyası və futbolçular birliyi UEFA Millətlər Liqasında Uels millisinə qarşı açılış oyununda və Slovakiya millisinə qarşı yoldaşlıq oyununda iştirak edəcək milli komandanın futbolçuları haqqında yeni müqaviləni imzalamalı idilər. Lakin müqavilədə futbolçuların kommersiya hüquqları ilə bağlı bənd mübahisəyə səbəb olmuşdur. Beləliklə, onlar müqaviləni imzalamaqdan imtina etmişlər. Gələcək danışıqları təmin etmək üçün əvvəlki sövdələşmənin uzadılması təklifinin verilməsinə baxmayaraq, DBU UEFA-nın cəzasından yaxa qurtara bilmək üçün komandanın əsas oyunçularını millidən göndərmişdir. Onun əvəzində Yon Yensen yeni baş məşqçi təyin edilmiş və komandanın heyəti yenidən qurulmuşdur. Yeni heyət Danimarka 2-ci divizionu və Danimarka Seriyasında (Danimarkanın üçüncü və dördüncü liqası) çıxış edən futbolçuların qarışığından, həmçinin Danimarka milli futzal komandasında çıxış edən futzal oyunçularından təşkil olunmuşdur.4 sentyabr 2018-ci ildə Yakobsen 24 oyunçudan ibarət olan heyətə daxil edilmişdir. O, milli ilə debütünü 5 sentyabr 2018-ci ildə Slovakiya millisinə qarşı yoldaşlıq oyununda etmişdir. O, 77-ci dəqiqədə Simon Volleseni əvəz etmişdir.
Pyeter Yakobson
Pyeter Yakobson (1854-1899) — eston şair, tərcüməçi. Mirzə Şəfi Vazehin şeirlərini eston dilinə tərcümə edən ilk şəxs. Pyeter Yakobson Mirzə Şəfi Vazehin poeziyasına xüsusi həvəs göstərmişdir. O, Mirzə Şəfi Vazehin beş şeirini eston dilinə tərcümə edərək, onları 1885-ci ildə çapdan buraxdığı "Şeirlər" kitabına daxil etmişdir. Həmin şeirləri eston şairi Fridrix Bodenştedtin 1875-ci ildə alman dilində çap etdirdiyi "Mirzə Şəfinin nəğmələri"... kitabından götürərək tərcümə etmişdir. P. Yakobsen bu şeirləri eston dilinə tərcümə edərkən sərbəstlik göstərmiş, bəzən hətta şeirlərin ahəngini və formasını dəyişərək onları eston xalq mahnıları ruhunda səsləndirməyə cəhd göstərmişdir. == Mənbə == Vaqif Arzumanlı, "Ürəklər qovuşanda", Bakı, "Yazıçı", 1990, səh.
Roman Yakobson
Roman Osipoviç Jakobson (rus. Роман Осипович Якобсон; 29 sentyabr (11 oktyabr) 1896, Moskva – 18 iyul 1982[…], Kembric, Massaçusets) — Rusiya və ABŞ dilçisi. Dil, şeir və rəsm sənətinin humanitar elmlərin inkişafında öndərlik edən XX əsrin dilçiləri arasında ən təsirlilərdən biri olan rus filosofdur. == İstinadlar == == Xarici keçidlər == Роман Якобсон. Работы по поэтике. 1987. Факсимиле. pdf, 10,9 Mb Р. О. Якобсон. Лингвистика и поэтика. Р. О. Якобсон.
Yakobus Qolius
Yakobus Qolius(lat. Jacobus Golius, nid. Jacob van Gool, Jacob Gohl, Iacobo Golio, doğ. 1596, Haaqa — öl. 28 sentyabr 1667, Leyden) — Niderland şərqşünası, riyaziyyatçısı, astronom və səyyahı. == Həyatı == Yakobus Qolius 1596-cı ildə Laheydə doğuldu. Təhsilinə ilahiyat, fəlsəfə, tibb və riyaziyyat sahələrində başladı; ancaq daha sonra müəllimi Tomas Erpeniusun (van Erpe) təsiriylə ərəbşünaslığa yönəldi. Hollandiyanın İslam və Ərəb dünyası araşdırmalarında son zamanlara qədər yerini qoruyan ön səflərdəki mövqeyi, XVII əsrdə Leyden şəhərində fəaliyət göstərən bu iki önəmli şərqşünas ilə başlamış və inkişaf etmişdir. Qolius, müsəlman ölkələrinə heç səyahət etməmiş olan müəlliminin əksinə gənc yaşda İslam aləmiylə təmasa keçdi və 1622-ci ildə Mərakeşə göndərilən bir elçilik həyətinə qatılaraq o dönəmdə bu ölkə xarici ticarətinin mərkəzi olan Asfa (Safi) limanına getdi, 1624-cü ilə qədər orada qaldı. Bu müddət içində Ərəbcəsini təkmilləşdirmə, Mərakeşin tarixini incələmə və əlyazma kitab toplama imkanı tapdı.
Yakunin (Baltas)
Yakunin (başq. Якунин, rus. Якунино) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Yalanqas kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 37 km., kənd sovetliyindən (Yalanqas): 3 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 104 km.
Yohannes Yakobsen
Yohannes Viktor Bek Yakobsen (dan. Johannes Victor Bech Jacobsen; 27 dekabr 1898, Kopenhagen – 7 mart 1932, Kopenhagen) — Danimarka güləşçisi, Avropa çempionu. == Həyatı == 1898-ci ildə Kopenhagendə anadan olmuşdur. 1926-cı ildə Avropa Çempionatının qalibi oldu. 1928-ci ildə Amsterdamda keçirilən Olimpiya Oyunlarında iştirak etdi və Yunan-Roma güləşi üzrə 4-cü yeri tutdu, sərbəst güləş üzrə isə 10-cu oldu. 1932-ci ildə səhhətində problemlərinə görə vəfat etdi.
Kral Yakovun Bibliyası
"Kral Ceymsin Bibliyası" (ing. King James Bible, abr. KCB) və ya "Kral Ceyms versiyası" (ing. King James Version, abr. KCV) — Bibliyanın anqlikan kilsəsi üçün 1604-cü ildə yazılmağa başlanmış, 1611-ci ildə tamamlanmış və İngiltərə kralı VI və I Ceymsin maliyyəsi ilə nəşr edilmiş ingilis dilinə tərcüməsi. "Kral Ceymsin Bibliyası" bu vaxta qədər təsdiqlənmiş "İcazə verilmiş versiya" (ing. Authorized Version, abr. AV) statusunu daşıyırdı. "Kral Ceymsin Bibliyası" işinin kitablarına Yəhudi Bibliyasından 39 kitab, Apokrifdən 14 kitabdan ibarət bir vəsiyyətnamələrarası hissə və Əhdi-Cədiddən 27 kitab daxildir. Tərcümə yazısı "üslub əzəməti"nə görə qeyd edilir.
Solveyk Qunberq Yakobsen
Solveyk Qunberq Yakobsen (norv. Solveig Gunbjørg Jacobsen; 8 oktyabr 1913 — 25 oktyabr 1996) — milliyyətçə norveçlı olan, 1913-ci ilin 8 oktyabrında Antarktika ərazisinə daxil olan Cənubi Georgiya adasında, Qryotviken qəsəbəsində anadan olmuşdur. Onun atası Fridzof Yakobsen (1874-1953) 1904-cü ildə Balina ovu üzrə ixtisaslaşmış Qryotvikenə gəlmişdir (qəsəbə salınmış). Bu balina stansiyasında 1914-çü ildən balina stansiyasında menecer köməkçisi işləyirdi. Anası isə Klara Olette Yakobsendir. Solveyk Qunberq Yakobsen Argentinanın Buenos Ayres şəhərində həyatını başa vurmuşdur. Vinson Massivində yerləşən Yakobsen Valleu onun şərəfinə adlandırılmışdır. == Antarktida doğulan ilk şəxs == Solveyk Qunberq Yakobsen Antartikada doğulan ilk insan kimi qeydə alınsada bəzi hallarda Cənubi Georgiya adası Antarktida qitəsinə daxil edilmir. Antarktida materikində doğulan ilk bəşər övladı isə Argentina vətəndaşı Emilio Markos Palma olmuşdur. O, 1978-ci ilin 7 yanvar tarixində Esperansa qütb stansiyasında anadan olmuşdur.
Steffi Yakob
Steffi Yakob (qızlıq soyadı: Hanzlik; d. 30 sentyabr 1975) — Almaniyanı təmsil edən skeletonçu. Steffi Yakob, Almaniyanı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Steffi Yakob, 2002-ci ildə Almaniya yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Steffi Yakob, 1-ci gedişdə 52.82 saniyə, 2-ci gedişdə isə 53.13 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 7-ci yerdə başa vurdu.
Yakob Astor
Yakob Astor (ing. John Jacob Astor IV; 13 iyul 1864[…] – 15 aprel 1912[…], Titanik) — "Titanik" gəmisinin birinci sinif sərnişinlərindən biri.
Yakob Bernulli
Yakob Bernulli (ing. Jacob Bernoulli; d. 6 yanvar, 1654, İsveçrə – ö. 16 avqust, 1705, İsveçrə) — isveçrəli riyaziyyatçı. İohann Bernullinin qardaşıdır. Leybnisin sonsuz kiçik kəmiyyətlərin hesablama üsullarını inkişaf etdirmişdir Ehtimal nəzəriyyəsinin əsasını qoymuşdur. Böyük ədədlər qanununu ən sadə hal üçün isbat etmişdir. Variasiya hesabının yaradıcılarından biridir. == Həyatı == 6 yanvar 1654-cü ildə İsveçrədə doğulub. 16 avqust 1705-ci ildə İsveçrədə vəfat etmişdir.
Yakob Boqdani
Yakob Boqdani (mac. Bogdány Jakab; slovak. Jakub Bogdan; 6 may 1658, Preşov – 11 noyabr 1724, London) ― daha çox natürmort və ekzotik quş rəsmləri ilə tanınan Macarıstan və Britaniya rəssamı. == Həyatı == Boqdani Macarıstan krallığın şimalındaki Şaroş judetsin Eperyeş (indiki Slovakiyanın Preşov şəhəri) şəhərində anadan olmuşdur. O, 1684-cü ildə Amsterdama gəldi və 1688-ci ildə London şəhərinə köçənə qədər orada yaşayıb işləyirdi. O, Amsterdamda Niderlandda təhsil alan macarıstanlı həkkak və tipoqraf Mikloş Totfalusi Kis ilə tanış oldu. Londonda yaşadığı dövr ərzində o, kraliça Anna Stüartın sarayında natürmort və quş rəssamı olaraq müvəffəqiyyət qazandı və onun bir neçə əsəri Kral kolleksiyasına daxil oldu. Onun baş himayədarlarından biri Malboro hersoqunun qardaşı admiral Corc Çörçill idi, onun Böyük Vindzor parkındaki məşhur aviarisini Boqdani bəzi rəsm əsərlərinin mövzusu kimi istifadə etmişdir.Boqdani Elizabet Hemminqslə evlənmişdir və onların iki uşağı dünyaya gəlmişdir. Onlardan biri məşhur Britaniya dövlət xadimi Uilyam, digər isə rəssam Tobias Stranoverə ərə gedən Elizabet oldu. O, quş rəssamı Marmadük Kradokun yaradıcılığına təsir göstərmişdir.
Yakob Burkhardt
Yakob Burkhardt (25.5.1818, Bazel – 8.8.1897, Bazel) — İsveçrə tarixçisi və mədəniyyət filosofu. == Həyatı == Bonn, Berlin və Bazel universitetlərində teologiya, tarix və filologiya üzrə təhsil almışdır (1837–43). 1855-ci ildən Sürixdə İsveçrə Politexnikumunda, 1858–93-cü illərdə Bazel Universitetində tarixdən, o cümlədən incəsənət tarixindən dərs demişdir. Tarixşünaslıqda ruhi mədəniyyəti ön plana çəkən “mədəni-tarixi” cərəyanın banisidir. Qədim Yunanıstanı və Qədim Romanı, İntibah dövrünü, barokkonu tədqiq etmişdir. Burkhardt “İntibah dövründə İtaliya mədəniyyəti” (“Cultur der Renaissance in İtalien”, 1860) əsərində İtaliya intibahını bariz fərdiyyətçilik dövrü olan Yeni dövrün ruhunun ilk yetkin inikası kimi şərh etmişdir. == Fəaliyyəti == Ötən dövrlərin psixologiyasını və etik dəyərlərini Burkhardt özünün yaratdığı konkret mədəni-antropoloji insan tipləri (məs.,“qəhrəmanlıq dövrü”nün yunanı, İntibah dövrünün “universal insan”ı və s.) vasitəsilə ifadə etməyə çalışmışdır. Burkhardta görə, böyük insanlar “həyat üslublarının” yaradıcıları və daşıyıcıları, bu və ya digər dövrün vəhdəti və özünəməxsusluğunun ifadəçiləri kimi tarixçinin diqqətinə layiqdirlər. Burkhardt müasiri olduğu cəmiyyətdə mədəniyyətin tərəqqisi və şəxsiyyətin azad inkişafı perspektivlərinə bədbin yanaşırdı. Onun əsərləri müasirlərinə müəyyən təsir göstərmişdir.
Yakob Böhm
Yakob Böhm (alm. Jakob Böhme‎) — Alman mistik.
Yakob Henle
Fridrix Qustav Yakob Henle (19 iyul 1809, Fürt; † 13 may 1885, Göttingen) alman anatomu və həkimi, nefronun quruluşunu tədqiq edərkən kəşf etdiyi ilgək onun adı ilə Henle ilgəyi adlandırılmışdır. Yakob Henle yəhudi zərgər və qızıl tacirnin ailəsində dünyaya gəlmişdir. Onun işlərini müasir mikrobiologiyanın "rüşeymi" adlandırmaq olar. Yakob Henle rəhudi olsa da xristiyanlığı qəbul etmişdir. 1832 ci ildə Bonn və Heydelberqdə tibbi təhsilini bitirdikdən sonra, 1834 cü ildə Berlində Rudolfinin assistenti olmuşdur. 6 il ərzində yeni heyvan növlərinə dair üç anatomik monoqrafiya, daxil olmaqla külli miqdarda elmi məqalələr dərc etmişdir. 1837 ci ildə Berlin universitetində mikroskopik anatomiya və potologiya üzrə privat-dosent kimi işləmişdir. 1844 cü ildə Yakob Henle Heydelberqə gələrək burada fiziologiya və potologiyanı öyrənir. Öz müəllimi Müllerlə birlikdə köpək və skat balıqlarına dair zooloji oçerk dərc edir. Henle 1852 ci ildən Göttingen universitetindəki anatomiya instituna rəhbərlik etmiş, 1855 ci ildə özünün məşhur "İnsanın sistematik anatomiyası" dərsliyini dərc etdirmiş və 1885 ci ildə Göttingendə vəfat etmişdir.
Yakob Moreno
Cekob Levi Moreno (18 may 1889, Buxarest- 14 may 1974, Nyu-York) — rumın mənşəli amerikalı sosioloq və psixoloq, sosiometriyanın və sosioterapevtik vasitə olan qrup psixoterapiyasının (psixodram metodu) yaradıcısı. == Həyatı == O, Buxarestdə anadan olmuş , beş yaşı olanda ailəsi ilə Vyanaya köçmüş və burada oxumağa başlamış , orta təhsilini isə Almaniyada bitirmişdir. Ali təhsilini Vyana universitetində almış, əvvəlcə fəlsəfəni, sonra isə tibbi öyrənmişdir.1915-ci-ildən 1917-ci-ilə qədər o, Mittendorfda (Avstriya) qaçqınlar düşərgəsinin həkimi və komendantı olmuşdur. Məhz burada o, sağlam cəmiyyətdə şəxsiyyətlərarası münasibətlərin əhəmiyyətli olması barədə özünün ilkin müşahidələrini aparmışdır.1918-ci ildən 1925-ci ilədək Moreno psixiatriya təcrübəsi ilə məşğul olmuşdur. Bu müddətdə onun ilk elmi işləri alman dilində yazılmış və dərc edilmişdir. Elə bu dövrdə o, gənc müəlliflərin , xüsusilə Martin Buberin çap olunduğu "Daymon" jurnalını nəşr etdirir. 1925-ci ildə Moreno Nyu York şəhərinə köçdü. Burada psixiatr kimi işləyirdi və psixodramatika ilə davam etdirdi. O, Sİng Sing kimi məktəblərdə ə cəzaçəkmə müəssələrində qrup terapiyası təqdim etdi və onun tədqiqatlarının nəticələrini 1934-cü ildə nəşr olunan "Who Shall Survive?: Foundations of Sociometry, Group Psychotherapy, and Sociodrama" adlı kitabını tərtib etdi. 1936–1968-ci illər arasında tam vəzifəli həkim olaraq işlədi.
Yakob Ofenbax
Jak Offenbax (alm. Jacques Offenbach‎; 20 iyun 1819[…], Köln, Prussiya, Almaniya ittifaqı – 5 oktyabr 1880[…], Paris) — alman əsilli fransız musiqiçi. Opera və operetta bəstəkarı; Violonçel ifaçısı və orkestr şefi. Jak Offenbax alman əsilli ailəyə mənsub olsa da, əsas fəaliyyət dövrü Fransada yaşanmışdır.
Yakob Qogebaşvili
Yakob (Yakov) Qogebaşvili (gürc. იაკობ სიმონის ძე გოგებაშვილი; 15 (27) oktyabr 1840, Variani[d], Tiflis quberniyası, Rusiya imperiyası – 1 (14) iyun 1912, Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası) — Gürcü müəllim, publisist, uşaq yazıçısı və jurnalisti, Gürcüstanda elmi pedaqogikanın banisi. O, ustalıqla tərtib etdiyi və uşaqlar üçün hazırladığı, yenilənmiş formasında hələ də gürcü məktəblərində dərslik olan "Deda Ena" (gürc. დედა ენა - "Ana dili") əlifbası ilə məşhurdur. 1880-ci ildən etibarən hər bir gürcü Qogebaşvilinin hazırladığı əlifbanın köməyi ilə ana dilində oxumağı və yazmağı öyrənmişdir.. Gürcü məktəblərində rus dilinin tədrisi üçün də metodika hazırlamışdır. == Həyatı == Yakob Qogebaşvili 1840-cı il oktyabrın 15-də (27 oktyabr, yeni təqvim) keşiş Simon Qogebaşvilinin kasıb ailəsində Qori yaxınlığındakı Variani kəndində anadan olmuşdur. Doqquz yaşına qədər atasının rəhbərliyi altında evdə təhsil alıb.Qoridəki ilahiyyat məktəbində və 1849-cu ildən Tiflis İlahiyyat Seminariyasında oxuyub. Sonra 1861-ci ildə Kiyevdəki İlahiyyat Akademiyasına daxil olub. Eyni zamanda, Kiyev Universitetində təbiət elmləri mövzusunda mühazirələrə qatılmış və burada Aleksandr Herzen, Vissarion Belinski və Nikolay Çernışevski kimi rus maarifçilərinin siyasi fikirləri ilə tanış olmuşdur.
Yakob Qoqebaşvili
Yakob (Yakov) Qogebaşvili (gürc. იაკობ სიმონის ძე გოგებაშვილი; 15 (27) oktyabr 1840, Variani[d], Tiflis quberniyası, Rusiya imperiyası – 1 (14) iyun 1912, Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası) — Gürcü müəllim, publisist, uşaq yazıçısı və jurnalisti, Gürcüstanda elmi pedaqogikanın banisi. O, ustalıqla tərtib etdiyi və uşaqlar üçün hazırladığı, yenilənmiş formasında hələ də gürcü məktəblərində dərslik olan "Deda Ena" (gürc. დედა ენა - "Ana dili") əlifbası ilə məşhurdur. 1880-ci ildən etibarən hər bir gürcü Qogebaşvilinin hazırladığı əlifbanın köməyi ilə ana dilində oxumağı və yazmağı öyrənmişdir.. Gürcü məktəblərində rus dilinin tədrisi üçün də metodika hazırlamışdır. == Həyatı == Yakob Qogebaşvili 1840-cı il oktyabrın 15-də (27 oktyabr, yeni təqvim) keşiş Simon Qogebaşvilinin kasıb ailəsində Qori yaxınlığındakı Variani kəndində anadan olmuşdur. Doqquz yaşına qədər atasının rəhbərliyi altında evdə təhsil alıb.Qoridəki ilahiyyat məktəbində və 1849-cu ildən Tiflis İlahiyyat Seminariyasında oxuyub. Sonra 1861-ci ildə Kiyevdəki İlahiyyat Akademiyasına daxil olub. Eyni zamanda, Kiyev Universitetində təbiət elmləri mövzusunda mühazirələrə qatılmış və burada Aleksandr Herzen, Vissarion Belinski və Nikolay Çernışevski kimi rus maarifçilərinin siyasi fikirləri ilə tanış olmuşdur.