Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yaya
ToponimlərYoussouf (ada) — Yeni Sibir adalarıına daxil olan, Stolbovoy adası ilə Belkovski adası arasında yerləşir. Youssouf (çay) — Youssouf (kənd) — Youssouf (şəhər) —ŞəxslərYaya Ture — "Mançester Siti" və Kot-d’İvuar milli futbol komandasının yarımmüdafiəçisi.
Yaya (ada)
Yaya — Yeni Sibir adalarıına daxil olan, Stolbovoy adası ilə Belkovski adası arasında yerləşir. Ada 2013-ci ildə aşkarlanır. Adanın hündürlüyü 1 metrdən az, laqunlarla birlikdə ölçüləri 370-125 civarındadır. Adanın sahə 500 m² və ya 0,0005 km² təşkil edir. Bununla da Rusiya ərazisi 452 mil² artmışdır (digər məlumata görə 452 km²) Dəniz sularında Rusiyanın ekonomik zonası genişlənmişdir. == Açılış tarixi == Ada Tiksidən Temp aerodromunа (Koltelnıy adası) uçuş zamanı 2013-ci ilin sentyabrında ikin Mil Mi-26 helikopterinin ekipajları tərəfindən aşkarlanır (Rusiya hava nəqliyyatının rəhbəri Bladimir Rukavişina). Helikopterlərdən birinin komandiri Aleksandr Matveyev şturmana GPS-naviqatorta adanın yerinin qeyd edilməsini istəyir. Növbəti uçuş zamanı ekipaj üzvləri nəqsədyönlü şəkildə adanı axtarmağa cədh göstərirlər. Naviqatorda olan qeydə görə ada aşkarlanır. Helikopterin ekipajı: Helikopterik kapitanı Aleksandr Matveyev; komandir köməkçisi Pavel Sayapin; şturman Vasili Ryabnin; iknci texnik Aleksandr Karuna; bort texniki Lilian Postu.
Yaya Ture
Nyenyeri Yaya Ture (fr. Gnégnéri Yaya Touré; 13 may 1983, Buake) — "Mançester Siti" və Kot-d'İvuar milli futbol komandasının yarımmüdafiəçisi. == Karyerası == Yaya Ture 13 May 1983-cü ildə Sokura-Buakedə anadan olmuşdur. O, 1996-cı ildə ASEC futbol klubunun gənclər akademiyasına dəvət olunmuşdur. Daha sonra o, karyerasını Avropada davam etdirmişdir. Ture 2,5 il Belçikanın Beveren klubunda, 1,5 il isə Metallurq Donetskində oynamışdır. === Olimpiakos === Yaya Ture Olimpiakosa 2005-ci ildə keçdi. Turenin qardaşı Kolo onu yeni Patrik Viera adlandırdı. 2005-ci ildə Eurosport kanalının keçirdiyi sorğuya əsasən Yaya Ture Xavyer Maskerano və Serxio Aquero ilə birlikdə gənc və istedadlı futbolçular adına layiq görülmüşlər. === Monako === Olimpiakos Tureni Monakoya 4,5 mln avroya satdı.
Maya
Maya — qadın adı. Maya Anjelu – Amerikalı şairə. Maya Saviç — Monteneqronu təmsil edən həndbolçu. Maya Zebiç — Xorvatiyanı təmsil edən həndbolçu. Maya Sandu — Moldovalı dövlət və siyasi xadim Maya Bədəlbəyli — Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü Maya Tabakova — Bolqarıstanı təmsil edən bədii gimnast.
Nyaya
Nyaya (sanskr. न्याय, nyāyaIAST, "qanun", "qayda") — hind fəlsəfəsinin altı əsas teist məktəbindən (mimansa, vedanta, yoqa, sankhya, nyaya, vayşeşika) biri . Nyaya e.ə. IV əsrdə yaranmışdır və tədricən vahid fəlsəfi sistemə çevrilmişdir. Nyaya qnesoloji məktəbdir, belə ki, idrak prosesi öyrənilir. İdrakın 4 əsas mənbəyini fərqləndirirlər: qavrayış, nəticə-hökm, şahidlik və analogiya. Bu 4 aspekt insan davranışının motivasiyasını təyin edir. Nyaya məktəbini qərb fəlsəfəsində empirizmlə müqayisə edirlər. Yəni, bu məktəb reallığı - yalnız yoxlamaq və öyrənmək imkanı olan şeyləri hesab edir. Amma "mən", "atman" kimi yoxlanması mümkün olmayan şeyləri təcrübə ilə intuitiv dərk edilə bilməsini söyləyir.
Saya
Saya (və ya Sayaqan) - türk və altay xalq mədəniyyətində bərəkət mərasimi. Qoruyucu ruhu olan Saya xan adına təşkil edilər. Heyvandarlıqla məşğul olan cəmiyyətlərin bərəkəti artırmaq üçün təşkil etdikləri bir mərasimdir. Oyunu aparan adama "Sayacı" deyilir. Qoyunlar doğmağa başlayanda çobanlar kənd kənd ev ev gəzib saya toplayırlar. Sayacılar keçi dərisinə bürünərlər. Saya adı verilən qoşalar (maniler) oxuyarlar. Saya Xan ilə əlaqəli bir mərasimdir. Bundan başqa otlaq, mera kimi mənaları da vardır. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirərlər.
Xaya
Xaya və ya Toxumluq (lat. testis, yun. orchis, didymis) — yastılaşmış ellipsoid şəklində olub xayalıqda yerləşmişdir. Forma və həcmcə qoz və ya göyərçin yumurtası ilə müqayisə etmək olar. Hər bir xayanın çıxıq bayır səthi — lat. facies lateralis basıq içəri səthi — lat. facies lateralis, sərbəst ön kənarı — lat. margo anterior, xaya artımı və toxum ciyəsi ilə örtülmüş dal kənarı — lat. margo posterior, yuxarı ucu — lat. exterimitas superior və aşağı ucu — lat.
Yana
Yana (çay, Oxot dənizi hövzəsi) — Rusiya Federasiyasının şimali–şərqində, Maqadan vilayətində çay. Yana (çay, Laptevlər dənizi hövzəsi) — Saxa Respublikasında çay.
Yara
Yara — mexaniki təsirdən dəri və selikli qişaların, bədən boşluğunda yerləşən üzvlərin: ürək, ağciyər, qaraciyər, mədə-bağırsaq, böyrəklər, sidik kisəsi və s. tamlığının pozulmasıdır. Mexaniki zədə kəsici, deşici alətlərlə törənirsə və dəri tamlığı pozulursa, bu yaradır. Məsələn, qarına vurulan bıçaqla dəri tamlığı pozulur, mədənin divarında, qaraciyərin parenximasında yara törənir. Qarnın küt zədələnmələri zamanı dəri tamlığı pozulmur və yalnız dalağın zədələnməsi qanaxmaya səbəb olur, bu zaman söhbət yaradan deyil, dalağın cırılmasından getməlidir. Yaranın 3 əsas əlaməti vardır: ağrı, qanaxma, yara səthi. == Yaraların təsnifatı == Yaralar əmələgəlmə səbəblərinə, toxumaların zədələnmə xüsusiyyətinə, infeksiyalaşma ehtimalına, yara kanalının bədən boşluqlarına münasibətinə və s. görə təsnif olunur. Əmələ gəlməsinə görə bütün yaralar 2 qrupa bölünür: məqsədyönlü və təsadüfi yaralar. Məqsədyönlü yaralar — özləri də 2 qrupa bölünür: tibbi və kriminal yaralar (müharibələr, qəsd, intiqam, intihar).
Yasa
Yasa (monq. Их засаг хууль) — Çingiz xanın dövründən başlayaraq monqolların qanunlar məcəlləsi belə adlanırdı. Böyük Yasa da deyilirdi. == Tarixi == Böyük öndər Çingiz xan (1162-1227) tərəfindən monqol mədəniyyətinə aşılanmışdır; indiki anlamda demokratik cəmiyyət qurmasa da, məhz Çingiz xan həmin dəyərləri monqolların şüuruna hopdurmuşdur. Çingiz xan monqolları demokratiyaya necə yönləndirmişdir? Birincisi , o, xalqın hökuməti idarə edə bilməsinin iki ilkin zəruri şərtini institutlaşdırmışdır. Monqol tayfalarını vahid və müstəqil bir dövlət şəklində birləşdirməklə öz xalqına öz qanunlarını hazırlamaq hüququ vermiş, özündən əvvəlki uyğur əlifbasını monqol dilinə tətbiq etməklə isə öz oğlanlarını və rəsmi dövlət məmurlarını xarici katiblərin asılılığından xilas etmişdir. Bunun da nəticəsində onlar hamının riayət etməli olduğu qanunları yazıya ala və öz tarixlərinin yazılmasına nəzarət edə bilmişlər. Demokratiyanın ilkin şərtləri üçün lazımi şərait yaradan Çingiz xan liberal demokratiyanın bir sıra dəyərlərini praktik surətdə öz hökumətinə də tətbiq etmişdir. Bu dəyərlərdən bir çoxu sonralar ənənəvi monqol mədəniyyətinin tərkib hissəsinə çevrilmişdir.
Yava
Yava (ind. Jawa, yav. ꦗꦮ, sun. ᮏᮝ) — Malayya arxipelaqında ada. Böyük Zond adaları qrupundadır. İndoneziyanın əsas iqtisadi rayonudur. Cənubdan Hind okeanı, şimaldan Yava dənizi ilə əhatələnir. Uzunluğu 1050 km, sahəsi 129438.28 km² və ya İndoneziya ərazisinin (1910931.32 km²) 6.77%-i, əhalisi 141985.6 min nəfər (1 iyun, 2013) və ya İndoneziya əhalisinin (248818.1 min nəfər; 1 iyun, 2013) 57.06%-idir. Adadakı əhalinin 55.44%-ini (75.7 milyon nəfər, 2010) yavalılar təşkil edir. İndoneziyanın I dərəcəli inzibati-ərazi vahidlərindən 6-sı bu adada yerləşir: Banten (9662.92 km²; 11452.5 min nəfər, 2013), Qərbi Yava (35377.76 km²; 45340.8 min nəfər, 2013), Mərkəzi Yava (32800.69 km²; 33264.3 min nəfər, 2013) və Şərqi Yava (47799.75 km²; 38363.2 min nəfər, 2013) əyalətləri, həmçinin Xüsusi Paytaxt Dairəsi Cakarta (664.01 km²; 9969.9 min nəfər, 2013) və Cokyakarta Xüsusi Bölgəsi (3133.15 km²; 3594.9 min nəfər, 2013).
Yayd
𐕡 (səslənməsi /w/, transkripsiyası W, w) — Alban əlifbasının 50-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Յայդ (Yayd) kimi verilmişdir. Bütün tədqiqatçılar bu cür adlandırma və transkripsiya ilə razıdır. Bu hərf On hərfindən sonra gələndə diqraf yaradır və /u/ səsini verir. Nümunələr: Jost Gippertin fikrincə bu hərf həm də Aor hərfi ilə birləşərək Ün diqrafını yaradır. Bundan əlavə, bu hərf həmçinin özündən əvvəlki saitlərə qoşularaq ona dodaqlaşma effekti verir. Məsələn, alb. 𐔰𐕡𐔲𐕒𐕡𐕚𐕜𐕒𐕚 (Awgusṭos) 'Avqust' kimi. Mingəçevir yazılarında da bu hərfə dəfələrlə rast gəlinmişdir.
Yayla
Yayla və ya Dağlıq plato — Dəniz səviyyəsindən 500 metrdən çox hündürlüyü olan düzənliklərə yaylalar deyilir. Denudasiya mənşəlidir. Denudasiya prosesləri nəticəsində alçalmış dağ silsilələrinin və dəniz səviyyəsindən yüksəkdə yerləşmiş düzənlik sahələrin növbələşməsi ilə səciyyələnir. Düzənliklər quru iqlim şəraitində dağların uçulma məhsullarının dağarası çökəklərdə toplanmasından və ya çökəyin vulkan materialları (lava, vulan külü) ilə dolmasından əmələ gəlir (məsələn, Anadolu yaylası, Şərqi Pamir, Burqund yaylası, Qarabağ vulkanik yaylası və s). Ən hündür yayla Himalay dağ sistemində yerləşən Tibet yaylasıdır. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Yayma
Yayma (texnika) — mexaniki emal üsuludur. Yayma (qida) — çörək növü.
Qaya
Süxur — Yer qabığını əmələ gətirən təbii mineral birləşmədir. Mənşəyinə görə süxurlar müxtəlif qruplara bölünür: == Torpaqəmələgətirən süxurlar == Ana süxurları torpaqəmələgətirən süxurlar üçün əsas sayılır, onların üst qatlarından torpaq yaranır. Süxurların xüsusiyyətləri torpağın kimyəvi və fiziki xassələrinə müəyyən qədər təsir göstərir. Qranit üzərində əsasən az münbit torpaqlar əmələ gəlir. Bazalt süxurlar isə münbit torpağın yaranması üçün qiymətli material hesab olunur. Landşaftın, hidroqrafiyanın və bitki örtüyünün xüsusiyyəti dağ süxurlarının xarakteri və formasından asılıdır. == Maqmatik süxurlar == Maqmanın yer qabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara deyilir. (Məsələn:Qranit, Siyenit, Trakit, Andezit, Latit, Diyorit, Qabro, Obsidian, Monsonit, Perlit, Riolit, Qranodiorit, Bazalt, Harzburgit, Diabaz və s.) Maqmatik süxurlar da özlüyündə 2 qrupa bölünür: Effuziv- Maqma püskürüb yer səthinə çıxaraq aşağı temperatur və toyiq şəraitində soyuduqda yaranan süxurlar İntruziv — maqma yer səthinə çatmayıb yüksək təzyiq şəraitində müəyyəndərinlikdə yavaş-yavaş soyuyub kristallaşaraq yaranan süxurları deyilir. == Sedimental süxurlar == Maqmatik süxurların xarici təsirlər nəticəsində(hava, su, külək və s.) kiçik parçalara bölünməsilə meydana gələn süxurlara deyilir. (Məsələn:Qumdaşı, Gildaşı, Konqlomera və s.) Sedimental süxurların növləri: Mexaniki Sedimentar süxurlar Kimyəvi Sedimentar süxurlar Üzvi Sedimentar süxurlar == Metamorfik süxurlar == Metomorfik süxurlar — yerin daxilində olduğu yerdəcə çöküntü süxurlarından yaranmışdır.
Raya
Raya — qadın adı. Raya Mustafayeva — Azərbaycanda ilk ornitoloq qadın, biologiya elmləri namizədi. Raya Nəcəfova — kimyaçı alim, professor, kimya üzrə elmlər doktoru.
Aya
Aya (Türk mifologiyası)
Yay
Yay — ilin dörd fəslindən biri. == Məzmun == Yay, ən isti mövsümdür. Şimal yarımkürəsinin ən uzun günləri yayda reallaşır. Dünya istiliyi anbar etdiyi üçün ən isti günlər ümumiyyətlə təxminən iki ay sonra ortaya çıxar. İsti günlər Şimali Yarım Kürənin 21 İyun ilə 22 Sentyabr arasında, Cənub Yarım Kürənin isə 22 Dekabr ilə 21 Mart arasındadır. Yay mövsümündə insanlar təbiətin gözəlliklərindən faydalanma imkanıları tapır. İnsan sağlamlığına böyük faydası olan və sümüklərin inkişafı üçün lazım olan D vitamini, günəş şüalarından alınır. Yazın insanlar dərisinə və bəzi xəstəliklərin yaxşı gələn dəniz suyu və dəniz qumundan faydalanılırlar. Günəş duşları romatizmalar üçün çox faydalıdır. Günəşin qüvvətli şüaları bir çox xəstəlikləri yox edir və yaxşılaşdırir.
"Qaya" qrupu
"Qaya" — 1961-ci ildən 1988-ci ilə qədər fəaliyyət göstərmiş Azərbaycan vokal kvarteti. Qrupun heyətinə Arif Hacıyev, Lev Yelisavetski, Rauf Babayev və Tofiq Mirzəyev daxil idi. Qrup Azərbaycan, ingilis, ispan, polyak və rus dilində mahnılar ifa etmişdir. 1961-ci ildə Rauf Hacıyev qrupu Azərbaycan Dövlət Estrada Orkestrində işləməyə dəvət etdikdən, "Qaya" böyük səhnəyə gəldi. Qrup müxtəlif dövrlərdə Fərəc Qarayev, Fikrət Əmirov, Rauf Hacıyev, Tofiq Babayev, Tofiq Quliyev, Vasif Adıgözəlov və digər bəstəkarla iş görmüşdür. == Tarixi == === Qrupun yaranması === 1960-cı illərinin əvvəllərində Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alan dörd gənc — Arif Hacıyev, Adil Nəzərov, Rauf Babayev və Teymur Mirzəyev vokal kvartet yaratmaq fikrinə düşürlər. Qrupun ilk çıxışları tələbə yığıncaqlarında və musiqi məktəbinin kiçik otaqlarında baş tutur. 1961-ci ildə kvartet bəstəkar Rauf Hacıyev rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində "Qoscaz" adlandırdılan kollektivə işə dəvət edilir. O zaman kollektiv "Bakı vokal kvarteti" adlanırdı. Azərbaycan Dövlət Estrada Orkestrində çalışdıqları dövrdə Adil Nəzərov ailə vəziyyətilə bağlı kollektivdən gedir və onu Lev Yelisavetski əvəz edir.
Ahmet Kaya
Əhməd Qaya (türk. Ahmet Kaya; 28 oktyabr 1957, Malatya – 16 noyabr 2000, Paris) — türk sənətçi. == Hayatı == Əhməd Qaya 1957-ci ildə Malatyada kürd əsilli ailənin beşinci uşağı olaraq dünyaya gəlib. Əslən Adıyamanlıdır. İlk evliliyindən Çiğdəm, ikinci evliliyindən isə Melis adlı 2 qızı var. == Ölümü == 11 noyabr 2000-ci ildə Parisdə infakt nəticəsində dünyasını dəyişmişdir.
Autodesk Maya
Autodesk Maya - Windows, macOS və Linux-da üçölçülü qrafik redaktordur. Maya geniş 3D-animasiya, modelləşdirmə və vizuallaşdırma funksionalına malikdir. Proqram animasiyalar, mühitlər, hərəkət qrafikləri, virtual reallıq və personajları yaratmaq üçün istifadə olunur. Kino, televiziya və oyun sənayesində geniş tətbiq edilir.
Ayya burnu
Ayya (ukr. Айя, yun. Άγια, krımtat. Ayya, Айя) — Ukraynada, Krımın cənub sahilində, Balaklavanın cənub-şərqində, 13 kilometr uzunluğunda sahil burunu. Ərazi Sevastopolun Balaklavski rayonunun bir hissəsidir. Ayya burnu Krımın cənub sahillərini qərbdən məhdudlaşdırır. Burunun adı yunanca "aios" (άγιος – müqəddəs) sözündəndir. Ehtimal olunur ki, yunanlar bu yerləri müqəddəs hesab etmiş və öz əcdadlarını burada dəfn etmişlər. == Ədəbiyyatda və incəsənətdə == Bəzi tədqiqatçılar hesab edirlər ki, Ayya burnu qədim yunan və Roma coğrafiyaçılarının haqqında bəhs etdiyi əfsanəvi Kriumetopondur. Burun "Ayya burnunda fırtına" (1875) rəsm əsərində rəssam İvan Ayvazovski tərəfindən təsvir edilmişdir.
Ağ Qaya
Ağ Qaya(ukr. Ак-Кая, krımtat. Aq Qaya, Акъ Къая) — Ukraynanın Beloqorsk rayonu, Belaya Skala (1948-ci ilə qədər Ağ Qaya) kəndi yaxınlığında yerləşən qayalı dağ. Böyük-Qarasu çayı vadisindən şaquli ağ qayalı bir divar ucalır. Dəniz səviyyəsindən hündürlüğü 325 m, vadi ilə uçurumun başı arasındakı hündürlük fərqi 100 m-dir. Ağ Qaya adı Krım tatar tərəfindən verilmişdir. Ağ Qaya paleogen əhəngdaşlarının və qumdaşlarının aşınması nəticəsində yaranmışdır. Qayanın yuxarı hissəsində hava şəraiti dirəklər, qruntlar, oval nişlər yaratmışdır. Qaya hissəsinin aşağı hissəsində aşınma məhsulları yığılır. Bəzi yerlərdə eroziya yabanı gül və vələs kolları ilə məhdudlaşdırılır.
Barat Daya
Barat Daya (ind. Pulau Banyak) — Kiçik Zond adalarının şimal-şərq hissəsində yerləşən adalar qrupu. İnzibati baxımından İndoneziyanın Maluku vilayəti, Barat Daya dairəsi ərazisində yerləşir. == Coğrafiyası == Arxipelaqa 1 iri (Vetar (3,6 min km²) və bir neşə kiçik ada daxildir (Roma, Damar, Teun və Nila.). Ərazisi əsasən dağlıqdır. Maksimal hündürlük Vetar (1412 m) adasında yerləşir. Ekvatorial iqlimə malikdir. İl ərzində orta temperatur 25-27 ºС arasında dəyişir. Sıx meşələri savannalar əvəz edir. İl ərzində 2000 mm yağıntı düşür.
Caya Bhaduri
Caya Bhaduri(ing. Jaya Bhaduri, ərlik soyadı Caya Baççan; doğ. 9 aprel 1948, Cabalpur, Madhya-Pradeş, Hindistan) — hind aktrisası və yazıçısı. == Həyatı == Aktrisa, yazıçı, prodüserdir. 9 aprel 1948-ci ildə anadan olmuşdur. İlk dəfə filmə 1963-cü ildə çəkilib. 2001-ci ildə “Həm xoşbəxtlikdə, həm kədərdə” filminə çəkilib. Abhişek Baççanın anasıdır. Ailəlidir, iki övladı var.