Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yakobinlər
Yakobinlər (fr. Jacobins) — Fransanın inqilab tarixində mövcud olmuş fransız siyasi cərəyanının — yakobinlər klubunun (club des Jacobins) üzvüləri. 1793–1794-cü illərdə yakobinlər diktaturasının qurucuları. Klub 1789-cu ildə milli şuranın bretonlu deputatlar fraksiyası əsasında, Parisin Müqəddəs Yakob dominikan kilsəsində yaradıldığı üçün yakobinlər adlandırılmışdır. Yakobinlər klubu fransız inqilabının gedişində böyük təsir qüvvəsinə malik olmuşlar. Məhz fransız inqilabı yakobinlər klubunun təsiri ilə inkişaf etmiş və onun taleyi ilə birlikdə məğlub olmuşdur. Yakobinlərin hakimiyyəti dövründə bir sıra radikal reformlar və kütləvi terrorlar həyata keçirilmişdir. Yakobinlər klubuna 3 cərəyan (partiya) daxildir: Jorj Jak Dantonun rəhbərlik etdiyi sağlar; Maksimillian Robespyerin başçılıq etdiyi mərkəzçilər; Jan Pol Maratın (ölümündən sonra Jak Rene Eberin və Pyer Qaspar Şomettin) rəhbərlik etdiyi sollar. 1791-ci ilə qədər yakobinlər ələlxüsus Maksimillian Robespyerin başçılıq etdiyi mərkəz konstitusiyalı monarxiyanın, ölkənin bütövlüyünün, milli müdafiənin əksinqilabçılara və daxili terrora qarşı gücləndirilməsinin tərəfdarı olaraq, 2 iyun 1793-cü ildə əvvəl jirondistləri sonra isə ebertistlər və dantonistləri devirərək, Maksimillian Robespyerin 9 termidor çevrilişinə qədər mühüm siyasi qüvvəyə çevrilmişlər. Yakobinlər Maksimillian Robespyerin edamından sonra termidorlar və royalistlər tərəfindən təqiblərə məruz qalırlar.
Yakobun yuxusu
Yakobun yuxusu (isp. El sueño de Jacob) — 1639-cu ildə İspaniya telebrist rəssamı Xose de Ribera (Lo Spagnoletto) tərəfindən çəkilmiş rəsm əsəri. Ölçüləri 179 sm × 233 sm təşkil edir və hazırda Madrid şəhərindəki Prado muzeyinin 1-ci mərtəbəsinin 9-cu salonunda sərgilənir. Rəsmdə sol əlini başına dayayaraq mürgüləyən Yakob və arxasında bir ağac təsvir olunur. Arxaplanın digər tərəfində yuxuda gördüyü pilləkəni görmək mümkündür. Bu pilləkan taxta pilləkən deyil, işıq pilləkənidir və mələklər bu pilləkən vasitəsilə qalxıb düşürlər. El sueño de Jacob, El Prado Jusepe de Ribera, 1591-1652 , Issued in connection with an exhibition held Sept. 18-Nov. 29, 1992, Metropolitan Museum of Art, New York (see pages: 135-137).
Boris Yakobi
Boris Yakobi (alm. Moritz Hermann von Jacobi‎; 9 (21) sentyabr 1801, Potsdam – 11 mart 1874, Sankt-Peterburq) — alman və rus fiziki. == Həyatı == Görkəmli alman və rus fiziki və elektrotexniki Yakobi (Morits German) Almaniyanın Potsdam şəhərində anadan olub. İbtidai təhsilini evdə, orta təhsilini isə yerli gimnaziyada alıb. Məktəb dövründən Yakobi dəqiq elmlərlə maraqlanmış, elmi-texniki yaradıcılığa daha çox meyl göstərirmiş. O, 1821-cı ildə Berlin Universitetinə daxil olub, bir ildən sonra Qettingen universitetinə keçir və 1823-cü ildə fizika-texnika fakültəsini bitirir. Tələbəlik illərində və ondan sonrakı dövrdə Yakobi həmişə öz təhsilini müstəqil olaraq artırırmış. O, fizika və texnika, inşaat texnikası və arxitektura elminin nailiyyətlərini diqqətlə izləyərmiş. Berlin və Potsdam arasındakı böyük körpünün layihəsini Yakobi hazırlamışdır. Yakobinin işləri elektromaqnetizm və onun praktik tətbiq sahələrinə aiddir.
Yakobi adası
Yakobi adası (ing. Yakobi Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Çiçaqov adasının qərbində yerləşir və ondan Lisyanski körfəzi (şimal-şərqdə) və Lisyanski boğazı (şərqdə və cənub-şərqdə) ilə ayrılır. Adanın sahəsi 213,3 km²-dir. Bu onu ABŞ-da 64-cü ən böyük ada edir. Burada daimi əhali yoxdur. Ada 1804-cü ildə Yuri Lisyanski tərəfindən İrkutsk general-qubernatoru İvan Yakobinin şərəfinə adlandırılmışdır. Adanın Tlinqit adı Takhanesdir. Ehtimallara görə, 1741-ci ildə məhz bu adada on beş rus dənizçisi müəmmalı şəkildə yoxa çıxır, onlar qayıqla sahilə çatırlar və bir daha gəmiyə qayıtmırlar.
Yakobi üsulu
Yakobi üsulu — rəqəmsal xətti cəbrdə diaqonal dominant xətti bərabərliklərin həllinin tapılması alqoritmi. Hər bir diaqonal element həll edilir və təxmini dəyər daxil edilir. Proses həllə yaxınlaşana kimi davam etdirilir. Bu üsula Karl Qustav Yakob Yakobinin adı verilib. Fərz edək ki, A x = b {\displaystyle A\mathbf {x} =\mathbf {b} } n dərəcəli xətti bərabərliklərdir, burada: A = [ a 11 a 12 ⋯ a 1 n a 21 a 22 ⋯ a 2 n ⋮ ⋮ ⋱ ⋮ a n 1 a n 2 ⋯ a n n ] , x = [ x 1 x 2 ⋮ x n ] , b = [ b 1 b 2 ⋮ b n ] . {\displaystyle A={\begin{bmatrix}a_{11}&a_{12}&\cdots &a_{1n}\\a_{21}&a_{22}&\cdots &a_{2n}\\\vdots &\vdots &\ddots &\vdots \\a_{n1}&a_{n2}&\cdots &a_{nn}\end{bmatrix}},\qquad \mathbf {x} ={\begin{bmatrix}x_{1}\\x_{2}\\\vdots \\x_{n}\end{bmatrix}},\qquad \mathbf {b} ={\begin{bmatrix}b_{1}\\b_{2}\\\vdots \\b_{n}\end{bmatrix}}.} Sonra A matrisi diaqonal D komponentinə və onun qalığı R matrisinə bölünür: A = D + R where D = [ a 11 0 ⋯ 0 0 a 22 ⋯ 0 ⋮ ⋮ ⋱ ⋮ 0 0 ⋯ a n n ] and R = [ 0 a 12 ⋯ a 1 n a 21 0 ⋯ a 2 n ⋮ ⋮ ⋱ ⋮ a n 1 a n 2 ⋯ 0 ] . {\displaystyle A=D+R\qquad {\text{where}}\qquad D={\begin{bmatrix}a_{11}&0&\cdots &0\\0&a_{22}&\cdots &0\\\vdots &\vdots &\ddots &\vdots \\0&0&\cdots &a_{nn}\end{bmatrix}}{\text{ and }}R={\begin{bmatrix}0&a_{12}&\cdots &a_{1n}\\a_{21}&0&\cdots &a_{2n}\\\vdots &\vdots &\ddots &\vdots \\a_{n1}&a_{n2}&\cdots &0\end{bmatrix}}.} Bunun həlli təkrarlanmaqla belə tapılır x ( k + 1 ) = D − 1 ( b − R x ( k ) ) , {\displaystyle \mathbf {x} ^{(k+1)}=D^{-1}(\mathbf {b} -R\mathbf {x} ^{(k)}),} burada x ( k ) {\displaystyle \mathbf {x} ^{(k)}} , x {\displaystyle \mathbf {x} } -nin k dərəcəli approksimasiyası yaxud təkrarlanması və x ( k + 1 ) {\displaystyle \mathbf {x} ^{(k+1)}} , x {\displaystyle \mathbf {x} } -nin növbəti yaxud k + 1 dərəcəli təkrarlanmasıdır. Element əsaslı formula beləcə aşağıdakı kimidir: x i ( k + 1 ) = 1 a i i ( b i − ∑ j ≠ i a i j x j ( k ) ) , i = 1 , 2 , … , n . {\displaystyle x_{i}^{(k+1)}={\frac {1}{a_{ii}}}\left(b_{i}-\sum _{j\neq i}a_{ij}x_{j}^{(k)}\right),\quad i=1,2,\ldots ,n.} xi(k+1) hesablanması x(k)-də özündən başqa hər bir elementin olmasını tələb edir. Xətti bərabərlik sistemi A x = b {\displaystyle Ax=b} formasında və onun ilkin fərz edilən həlli x ( 0 ) {\displaystyle x^{(0)}} verilib A = [ 2 1 5 7 ] , b = [ 11 13 ] and x ( 0 ) = [ 1 1 ] .
Yakobsen
Yakobsen (dan. Jacobsen) — Skandinaviya soyadı. Soyadın məşhur daşıyıcıları: Solveyk Qunberq Yakobsen (1913 — 1996) — Antarktidada doğulmuş ilk şəxs. Yohannes Yakobsen (1898 – 1932) — Danimarka güləşçisi, Avropa çempionu. Kristofer Yakobsen (d.1994) — Danimarkalı futbolçu.
Akoin
Yakob
Yakob — ad. Yakob Qogebaşvili Yakob Henle — alman anatomu və həkimi Yakob Astor — "Titanik" gəmisinin birinci sinif sərnişinlərindən biri.
Kristofer Yakobsen
Kristofer Yakobsen (14 sentyabr 1994, Kopenhagen) — Hillerod Fodbold klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Danimarkalı futbolçudur. Millinin əsas oyunçuları federasiya ilə mübahisə zamanı yığmanı tərk etdikləri üçün Anders Fonss 2018-ci ilin sentyabr ayında Danimarka milli futbol komandasında debüt etmişdir. == Milli karyerası == 2018-ci ilin sentyabr ayında Danimarka Futbol Assosiasiyası və futbolçular birliyi UEFA Millətlər Liqasında Uels millisinə qarşı açılış oyununda və Slovakiya millisinə qarşı yoldaşlıq oyununda iştirak edəcək milli komandanın futbolçuları haqqında yeni müqaviləni imzalamalı idilər. Lakin müqavilədə futbolçuların kommersiya hüquqları ilə bağlı bənd mübahisəyə səbəb olmuşdur. Beləliklə, onlar müqaviləni imzalamaqdan imtina etmişlər. Gələcək danışıqları təmin etmək üçün əvvəlki sövdələşmənin uzadılması təklifinin verilməsinə baxmayaraq, DBU UEFA-nın cəzasından yaxa qurtara bilmək üçün komandanın əsas oyunçularını millidən göndərmişdir. Onun əvəzində Yon Yensen yeni baş məşqçi təyin edilmiş və komandanın heyəti yenidən qurulmuşdur. Yeni heyət Danimarka 2-ci divizionu və Danimarka Seriyasında (Danimarkanın üçüncü və dördüncü liqası) çıxış edən futbolçuların qarışığından, həmçinin Danimarka milli futzal komandasında çıxış edən futzal oyunçularından təşkil olunmuşdur. 4 sentyabr 2018-ci ildə Yakobsen 24 oyunçudan ibarət olan heyətə daxil edilmişdir. O, milli ilə debütünü 5 sentyabr 2018-ci ildə Slovakiya millisinə qarşı yoldaşlıq oyununda etmişdir.
Pyeter Yakobson
Pyeter Yakobson (1854-1899) — eston şair, tərcüməçi. Mirzə Şəfi Vazehin şeirlərini eston dilinə tərcümə edən ilk şəxs. Pyeter Yakobson Mirzə Şəfi Vazehin poeziyasına xüsusi həvəs göstərmişdir. O, Mirzə Şəfi Vazehin beş şeirini eston dilinə tərcümə edərək, onları 1885-ci ildə çapdan buraxdığı "Şeirlər" kitabına daxil etmişdir. Həmin şeirləri eston şairi Fridrix Bodenştedtin 1875-ci ildə alman dilində çap etdirdiyi "Mirzə Şəfinin nəğmələri"... kitabından götürərək tərcümə etmişdir. P. Yakobsen bu şeirləri eston dilinə tərcümə edərkən sərbəstlik göstərmiş, bəzən hətta şeirlərin ahəngini və formasını dəyişərək onları eston xalq mahnıları ruhunda səsləndirməyə cəhd göstərmişdir. Vaqif Arzumanlı, "Ürəklər qovuşanda", Bakı, "Yazıçı", 1990, səh.
Roman Yakobson
Roman Osipoviç Jakobson (rus. Роман Осипович Якобсон; 29 sentyabr (11 oktyabr) 1896, Moskva – 18 iyul 1982[…], Kembric, Massaçusets və ya Boston) — Rusiya və ABŞ dilçisi. Dil, şeir və rəsm sənətinin humanitar elmlərin inkişafında öndərlik edən XX əsrin dilçiləri arasında ən təsirlilərdən biri olan rus filosofdur. Роман Якобсон. Работы по поэтике. 1987. Факсимиле. pdf, 10,9 Mb Р. О. Якобсон. Лингвистика и поэтика. Р. О. Якобсон.
Yakobus Qolius
Yakobus Qolius(lat. Jacobus Golius, nid. Jacob van Gool, Jacob Gohl, Iacobo Golio, doğ. 1596, Haaqa — öl. 28 sentyabr 1667, Leyden) — Niderland şərqşünası, riyaziyyatçısı, astronom və səyyahı. Yakobus Qolius 1596-cı ildə Laheydə doğuldu. Təhsilinə ilahiyat, fəlsəfə, tibb və riyaziyyat sahələrində başladı; ancaq daha sonra müəllimi Tomas Erpeniusun (van Erpe) təsiriylə ərəbşünaslığa yönəldi. Hollandiyanın İslam və Ərəb dünyası araşdırmalarında son zamanlara qədər yerini qoruyan ön səflərdəki mövqeyi, XVII əsrdə Leyden şəhərində fəaliyət göstərən bu iki önəmli şərqşünas ilə başlamış və inkişaf etmişdir. Qolius, müsəlman ölkələrinə heç səyahət etməmiş olan müəlliminin əksinə gənc yaşda İslam aləmiylə təmasa keçdi və 1622-ci ildə Mərakeşə göndərilən bir elçilik həyətinə qatılaraq o dönəmdə bu ölkə xarici ticarətinin mərkəzi olan Asfa (Safi) limanına getdi, 1624-cü ilə qədər orada qaldı. Bu müddət içində Ərəbcəsini təkmilləşdirmə, Mərakeşin tarixini incələmə və əlyazma kitab toplama imkanı tapdı.
Yakunin (Baltas)
Yakunin (başq. Якунин, rus. Якунино) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Yalanqas kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Starobaltas): 37 km., kənd sovetliyindən (Yalanqas): 3 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 104 km.
Yohannes Yakobsen
Yohannes Viktor Bek Yakobsen (dan. Johannes Victor Bech Jacobsen; 27 dekabr 1898, Kopenhagen – 7 mart 1932, Kopenhagen) — Danimarka güləşçisi, Avropa çempionu. 1898-ci ildə Kopenhagendə anadan olmuşdur. 1926-cı ildə Avropa Çempionatının qalibi oldu. 1928-ci ildə Amsterdamda keçirilən Olimpiya Oyunlarında iştirak etdi və Yunan-Roma güləşi üzrə 4-cü yeri tutdu, sərbəst güləş üzrə isə 10-cu oldu. 1932-ci ildə səhhətində problemlərinə görə vəfat etdi.
Maçi-yakunin
Maçi-yakunin (町役人) – Edo dövründə Yaponiyada çonin sinfindən olan şəhər və qəsəbə rəsmilərinə verilən titul. == Tarixi == Edo dövründə Yaponiya şəhərləri və qəsəbələr birbaşa şoqunluğun nəzarətində olan maçi-buqyo adlı rəsmilər tərəfindən idarə olunurdu. Maçi-buqyoların şəhəri idarə etmək üçün heyəti olsa da, bu heyət xeyli kiçik olduğu üçün şəhər və ya qəsəbə administrasiyasında maçi-yakuninlərin əməkdaşlığından istifadə olunurdu. Maçi-yakuninlərin titulları, mükafatlandırılması, seçilməsi (bəzən irsən, bəzən seçki ilə) və spesifik funksiyaları şəhərdən şəhərə dəyişirdi. Lakin kiçik funksioner olmaları, hakimlər ilə əhali arasında vasitəçi rolu oynamaları ümumi səciyyə daşıyırdı. Edo şəhərində maçi-yaşiki məsələləri nanuşi (rayon ağsaqqalları), tsuki-qyoci (aylıq nümayəndələr) və yanuşi (ev başçıları) adı rəsmilər tərəfindən tənzimlənirdi. Bu iyerarxiya sayəsində Edonun maçi-buqyoları şəhərdəki məsələləri təşkil edə bilirdilər: mühafizə və yanğınsöndürmə dəstələri təşkil etmək, hökumət bildirişlərini çatdırmaq, mübahisələri həll etmək, çətinlikləri aradan qaldırmaq, qoyokin (xərac) toplamaq. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka). Tokio: Kodansha.
Kral Yakovun Bibliyası
"Kral Ceymsin Bibliyası" (ing. King James Bible, abr. KCB) və ya "Kral Ceyms versiyası" (ing. King James Version, abr. KCV) — Bibliyanın anqlikan kilsəsi üçün 1604-cü ildə yazılmağa başlanmış, 1611-ci ildə tamamlanmış və İngiltərə kralı VI və I Ceymsin maliyyəsi ilə nəşr edilmiş ingilis dilinə tərcüməsi. "Kral Ceymsin Bibliyası" bu vaxta qədər təsdiqlənmiş "İcazə verilmiş versiya" (ing. Authorized Version, abr. AV) statusunu daşıyırdı. "Kral Ceymsin Bibliyası" işinin kitablarına Yəhudi Bibliyasından 39 kitab, Apokrifdən 14 kitabdan ibarət bir vəsiyyətnamələrarası hissə və Əhdi-Cədiddən 27 kitab daxildir. Tərcümə yazısı "üslub əzəməti"nə görə qeyd edilir.
Solveyk Qunberq Yakobsen
Solveyk Qunberq Yakobsen (norv. Solveig Gunbjørg Jacobsen; 8 oktyabr 1913 — 25 oktyabr 1996) — milliyyətçə norveçlı olan, 1913-ci ilin 8 oktyabrında Antarktika ərazisinə daxil olan Cənubi Georgiya adasında, Qryotviken qəsəbəsində anadan olmuşdur. Onun atası Fridzof Yakobsen (1874-1953) 1904-cü ildə Balina ovu üzrə ixtisaslaşmış Qryotvikenə gəlmişdir (qəsəbə salınmış). Bu balina stansiyasında 1914-çü ildən balina stansiyasında menecer köməkçisi işləyirdi. Anası isə Klara Olette Yakobsendir. Solveyk Qunberq Yakobsen Argentinanın Buenos Ayres şəhərində həyatını başa vurmuşdur. Vinson Massivində yerləşən Yakobsen Valleu onun şərəfinə adlandırılmışdır. Solveyk Qunberq Yakobsen Antartikada doğulan ilk insan kimi qeydə alınsada bəzi hallarda Cənubi Georgiya adası Antarktida qitəsinə daxil edilmir. Antarktida materikində doğulan ilk bəşər övladı isə Argentina vətəndaşı Emilio Markos Palma olmuşdur. O, 1978-ci ilin 7 yanvar tarixində Esperansa qütb stansiyasında anadan olmuşdur.
Steffi Yakob
Steffi Yakob (qızlıq soyadı: Hanzlik; d. 30 sentyabr 1975) — Almaniyanı təmsil edən skeletonçu. Steffi Yakob, Almaniyanı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib. Steffi Yakob, 2002-ci ildə Almaniya yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Steffi Yakob, 1-ci gedişdə 52.82 saniyə, 2-ci gedişdə isə 53.13 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 7-ci yerdə başa vurdu.
Yakob Astor
Yakob Astor (ing. John Jacob Astor IV; 13 iyul 1864[…] – 15 aprel 1912[…]) — "Titanik" gəmisinin birinci sinif sərnişinlərindən biri.
Yakob Bernulli
Yakob Bernulli (ing. Jacob Bernoulli; d. 6 yanvar, 1654, İsveçrə – ö. 16 avqust, 1705, İsveçrə) — isveçrəli riyaziyyatçı. İohann Bernullinin qardaşıdır. Leybnisin sonsuz kiçik kəmiyyətlərin hesablama üsullarını inkişaf etdirmişdir Ehtimal nəzəriyyəsinin əsasını qoymuşdur. Böyük ədədlər qanununu ən sadə hal üçün isbat etmişdir. Variasiya hesabının yaradıcılarından biridir. 6 yanvar 1654-cü ildə İsveçrədə doğulub. 16 avqust 1705-ci ildə İsveçrədə vəfat etmişdir.
Yakob Boqdani
Yakob Boqdani (mac. Bogdány Jakab; slovak. Jakub Bogdan; 6 may 1658, Preşov – 11 noyabr 1724, London) ― daha çox natürmort və ekzotik quş rəsmləri ilə tanınan Macarıstan və Britaniya rəssamı. Boqdani Macarıstan krallığın şimalındaki Şaroş judetsin Eperyeş (indiki Slovakiyanın Preşov şəhəri) şəhərində anadan olmuşdur. O, 1684-cü ildə Amsterdama gəldi və 1688-ci ildə London şəhərinə köçənə qədər orada yaşayıb işləyirdi. O, Amsterdamda Niderlandda təhsil alan macarıstanlı həkkak və tipoqraf Mikloş Totfalusi Kis ilə tanış oldu. Londonda yaşadığı dövr ərzində o, kraliça Anna Stüartın sarayında natürmort və quş rəssamı olaraq müvəffəqiyyət qazandı və onun bir neçə əsəri Kral kolleksiyasına daxil oldu. Onun baş himayədarlarından biri Malboro hersoqunun qardaşı admiral Corc Çörçill idi, onun Böyük Vindzor parkındaki məşhur aviarisini Boqdani bəzi rəsm əsərlərinin mövzusu kimi istifadə etmişdir. Boqdani Elizabet Hemminqslə evlənmişdir və onların iki uşağı dünyaya gəlmişdir. Onlardan biri məşhur Britaniya dövlət xadimi Uilyam, digər isə rəssam Tobias Stranoverə ərə gedən Elizabet oldu.
Yakob Burkhardt
Yakob Burkhardt (25 may 1818[…], Bazel[…] – 8 avqust 1897[…], Bazel[…]) — İsveçrə tarixçisi və mədəniyyət filosofu. Bonn, Berlin və Bazel universitetlərində teologiya, tarix və filologiya üzrə təhsil almışdır (1837–43). 1855-ci ildən Sürixdə İsveçrə Politexnikumunda, 1858–93-cü illərdə Bazel Universitetində tarixdən, o cümlədən incəsənət tarixindən dərs demişdir. Tarixşünaslıqda ruhi mədəniyyəti ön plana çəkən "mədəni-tarixi" cərəyanın banisidir. Qədim Yunanıstanı və Qədim Romanı, İntibah dövrünü, barokkonu tədqiq etmişdir. Burkhardt "İntibah dövründə İtaliya mədəniyyəti" ("Cultur der Renaissance in İtalien", 1860) əsərində İtaliya intibahını bariz fərdiyyətçilik dövrü olan Yeni dövrün ruhunun ilk yetkin inikası kimi şərh etmişdir. Ötən dövrlərin psixologiyasını və etik dəyərlərini Burkhardt özünün yaratdığı konkret mədəni-antropoloji insan tipləri (məs.,"qəhrəmanlıq dövrü"nün yunanı, İntibah dövrünün "universal insan"ı və s.) vasitəsilə ifadə etməyə çalışmışdır. Burkhardta görə, böyük insanlar "həyat üslublarının" yaradıcıları və daşıyıcıları, bu və ya digər dövrün vəhdəti və özünəməxsusluğunun ifadəçiləri kimi tarixçinin diqqətinə layiqdirlər. Burkhardt müasiri olduğu cəmiyyətdə mədəniyyətin tərəqqisi və şəxsiyyətin azad inkişafı perspektivlərinə bədbin yanaşırdı. Onun əsərləri müasirlərinə müəyyən təsir göstərmişdir.
Yakob Böhm
Yakob Böhm (alm. Jakob Böhme‎) — Alman mistik.
Yakob Mekkel
Klemens Vilhelm Yakob Mekkel (alm. Klemens Wilhelm Jacob Meckel‎; 28 mart 1842, Köln, Prussiya – 5 iyul 1905, Qernrode[d]) – Prussiya ordusunun generalı və Rus-yapon müharibəsindən öncə Meyci hökumətinin hərbi məsləhətçisi. Yakob Mekkel 1842-ci ildə Köln şəhərində doğulmuş, 1869-cu ildə Prussiya Ordusunun Heyət Kollecini bitirmişdir. Fransa–Prussiya müharibəsində iştirak etdikdən sonra baş qərargahda fəaliyyət göstərməyə başlamışdır və Heyət Kollecində təlimçi olmuşdur. Mekkel 1885-ci ildə Meyci hökumətinin dəvəti ilə Yaponiyaya gəlmişdir. Həmin dövrdə Yaponiya hökuməti Almaniya modeli əsasında təşkilatlanmaq barədə qərar qəbul etmişdi. Mekkel Müharibə Kollecində orduya təlimlər keçmiş və baş qərargah məsləhətçisi kimi fəaliyyət göstərmişdir. Üç il sonra Almaniyaya qayıtmış və orduda müxtəlif vəzifələri tutaraq general-mayor rütbəsinə qədər yüksəlmişdir. Mekkelin yapon tələbələri arasında Rus-yapon müharibəsində əhəmiyyətli rolları olan Kodama Qentaro və Akiyama Yoşifuru kimi hərbi xadimlər olmuşdur. O, Katsura Taro və Kavakami Sorokuya ordunu müasirləşdirməkdə kömək etmişdir.
Yakob Arabo
Yakob Arabo (doğum adı: Yakov Arabov; 3 iyun 1965, Daşkənd) — 1986-cı ildə Jacob & Company şirkətinin qurucusu və Beynəlxalq lüks brendə çevirən Amerikalı bir zərgərlik və saat dizayneridir. Yakob Arabo Daşkənddə, Özbəkistan SSR, Sovet İttifaqında, beş uşağın ən kiçiyi və Buxaradan olan yəhudi ailəsinin yeganə oğlu olaraq anadan olub.
Yakob Henle
Fridrix Qustav Yakob Henle (19 iyul 1809, Fürt; † 13 may 1885, Göttingen) alman anatomu və həkimi, nefronun quruluşunu tədqiq edərkən kəşf etdiyi ilgək onun adı ilə Henle ilgəyi adlandırılmışdır. Yakob Henle yəhudi zərgər və qızıl tacirnin ailəsində dünyaya gəlmişdir. Onun işlərini müasir mikrobiologiyanın "rüşeymi" adlandırmaq olar. Yakob Henle rəhudi olsa da xristiyanlığı qəbul etmişdir. 1832 ci ildə Bonn və Heydelberqdə tibbi təhsilini bitirdikdən sonra, 1834 cü ildə Berlində Rudolfinin assistenti olmuşdur. 6 il ərzində yeni heyvan növlərinə dair üç anatomik monoqrafiya, daxil olmaqla külli miqdarda elmi məqalələr dərc etmişdir. 1837 ci ildə Berlin universitetində mikroskopik anatomiya və potologiya üzrə privat-dosent kimi işləmişdir. 1844 cü ildə Yakob Henle Heydelberqə gələrək burada fiziologiya və potologiyanı öyrənir. Öz müəllimi Müllerlə birlikdə köpək və skat balıqlarına dair zooloji oçerk dərc edir. Henle 1852 ci ildən Göttingen universitetindəki anatomiya instituna rəhbərlik etmiş, 1855 ci ildə özünün məşhur "İnsanın sistematik anatomiyası" dərsliyini dərc etdirmiş və 1885 ci ildə Göttingendə vəfat etmişdir.
Murat Yakın
Murat Yakın (türk. Murat Yakın, tələffüz Yakın ; 15 sentyabr 1974, Bazel, İsveçrə) isveçrəli futbolçu (müdafiəçi) və məşqçidir. O, bir sıra İsveçrə klublarını çalışdırıb, 2014/15 mövsümündə isə Moskva Spartakına başçılıq edib. İsveçrə millisinin baş məşqçisidir. İsveçrədə anadan olub. Kiçik qardaşı Hakan kimi o da peşəkar futbolçu olub. O, daha çox İsveçrənin Grasshopper və "Bazel" klublarında oynadığı çıxışlarla tanınır. O, 10 il İsveçrə millisində oynayıb və Avro 2004-də iştirak edib. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyət göstərir. 2009–2011-ci illərdə o, Thun klubunu idarə edib.