Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Turist
Turist — gəzinti, səfər edən şəxs. Turist (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Turist (film, 2010) — rejissor Florian Henkel fon Donnersmarkın filmi. Turist tələsi — Bir çox turisti cəlb edən və mal və xidmətlərin normaldan daha bahalı olan bir yer.
Kosmik turist
Kosmik turizm (ing. Space tourism) — əyləncə, elmi-tədqiqat və ya biznes məqsədləri ilə kosmik səyahət. == Tarixi == İlk kosmik turist – amerikalı Denis Tito olmuşdur. Belə ki, D. Tito 2001-ci ildə Rusiyaya məxsus olan "Soyuz TM-32" kosmik gəmisində demək olar ki, 8 sutka qalmışdır. Ümumiyyətlə isə, Beynəlxalq Aeronaftika Federasiyasının verdiyi məlumata görə, bütün bəşər tarixi boyu kosmosda dünyanın 37 ölkəsindən 467 nəfər olmuşdur. Azərbaycanda potensialı olmayan hələ ki, kosmik turizmdir. Çünki bu, yeni bir turizm növüdür və ondan yalnız Rusiya yararlanır. Amerika və Böyük Britaniya bu yöndə işlər görürlər, atmosfer qatından yüksəyə qalxa bilən gəmilərin hazırlanması üzərində iş gedir. Bu gün kosmik turizm təxminən 10 milyon dollara başa gəlir. Amma mütəxəssislər hesablayıblar ki, hardasa 200–250 min dollar civarında xərclə bunu təşkil etmək olar.
Turist (Xaçmaz)
Turist — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Turist qəsəbəsi düzənlikdədir. Yaşayış məntəqəsi 1965-ci ildə burada turist bazasının yaranması ilə əlaqədar belə adlandırılmışdır.
Turist mehmanxanası
Qarabağ mehmanxanası və ya Turist mehmanxanası — bir vaxtlar Bakıda mövcud olmuş mehmanxana. Şəhərin təpəlik hissəsində yerləşdiyi üçün şəhərin bir çox yerindən görünürdü. == Tarixi == Mehmanxananın binası 1974-cü ildə tikilib. Binanın memarları B. Şulgin və E. Melxisedekov, konstruktorları K. Kərimov, Q. Şamilov idi. Binanın layihəsi Bakı Dövlət Layihə İnstitutunda tərtib edilmişdi. Mehmanxana 1976-cı ildə istismara verilmişdir. 1989-cu ilə qədər "Turist" adını daşıyan mehmanxanaya sonralar "Qarabağ" adı verilmişdi. Qayalı təpənin üzərində tikilmiş "Qarabağ" 1978-ci ildə Nyu-Yorkda nəşr edilmiş "Dünyanın Memarlıq Ensiklopediyasına" daxil olmuşdu. Binanın layihəsi isə 1979-cu ildə "Le Korbyuze" mükafatını almışdı. == Memarlığı == "Qarabağ" mehmanxanası Bakı amfiteatrının daha yüksək hissəsində qayalı təpənin üzərində yerləşirdi və şəhərin bir çox nöqtələrindən aydın görünürdü.
Turist tələsi
Turist tələsi (ing. Tourist trap) — Bir çox turisti cəlb edən və mal və xidmətlərin normaldan daha bahalı olan bir yer.
Yuris Hartmanis
Yuris Hartmanis (5 iyul 1928, Riqa – 29 iyul 2022) — latviyalı alim == Həyatı == Yuris Hartmanis 5 iyul 1928-ci ildə Riqa Latviya şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış latviyalı alim Yuris Hartmanis 1993-cü ildə o, Riçard Sternslə birgə hesablamaların mürəkkəbliyi nəzəriyyəsi sahəsində apardığı tədqiqatlarda əldə etdiyi nailiyyətlərə görə Türinq mükafatına layiq görülmüşdür. == Seçilmiş əsərləri == In the Baltic languages, own-names are not lexical constants but have different grammatical forms. Hartmanis must be understood as Hartman-is, whereby Hartman is the stem of the own-name, whereas the suffix -is indicates a masculine grammatical form in the Latvian language. In a similar manner, for example, the philosopher Kant is known as Kantas in the Lithuanian language. List of Fellows of the American Mathematical Society retrieved 2013–01–19. National Academy of Sciences Members and Foreign Associates Elected Archived 2013–05–27 at the Wayback Machine., National Academy of Sciences, April 30, 2013. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Yuris Maklakovs
Yuris Maklakovs (27 oktyabr 1964) — Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən)
Yuris Upatnieks
Yuris Upatnieks (latış. Juris Upatnieks‎; 7 may 1936, Riqa) — Latviya və ABŞ fiziki və ixtiraçısı, holoqrafiya sahəsinin pionerlərindən biri. Upatnieks II Dünya Müharibəsinin sonlarında valideynləri ilə birlikdə Latviyanın Sovet işğalından qaçdı və Almaniyadan sığınacaq istədi. 1951-ci ildə ailə ABŞ-yə mühacirət etdi. Ohayo ştatının Akron şəhərinin orta məktəbində oxudu və Akron Universitetində elektrik mühəndisliyi ixtisası üzrə təhsil alaraq 1960-cı ildə burada bakalavr dərəcəsinə yiyələndi. Bundan sonra Miçiqan Universitetinin Elm və Texnologiya İnstitutunda oxudu və 1965-ci ildə elektrik mühəndisliyi üzrə magistr dərəcəsi aldı. 1973-cü ildən 1993-cü ilədək Miçiqan Ətraf Mühit Tədqiqat İnstitutunda çalışmış və Ann Arbordakı Miçiqan Universitetinin Elektrik və Kompüter Mühəndisliyi Bölməsinin adyunkt professoru olmuşdur. Orada o, 1996-cı ilə qədər optika üzrə laboratoriya kursu tədris edirdi. 1993-cü ildən 2001-ci ilə qədər Ann Arborda "Applied Optics" üzrə konsultant idi. 1996-2001-ci illərdə o, həmdə Miçiqan Universitetinin maşınqayırma mühəndisliyi və tətbiqi mexanika bölməsində tədqiqatçı idi.
Beynəlxalq turist marşrutları
İstənilən hər hansı bir səyahətin (müvəqqəti qalma, turlar) ön­cədən seçilmiş marşrutu, gecələmək proqramı, müəyyən davamiy­yət və məqsədi olur. Marşrut - siyahı üzrə qeyd olunmuş bütün coğrafi məntəqələrə və yerlərə gedilməsi nəzərdə tutulan və səyahət müddətində dayanacaqdan-dayanacağa qədər turistlər tərəfindən gedilən yoldur. Səyahətin başlanğıcı və sonu marşrutun çıxış və son nöqtələri hesab olunur. Marşrutun başlanğıcı - müqavilədə nəzərdə tutulduğu kimi, turistə ilk, sonu isə axıncı turist kimi xidmət göstərən məntəqədir. == Marşrut növləri == Marşrut üzrə gedilən istiqamətdə yerdəyişmədən asılı olaraq, marşrutun xətti, dairəvi, radial (radius istiqamətli) və kombinasiyalı (quraşdırılmış) növləri vardır. Xətti marşrut - başlanğıcı və sonu müxtəlif coğrafi məntəqə­lərdə olan marşrut, məsələn, Bakı-Şəki-Sumqayıt-Tiflis. Dairəvi marşrut - başlanğıcı və sonu eyni coğrafi məntəqədə olan marşrut, məsələn «Türkiyə turu» (İstanbul - İzmir - Quşadası - Patnakqala - İstanbul). Dairəvi marşrutdan fərqli olaraq, başlanğıc nöqtəsində yerləşən turist, həmin nöqtədən müxtəlif istiqamətlərə səyahət edərək yenidən başlanğıc nöqtəsinə qayıdır. Məsələn, Bakı-Şamaxı-Bakı, Bakı-Gəncə-Bakı, Bakı-Şəki-Bakı, Bakı-Nabran-Bakı. Kombinasiyalı marşrut - xətti, dairəvi və radial marşrut elementinin ixtiyari kombinasiyasım' özündə birləşdirən marşrut.
Turist (film, 2010)
Turist (ing. Tourist) — rejissor Florian Henkel fon Donnersmarkın filmi. == Məzmun == == Maraqlı faktlar == Conni Deppin rolunu Sem Uorqtinqton oynamalıydı. Ancelina Colinin rolunu Şarliz Teron oynamalıydı. Filmdəki banditlər Belarus dilində danışırlar.
Dyatlovun turist qrupunun həlak olması
Dyatlovun turist qrupunun həlak olması — 2 fevral 1959-cu il tarixində Ural dağlarında 9 xizəkçinin müəmmalı şəkildə öldüyü hadisə. Hadisə Xolat-Syaxıl (rus. Холат-Сяхыл) dağının şərqində yerləşən aşırımda baş vermışdir. Bu hadisədən sonra aşırım qrupun lideri olan İqor Alekseyeviç Dyatlovun soyadı ilə adlandırılmağa başlanmışdır. Tədqiqatçılar xizəkçilərin hadisə gecəsi bilinməyən bir səbəblə çadırlarını cırmaq məcburiyyətində qaldıqlarını, yalın ayaqla −30 ° C-də və güclü qar yağışında çadırdan kənarda tapıldıqlarını demişdilər. Tapılan cəsədlərin ikisinin kəlləsində; digər ikisinin qabırğalarında sınıqlar müəyyən edilmişdir. == Hadisənin zəmini == 1959-cu ildə Sovet İttifaqının Sverdlovsk vilayətindəki Ural dağları boyunca xizək ekspedisiyası üçün bir qrup yaradıldı.23 yaşlı radio mühəndisi olan İqor Dyatlov qrupun lideri seçildi. Səkkiz kişi və iki qadından ibarət qrupun hər bir üzvü xizək turu təcrübəsi olan təcrübəli II dərəcəli yürüşçülər idi və geri qayıtdıqdan sonra III dərəcəli sertifikat alacaqdılar. O vaxt Sovet İttifaqında mövcud olan ən yüksək sertifikat bu idi və namizədlərdən 300 kilometr (190 mil) keçməsini tələb olunurdu. == Ekspedisiya == === Heyət üzvləri === Georgy Krivonischenkoy (13 yanvar 1936) Yuri Doroshenkoy (29 yanvar 1938) Zinaida Kolmogorov (12 yanvar 1937) Rüstəm Slobodin (7 fevral 1935) Alexandr Zolotaryov (2 fevral 1921) Alexandr Kolevatov (16 noyabr 1934) Ludmilla Dubinina (12 may 1938) Nicolay Vladimiroviç (5 iyun 1935) İqor Dyatlov (13 yanvar 1936) Yuriy Yudin (19 iyul 1937)25 yanvar 1959-cu il səhərin erkən saatlarında Sverdlovsk vilayətinin şimal əyalətinin mərkəzində yerləşən şəhərə İvdel (Ивдель) qatarı ilə gəldi.
Purism
Dil təmizliyi — ədəbiyyat dilində başqa dillərdən alınma sözlərin milli sözlərlə əvəz edilmə prosesi. Dil təmizliyi və ya linqvistik purizm (lat. purus “saf”) - ədəbi dili toxunulmaz saxlamaq, xarici sözlərdən təmizləmə cəhdi, ümumiyyətlə, dili yeni sözlərdən – neologizmlərdən, təhriflərdən və s. dən təmizləmə cəhdində ifrata varma kimi başa düşülür. Ədəbi dilin qaydalarından kənara çıxmamaqla ifadə olunan nitq təmizdir. Kənar elementlərin təsiri dildə nə qədər güclü olsa da, daxili imkanlar həmişə aparıcı xarakter daşıyır. Dilin təmizliyi digər keyfiyyətlər kimi nitq sahibinin dil vahidlərindən istifadə bacarığı ilə düz mütənasibdir. Bir purist qrammatik səhvlər, jarqon, neologizmlər və xarici mənşəli sözlər daxil olmaqla, bir dildə olan bəzi arzuolunmaz xüsusiyyətləri aradan qaldırmaq arzusunu ifadə edən kimsədir. Dilçilik nöqteyi-nəzərindən dil təmizliyi, nitqin təmizliyi müasir ədəbi dilin normalarını bilməyi və ona möhkəm, həm də sərbəst yiyələnməyi nəzərdə tutur. O, nitqin üslubca gözəlliyini, yəni hazırda istifadə etdiyimiz üslublara əsaslanaraq, fikri ifadə edən dil vasitələrinin xüsusiyyətini nəzərə almalıdır.
Yunisi
Yunisi — İranın Rəzəvi Xorasan ostanının Bəcistan şəhristanının Yunisi bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,349 nəfər və 947 ailədən ibarət idi.
Kuris
Kuris — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.
Xuris
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən - Iris pseudacorus L., Florensiya süsəni - I. florentina L., Almaniya süsəni - I. germanica L., solğun süsən - I. pallida Lam. və s. növlərindən istifadə olunur.Süsən çiçəyi təbiətin yaratdığı gözəl canlı abidədir.
Yunit
Vahid (ing. unit) — fiziki kəmiyyətlərin hesablanmasında, ifadə edilməsində və eyni cinsdən olan kəmiyyətlərin bir-biri ilə qarşılaşdırılmasında istifadə edilən beynəlxalq standart böyükləridir. Beynəlxalq vahidlər sistemində əsas vahidlər; kütlə Kiloqram, uzunluq Metr, zaman Saniyə, istilik Kelvin, elektrik cərəyanı şiddəti Amper, işıq şiddəti Kandela və maddə miqdarı Mol vahidləri ilə ifadə olunur.
Yurse
Ürse (fr. Urçay) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03293. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 287 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 454 nəfərdən (15-64 yaş) 325 nəfəri iqtisadi cəhətdən, 129 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.6%, 1999-cu ildə 66.4%). 325 fəal şəxsdən 289 nəfəri (156 kişi və 133 qadın), 36 nəfəri işsiz (11 kişi və 25 qadın) idi. Aktiv olmayan 129 nəfər arasında 31 nəfər şagird və ya tələbə, 61 nəfər təqaüdçü, 37 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kurisu Makise
Kurisu Makise (牧瀬 紅莉栖, Makise Kurisu) — 5pb. və Nitroplus tərəfindən yaradılmış "Science Adventure" franşizindən personaj. İlk dəfə 2009-cu ildə buraxılmış "Steins;Gate" vizual romanında təqdim olunmuşdur. Kurisu Makise Rintaro Okabe ilə birlikdə "Steins;Gate" seriyasının əsas personajlarından biridir. Okabe onu tez-tez Kristina deyə çağırır. Hekayədə o, neyrologiya sahəsində tanınmış gənc alimdir və Okabe ilə tanış olduqdan zamanda səyahət təcrübələrində ona kömək etməyə başlayır. Laboratoriyanın dörd nömrəli üzvünə çevrilir, D-poçtların göndərilməsində fəal iştirak edir və zamanda sıçrama cihazını ixtira edir. Hekayə davam etdikdə Okabe ilə Kurisu arasında romantik münasibətlər yaranır. Kurisu vizual romanla yanaşı manqa, ranobe və anime adaptasiyalarında, eləcə də, 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş sikvel oyun "Steins;Gate 0"-da da yer almışdır.
Piss Christ
Piss Christ - 1987-ci ildə ABŞ rəssam və fotoqrafı Andres Serrano tərəfindən çəkilmiş foto əsəridir. Əsərdə fotoqrafın sidiyinin içinə salınmış kiçik plastik çarmıx təsvir edilmişdir. Əsər, ABŞ hökumət agentliyi olan, məzmunu təftiş edilmədən sənət layihələrinə dəstək üçün nəzərdə tutulmuş Milli Sənət Fondunun qismən sponsorluğu ilə Cənub-Şərq Müasir İncəsənət Mərkəzi tərəfindən təşkil edilmiş “Təsviri sənətlər mükafatı”na layiq görülmüşdür. == Təsvir == Fotoda sarı mayenin dibinə çökmüş kiçik plastik çarmıx görünür. Sənətkar mayenin onun stəkana yığılmış sidiyi olduğunu bildirmişdir. Bu foto Serranonun klassik heykəl formalarının süd, qan, sidik kimi müxtəlif mayelərə salmaqla çəkdiyo xüsusi fotolar seriyasına aiddir. Əsərin tam adını sənətkar “Immersion (Piss Christ)” kimi qeyd edir. 150x100 sm ölçülü olan foto Ilfochrome nəşridir. Onun parlaqlığı və rəngləri dərin doymuşluq təsiri bağışlayır. Qızılı-çəhrayı təsvirdə kiçik şarlar gözə dəyir.
Rotting Christ
Rotting Christ — 1987-ci ildə Afinada yaranmış yunan black metal qrupu. Onlar regionun ilk black metal qrupu kimi tanınırlar. == Tarixi == 16 yaşlı qrup üzvləri ilk başlarda rəsmi olmayan iki demo ("Decline's Return" və "Leprosy of Death") hazırladı. 1993-cü ilə qədər heç bir albom hazırlamayan qrup EP üzərində işləyərək fəaliyyətini davam etdirirdi. Nəhayət 1993-cü ildə qrup Osmose Recordings ilə müqavilə imzaladı və "Thy Mighty Contract" adlı ilk albomunu çıxartdı. Albom qısa müddət ərzində black metal klassikasına çevrildi və qrup məşhurlaşmağa başladı. Rotting Christ bu albomdan sonra Immortal və Blasphemy ilə birlikdə Fuck Christ Tour adlı ilk black metal turuna çıxdı. İnsanların özlərinə xəsarət yetirdiyi və ambulansların dayanmadan işlədiyi bu turne, xoşagəlməz bir ünvanla da olsa tarixə keçdi. Qrup da beləcə adını daha çox eşitdirmiş oldu. The Fuck Christ Tour əslində müvəffəqiyyətli idi, amma Rotting Christ bu turdan heç məmnun deyildi.
Yunost (Şaran)
Yunost (başq. Юность, rus. Юность) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 28 km, kənd sovetliyindən (Miçurinsk): 10 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 70 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (74%) üstünlük təşkil edir.
Yunost adası
Yunost adası — çay yatağında yerləşən ada. İrkutsk şəhərinin mərkəzində, Anqara çayının yatağında yerləşir. Adada elədə böyük olmayan meşə massivi yerləşir. Çəşhur istirahət məskənidir. Sahillə körpü vastəsi ilə birləşir. Sahəsi 0,107 km²-dir. == Tarixi == Adada turizm zonası 1960-cı illərdə təşkil olunmuşdur. Burada piyada yolları, çimərliklər meydana gəlir. Ağac və kollar əkilir. Burada uşaq meydançası, yay düşərgəsi, xilasetmə stansiyası və idman meydançası inşa edilir.
Yuriko Mizuma
Yuriko Mizuma (d. 22 iyul 1970) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 22 oyun keçirib, 10 qol vurub.
Yuriko Takahaşi
Yuriko Takahaşi (28 iyul 1973) — Yaponiyalı qadın ağır atlet. 58 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Yaponiyanı təmsil edir. Yuriko Takahaşi 2000 Yay Olimpiya Oyunlarında 58 kq çəki dərəcəsində iştirak etmişdir. O, dünya çempionatlarında daiştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Yuriko Şima
Yuriko Şima (d. 12 iyul 1959) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Yuri
Yuri — Rus adı. Yuri Andropov — SSRİ-nin dövlət və partiya xadimi. Yuri Başmet — dirijor. Yuri Daniloçkin — Belaruslu dağ-xizək idmançısı. Yuri Fidler — şair-tərcüməçi. Yuri Osipov — Rusiya riyaziyyatçısı və mexaniki. Yuri Pompeyev — mədəniyyətşünas. Yuri Xaçaturov — general-polkovnik. Yuri Karyakin — Sovet və Rusiya ədəbiyyatşünası. Yuri Kovalyov — Azərbaycanın Milli Qəhrəmanı.
Mirişt
Mirişt (fars. مرشت‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (101 ailə).
At yarışı
At yarışı, ən qədim və ən məşhur idmanlardan biridir. İlk at yarışları, köhnə Türk dövlətlərində keçirilmişdir. Hititler, Asurlular, Romalılar və Misirlilərin at yarışları təşkil etdiyi bilinməkdədir. Homeros E.Ə. 9-cu ya da 8-ci əsrdə yazdığı İlyada adlı əsərində atlı araba yarışlarından danışır. Şimali Afrikalı, Çinli, Fars və Ərəb minicilərin də yarışlar etdiyi bilinməkdədir. İlk nizamlı yarışlar, 17-ci əsrdə İngiltərə Kralı II. Çarlz dövründə edildi. 1665-də Şimali Amerikada ilk rəsmi at yarışı təşkil edildi. At yarışları, bu günki beynəlxalq formasını 19-cu əsrin ortalarına doğru qazanmağa başladı. İndiki vaxtda ən məşhur İngilis maneəli yarışı, Liverpuldakı Aintree qaçış sahəsində edilən Böyük Milli Yarışdır. İndiki vaxtda at yarışları safkan ya da yarımkan atlarla edilər.
Bayırku yürüşü
Bayırku yürüşü – Qapağan xaqanın Doqquz Oğuzlardan Bayırkular üzərinə təşkil etdiyi və qələbə qazandığı son yürüşüdür. == Döyüşdən əvvəl == Göytürk imperiyası böyük siyasi qarışıqlıq içərisində idi. Tanq imperatoru Hsüan Tsunq Qapağan xaqanı tamamilə ortadan qaldırmaq ya da ələ keçirmək istəyirdi. Bu məqsədlə Göytürk dövlətində üç ayrı bölgədə olan və Tanq ilə daha əvvəllər ittifaq qurmuş olan türk boylarının öndərlərinə daha öncə də edildiyi kimi müxtəlif titullar və hədiyyələr təqdim edildi. Beləcə, türk boyları Göytürk xaqanlığına qarşı üsyan etmələri üçün təhrik edildilər. 709-cu ildə çiklər və qırğızlar, 711-ci ildə türkeşlər, 714-cü ildə də qarluqlar üsyan qaldırdı və üsyanlar bir-birinin ardıyca meydana çıxdı. Buna əlavə olaraq, Qapağan xaqanın mərhəmətsizcə bütün üsyanları yatırtması vəziyyətin daha da pisləşməsinə səbəb oldu. Bir çox türk boyu Tanq sülaləsinə sığındı. Hətta bir müddət sonra Qapağan xaqanın öz kürəkəni Aşidə Hu-lu da Tanqa bağlılığını bildirdi. == Döyüş == Üsyanlar ardı-ardına davam edərkən bu dəfə də Göytürk xaqanlığının onurğasını təşkil edən Doqquz Oğuzların üsyan etməsi dövləti çətin vəziyyətə saldı.
Donuz yarışı
Donuz yarışı — donuzların yarışdırılması ilə həyata keçirilən müsabiqə növü. == Avstraliya == Avstraliyanın Melburn şəhərində keçirilən ənənəvi Kral şousunun ayrılmaz hissələrindən biri də donuz yarışlarıdır. Şou 1848-ci ildən etibarən, ənənəvi olaraq keçirilir. O, ilin ən nəhəng əyləncə tədbirlərindən biridir. Yarışan donuzlar yalnız qaçmaqda deyil, suyun üzərindən, həmçinin uzunluğa və hündürlüyə tullanmada da "güclərini sınayır".
Dırmaşma yarışı
Dırmaşma yarışı, zamana qarşı müəyyən bir yamaca qalxmağa əsaslanan motorsport növüdür. Ən qədim motorsport növlərindən biridir. İlk dəfə 31 yanvar 1897-ci ildə Fransanın Nice şəhəri yaxınlığındakı La Turbiedə təşkil edilmişdir. İngiltərədəki Worcestershire, Shelsley Walshdə keçirilən dırmaşma yarışları, 1905-ci ildən bəri keçirilən ən qədim yarışlardan biridir. Dırmaşma yarışlarının olduqca fərqli bir növü, çox dik təpələrə off-road motosikllər ilə dırmaşma yarışıdır. Yarışın qalibi ən yüksək zirvəyə çata bilən və ya birdən çox çıxan olarsa, onların onların içərisində ən sürətli çıxanıdır. Bu tip motorsport növü həm cəsarət, həm də bacarıq tələb edir və ABŞ-də çoxdan bəri ənənəvi hala gəlmişdir və 1980-ci illərdən bəri Fransa və Avstriyada məşhurdur.
Herat yürüşü
Herat yürüşü — bir sıra müəyyən fasilələrlə baş verən toqquşmalardan və sonda Nadir xanın Abdali əfqanlarına qarşı hərbi əməliyyatlara başlaması ilə özünün kulminasiya nöqtəsinə çatan hərbi əməliyyatdır. Bu əməliyyata başlamamış Nadir xan özünün monarxı və şahzadəsi olan II Təhmasibə qarşı uğurlu yürüş etmişdi. Alçaldılmış Təhmasib də 4 may 1729-cu ildə Məşhəddən çıxaraq Nadirin Herat yürüşünə qatılmışdı. Beləliklə, Nadir Təhmasibin yürüş boyunca öz yaxınlığında olmasını təmin etmişdi.Bu yürüş Nadir xanın yeni hərbi biliklərə yiyələnməsinə və ya təcrübədən keçirməsinə səbəb oldu. Nəticədə o, ölümcül yüngül süvari ordulara qarşı döyüşə biləcək ordu modelini yarada bildi. Bu sistemdə yaradılmış ordu isə Damğan döyüşündə Gilzay əfqanlarının sayca üstün olan ordusunu məğlub etdi. == Arxa plan == Təhmasiblə problemləri həll etdikdən sonra Nadir kürdlər və yomut tayfaları üzərinə bir neçə yürüş həyata keçirdi. 1728-ci ilin yayında əfqanlara qarşı da bir neçə yürüş təşkil edilmişdi. Bu zaman Təhmasibin keçmiş sərkərdələri Məhəmməd Əli xan və qohumu Zulfiqar xan şahın adından çıxış edib mazandaran və Astrabadın yeni başçıları olduqlarını elan etdilər. Təhmasib bu işdə əlinin olmadığına Nadiri inandırmaq istəsə də, Nadir onun Zülfiqarla əlaqəsindən məlumatlı olduğunu bildirdi.