zurna
zülm
OBASTAN VİKİ
Dəniz (Zülfiyyə Xanbabayeva albomu)
Dəniz – Azərbaycan müğənnisi Zülfiyyə Xanbabayevanın albomu. 80 dəqiqəlik kompakt-diskə 18 mahnı daxildir. == Hazırlanması == Kompakt-disk Almaniyada istehsal olunub və BMF Records şirkəti tərəfindən buraxılıb. BMF Records dünya standartına cavab verən məhsulunu istehsal edən ilk rəsmi Azərbaycan rekord-leyblidir. Disk üzərindəki unikal ştrix-kod sayəsində albom haqqındakı bütün məlumatlar Dünya Musiqi Məlumatlar Bazasında qeydə alınıb. Azərbaycandan Dünya Musiqi Məlumatlar Bazasına daxil olan ilk CD-dir. Albom Almaniyada istehsal olunub, dizaynı Miraslana məxsusdur. Alboma Mikayıl Vəkilov, Hüseyn Abdullayev, Kamal, Minayə xanımın, Vüqar Camalzadə, Gövhər Həsənzadə, Muxtar, Emil Şahin, İsa Məlik, Emin Kərimi, Sahib Məmmədov, Günel Sərdar qızı və Emin Məcnunbəylinin mahnıları daxil edilib. Albom üçün foto-sessiya Xəzər dənizinin sahilində fotoqraf Emil Ağayev ilə həyata keçirilib. Müğənninin stili və qrimi illər boyu əməkdaşlıq etdiyi "Trend studio" tərəfindən yerinə yetirilib.
Eldar Zülfüqarov
Zülfüqarov Eldar İslam oğlu — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (2000-2011-ci illər). == Həyatı == Zülfüqarov Eldar İslam oğlu 1954-cü il mayın 1-də Şəmkir rayonunda anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1977-1990-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Radiasiya problemləri" İnstitunda işləmiş, 1986-cı ildə namizədlik və 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Hal-hazırda AKU-da "Beynalxalq əlaqələr üzrə prorektor" vəzifəsində işləyir. 2000-2011-ci illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik etmişdir. 9 dekabr 2012-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Elxan Zülfüqarov
Elxan Zülfüqarov (29 iyun 1954, Hoğa, Qaryagin rayonu – 5 yanvar 1994, Şükürbəyli, Füzuli rayonu) — Azərbaycan kəşfiyyatçısı, Kapitan, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elxan Zülfüqarov 29 iyun 1954-cü ildə Füzuli rayonunun Üçbulaq kəndində anadan olmuşdur. 1969-cu ildə Bünyad Sərdarov adına 1 saylı məktəbin səkkizinci sinfini bitirmişdir. Daha sonra Yevlax rayonunda orta təhsilini davam etdirmişdir. 1971-ci ildə texnikuma daxil olmuşdur. 1972-ci ildə hərbi xidmətə çağırılmışdır. 1974-cü ildə Ukrayna SSR-də xidmətini başa vurmuş və yarımçıq qalmış təhsilini davam etdirmişdir. 1975-ci ildə təyinatla Novosibirsk şəhərinə göndərilmişdir. Milis işçisi olaraq fəaliyyətə başlamış, baş leytenant rütbəsi almışdır. == Döyüşlərdə iştirakı == 1988-ci ildə Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya edildiyini və Qarabağ hadisələrinin başlandığını bilən kimi Azərbaycana qayıtmışdır.
Fariz Zülfüqarzadə
Gecə (Zülfiyyə Xanbabayeva albomu)
== Albom haqqında == Bu Zülfiyyə Xanbabayevanın ilk studiya albomudur. Albom mediaya 2000-ci ildə təqdim olunub. Həmin il Azərbaycanda ən çox satılan albomlardan biri olub.
Gözümün Qarası (Zülfiyyə Xanbabayeva mahnı)
Gözümün qarası - 2006-cı ildə Azərbaycanda ən populyar mahnılardan biri. Sözləri İsmayıl Dadaşovun, musiqisi Hüseyn Abdullayevindir. == Mahnı haqqında == Mahnı ilk dəfə 2006-cı ilin yazında Zülfiyyə Xanbabayeva tərəfindən oxunmuşdur. Mahnı efirə getdiyi gündən bütün hitparadlarda 1-ci oldu. Mahnı 2006-cı ildə ilin mahnısı seçildi. Mahnı Zülfiyyə xanımın 2009-cu ildə işıq üzü görən Dəniz albomuna daxil edildi. == Video == Mahnının videosu əvvəlki Zülfiyyə Xanbabayeva kliplərindən fərqli olaraq Gürcüstanda çəkildi. Videoda hər hansı bir sujet xətti yoxdu.
Məhərrəm Zülfüqarlı
Məhərrəm Paşa oğlu Zülfüqarlı (19 avqust 1955, Ucar) — tarix üzrə elmlər doktoru, professor 19 avqust 1955-ci ildə Azərbaycan Respublikasının Ucar şəhərində anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsi əyani şöbəsini, 1986-cı ildə həmin universitetin aspiranturasını bitirib. 1977–1980-ci illərdə dövlət təyinatı ilə Saatlı rayonu Nərimankənd orta məktəbində müəllim işləyib. 1980–1981-ci illərdə Azərbaycan SSR EA Tarix İnstitutunda baş laborant vəzifəsində çalışıb. 1981–1992-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında əvvəlcə müəllim, sonra isə baş müəllim vəzifələrində işləyib.1992–1993-cü illərdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatında humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsində çalışıb.1994–1995-ci illərdə Sumqayıt şəhər Mənzil Təsərrüfat Birliyində baş metodist işləyib. 1995–1996-cı illərdə Sumqayıt Texnologiya Texnikumunda müəllim,1998–2001-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim ,2000–2001-ci illərdə Bakı Biznes Universitetində baş müəllim, magistratura şöbəsinin müdiri vəzifələrində işləyib. 2018–2020-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Azərbaycan tarixi" fənnini tədris edib. 2007-ci ildən Azərbaycan Turizm və Menecment Universitetində çalışır. Hazırda həmin universitetin "İctimai fənlər " kafedrasının professoru, tarix elmləri doktorudur.. Universitetdə nəşr olunan.
Məlik Zülfüqarov
Nə Faydası (Zülfiyyə Xanbabayeva mahnı)
Nə Faydası - 2010-cu ildə video kimi təqdim olunmuş, mahnı isə 2009-cu ilin dekabrında satışa çıxan Dəniz albomundandır. Mahnının sözləri və musiqisi Hüseyn Abdullayevə aiddir.
Oqtay Zülfüqarov
Oqtay Zülfüqarov (31 may 1929, Bakı – 31 avqust 2016, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2000). Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də Bakı şəhərinin Pirşağı qəsəbəsində hakim ailəsində anadan olub. Musiqi Məktəbinin violoncel sinfini, A. Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, professor Qara Qarayevin tələbəsi olub. O, uşaqlar üçün yazılan "Qız-ulduz", "Pişik və Sərçə" və "Meşə nağılı" operalarını da yazıb. "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı "Şənlən, mənim xalqım" uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir. 2010–2012 illərdə O. Zülfüqarov "Məlik Məmməd" nağılı əsasında uşaqlar üçün "Sehrli alma" iki hissəli balet, eyni zamanda musiqi dərslikləri yazıb. Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı bəstəkar həm də şeirlər yazıb və onlar "Oxuyur Aysel" adlı topluda işıq üzü görüb. 1972-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. Prezident təqaüdçüsü olan bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib.
Qalib Zülfüqarlı
Qaragüney (Zülfüqarlı)
Qaragüney — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zülfüqarlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Kənd Qoşunəlilər Qaragüneyi, bəzən Məmmədli da adlanır. Yaşayış məntəqəsini Qoşunəli oğlu Məmməd adlı bir nəfər Qaragüney adlı ərazidə saldığı üçün belə adlandırılmışdır. Qara güney, yəni qara torpağı olan güney deməkdir. Qara torpaq məhsuldar olur, güney isə cənub, isti olan yerdir. Kəlbəcər rayonunun ərazisində Qaragüney adında başqa bir kənd də olmuşdur. Həmin kənd 2015-ci ildən Tağılar adlanır. Kənd rayon mərkəzindən ş.-da, dağətəyi ərazidə yerləşir.
Qəlbinə Yol (Zülfiyyə Xanbabayeva albomu)
Azərbaycanın Respublikasının Xalq Artisti Zülfiyyə Xanbabayevanın sayca üçüncü studiya albomu. "Qəlbinə yol" musiqi albomu 2003-cü ilin mart ayı mediaya təqdim olundu, aprel ayında satışa çıxdı. 2003-2004-cü illər üçün bu Azərbaycanda satış qiymətinə görə ən bahalı musiqi albomu idi. Bununla yanaşı Qəlbinə Yol buraxıldığı il, ən çox tələb olunan albomlar sırasına girdi. Hələ 2001-ci dekabrın 31-i Space telekanalında yeni il şənliyi zamanı bu alboma daxil olan, sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan Anladım Sonunda mahnısı səslənmişdi və çox bəyənilmişdi. Mahnı bütün 2002-ci il boyu hitparadlardan düşmədi. 2003-cü ilin ikinci rübündə Qəlbinə Yol mahnısına videoklip çəkildi, videonu Emin Mirabdullayev çəkdi, bu Azərbaycanda ilk dəfə olaraq kinolentə çəkilən klip oldu. Albomda 9 mahnı ilə yanaşı bir də popurri vardı, bu Zülfiyyə Xanbabayevanın əvvəlki iki albomunda yer alan bəzi mahnıların Rəşad Haşımov tərəfindən hazırlanan mix'i idi. Zülfiyyə xanım alboma Azərbaycanın Xalq Artisti Cavanşir Quliyevin də bir bəstəsini daxil etmişdi. Albomda Kölgələr Düşdü mahnısın musiqisi Tünzalə Ağayevaya aiddir.
Samir Zülfiqarov
Samir Xəlil oğlu Zülfüqarov (3 iyul 1976, Ağbaş, Dəvəçi rayonu – 17 mart 1995, Bakı) — Azərbaycan Milli Ordusunun sıravi əsgəri; Azərbaycanın Milli Qəhrəmanı. Samir Xəlil oğlu Zülfüqarov 3 iyul 1976-cı ildə Dəvəçi rayonunun Ağbaş qəsəbəsində anadan olub. 8-ci sinfə qədər təhsil alıb. Ailə vəziyyəti ağır olduğu üçün, təhsili yarımçıq qoyaraq atası ilə bərabər işləyib, ailələrinə dayaq olub. Subay idi. 1994-cü ilin avqustunda Dəvəçi Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilib. Xızı rayonunun Yaşma qəsəbəsində yerləşən hərbi hissədə xidmət edib. 1995-ci ilin 12-18 martında baş verən dövlət çevrilişinə cəhd zamanı silahlı dəstələrin zərərsizləşdirilməsi əməliyyatlarına göndərilir. Martın 17-də Nizami rayonunda Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) qərargahının yaxınlığına baş verən silahlı toqquşma zamanı şəhid olub. Dəvəçi rayonunun Ağbaş qəsəbəsində dəfn olunub.
Samir Zülfüqarov
Samir Xəlil oğlu Zülfüqarov (3 iyul 1976, Ağbaş, Dəvəçi rayonu – 17 mart 1995, Bakı) — Azərbaycan Milli Ordusunun sıravi əsgəri; Azərbaycanın Milli Qəhrəmanı. Samir Xəlil oğlu Zülfüqarov 3 iyul 1976-cı ildə Dəvəçi rayonunun Ağbaş qəsəbəsində anadan olub. 8-ci sinfə qədər təhsil alıb. Ailə vəziyyəti ağır olduğu üçün, təhsili yarımçıq qoyaraq atası ilə bərabər işləyib, ailələrinə dayaq olub. Subay idi. 1994-cü ilin avqustunda Dəvəçi Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilib. Xızı rayonunun Yaşma qəsəbəsində yerləşən hərbi hissədə xidmət edib. 1995-ci ilin 12-18 martında baş verən dövlət çevrilişinə cəhd zamanı silahlı dəstələrin zərərsizləşdirilməsi əməliyyatlarına göndərilir. Martın 17-də Nizami rayonunda Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) qərargahının yaxınlığına baş verən silahlı toqquşma zamanı şəhid olub. Dəvəçi rayonunun Ağbaş qəsəbəsində dəfn olunub.
Seyid Zülfüqar Şirvani
Zülfüqar Şirvani (1190-1291) — Azərbaycan şairi, alimi. Zülfüqar Şirvaninin fəaliyyəti XIII əsrə təsadüf edir. Bu Azərbaycan alimi, şir və mütəfəkkiri poetika, məntiq, fəlsəfə sahələrində məşhur idi. Zülfüqar Şirvaninin fəlsəfi görüşləri onun 10 min beytdən ibarət "Divan"ında əksini tapıb. "Divan"dan məlum olur ki, Zülfüqar Şirvaninin dünyagörüşü gərgin panteist təlimləri təsiri altında formalaşmışdır. Adı Qivamüddin Hüseyn ibni-Sədrəddin Əlidir. Qiymətli bir alim və yüksək dərəcəli bir şair olmuşdur. Şirvanşahın vəziri sədr Səidülmastri haqqında uzun və mükəmməl bir qəsidə yazmışdır. Bunun müqabilində mükafat olaraq yeddi xalvar ipək almışdır. Axırda İraqa gedib, Sultan Məhəmməd Xarəzmşahın tarixini nəzmə çəkmiş və ondan iltifat götürüb, bir çox hədiyyə almışdır.
Sədaqət Zülfüqarova
Sədaqət Şamil qızı Zülfüqarova (10 iyul 1924 – 27 dekabr 1986) — aktrisa. Teatr və kino aktrisası Sədaqət Zülfüqarova 30-a qədər filmdə əsasən epizodik rollarda çəkilmişdir.
Sən Gedən Gündən (Zülfiyyə Xanbabayeva albomu)
"Sən gedən gündən" — Zülfiyyə Xanbabayevanın ikinci studiya albomudur. Albom 2002-ci ildə işıq üzü görüb. Bu albom həmin il üçün Azərbaycanda ən çox satılan albom olub.
Sənsiz (Zülfiyyə Xanbabayeva albomu)
"Sənsiz" albomu – Zülfiyyə Xanbabayevanın dördüncü solo albomudur. İctimaiyyətə 2004-cü ilin dekabrında təqdim olunan albom satışa 2005-ci il yanvarın 2-si CD olaraq, yanvarın 5-i audiokaset olaraq çıxdı. Bu albomun, demək olar ki, bütün mahnıları məşhur oldu, çox dinlənildi. Albomla eyni adı daşıyan Sənsiz mahnısı radiolarda hələ 2003-cü ilin oktyabrından səslənməyə başladı. ATV telekanalında yayımlanan 10lar verilişi 2004-cü ilin sonu Sənsizi ilin mahnısı seçdi, belə ki, 2004-cü ildə 52 həftə efirə çıxan verilişin onluğunda 45 həftə məhz Sənsiz mahnısının videosu birinci oldu. Mahnı 2005-ci ildə də bir çox hitparadlarda zirvədə yer aldı. Bu mahnı nəinki, ATV, ümumiyyətlə, bütün telekanalların, radioların hitparadlarında 2003-2004-cü illər boyu ilk yerlərdə oldu. 2004-cü ildə Zülfiyyə Xanbabayeva Tarkanla birgə Tofiq Bayramov adına Respublika stadionunda konsert verdi. Albomun başqa bir hit parçası Azərbaycan mahnısı ilk dəfə bu konsertdə səsləndi. Konsert 28 May Respublika Gününə həsr olunmuşdu.
Zülfi Sadıxov
Zülfi Kazım oğlu Sadıxov (1942, Qarabulaq, Gədəbəy rayonu – 25 mart 2023, Sumqayıt) — Azərbaycanın istehsalatçı-kimyaçısı, Azərbaycanın Əməkdar mühəndisi, Respublika Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü. Zülfi Sadıxov 1942-ci ildə Gədəbəy rayonunun Böyük Qarabulaq kəndində anadan olub. Orta təhsilini 1959-cu ildə Miskinli kəndində orta məktəbi bitirib. 1962-ci ildə Sumqayıt Kimya-Texnologiya texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra Sumqayıt Sintetik Kauçuk zavodunda əmək failiyyətinə başlasada sonralar Sumqayıt "Kimyasənaye" İB-də əmək failiyyətini davam etdirib. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyasının) axşam şöbəsində kimyaçı-texnoloq ixtisası üzrə ali təhsil almışdır. Daha sonra Moskva İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 25 mart 2023-cü ildə vəfat etmişdir. Sumqayıt "Kimyasənaye" İstehsalat Birliyində çalışmışdır. 1980-ci ildə Zülfü Sadıxovun rəhbərlik etdiyi sulfanol istehsalatında iki aydan artıq davam edən geniş həcmli rekonstruksiya işlərinə başlanılmışdı. İstehsalatın gücünün artırılmasının nəticəsi olaraq müəssisədə həmin il çox böyük iqtisadi gəlir əldə edilməsinə nail olunmuşdu.
"Zülfüqar" ordeni
Zülfüqar nişanı və ya medalı — İran hərbi qüvvələrinin 1925-ci ildən döyüş meydanında şücaət göstərmiş şəxslərə verilən ən yüksək nişanıdır (medal). Bir az sonra "Sepah" nişanı Zülfüqar medalını əvəz etdi və bundan sonra Zülfüqar döyüş məntəqəsi xarici düşmənlərlə müharibə hallarına təyin olundu. İran İmperator Ordusu tərəfindən yaradılan hərbi şərəf nişanları arasında elm, sirr, sənət və idman nişanları ilə birlikdə Zülfiqar nişanı indi də istifadə olunur . == Tarix == 20 avqust 1301-ci ildə briqada generalı Amanullah Mirzə Cahanbani, briqada generalı Fəzlullah Zahedi, polkovnik Həsən Ağa Xan Azərbərzin, podpolkovnik Mahmud Xan Poladin və birinci müavini Qulam Əli Bayanderdən ibarət komissiya İranın ən yüksək döyüş emblemi Zülfüqar nişanı təsdiq etdi. Döyüş meydanında fövqəladə qəhrəmanlıqlar göstərmiş və ya döyüşdə yaralanmış və müharibənin sonuna qədər öz vəzifələrini yerinə yetirməyə davam etmiş şəxslər belə döş nişanı ilə təltif olunmaq hüququna malik idilər. Belə bir nişan almaqdan qürur duyanlar onu həmişə sinələrində taxmalıdırlar. Maaşlardan əlavə, bu döş nişanı həm də vəzifə sahibləri üçün bütün səviyyələrdə daha qısa dayandırma müddətləri kimi imtiyazlar yaratdı. Bu nişan cəmi iki il davam etdi və sonralar xarici müharibələrdə göstərdiyi fədakarlıq və igidliyə görə təxirə salındı ​​və Sepah nişanı ilə əvəz olundu. == Formalar və növlər == Bu nişan iki cür idi; Birinci növdə vəzifəli şəxslər üçün dörd dərəcə, ikinci növdə isə hərbi qulluqçular üçün iki dərəcə var idi. Bu döyüş nişanının bir tərəfində Əli sözü, digər tərəfində qırmızı mina üzərində parlayan "İgidlik" sözü idi.
Zülfü Əsədzadə
Zülfü Əsədzadə (tam adı: Zülfü Sabit oğlu Əsədzadə) — Azərbaycanlı müğənni, "Səs Azərbaycan"ın qalibi. Zülfü Əsədzadə 1994-cü il oktyabrın 9-da Mingəçevir şəhərində anadan olmuşdur. Təhsilinə 2001-ci ildə Mingəçevir şəhər 4 saylı orta məktəbdə başlamışdır. Məktəb yaşlarından musiqiyə, oxumağa həvəsi olduqca böyük olan Zülfü, 2005-ci ildə “Ana Kür” adlı müsabiqə ilə ilk dəfə olaraq musiqi həyatına qədəm qoyur. Müsabiqəni uğurla başa vurduqdan sonra Mingəçevir şəhər Bülbül adına 2 saylı uşaq musiqi məktəbinə daxil olmuş, məktəb xorunda solist kimi təhsilini davam etdirmişdir. 2006-cı ildə “Cazibə istedad sorağında” yarışmasında birinci yerə layiq görülmüşdür. Elə həmin ilin avqust ayında əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Bülbüllər” vokal ansamblına solist seçilmişdir. 2012-ci ildə Mikayıl Müşfiq adına 18 saylı tam orta məktəbdən məzun olmuşdur. 2016-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalvr təhsilini başa vurmuşdur. 2023-cü ildə İctimai tvdə yayımlanan beynəlxalq layihə olan “Səs Azərbaycan” yarışmasına qoşulur və martın 21-də ümumxalq səsverməsi ilə yarışmanın qalibi olmuşdur.
Zülfüqar (dəqiqləşdirmə)
Zülfüqar (Qaraqoyunlu)
Məhəmməd Zülfüqarlı
Zülfüqarovun tikdirdiyi mollaxana
Zülfüqarovun mollaxanası — Azərbaycanın Şəki şəhərində, Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən tarixi yaşayış binası. Bina 1888-ci ildə tacir Hacı Məhəmməd Zülfüqar oğlu tərəfindən tikdirilmişdir. == Tarixi == Zülfüqarovun mollaxanası 1888-ci ildə Şəki şəhərinin tanınmış tacirlərindən olan Hacı Məhəmməd Zülfüqar oğlu tərəfindən inşa etdirilmişdir. Bina əsasən yaşayış binası kimi istifadə olunsa da, eyni zamanda mollaxana kimi də fəaliyyət göstərmişdir. Mədrəsə tipli bu mollaxanada dövrün tanınmış din xadimləri dərs demiş, tələbələr isə burada təhsil almışlar. Sovet hakimiyyəti illərində bina milliləşdirilərək yaşayış binasına çevrilmiş və uzun müddət bu şəkildə istifadə edilmişdir. 1990-cı illərdə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra bina yenidən özəl mülkiyyətə qaytarılmışdır. == Memarlıq xüsusiyyətləri == === Yerləşməsi === Zülfüqarovun mollaxanası Şəki şəhərinin mərkəzində, Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşir. Bina şəhərin tarixi məhəllələrindən olan Aşağı Baş məhəlləsində yerləşir və ətrafındakı digər tarixi tikililərlə birlikdə şəhərin memarlıq ansamblını zənginləşdirir. === Plan quruluşu === Mollaxana Şəki memarlıq məktəbinin ənənəvi üslubunda inşa edilmişdir.

Значение слова в других словарях