Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zübeydə Sultan
Zübeydə Sultan (29 mart 1728, Konstantinopol – 4 iyun 1756, Konstantinopol) — 23-cü Osmanlı sultanı III Əhmədin qızı. Zübeydə Sultan 1728-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası III Əhməd, anası isə xanımlarından Əminə Musəllin Qadınəfəndidir. Hələ 2 yaşında atası taxtdan endirilmiş, bu səbəblə bütün bacı-qardaşları kimi Köhnə sarayda yaşamağa başlamışdır. Buna baxmayaraq atasından sonra taxta çıxan əmisi oğlu Sultan Mahmud ona qarşı olduqca mülayim olmuşdur. Hətta 1747-ci ilin avqustunda onun adına sahildə bir köşk də inşa etdirmişdi. 6 yanvar 1748-ci ildə Anadolu bəylərbəyi Süleyman Paşa ilə nigahlansa da, nişandan bir neçə ay sonra paşa vəfat etdi. Çox keçmədən 16 dekabr 1748-ci ildə qapıçılar kəndxudası Numan ağa ilə evləndirildi. Nigahın ardından Numan ağa vəzirliklə Saloniki valisi təyin edildi. Cütlüyün toy mərasimi 6 yanvar 1749-cu ildə İstanbulda baş tutdu.
Zübeydə Süpürgəçi
Zübeydə Süpürgəçi (türk. Zübeyde Süpürgeci) — 100, 400 və 800 metr məsafələrə qaçışlarda çıxış edən Türkiyə paralimpiya atleti (T54 sinif - əlil arabasında). O, həmçinin T53/T54 sinfində 4x400m estafet yarışlarında yarışır. Zübeydə Süpergəçi 20 iyul 1993-cü ildə anadan olub. O, anadan olduğu gündən əlildir, 16 yaşına kimi çölə çıxmaq həvəsi belə olmayıb. Bağcılar Bələdiyyəsindəki Əlillər Sarayını ziyarət edərkən, yeni həyata başlamaq üçün motivasiya olur. Onun kiçik qardaşı Muhamməd də anadangəlmə əlil idi. Süpürgəçi 2011-ci ildə Paralimpiya idmanlarında iştirak etməyə başlayıb. İdman karyerasına Ömər Kantainin rəhbərliyi altında başlamışdır. 2012-ci ildə İstanbulda Paralimpiya Klubuna qoşulub.
Zübük (film)
Zübük — Əziz Nesinin eyni adlı romanından filmə uyğulanmış, rejissoru Kartal Tibet, ssenarisi Atıf Yılmazın olduğu 1980-ci il istehsalı film. Millətvəkili İbrahim Zübükzadə (Kamal Sunal) məsləyindən xaric edilmiş bir siyasətçidir. Sözündə durmayan, əxlaqsız bir adamdır. Jurnalist Yaşar (Metin Serezli) qəzetdə yayınlamaq istədiyi yazı dizisi için Zübükzadənin yaşam öyküsünü öyrənmək istəyir. Getdiyi kəndi Gülörendə qarşılaşdığı kəndliləri Zübükzadəni nifrətlə anırlar. Yaşarın kəndlidən aldığı bilgiyə görə Zübük iş həyatına bir dairədə katib olaraq başlamış, qısa müddətdə aldığı rüşvətlərlə zəngin olub çıxmışdır. Foyası ortaya çıxınca qovulan Zübük, Dəstək Partiyasına daxil olub yağcılıkla ocak başçılığına yüksəlir. Girdiyi hər yerə də rüşvəti bulaşdırır. Müxalifət partiyasından olan Kadir ağanın (Kadir Savun) qızı Yektaneni (Nevra Serezli) evlənmə vədiylə qandırıb birlikdə olur. Amma çətin ceviz Yektane, silah zoruyla Zübükü nikah masasına oturdur.
Zübeydə Bəyim Səfəvi
Zübeydə Bəyim Səfəvi və ya Zübeydə Bəgüm (d. Səfəvi imperiyası, XVI əsr - ö. 1632, Səfəvi imperiyası) - Səfəvi şahzadələrindən biri və I Abbasın (1587-1629) qızı. Anası Fəxricahan Bəyimdir. Fəxricahan Bəyim Kartli çarı VII Baqrat ilə kraliça Kaxetili Annanın qızıdır. V Səfəvi şahı olan I Abbasın qızı olan Zübeydə Bəyim I Abbasdan sonra VI Səfəvi şahı olan I Səfinin də bibisidir. Qardaşının oğlunun hakimiyyəti dövründə siyasi işlərlə məşğul olmuş, I Səfinin taxta çıxması hadisəsində rol oynamışdır. Sonrakı dövrdə siyasətə aktiv şəkildə müdaxilə etməsi oğlanlarının I Səfi tərəfindən edam edilməsinə səbəb olmuşdur. Səfəvi sülaləsndən olan və dövlətdə yüksək vəzifələrdə xidmət edən İsa xan Səfəvi ilə evlənmiş və bir qızı olmuşdur. 20 fevral 1632-ci ildə öldürülmüşd və ya ölmüşdür.
Zübük (film, 1980)
Zübük — Əziz Nesinin eyni adlı romanından filmə uyğulanmış, rejissoru Kartal Tibet, ssenarisi Atıf Yılmazın olduğu 1980-ci il istehsalı film. Millətvəkili İbrahim Zübükzadə (Kamal Sunal) məsləyindən xaric edilmiş bir siyasətçidir. Sözündə durmayan, əxlaqsız bir adamdır. Jurnalist Yaşar (Metin Serezli) qəzetdə yayınlamaq istədiyi yazı dizisi için Zübükzadənin yaşam öyküsünü öyrənmək istəyir. Getdiyi kəndi Gülörendə qarşılaşdığı kəndliləri Zübükzadəni nifrətlə anırlar. Yaşarın kəndlidən aldığı bilgiyə görə Zübük iş həyatına bir dairədə katib olaraq başlamış, qısa müddətdə aldığı rüşvətlərlə zəngin olub çıxmışdır. Foyası ortaya çıxınca qovulan Zübük, Dəstək Partiyasına daxil olub yağcılıkla ocak başçılığına yüksəlir. Girdiyi hər yerə də rüşvəti bulaşdırır. Müxalifət partiyasından olan Kadir ağanın (Kadir Savun) qızı Yektaneni (Nevra Serezli) evlənmə vədiylə qandırıb birlikdə olur. Amma çətin ceviz Yektane, silah zoruyla Zübükü nikah masasına oturdur.
Zubarə
Zubarə – Qətərin paytaxtı Dohadan təqribən 105 km məsafədə, "Aşşimal" bələdiyyəsində yerləşən Qətər yarımadasının şimal qərb sahilində yerləşən dağılmış qədim qala-şəhər. "Əl-Zubarə və "Əz-zubarə" kimi də tanınır. Qala XVIII əsrin ilk yarısında əsas qəbilələrdən olan "Bəni Utbə"nin nümayəndəsi Al ibn Əli tərəfindən tikilmişdir. 2013-cü ildə UNESCO-nun Ümümdünya Mədəni İrsi Siyahısına daxil edilmək üçün namizədliyi irəli sürülüb. Bu qala qədim dövrlərdə Hörmüz boğazı ilə Fars körfəzinin qərb tərəfi arasında yerləşmiş qlobal ticarət və mirvari yığımı üçün uğurlu mərkəzə çevrilmişdi. Eləcə də bölgədə 18–19-cu əsr qəsəbələrinin ən geniş və ən yaxşı saxlanılan nümunələrindən biri hesab edilir. Qalanın daxili və xarici Fars körfəzində yerləşən digər yaşayış məntəqələrindən fərqli olaraq, şəhər həyatı, quruluşu və Fars körfəzinin sosial və iqtisadi tarixi aspektlərinin 20-ci əsrdə neftin kəşf edilməsindən əvvəlki dövrə məxsus üslublarına xüsusi diqqət yetirilməklə qorunub saxlanmışdır. 400 hektar (xarici şəhər divarının içərisində 60 hektar) ərazini əhatə edən Zubarə Qətərin ən əhəmiyyətli arxeoloji bölgəsidir. Qala daxilində şəhər, xarici, eləcə də sonradan tikilmiş daxili divarlar, liman, dəniz kanalları, ekspozisiya divarları, "Murair Qalası" və daha yaxın tarixdə tikilmiş "Zubara Qalası" yerləşir.
Zunud
Zunud kəndi — Azərbaycan Respublikasının Şəki rayonunun Zunud bələdiyyəsinə aiddir. Kənd şimal, qərb və şərq tərəfdən dağlarla əhatə olunub. Kəndin şimalında 1640 metr hündürlükdə zirvə yerləşib. Kəndin mərkəzindən Zunud çayı axır. Zunud çayı mənbəyini dağlardan götürür . Çayın mənsəbi isə Şin çayıdır. Kəndin ərazisində İnçə-Zunud kənd tam orta məktəbi yerləşir. Kəndin mərkəzində Zunud kənd qəbirstanlğı yerləşib. Həmçinin kəndin cənubunda vaxtilə Şəkidəki 6 karvansaradan biri olmuş Zunud Karvansarası yerləşir. Zunud kənd ilə bağlı Rəşidəddinin (XIII əsr) əsərlərində çoxlu türk və monqol mənşəli etnonimlərin adı verilib.
Zunud bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Abbas ibn Ubadə
Abbas ibn Ubadə — Məhəmməd peyğəmbərin Mədinəli səhabəsi. Birinci və İkinci Əqabə beyətində iştirak edən səhabələrdəndir. Mədinənin Xəzrəc qəbiləsindəndir. İkinci Əqəbə beyti ilə müsəlman olur. Lakin o, digər mədinəlilər kimi məmləkətinə qayıtmayırlar və Məkkədə peyğəmbərin yanında qalır. Bu səbəbdən o, İslam tarixində “Ənsarın mühaciri” kimi məşhurlaşır. Abbas bin Ubadə Uhud döyüşündə pərən-pərən düşmüş İslam ordusunu toplamaq istəmiş və Məkkəlilərin ordusuna hücum edərkən həlak olmuşdur.
Səd ibn Ubadə
Səd ibn Ubadə (güm. 580-ci illər, Mədinə – 636 və ya 635, Hövran, ərəb. ‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, 7-ci əsrin islam siyasəti xadimi, Mədinədəki Xəzrəc qəbiləsinin başçılarından biri. Onun tam adı Sad ibn Ubad ibn Dulaim ibn Haris ibn Numan ibn Əbu Həzeym əl-Ənsari əl-Səidi əl-Xəzrəcdir. Səid şəcərəsinin başçısı idi. Akabedə ikinci beyyət zamanı İslamı qəbul edir. O, Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin təşəbbüskarlarından olub. Qureyşlilər bundan xəbər tutur və Akabedən qayıdarkən onun izinə düşərək Məkkəyə gətirirlər. Orada ona işgəncə verilir, lakin Cübeyr ibn Mutim və Haris ibn Hərbin sayəsində Mədinəyə qayıtmağı bacarır. Səd varlı bir insan idi və var-dövlətini gənc müsəlman cəmiyyətinin ehtiyaclarına xərcləyirdi.
Collection Budé
Collection Budé və ya Collection des Universités de France — VI əsrə qədər (İmperator Yustiniandan əvvəl) Yunan və Roma klassik ədəbiyyatını özündə birləşdirən kitab seriyası. Seriya, Les Belles Lettres tərəfindən nəşr olunan və Qiyom Büde Cəmiyyətinin sponsorluğu ilə nəşr olunan fransız humanist Qiyom Büdenin adını daşıyır. == Təsnifatı == Seriyadakı hər kitabda giriş, qeydlər və tənqid, fransızca bir başlıq səhifəsi var. Bəzi cildlərdə tam şərhlər var. Qədim Yunan ədəbiyyatının cildlərində Afinanın simvolu olan sarı örtüklü xarabaçılı təsvir edilmişdir. Kapitoli canavarının təsviri ilə qırmızı rəngli latın cildləri. "Classiques en poche" (Cib Klassikləri) adlı yeni seriya tələbələrə yönəlib. == İstinadlar == == Xarici keçidlər == Kitab siyahısı (ing.): Greek series (by genre), Latin series (by genre) fransız dilində Qu’est-ce qu’un «Budé»?
Ubadə ibn əs-Samit
Ubadə ibn əs-Samit (586, Mədinə – 655, Ramla[d], ərəb. عبادة بن الصامت‎) — İslam peyğəmbəri Məhəmmədin (s.a.v) səhabələrindən biri. O, səhabələrdən və ənsarın böyüklərindəndir. Ləqəbi Ubadə Əbu Vəliddir və xəzrəc qəbiləsinin Avfoğullarındandır. Atası Samit ibn Kays, anası Kurret-ül-ayn binti Ubadədir. Tam adı Ubadə ibn Samit ibn Kays ibn Əsrəm ibn Fihr ibn Saləbə ibn Qanem ibn Salim ibn Avf ibn Amr bin Avf ibn Xəzrecdir. 583-cü ildə Mədinədə doğulmuş, 654-cü ildə Fələstində vəfat etmişdir. Hicrətin 34-cü ilində 72 yaşında Şam yaxınlığındakı Ramlada vəfat edən Ubade bin Samit orada dəfn edilmişdir. Ubadə Besətin on birinci ilində həcc mövsümündə Məkkəyə gedir və müsəlman olur. O, hicrətdən əvvəl baş vermiş birinci və ikinci Əqəbə beyətlərində iştirak etmişdir.
Qiyom Büde Assosiasiyası
Qiyom Büde Assosiasiyası (fr. Association Guillaume-Budé) — Humanist Qiyom Büdenin adını daşıyan və humanitar elmlərin təbliğinə həsr olunmuş fransız mədəni və elmi cəmiyyəti. Cəmiyyətin hazırkı prezidenti ellinist Jak Joannadır. Assosiasiya Beynəlxalq Klassik Araşdırmalar Federasiyasının təsisçi üzvüdür (ing. International Federation of Associations of Classical Studies, 1948). Qiyom Büde Assosiasiyası 1917-ci ildə dörd məşhur fransız filoloqu Moris Kruaze, Pol Mazon, Lui Bodin və Alfred Ernu tərəfindən yaradılmışdır. Assosiasiyanın əsas məqsədi 19-cu əsrin əvvəllərindən ingilis və xüsusilə alman alimlərinin (Vilamovits-Mellendorf, Nitsşe, Dils və başqaları) üstünlük təşkil etdiyi bir sahədə yunan və latın klassik müəlliflərinin tənqidi nəşri idi. 1930-cu ildə Pol Mazonu Les Belles Lettres İnzibati Şurasının sədri vəzifəsində əvəz edən naşir Jan Malinin təşəbbüsü ilə aparıcı mütəxəssislərin rəhbərliyi altında hər kəsə antik dövr abidələrini görməyə imkan verən ilk arxeoloji kruiz təşkil edildi. 1932-ci ildə Nimesdə Assosiasiyanın ilk qurultayı keçirildi. O, bütün Fransada və hətta onun hüdudlarından kənarda cəmiyyətin yerli təbəqələrinin yaradılmasına təkan verdi.