Yaru “işıqlanmaq” deməkdir. Həmin feildən yaruq sözü düzəlib və “işıq” anlamında işlədilib. Yarın sözü “заря” kimi tərcümə olunub. Deməli, sabah, səhər (bunların hər ikisi alınma sözdür) mənasını verən yarın kəlməsi (R.Rzada yarın sözü işlədilib) “qaranlıqdan (gecədən) sonrakı (işıqlı) vaxt, səhər, sabah” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)