QAÇAQ
QAÇMAZ
OBASTAN VİKİ
Qaçay Heydərov
Heydərov Qaçay Nəzər oğlu — Azərbaycan iqtisadçısı. Yazar. == Həyatı == Qaçay Heydərov 16 yanvar 1920-ci ildə Qubadlı rayonunun Gürcülü kəndində anadan olub. O, anadan olandan bir həftə sonra anasını itirib. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirməsinə baxmayaraq iqtisadiyyat elmi ilə məşul olmuşdu. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "İqtisadi tarix" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor idi. İkinci Dünya Müharibəsində iştirak etmiş və oradan şikəst qayıtmışdı. O, bir neçə monaqrafiyanın müəllifi idi, bununla yanaşı həm də şeirlər yazırdı. Qaçay Heydərov 1990-cı il 10 iyunda vəfat edib. Nəzər Heydərovun oğludur.
Qaçay Məmmədov
Qaçay Məmməd oğlu Məmmədov (d. 25 may 1917, Xankəndi) — əməkdar müəllim, "Lenin" ordenli pedaqoq. == Həyatı == Qaçay Məmməd oğlu 25 may 1917-ci ildə Xankəndi şəhərində anadan olub. Sonrakı illərdə ailəsi ilə birlikdə Xankəndinə köçüblər. 1933-cü ildə Bakida pedaqoji texnikuma daxil olub. 1936-cı ildə ali təhsil almaq üçün o vaxtkı Lenin adına Pedaqoji İnstituta qəbul olub. 1940-cı ildə bu ali məktəbin filologiya fakültəsini uğurla başa vuran Q.Məmmədov müxtəlif təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışıb. 1940-cı ildə o vaxtkı Lenin adına Pedaqoji İnstitutu bitirdikdən sonra onu məcburi şəkildə Şamaxı rayonundakı pedaqoji məktəbə dərs hissə müdiri göndərdilər. Bir il işləyəndən sonra müharıbə başladı. Direktor alman dili müəllimi olduğuna görə onu orduya apardılar.
Qaçay Səfərov
Qaçay Mənsum oğlu Səfərov (1907, Quycaq, Qaryagin qəzası – 12 iyun 1976, Mahmudlu, Cəbrayıl rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyatı == 1930–1976-cı illərdə Bərdə, Füzuli, Cəbrayıl, Göyçay, Ağdam rayonlarındakı MTS-də traktorçu, briqadir, mexanik, baş mühəndis, Cəbrayıl "Azərkəndtexnika birliyi" şöbəsində təmir emalatxanasının müdiri və s. vəzifələrdə işləmişdir. 1947-ci ildə pambıqçılıq sahəsində yülsək əmək göstəricilərinə nail olmuşdur. Azərbaycan Kommunist Partiyasının XXVII, XXVIII qurultaylarının nümayəndəsi olmuşdur.
Adil Qaçayoğlu
Atakişiyev Adil Qaçay oğlu (Adil Qaçayoğlu) — azərbaycanlı jurnalist. == Həyatı == Adil Qaçayoğlu 1955-ci il iyunun 3-də Ağdamda anadan olub. Orta məktəbi Balakən rayonunda bitirib. 1971–1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. İlk iş yeri "Şən həyat" (indiki "Balakən") qəzeti olub. 1981–1991-ci illərdə o dövrün ən oxunan qəzetlərindən olan "Azərbaycan gəncləri"ndə çalışıb (müxbir, şöbə müdiri). Sonrakı illərdə "Həyat" (indiki "Azərbaycan"), "Yeni fikir", "Ülfət" qəzetlərində işləyib. 90-cı illərin ikinci yarısında populyar "Panorama" gündəliyinin baş redaktor müavini olub. Bundan sonra "Detektiv", "525-ci qəzet", "Yeni yüzil", "Bizim əsr", "Gün səhər", "Yeni Müsavat" qəzetlərində çalışıb. Müxtəlif mövzulu publisistik yazıların müəllifi, xüsusilə də futbol yazarı kimi tanınıb.
Röyal Qaçayev
Röyal Fərman oğlu Qaçayev (5 yanvar 2002; Sündü, Qobustan rayonu, Azərbaycan — 14 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Qaçayev 5 yanvar 2002-ci ildə Qobustan rayonunda dünyaya gəlib. 2020-ci ildə orta məktəbi bitirib və həmin il hərbi xidmətə çağırılıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Röyal Qaçayev Suqovuşan döyüslərində savaşıb. 14 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Qobustanda dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Qaçayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Qaçayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Röyal Qaçayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Samir Qaçayev
Samir Ziyəddin oğlu Kaçayev (d. 6 mart 1994; Çuxuryurd, Şamaxı rayonu, Azərbaycan — ö. 2 aprel 2016; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, heykəltaraş. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. == Həyatı == Samir Kaçayev 1994-cü ilin 5 mart günündə Şamaxı rayonunun Çuxuryurd kəndində Ziyəddin və Əminə Kaçayevlərin ailəsində anadan olub. 2011-ci ildə orta təhsilini bitirən Samir Qaçayev elə həmin il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına (ADRA) daxil oldu. 2015-ci ildə ADRA-nı müvəfəqqiyətlə bitirən Samir Qaçayev həmin ildəcə magistaturaya qəbul oldu. == Hərbi xidməti == Əsgər Samir Kaçayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 3-ü isə Samir Kaçayev doğulduğu Şamaxı rayonunun Çuxuryurd kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı.
İntizam Qaçayev
İntizam Əkbər oğlu Qaçayev (14 dekabr 2001; Göyçay rayonu, Azərbaycan — 23 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İntizam Qaçayev 2001-ci il dekabrın 14-də Göyçay rayonunun 2-ci Ərəbcəbirli kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == İntizam Qaçayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan İntizam Qaçayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində vuruşmuşdur. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İntizam Qaçayev oktyabrın 23-də Cəbrayıl rayonunda həlak olmuşdur. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntizam Qaçayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İntizam Qaçayevi ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Значение слова в других словарях

баскоба́й колоко́лить ко́лышень нагле́цки отбе́лка попу́дно апелли́рование лао́сский непаралле́льный отохо́титься отрепа́ть пива́ть свечни́к Лепель assorted coalescent confound fluidimeter little folk muck cart orectic rager semunciae wanderlust звездолётчик