Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Güllü Yoloğlu
Güllü Yoloğlu — Dünya Türkologiya Mərkəzinin sədri, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri və televiziya aparıcısı. == Həyatı == Güllü Yoloğlu 1963-cü il mayın 5-də Azərbaycanın Zaqatala rayonunun Meşə-oba (Meşə-Şambul) kəndində (indi bu kənd Balakən rayonuna aiddir) müəllim ailəsində doğulub.Gəncə Pedaqoji İnstitutunu bitirdikdən sonra tarix-ədəbiyyat müəllimi olan atası Gülməmmədov Yoloğlu Kamil oğlu və fizika-riyaziyyat müəllimi olan anası Bayramova Nahidə Mahmud qızı Zaqatalada təyinatla işləmişlər. O, üç yaşında olarkən valideynləri Qazax rayonunun Canallı kəndinə, ata yurduna qayıdıblar. Canallıda 8 illik məktəbi bitirdikən sonra 9-10-cu sinifləri Qazax şəhər Səməd Vurğun adına 2 saylı məktəbdə oxumuşdur. 1980-ci ildə orta məktəbi başa vuran G.Yoloğlu elə həmin il o zamankı M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna (hazırda Bakı Slavyan Universiteti) qəbul olunmuş, 1985-ci ildə bitirmişdir. 1983-1984-cü tədris ilini Həştərxan Pedaqoji Dövlət Universitetində təcrübə keçmişdirYeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki qızı var. == Elmi yaradıcılığı == Ali təhsilinin ilk ilindən Tələbə Elmi Cəmiyyətinin fəal üzvü kimi bir çox institut, respublika və beynəlxalq elmi simpoziumlarda, o cümlədən də Moldovanın Beltsı şəhərindəki tələbə elmi konfransında iştirak etmiş, bir sıra diplom, fəxri fərman və digər mükafatlara layiq görülmüşdür. Həştərxanda oxuduğu illərdə Güllü Yoloğlu Moldovanın, Həştərxanın tələbə elmi konfranslarında iştirak etmiş, "Komsomolets Kaspiya" qəzeti (Həştərxan), "Sovetskaya Moldaviya" qəzeti və "Kodrı" dərgisi (Kişinyov), "Müxbir", "Russkiy yazık", "Literaturnıy Azerbaydjan", "Molodyoj Azerbaydjana", "Azərbaycan gəncləri" qəzetlərində (Bakı) və digər mətbu orqanlarında məqalələr çap etdirmişdir. Dünya türkləri, onların folkloru və etnoqrafik materialları, dinləri ilə bağlı Türk Dünyasının müxtəlif yerlərindəki universitetlərdə konfranslar vermişdir.
Koroğlu
Koroğlu — Altay , Türkiyə , Türkmənistan , Azərbaycan türklərinin əfsanələrində iştirak edən xalq qəhrəmanı (təqribən XVI əsrin II yarısı). Türk xalqlarının bir çoxunun folklorunda Koroğlu obrazı (bəzi türk xalqlarının folklorunda Koroğlu) mövcuddur. == Xüsusiyyətləri == Koroğlu adlı qəhrəman türk xalqlarının folklorlarının ortaq motivlərindən biridir. Bir çox tarixçi və araşdırmaçılar "Koroğlu" eposunu Azərbaycan mədəniyyətinə aid edirlər. Alman türkoloq Karl Rayxl yazır: "Koroğlu" eposu çox güman ki, XVI əsrin sonlarında Azərbaycanda yaranıb, oradan şimala, şərqə və qərbə yayılıb. Kunos qeyd edir ki, Koroğlu hekayəsi Türkiyəyə Azərbaycandan yayılıb." "Hətta müasir ucuz nəşrləri də azərbaycan əsilli insanlar yazırdı. Bunun göstəricisi də bir çox Azərbaycan xüsusiyyətlərini özündə saxlayan məşhur nəşrlərin dilidir. Şimali Azərbaycandan əfsanələr silsiləsi digər Zaqafqaziya xalqlarına, o cümlədən gürcü, kürd, ermənilər kimi qeyri-türk dillərində danışan xalqlara da sirayət etmişdir. Buradan dastan Krım tatarlarına, Tobolsk tatarlarına və karaimlərə keçdi."Bəzi türk xalqlarının əfsanə və rəvayətlərində onun anasının işıqdan hamilə qaldığı, diri-diri torpağa basdırıldığı söylənilir. Koroğlu da məzarda dünyaya gəlir və ölmüş anasının döşünü əmərək həyatda qalır.
Saloğlu
Saloğlu — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Saloğlu qəsəbəsi Köçvəlili kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Saloğlu kənd Soveti yaradılmışdır. == Toponimikası == == Tarixi == Kəndin ərazisində keçmiş Sovet hərbi bazaları yerləşib. 1991-ci ildə Sovet ordusu bu regionu tərk edən zaman dağıdılmış və nəticədə böyük bir ərazi partlamamış hərbi sursatlarla çirklənib. ANAMA təşkilatının həyata keçirdiyi layihə nəticəsində kəndin ərazisi 2011-ci ildə minalardan tam olaraq təmizlənib. Beş ildən artıq bir dövrdə həyata keçirilən Saloğlu layihəsi çərçivəsində 5 683 769 kv.m yerüstü və eyni qədər yeraltı təmizləmə əməliyyatları həyata keçirilib. 640 mindən artıq sursat tapılıb, təhlükəsiz qaydada zərərsizləşdirilib.
Yolotu
Qırxbuğum (lat. Polygonum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 15–40 sm olan birillik ot bitkisidir. Gövdələri düz və ya açılmışdır. Yarpaqları enli lansetvari, gövdədən bitənlər daha iridir. Çiçəklərinin rəngi yaşıl, qıraqları isə ağ, çəhrayı və ya al qırmızıdır, meyvəsi üç tərəfli ovalvaridir. May-oktyabr (dekabr) aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == Qırxbuğum boreal coğrafi tipinin qolarktik sinfinə aiddir. Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda qırxbuğum Abşeron, Qobustan, Diabar, Lənkəran Muğanı, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəran və Naxçıvanın dağlıq hissəsində yayılmışdır.
Fahrettin Çiloğlu
Fahrettin Çiloğlu (5 oktyabr 1956, Ünye[d], Ordu ili) — Türkiyəyə köç etmiş Gürcü bir ailədən gələn yazardır. İki dildə yazan yazar, Gürcü yazar adı olaraq ფარნა — ბექა ჩილაშვილი (Parna-Beka Çilaşvili) adını istifadə etməkdədir. == Biyografi == Jurnalistika təhsili gördü. Uzun illər ensiklopediya yayımı sahəsində redaktor olaraq çalışdı və İstiklal Kitabevi'nin nəşr rejissorluğu etdi. Bir çox jurnal və qəzetdə, xüsusilə Gürcü mədəniyyəti üzərinə yazıları nümayiş olundu. Nodar Dumbadze , Otar Çiladze , Dato Turaşvili kimi yazarlar başda olmaq üzrə, Gürcüceden ədəbi və ədəbiyyat xarici tərcümələr etdi. 2007–2010 illəri arasında İstanbulda Türkçe və Gürcü olaraq iki dildə yayımlanan Pirosmani jurnalının nəşr rejissorluğunu etdi. 2004-cü ildə , şeirləri Aprel Şiirleri, əhvalatları Məni Burax Uzaqlara, gündəlik qeydləri Eşqsiz xoşbəxtlik yoxdur adlarıyla nümayiş olundu. 2006-cı ildə Gürcü şeirləri və Türkcədən çevrilən hekayələri სასაზღვრო ფიქრები (Sasazğvro Pikrebi / " Sərhəd Düşüncələri ") adıyla Tiflisdə basıldı. Yazarın 2007-ci ildə Uçinmaçini adıyla Türkçe ikinci hekayələr kitabı çıxdı.
Koroğlu (1960)
== Məzmun == Qəhrəmanlıq kino dastanı əfsanəvi qəhrəman Koroğlu (Əfrasiyab Məmmədov) haqqında eyniadlı məşhur xalq dastanının ekran variantıdır. Burada Azərbaycan xalqının yadelli işğalçılara və yerli zülmkarlara qarşı apardığı mübarizədən danışılır. == Film haqqında == Film geyim rəssamı Bədurə Əfqanlının kinoda ilk işidir. Film operator Şərif Şərifovun bədii kinoda ilk işidir. Film aktyor Ələddin Abbasovun kinoda ilk işidir. Film ilk rəngli tammetrajlı genişekranlı bədii filmdir. Filmin çəkilişi Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 40-cı ildönümünə həsr edilib. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Sabit Rəhman Quruluşçu rejissor: Hüseyn Seyidzadə Quruluşçu operatorlar: Vladimir Meybom, Fyodor Dobronravov Rejissor: Məmməd Əlili Quruluşçu rəssam: Pyotr Veremenko Bəstəkar: Cahangir Cahangirov Səs operatoru: Kərim Əmirov Mahnıların mətni: Zeynal Cabbarzadə, Tələt Əyyubov Geyim rəssamı: Bədurə Əfqanlı Dekor rəssamı: Eduard Abdullayev Quraşdırılmış səhnələrin operatoru: Nikolay Renkov Quraşdırılmış səhnələrin rəssamı: B. Noskov Qrim rəssamı: İ. Antimonov Rejissor assistenti: Ramiz Əliyev Montaj üzrə assistent: Y. Fomina Operator assistentləri: Şərif Şərifov, A. Baranov Çalır: Filmlər İstehsal edən İdarənin Simfonik Orkestri Dirijor: A. Roytman Filmin direktoru: Daniil Yevdayev Mahnı ifa edir: Şövkət Ələkbərova, Lütfiyar İmanov === Rollarda === Əfrasiyab Məmmədov — Rövşən (Koroğlu) Leyla Bədirbəyli — Nigar Ağadadaş Qurbanov — Həsən xan İsmayıl Dağıstanlı — Vəzir Mərziyyə Davudova — Dayə Əli Qurbanov — Aşıq Cünun; Alı kişi Tamilla Ağamirova — Alagöz Möhsün Sənani — Həmzə bəy Məmmədsadıq Nuriyev — Kosa Səfər Atamoğlan Rzayev — Dəli Həsən Əliağa Ağayev — Dəmirçi Muxtar Maniyev — Dəmirçi Polad; Çapar; Qapıçı Salman Dadaşov — Ərəb Reyhan Məlik Dadaşov — Bolu bəyi Əkbər Fərzəliyev — Eyvaz Givi Toxadze — Gürcü oğlu Ələddin Abbasov — Səfir Sergey Troitski - xacə Emmanuil Geller Dmitri Kipiani Məmməd Əlili — Əyan Aranbayev Muradov Abdullayeva Ceyhun Mirzəyev — Ceyhun İqnatyeva Rima Məmmədova Arif Mədətov — Dəmirçi == Şəkil == == Mənbə == “Bolqar jurnalı yazır...” //Ədəbiyyat və incəsənət.- 1964. Кино: Энциклопедический словарь / Гл. ред.
Koroğlu (abidə)
Naxçıvan şəhərində Koroğlu abidəsi - Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərinin cənub girişində xalq qəhrəmanının şərəfinə qoyulmuş abidə. Naxçıvan şəhərində Naxçıvançayın sahilində Əziz Əliyev küçəsində Koroğlu meydanında ucaldılmışdır. Xalq qəhrəmanı Koroğlunun at üstündə heykəlinin müəllifi heykəltaraş Azərbaycan Respublikasının xalq rəssamı, əməkdar incəsənət xadimi Hüseynqulu Əliyevdir. 1988-ci ildə ucaldılmış bu abidəyə 2008-ci ildə yeni tərtibat verilmişdir.
Koroğlu (dəqiqləşdirmə)
Koroğlu — Türk xalqlarının yarımistik dastan qəhrəmanı. Koroğlu dastanı — Türk xalqlarının dastanı. Koroğlu (opera, Ü. Hacıbəyov) — Üzeyir Hacıbəyovun 1937-ci ildə yazdığı aşıq operası. Koroğlu (opera, Ə. Sayqun) — Əhməd Adnan Sayqunun 1973-cü ildə yazdığı opera. Koroğlu metrostansiyası — Bakı Metropolitenində stansiya. Koroğlu heykəli (Bakı) — Bakı şəhərində Koroğlu parkında 2012-ci ildə ucaldılmış heykəl, heykəltaraş Tokay Məmmədovun əsəri. Koroğlu heykəli (Xaçmaz) — Xaçmaz şəhərində 2012-ci ildə ucaldılmış heykəl.AdlarKoroğlu Rəhimov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Koroğlu Qasımov — Polis mayoru, sahibkar. Koroğlu Vələdov — == Yer adları == Koroğlu qalası (Gədəbəy) — Gədəbəy rayonunun Qala kəndi ərazisində yerləşən qala. Koroğlu qalası (Tovuz) — Tovuz rayonun ərazisində yerləşən qala.
Koroğlu (opera)
"Koroğlu" — Azərbaycanın böyük bəstəkarı Üzeyir Hacıbəyov tərəfındən bəstələnmiş beş pərdəlik operadır. Əsərin librettosu Heydər İsmayılov və Məmməd Səid Ordubadi tərəfindən yazılmışdır. Azərbaycanın əfsanələrindən biri olan Koroğlu dastanı, çox məşhurdur. Bu opera Hacıbəyovun yaradıcılığının zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır. "Koroğlu" operası ilk dəfə 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulub. == Tarixçə == Bəstəkarın yaradıcılığında kulminasiya mərhələsi olan "Koroğlu" dünya klassik operaları sırasında parlaq nümunələrdən biridir. 5 pərdəli bu operanın libretto müəllifləri H. İsmayılov və M.S. Ordubadidir. Librettonun yaradılmasında Hacıbəyov fəal iştirak etmişdir. Üzeyir Hacıbəyov opera üzərində 1932–1936-cı illərdə işləmiş, ilk tamaşa 1937-ci il aprelin 30-da AOBT-nda olmuşdur.
Koroğlu Eposu
Koroğlu — Altay, Türkiyə, Türkmənistan, Azərbaycan türklərinin əfsanələrində və xalq əhvalatlarında iştirak edən xalq qəhrəmanıdır. Əsl adı Rövşən olmuşdur. "Koroğlu" Rövşənin ləqəbidir və ona atasının gözləri xan tərəfindən çıxarıldıqdan sonra verilmişdir. == Dastan haqqında == Dastanda Koroğlunun kim olduğundan, onun etdiyi mübarizələrdən bəhs edir. Koroğlunun atası Alı kişinin Həsən xan tərəfindən gözləri çıxardılır. Əslində Həsən xan Alı kişini öldürmək fikrində idi, lakin qonağı Hasan paşanın Alı kişinin gözlərinin çıxardırılmasını söyləməsi onu bu fikrindən daşındırdı. Koroğlunun əsl adı Rövşəndir. Atası ölmədən əvvəl ona "Koroğlu" adını qoydu. Bunuda qeyd eləmək lazımdır ki, Koroğlunun vətəni Çənlibeldir. Dastanda Koroğlunun başına qoçaq oğlanlar yığışınca Çənlibel igidlərin məskəni olmuşdur.
Koroğlu Qasımov
Koroğlu Rəhimov
Koroğlu İsmayıl oğlu Rəhimov (31 oktyabr 1953, Xaçmaz, Vartaşen rayonu – 3 iyul 1992, Ağdərə, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi; leytenant; "N" saylı hərbi hissənin 2-ci motoatıcı hərbi bölüyünün komandiri. Koroğlu Rəhimov 17 mart 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazılmışdır. "N" saylı hərbi hissənin 2-ci motoatıcı hərbi bölüyünün komandiri olmuşdur. Dəstəsi ilə bərabər Başkənd, Madagiz, Gülüstan, Buzluq, Çartaz, Erkəç, Mənəşli kəndlərini düşmən işğalından azad etmişdir. 1992-ci ildə Ağdərə uğrunda olan döyüşlərdə həlak olmuşdur. Ölümündən iki il sonra, 16 sentyabr 1994-cü ildə Heydər Əliyevin sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakıda yerləşən Şəhidlər xiyabanında dəfn edilib. Haqqında 2 film ekranlaşdırılmış, bir neçə məqalə, kitablar nəşr edilmiş və şeirlər dərc olunmuşdur. Bakıda və Oğuz şəhərində adına küçə var. Bakının Nərimanov rayonunda büstü qoyulub.
Koroğlu Vələdov
Koroğlu Namiq oğlu Vələdov – keçmiş azərbaycanlı futbolçu. == Həyatı == 1980-ci il avqustun 24-də Qazax şəhərində anadan olub. 1986-1997-ci illərdə şəhərin 1 saylı Tam Orta Məktəbində təhsil alıb.18 yaşından həvəskar futbola başlayan Koroğlu Vələdov 21 yaşından etibarən isə peşəkar futbola başlayıb. 2000-ci ildə Bosniyada UEFA-nın keçirdiyi Həvəskarlararası yarışda iştirak edib. Koroğlu 2002-2007-ci illərdə Qazaxın Göyəzən FK-da oynayıb. 2007-2008-ci illərdə isə Slovakiyada keçirilən Futbol yarışında Avey Ağstafa FK-nu təmsil edib.
Koroğlu dastanı
Koroğlu — Altay, Türkiyə, Türkmənistan, Azərbaycan türklərinin əfsanələrində və xalq əhvalatlarında iştirak edən xalq qəhrəmanıdır. Əsl adı Rövşən olmuşdur. "Koroğlu" Rövşənin ləqəbidir və ona atasının gözləri xan tərəfindən çıxarıldıqdan sonra verilmişdir. == Dastan haqqında == Dastanda Koroğlunun kim olduğundan, onun etdiyi mübarizələrdən bəhs edir. Koroğlunun atası Alı kişinin Həsən xan tərəfindən gözləri çıxardılır. Əslində Həsən xan Alı kişini öldürmək fikrində idi, lakin qonağı Hasan paşanın Alı kişinin gözlərinin çıxardırılmasını söyləməsi onu bu fikrindən daşındırdı. Koroğlunun əsl adı Rövşəndir. Atası ölmədən əvvəl ona "Koroğlu" adını qoydu. Bunuda qeyd eləmək lazımdır ki, Koroğlunun vətəni Çənlibeldir. Dastanda Koroğlunun başına qoçaq oğlanlar yığışınca Çənlibel igidlərin məskəni olmuşdur.
Koroğlu ekstruzivi
== Haqqında == Koroğlu ekstruzivi Tovuzçayın sağ sahilində, Yuxarı Öysüzlü kəndinin yaxınlığında yerləşir. Riolitlərdən ibarət oval formalı bu günbəz təbiət abidəsi kimi ətraf alçaq təpəliyin fonunda 70–80 m yüksəlir və Kiçik Qafqazda gec təbaşir vulkanizmi məhsullarının (santon əsri) morfoloji əlamətlərini açıqaydın özündə əks etdirir. Obyekt yüksək estetik cazibədarlığı ilə fərqlənir və böyük elmi əhəmiyyət daşıyır. Ekstruzivin cənub yamacında riolitlərin sütunvari ayrılması müşahidə edilir, zirvədə isə Koroğlu dastanının əfsanəvi qəhrəmanının adı ilə bağlı olan orta əsr qalasının qalıqları yerləşir.
Koroğlu heykəli
Koroğlu heykəli (Bakı)
Koroğlu metrostansiyası
Koroğlu metrostansiyası (1967-2011-ci illərdə Məşədi Əzizbəyov metrostansiyası) — Bakı metrosunun Qırmızı xəttinin stansiyasıdır. Əsaslı təmirdən sonra 2011-ci ildə yenidən sərnişinlərin üzünə açılmışdır. Stansiyaya daxil olan qatarlarda Üzeyir Hacıbəyovun, "Koroğlu" operasından fraqment səslənir. == Tarixi == Stansiya 1972-ci il noyabrın 6-da istismara verilmişdir. 120 min əhalisi olan yaşayış massivi şəhərin mərkəzi ilə birləşdirildi. 28 yanvar 2010-cu il tarixli Nazirlər Kabinetinin qərarı ilə iyul ayında stansiya yenidənqurma işlərinə başlamışdır. Stansiyanın yenidən qurulması 2011-ci ilin noyabr ayında başlanılıb. 30 dekabr 2011-ci ilə qədər stansiya mühəndis, ictimai xadim, inqilabçı olan Məşədi Əzizbəyov adını daşımışdır. == Xarici keçidlər == Koroğlu metrostansiyası İlham Əliyev Bakı Metropoliteninin yenidən qurulmuş “Koroğlu” stansiyasının açılışında iştirak etmişdir.
Koroğlu qalası
Koroğlu qalası (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda qala. Koroğlu qalası (Tovuz) — Azərbaycanın Tovuz rayonunda qala.
Nigar (Koroğlu)
Nigar — Azərbaycan xalq qəhrəmanı Koroğlunun həyat yoldaşı. "Koroğlu" dastanına görə sultan qızı olmuş, lakin xalq intiqamçıları tərəfinə keçmişdir. Dastanda mərd qadın kimi tərənnüm edilir. Tarixi şəxsiyyət olması müəyyən edilməmişdir.
Saloğlu bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sinan Kaloğlu
Sinan Kaloğlu (10 İyul 1981, Tunceli) – Türkiyə futbolçusu. Sinan Kaloğlu hazırda legioner həyatı yaşasa da daha çox öz ölkəsində çıxış edib. == Karyerası == Peşəkar karyerasına 1999-2000 mövsümündə Bolusporda başlayan Sinan qısa zaman kəsiyində Altayın maraq dairəsinə düşüb. Nəticədə bu komandaya üz tutan forvard 2000-2003-cü illər aralığında meydana çıxdığı 63 oyunda 27 qola imza atıb. Bu səbəbdən Türkiyənin aparıcı klublarından Beşiktaşın diqqətini çəkən Kaloğlu növbəti 3 ildə bu komandanın şərəfini qoruyub və "ağ-qaralı" formada keçirdiyi 22 oyunda cəmi 1 qol vurub. Lakin İstanbul təmsilçisində rəqabətin böyük olması üzündən 2004-2005 mövsümündə Diyarbəkirspor (33 oyun, 11 qol), 2005-2006 mövsümündə isə Manisasporda (25 oyun, 7 qol) icarə əsasında çıxış etmək məcburiyyətində qalıb. 2006-cı ildə isə Bursaspor Sinanın transfer hüquqlarına yiyələnib. Nəticədə 2 mövsüm Bursa təmsilçisində çıxış edən hücumçu burdakı çıxışıyla hətta Avropa klublarının da diqqətini çəkməyi bacarıb. Bursasporda 35 oyuna 10 qol vuran Kaloğlu ötən mövsüm Almaniya klublarından Bohumun təklifini müsbət cavablayır. Lakin burda bir mövsüm ərzində keçirdiyi 18 oyunda rəqib qapılarına cəmi 3 dəfə yol tapmağı bacaran forvard Hollandiyaya üz tutmaq məcburiyyətində qalır.
Xalıq Koroğlu
Xalıq Hüseyn oğlu Koroğlu (1919-2002) — Azərbaycan türkoloqu, ədəbiyyatşünası, filologiya elmlər doktoru (1969), professor. == Həyatı == Xalıq Koroğlu 24 yanvar 1919-cu ildə Aşqabadda Cənubi Azərbaycanın Sərab şəhərindən köçmüş bir ailədə anadan olmuşdur. O, fars dilində təhsil verən Nizamiyyə mədrəsəsində oxumuşdur. Daha sonra Moskva Tibb İnstitutuna daxil olmuş və 1946-cı ildə oranı bitirmişdir. Lakin Xalıq Koroğlu demək olar ki, həkim kimi fəaliyyət göstərməmişdir. Şərqşünas-alim olmaq istəyən Xalıq Koroğlu azərbaycanca, rusca, farsca, ərəbcə və türkməncəni mükəmməl bilirdi.Xalıq Koroğlu Tibb İnstitutunda oxuduğu dövrdə, yəni 1944-1946-ci illərdə Moskva Şərqşünaslıq İnstitutunda fars dili müəllimi kimi dərs demişdir. O, 1947-ci ildə Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin qiyabi bölməsinə daxil olmuş və 1952-ci ildə həmin universiteti bitirmişdir. == Əmək fəaliyyəti == Xalıq Koroğlu Tibb İnstitutunda oxuduğu ərəfədə, 1944-cü ildən 1947-ci ilə kimi Moskva Şərqşünaslıq İnstitutunda fars dili müəllimi kimi fəaliyyət göstərmişdir. Həmçinin yenə təhsilini davam etdirdiyi illərdə Moskva Dövlət Universitetinin Şərq Dilləri kafedrasının müdiri vəzifəsini icra etmişdir. O, 1958-1971-ci illərdə Böyük Sovet Ensiklopediyasında Şərq ədəbiyyatları sektoruna rəhbərlik etmişdir.1971-1986-ci illərdə isə SSRİ Elmlər Akademiyası Dünya Ədəbiyyatı İnstitutunun Folklor şöbəsində aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir.
"Koroğlu" dənizdə
İsmayıl Eloğlu
Hüseynov İsmayıl Məşədi Bəşir oğlu (İsmayıl Eloğlu) (1912—1957) — müğənni. == Həyatı == İsmayıl Eloğlu 27 sentyabr 1912-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Birinci dərəcəli Şuşa məktəbini bitirmişdi. Bülbül onun səsini dinləyib Bakıya aparmışdı. Orda Eloğlu ləqəbini qəbul edib oxumağa başlamışdı. Bir çox ölkələrə qastrol səfərlərinə çıxmışdı. O, 21 iyul 1957-ci ildə vəfat edib. == Fəaliyyəti == 1926-cı ildən AOBT-nda müxtəlif rollar oynamışdır. "Leyli və Məcnun"da Nofəl, "Əsli və Kərəm"də Keşiş və Paşa, "Koroğlu"da Alı kişinin yaddaqalan obrazlarını yaratmışdır.
Oqtay Eloğlu
"Oqtay Eloğlu" pyesi - Cəfər Cabbarlının 1922-ci ildə qələmə aldığı pyes. Əsərdə ədib cəhalət içində boğulan, pulun, səltənətin hakim olduğu cəmiyyətdə vətəndaş - ziyalı təəssübkeşliyini ön plana çəkmişdir. Əsərin əsas qəhrəmanı xalqını, Vətənini bütün varlığı ilə sevən bir gəncdir. O özünü el oğlu, böyük bir vahidin kiçik parçası sayır. Millətinin cəhalət içində yaşaması Oqtayı ağrıdır. 0, rahatlıq tapa bilmir, həyatını, xalqını gerilikdən qurtarmaq, inkişafa qoşmaq uğrunda mübarizəyə həsr edir. Oqtay xalqına xidmət yolunda milli teatr yaratmağı ən yaxşı vasitə sanır və bunu qarşısına məqsəd qoyur. O, dostu Səməd bəyə qətiyyətlə bildirir: «Səhnəmiz yox. Fəqət olmalıdır. Onu da mən yaradacağam».
Soluqlu (Çaypara)
Soluqlu (fars. سلوكلو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (56 ailə).