Abinsk rayonu

Abinsk rayonu (rus. Абинский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Abinsk şəhəridir.

Abinsk rayonu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

44°51′48″ şm. e. 38°10′16″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Abinsk[1]
Tarixi və coğrafiyası
Yaradılıb 2 iyun 1924
Sahəsi
  • 1.624 km²
Hündürlük
48 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 97.539 nəf. (2023)[2]
Rəsmi sayt
Abinsk rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayonun ərazisi 1624 km²-dir. Cənubda Gelencik şəhər dairəsi ilə həmsərhəddir, sərhəd Baş Qafqaz silsiləsi boyunca keçir. Şimalda Kuban çayı boyunca Krasnoarmeyski rayonu, qərbdə Krımski rayonu ilə, şərqdə Severnı rayonu ilə həmsərhəddir.

Abinsk rayonu 2 iyun 1924-cü ildə Cənub-Şərq diyarının Kuban dairəsinin bir hissəsi olaraq qurulur. Buraya Kuban-Qara dəniz vilayətinin Taman şöbəsinin ləğv edilmiş Abinsk, Minqrel və Xolmsk volostlarının əraziləri daxil idi. Əvvəlcə rayon 8 kənd şurasından ibarət idi: Abinsk, Aktirski, Barnavinsk, Merçansk, Minqrelsk, Xolmsk, Şapsuqsk və Erivansk.

16 noyabr 1924-cü ildən Şimali Qafqaz diyarının bir hissəsi olur.

10 mart 1932-ci ildə Abinsk rayonu ləğv edilir və bütün ərazisi Krımsk rayonuna birləşdirilir[3].

31 dekabr 1934-cü ildə Azov-Qara dəniz diyarının, 13 sentyabr 1937-ci ildən isə Krasnodar diyarının bir hissəsi olaraq rayon bərpa edilir.

1 fevral 1963-cü ildə Abinsk rayonunun bütün kənd sovetlikləri Krımsk rayonuna verilir. Abinsk, Krımsk və Severnı rayonlarının kənd məclisləri arasından Abinsk sənaye rayonu qurulur.

12 yanvar 1965-ci ildə Abinsk Sənaye rayonu ləğv edilir və Abinsk rayonu əvvəlki sərhədlərinə bərpa edilir.

1 yanvar 2006-cı ildən etibarən Krasnodar diyarının 5 may 2004-cü il tarixli 700-KZ[4] qanununa əsasən, Abinsk rayonu 8 bələdiyyədən: 2 şəhər və 6 kənd yaşayış məntəqəsindən ibarət bələdiyyədən ibarət olur.

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:

xalq say,
nəf.
ümumi
əhaliyə olan nisbət, %
ruslar 81 470 88,64 %
ermənilər 2733 2,97 %
ukraynalılar 1552 1,69 %
digərləri 4059 4,42 %
milliyyətini bildirməyənlər 2095 2,28 %
ümumi 91 909 100,0 %
Cins tərkibi

2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[6]:

Yaş Kişilər,
nəf.
Qadınlar,
yaş.
Ümumi
say.
ümumi əhaliyə
olan nisbət, %
0 — 14 yaş 7319 6863 14 182 15,43 %
15 — 59 yaş 28 197 29 128 57 325 62,37 %
60 yaşdan yuxarı 7473 12 929 20 402 22,20 %
ümumi 42 989 48 920 91 909 100,0 %

Kişilər — 42 989 nəf (46,8 %). Qadınlar — 48 920 nəf. (53,2 %).

Əhalinin orta yaşı — 40,9 yaş. Kişilərin orta yaşı — 38,2 yaş. Qadınların orta yaşı — 43,3 yaş.

İnzibati-ətazi vahidləri

[redaktə | mənbəni redaktə et]

Yanaul rayonunda 2 şəhər və 6 kənd inzibati ərazi vahidliyinə 35 yaşayış məntəqəsi daxildir.

Magistral yol və Krasnodar-Novorossiysk dəmir yolu xətti rayonu şərqdən qərbə keçir.

Rayonda əhmiyyətli miqdarda qum, çınqıl, qumdaşı, əhəng daşı, neft və qaz hasil olunur.

  1. 1 2 3 ОКТМО. 185/2016. Southern FD.
  2. https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
  3. "Всероссийский Центральный исполнительный комитет. Постановление от 10 марта 1932 года «Об изменениях в Административно-территориальном делении Северо-Кавказского края»". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-01.
  4. "Закон Краснодарского края от 5 мая 2004 года № 700-КЗ Об установлении границ муниципального образования Абинский район, наделении его статусом муниципального района, образовании в его составе муниципальных образований — городских и сельских поселений, и установлении их границ". 2018-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-01.
  5. "Национальный состав и владение языками, гражданство населения Краснодарского края" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-08-19.
  6. "Население по возрастным группам и полу по Краснодарскому краю" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-05-12.