Zunud kəndi — Azərbaycan Respublikasının Şəki rayonunun [1] Zunud bələdiyyəsinə aiddir.
Zunud | |
---|---|
41°16′05″ şm. e. 47°06′17″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şəki rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1.600 nəfər |
Kənd şimal, qərb və şərq tərəfdən dağlarla əhatə olunub. Kəndin şimalında 1640 metr hündürlükdə zirvə yerləşib. Kəndin mərkəzindən Zunud çayı axır. Zunud çayı mənbəyini dağlardan götürür . Çayın mənsəbi isə Şin çayıdır.
Kəndin ərazisində İnçə-Zunud kənd tam orta məktəbi yerləşir. Kəndin mərkəzində Zunud kənd qəbirstanlğı yerləşib. Həmçinin kəndin cənubunda vaxtilə Şəkidəki 6 karvansaradan biri olmuş Zunud Karvansarası yerləşir.
Zunud kənd ilə bağlı Rəşidəddinin (XIII əsr) əsərlərində çoxlu türk və monqol mənşəli etnonimlərin adı verilib. Verilmiş məlumat əsasında bir çox müasir toponimlərin yaranmasının mənşəyini aydınlaşdıra bilmişik, bu toponimlərdən biri Zunud toponimidir ki, onun əsasında sunit etnoniminin dayandığı qeyd edilib. Zunud kəndi Baş Qafqaz silsiləsinin ətəyindədir. Kənd bəzən Zunut da adlandırılır. Oykonimin XIII əsrdə monqolların tərkibində olmuş türkdilli sunnit tayfasının adından olması ehtimal edilir. Qeyd olunur ki, türk soylarından biri olan Sund və ya Zund tayfası Sündü ərazisini özlərinə yurd yeri seçmişlər.
Kəndin əhalisi 1600 nəfər təşkil edir. Kəndin əhalisi azərbaycanlılardan ibarətdir. Kənd Şəki -Qax yolunun üstündə yerləşir. Kəndin turizm imkanları var. Kənd 3 tərəfdən dağlarla əhatə olunur. Kəndi 2 hissəyə bölən Zunud çayı 4 km uzunluğundadır. Çayın mənsəbi Şin çayına birləşir. Əhalinin məşğuliyyəti əsasən heyvandarlıq, bağçılıq və əkinçilikdir.
Vaxtilə Şəki ərazisində 6 karvansara olmuşdur. Onlardan biri də Zunud kəndininin aşağı hissəsində mövcud olmuşdur. Kəndin tarixi çox qədimdir. Kəndin qəbiristanlığı onun tarixinin göstəricisidir. Zunud kənd məscidi dini icması fəaliyyət göstərir.[2]
Şəki rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |