Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zülüm
Zülm - Şəxs və ya qruba bir başqa şəxs və ya qrup tərəfindən israrlı bir şəkildə pis rəftarıdır. Ən çox təsadüf edilən formaları dini zülm, etnik zülm və siyasi zülmdür. Ən çox təsadüf edilən nümunə isə çoxluq qrupun azlıq qrupa qarşı etdiyi zülmdür.
Zülfü Adıgözəlov
Zülfüqar (Zülfü) Səməd oğlu Adıgözəlov (1898, Qaradolaq, Şuşa qəzası – 31 may 1963, Bakı) — Azərbaycan xanəndəsi, muğam bilicisi, təsnif və xalq mahnılarının təfsirçisi və təbliğatçısı, Azərbaycan SSR əməkdar artisti (1943). Zülfü Adıgözəlov 1898-ci ildə Şuşanın Qaradolaq kəndində anadan olmuşdur. Şuşada muğam axşamlarından birində Zülfü Adıgözəlovun ifasını dinləyən Cabbar Qaryağdıoğlu onu Bakıya dəvət edir. 1927-ci ildə Bakıya köçərək "Müdafiə evi"ndə işləmək üçün Ü. Hacıbəyov, Q, Pirimov, M. Maqomayev və b. qarşısında imtahan vermiş, eyni zamanda radio verilişləri komitəsinə işə qəbul olunmuşdu. Zülfü Adıgözəlov 1963-cü ildə Bakıda vəfat etmişdir. Bəstəkar Vasif Adıgözəlovun atasıdır. Bəstəkar Yalçın Adıgözəlovun babasıdır. Zülfü Adıgözəlov pəsxan xanəndə idi. O, muğam dəstgahını tam şəkildə, bəm və orta tessiturada özünəməxsus oxuma məktəbini yaratmışdır.
Zülfü Ağayev
Zülfü Hacıyev
Zülfü (Zülfi) Saleh oğlu Hacıyev (21 mart 1935, Böyük Məzrə, Basarkeçər rayonu – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan Respublikası Baş nazirinin müavini (1989–1991), elmlər namizədi. Zülfi Hacıyev 21 mart 1935-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur. Doğma kənddə orta məktəbi medalla, Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini isə fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Krasnoarmeysk şəhərinə göndərilib, sıravi mühəndislikdən idarə rəisi vəzifəsinə qədər yüksəlib. Bir müddətdən sonra Sumqayıt şəhərinə qayıtmış, əvvəlcə mühəndis, sonra isə indi adını daşıyan "Qırmızı əmək bayrağı" ordenli Sənaye Tikinti Nazirliyinin Sumqayıtdakı 1 saylı Tikinti Trestinin rəisi vəzifəsinə irəli çəkilmişdir. O, 1976-cı ildən Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri, 1982-ci ildən Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, 1988-ci ilin martından Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən 20 noyabr 1991-ci ilədək Azərbaycan Nazirlər Kabinetinin sədr müavini vəzifələrində çalışmış, plenum üzvü, ali və yerli sovetə deputat seçilmişdir. 1976-cı ildən ömrünün sonunadək 4 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Zülfi Hacıyev Nazirlər Kabinetinin sədr müavini işlədiyi vaxt həm də Dağlıq Qarabağ üzrə təşkilat komitəsinin üzvü olmuş, son vaxtlar isə həmin komitəyə sədrlik edirdi. "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar Dostluğu" ordeni "Şərəf nişanı" ordeni "Azərbaycanın əməkdar inşaatçısı" fəxri adı Zülfi Hacıyev qeyrətimiz Qarabağ yolunda qəhrəmanlıqla şəhid olsa da onun adı xalqımızın qan yaddaşında əbədi yaşayacaqdır. Sumqayıtda izi qalan Zülfi müəllimin adı əbədiləşdirilmişdir.
Zülfü Livaneli
Ömər Zülfü Livanelioğlu (türk. Ömer Zülfü Livanelioğlu; təxəllüsü: Zülfü Livaneli; 20 iyun 1946, Ilqın[d], Konya ili) — Türkiyə musiqiçisi, ssenaristi, siyasətçisi, yazıçısı və rejissoru. Ömər Zülfü Livanelioğlu, 1946-cı il iyunun 20-də Konyanın İlgın mahalında anadan olub. Ailənin babası Livanelioğlu Ömer Əfəndi, 93 Harbinde Artvinin ermənilər və ruslar tərəfindən işğalından sonra Ərzuruma gələrək Əhməd Muxtar Paşanın ordusuna qoşulmuşdur. Ömər Əfəndi usta rütbəsi ilə Harput Redif Taburuna təyin edildi. Daha sonra bir qarşıdurma əsnasında şəhid olur. Ömər Əfəndinin tək oğlu olan Zülfü Əfəndi, Türkiyənin müxtəlif yerlərində sorğu hakimi olaraq vəzifə yerinə yetirər. Soyad qanunu qəbul edildikdə, Artvin, Yusufeli, Livane Sancakdan gəldiyi üçün atası Livanelioğlu soyadını alır. Zülfü Əfəndi'nin üç oğlu da hakim olmuşdur. Zülfü Livanelinin atası və qardaşların ən böyüyü Mustafa Səbri Livanelioğlu, Yargıtay Başçı Vəkili vəzifəsinə qədər yüksəldmişdir.
Zülfü Qədimov
Zülfü Rzayev
Zülfü Zeyni oğlu Rzayev (9 may 1993, Külüs, Naxçıvan Muxtar Respublikası – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Zülfü Rzayev 1993-cü il mayın 9-da Şahbuz rayonunun Külüs kəndində anadan olub. 1999-2007-ci illərdə Külüs kənd tam orta məktəbində, 2007-2010-cu illərdə isə H. Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Zülfü Rzayev 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb. Aprel döyüşləri zamanı fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edilib. Azərbaycan Ordusunun baş leytenantı olan Zülfü Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zülfü Rzayev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Zülfü Əsədzadə
Zülfü Əsədzadə (tam adı: Zülfü Sabit oğlu Əsədzadə) — Azərbaycanlı müğənni, "Səs Azərbaycan"ın qalibi. Zülfü Əsədzadə 1994-cü il oktyabrın 9-da Mingəçevir şəhərində anadan olmuşdur. Təhsilinə 2001-ci ildə Mingəçevir şəhər 4 saylı orta məktəbdə başlamışdır. Məktəb yaşlarından musiqiyə, oxumağa həvəsi olduqca böyük olan Zülfü, 2005-ci ildə “Ana Kür” adlı müsabiqə ilə ilk dəfə olaraq musiqi həyatına qədəm qoyur. Müsabiqəni uğurla başa vurduqdan sonra Mingəçevir şəhər Bülbül adına 2 saylı uşaq musiqi məktəbinə daxil olmuş, məktəb xorunda solist kimi təhsilini davam etdirmişdir. 2006-cı ildə “Cazibə istedad sorağında” yarışmasında birinci yerə layiq görülmüşdür. Elə həmin ilin avqust ayında əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Bülbüllər” vokal ansamblına solist seçilmişdir. 2012-ci ildə Mikayıl Müşfiq adına 18 saylı tam orta məktəbdən məzun olmuşdur. 2016-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalvr təhsilini başa vurmuşdur. 2023-cü ildə İctimai tvdə yayımlanan beynəlxalq layihə olan “Səs Azərbaycan” yarışmasına qoşulur və martın 21-də ümumxalq səsverməsi ilə yarışmanın qalibi olmuşdur.
Zülküf Uçar
Zülküf Uçar (1982, Van) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Zülküf Uçar 1982-ci ildə Van ilində anadan olub. 2006-cı ildə Doqquz Eylül Universiteti Hüquq Bölməsindən məzun olub. Hüquqşünas olaraq 2007-ci ildən Van Vəkillər Kollegiyasında çalışıb. Van Vəkillər Kollegiyasının İdarə Heyətinin üzvü olub. 2018-2022-ci illərdə isə Van Vəkillər Kollegiyasının prezidenti vəzifəsində təmsil olunub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Van ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Ədalət Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Evlidir.
Xuluf
Xuluf (Əvvəlki adı:Çökək Xuluf) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikasının Milli Məclisi 26 dekabr 2006-cı il tarixli 217-IIIQ saylı qərarı ilə Keçili kənd inzibati ərazi dairəsi tərkibindəki Keçili kəndinin bir hissəsi Xuluf kəndi adlandırılmış və rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Kənd əhalisi 2893 nəfərdir ki, onunda 1483 nəfəri kişi, 1410 nəfəri isə qadınlar təşkil edir. Çökək Xuluf adlıkənd Şəmkir rayonunun Plankənd inzibati ərazi vahidində olub. Dağətəyi ərazidədir. 1917-ci ildə Gəncə qəzasında Xuluf adlı yalnız bir yaşayış məntəqəsi qeydə alınmışdır. Oykonim "çökəkdə yerləşən Xuluf kəndi" mənasındadır.
Zulu
Zulu dili — (zulu isiZulu) Bantu dillərindən biridir. Cənubi Afrika Respublikasında və Zimbabvedə yayılmışdır. 7 milyona qədər daşıyıcısı vardır. Nedebe, kvabe, lala dialektlərinindən ibarətdir. Zimbabvedə nedebe dialekti şona dialekti ilə bərabər etniklərarası ünsiyyət dili kimi fəaliyyət göstərir. Etnoloqa görə, Şona dilindən sonra ikinci ən geniş danışılan Bantu dilidir.
Çökək Xuluf
Çökək Xuluf — Azərbaycan Respublikasının Şəmkir rayonunun Keçili kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Keçili kənd inzibati ərazi vahidinin tərkibindəki Çökək Xuluf kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Zulu dili
Zulu dili — (zulu isiZulu) Bantu dillərindən biridir. Cənubi Afrika Respublikasında və Zimbabvedə yayılmışdır. 7 milyona qədər daşıyıcısı vardır. Nedebe, kvabe, lala dialektlərinindən ibarətdir. Zimbabvedə nedebe dialekti şona dialekti ilə bərabər etniklərarası ünsiyyət dili kimi fəaliyyət göstərir. Etnoloqa görə, Şona dilindən sonra ikinci ən geniş danışılan Bantu dilidir.
Külür
Külür— İranın Ərdəbil ostanının Xalxal şəhristanının Şahrud bəxşində şəhər və bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,380 nəfər və 675 ailədən ibarət idi.
Külüs
Külüs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Toponimikası == Bəzi mənbələrə görə kəndin adı Sakların bir qolu Kol tayfası və Oğuzların(Uz) ərazidə məskulaşması ilə yaranmışdır. IV əsrdə Kəngərli tayfasının Səleykə qolu , sonralar isə Salahlı , Qaramanlı və başqa tayfalar məskunlaşmışdır. Bəzi tədqiqatçılar isə oykonimin kühül (mağara) sözündən düzəldiyini ehtimal edirlər. Altay dillərində, o cümlədən 419 monqol dilində kuluz "qamış" mənasında işlənir. Güman etmək olar ki, kəndin ərazisi qamışlıq olduğu üçün belə adlandırılmışdır, lakin Zəngəzur mahalında Qarakilsə rayonunda Uz kəndi, Şəki kəndi və s., Babək rayonunda Kültəpə, Qərbi Azərbaycan ostanında(İran) Kulus (Kolus) kəndlərinin olması Sak-Kol və Oğuz — Uz tayfa ittifaqlarının mövcudiyyətini və kənd adlarında qorunmasını sübut edir. == Tarix == Külüsün ərazisi qədim və tarixi yaşayış yerləri, abidələr, qəbirlər, nekrapollarla zəngindir. Kəndin tarixi orta tunc dövründən başlayır. Haqqıxlıq, Köhnə Külüs, Dev damı, Əyrək, Şansu ölən, Əşgab, Qaradağ, Sarıdağ, Külüs qalası (tamamilə dağılıb) kimi yerlərdə qədimdə yaşayışın olduğu sübut edilib. Haqqıxlıqda aparılan arxeoloji qazıntılarda eradan əvvəl III–II minilliyə aid tunc xəncər, ox ucu, qablar və haqqıqdan (əqiqdən) muncuqlar, bəzək əşyaları tapılıb.
Külüç
Külüç (az.-əski. کۆلۆچ‎, fars. کلوچ‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 386 nəfər yaşayır (120 ailə).
Pülük
Sünnət — lat. circumcisio əməliyyatı. Penis dərisi penis boynuna çatarkən onun başını örtməmişdən əvvəl Pülük — lat. preputium adlanan dəri büküşünü əmələ gətirir. pülük penis başını xortum kimi azad bir surətdə örtür. Bunların arasında yarığa bənzər bir boşluq — lat. cavum preputii qalır. Həmin boşluqda lat. smegma s. sebum preputii adlanan xüsusi qoxulu və ağımtıl piy olur, bu piy pülüyün daxili təbəqəsində olan xüsusi piy vəzilərində — lat.
Gülüş
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Zulu (film, 2013)
Zulu rejissorluğunu Jerom Sallın etdiyi fransız detektiv filmidir. Film 2013 Kann kinofestivalında bağlanış filmi olaraq seçilib.
Zülal
Zülal — α-aminturşu qalıqlarından təşkil olunmuş yüksək molekullu təbii birləşmədir. Üzvi maddələr arasında mühüm əhəmiyyət kəsb edən və çox mürəkkəb quruluşa malik olan birləşmələrdən biri də zülallardır. Züllallar bitki, heyvan və insan orqanizminin yaranması və inkişafında müstəsna əhəmiyyətə malikdir. Zülallar canlı orqanizmdə müxtəlif funksiyalar daşıyırlar. Onlar dərinin, əzələlərin, müxtəlif orqanların toxumalarının tərkibinə daxildir. Bəzi zülallar bioloji katalizator (fermentlər) xassəsinə malik olub, orqanizmdə gedən bütün kimyəvi proseslərdə iştirak edirlər. Zülallar orqanizmin enerji mənbələrindən biri olmaqla bərabər, orqanizm üçün infeksiyalardan müdafiə rolunu oynayırlar. α-aminturşulardan təbii sintezolunmuş üzvi birləşmə, canlı hüceyrənin əsas tərkib hissəsi. Molekul kütləsi on minlərdən milyonadək və daha çoxdur. Amfoter elektrolitdir, molekullarında sərbəst karboksil və amin turşuları var.
Züvüc
Züvüç — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Züvüc kəndi Osyedərə kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Züvüc kənd inzibati ərazi vahidi yaradılmışdır. "Züvüç" sözünün talış sözü olması və "güclü", "qüvvətli" mənasında işlənməsi ehtimal edilir. 8 fevral 2000-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Züvüc kəndi Osyedərə kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Züvüc kənd inzibati ərazi vahidi yaradılmış, Osyedərə kənd inzibati ərazi vahidinin Arta, Çeşman və Zövnə kəndləri Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Züvüç kəndinin tarixi çox qədim zamanlarla səsləşir. Bu kəndin əsasını İrəc adlı şəxs qoymuşdur. Həmin məşhur nəslin davamçılarından hətta qonşu ölkələrdə də yaşayanlar var. 1938-ci ilədək Züvüç kəndi və onunla qonşuluqdakı 11 kənd Vərgədüz (indiki Yardımlı) rayonunun tərkibində olub. Bu kəndlər sonradan məsafə baxımından xeyli uzaq Zuvand (indiki Lerik) rayonuna birləşdirilmiş və beləliklə inzibati ərazi vahidlərinin bölgü prinsipi pozulmuşdur. Züvüç sözü talışca "güclü", "qüvvətlı" mənasını bildirir.
Gülüm-gülüm piri
Gülüm-gülüm piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda eyni adlı qədim yaşayış yerinin cənubunda ziyarətgah. Pir dağ daşlarından dördkünc formada tikilmişdir. Girişi cənubdandır. Ölçüsü 4,5 x 3,1 metrdir. Divarlarının qalınlığı 90 sm-dir. Pirin ətrafından aşkar olunan keramika məmulatı Orta əsrlərə aiddir. Gülüm-gülüm dağının əfsanəsinə görə indiki Nəsirvaz kəndi əvvəl bu dağın ətəklərindəymiş. Deyilənlərə görə kənddə bir gəlin hər gün dağın səsini eşidirmiş ki, gəlim-gülüm. Gəlin gül, deyincə bütün çöl-çəmən gülüzarlığa dönür, insanlara sanki xoşbəxtlik verilir. Bir gün gəlin kefsiz olur.
Gülüm-gülüm yaşayış yeri
Gülüm-gülüm yаşаyış yеri — Hаqqındа əfsаnələr dоlаşаn bu аbidə Оrdubаd rаyоnunun Nəsirvаz kəndindən cənub-qərbdə dаğın ətəyində yеrləşir. Аrаşdırmаlаr zаmаnı yаşаyış yеrində iri dаşlаrdаn hörülmüş müdаfiə divаrlаrının və yаşаyış binаlаrının qаlıqlаrı аşkаr оlunmuşdur. Müdаfiə divаrlаrı yаnlаrdа iri qаyа pаrçаlаrındаn hörülərək, оnlаrın аrаsı kiçik həcmli dаşlаrlа dоldurulmuşdur. Bəzi yеrlərdə müdаfiə divаrlаrının uzunluğu 35 m-ə çаtır. Divаrın еni müхtəlifdir. Оnun qаlınlığı 1,2-1,5 m аrаsındаdır. Yаşаyış yеrinin ərаzisində dördkünc fоrmаdа inşа оlunmuş yаşаyış binаlаrın qаlıqlаrı vаr. Оnlаrın böyük bir qismi dаğ uçqununun аltındа qаlаrаq dаğılmışdır. Аrаşdırmаlаr göstərir ki, yаşаyış yеrindən uzun müddət istifаdə оlunmuş, Оrtа əsrlərdə isə bаğ yеrinə çеvrilmişdir. Dеyilənə görə, burаdа аğаnın bаğı оlmuş və о bаğdа hər mеyvədən оlmuşdur.
Tülü
Tülü (Balakən) — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Tülü (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Zülm
Zülm - Şəxs və ya qruba bir başqa şəxs və ya qrup tərəfindən israrlı bir şəkildə pis rəftarıdır. Ən çox təsadüf edilən formaları dini zülm, etnik zülm və siyasi zülmdür. Ən çox təsadüf edilən nümunə isə çoxluq qrupun azlıq qrupa qarşı etdiyi zülmdür.
Külüg Bilgə
Külüg Bilgə xaqan - atası II Qutluqdan sonra taxta gəlmiş və cəmisi 3 il taxta qalmışdır. 806-cı ildə Çindəki Mani məbədi məhz onun istəyi ilə yenidən açılmışdı. 808-ci ildə vəfat etmişdi. Övladsız olduğu üçün yenidən seçki ilə hökmdar seçilmişdi.
Külüg Bəy
Külüg Bəy xan — əsl adı Xu olan xaqan əmisinin ölümündən sonra taxta çıxmışdı. Onun dövründə üsyanlar baş qaldırdı. Yuelouvu (掘羅勿) adlı sərkərdənin üsyana başlaması və özünə Şato türklərini kömək olaraq çağırması Uyğur xaqanlığının çöküşünü sürətləndirən xəbərlərdən idi. Şato türklərinin Ordu-Balıq şəhərini mühasirəyə aldığı zaman intihar etdi. Yerinə Uge xan keçdi.
Külün təpə
Külün təpə, Külüng təpə və ya Hisamabad (fars. حسام‌آباد‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 2,023 nəfər yaşayır (557 ailə).
Külür (dəqiqləşdirmə)
Külür — İranın Ərdəbil ostanının Xalxal şəhristanının Şahrud bəxşində şəhər. Külür (Ərdəbil) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd.
Külür (Ərdəbil)
Külür (fars. كلور‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 112 nəfər yaşayır (21 ailə).
Huluy
Yujiulü Hulü (IV əsr – 414) və yaxud Aykuqay xaqan (xoş xasiyyətli xaqan) — 410-cu ilin mayında hakimiyyətə gəlmişdi. Şimal Yan hökmdarı Fenq Banın qızı Lelanq ilə evlənmişdi. Hökmdarlığının dördüncü ilində qardaşı oğlu Buluçen ona üsyan etsə və öldürsə də, Şelunun oğlu Şeba ilə birlikdə öldürüldü. Hakimiyyətə Datan keçdi.
Mulux
Mulux — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 30 nəfərdir ki onunda 14 nəfəri kişi, 16 nəfəri qadındır.
Müluz
Müluz (fr. Mulhouse) – Fransanın şimal-şərqində yerləşən şəhər. Əhalinin sayına görə Yuxarı Reyn departamentinin ən böyük şəhəridir.
Suluk
Toponimlər
Sulut
Sulut — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 45 km Şərqdə dağ ətəyində yerləşir. Əhali əkinçilik və maldarlıqla məşğuldur. Orta məktəbi, kitabxanası, klubu və tibb məntəqəsi var. “Sulut” toponomi haqqında müxtəlif düşüncələr irəli sürülür. Sulut sözünün anlamı türkcə “daşlı”, “sulu” yer kimi izzah etmək olar. Gerçək də kəndin ərazisi daşlı, çınqıllı sulu sahələrdən ibarətdir. Kənd, İsmayıllı dan 45 kilometr şərqdə, dağların ətəyindədir. Əhalisi 416 nəfərdir ki onunda 207 nəfəri kişi, 209 nəfəri qadındır. 1.
Çuluq
Yusuf
Yusif (ən tezi e.ə. 1915 və ən geci e.ə. 1562, Haran[d] – ən tezi e.ə. 1805 və ən geci e.ə. 1452, Qədim Misir) — qeyri-adi gözəlliyi ilə seçilən, həm də yuxu yozmaq qabiliyyətinə malik olan İslam dininin möhtərəm peyğəmbərlərindəndir. Quranın 111 ayədən ibarət 12-ci "Yusif" surəsi onun həyat hekayətinə həsr edilmişdir. Yusif Yaqub və Rəhilənin oğlu olaraq Kənan torpağında on ögey qardaşı, bir doğma qardaşı və ən azı bir ögey bacısı ilə yaşayırdı. O, Rəhilənin ilk oğlu və Yaqubun on birinci oğlu idi. Ata bütün oğullar arasında Yusifi üstün tuturdu. Ədəbiyyatda Osarsif adının Yusiflə oxşarlığına, eləcə də hekayələrdə (hər ikisi haqqında) yuxulara mühüm yer verilməsinə diqqət çəkilmişdir.