Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Typhlodromips yarnde
Yara
Yara — mexaniki təsirdən dəri və selikli qişaların, bədən boşluğunda yerləşən üzvlərin: ürək, ağciyər, qaraciyər, mədə-bağırsaq, böyrəklər, sidik kisəsi və s. tamlığının pozulmasıdır. Mexaniki zədə kəsici, deşici alətlərlə törənirsə və dəri tamlığı pozulursa, bu yaradır. Məsələn, qarına vurulan bıçaqla dəri tamlığı pozulur, mədənin divarında, qaraciyərin parenximasında yara törənir. Qarnın küt zədələnmələri zamanı dəri tamlığı pozulmur və yalnız dalağın zədələnməsi qanaxmaya səbəb olur, bu zaman söhbət yaradan deyil, dalağın cırılmasından getməlidir. Yaranın 3 əsas əlaməti vardır: ağrı, qanaxma, yara səthi. Yaralar əmələgəlmə səbəblərinə, toxumaların zədələnmə xüsusiyyətinə, infeksiyalaşma ehtimalına, yara kanalının bədən boşluqlarına münasibətinə və s. görə təsnif olunur. Əmələ gəlməsinə görə bütün yaralar 2 qrupa bölünür: məqsədyönlü və təsadüfi yaralar. Məqsədyönlü yaralar — özləri də 2 qrupa bölünür: tibbi və kriminal yaralar (müharibələr, qəsd, intiqam, intihar).
Yard
Yard (ing. yard) — İngiltərədə və ABŞ-də ölçü vahidi. 1 yard = 0.9144 m ,.
Yaren
Yaren — Naurunun de fakto paytaxtı.
Arn.
Corc Arnott Arnott, və ya Uoker Arnott (ing. George Arnott Walker-Arnott, 1799—1868) — Şotlandiya botaniki. Vilyam Hukerlə birlikdə Şimali Amerika botanikasını, Vayt Robertlə birlikdə isə Hindistan florasını öyrənmişdir. Çoxlu bitkiləri təsnif etmişdir (International Plant Names Index). == Elmi fəaliyyəti == Corc Arnott Arnott toxumlu bitkilər, qıjıkimilər, mikologiya və yosunlar üzrə ixtisaslaşmışdır. == Xarici keçidlər == Hooker, Sir William Jackson. The Botany of Captain Beechey's voyage. Henry George Bohn. 1841.
Yan
Yan (dövlət) — Çində tarixi dövlət. Yan (İran) — İranda kənd.
Tarn (departament)
Tarn(fr. və oks. Tarn) — Fransanın cənubundakı Oksitaniya regionunun depatamentlərindən biri, ardıcıl sayı - 81, inzibati mərkəzi - Albi, Əhalisi - 387 099 insan (2010-cu ildə ki, departamentlər arasında məlumat - 63-cü yer) Tarn departamentinin ərazisi 5758 km². Bura 2 rayon, 23 kanton və 319 kommun daxildir. Departament vasitəsilə Tarn çayı axır. Tarn 1790-cı ilin martında Böyük Fransa İnqilabı zamanı meydana çıxan ilk 83 şöbədən biridir. Bu köhnə Lanqedok əyalətinin ərazisində meydana gəlir və adı Tarn çayına əsasən adlandırılmışdır.
Yann Martel
Yann Martel(ing. Yann Martel; d. 25 iyun 1963[…], Salamanka, Kastiliya və Leon) — Kanada yazıçısı. Yann Martel, 25 iyun 1963-cü ildə İspaniyanın Salamanka şəhərində kanadalı diplomat ailəsində dünyaya gəlib. Valideynləri ilə birlikdə Avropanı, Mərkəzi və Şimali Amerikanı dolaşıb, Alyaskada, Kosta-Rikada yaşayıb. Yaşa dolduqdan sonra Türkiyəyə və Hindistana səyahət edib. Kanadanın Trent Universitetində fəlsəfə öyrənib, yoqa ilə məşğul olub. Y.Martelin ikinci romanı olan “Pinin həyatı” yazıçıya böyük uğur qazandırıb, bu əsərə görə 2002-ci ildə Booker mükafatınına layiq görülüb. Əsərdə 15 yaşlı yeniyetmə Pinin başına gələn inanılmaz hadisələr, onun Sakit Okeanda kiçik bir qayıqda amansız təbiətə və onunla birlikdə sağ qalmış vəhşi pələngə qarşı müqaviməti, yaşamaq uğrunda mübarizəsi öz əksini tapıb.
Yari Litmanen
Yari Litmanen (20 fevral 1971[…], Lahti[d]) ― Finlandiya keçmiş futbolçusu. Ayaks, Barselona, Liverpul kimi komandaların formasını geymişdir. 2005 ildə son 50 ilin ən yaxşı Finlandiyalı fubolçusu seçilib. İlk dəfə futbola Reypas klubunuda başlayan Yari 1992-ci ildə Ayaksın məşqçisi tərəfindən kəşf edilir və Ayaksın cavanlar klubuna daxil olur. Kiçik yaşlarından futbola olan marağı onu futbolunu daha da profesyonallaşdırmağa meyl etdirir. Bir mövsüm Ayaksın cavanlar klubunda oynadıqdan sonra 1993-cü ildə məşqçi Luiz Fan Qaal Litmaneni əsas heyətə daxil edirdi. 1994-cü ildə Ayaksın əsas heyətinə daxil olan Litmanen ilk maçtlardan öz oyununu Fan Qaala bəyəndirə bilir və nəticədə Litmanen Ayaksın "10" nömrəli formasına və 11 nəfərlik əsas heyətin dəyişilməz adamlarından birisi olur. 1994-95 mövsümündə Ayaks, çempionlar liqası, Hollandiya çempionatı və Hollandiya kubokunda mübarizə aparırdı. Heyətində Patrik Kluvert, Klaren Sidorf, Mark Overmars, Edvin Van Der Saar kimi futbolçular olan Ayaks, 1994-95 mövsümünü; Çempionlar Liqası, Hollandiya çempionatı və kuboku, Avropa super kuboku, UEFA Qitələrarası kubokları ilə başa vurur. Litmanen isə ümumiliklə 42 oyunda 27 top vuraraq komandasının bu möhtəşən kubok seriyasını qazanmasında böyük rol oynayırdı.
Yarı günbəz
Yarım günbəz — bir binada yarı dairəvi bir sahə tutan və yarım günbəz şəklində olan bir memarlıq elementidir. Qədim Roma memarlığında apsislərdə, ənənəvi kilsə memarlığında, İslam memarlığındakı məscidlər və eyvanlarda tez-tez istifadə olunurdu.
Parn dili
Parn dili — müasir Türkmənistanın cənub-qərbində, Xəzər dənizinin şərqində yaşamış qədim parnların dili. Sak dillərindən biri ola bilər. Parnların e.ə. 250-ci ildə cənubda köçdüyü Parfiya ərazisində danışılan şimal-qərbi İran parf dilindən fərqli olaraq, İran dillərinin şərq qrupuna aid idi. Bundan qısa müddət sonra parnlar parfların qalan hissəsini toplamış və onu güclü mərkəzləşdirilmiş dövlətə çevirmişdilər. Bu dövlət sonradan Parfiya imperiyası olmuşdur.
Endrü Yan
Endrü Yan (ing. Andrew Yang; 13 yanvar 1975, Skenektadi[d], Nyu-York ştatı) — ABŞ siyasətçisi, müvəkkili, sahibkarı və xeyriyyəçisi, "Venture for America" (VFA) təşkilatının qurucusu, 2020-ci il ABŞ prezidentliyinə namizəd. Yan 2000–2009-cu illərdə startap və ilkin inkişaf mərhələsində olan şirkətlərdə qurucu və ya icraçı olaraq işləmişdir. O, "VFA" təşkilatının təsis etdikdən sonra 2012-ci ildə Obama adminstrasiyası tərəfindən "Dəyişiklik çempionu", 2015-ci ildə isə "Qlobal sahibkarlıq üzrə prezident səfiri" seçilmişdir. 2017-ci ilin noyabr ayında Yan Demokrat Partiyası üçün 2020-ci il ABŞ prezidentliyinə namizədliyini irəli sürmüşdür. Onun əsas siyasəti özünün adlandırdığı kimi "Azadlıq dividendi" – 18 yaşından böyük hər ABŞ vətəndaşı üçün nəzərdə tutulmuş şərtsiz baza gəliri (ŞBG) növüdür. Yan inanır ki, ŞBG avtomatizasiyanın işçi qüvvəsi ilə əlaqədar problemlərə gətirib-çıxaran sürətli inkişafına qaçılmaz cavabdır. Onun platformasının digər iki mərkəzi elementi universal səhiyyə və "bəşəriyyətə əsaslanan kapitalizm"dir. Onun kampaniya saytında 1000-dən çox siyasi təklif qeyd edilmişdir. == Həyatı == Yan 1975-ci ilin yanvarın 13-də Skenektadi şəhərində anadan olub.
Kapustin Yar
Kapustin Yar (rus. Капустин Яр) — Rusiyanın Həştərxan vilayətinin Znamensk şəhərində yerləşən bir kosmik bazadır. Müəssisə 1946-cı ildə məğlub edilmiş Almaniyadan əldə edilmiş texnologiya, materiallar və elmi dəstək ilə inşa edilmişdir. Rus ordusu üçün sınaq raketlərindən əlavə peyk və meteoroloji raketlər də buraxıldı. Müəssisənin yerləşdiyi Znamensk şəhəri bazaya xidmət etmək üçün qurulmuşdur.
Min Yan
Min Yan (20 fevral 1963) — İtaliyanı təmsil edən stolüstü tennisçi. Min Yan İtaliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Mo Yan
Mo Yan (çin. sadə. 莫言, pinyin: Mò Yán, hərfi mənası: "Mo Yan"; 17 fevral 1955) — müasir Çin yazıçısı, Honkonq Açıq Universitetinin fəxri filologiya doktoru, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2012). Daha çox Mo Yan təxəllüsü ilə tanınan çinli yazıçı Guan Moye (sadələşdirilmiş Çin dilində: 管谟业; ənənəvi Çin dilində: 管謨業; pinyin yazı metodu ilə: Guǎn Móyè; doğum tarixi: 17 fevral 1955-ci il) roman və kiçik hekayələr müəllifidir. ABŞ-də nəşr olunan məşhur "TIME" jurnalında yazdığı məqaləsində Donald Morrison yazıçını “Çinin ən məşhur, əsərləri tez-tez qadağan edilən və kitabları piratçıların hədəfi olan yazıçılarından biri” adlandırmış, Cim Leç (Jim Leach) isə onu Çinin Frans Kafkası və ya Cozef Helleri hesab etmişdir. Qərbli oxucular Mo Yanı daha sonralar əsasında “Qırmızı kalış” (“Red Sorghum”) filmi çəkilmiş “Qırmızı kalış” və “Kalış şərabı” romanlarından tanıyırlar. 2012-ci ildə Mo Yan “hallüsinasiyalı realizmi vasitəsilə xalq nağıllarını, tarixi və müasir ədəbiyyatı birləşdirən" yazıçı kimi Ədəbiyyat sahəsində Nobel Mükafatına layiq görülmüşdür. Çin dilində “Danışma!” mənasının verən “Mo Yan” yazıçının təxəllüsüdür. ABŞ-nin Bəşəriyyətə Mili Dəstək qurumunun (National Endowment for the Humanities) sədri Cim Leç ilə müsahibə zamanı o bildirmişdi ki, bu ad 1950-ci illərdə Çindəki inqilabi-siyasi vəziyyətlə bağlı olaraq, ata-anasının ona düşüncələrini cəmiyyətdə danışmamaqla bağlı xəbərdarlığı ilə əlaqədardır. Bu təxəllüs eyni zamanda Mo Yanın Çinin siyasi və seksual tarixinin yeni şərhini verən əsərlərinin ana xətti ilə bağlıdır.
Yan Avqusta
Yan (İohann) Avqusta (çex. Jan Augusta, alm. Johann Augusta‎; həmçinin Yan Klobuçnik, çex. Jan Kloboučník; təq. 1500[…], Praqa, Bohemiya tacı torpaqları[d] – 13 yanvar 1572, Mlada-Boleslav) — Çexiya ilahiyyatçısı və təbliğçisi. Avqusta 1500-cü ildə Praqada anadan olmuş və atasının papaq tikmə sənətinə yiyələnmişdir. Çex qardaşlığının rəhbəri olan Yan Avqusta Lüter və Melanxtonun dostu idi. O, əvvəlcə utrakvistlərin təlimlərinə sadiq qalmış, lakin sonra rəhbəri olduğu çex qardaşlarının təlimlərini qəbul etmişdir. Avqusta I Ferdinandın hakimiyyəti dövründə işgəncələrə məruz qalmış və 16 il həbs edilmişdir. O, 1564-cü ildə Maksimilian tərəfindən bir daha təbliğ etməmək şərti ilə azad edilmişdir.
Yan Kubiş
Yan Kubiş (çex. Jan Kubiš; 24 iyun 1913[…], Dolni Vilemovice[d][…] – 18 iyun 1942[…], Praqa[…]) — İkinci Dünya müharibəsi illərində Çexoslovakiya ordusunun rotmistrı, Antropoid əməliyyatının iştirakçısı. Əməliyyat zamanı Bohemiya və Moraviyanın nasist rəhbəri Reynhard Heydrix məhv edilib. Çexoslovakiya Sosialist Respublikasının Milli Qəhrəmanı. Milliyyəti çex idi. 24 iyun 1913-cü ildə Trebiç yaxınlığındakı Dolni Vilemovice şəhərində Frantişek Kubiş və Kristina Mikiskovanın ailəsində anadan olub. Atası əslən Horni-Radslavitzdən idi. O, fabrikdə ayaqqabı ustası işləyirdi, bacısı Aloisiya Lişkovaya məxsus olan 14 nömrəli evdə yaşayırdı. Yan dörd uşağın ikincisi idi. Anası Kristina Mikiskova 1920-ci ildə vəfat etdi (Yan altı yaşında idi).
Yan Çeçot
Yan Antoni Çeçot (pol. Jan Antoni Czeczot (Czeczott), belar. Ян Чачот, lit. Jonas Čečiotas; 24 iyun 1796 – 23 avqust 1847, Druskininkаy, Litva general-qubernatorluğu[d]) — Polşa, Belarus və Litva şairi, folklorşünası və etnoqrafı, Filomatlar Cəmiyyətinin üzvü. Vilna Universitetində Filomatlar Cəmiyyətinin təşkilatçılarından biri olmuşdur. 1824-cü ildə Orenburqa sürgün edilmişdir. Çeçot "Piosnki wieśniacze znad Niemna i Dźwiny, niektóre przysłowia i idiotyzmy w mowie sławiano-krewickiej, z postrzeżeniami nad nią uczonymi" əsərində ləhcə hesab etdiyi belarus dilinin qrammatik və tarixi eskizini vermiş, slavyan dillərinin sanskritlə oxşarlığına dair esse yazmış və nəhayət, atalar sözlərini qeyd etmişdir. Piosnki wieśniacze znad Niemna. We dwóch częściach. Wilno, 1837.
Yan Kilian
Yan Kilian (y.sorb Jan Kilian, ing. John Kilian) — Lüteran pastoru, ABŞ-nin Texas ştatının Serbin şəhərindəki Sorb koloniyasının rəhbəri idi. Yan Kilian 22 mart 1811-ci ildə Hochkirch şəhəri yaxınlığındakı Delani kəndində Matekets ailəsindən anadan olmuşdur. On yaşında atasını itirir və onu əmisi Yan Matejka Neçin kəndində böyütməyə başlayır. Orta təhsilini Rachlau və Bautzen gimnaziyalarında alıb, daha sonra Leypsiq Universitetinin ilahiyyat fakültəsinə daxil olub. 1834-1837-ci illərdə Hochkirchdəki Lüteran kilsəsinin pastoru olub. Əmisinin ölümündən sonra Kotetsy kəndində kilsənin rektoru olur. 1848-ci ildən Şərqi Prussiyanın Veigersdorf şəhərində xidmət etmişdir. 1854-cü ildə o, Şərqi Prussiya və Saksoniyadakı Lüteran kilsələrindən olan 558 nəfərlik qrupa rəhbərlik edir və "Ben Nevis" gəmisi ilə ABŞ-yə yollanır və Ostindən təxminən 80 kilometr şərqdə Sorb koloniyasını qurur. 25 mart 1854-cü ildə onun rəhbərliyi altında Lüteran kilsəsi yaradılır və bu, Lüteran Birliyinin "Lüteran Kilsəsi - Missuri Sinodunun" bir hissəsi olur.
Yan Ryapoş
Yan Ryapoş (slovak. Ján Riapoš; 28 sentyabr 1968, Helpa[d]) — Stolüstü tennis üzrə yarışan slovakiyalı paralimpiyaçı. Dördqat Paralimpiya çempionu və gümüş medalçı. Yalnız Henrite Farkasdan geri qalır (5 qızıl, 1 gümüş, 1 bürünc medal). O, Slovakiya Paralimpiya Komitəsinin sədri və Slovakiya Əlil Atletlər Assosiasiyasının sədridir. O, hazırda 2-ci idman sinfində dördüncü, əlil arabası idmanı kateqoriyasında isə 61-ci yerdədir. 1993-cü ildə avtomobil qəzasına düşərək onurğa beynini zədələyir. 2012-ci ildə Londonda keçirilən Yay Paralimpiya Oyunlarında o, Rastislav Revutski və Martin Ludrovski ilə birlikdə həm fərdi, həm də komanda yarışında qalib gələrək ən böyük uğura imza atır. 2016-cı ildə 47 yaşında Rioda keçirilən Paralimpiya Oyunlarında iştirak edib. Şəxsi turnirdə o, 1/4 finalda çex Jiri Suhanekə uduzaraq, nəticədə beşinci olur.
Yar Əli
Yar Əli vəya Yâr Əli Barani (Farsca : یار علی) Qara Məhəmməd'in oğlu Qaraqoyunlu hökmdarı Qara Yusifin qardaşı və (1396-1403) illəri arasında Qaraqoyunluların Mosul Hakimidir. Qara Məhəmmədin 4 oğlu var idi, Yar Əli , Misir Xoca , Qara Yusif , Bayram bəy qardaşı Bayram bəy atası Qara Məhəmməd ilə birlikdə döyüşdə öldürülmüşdür. Yar Əli Qara Yusif'in Ərciş döyüşü daxil olmaqla 1403-cü ilə qədər olan bütün hərbi yürüşlərində iştirak etmişdir. Yar Əli'də qardaşı Qara Yusif kimi cəsarətli idi , Odur ki Əmir Teymurun ən güclü sərkərdələrindən olan Atlamışı məhz o əsir almışdı. Əsir alınan Atlamış Misir dövləti tərəfindən həpsə atıldı. Qara Yusif 1396-cı ildə Mosul şəhərini Teymurilərdən alaraq qardaşı Yar Əli'yə verdi.Daha öncə bu şəhəri Berdi Xoca oğlu Yar Əli tərəfindən idarə olunurdu və bu bəydə Əmir Teymura bağlılıq bildirmişdi. Qara Yusifin az saylı qoşunu ilə böyük Teymuri qoşunu arasındaki müharibədə Yar Əli'də Qaraqoyunlu ordusunda idi.Qara Yusif ilk gələn 30 minlik orduyu məğlub etsədə ikinci gələn 100 min orduya məğlub oldu.
Yan Hansen
Yan Hansen (15 iyul 1971) — Danimarkanı təmsil edən triatlonçu. Yan Hansen Danimarkanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 44-cü pillədə başa vurdu.
Yan Rehula
Yan Rehula (15 noyabr 1973, Xeb) — Çexiyanı təmsil edən triatlonçu. Yan Rehula Çexiyanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı bürünc medalla başa vurdu.
Yan Zamoyski
Jan "Sobiepan" Zamoyski (9 aprel 1627 və ya 9 yanvar 1627, Zamosç[d], Polşa Krallığı Taxt-tacı – 7 aprel 1665 və ya 2 aprel 1665, Zamosç[d], Polşa Krallığı Taxt-tacı) — Polşa-Litva İttifaqında anadan olmuş bir Polşa zadəganıdır. 1658–1665-ci illər arasında Kiyev voyvodalığının voyvodası olmuşdur. 1627-ci ildə Zamoçda anadan olub. 1637-ci ildə hələ uşaq ikən Podoliyalı general oldu. Marie Casimire Louise ilə 3 mart 1658-ci ildə Varşavada evləndi. Dörd uşağı dünyaya gəldi lakin, bu uşaqların hamısı körpə ikən öldü: Ludwika Maria (aprel 1659 — may 1659). Oğlunun adı bilinmir (yanvar 1660). Katarzyna Barbara (5 dekabr 1660–1662 dekabr).
Çasov Yar
Çasov Yar (ukr. Часів Яр) — Ukraynanın Donetsk vilayətinin Baxmut rayonunda yerləşən şəhər. Çasov Yar Baxmut şəhərindən 10 kilometr qərbdə yerləşir və eyni adlı bölgənin inzibati mərkəzini təşkil etməkdədir. 2022-ci ilin yanvar ayına olan məlumata əsasən şəhərdə 12.250 nəfər əhali yaşamaqda idi. Siverski Donets — Donbas kanalı Çasov Yarın şərqindən keçir. Şəhərin kiçik bir hissəsi – Kanal mikrorayonu şəhərin şərq hissəsində yerləşməkdədir. 1938-ci ildə yaşayış məntəqəsi şəhər tipli qəsəbə statusu almışdır. İkinci Dünya müharibəsi zamanı, 1941-ci ilin oktyabrından 1943-cü ilin sentyabrına qədər şəhər Berlin-Roma-Tokio oxu tərəfindən işğal edilmişdir. Müharibədən sonra şəhərin bərpasına başlanılıb. 1957-ci ildə şəhərdə odadavamlı gil çıxaran müəssisə, odadavamlı materiallar istehsalı müəssisəsi, dörd orta məktəb, iki yeddiillik məktəb, texniki peşə məktəbi, iki Mədəniyyət sarayı, 14 kitabxana, dörd klub və iki stadion fəaliyyət göstərirdi.
Yan Skala
Yan Skala (y.sorb Jan Skala; 17 iyun 1889, Nebelçitsi[d], Almaniya imperiyası – 22 yanvar 1945) — Sorb yazıçısı, şair, publisist və ictimai xadim. Yan skala 17 iyun 1889-cu ildə Sorbianın Nebelçitsi kommunasında fəhlə ailəsində anadan olub. 1901-ci ildə Bautzendəki gimnaziyaya daxil olur, lakin tezliklə vəsait çatışmazlığı səbəbindən məktəbi tərk etmək məcburiyyətində qalır. 1902-ci ildə işçi kurslarını bitirmiş və 1916-cı ilə qədər kimya sənayesi üzrə müxtəlif müəssisələrində çalışmışdır. 1910-cu ildə ilk şeirlərini nəşr etdirdi. Sosial-demokrat mətbuatın qəzetləri üçün qısa məqalələr yazırdı. 1912-ci ildə Sorb mədəni-maarif təşkilatı "Matitsa Serbian"a qoşulur. 1916-cı ildən Birinci Dünya Müharibəsinin Balkanlarda və Rusiyada Şərq Cəbhəsində gedən döyüşlərdə iştirak edib. 1920-ci ildə Sorb Xalq Partiyasının yaradıcılarından biri idi. 1921-ci ildə Sorb qəzetinin "Serbske Nowiny" redaksiyasında işləyib.
Aaron Yan
Aaron Yan (20 noyabr 1986) — Tayvanın mandapop müğənnisi, kommersiya modeli və aktyoru. == Həyatı == O, Faingeyt mandopop vokal kvarteti oğlan qrupunun ən cavan üzvüdür. Mndarin Tayvanin Hokkiyen, Ingils, Yapon ve Kanton dillərində danışmağı bacarır. O, Çin Mədəniyyət Universitesində Jurnalistika ixtisası üzrə və Informasi Yayımında ikinci kurs tələbəsidir.