Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mapay
Mapay (ivr. ‏מִפְלֶגֶת פּוֹעֲלֵי אֶרֶץ יִשְׂרָאֵל‏‎) bəzən İsrail ərazisinin işçi partiyası — İsrailin mərkəzdən sol bir siyasi partiyasıdır.1968-ci ildə müasir İsrail İşçi Partiyasına birləşənə qədər İsrail siyasətində dominant bir qüvvə idi. Mapayın vəzifədə olduğu müddətdə geniş mütərəqqi islahatlar həyata keçirilirdi. Minimum gəlir, təhlükəsizlik və mənzil subsidiyaları, səhiyyə və sosial xidmətlərə pulsuz (və ya demək olar ki, pulsuz) təminat verən bir rifah halının yaradılması ilə xarakterizə olunur.
Papay
Yapan
Yapan (mont. Јапан) – Monteneqronun Andriyevitsa bələdiyyəsində yerləşən kənd. Yaponiya ilə olan ad oxşarlığı səbəbilə məşhurlaşmışdır. Kənd Komovi dağının cənub-şərq yamacında, Andriyevitsadan 13 kilometr uzaqlıqda yerləşir. Kəndin adının mənşəyi mübahisəlidir və bununla bağlı bir neçə rəvayət mövcuddur. Bir versiyaya görə 1904-cü ildə Rus-yapon müharibəsi zamanı kənd əhalisinin bir qismi Rusiyanı dəstəkləmiş, bir qismi tərəfsiz qalmışdır. Bu səbəbdən kənd Yapan adını almışdır. Digər versiya Birinci Dünya müharibəsində Avstriya-Macarıstan imperiyasına qarşı döyüşmüş, kəndin sakini olmuş Samilo Fatiçlə bağlıdır. Fatiç Monteneqro kralı I Nikola tərəfindən medalla təltif olunarkən ondan kəndə su çəkilməsini xahiş etmişdir. I Nikola kəndin yerini soruşanda "çox uzaqda, Yaponiya qədər uzaqda" cavabını vermişdir.
Papay Noel
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Yavay yarımadası
Yavay yarımadası — Qərbi Sibirdə, Kara dənizi sahillərində yerləşən yarımada. Qdansk yarımadasının şimal-qərb qutaracağını təşkil edir. Cənub-qərb və qərbdən Ob estuarisi cənub-şərq və şərqdən isə Qdansk estuarisi ilə əhatələnir. Şimaldan cənuba doğru 210 km uzunluğa malikdir. Burada ən böyük eni 20–30 km-dir. Yarımadanın şimalı sualtı qayalarla Şokalski adasına doğru uzanır. Burada eni 5 km olan boğaz yerləşir. Yarımada ərazisinin böyük hissəsi düzəndir. Ərazisi əsasən bataqlıqlaşmışdır. Maksimal hündürlük 75 metrdir.
Çapay Sultanov
Sultanov Çapay Əli oğlu — geologiya-mineralogiya elmlər doktoru, professor, Beynəlxalq Şərq Neft Akademiyasının vitse-prezidenti, Dövlət Mükafatı laureatı, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, Şahmat üzrə əməkdar məşqçisi, Beynəlxalq Şahmat Federasiyasının üzvü Sultanov Çapay Əli oğlu 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1960-1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda işləmiş və kiçik elmi işçi vəzifəsindən neft-mədən geologiyası şöbəsinin rəhbəri vəzifəsinə qədər yol keçmişdir. 1964-cü ildə Sultanov Ç.Ə. "Azərbaycanın qazkondensatneft, qazkondensat və qaz yataqlarının tükənməyə işlənməsində geoloji-mədən tədqiqatları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1982-ci ildə Sultanov Ç.Ə. bir qrup alimlərlə birlikdə "Ehtiyatların qiymətləndirilməsinin elmi metodlar kompleksinin işlənməsi və istehsalata tətbiqi və Azərbaycanın dənizdəki qazkondensat yataqlarının işlənməsinin layihələşdirilməsi" işinə görə Azərbaycan SSR Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. 1986-cı ildə Sultanov Ç.Ə. "Neft yataqlarının ehtiyatlarının hesablanması, layihələşdirilməsində və işlənməsinin analizində geoloji-mədən deformasiyaların istifadəsinin elmi əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 4 Aprel 2018-ci ildə vəfat etmişdir. Ç.Ə.Sultanovun elmi tədqiqat sahəsi neft-mədən geologiyası, xüsusilə də geoloji və texnoloji faktorların təsirini nəzərə almaqla layların neftverməsini qiymətləndirmək və proqnozlaşdırmaq məqsədilə ilə statistik üsulların tətbiqidir. Çapay Sultanov Elmlər Akademiyasında işlədiyi dövrdə neft və qaz ehtiyatlarının hesablanmasının elmi əsaslarını hazırlayaraq, Azərbaycanda iri neft və qaz yataqlarının kəşfi və işlənməsində iştirak edib. 0, 150 elmi işin, o cümlədən 3 monoqrafiyanın, 1 ixtiranın və 4 səmərələşdirici təklifin müəllifidir.
Çançun Yatay FK
Çançun Yatay FK — Çinin futbol klubu. 1996-cı ildə yaranmışdır.
Daday
Daday — Kastamonu ilinin şimal-qərbində iştirak edən bir ilçə.
Halay
Halay (oyun) — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. Halay (rəqs) (Yallı) — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biri.
Haray
Haray (roman) — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı. Haray (film) — müxtəlif illərdə çəkilmiş filmlər.
Hatay
Hatay — Türkiyədə il və şəhər adı. == Əhali == Rayon əhalisi 2013-cü ilin sayına görə 1.503.066 nəfərdir. Əhalinin hamısı şəhər mərkəzi mövqeyindədir. Şəhər qanunu layihəylə bütün bələdiyyələr və kəndlər dəyişdirilərək şəhər mərkəzi statusuna alınmışdır. Kvadrat kilometrə düşən əhalinin sıxlığı 274,24 nəfərdir. Bu baxımdan Türkiyənin ən sıx əhaliyə malik 4-cü rayonudur. Əhalinin artım sürəti təxminən %1,2-dir.
Havay
Havay (ing. Hawaii) – Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Honolulu şəhəridir. == Coğrafi Mövqeyi == Havay arxipelaqı Sakit okeanın mərkəzində 3300 kilometr uzunluğunda böyük bir əyri yaradan, ada və riflərdən ibarətdir. Arxipelaq şərqdə Havay adasında başlayır və təxminən 180-ci meridianda yerləşən Kure atolunda bitir. Havay arxipelaqı 8 böyük adadan təşkil olunub. Bunlar ştatın 99 %-ni təşkil edən Oahu, Havay, Maui, Kauai, Lanai, Molokai, Niihau və Kahoolave adalarıdır. Əhalinin böyük hissəsi elə bu adalarda yaşayır. Sahəsi 8150 km2 olan Havay adası ölkənin 2/3-ni təşkil edir. Yerli əhali bu adanı sadəcə olaraq "Böyük Ada" adlandırır.
Kamay
Kamay (Urmanay) —
Maday
Vikipediyada Maday haqqında aşağıdakı məqalələr var: Maday (Yafətin oğlu) — Yafətin oğlu. Maday (dövlət) — tarixsəl bir qəbilə. Maday (Bölgə) — Midiya bölgəsinin digər adı.
Malay
Malay — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Eymur kənd inzibati-ərazi vahidi tərkibindəki Malay qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Mamay
Mamay (1335? — 1381, Kafə müasir Feodosiya) —Qıpçaq əsilli Qızıl Orda sərkərdəsi. == Həyatı == Qızıl Orda hakimi Mamay xan (1335?-1381) türk sərkərdəsi və bahadırı kimi tarixdə çox geniş şöhrət tapmışdır. Tatar sərkərdəsi Xıdır xan öldükdən sonra, Mamay hakimiyyət arzusuna düşür. Xan nəslindən olmadığına baxmayaraq Qızıl Orda hakimi Berdi bəyin bacısı ilə (qeyd: Berdi bəy Cani bəyin, Cani bəy də qüdrətli Özbək xanın oğludur) evləndikdən sonra dağılmağa üz qoymuş bu hakimiyyəti ələ keçirmiş, bununla çarpışma meydanına atılmışdı: bu mübarizədə Abdul, Məhəmməd Sultan, Tülübək və s. xanları yenmişdi. Qızıl Orda dövlətini gücləndirmək, onu qoruyub saxlamaq məqsədilə böyük işlər həyata keçirmişdir. Mamay xan misilsiz hünərlərə sahib olmuş, keçirdiyi döyüşlərdə həmişə qələbə qazanmış, böyük ad qoymuşdur. Sonuncu döyüşü Kulikova çölündə olan döyüş (1380) oldu. Müharibə meydanında məğlub olub qaçan Mamayın Azov boyunda qarşısını kəsdilər.
Naqay
Naqay adası (ing. Nagai) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarına daxildir. Alyaska yarımadasının cənubunda, Alyaska körfəzində yerləşir. Adanın uzunluğu 50 km-dir. Sahəsi 310 km²-dir. Məhz burada 1741-ci il avqustun 31-də "Müqəddəs Pyotr" (İkinci Kamçatka Ekspedisiyası) komandasının dənizçisi Nikita Şumaqin sinqa xəstəliyindən ölür və adalara onun adı verilir. İlk dəfə 1836-cı ildə rus admiralı Fyodor Litke tərəfindən xəritəyə salınmışdır. Donald J. Orth. Dictionary of Alaska Place Names.
Qalay
Qalay (Sn), (lat. Stannum) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 50-ci element. Bitkilərdə qalay 1855-ci ildə kəşf olunmuşdur. O bitkilərdə geniş həddə dəyişir, daha çox qalay günəbaxan və noxud toxumlarında olur. Qalay zəhərli ultramikroelementlərə aiddir. Tərəvəzlərdə qalayın miqdarı çox olmayıb 1 mkq/q və daha az olur. Heyvanların orqanizmində qalay bitkilərdə olduğundan çoxdur. Belə ki, məsələn, yağlı balıqda onun miqdarı 130 mkq/q – a qədər ola bilər. Insan orqanizmində qalay toxumlarda 0,5-dən 4,0 mkq/q – a qədər olur. Daha çox qalay diş minasında (95 mq/kq), dırnaqlarda (12 mq/kq) və sümüklərdə (1,4 mkq/q-a qədər) olur.
Qatay
Qatay Xan — türk və altay mifologiyasında zəlzələ ilahı. Qaday və ya Kıtay (Kıday) olaraq da deyilir. Dəmirçi ilahı olaraq da görünür. 40 buynuzlu buğasını zəlzələ meydana gətirir. Bu öküz qəzəblənib əsəbiləşəndə ayaqlarını yerə sürtməyə başlayır beləcə yüngül sarsıntılar olar. Burnundan soluması isə yüngül səslərə çevrilir. Daha çox əsəbləşəndə isə ayaqlarını yerə vurur. Daha da qızınca buynuzlarını torpağa keçirib yer üzünü yelləyər. Homurtuları isə zəlzələnin gurultusunu meydana gətirir. Qatay Xan, doqquz davulludur.
Hapaç
Hapaç (adıq ХьэпэкI) — 900-cü illərdə Zixiya padşahı. Hapaçın həyatı və ya hakimiyyətinin çox hissəsi haqqında çox şey məlum deyil. Məlumdur ki, o, atlı ordusu və müttəfiq knyazlıqları ilə 900-cü illərdə Xəzərlərin şəhəri olan Sarkelə hücum etmişdir. Xəzər ordusu məğlub olmuş, Sarkel knyazı və sağ qalan ordusu əsir götürülmüşdür.
Kamay (Bakalı)
Kamay (başq. Ҡамай, rus. Камаево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Koros kənd şurasının tərkibindədir. Kənd ıərazisində dörd küçə vardır:Mir, Molodyojnaya və Sentyalnaya. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı):31 km, kənd sovetliyindən (Köhnə Koros): 12 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 107 km.
Nanay
Nanay — mərasim nəğməsi. Bu nəğmə adətən avazla oxunur və yallı ilə müşayiət edilir. Hər bir nanay vəsfi-hallardan və "nanay arası"ndan ibarətdir. "Nanay arası" həm də nanayın motivi sayılır. Ağbaba mahalında əhalinin özünəməxsus folkloru, adətləri vardı. Məsələn Güllübulaq kəndinin folkloru nanay adlanan mərasim nəğməsi ilə fərqlənir. Nanayların özünəməxsus xüsusiyyəti onda idi ki, bu nümunələrin xüsusi oxunma tərzi vardır. Ağbabada Nanaylar tırınqılara baxanda daha əvvəl yaranıb, formalaşıb. Nanaylar daha çox su, dədə-babaların inancları ilə bağlıdır. Dədə-babalar suya artım, bərəkət, ana kimi yanaşıblar.
Panay
Panay (taqal Panay) — Filippinin orta ölçülü adasıdır. Neqros adasından Himaras boğazı ilə ayrılır. Şimaldan Visayan dənizi və Sibuyan dənizi, cənubdan isə Sulu dənizi onun sahillərini yuyur. Sahəsi — 12 011,1 km², Əhalisi — 4 031 636 nəfər təmkil edir. Ada dağlıqdır və ən hündür nöqtəsi Nanqtud vulkanıdır (2049 m). Qərbi əsasən dağ silsilələri, şərqi isə təpəlik, mərkəzi isə sabit hüdürlüyə malikdir. Ən iri çayı Panaydır. İqlimi subekvatorial, mussondur. Qərb hissədə illik yağıntının miqdarı 3000 mm təşkil etdiyi halda şərq çox quraqdır. Talalar şəklində savannalara rast gəlinir.
Papaq
Papaq — baş geyimi. Azərbaycanda XX əsrin əvvəllərinə qədər kişilər arasında populyar milli baş geyimi. Digər Qafqaz xalqları arasında da geniş yayılmışdır. Azərbaycanda papaq əsasən qoyun xəzi və ya qaragüldən hazırlanırdı. Onların müxtəlif formaları və yerli adları mövcüd idi. Araqçını kənddən kənarda papaqsız taxmaq ədəbsizlik hesab olunurdu, bu, yalnız uşaqlara icarə verilirdi. Motal papaq — əsasən kənd əhalisinin yoxsul təbəqələri taxırdı. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar, konus formasında olurdu. Şələ papaq — forma etibarı ilə azca domba olub gen sağanağa malik idi. Ona "Yastı papaq", "Çoban papağı", "Yapba papaq", "Kopan papaq" da deyirdilər.
Hörülmə papaq
Hörülmə papaq və ya bini papaq (ing. beanie hat) — adətən yundan (bəzi zaman sintetik liflərdən) soyuq havalarda istilik təmin etmək üçün nəzərdə tutulan papaq.
Çapal
Çapal (gürc. მაშავერა Maşavera) — Gürcüstanda, Aşağı Kartli mxaresində çay, Anaxatır (gürc. ხრამი (Xrami)) çayının sağ qolu. Maşavera çayı öz mənbəyini Qaraağac silsiləsində dəniz səviyyəsindən 2125 metr yüksəklikdən (41°18′40″ şm. e. 44°08′34″ ş. u.) götürür və Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında (41°26′38″ şm. e. 44°42′52″ ş. u.) 383 metr hündürlükdə Anaxatır çayına qovuşur.
Çapaq
Çapaq (lat. Abramis brama) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növ. Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrinin çay və göllərində,eləcə də Ağ dənizdə və Peçorada yayılmışdır. Xəzərdə Şərq çapağı-Abramis brama orientalis Berg yarımnövü yaşayır.Arealı bütün iri çayların-Volqa, Ural, Terek, Kür çaylarının aşağı axarını,eləcə də Lənkəran sahillərinin kiçik çaylarını əhatə edir.Kür silsilə su anbarlarında və Kürətrafı göllərdə nisbətən çoxsaylıdır. Xəzərin Abşeron yarımadasından şimalda və cənubda da, Dəvəçi limanı və Kiçik Qızılağac körfəzində də rast gəlinir. Şərq çapağının bədəni hündürdür. Başı balacadır. Ağzı yarımaltdır. Cavanları gümüşü, yaşlıları daha tünd olub , qızılı rəngə çalır. Üzgəcləri boz, anal üzgəci uzundur.
Çapar
Çapar haqqında aşağıdakı məqalələr var: Çapar (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunun inzibati ərazi vahidində kənd. Çapar (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Çapar (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. Çapar (peşə) — qədim dövrələrə aid Atlı poçtçular. Çapar (jurnal) — Azərbaycanda jurnal.
Çaxay
Çaxay - türk və altay mifologiyasında ildırım tanrısı. Çakay (Çakkay) və ya Şakay (Şakkay) olaraq da bilinir. Şimşəklər və ildırımlar çaktırır. Yayına qoyub atdığı oxlar ildırımlardır. Yerdəki pis ruhları izlər və onların saxlandığı ağacların üzərinə atəşini göndərir. İldırım düşən ağacdan bir parça alınıb saxlansa evə pis ruhların girməsi maneə törədilər. Bəzi Türk birlikləri İldırım ilahına süd ya da ayranı saçı (cansız qurban) olaraq verərlər. Süd ildırım atəşini söndürebilen və uzaq tuta bilən tək şeydir. İldırımın düşdüyü yer, artıq Çaxay Xana aiddir və oranı kimsə mülk edinmez. Monqollar şimşək və ildırım'dan qorxarkən türklər bundan sevinc duyurlar.