Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rie Yamaki
Rie Yamaki (d. 2 oktyabr 1975) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 50 oyun keçirib, 3 qol vurub.
Aymak
Aymak (monq. аймаг, mon. ᠠᠶᠢᠮᠠᠭ, qırğ. аймак) — türk və monqollarda nəsli-tayfa birliyi forması, müasir dövrdə Monqolustanda və Çin Xalq Respublikasının Daxili Monqolustan adlanan ərazisində muxtar rayon. == Tarixi == Monqol mənşəli Şimali Yuan sülaləsi və Tzin sülaləsi dövründə Xarici Monqolustan 4 aymaka (Tuşetu-xan, Sayn-Noyon-xan, Dzasaqtu-xan və Setsen-xan) bölünürdü. Rusiyada kalmık qəbilələrinin və Çində Tzin sülaləsinin əraziləri də aymaklara bölünürdü. P. İ. Rıçkovun 1762-ci ildə nəşr edilən "Orenburqun topoqrafiyası" əsərində XVIII əsrdə başqırdlarda da aymak inzibati ərazi bölgüsünün mövcud olması haqqında məlumatlar vardır. Buryatiya Respublikasının müasir rayonları da 1917–1977-ci illərdə aymaklar adlanırdı.. 1922–1963-cü illərdə Dağlıq Altay muxtar vilayətinin rayonları da aymak adlandırılmışdır. == Müasir dövrdə == Müasir Monqolustanın ərazisi 21 aymaka bölünür.
Yamac
Maili səth və ya yamac — yer səthinin maili hissəsi, müsbət və mənfi relyef formalarını ayırır. Mənşəinə görə M.s. ilkin (dəniz altından çıxmış) tektonik struktur, denudasion, akkumulyativ və ya erozion ola bilər. M.s. əksəriyyəti mürəkkəb mənşəli olub, yamac prosesləri nəticəsində yaranır və müəyyən dəyişikliyə uğrayır. Sin.: yamac. — dağın və ya təpənin ətəkləri ilə yalı arasındakı hissəyə deyilir. Yamac geoloji quruluşdan, süxurun tərkibindən və denudasiya proseslərindən asılı olaraq dik, meyilli, qabarıq, batıq və pilləli formada olur. Yamac, adından göründüyü kimi, səthi mailli olan sahələrə deyilir. Yamacın əksinə olaraq üfüqi səthi olan sahələr – hamar düzənliklərə ayrılır.
Yomak
Akkumulyativ yamac
Kristina Qamak
Kristina Qamak — Milli Okean və Atmosfer Araşdırmaları İdarəsinin Hərbi Korpusunun Amerika Samoasında yerləşən stansiyasının rəhbəri. Qamak 1997-ci ildə Daremdəki Elm və Riyaziyyat üzrə Şimali Karolina Məktəbin bitirib, sonra Rolunda Şimali Karolina Ştat Universitetində təhsil alır, o, elektrik mühəndisliyi (2002) elmi dərəcəli iki bakalavr, elektrotexnika (2001) və fizika (2002) elm dərəcə ustası qazanıb.
Yamac buzlağı
Yamac prosesləri
Yamac prosesləri (rus. процессы склоновые, ing. slope processes) — yamacların əmələ gəlməsi proseslərinin məcmuu olub, yumşaq materialların və yaxud yamacı təşkil edən ana süxurlardan ibarət qayma və qırıntı materialların yerdəyişməsi prosesi.
Yamal (buzqıran)
Yamal yarımadası
Yamal yarımadası — yarımada Qərbi Sibirin şimalında, Yamalo-Nenets Muxtar Dairəsi ərazisində yerləşir. Yarımadanın uzunluğu 700 km, eni 240 km təşkil edir. Sahillərini Kara dənizi və Ob estuarisi yuyur. Lanşaftı tundra, cənub hissələrində isə meşə tundradır. Çoxlu sayda gölləri vardır. İnsan tərəfindən zəif məskunlaşılmışdır. Əsasən maralçılıq, balıqçılıq geniş yayılmışdır. Yarımada ərazisində zəngin qaz yataqları vardır. Boris Mixayloviç Jıtkov 1909-cu ildə yarımada haqqında məlumat verərək Ya və mal sözlərinin birləşməsindən əmələ gəldiyini bildirir. Bu isə Ya (rus.
Yaman Candar
Teymur Şəmsəddin Yaman Candar (v. 1309) — Candaroğulları bəyliyinin qurucusu və ilk bəyi. Oğuz türklərinin Qayı qolundan törəmişdir, Şəmsəddin Yaman Candar Alp Arslan Yaman Candar Məhmed bəyin oğlu idi. Anadolu Səlcuqluları arasındakı taxt mübarizəsinə qatılan Şəmsəddin Yaman Candar bəyə 1292-ci ildə Hülaki hökmdarı Keyxatu xan tərəfindən Əflani və ətraf bölgələri iqta olaraq verilmiş, bu tarix Candaroğlu bəyliyinin əsasının qoyulması olaraq qəbul edilmişdir. Bəyliyin qurucusu olan və ona adını verən Yaman Candar bəyin hansı türkmən boyuna mənsub olduğu bilinmir. Daşıdığı Candar ünvanı səbəbilə Səlcuqlu sarayında xidmət etdiyi anlaşılan Şəmsəddin Yaman Candar bəy, hakimiyyəti boyunca Hülakilərin tabeliyində qalmış, ancaq bəyliyin hüdudlarını genişləndirmədən 1309-cu ildə vəfat etmişdir. Yerinə isə oğlu Süleyman bəy keçmişdir.
İrəm Yaman
İrəm Yaman (türk. İrem Yaman) — türk taekvondoçusu. 62 kq çəki dərəcəsində ikiqat dünya çempionu (2015, 2019), ikiqat Avropa çempionu (2016, 2018). İrəm Yaman 4 avqust 1995-ci ildə Ankarada anadan olub. Taekvondo ilə 8 yaşında məşğul olmağa başlayıb. Hacettepe Universitetini İdman Elmləri Fakültəsini bitirib və universitetin taekvondo komandasının üzvü olub. Bakalavr dərəcəsi aldıqdan sonra Konyada Səlcuq Universitetinin idman bölməsində təhsilini davam etdirmiş, oranı bitirdikdən sonra magistr dərəcəsi almışdır. 2012-ci ildə Bratislavada yeniyetmələr və gənclər arasında kikboksinq üzrə dünya çempionatında Yaman 70 kq-dan yuxarı yeddi kontakt kateqoriyasında bürünc medal qazanmışdır. Bir il sonra o, Polşanın Krınisa-Zdruy şəhərində keçirilən kikboksinq üzrə gənclər arasında Avropa çempionatında gümüş medal qazanmışdır. Yaman beynəlxalq səviyyədə taekvondoda 2014-cü ildə İnsbrukda gənclər arasında keçirilən çempionatda iştirak etməsi ilə debüt edir və burada 67 kq çəki dərəcəsində qalib gəlir.
Aylin Yaman
Aylin Yaman (1967, Ankara) — tibb işçisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Aylin Yaman 1967-ci ildə Ankara şəhərində anadan olub. 1991-ci ildə Ankara Universiteti Tibb bölməsindən məzun olub. 1996-cı ildə isə Ankara Universiteti Tibb bölməsində fiziologiya üzrə ixtisaslaşmanı bitirib. Uzun illər səhiyyə sahəsində çalışıb və vəzifələrdə təmsil olunub. Sağlamlıq Forumunda, Yaşlılar və Əlillər üçün Sosial Siyasət Seminarınıda və Uşaq Siyasətləri Seminarında töhfələri olub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2020-ci ildə CHP Məclisinin üzvü seçilib. COVID-19 Məsləhət Şurasının üzvü, İnsan Hüquqları İşçi Qrupunun üzvü vəzifələrində təmsil olunub. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.
Can Yaman
Can Yaman (8 noyabr 1989, İstanbul) — Türkiyə aktyoru. == Həyatı == Can Yaman 8 noyabr 1989-cu ildə İstanbulun Suadiyə şəhərində ailəsinin tək övladı olaraq dünyaya gəlib. Atasının adı Güven Yaman, anasının adı Güldam Candır. Can Yamanın 5 yaşı olanda valideynləri ayrılıb. Nənəsi makedon, babası isə Yuqoslaviya əsillidir. İbtidai və orta məktəbi Bilfen Kollecində bitirdikdən sonra orta təhsilini İtaliya liseyində başa vurub. Orta məktəbin son ilində o, tələbə mübadiləsi proqramı vasitəsilə ABŞ-ın Ohayo ştatında təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Yeditəpə Universitetinin Hüquq fakültəsində təqaüdlə oxuyub və 2012-ci ildə oranı bitirib. Hələ universitetdə oxuyarkən mübadilə proqramı ilə Vaşinqtona getdi və hüquq kursları aldı. 2014-cü ildə məzun olduqdan sonra 1 illik məcburi təcrübə keçmək üçün dünyaca məşhur Awaterhouse Coopers adlı korporativ firmada 6 ay hüquqşünas kimi çalışıb.
Dle Yaman
"Dle Yaman" (erm. Դլե Յաման) — erməni ənənəvi melodiyası. Bu, iki insanın faciəvi sevgi macərasından bəhs edir. Melodiyanı Komitas Ermənistan yaylasında kəndlərə səyahəti zamanı aşkar etmişdir. O, fortepiano üçün sözləri və musiqini yenidən aranjeman etmişdir. "Dle Yaman" çox vaxt düdük ilə hazırlanmış solo bitlərlə şərh olunur. Zamanla mahnı xalq arasında hər il 24 apreldə anılan Erməni soyqırımının himnlərindən birinə çevrilmişdir.
Lamin Yamal
Lamin Yamal Nasraui Ebana (isp. Lamine Yamal Nasraoui Ebana; 13 iyul 2007) — İspan futbolçu, "Barselona" klubunun və İspaniya millisinin vingeri. 2024-cü il Avropa çempionu. O, öz nəslinin ən perspektivli futbolçularından biri kimi tanınır. == Həyatı == Lamin Yamal İspaniyanın Mataro şəhərində mərakeşli və ekvatorial qvineyalı ailəsində anadan olub. 2014-cü ildə eyniadlı klubun akademiyasına daxil olduqdan sonra gəncliyinin çox hissəsini Barselonada keçirib. == Karyerası == === Klub === 2023-cü ilin aprelində Lamin ilk dəfə "Atletiko Madrid" ilə La Liqa matçında klubun siyahısına daxil edilib, lakin həmin matçda o, meydana çıxmayıb. 29 aprel 2023-cü ildə "Real Betis" ilə matçda əvəzedici kimi meydana daxil olaraq La Liqada debüt edib. 15 yaş 290 gün olan Yamal, "Barselona" tarixində La Liqada ən gənc oyunçu olub. 20 avqust 2023-cü ildə o, ilk dəfə 16 yaş 38 gün ikən İspaniya çempionatının "Kadis"ə qarşı oyununda "Barselona"nın start heyətinə daxil edilib və XXI əsrdə ilk dəqiqələrdən matça girərək La Liqaya başlayan ən gənc oyunçu oldu.
Lamine Yamal
Lamin Yamal Nasraui Ebana (isp. Lamine Yamal Nasraoui Ebana; 13 iyul 2007) — İspan futbolçu, "Barselona" klubunun və İspaniya millisinin vingeri. 2024-cü il Avropa çempionu. O, öz nəslinin ən perspektivli futbolçularından biri kimi tanınır. == Həyatı == Lamin Yamal İspaniyanın Mataro şəhərində mərakeşli və ekvatorial qvineyalı ailəsində anadan olub. 2014-cü ildə eyniadlı klubun akademiyasına daxil olduqdan sonra gəncliyinin çox hissəsini Barselonada keçirib. == Karyerası == === Klub === 2023-cü ilin aprelində Lamin ilk dəfə "Atletiko Madrid" ilə La Liqa matçında klubun siyahısına daxil edilib, lakin həmin matçda o, meydana çıxmayıb. 29 aprel 2023-cü ildə "Real Betis" ilə matçda əvəzedici kimi meydana daxil olaraq La Liqada debüt edib. 15 yaş 290 gün olan Yamal, "Barselona" tarixində La Liqada ən gənc oyunçu olub. 20 avqust 2023-cü ildə o, ilk dəfə 16 yaş 38 gün ikən İspaniya çempionatının "Kadis"ə qarşı oyununda "Barselona"nın start heyətinə daxil edilib və XXI əsrdə ilk dəqiqələrdən matça girərək La Liqaya başlayan ən gənc oyunçu oldu.
Amak adası
Amak adası (ing. Amak Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Amerika Birləşmiş Ştatlarının Alyasaka ştatına daxildir. == Coğrafiya == Alyaska yarımadasının qərb qutaracağından şimalda yerləşir. Adada fəaliyyətdə olan Amak vulkanı vardır. Sahəsi 15,094 km². Makimal hündürlüyü 488 metrdir. Ərazisi əsasən tundra bitkiləri, mamır və şibyə ilə örtülmüşdür. Yaşayışı olmayan bir qayalıq adadır.
Tako-no-yama
Tako-no-yama (タコの山, hərf. "səkkizayaqlı dağı") və ya səkkizayaqlı sürüşkəni – Yaponiyada geniş yayılmış, səkkizayaqlı görünüşündə olan uşaq sürüşkəni növü. 1960-cı illərdə "Maeda" şirkəti tərəfindən populyarlaşdırılmış tako-no-yamalar Tokiodan bütün Yaponiyaya yayılmış, hətta Kopenhagen şəhərində quraşdırılmışdır. İlk tako-no-yamanın hansı parkda quraşdırıldığı mübahisə mövzusu olsa da, ən populyar fikrə əsasən ilk tako-no-yama 1965-ci ildə Tokionun Adaçi rayonundakı Şin-Nişiaray parkında quraşdırılmışdır: park üzərində işləyən bir heykəltaraşın abstrakt oyun meydançası layihəsi şəhər şurası tərəfindən əvvəlcə rədd edilsə də, səkkizayaqlı mövzusunu əlavə etdikdən sonra qəbul edilmişdir. Şin-Nişiaray ölkədəki ən köhnə səkkizayaqlı sürüşkəni hesab olunur. Bu sürüşkən hazırda kosmos mövzusunda bəzədilmiş və bir dizayn müsabiqəsinin qalibi olmuşdur. Digər nəzəriyyəyə görə isə səkkizayaqlı sürüşkənləri Şin-Nişiaray parkında olan sürüşkən yox, Şinaqava rayonunda yerləşən Şinmey uşaq parkındakı sürüşkənlər sayəsində populyar olmuşdur. Bu sürüşkənlər də 1968-ci ildə "Maeda" tərəfindən quraşdırılmışdır. Bu parkdakı iki sürüşkəndən ancaq biri salamat qalmışdır və hazırda başqa parkda yerləşir. 2019-cu ildə "Maeda" şirkəti tako-no-yamaların müəllif hüquqlarının özlərinə aid olduğunu bildirirək iki tako-no-yama quraşdırmış "Ans" şirkətini məhkəməyə vermiş və 4,32 milyon yen məbləğində təzminat tələb etmişdir. 2022-ci ildə Ali Məhkəmə onların tələbini qəbul etməmişdir.
Kamaka
Kamaka adası (fr. Kamaka) — Qambe arxipelaqına daxil olan kiçik ada (Fransa Polineziyası). == Coğrafiya == Adanın sahəsi 0,5 km²-dir. Maksimal hündürlüyü 166 metrdir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2002-ci il məlumatına əsasən adada 4 nəfər yaşayır.
Kamal
Kamal — kişi adı. Kamal Kılıçdaroğlu — Kamal Türklər — Kamal Abdullayev Kamal Abdullayev — professor. Kamal Abdullayev (alim) — texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi. Kamal Abdullayev (dirijor) — Kamal Abdullayev (dövlət xadimi) — Kamal Əhmədov Kamal Əhmədov — bəstəkar. Kamal Əhmədov — rəssam. Kamal Ələkbərov — Kamal paşa şirniyyatı — Kamal Seyidov — Kamal Axundov — Kamal Cəfərov — Kamal Xudaverdiyev — Kamal Sunal — Kamal Xocəndi — Kamal Quliyev — Kamal Qarani — Namiq Kamal — Yaşar Kamal — Nərmin Kamal — Mustafa Kamal Atatürk — Kamal Faruqi — Kamal Kamallı — Kamal Musayev — Yaşayış məntəqələri Ermənistan Kamal (Abaran) — Abaran mahalında kənd. Kamal (Qırxbulaq) — Qırxbulaq mahalında kənd.
Kamay
Kamay (Urmanay) —
Kamaz
Kamaz (rus. КамАЗ (Камский автомобильный завод - Kama Avtomobil Zavodu)) — Rusiya və MDB məkanında böyük yük götürmə qabiliyyətinə malik yük avtomobili, minik maşını, traktor, dizel mühərriki və onun hissələrinın istehsalı üzrə ixtisaslaşmış zavod kompleksi. Tatarıstanın Çelnı şəhəri ətrafında yerləşir. Dünyada 10 ən böyük yük avtomobili istehsal edən müəssisədən biridir. Dizel mühərriklərinin istehsalına görə isə dünyada 8-ci yerdədir. Kamaz SSRİ vaxtında yaranmış ilk zavod kompleksidir. 23 avqust 1990-cı ildə ölkəni təmsil edən yeganə sənaye avtomobili seçilmişdir. 2006-cı ildə "Kamaz-master" komandası beynəlxalq avtorallidə qalib gəldi. Almaniyada Kamaza məxsus böyük beynəlxalq avtomombil salonu fəaliyyət göstərir. == Tarixi == 1960-cı illərdə SSRİ-də sənaye avtomobilləri çatışmırdı.Təcili olaraq avtomobil zavodu kompleksi yaratmaq və burada 8-20 ton arası qədər avtomobil istehsal etmək lazım idi.
Kamik
Kamik (lat. Camicus, q.yun. Καμικός) — Siciliyada yaşayan sikanların paytaxtı. Bu, yunan mifologiyasında Dedalın sikan padşahı Kokal üçün tikdiyi qaladır. Kamikin yeri müasir arxeoloqlar tərəfindən Sant-Ancelo-Muksaro olaraq müəyyən edilmişdir. Keçmiş istehkamlı yaşayış məntəqəsinin yalnız iki fraqmenti bu günə qədər qalmışdır. Buna baxmayaraq, yaxınlıqda aşkar edilmiş nekropol tunc dövründə burada böyük yaşayış məntəqəsinin mövcudluğundan xəbər verir.
Kamjak
Kamjak (fr. və oks. Camjac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nosel kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12046. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 25 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 536 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 333 nəfər (15–64 yaş) arasında 249 nəfər iqtisadi fəal, 84 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 74,8%, 1999-cu ildə 65,9%) idi.
Kayak
Kayak və ya eskimos qayığı — eskimoslar, aleutlar və başqa Arktika xalqları tərəfindən istifadə edilən qayıq növü. Hal-hazırda turizm və idman məqsədləri üçün istifadə edilir. Onların materialları dəniz axımına qarşı bir-birindən fərqlənir. Qayıqlar ağacdan hazırlanır. Onun bir çox plastik növləri də mövcuddur.
AMAKA
Azərbaycan Milli Aerokosmik Agentliyi — Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumu. Agentlik 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində "Kaspiy" Elmi Mərkəzi kimi fəaliyyət göstərib. 1981-ci ildə "Kaspiy" Elmi Mərkəzinin bazasında Kosmik Kəşfiyyat Elmi İstehsalat Birliyi yaradılıb. Azərbaycan Milli Aerokosmik Agentliyi 1992-ci ildə Ayaz Mütəllibovun 580 saylı fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının "Kaspiy" Elmi Tədqiqat mərkəzinin yerinə təsis edilmişdir. == Tarixi == Azərbaycan kosmik proqramı daha çox Sovet İttifaqı dövründə olduğu kimi beynəlxalq əməkdaşlıq yolu ilə həyata keçirilir. Bir neçə Azərbaycan zavodu Sovet İttifaqının kosmik layihələri üçün avadanlıq istehsal edirdi, lakin həmin müəssisələr indi köhnəlib. Proqrama həm milli, həm də digər xalqlarla iş birliyində bir sıra peyk missiyaları daxil edilmişdir. 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2009-cu ildə Azərbaycan kosmik sənayesi, İlham Əliyevin sərəncamından sonra kosmik sənayenin inkişafı üzrə dövlət proqramı çərçivəsində inkişaf etdi. Proqram çərçivəsində, 2013-cü ilədək VSAT (Çox Kiçik Apertur Terminalı) yığımı və istehsalı üçün təkliflər verilməsi planlaşdırıldı.
Hamam
Hamam (ərəb. حمّام‎) — Osmanlı imperiyasının mədəniyyətinə və daha geniş İslam dünyasına aid ictimai çimərlik yeri. Təmizləmə və istirahət üsulu olaraq, hamamlar Viktoriya dövründə məşhur oldu və sonra Britaniya imperiyası və Qərbi Avropada yayıldı. Binalar termlərə (Roman hamamı) oxşayır. Rus saunalarından (banya) fərqli olaraq, hansı ki, mühit buxarını istifadə edir, hamamlarda suya üstünlük verilir.
Jumak
Jumak (kor. 주막) — Alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkan. Jumaklar Koreya sosial-kulturoloji mədəniyyətinin mühüm tərkib hissələlərindən biridir.
Damal
Damal — Ərdəhan ilinin Damal ilçəsində bir şəhər və eyniadlı ilçənin mərkəzidir. == Əhalisi == Əhalisi 2021-ci ilin siyahıyaalmasına görə 2,890 nəfərdir. İnönü də daxil olmaqla 8 məhəllədən ibarətdir. Şəhərdə Ələvi məzhəbli müsəlman türkmənlər yaşayır.
Hanak
Hanak — Ərdəhan ilinin Hanak ilçəsində bir şəhər və eyniadlı ilçənin mərkəzidir. Əhalisi 2,880 nəfərdir (2021). Əhalisi türklərdən ibarətdir. Digər bir mənbəyə əsasən şəhər əhalisi Axısqa türklərindən ibarətdir.