Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yaya
Toponimlər Youssouf (ada) — Yeni Sibir adalarıına daxil olan, Stolbovoy adası ilə Belkovski adası arasında yerləşir. Youssouf (çay) — Youssouf (kənd) — Youssouf (şəhər) — Şəxslər Yaya Ture — "Mançester Siti" və Kot-d’İvuar milli futbol komandasının yarımmüdafiəçisi.
Yaya (ada)
Yaya — Yeni Sibir adalarıına daxil olan, Stolbovoy adası ilə Belkovski adası arasında yerləşir. Ada 2013-ci ildə aşkarlanır. Adanın hündürlüyü 1 metrdən az, laqunlarla birlikdə ölçüləri 370-125 civarındadır. Adanın sahə 500 m² və ya 0,0005 km² təşkil edir. Bununla da Rusiya ərazisi 452 mil² artmışdır (digər məlumata görə 452 km²) Dəniz sularında Rusiyanın ekonomik zonası genişlənmişdir. Ada Tiksidən Temp aerodromunа (Koltelnıy adası) uçuş zamanı 2013-ci ilin sentyabrında ikin Mil Mi-26 helikopterinin ekipajları tərəfindən aşkarlanır (Rusiya hava nəqliyyatının rəhbəri Bladimir Rukavişina). Helikopterlərdən birinin komandiri Aleksandr Matveyev şturmana GPS-naviqatorta adanın yerinin qeyd edilməsini istəyir. Növbəti uçuş zamanı ekipaj üzvləri nəqsədyönlü şəkildə adanı axtarmağa cədh göstərirlər. Naviqatorda olan qeydə görə ada aşkarlanır. Helikopterin ekipajı: Helikopterik kapitanı Aleksandr Matveyev; komandir köməkçisi Pavel Sayapin; şturman Vasili Ryabnin; iknci texnik Aleksandr Karuna; bort texniki Lilian Postu.
Yaya Ture
Nyenyeri Yaya Ture (fr. Gnégnéri Yaya Touré; 13 may 1983, Buake) — "Mançester Siti" və Kot-d'İvuar milli futbol komandasının yarımmüdafiəçisi. Yaya Ture 13 May 1983-cü ildə Sokura-Buakedə anadan olmuşdur. O, 1996-cı ildə ASEC futbol klubunun gənclər akademiyasına dəvət olunmuşdur. Daha sonra o, karyerasını Avropada davam etdirmişdir. Ture 2,5 il Belçikanın Beveren klubunda, 1,5 il isə Metallurq Donetskində oynamışdır. Yaya Ture Olimpiakosa 2005-ci ildə keçdi. Turenin qardaşı Kolo onu yeni Patrik Viera adlandırdı. 2005-ci ildə Eurosport kanalının keçirdiyi sorğuya əsasən Yaya Ture Xavyer Maskerano və Serxio Aquero ilə birlikdə gənc və istedadlı futbolçular adına layiq görülmüşlər. Olimpiakos Tureni Monakoya 4,5 mln avroya satdı.
Sahilə Yaya
Sahilə İbrahimova (1985, Sumqayıt) — Azərbaycan yazıçısı. Feminist yazıçı, esseist, "Karusel" ədəbi jurnalının təsisçisi, "Açıq hava kitabxanası" layihəsinin ideya müəllifi, Prezident təqaüdçüsü (2010/11). "Yaya" təxəllüsü ilə əsərlər yazır. Sahilə İbrahimova 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. 2007-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində tarixçi ixtisası üzrə bakalavr, ardınca yenə həmin universitetin həmin fakültəsində etnologiya-etnopsixologiya ixtisası üzrə magistr dərəcəsi alıb. 2006–2008-ci illərdə Gənclər və İdman Nazirliyinin layihəsi olan "Azərbaycan Gənclər Parlamenti"nin üzvü olub. Ailəlidir, 2 övladı var. İlk hekayəsi "Şirlə Sahilin nağılı" əsəri hələ 8 yaşında ikən "168 saat" qəzetində çap olunmuşdur. Eyni zamanda, o ərəfələrdə Qarabağ münaqişəsindən bəhs edən "Yanmış evin nağılı" adlı tamaşada Nigar rolunu oynayıb. 2006-cı ildən peşəkar ədəbi yaradıcılıqla məşğuldur.
Maya
Maya — qadın adı. Maya Anjelu – Amerikalı şairə. Maya Saviç — Monteneqronu təmsil edən həndbolçu. Maya Zebiç — Xorvatiyanı təmsil edən həndbolçu. Maya Sandu — Moldovalı dövlət və siyasi xadim Maya Bədəlbəyli — Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü Maya Tabakova — Bolqarıstanı təmsil edən bədii gimnast.
Nyaya
Nyaya (sanskr. न्याय, nyāyaIAST, "qanun", "qayda") — hind fəlsəfəsinin altı əsas teist məktəbindən (mimansa, vedanta, yoqa, sankhya, nyaya, vayşeşika) biri . Nyaya e.ə. IV əsrdə yaranmışdır və tədricən vahid fəlsəfi sistemə çevrilmişdir. Nyaya qnesoloji məktəbdir, belə ki, idrak prosesi öyrənilir. İdrakın 4 əsas mənbəyini fərqləndirirlər: qavrayış, nəticə-hökm, şahidlik və analogiya. Bu 4 aspekt insan davranışının motivasiyasını təyin edir. Nyaya məktəbini qərb fəlsəfəsində empirizmlə müqayisə edirlər. Yəni, bu məktəb reallığı - yalnız yoxlamaq və öyrənmək imkanı olan şeyləri hesab edir. Amma "mən", "atman" kimi yoxlanması mümkün olmayan şeyləri təcrübə ilə intuitiv dərk edilə bilməsini söyləyir.
Saya
Saya (və ya Sayaqan) - türk və altay xalq mədəniyyətində bərəkət mərasimi. Qoruyucu ruhu olan Saya xan adına təşkil edilər. Heyvandarlıqla məşğul olan cəmiyyətlərin bərəkəti artırmaq üçün təşkil etdikləri bir mərasimdir. Oyunu aparan adama "Sayacı" deyilir. Qoyunlar doğmağa başlayanda çobanlar kənd kənd ev ev gəzib saya toplayırlar. Sayacılar keçi dərisinə bürünərlər. Saya adı verilən qoşalar (maniler) oxuyarlar. Saya Xan ilə əlaqəli bir mərasimdir. Bundan başqa otlaq, mera kimi mənaları da vardır. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirərlər.
Xaya
Xaya və (lat. testis, yun. orchis, didymis) . Yastılaşmış ellipsoid şəklində olub xayalıqda yerləşmişdir. Forma və həcmcə qoz və ya göyərçin yumurtası ilə müqayisə etmək olar. Hər bir xayanın çıxıq bayır səthi — lat. facies lateralis basıq içəri səthi — lat. facies lateralis, sərbəst ön kənarı — lat. margo anterior, xaya artımı və toxum ciyəsi ilə örtülmüş dal kənarı — lat. margo posterior, yuxarı ucu — lat.
Yana
Yana (çay, Oxot dənizi hövzəsi) — Rusiya Federasiyasının şimali–şərqində, Maqadan vilayətində çay. Yana (çay, Laptevlər dənizi hövzəsi) — Saxa Respublikasında çay.
Yara
Yara — mexaniki təsirdən dəri və selikli qişaların, bədən boşluğunda yerləşən üzvlərin: ürək, ağciyər, qaraciyər, mədə-bağırsaq, böyrəklər, sidik kisəsi və s. tamlığının pozulmasıdır. Mexaniki zədə kəsici, deşici alətlərlə törənirsə və dəri tamlığı pozulursa, bu yaradır. Məsələn, qarına vurulan bıçaqla dəri tamlığı pozulur, mədənin divarında, qaraciyərin parenximasında yara törənir. Qarnın küt zədələnmələri zamanı dəri tamlığı pozulmur və yalnız dalağın zədələnməsi qanaxmaya səbəb olur, bu zaman söhbət yaradan deyil, dalağın cırılmasından getməlidir. Yaranın 3 əsas əlaməti vardır: ağrı, qanaxma, yara səthi. Yaralar əmələgəlmə səbəblərinə, toxumaların zədələnmə xüsusiyyətinə, infeksiyalaşma ehtimalına, yara kanalının bədən boşluqlarına münasibətinə və s. görə təsnif olunur. Əmələ gəlməsinə görə bütün yaralar 2 qrupa bölünür: məqsədyönlü və təsadüfi yaralar. Məqsədyönlü yaralar — özləri də 2 qrupa bölünür: tibbi və kriminal yaralar (müharibələr, qəsd, intiqam, intihar).
Yasa
Yasa (monq. Их засаг хууль) — Çingiz xanın dövründən başlayaraq monqolların qanunlar məcəlləsi belə adlanırdı. Böyük Yasa da deyilirdi. Böyük öndər Çingiz xan (1162–1227) tərəfindən monqol mədəniyyətinə aşılanmışdır; indiki anlamda demokratik cəmiyyət qurmasa da, məhz Çingiz xan həmin dəyərləri monqolların şüuruna hopdurmuşdur. Çingiz xan monqolları demokratiyaya necə yönləndirmişdir? Birincisi , o, xalqın hökuməti idarə edə bilməsinin iki ilkin zəruri şərtini institutlaşdırmışdır. Monqol tayfalarını vahid və müstəqil bir dövlət şəklində birləşdirməklə öz xalqına öz qanunlarını hazırlamaq hüququ vermiş, özündən əvvəlki uyğur əlifbasını monqol dilinə tətbiq etməklə isə öz oğlanlarını və rəsmi dövlət məmurlarını xarici katiblərin asılılığından xilas etmişdir. Bunun da nəticəsində onlar hamının riayət etməli olduğu qanunları yazıya ala və öz tarixlərinin yazılmasına nəzarət edə bilmişlər. Demokratiyanın ilkin şərtləri üçün lazımi şərait yaradan Çingiz xan liberal demokratiyanın bir sıra dəyərlərini praktik surətdə öz hökumətinə də tətbiq etmişdir. Bu dəyərlərdən bir çoxu sonralar ənənəvi monqol mədəniyyətinin tərkib hissəsinə çevrilmişdir.
Yava
Yava (ind. Jawa, yav. ꦗꦮ, sun. ᮏᮝ) — Malayya arxipelaqında ada. Böyük Zond adaları qrupundadır. İndoneziyanın əsas iqtisadi rayonudur. Cənubdan Hind okeanı, şimaldan Yava dənizi ilə əhatələnir. Uzunluğu 1050 km, sahəsi 129438.28 km² və ya İndoneziya ərazisinin (1910931.32 km²) 6.77%-i, əhalisi 141985.6 min nəfər (1 iyun, 2013) və ya İndoneziya əhalisinin (248818.1 min nəfər; 1 iyun, 2013) 57.06%-idir. Adadakı əhalinin 55.44%-ini (75.7 milyon nəfər, 2010) yavalılar təşkil edir. İndoneziyanın I dərəcəli inzibati-ərazi vahidlərindən 6-sı bu adada yerləşir: Banten (9662.92 km²; 11452.5 min nəfər, 2013), Qərbi Yava (35377.76 km²; 45340.8 min nəfər, 2013), Mərkəzi Yava (32800.69 km²; 33264.3 min nəfər, 2013) və Şərqi Yava (47799.75 km²; 38363.2 min nəfər, 2013) əyalətləri, həmçinin Xüsusi Paytaxt Dairəsi Cakarta (664.01 km²; 9969.9 min nəfər, 2013) və Cokyakarta Xüsusi Bölgəsi (3133.15 km²; 3594.9 min nəfər, 2013).
Yayd
𐕡 (səslənməsi /w/, transkripsiyası W, w) — Alban əlifbasının 50-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Յայդ (Yayd) kimi verilmişdir. Bütün tədqiqatçılar bu cür adlandırma və transkripsiya ilə razıdır. Bu hərf On hərfindən sonra gələndə diqraf yaradır və /u/ səsini verir. Nümunələr: Jost Gippertin fikrincə bu hərf həm də Aor hərfi ilə birləşərək Ün diqrafını yaradır. Bundan əlavə, bu hərf həmçinin özündən əvvəlki saitlərə qoşularaq ona dodaqlaşma effekti verir. Məsələn, alb. 𐔰𐕡𐔲𐕒𐕡𐕚𐕜𐕒𐕚 (Awgusṭos) 'Avqust' kimi. Mingəçevir yazılarında da bu hərfə dəfələrlə rast gəlinmişdir.
Yayla
Yayla və ya Dağlıq plato — Dəniz səviyyəsindən 500 metrdən çox hündürlüyü olan düzənliklərə yaylalar deyilir. Denudasiya mənşəlidir. Denudasiya prosesləri nəticəsində alçalmış dağ silsilələrinin və dəniz səviyyəsindən yüksəkdə yerləşmiş düzənlik sahələrin növbələşməsi ilə səciyyələnir. Düzənliklər quru iqlim şəraitində dağların uçulma məhsullarının dağarası çökəklərdə toplanmasından və ya çökəyin vulkan materialları (lava, vulan külü) ilə dolmasından əmələ gəlir (məsələn, Anadolu yaylası, Şərqi Pamir, Burqund yaylası, Qarabağ vulkanik yaylası və s). Ən hündür yayla Himalay dağ sistemində yerləşən Tibet yaylasıdır. ASE, V cild, Bakı, 1981, səh.
Yayma
Yayma (texnika) — mexaniki emal üsuludur. Yayma (qida) — çörək növü.
Qaya
Süxur — Yer qabığını əmələ gətirən bii mineral birləşmədir. Mənşəyinə görə süxurlar müxtəlif qruplara bölünür: Ana süxurları torpaqəmələgətirən süxurlar üçün əsas sayılır, onların üst qatlarından torpaq yaranır. Süxurların xüsusiyyətləri torpağın kimyəvi və fiziki xassələrinə müəyyən qədər təsir göstərir. Qranit üzərində əsasən az münbit torpaqlar əmələ gəlir. Bazalt süxurlar isə münbit torpağın yaranması üçün qiymətli material hesab olunur. Landşaftın, hidroqrafiyanın və bitki örtüyünün xüsusiyyəti dağ süxurlarının xarakteri və formasından asılıdır. Maqmanın yer qabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara maqmatik süxurlar deyilir. (Məsələn:Qranit, Siyenit, Trakit, Andezit, Latit, Diyorit, Qabro, Obsidian, Monsonit, Perlit, Riolit, Qranodiorit, Bazalt, Harzburgit, Diabaz və s.) Maqmatik süxurlar da özlüyündə 2 qrupa bölünür: Effuziv- Maqma püskürüb yer səthinə çıxaraq aşağı temperatur və toyiq şəraitində soyuduqda yaranan süxurlar İntruziv — maqma yer səthinə çatmayıb yüksək təzyiq şəraitində müəyyəndərinlikdə yavaş-yavaş soyuyub kristallaşaraq yaranan süxurları deyilir. Maqmatik süxurların xarici təsirlər nəticəsində(hava, su, külək və s.) kiçik parçalara bölünməsilə meydana gələn süxurlara deyilir. (Məsələn:Qumdaşı, Gildaşı, Konqlomera və s.) Sedimental süxurların növləri: Mexaniki Sedimentar süxurlar Kimyəvi Sedimentar süxurlar Üzvi Sedimentar süxurlar Metomorfik süxurlar — yerin daxilində olduğu yerdəcə çöküntü süxurlarından yaranmışdır.
Raya
Raya — qadın adı. Raya Mustafayeva — Azərbaycanda ilk ornitoloq qadın, biologiya elmləri namizədi. Raya Nəcəfova — kimyaçı alim, professor, kimya üzrə elmlər doktoru.
Aya
Aya (ilahə) — Akkad mifologiyasında işıq ilahəsi, günəş ilahı Şamaşın həyat yoldaşı. Aya (ad) — ad.
Yay
Yay — ilin dörd fəslindən biri. Yay, ən isti mövsümdür. Şimal yarımkürəsinin ən uzun günləri yayda reallaşır. Dünya istiliyi anbar etdiyi üçün ən isti günlər ümumiyyətlə təxminən iki ay sonra ortaya çıxar. İsti günlər Şimali Yarım Kürənin 21 İyun ilə 22 Sentyabr arasında, Cənub Yarım Kürənin isə 22 Dekabr ilə 21 Mart arasındadır. Yay mövsümündə insanlar təbiətin gözəlliklərindən faydalanma imkanıları tapır. İnsan sağlamlığına böyük faydası olan və sümüklərin inkişafı üçün lazım olan D vitamini, günəş şüalarından alınır. Yazın insanlar dərisinə və bəzi xəstəliklərin yaxşı gələn dəniz suyu və dəniz qumundan faydalanılırlar. Günəş duşları romatizmalar üçün çox faydalıdır. Günəşin qüvvətli şüaları bir çox xəstəlikləri yox edir və yaxşılaşdırir.
Gəlin qaya
Gəlinqaya (Daşkəsən) — Daşkəsən rayonunda kənd. Gəlinqaya (Şahbuz) — Şahbuz rayonunda dağ. Gəlinqaya (Şərur) — Şərur rayonunda dağ. Gəlinqaya (Mərənd) — Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd.
Kahya Yahya
Kaya (Micikenda)
Kaya (cəmdə Makaya və ya kayas) — Keniyanın sahil vilayətində qədim Micikenda xalqının müqəddəs meşələri. Kaya meşəsi ritual gücün və mədəni şəxsiyyətin mənbəyi hesab olunur; və həmçinin bu etnik qrupun üzvləri üçün dua yeridir. Yaşayış məntəqəsi, ritual mərkəz və meşə ilə əlaqəli möhkəmləndirilmiş korpus da kaya meşəsinin bir hissəsidir. Günümüzdə kaya Micikanda xalqının ənənəvi bir təşkilat vahidi olaraq da xatırlanır. Təxminən 30 ayrı meşənin on biri bir yerə qruplaşdırılmış və Müqəddəs Micikenda Kaya Meşələri olaraq UNECKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Coğrafiya == Keniyada 50-dən çox kaya müəyyən edilmişdir. Onların hər biri 30 ilə 300 hektar arasında ölçülmüşdür. Bu ərazilər Keniyanın cənub sahili boyu yerləşən düzənliklərdə, Mombasa və Kilifi şəhərləri arasındakı 200 kilometr (120 mil) sahil xəttinə səpələnmişdir. Əksər kaya-lara ziyarətçilərin girməsinə icazə verilməsə də, Diani Çimərliyindəki 30 hektarlıq meşə olan Kaya Kinondoya ziyarətçilərin girməsi mümkündür və buna görə də Kaya Kinondo Ekoturizm Layihəsinin himayəsi altındadır. == Tarix == Bir çox kaya əvvəlcə müxtəlif etnik qrupların istehkam tipli kəndləri idi.
Kaya Kallas
Kaya Kallas (est. Kaja Kallas; 18 iyun 1977, Tallin, Estoniya Sovet Sosialist Respublikası) — Estoniyalı vəkil, siyasətçi və dövlət xadimi. Reform Partiyasının sədri. 26 yanvar 2021-ci ildən bəri Estoniyanın hazırkı baş naziri. Keçmişdə Avropa Liberallar və Demokratlar İttifaqında Avropa Parlamentinin (2014-2018) və Estoniya Parlamentinin (2011-2014, 2019-2021) üzvü. == Bioqrafiyası == 18 iyun 1977-ci ildə Tallində anadan olub. Kaya Kallas Reform Partiyasının keçmiş sədri və Avropa Komissiyasının keçmiş vitse-prezidenti Siim Kallasın qızıdır. 1995-ci ildə Kaya Kallas yetkinlik sertifikatı imtahanından keçir. 1999-cu ildə Tartu Universitetinin Hüquq Fakültəsini Hüquq ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib, bundan sonra Avropa və Estoniyanın rəqabət hüququ üzrə vəkil işləmişdir (vəkil kimi fəaliyyət hüququ 2011-ci ildə başa çatmışdır). Ayrıca 1996-cı ildən bəri peşəkar bir teatr rejissorunun köməkçisi olaraq çalışır.
Kaya ayıcası
Kaya ayıcası (lat. Arctia caja) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin erebidlər fəsiləsinin ayıca cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açılmış halda 65 – 68 mm-dir. Ön qanadlar tünd qəhvəyi rəngdədir, azacıq qırmızıya çalır. Üzərində sarımtıl-ağ rəngdə zolaqlar var. Qanadın zirvəsinə yaxın eninə yerləşən sarğı enli, ona birləşən və digər ucu qanadın daxiin kənarına doğru uzanan zolaq isə ensizdir. Buradan qanadın əsasına doğru uzanan zolaq qanadın əsasına birləşir və burada bir neçə yerə haçalanır. Arxa qanadlar açıq qırmızı rəngdədir, əsasına yaxın bir böyük qara ləkə, yanlarında isə iki kiçik qara ləkə vardır. Qanadın kənarında 1 kiçik, 2 böyük qara naxış yerləşir. Döşün üzəri ön qanadın rəngində tüklərlə örtülüdür.
Kaya konfederasiyası
Qaya krallığı — Koreyanın cənubunda yerləşmişdir və 42-562-ci illərdə mövcud olmuşdur. == Tarix == Qaya konfederasiyası 391-412-ci illərdə Goguryeo krallığının təsiri altında zəiflədi. Ancaq krallıq 562-ci ildə Şila krallığı tərəfindən işğal edilənə qədər müstəqilliyini saxladı. İşğalın səbəbi Qaya krallığının Şila krallığı əleyhinə Bekçe krallığı ilə ittifaqda olması idi.