Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çayönü
Çayönü (türk. Çayönü) — e.ə. 7250–6600-cü illərdə Türkiyənin cənub-şərqindəki Neolitik yaşayış məskəni. Şərqi Tavr ətəklərində, Erqani ila (vilayət) Diyarbəkir bölgəsində; lil mərkəzindən — Diyarbəkir şəhərindən 40 km şimal-qərbdə yerləşir. == Genetik əlaqələr == Çayönü qəsəbəsi Göbekli Təpə məbəd kompleksi ilə əlaqələndirildi. Onlardan əvvəl Neolit ​​dövrünə aid Hallan-Çemi yaşayış məskəni gəlmişdir. Balkan Neolitikasının "köprüsü" olan Çafer Hoyuk, Nevalı-Çori, Aşiklı-Hüyük, Çatal-Hüyük və Hacılar da genetik olaraq Çayönü ilə əlaqəli idilər. Çayönü mədəniyyətinin sonrakı Sesklo (materik Yunanıstan) və Xalaf (Orta Şərq) mədəniyyətləri ilə ardıcıl əlaqələri izlənilir. == Arxeologiya == Çayönüda ilk qazıntılar 1964–1978-ci illərdə Robert Breydvud tərəfindən həyata keçirilmişdir. Qazıntılar 1985–1991-ci illərdə davam etdirildi.
Cek kanyonu
Cek kanyonu və ya Qudyalçay kanyonu — Şimal-Şərqi Azərbaycanda, eyniadlı çayın orta axı­nında yerləşir və özlüyündə dik yamaclarının hündürlüyü 1000 m-dən çox olan dərin dərəyə cavab verir. Kanyonun yardığı Qızılqaya massivi Cənub-Şərqi Qafqazın təbiətinin bu guşəsinə təkraredilməz kolorit verən müxtəlif rəngli mərmərləşmiş malm-neokom əhəngdaşılarından təşkil olunmuşdur. İki hissə­dən ibarət olan kanyonun birinci Qrızdəhnə hissəsi ekzotik "Minarə" qa­yasın­dan başlayır və çay axarının əksinə, cənub-şərq istiqamətində sağ qolu Ağçayla qovuşduğu yerədək 8 km-dən artıq məsafəyə uzanır. Bu sahədə kan­yonun dibi ilə Qubadan Xınalığa uzanan yol keçir, yamaclar qalın meşə ilə örtülmüş, orta hissədə isə Yarımyaylaq alp çəmənliklərinə gözəl panoram açan halqaşəkilli geniş Qrızdəhnə çuxuru yerləşir. Kanyonun yuxarı Qrız hissəsi Qızılqaya əhəngdaşı massivinin dik yamac­larının arası ilə uzanan çayın eninə istiqamətlənmiş dar hissəsinə cavab verir və praktiki ola­raq antropogen təsirlərə məruz qalmadığından öz ilkin gözəlliyini və əzəmətini qoruyub saxlaya bilmişdir. == Həmçinin bax == Quba-Xınalıq yolu Sumqayıt kanyonu == Mənbə == "Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013.
Dnestr kanyonu
Dnestr kanyonu — Ukraynanın Dnestr çayında formalaşan kanyon. Kanyon ölkənin 4 vilayətinin sərhəddində yerləşir: İvano-Frankovsk, Ternopol, Çernovtsı və Xmelnitski. Ümumi uzunluğu 250 km-dir. Bu göstərici ilə o nəyin ki, Ukraynanın, eləcə də Avropanın ən uzun kanyonlarından biri hesab olunur. 2008-ci ilin 26 avqustunda ümumukrayna internet sorğusu nəticəsində Dnestr kanyonu Ukraynanın 7 təbiət möcüzəsindən biri hesab olunmuşdur. == Ümumi məlumat == Kanyon ərazinin özünəməxsus geoloji quruluşu nəticəsində formalaşmışdır. Bundan başqa, tektonik hərəkətlər, eləcə də su və külək eroziyasının da rolu böyükdür. Kanyonda və onun ətraf hissələrində Dördüncü dövrün çökmə süxurları ilə yanaşı paleozoy erasının Silur dövrünə aid süxurlar da geniş yayılıb. Nırkov kəndi yaxınlığında yerləşən 16 metrlik Curin şəlaləsi bölgənin görməli yerlərindən biri hesab olunur. Çayın sağ qolları az və çox qısadır: 6–16 km arasında dəyişir.
Girdimançay kanyonu
Girdimançay kanyonu Cənub-Şərqi Qafqazın əks yamacında, eyni­adlı çayın orta axarında yerləşir və Lahıc və Namazgah kəndləri arasındakı eninə istiqamətlənmiş hissəsinə cavab verir. Uzunluğu olan kanyon Namaz­gah sinkli­nalının şimal qanadı boyu orta təbaşirin şaquli halda yer­lə­şən tuf-qumdaşıları və tuf-konqlomeratlarının arasından keçib gedir. Dibi, demək olar ki, həmişə çayın gur axan suları ilə dolu olan kanyon əvvəllər Lahıc kəndinə soxulmaq istəyənlərin qabağını kəsən təbii sədd kimi xidmət göstərmişdir. O zaman yalnız dərənin dik şimal yamaçından çətin keçilən çı­ğır (onun izlə­rini indi də görmək mümkündür) mövcud olmuşdur ki, o da kan­yonun girişi ilə birlikdə möhkəm qorunarmış. Vəziyyət ancaq keçən əsrin birinci yarısında dəyişmişdir; belə ki, at-araba və avtomobil nəqliyyatına yol salmaq üçün kanyonun sıldırımlı cənub yamacında partlayış üsulu ilə, Azərbaycanda yol tikintisinin özünəməxsus abidəsi sayılan ensiz karniz açılmışdır.
Loytaş kanyonu
Loytaş (alm. Leutaschklamm‎) ― Almaniyanın Bavariya vilayəti və Avstriyanın Tirol torpağının sərhəddi boyunca axan Loytaşer-Açe çayı üzərində kanyon. Ümumi uzunluğu 1 650 metr olan Loytaş şərqi Alp dağlarındakı ən uzun kanyondur. Kanyon olduqca dik divarlara sahibdir və 2006-cı ilə qədər turistlərə açılmamışdır. Kanyonun turizm üçün uyğun hala gətirilməsi üçün Aİ-nın da dəstəklədiyi, 1,4 milyon avro dəyərində Avstriya-Alman layihəsi həyata keçirilmiş və ərazidə 970 metr məsafədə polad keçidlər və körpülər inşa edilmişdir. Loştaş 24 may 2006-cı ildə turizm üçün açılmışdır. == Marketinq == Kanyon Koboldpfad ("Kobold yolu") ilə birlikdə Geisterklamm ("Ruh kanyonu") adlandırılan ailəvi istirahət mərkəzinə aiddir. Ərazidə mif, geologiya, flora və faunaya dair məlumatların olduğu 40 lövhə var. Piyada keçidləri mümkün olduğu yerlərdə üfüqi vəziyyətdədir və dırmaşma avadanlığı olmadan keçilə biləcək şəkildə tikilmişdir. Keçidin möhkəm dizaynı ilə kanyonun üstündən keçən piyada keçidində kanyonun divarları arasındakı hündürlük fərqinin 50 metrdən çox olmasından qaynaqlanan hər hansı bir narahatlığn qarşısı alınmışdır.
Matka kanyonu
Matka (mak. "matka" - uşaqlıq) — Makedoniyanın paytaxtı Skopyedən 15 km cənub-qərbdə yerləşən kanyon. == Ümumi məlumat == Sahəsi 5 000 hektardır. Kanyonda yerəşən Matka gölü ölkənin ən qədim süni su hövzəsidir. 1938-ci ildə Treska çayı üzərində qurulan bənd nəticəsində kanyonda həmdə sünü Matka gölü meydana gəldi.Treska çayı üzərində yaradılmış bu göl ətrafında bir çox orta əsr monastrları və onlarca karst mağaraları mövcuddur. Ərazi ölkənin ən populyar turist bölgələrindən biridir. Suva dağlarını vertikal kəsən Treska çayı axdığı yataqda dik qayalı yamaclar, kiçik dağ vadiləri, dərələr və çoxlu karst mağaraları yaratmışdır. Mağaralar həm quruda, həm də, su altında mövcuddur. Bunlardan ən gözəl və böyükləri Vrelo, Krishtalina və Ubava mağaralarıdır. === Vrelo mağarası === Mağara Treska çayının sağ sahilində , bənddən 2 km uzaqlıqda yerləşir.
Qaraçay kanyonu
Qaraçay kanyonu Qudyalçay kanyonundan şərqdə yerləşir və ölçülərinə görə ondan geri qalsa da, faktiki olaraq, şimal-şərqi Azərbay­canın təbiətində insan əli dəyməmiş adacıq kimi qalmaqdadır. Mərmər­ləş­miş əhəngdaşılarından təşkil olunmuş Cərəkə-Cəngizur ön silsiləsini ensiz hissəsində kəsən kanyon uzanaraq həm də dirsəyəbənzər əyilmış formaya malikdir. Kanyonun ən dar hissəsində keçmişdə dağ kəndlərinə və Şimal-Şərqi Qafqaz aşırımlarına aparan keçidi qoruyan orta əsr qalasının xarabalıqları qalmaqdadır.
Qarqarçay kanyonu
Qarqarçay kanyonu — Kanyon cənub-qərbdən şi­mal-şərq istiqamətində Qarabağ yaylasını kəsən, Şuşa şəhəri rayonunda üst yura əhəngdaşıları massivinə dərin nüfuz edən eyniadlı çayın orta axınında yerləşir və uzunluğu 5 km-dən çoxdur.
Qudyalçay kanyonu
Cek kanyonu və ya Qudyalçay kanyonu — Şimal-Şərqi Azərbaycanda, eyniadlı çayın orta axı­nında yerləşir və özlüyündə dik yamaclarının hündürlüyü 1000 m-dən çox olan dərin dərəyə cavab verir. Kanyonun yardığı Qızılqaya massivi Cənub-Şərqi Qafqazın təbiətinin bu guşəsinə təkraredilməz kolorit verən müxtəlif rəngli mərmərləşmiş malm-neokom əhəngdaşılarından təşkil olunmuşdur. İki hissə­dən ibarət olan kanyonun birinci Qrızdəhnə hissəsi ekzotik "Minarə" qa­yasın­dan başlayır və çay axarının əksinə, cənub-şərq istiqamətində sağ qolu Ağçayla qovuşduğu yerədək 8 km-dən artıq məsafəyə uzanır. Bu sahədə kan­yonun dibi ilə Qubadan Xınalığa uzanan yol keçir, yamaclar qalın meşə ilə örtülmüş, orta hissədə isə Yarımyaylaq alp çəmənliklərinə gözəl panoram açan halqaşəkilli geniş Qrızdəhnə çuxuru yerləşir. Kanyonun yuxarı Qrız hissəsi Qızılqaya əhəngdaşı massivinin dik yamac­larının arası ilə uzanan çayın eninə istiqamətlənmiş dar hissəsinə cavab verir və praktiki ola­raq antropogen təsirlərə məruz qalmadığından öz ilkin gözəlliyini və əzəmətini qoruyub saxlaya bilmişdir. == Həmçinin bax == Quba-Xınalıq yolu Sumqayıt kanyonu == Mənbə == "Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013.
Ruqova kanyonu
Ruqova kanyonu (alb. Gryka e Rugovës; serb. Руговска клисура) — qismən tanınmış Kosovo Respublikasının Peç şəhəri yaxınlığında yerləşən çay kanyonu. Kanyon Monteneqro sərhəddinə yaxın ərazidə yerləşir. 25 km uzunluğa və 1000 metr dərinliyə malikdir. Avropanın ən dərin kanyonlarından hesab edilir. Kanyon Peç buzlağının fəaliyyəti sayəsində formalaşmışdır. Daha sonra isə Peçska-Bistrisa çayının erroziya fəaliyyəti sayəsində formalaşır. 1985-ci ildə Ruqova kanyonu geoloji, speleoloji, hidroloji və botanik əhəmiyyəti nəzərə alınaraq qoruma altına alınmışdır. == Coğrafiyası == Qısa ancaq güclü çay olan Peçska-Bistrisa çayı Jleb və Koprivnik dağlarının arasında yerləşir.
Saklıkent kanyonu
Saklıkent kanyonu— Antalya-Muğla sərhəddində yerləşən Eşen çayının qolu olan Karaçayın meydana gətirdiyi kanyon. Kanyon Fəthiyə şəhərinin 45 km-də yerləşir. Dördüncü dövrdə, 200 min il əvvəl formalaşmış bu kanyon Tavr dağlarına aid olan Beydağları silsiləsində yerləşir. == Ümumi məlumat == Saklıkent kanyonu 15 il əvvəl kəşf edilmişdir. Kanyonun uzunluğu 18 km, hündürlüyü 200 m, ən dar yerinin eni 2 metrdir. Kanyonun dar olması və ilin çox zamanı çayın bol sulu olması nəticəsində dərə boyu hərəkət etmək mümkünsüzdür. O üzdən kanyonun dik divarlarında 200 metrlik körpü-yol inşa edilmişdir. Kamyonun ilk 2 km-lik hissəsi asan keçilən, 7 km-lik hissəsi orta çətinlikdə olsada, sona qədər kanyonu keçmək üçün xüsusi hazırlığa və peşəkarlığa ehtiyac var. Yay mövsümündə bu ərazini 180-200 min arası türist ziyarət edir. Kanyonun yerləşdiyi bölgədə 1996-cı ildən Saklıkent Milli Parkı yaradılmışdır.
Sil kanyonu
Sil kanyonu (qalis. Canón do Sil) — İspaniyanın Qalisiya bölgəsində, Sil çayı boyunca yerləşən kiçik kanyon. Kanyon Sil çayının Minyo çayına tökülən hissəsinin 50 km-lik hissəsini təşkil edir. Kanyonun mənzərəsi Qalisiyada ən gözəl mənzərələrdən biri hesab olunur. Yaxınlığında Noqueyra de Ramuin, Parade de Sil kimi yaşayış məskənləri yerləşir. Kanyon 5961,49 hektar ərazini əhatə edir. Bəzi yerlərdə hündürlüyü 150 metrə çatır. Coğrafi quruluşu sayəsində burada Aralıq dənizinə bənzər iqlim hakimdir. Bu səbəbdən Aralıq dənizi iqlimində yetişən bitkilər də burada bitə bilir. Roma dövründən burada zeytun yetişdirilir və şərab istehsal edilir.
Sumqayıt kanyonu
Sumqayıt kanyonu və ya Sumqayıtçay kanyonu — Sumqayıtçayın aşağı axarlarında, çayın Qaraboğaz düzənliyindən keçən hissəsində yerləşən təbiət abidəsi. Kanyonun başlanğıcı şəhərin məişət tullantıları poliqonunun arxasında yerləşir. Bu kanyon Sumqayıtda turizm üçün potensial məkan hesab olunur. Şamaxı, Abşeron və Sumqayıt şəhər inzibati ərazi vahidlərinin ərazisindən axan Sumqayıtçay Sumqayıt kanyonundan keçərək Xəzər dənizinə tökülür. Çayın axdığı bu ərazidə suxurların olduqca kövrək, əsasən gil və qum materialından təşkil olunması onun dağıdıcı gücünü artırır. Bu da çayın asanlıqla yatağını dərinləşdirməsinə imkan verir. Kanyonda suyun eroziya fəaliyyəti olduqca yüksəkdir. İstər atmosfer yağıntıları, istər günəş radiasiyası, istərsə küləyin fəaliyyəti sayəsində kanyon əsrarəngiz görkəm alır. Bu proses daima davam etdiyindən aşınmanın miqyası davamlı olaraq artır. == Ölçüsü == Kanyonun hündürlüyü və eni axdığı ərazidən asılı olaraq dəyişir.
Təngi kanyonu
Təngi kanyonu da Şimal-Şərqi Azərbaycanda, Qaraçay dərəsindən cənub-şərqdə yerləşir və şaquli qoyulmuş mərmərləşmiş malm-neo­kom əhəngdaşılarından təşkil olunmuş Təngi ön silsiləsini kəsib keçən Vəlvə­lə­çayın yaratdığı təbiət abidəsidir. Eni 50 metrə ancaq çatan kanyonun uzun­lu­ğu 500 metr, meşə ilə örtülmüş dik divarlarının hündürlüyü 1500 metrdən çoxdur. Vəlvələçayın hövzəsində yerləşən çoxsaylı dağ kəndlərini Xəzər­yanı ovalıqla birləşdirən, yeganə keçid kimi xidmət göstərən kanyon bütün zamanlarda strateji əhəmiyyətə malik olmuşdur.
Şarın kanyonu
Şarın kanyonu (qaz. Шарын шатқалы) və ya Çarın kanyonu (qaz. Чарынский каньон) — Qazaxıstanın Almatı şəhərindən 200 km cənubda, ölkənin Çin ilə sərhədinin yanında yerləşən, eyni adlı çayın boyunca ucalan 90 km uzun olan kanyon. Onun ərazisi Almatı vilayəti ilə Yenbekşiqazax, Rayımbek və Uyğur rayonlarının ərazisində yerləşir.
Antilop kanyonu
Antilop kanyonu – ABŞ-nin Arizona ştatında yerləşən kanyondur. Navajo Yuxarı Antilop Kanyonu, Amerikanın cənub-qərbində, Arizona ştatının Lechee şəhərinin şərqindəki Navajo torpaqlarında yuva kanyonudur. Buraya Yuxarı Antilop Kanyonu (və ya Çat), Çınqıllı İlan Kanyonu, Bayquş Kanyonu, Dağ Qoyun Kanyonu, Kanyon X və Aşağı Antilop Kanyonu (və ya Tirbuşon) adlandırılan Navajo Qoruğundakı altı ayrı, mənzərəli kanyon bölməsi daxildir. Göy qurşağı Körpüsü Milli Abidəsinə gedən gəzinti yolu ilə yanaşı, Göl Pauell Navajo Qəbilə Parkının əsas cazibəsidir. == Geologiyası == Antilop Kanyonu ani daşqınlar və digər sualtı proseslər nəticəsində Navajo Qum daşının aşınması nəticəsində əmələ gəlmişdir. Yağış suyu, xüsusilə musson mövsümündə, dar keçidlərə qaçarkən sürət və qum yığaraq, yuva kanyonu hissələrinin üstündəki geniş hövzəyə axır. Vaxt keçdikcə keçidlər aşınıb, dəhlizləri dərinləşdirdi və xarakterik "axan" formalar yaratmaq üçün sərt kənarları hamarladı. == Yuxarı Antilop kanyonu == Yuxarı Antilop Kanyonu, həmin ərazidəki Navajo xalqı tərəfindən Tsé bighánílíní, "suyun qayaların arasından axdığı yer" adlanır. Turistlərin ən çox ziyarət etdiyi yerdir, çünki onun girişi və bütün uzunluğu yer səviyyəsindədir, dırmaşmağa ehtiyac yoxdur; və kanyonun yuxarı hissəsindəki açılışlardan aşağıya doğru yayılan birbaşa günəş şüaları bütün il boyu daha çox yayıldığı üçün kanyonun içini çox rəngli edir. == Turizm və görməli yerlər == Antilop Kanyonu turistlər üçün məşhur yerdir və Navajo Nation üçün turizm biznesinin mənbəyidir.
Konqo kanyonu
Konqo kanyonu — Afrikada Konqo çayının sonunda tapılan sualtı kanyondur. Bu, dünyanın ən böyük sualtı kanyonlarından biridir. == Ölçüsü == Kanyon qitənin daxili hissəsində, Konqo mənsəbinin yarısında və 21 metr dərinlikdən başlayır. O, şelfin kənarına çatana qədər şərqdən qərbə bütün kontinental, şelfin 85 kilometrindən keçir. Sonra yamacla aşağıya doğru davam edir və başlanğıc nöqtəsindən 280 kilometr aralıda bitir. Ən dərin nöqtəsində V formalı kanyon və divarlarının hündürlüyü 1100 metrdir. Kanyonun maksimal eni isə demək olar ki, 15 km2-dir. Kontinental yamacın ətəyində Konqonun dərin sualtı çöküntü fanatına daxil olur və daha 220 kilometrə qədər uzanır. == Cərəyanlar == Konqo Kanyonunda tapılan cərəyanlar dünyada ölçülən ən güclü cərəyanlardır. Onlar mahiyyətcə yüzlərlə kilometrə yayıla bilən sualtı uçqunlardır və onların gücü, tezliyi Konqo çayındakı daşqın dövrləri ilə sıx şəkildə əlaqələndirilir.
Abaran rayonu
Abaran rayonu, Aparan rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Abaran mahalı ərazisində rayondur. Rayon 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci yanvarın 3-nə kimi Abaran,daha sonra isə Aparan rayonu adlandırılıb. Ərazisi 816 kv.km-dir. Rayon mərkəzi şəhər tipli Baş Abaran (Abaran) qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 59 km-dir. Rayon ərazisinin əsas hissəsini Abaran düzənliyi təşkil edir. Rayon ərazisindən Qarasu (dəyişdirilmiş adı Sev-Çur) çayının sol qolu olan Abaran (dəyişdirilmiş adı Kasax) çayı axır. Uzunluğu 98 km olan bu çayın hövzəsinin sahəsi 1852 kv. km-dir.
Abay rayonu
Abay rayonu (qaz. Абай ауданы) — Karağandı vilayətində inzibati vahid. Rayonun ərazisi 6,5 min kvadrat kilometrdir. Bölgə mərkəzinə olan məsafə - 30 km. Rayonun mərkəzi Abay şəhəridir. Rayondan böyük çaylar keçir: Şerubay-Nura və Nura. İki böyük su anbarı var: təxminən 19 özəl istirahət zonasının yerləşdiyi Jartas və Şerubaynurin (Topar su anbarı). Su anbarlarının ümumi sahəsi 7237 hektardır. Abay bölgəsi ərazisində aşağıdakı heyvan növləri yaşayır: canavar, cüyür, tülkü, korsak, polecat, dovşan, boz kəklik; nadir və nəsli kəsilməkdə olan növlər: arxar, kiçik bustard, göy qu. == Əhalisi == Əhalisi 58 673 (2019).
Abazin rayonu
Abazin rayonu (abq. Абаза район, kab.-çərk. Абазэ район / Абазэ куей, qaraç.-balk. Абаза район, noq. Абаза район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi İnjiç-Çuqun auludur. == Coğrafiyası == Abazin rayonu Qaraçay-Çərkəz Respublikasının mərkəzi hissəsində yerləşir. Rayonun sahəsi 300,19 km²-dir. Qərbdə Xabez rayonu, şimalda Adıge-Xabl rayonu, şərqdə Çerkessk şəhər rayonu və Ust-Cequtin rayonu ilə həmsərhəddir. Rayon şərqdə Kuban çayı, qərbdə onun sol qolu olan Kiçik Zelençuk çayı ilə sərhədlənir.
Abinsk rayonu
Abinsk rayonu (rus. Абинский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Abinsk şəhəridir. == Coğrafiyası == Rayonun ərazisi 1624 km²-dir. Cənubda Gelencik şəhər dairəsi ilə həmsərhəddir, sərhəd Baş Qafqaz silsiləsi boyunca keçir. Şimalda Kuban çayı boyunca Krasnoarmeyski rayonu, qərbdə Krımski rayonu ilə, şərqdə Severnı rayonu ilə həmsərhəddir. == Coğrafiyası == Abinsk rayonu 2 iyun 1924-cü ildə Cənub-Şərq diyarının Kuban dairəsinin bir hissəsi olaraq qurulur. Buraya Kuban-Qara dəniz vilayətinin Taman şöbəsinin ləğv edilmiş Abinsk, Minqrel və Xolmsk volostlarının əraziləri daxil idi. Əvvəlcə rayon 8 kənd şurasından ibarət idi: Abinsk, Aktirski, Barnavinsk, Merçansk, Minqrelsk, Xolmsk, Şapsuqsk və Erivansk. 16 noyabr 1924-cü ildən Şimali Qafqaz diyarının bir hissəsi olur.
Abovyan rayonu
Abovyan rayonu (1937–1961-ci illərdə Kotayk rayonu) — Ermənistan SSR və Ermənistan Respublikası ərazisində rayon. Mərkəzi Abovyan şəhəridir. == Tarixi == Rayonun ərazisi tarixi Qırxbulaq mahalının ərazilərini əhatə edirdi. 9 sentyabr 1930-cu ildə yaradılıb. 12 oktyabr 1961-ci ilə qədər Kotayk rayonu, həmin tarixdən etibarən isə Abovyan rayonu adlandırılıb. Ərzisi 844 kv km olmuşdur. Rayon mərkəzi respublika tabeli Ellər (dəyişdirilmiş adı Abovyan) şəhəri idi. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 16 km-dir. Göyçə (dəyişdirilmiş adı Geğam) yaylasının bir hissəsi rayon ərazisinə düşür.Əjdaha dağı (h.3598 m) həmin yaylanın bu rayon ərazisindəki ən hündür zirvəsidir. 1948–1951-ci illərin etnik təmizləmə siyasətinə ən çox məruz qalan rayonlardan biridə Ellər rayonudur.
Abşeron rayonu
Abşeron rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Xırdalan şəhəridir. == Tarixi == Abşeron rayonu 4 yanvar 1963-cü ildə təşkil olunmuşdur. Abşeron rayonu ötən illər ərzində Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərindəki kolxoz və sovxozlara, quşçuluq sənayesinə, aqrar sahəyə xidmət edən idarə və müəssisələrə, kənd tikinti və meliorasiya təşkilatlarına, aqrar istiqamətli elmi-tədqiqat institut və laboratoriyalarına yüksək ixtisaslı rəhbərliyi təmin etmək məqsədilə yaranmışdı. O həmçinin hər iki sənaye mərkəzinin kənd təsərrüfatı məhsullarına ehtiyacının daha dolğun ödənilməsinə xidmət etmək vəzifəsini həyata keçirmişdir. == Tarixi abidələr == Rayon ərazisində mövcud qəsəbə və kəndlərdə hələ XIV–XVII əsrlərdə tarixi abidələr, məscid, ovdan və karxanalar mövcuddur. Rayonun əsas tarixi abidələri aşağıdakılardır: Xırdalanda — Məşədi İmambaxış hamamı və Hacı Həsən ovdanı (1904); Novxanıda — XVII əsrə aid Şah Sultan Hüseyn məscidi; Masazırda — XV əsrə aid "Xan bağı" türbəsi; Məmmədlidə — "Yanar dağ", XVIII əsrə aid ovdan və Ağ məscid; Qobuda — 700 il əvvəl xalçaçılıq yaranmışdır; Qobuda — 1882-ci ilə aid olan "Hacı Abdulla hamamı; Hökməlidə — XIX əsrə aid Əlimurad hamamı və xalçaçılıq; Fatmayıda — XVII əsrə aid Hacı Heybət məscidi, XIX əsrə aid Məhəmməd Həsən hamamı və XIX əsrə aid Əlibattı məscidi; Digahda — XVII əsrə aid Cümə məscidi və tunc dövrünə aid Kurqan gölü; Sarayda — Köhnə Saraydakı qədim hamam binası; == Etimologiya == Sözün etimologiyası ilə müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar "Abşeron" sözünün fars dilində — ab (su) və şoran (duzlu) sözündən əmələ gəldiyini bildirirlər. Mənası "Şor su" deməkdir. Bir çox alimlərin fikrincə isə "Abşeron" oğuz boylarından biri olan avşar və yaxud əfşar tayfa adı ilə bağlıdır.
Adler rayonu
Adler rayonu — Rusiyanın Krasnodar diyarında yerləşən Soçi şəhərinin dörd şəhərdaxili rayonundan biri. Soçi şəhərinin ən cənub bölgəsi, ərazisinə və əhalisinə görə ikincidir. 2014-cü ildə 2014-cü il Qış Olimpiya Oyunlarının bütün yarışları Adler rayonunda keçirilmişdir. Rayonun inzibati mərkəzi Adler şəhəridir. == Coğrafiyası == Rayon Soçinin mərkəzindən 20 km cənub-şərqdə, Abxaziya ilə həmsərhəd olduğu Kudepsta və Psou çayları arasında yerləşir. Qərbdən Xostinski rayonu ilə həmsərhəddir. Dəniz səviyyəsindən 1838 m yüksəklikdə yerləşən Kardyvaç dağ gölündən başlanan Mzımta çayı demək olar ki, rayonun bütün ərazisi boyu axır. Mzımtanın bir çox qolları var: Azmıç, Cıxra, Pslux, Laura, Beşenka, Kepşa. Abxaziya ilə sərhəddə regionun və bütün Böyük Soçinin ən yüksək nöqtəsi — Aqepsta dağı (3256 m) yerləşir. Krasnaya Polyana kəndinin cənubunda Aibqa silsiləsi yerləşir.
Agin rayonu
Ağin rayonu (1961–1995-ci illərdə Ani rayonu) — Ermənistan SSR-da və Ermənistan Respublikasında inzibati ərazi vahidi olmuşdur. Qərbi Azərbaycanın tarixi Şörəyel mahalı (Şirək-el) ərazisində yerləşirdi. == Tarixi == Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 oktyabr 1961-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ani qoyulmuşdur. Ərazisi 429 kv. km-dir. Rayon mərkəzi şəhər tipli Molla Göyçə (03.01.1935-dən Marlik) qəsəbəsi idi. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 100 km-dir.