Abovyan rayonu[3][4] (1937–1961-ci illərdə Kotayk rayonu) — Ermənistan SSR və Ermənistan Respublikası ərazisində rayon. Mərkəzi Abovyan şəhəridir.
Rayon | |
Abovyan rayonu | |
---|---|
İnzibati mərkəz | Ellər |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 9 sentyabr 1930 |
Ləğv edilib | 11 aprel 1995 |
Sahəsi | 880[1] km² |
Əhalisi | |
Əhalisi | 63 099[2] (1989) nəfər |
Rayonun ərazisi tarixi Qırxbulaq mahalının ərazilərini əhatə edirdi.
9 sentyabr 1930-cu ildə yaradılıb. 12 oktyabr 1961-ci ilə qədər Kotayk rayonu, həmin tarixdən etibarən isə Abovyan rayonu adlandırılıb. Ərzisi 844 kv km olmuşdur. Rayon mərkəzi respublika tabeli Ellər (dəyişdirilmiş adı Abovyan) şəhəri idi. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 16 km-dir.
Göyçə (dəyişdirilmiş adı Geğam) yaylasının bir hissəsi rayon ərazisinə düşür.Əjdaha dağı (h.3598 m) həmin yaylanın bu rayon ərazisindəki ən hündür zirvəsidir.
1948–1951-ci illərin etnik təmizləmə siyasətinə ən çox məruz qalan rayonlardan biridə Ellər rayonudur. Bu illərdə rayonun Ellər, Başkənd, Avdallar, Göykilsə, Çadqıran, Dəlləkli, Muradtəpə, Alakilsə, Ağadərəsi, Yelqovan, Zar, Şahab, Təzəkənd, Tutiyyə, Qaraqala, Kərpicli, Ərtiz və başqa rayonlarının azərbaycanlı əhalisi Azərbaycana deportasiya olunmuşdur.
1970-ci illərdə rayon ərazisinin bir hissəsi Əştərək rayonunun bir hissəsi ilə birləşdirilərək yeni Nairi rayonu yaradılmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
---|---|---|
Baş Gərni | Gərni | 03.01.1935 |
Kərpicli | Geğadir | 03.01.1935 |
Qızqala | Astğaberd | 03.01.1935 |
Çadqıran | Razdan | 03.01.1935 |
Razdan | Gehaşen | 21.10.1967 |
Göykilsə | Kaputan | 03.01.1935 |
Yelqovan | Kotayk | 03.01.1935 |
Dəvəxaraba | Avad | 03.01.1935 |
Şahab | Mayakovski | 11.04.1940 |
Başkənd | Akunk | 04.04.1946 |
Avdallar | Atsavan | 04.04.1946 |
Ərtiz | Gehard | 04.04.1946 |
Təcrəbax | Dozaraxpyur | 04.04.1946 |
Ağadərəsi | Katnaxpyur | 04.04.1946 |
Kətran | Getameç | 21.06.1948 |
Dəlləkli | Zovaşen | 21.06.1948 |
Tutiyyə | Saranist | 21.06.1948 |
Qaraqala | Sevaberd | 21.06.1948 |
Ellər | Abovyan | 12.10.1961 |
Murad təpə | Kanakeravan | 15.08.1964 |
Məəgüb | Balahovit | 26.12.1968 |
Güllücə | Zovk | 25.01.1978 |
Kəmrəz | Kamaris | 25.01.1978 |
Kənkan | Hatis | 25.01.1978 |
Rayon 1 yanvar 1948-ci il vəziyyətinə görə şəhər tipli Kənəkir qəsəbəsindən və 25 kənd sovetliyindən ibarət idi.[1]
Sovetliyin adı | Sovetliyin ərazisi | Sovetliyin inzibati mərkəzi | Sovetliyə daxil olan yaşayış məntəqələri | |
---|---|---|---|---|
Azərbaycan dilində | Rus dilində | km² — lə | Adı | Adı |
Avan | Аванский | 10 | Avan | Avan, Botanika bağı yanında qəsəbə |
Başkənd | Акункский | 37 | Başkənd | Başkənd, Ağadərəsi |
Aramus | Арамусский | 35 | Aramus | Aramus, Güllücə |
Ərzni | Арзнинский | 24 | Ərzni | Ərzni, Ərzni kurort qəsəbəsi |
Ərinc | Аринджский | 11 | Ərinc | Ərinc |
Avdallar | Ацаванский | 27 | Avdallar | Avdallar, Sotsqyux |
Oxçuberd | Вохчабердский | 22 | Oxçuberd | Oxçuberd, Kərpicli |
Baş Gərni | Гарнинский | 50 | Baş Gərni | Baş Gərni |
Ərtiz | Гехардский | 14 | Ərtiz | Ərtiz |
Kolt | Гохтский | 15 | Kolt | Kolt |
Kəmrəz | Гямрезский | 24 | Kəmrəz | Kəmrəz |
Dəlləkli | Даллаклинский | 21 | Dəlləkli | Dəlləkli, Quyulu |
Təcrəbax | Дзорахпюрский | 25 | Təcrəbax | Təcrəbax, Məngiz |
Civriş | Джрвежский | 33 | Civriş | Civriş |
Yelqovan | Елгованский | 22 | Yelqovan | Yelqovan, Təzəkənd |
Zar | Зарский | 26 | Zar | Zar |
Göykilsə | Капутанский | 33 | Göykilsə | Göykilsə |
Qaraqala | Каракалинский | 20 | Qaraqala | Qaraqala, Musakənd |
Kənkan | Кянкянский | 48 | Kənkan | Kənkan, Dəvəxaraba, Qızqala |
Şahab | Маяковский | 22 | Şahab | Şahab, Dzaq sovxozu yanında qəsəbə, Muqub |
Nurnus | Нурнусский | 19 | Nurnus | Nurnus, Nikolayevka |
Ptıxni | Пытхнинский | 15 | Ptıxni | Ptıxni, Bağçılıq sovxozu yanında qəsəbə, Qətran |
Çatqıran | Разданский | 35 | Çatqıran | Çatqıran |
Tutiya | Тутиянский | 21 | Tutiya | Tutiya, Bəzəkli |
Ellər | Эларский | 13 | Ellər | Ellər |