Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qırılı
Qırılı — Azərbaycan Respublikasının Ağstafa rayonunun Qırılı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı qərarı ilə Ağstafa rayonunun Qırılı kəndi Kalininkənd qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qırılı kənd Soveti yaradılmışdır. Qırılı kəndi Ağstafa rayonunun ən qədim kəndlərindən biridir. Kənddə ilk insanlar Həsənsuçayının sol sahilində məskunlaşmışlar. Buna sübut olaraq köhnə qəbiristanlığın orada yerləşməsini göstərmək olar. Sonradan çayın sağ tərəfinə (indiki Tanrıverdilər məhəlləsinə) köçərək burada məskən salmışlar. Deyilənlərə görə bu kəndə gəlib ilk dəfə məskunlaşanlar Yuxarı Göycəli kəndindən köçüb gələnlər olub. Elə bu səbəbdən kəndin adı Qırılı (yəni Yuxarı Göycəli kəndindən qırılıb ayrılmışlar) adlandırılıb. Bir başqa deyimə görə kəndin adı Dədə Qorqud kitabında və bir neçə Oğuz türklərindən bəhs olunan əsərlərdə sözü gedən "qurulu" tayfasından götürüldüyü bildirilir. Kənd ərazisi Birinci Qarabağ müharibəsi və İkinci Qarabağ müharibəsində şəhid olmuş kənd sakinlərinin əziz xatirəsinə verilmiş küçələrdən və bir çox məhəllələrdən ibarətdir: 1.
Zarlıx
Qırılı bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Birili
Birili — Tiflis quberniyasının Qori qəzasında kənd adı. == Toponimkası == Birili- Tiflis quberniyasının Qori qəzasında kənd adı. İndi Brili şəklində Xaşur, Sxinvali və Şuaxevi rayonlarında üç kənd adıdır. İrəvan quberniyasının İrəvan qəzasında Birəli, Batum əyalətində Artvin dairəsində Brili, Şimali Qafqazda Vladiqafqaz dairəsində Biracenq, Bakı quberniyasının Cavad qəzasında Biralambek, Zəngəzur qəzasında Biriulu toponimləri ilə eynidir. Altay-türk dillərində birə "kiçik çay" sözündəndir. Amur çayının Böyük Bira və Kiçik Bira qolları vardır (yenə orada). Naxçıvanda (Şərur rayonu) Birəliçay da bu sıradandır. Lakin 1593-cü ilə aid mənbədə Gəncə sancağının Ahiştabad dairəsində bir tayfanın adı Peyrəlu kimi yazılmışdır. Qazax bölgəsində bir çay Pərili adlanırdı. Ola bilsin ki, Birili tayfa adıdır.
Mirili
Mirili — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Bəcirəvan kənd Sovetinin Mirili kəndi Qaravəlili kənd Sovetinin tərkibinə verilmişdir. Kənd Araz çayının sol sahilində, Mil düzündə yerləşir. Araz çayı boyunca Tuğay meşələri yerləşir, lakin bu meşələrin əksəriyyəti Sovet hakimiyyəti dövründə qırılmş və yerində əkin sahələri salınmışdır. Hazırda yalnız sahilboyunda qalmış meşələr isə intensiv qırılma nəticəsində məhv olmaq təhlükəsi qarşısında qalmışdır. İqlimi quraq keçən subtropik səhra iqlimidir. Mirili kəndində torpaq tipləri Araz boyu ərazilərlə qismən ondan uzaqda bir-birindən fərqlənir. Araz boyu ərazilərdə qumsal, bu ərazilərdən 2–3 km aralı isə şorangəli torpaqlardır. Topaq fondunun bir hissəsi şoranlaşmaya məruz qalmışdır. Kənd əhalisinin sayı 1014 nəfərdir ki, onun da 509 nəfəri kişi, 505 nəfəri isə qadındır.
Pirili
Pirili (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Pirili (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.
Dirilik (jurnal)
Dirilik — Azərbaycan türklərinin milli varlığını qoruyub saxlamaq uğrunda mübarizə aparan jurnal. 1914-cü il sentyabr ayının 16-dan 1916-cı ilin ortalarına kimi çap olunmuş siyasi türk məcmuəsi. == Fəaliyyəti == "Dirilik" jurnalı 1914-cü ilin sentyabr ayının 16-da mətbuat fəaliyyətinə başlamışdır. Bu jurnal Mirzə Bala Məmmədzadənin yazdığı kimi, həm də siyasi bir türk məcmuəsi idi. 1914-cü ildə 8, 1915-ci ildə 9, 1916-cı ildə isə 7 nömrəsi çap olunmuşdur. 1916-cı ilin ortalarında nəşri dayandırılmışdı. Məcmuənin sahibi-imtiyazı Əbülfəzl Mətləbzadə, müdiri isə Əliabbas Müznib idi. Məhəmməd Əmin Rəsulzadənin, Kazımoğlunun, Əbdülxalıq Cənnətinin, Əli Səttarlı, Cəfər Cabbarlının, Əliağa Vahidin iştirak etdiyi bu məcmuədə ədəbi nümunələr də oxuculara çatdırılırdı. Mətbuat tarixinin araşdırıcıları "Dirilik" jurnalını ədəbi-məfkurə mərkəzlərindən biri hesab edirlər. Cümhuriyyət ideyasının müəlliflərindən olan Məhəmməd Əmin Rəsulzadənin milli şüur konsepsiyasının proqramı olan "Dirilik nədir?" adlı məşhur əsəri də bu jurnalda çıxmışdır.
Diriliş Ərtoğrul
Diriliş: Ərtoğrul — Tekden Film tərəfindən hazırlanan ssenarisini Mehmet Bozdağın yazdığı baş rollarda Engin Altan Düzyatan, Kaan Taşaner, Didem Balçın, Osman Soykut, Serdar Gökhan və Mehmet Çevikin paylaşdığı teleserialdır. İlk seriyası 10 dekabr 2014-cü ildə yayınlanıb. İlk seriyasının yayınlandığı günün AB qrupu üzrə reytinq sıralamasında I sırada olmuşdur. Serialın hekayəsi XIII əsrdə Ərtoğrul Qazi və Alplarının Məbəd cəngavərləri və monqollara qarşı olan mübarizəsini və Osmanlı Bəyliyinin qurulma dövrü haqqındadır. Serialın 2015-ci ildə Kann kinofestivalında "şərəf qonağı" olaraq iştirak edəcəyi deyilir. Serial 2019-cu ilin 29 may günündə bitmişdir. == Ssenari == === Rollarda === Engin Altan Düzyatan-Ərtoğrul bəy 1-150 Kaan Taşaner-Gündoğdu bəy 1-60/146-149 Serdar Gökhan-Süleyman şah 1-26 Hülya Darcan-Haymə xatun 1-150 Esra Bilgiç-Həlimə xatun 1-116 Didem Balçın-Selcan xatun 1-61/127-149 Hande Subaşı-Ayqız 1-26 Burcu Kıratlı-Gökçə xatun 1-57 Cengiz Coşkun-Turgut alp 1-150 Nurettin Sönmez-Bamsı alp 1-150 Cavit Çetin Güner-Doğan alp 1-83 Mehmet Çevik-Dəli Dəmir 1-48 Hakan Vanlı-Qurdoğlu 1-23 Arda Anarat/Batuhan Karacakaya-Dündar bəy 1-97 Sedat Savtak-Numan 1-14 Burak Temiz-İgid 1-61 Serdar Deniz-Titus 1-26 Levent Öktem-Ustad Petruçio 1-25 Mehmet Emin İnci-Əl-Əziz 2-16 Burak Çimen-Nəsir 2-15 Özlem Aydın-Elenora 1-5 İskender Altın-Cuvanni 1-17 Atilla Engin Kardinal Tomas 5-25 Dilek Serbest-İzadora 7-22 Büşra çubukçuoğlu-Leyla 7-14 Zeynep Aydemir-Eftalya 5-18 Celal Al-Əbdürrəhman 1-150 Can Kahraman-Qara Toyqar 1-15 Gökhan Atalay-Şahabəttin Toğrul 2-16 Reshad Strik-Kladius 14-24 Hüseyin Özay-Qorqud bəy 27-49 Uğur Güneş-Tuğtəkin bəy 27-58 Evrim solmaz-Aytolun 27-53 Barış Bağcı-Noyan 27-59/116-121 == Hazırlıqlar == Teleserial üçün 4 aylıq bir hazırlıq həyata keçirildi. Döyüş səhnələri üçün Qazaxıstandan gətirilən komanda aktyorlara qılınc və oxçuluq dərsləri keçdi. Hər gün sistemli olaraq at minildi.
Xeyrəddin Zirikli
Xeyrəddin əz-Zirikli (ərəb. خير الدين الزركلي‎; 25 iyun 1893, Beyrut – 25 noyabr 1976, Qahirə) — Suriya şairi və qəzetçisi. “Əl-Əlam” adlı bir bioqrafik lüğəti yazmışdır.
Zirilər sülaləsi
Zirilər sülaləsi— 972—1163-ci illərdə və Əlcəzair ərazisində iqtidarda olmuş bərbəri xanədanı. Sanhacənin ən önəmli qəbilələrindən olan Zirilər, İfrikiyə ilə Məğrib-i Övsat arasında yerləşmişdir. Adını Ziri ibn Mənaddan alan Zirilərin biri X əsrdə Şimali Afrikada, digəri XI əsrin əvvəlində Əndülüsdə dövlət quran iki qolu vardır. Şimali Afrika Ziriləri (972-1148). Şimali Afrikada qurulan ilk böyük Bərbəri xanədanıdır. Xanədanın qurucusu Buluqqin b. Zirinin atası Ziri b. Mənad bölgədə Ağləbilərin xidmətində olmuş bir ailədən gəlməkdəydi və özü də Fatimilərin xidmətində çalışırdı. Zirinin mənsub olduğu Sanhacə qəbiləsiylə Bərbərilərin digər önəmli qolu Zənatə qədimdən bəri bir-birinə düşmandır. Bölgənin nəzarətini əlində tutmaq istəyən Fatımilər bundan faydalanaraq, qərbdə Zənatə ilə mücadələlərində sınır güvənliğini sağlamaq amacıyla Ziri b.
Zirişli (Miyanə)
Zirişli (fars. زرشلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 98 nəfər yaşayır (13 ailə).
Diriliş: Ərtoğrul
Diriliş: Ərtoğrul — Tekden Film tərəfindən hazırlanan ssenarisini Mehmet Bozdağın yazdığı baş rollarda Engin Altan Düzyatan, Kaan Taşaner, Didem Balçın, Osman Soykut, Serdar Gökhan və Mehmet Çevikin paylaşdığı teleserialdır. İlk seriyası 10 dekabr 2014-cü ildə yayınlanıb. İlk seriyasının yayınlandığı günün AB qrupu üzrə reytinq sıralamasında I sırada olmuşdur. Serialın hekayəsi XIII əsrdə Ərtoğrul Qazi və Alplarının Məbəd cəngavərləri və monqollara qarşı olan mübarizəsini və Osmanlı Bəyliyinin qurulma dövrü haqqındadır. Serialın 2015-ci ildə Kann kinofestivalında "şərəf qonağı" olaraq iştirak edəcəyi deyilir. Serial 2019-cu ilin 29 may günündə bitmişdir. == Ssenari == === Rollarda === Engin Altan Düzyatan-Ərtoğrul bəy 1-150 Kaan Taşaner-Gündoğdu bəy 1-60/146-149 Serdar Gökhan-Süleyman şah 1-26 Hülya Darcan-Haymə xatun 1-150 Esra Bilgiç-Həlimə xatun 1-116 Didem Balçın-Selcan xatun 1-61/127-149 Hande Subaşı-Ayqız 1-26 Burcu Kıratlı-Gökçə xatun 1-57 Cengiz Coşkun-Turgut alp 1-150 Nurettin Sönmez-Bamsı alp 1-150 Cavit Çetin Güner-Doğan alp 1-83 Mehmet Çevik-Dəli Dəmir 1-48 Hakan Vanlı-Qurdoğlu 1-23 Arda Anarat/Batuhan Karacakaya-Dündar bəy 1-97 Sedat Savtak-Numan 1-14 Burak Temiz-İgid 1-61 Serdar Deniz-Titus 1-26 Levent Öktem-Ustad Petruçio 1-25 Mehmet Emin İnci-Əl-Əziz 2-16 Burak Çimen-Nəsir 2-15 Özlem Aydın-Elenora 1-5 İskender Altın-Cuvanni 1-17 Atilla Engin Kardinal Tomas 5-25 Dilek Serbest-İzadora 7-22 Büşra çubukçuoğlu-Leyla 7-14 Zeynep Aydemir-Eftalya 5-18 Celal Al-Əbdürrəhman 1-150 Can Kahraman-Qara Toyqar 1-15 Gökhan Atalay-Şahabəttin Toğrul 2-16 Reshad Strik-Kladius 14-24 Hüseyin Özay-Qorqud bəy 27-49 Uğur Güneş-Tuğtəkin bəy 27-58 Evrim solmaz-Aytolun 27-53 Barış Bağcı-Noyan 27-59/116-121 == Hazırlıqlar == Teleserial üçün 4 aylıq bir hazırlıq həyata keçirildi. Döyüş səhnələri üçün Qazaxıstandan gətirilən komanda aktyorlara qılınc və oxçuluq dərsləri keçdi. Hər gün sistemli olaraq at minildi.
Asif Mirili
Asif Mirili (10 dekabr 1991, Bakı, Azərbaycan) — azərbaycanlı futbolçu. == Həyatı == Asif Mirili Bakıda anadan olub. Uşaq yaşlarından karate ilə məşğul olub. 2000-ci ildə UGFM-də İsmayıl Əliyevin rəhbərlik etdiyi futbol komandasına yazılıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alır. 2003–2004-cü illərdə Təhsil klubunda çıxış edib. Türkiyənin DÇ-2002-də bürünc medal qazanmasından sonra isə Asifin bu idman növünə olan marağı daha da artıb. Bundan sonra İnterin aşağı yaş qrupuna cəlb olunan dayaq yarımmüdafiəçisi ötən mövsümə kimi əvəzedici heyətdə kapitan sarğısını daşıyıb. 18 yaşında əsas komandaya cəlb olunub və həmin il debüt edib. O, həm də U-21 yığmamızın üzvüdür.
Dirili Qurbani
Aşıq Qurbani (az.-əski. آشیق قربانی‎) və ya Dirili Qurbani (1477, Diri – 1550, Diri) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Aşıq Qurbani XV–XVI əsrlərdə yaşamış, Diri kəndində (indiki Azərbaycanın Cəbrayıl rayonu) anadan olmuşdur. Nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyildir. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi. Xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxiləsi etməsindən sonra aşıq olmuşdur. O bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə, Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır.
Dirili Surxay
Dirili Surxay (1902–1945) — aşıq. == Həyatı == Aşıq Surxay Bəyalı oğlu 1902-ci ildə Cəbrayıl qəzasının Xudayarlı kəndində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə oxumuşdu. Özünü tanıyandan heyvandarlıqla məşğul olub. Yaylaqları Camal qalağından, qışlaqları Diridağa qədər yollarda ayaq döyüb, qoyun-quzu otarıb. Anası Tükəzban xanım Hacı Abbasəli bəy qızının fikri Surxayı molla, ruhani etmək idi. Surxay isə bir ucu nimçədən, bir ucu çömçədən yapışıb aşıqlıq etdi. Dirili Surxay 1945-ci ildə vəfat edib. == Ailəsi == Dirili Surxay Zəhra Mehdi qızı ilə ailə qurmuşdu.
Pirili (Ağstafa)
Pirili — Azərbaycan Respublikasının Ağstafa rayonunun Pirili kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisinin çoxluğunu azərbaycanlılar təşkil etsə də, kənddə az sayda axısqa türkləri də məskunlaşıb. 90-cı illərdə kəndə yerləşməyə başlayan axısqa türkü ailələrinin sayı çox olsa da, hal-hazırda (2015-ci ildə) kənddə axısqa türkü ailələrin sayı 5-dir. Onlar əsasən Pirilinin "Türklər məhəlləsi" adlı məhəlləsində məskunlaşıblar.
Pirili (Kürdəmir)
Pirili — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Pirili oyk., sadə. Ağstafa r-nunun eyniadlı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. XVI əsrin əvvəllərinə aid mənbələrdə kəndin adı Qurumsulu Canəli Pirilu, 1798-ci ilə aid sənəddə isə Pirilu kimi qeydə alınmışdır; Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqələri pirili tayfasının adını daşıyır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2114 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Pirili bələdiyyəsi
Pirili bələdiyyəsi (Ağstafa) — Ağstafa rayonunda bələdiyyə. Pirili bələdiyyəsi (Kürdəmir) — Kürdəmir rayonunda bələdiyyə.
Qalan Erilix
Qalan Erilix — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. Piktlərin xronikasına əsasən Qalan Erilix Pikt kralları Drust Qurdinmoxla Fudrusun oğlu Drust arasında on beş il hakimiyyətdə olmuşdur. Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской. — М.: ЗАО Центрополиграф, 2004 Anderson A.O. Early Sources of Scottish History, Vol. I. — 1922. Anderson M.O. Kings & Kingship in Early Scotland. — 1973.
Dirilik Suyu (1991)
Diriliş kilsəsi (Kökşetau)
Diriliş kafedralı (qaz. Qaita tırılu sobory; rus. Воскресе́нский собо́р) və ya Məsihin dirilişi kilsəsi (qaz. Mäsıhtıñ qaita tırılu şırkeuı; rus. Храм Воскресе́ния Христо́ва) ― Qazaxıstanın şimalındakı Akmola vilayətinin paytaxtı Kökşetauda, Kopa Gölü sahilində yerləşən Rus Pravoslav kafedralı. Kilsə Rus Pravoslav Kilsəsinin Kökşetau dekanlığının əsas məbədidir. Kilsə memarlar Belik D.L. və Matskovyak V.Q.-nin dizaynı ilə 2015 ilə 2020 arasında inşa edilmişdir və 2020-ci ildə təqdis edilmiş. Pasxaya həsr olunmuş kilsənin tutumu 500 nəfərdən çoxdur. Tikili neoklassik üslubda tikilmişdir. == Tarix == Kökşetaudakı Diriliş kilsəsi 2015-ci ildə tikilmişdir.
Dirili Qurbani Məclisi
Dirili Qurbani Məclisi - Ədəbi-bədii ictimai təşkilat == Haqqında == Dirili Qurbani Məclisi Azərbaycan aşıq poeziyasının, saz-söz sənətinin ən dəyərli nümunələrini yaratmış Aşıq Qurbaninin adını daşıyır. Məclisin sədri Yusif Dirilidir. == Mənbə == "Dirili Qurbani Məclisi üzvlərinin nəsr əsərləri - 2", Bakı, Təfəkkür, 2011. 80 səh. (tərtib edənlər.
Pirili bələdiyyəsi (Ağstafa)
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Pirili bələdiyyəsi (Kürdəmir)
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dirilik suyu (film, 1991)