Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həmzə
Ərəb əlifbasına məxsus diakritik işarə. Həmzənin (ء) öz səsi yoxdur, yalnız hərəkə ilə işlənəndə səs ifadə edir. Bu bir neçə ildə, İranda Azərbaycan-ərəb alifbasını Azərbaycan dilinə çalışanlar həmzəni bir səsli hərf kimi işlətməyə çalışırlar. Hamzəylə gələn hərflər və onların səsləri: Gündəlik Azərbaycan-ərəb mətnlərində çox yazılan həmzə ئـ (ye) həmzəsidir ki I, ı və E, e səsi verir. Həmzə başda gələndə alif iylə gəlir.
Məzəm
Məzəm – Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qarabağ müharibəsi dövründə bu kənd 8 şəhid verib. Bu kənddə dörd hərbçi şəhid olub, onlardan biri Mərifət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Dörd sakin isə düşmən gülləsinin qurbanı olub. 2016-cı ildən başlayaraq sakinlərin təhlükəsizliyini və gediş-gəlişi təmin etmək məqsədilə kənddə 57 evin qarşısına uzunluğu 2530 poqonmetr, hündürlüyü üç metr olan istinad divarı çəkilib. Bundan əlavə, daha beş evin qarşısına 88 poqonmetr uzunluğunda istinad divarının çəkilməsi nəzərdə tutulub. == Coğrafiyası və iqlimi == Məzəm kəndi Ermənistanla sərhəd kəndidir. Sərhəd xəttindən 150 metr uzaqlıqda yerləşir. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 343 nəfər əhali yaşayır. Əhalinin 169 nəfəri kişilər, 174 nəfəri qadınlardan təşkil olunmuşdur.
Zəyəm
Zəyəm (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunda kənd. Zəyəm (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Zəyəm (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda qəsəbə.
Ağayev Həmdəm
Həmdəm Mayıl oğlu Ağayev (9 sentyabr 1975, Sırxavənd, DQMV – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmdəm Ağayev 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Ailəli idi. Bir oğul və bir qız atası idi. == Hərbi xidməti == Həmdəm Ağayev 1993–1994-cü illərdə Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü ilin mayında müharibənin bitməsindən sonra Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm Ağayev, 1999-cu ildə ali hərbi təhsilini bitirdi və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. Həmdəm Ağayev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı. O, 2003-cü ildə "Baş leytenant", 2004-cü ildə "Kapitan", 2006-cı ildə "Mayor", 2012-ci ildə isə "Polkovnik-leytenant" hərbi rütbəsi aldı. Həmdəm Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. 2010–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda xidmət edən Həmdəm Ağayev, 2017–2018-ci illərdə Qusar şəhərində yerləşən "N" saylı hərbi hissənin Komandir müavini — Qərargah rəisi vəzifəsində xidmət elədi.
Dəmdəm (Xoy)
Dəmdəm (fars. دمدم‎‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Həmdəm Ağayev
Həmdəm Mayıl oğlu Ağayev (9 sentyabr 1975, Sırxavənd, DQMV – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmdəm Ağayev 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Ailəli idi. Bir oğul və bir qız atası idi. == Hərbi xidməti == Həmdəm Ağayev 1993–1994-cü illərdə Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü ilin mayında müharibənin bitməsindən sonra Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm Ağayev, 1999-cu ildə ali hərbi təhsilini bitirdi və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. Həmdəm Ağayev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı. O, 2003-cü ildə "Baş leytenant", 2004-cü ildə "Kapitan", 2006-cı ildə "Mayor", 2012-ci ildə isə "Polkovnik-leytenant" hərbi rütbəsi aldı. Həmdəm Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. 2010–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda xidmət edən Həmdəm Ağayev, 2017–2018-ci illərdə Qusar şəhərində yerləşən "N" saylı hərbi hissənin Komandir müavini — Qərargah rəisi vəzifəsində xidmət elədi.
Həmzət Yandarbiyev
Həmzət Yandarbiyev (5 avqust 1940, Köhnə Atagi[d], Çeçen-İnquş MSSR) — çeçen yazıçı, şair, alim, siyasi və ictimai xadim, Çeçenistan və Rusiya Yazıçılar Birliyinin üzvü, pedaqoqika elmləri namizədi, Çeçenistan Dövlət Universitetinin rus və dünya ədəbiyyatı kafedrasının dosenti, Çeçenistan Respublikasının fəxri vətəndaşı. == Bioqrafiyası == Sürgün illərində Şərqi Qazaxıstan vilayətinin Leninoqorsk şəhərindəki 14 nömrəli məktəbdə oxuyur. 6-cı sinifdə pul yığır və Çeçenistanın məşhur yazıçı və şairləri Xalid Oşayev, Saidbəy Arsanov, Maqomet Mamakayev, Maqomed-Salax Qadayev, Abdul Xamidov, Raisa Əhmədovanın əsərlərinin dərc olunduğu Kinxeqaman bayraxk qəzetinə abunə olur. Tələbəlik illərində özünü ədəbiyyatda sınamağa başlayır. 1963-cü ildə ilk əsəri nəşr olunur. 1964-cü ildə Çeçen-İnquş Pedaqoji İnstitutunun Tarix və Filologiya fakültəsini bitirir. Təhsilini bitirdikdən sonra məktəbdə müəllim, muzey-qoruqda, müəllimlərin təkmilləşdirilməsi institutunda, pedaqoji institutda və universitetdə çalışır. Rusiya Təhsil Nazirliyi Milli Məktəblər Araşdırma İnstitutunun aspiranturasında oxuyur. 1990-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1970-ci illərin sonlarından etibarən respublika mətbuatında respublikanın ictimai həyatı, çeçen xalqının tarixi və mədəni irsinin qorunması ilə bağlı aktual mövzularda məqalələrlə fəal şəkildə çıxış etməyə başlayır.
Həmzət bəy
Həmzət bəy (avar. ХӀамзат-бек; 1789, Böyük Qosatl, Avar Xanlığı - 19 sentyabr 1834, Xunzax, Avar Xanlığı) — Qafqaz İmamətinin II imamı. 1830-cu ildə Car-Balakəndə çarizmə qarşı başlayan üsyanda üsyan rəhbəri Şeyx Şabana kömək etmişdir. Lakin sonra çarizmin hiyləsi nəticəsində öz qoşunu ilə üsyandan ayrılmışdır.
Həmzət Çadasa
Həmzət Tsadasa (avar. ХӀамзат ЦӀадаса; 9 avqust 1877, Tsada[d], Dağıstan MSSR – 11 iyun 1951, Mahaçqala, Dağıstan MSSR, RSFSR, SSRİ) — Avar Sovet şairi və dramaturqu, tərcüməçisi, dövlət xadimi. Dağıstan MSSR-in xalq şairi (1934). İkinci dərəcəli Stalin mükafatı laureatı (1951). Rəsul Həmzətov və Hacı Həmzətovun atası. == Həyatı == Həmzət Tsadasa 9 (21) avqust 1877-ci ildə Tsada kəndində (indiki Dağıstanın Xunzax rayonu) kasıb bir kəndli ailəsində anadan olmuşdur. Soyadı "Tsadasa" təxəllüsdür və "Tsada" aulunun adından gəlir (Avardan tərcüməsi — "Tsada" dan). Erkən yaşında yetim qalır. Atası Yusipil Maqoma onun 7 yaşında vəfat edir, ardıncada anasının itirir. Mədrəsədə təhsilini alıb.
Həmzət İbrahimov
Həmzət İbrahimov (10 iyul 1934, Şali, Çeçenistan – 10 mart 2006, Qroznı, Çeçenistan, Rusiya) — Kimya elmləri doktoru, professor, Çeçenistan Respublikası Elmlər Akademiyasının qurucularından biri və ilk prezidenti, Rusiya Elmlər Akademiyasının Hərtərəfli Tədqiqat İnstitutunun direktoru, yeddinci çağırış SSRİ Ali Sovetinin deputatı, ictimai xadim. == Bioqrafiya == 1958-ci ildə Çeçen-İnquş Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1964-cü ildə Moskva Dövlət Universitetində aspiranturanı bitirir. Orada "İkili dəmir sistemlərində səth gərginliyi və adsorbsiyasının öyrənilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. Diplomu müdafiə etdikdən sonra Qroznıya qayıdır. Onun səyləri sayəsində Çeçen-İnquş Pedaqoji İnstitutunda aspirantura açılır. 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə edir. 1983-cü ildə "Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Əməkdar Elm və Texnika İşçisi" adına layiq görülür. Dövlət Mülki Aviasiya Elmi-Tədqiqat İnstitutunun sifarişi ilə İbrahimovun rəhbərliyi altında civə və amalqamların aviamaterialara təsiri, eləcə də obyektlərin demerkurizasiyası üçün təsirli üsulların işlənib hazırlanması üzrə tədqiqat aparılmışdır. Hazırlanmış metodların Moskva, Daşkənd, İrəvan hava limanlarında tətbiqi bir neçə milyon rubl iqtisadi effekt vermişdir.
Tərzəm (Vərziqan)
Tərzəm (fars. طرزم‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 816 nəfər yaşayır (184 ailə).
Zərzər (Xudabəndə)
Zərzər (fars. زرزر‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 608 nəfər yaşayır (116 ailə).
Həmzə Ablayev
Həmzə Ablayev və ya Amza Ablayev (22 may 1922, Korbek[d], Krım MSSR – 10 sentyabr 1998, Şumxay[d], Krım Muxtar Respublikası) — krım tatar ictimai xadimi, pedaqoq, krım tatar milli hərəkatının liderlərindən biri. İkinci Dünya Müharibəsinin iştirakçısı == Haqqında == Həmzə Memet oğlu Ablayev 22 may 1921-ci ildə Korbek kəndində anadan olub. 1929-cu ildə onun valideynləri kolxoza daxil olmaqdan imtina etdikləri üçün Urala sürgün ediliblər. 1942-ci ildə orduya çağırılıb və İkinci Dünya Müharibəsində iştirak edib. 1944-cü ildə Krım tatarları sürgün edildikdən sonra Özbəkistan SSR-də Qovunçu qəsəbəsində yaşayıb. 1948-ci ildə Daşkənd Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakultəsinin qiyabi şöbəsinə daxil olur və yerli şəhər məktəbində riyaziyyat dərsi keçməyə başlayır. 1950-ci illərin sonundan Krım tatar Milli Hərəkatında iştirak etməyə başlayıb. Yanqıyolda Əbdürrəhman Muradasılovlar birlikdə təşəbbüs qrupu yaradıb. Krıma qayıdıb orada dövlətçiliyi bərpa etmək uğrunda yaranan milli hərəkatla əlaqə saxlayıb. 1960-cı ildə Daşkənd Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub.
Həmzə Allamov
Həmzə Allamov (türkm. Hamza Allamow, 19 yanvar 1982) — Türkmən futbolçu, hücumçu. 2006-cı ildə Türkmənistan çempionatının ən yaxşı bombardiri. == Tərcümeyi-hal == Həmzə Allamov 19 yanvar 1982-ci ildə anadan olub. Hücumçu kimi oynadı. O, 2002–2009 və 2014–2015-ci illərdə aralarında "Daşoğuz" komandasında oynadı (son iki mövsümdə komanda "Daşoğuz" adlandı). 2005 mövsümündə Türkmənistan çempionatında 20 qol vurdu, bombardirlər siyahısında ikinci yeri tutdu və yalnız 30 qolu olan MTTU-dan Berdimurad Şamuradova məğlub oldu. 2006 mövsümündə Allamov 22 qol vuraraq çempionatın ən yaxşı bombardiri oldu. Bundan əlavə, müxtəlif illərdə Aşqabadda (2006, Birlik Kubokunda) və Özbəkistanın "Şurtan" komandasında oynadı. (2007).
Həmzə Haz
Həmzə Haz (d. 15 fevral 1940, Ketapanq[d]) — İndoneziya siyasətçisi. Birləşmiş İnkişaf Partiyasının (1998-2007) sədri idi və 2001-ci ildən 2004-cü ilədək vitse-prezident vəzifəsində çalışıb. Həmzə Borneo adasında Pontianak şəhərində bir qəzet jurnalisti idi və daha sonra Tancunqpura Universitetində iqtisadiyyatdan təhsil aldi. Onun siyasi karyerası 1968-ci ildə Qərbi Kalimantanın Vilayət Nümayəndəsi Şurasının üzvü kimi başlamışdır. Daha sonra Cakartaya köçdü, 1971-ci ildə Məclis üzvü oldu, ilk olaraq Müsəlman Nəhdlətul Uləma Partiyasının üzvü oldu. Bütün İslamçı partiyalara bir partiyaya qoşulmuş siyasi nüfuzdan və Nəhdlətul Uləmanın siyasətdən çəkilməsindən sonra, 1973-cü ildə yeni yaranmış Partai Persatuan Pembangunan (PPP)nın üzvü oldu. Həmzə Suxartonu əvəz edən prezident Buharuddin Yusuf Habibinin başçılığında İnvestisiya Naziri vəzifəsini icra etdi və 1999-cu ildə seçkilərdə PPP-yə rəhbərlik etmək üçün vəzifəsindən istefa etdi. Həmzə prezident Abdurrahman Vahidin kabinetinə qoşulub, sonra iki aydan sonra Vahidin ilk kabinetindən çıxaraq Xalqın Rifahı naziri vəzifəsindən istefa verən birinci idi.Vahidin vokal tənqidçisi oldu, amma o, həmçinin kompromis qabiliyyəti ilə tanınır. Vahidin 2001-ci ilin yayında impiçmentinə qədər Həmzə PPP lideri idi,bu partiya İndoneziya Parlamentində üçüncü ən böyük partiya idi.
Həmzə Hocagil
Həmzə Hocagil (türk. Hamza Hocagil) — Türkiyəli filoloq, professor. == Haqqında == Həmzə Bəktaş 23 fevral 1946-cı ildə Malatya Akçadağda, Kotangölü kəndində anadan olmuşdur. Atası bu kəndin imam-camaatı olmuşdur. İbtidai məktəbi doğulduğu kənddə, orta məktəbi Akçadağda, liseyi isə Malatyada oxumuşdur. Daha sonra müəllimlik texnikumunu bitirmişdir. Bundan sonra 1 il Malatyada müəllimlik etmişdir. Daha sonra Ərzurum Universiteti Təhsil Fakültəsinə daxil olmuşdur. 1967-ci ildə buranı bitirmiş və Malatya Darəndədə 3 il müəllimlik etmişdir. Sonra Arquvan ilçəsində müəllmlik etmişdir.
Həmzə Mirzə
Həmzə əs-Səfəvi — Məhəmməd şah Xudabəndənin oğlu, Səfəvilər dövlətinin şahzadəsi.
Həmzə Paşa
Həmzə Paşa (ö. 1699) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra Sultan Mehmedin anası Validə Turhan Sultanın kəndxudası olaraq illərlə sarayda xidmət etdi. Bu vəzifədə ikən paşa ünvanı aldı. Ancaq 1683-cü ildə Validə Turhan Sultanın vəfatının ardından orduya dəvət edildi və 1684-cü ilin yanvarında Misir bəylərbəyi oldu. 1687-ci ilin martında vəzifədən alındı və bir il sonra Şam, 1698-ci ildə isə Tərabülüs əş-Şam bəylərbəyi təyin edildi. Ancaq son vəzifə yerinə çatdıqdan qısa müddət sonra vəfat etdi. İdarəçilikdə bacarığının olmadığı, Numan bəy (ö. 1717) adlı oğlunun olduğu məlumdur.
Həmzə Vəliməmmədov
Həmzə Vəliməmmədov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü, respublikanın Əməkdar jurnalisti. == Həyatı == Vəliməmmədov Həmzə Ruhulla oğlu 1938-ci ildə Lerik rayonunun Təlbəyəq kəndində anadan olmuşdur. 1957-ci ildə orta məktəbi, 1959-cu ildə pedoqoji texnikumu, 1966-cı ildə isə Azərbaycan Pedoqoji İnstitutunu bitirmişdir. Lerik rayonunun kəndlərində müəllim və məktəb direktoru, 1966-cı ildən isə Lerik rayonunda çıxan "Bolluq uğrunda" (indiki "Lerik") qəzetində şöbə müdiri işləmişdir. 1970-1972-ci illərdə Bakı Ali Partiya məktəbinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir. Sonrakı illərdə Lerik Rayon Partiya Komitəsinin təlimatçısı, rayon qəzetinin redaktoru, təhsil şöbəsinin, mədəniyyət və turizm şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Hazırda təqaüddədir. Rayon ağsaqqallar şurasının sədridir. Publisist yazıları keçmiş İttifaqın və respublikanın nüfuzlu mətbu orqanlarında dərc edilmiş, radioda səslənmişdir. 1983-cü ildə "Qızıl qələm" mükafatına, 1990-cı ildə isə respublikanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür.
Həmzə Yunusov
Həmzə Xanlar oğlu Yunusov (d. 12 dekabr 2002; Oryol, Rusiya Federasiyası)— Azərbaycanlı yunan-roma güləşçisi, alpaqutçu və grappling güləşçisi. == Kariyerası == 2013-cu ildən yarışlarda çıxış edir. 2014-cü, 2015-ci və 2016-cı ildə yunan-roma üzrə Rusiya çempionatlarında bürünc medallar qazanıb. 2017-cı ildə sərbəst güləş üzrə Rusiya çempionatında bürünc medal qazanıb. 2017-ci ilin dekabr ayında yunan-roma üzrə Rusiyada çempionatında qızıl medal qazanıb. Həmzə Yunusov 2018-cü ildə Alpaqutun,2019-cu ildə Grapplingin, 2019-cu ildə Alpaqutun Dünya Çempionatlarının qalibi olub. 2019-cu ilin iyun ayında Grappling üzrə beynalxalq turnirdə və 2019 da ilin avqust ayında Batumi şəhərində keçirilən Grappling üzrə beynalxalg turnirlərin çempionu olan Həmzə Yunusov 2020-ci ildə Tibilisi şəhərində keçirilən Grappling və 2020-cı ildə Tibilisi şəhərində keçirilən MMA üzrə beynalxalq turnirlərin qalibi olub.
Həmzə imamzadəsi
Seyid Həmzə türbəsi — Təbriz şəhərində müqəddəs məkan və memarlıq abidəsi. == Tarixi == Təbrizin müqəddəs sayılan yerlərindən biri də Seyid Həmzə türbəsidir. Seyid Həmzə İmam Museyi Kazımın nəslindəndir. Tarixi mənbələrdə qeyd olunur ki, Seyid Həmzə Sultan Mahmud Qazan xan zamanı böyük məqam sahibi — şahın vəziri idi. Casuslar Seyid Həmzəni şaha çuğulladıqlarından şah onun ölümünə fitva vermişdi. Deyilənlərə görə, hələ qədim zamanlardan kim bura pənah gətirsəymiş, onun günahı bağışlanarmış. Seyid Həmzənin qəbrinin üzərində Həzrət Əli tərəfindən yazıldığı söylənilən, nəfis tərtibatlı bir Quran da qoyulub. Türbənin giriş qapısında Quranın bu ayəsi yazılıb: "Varid olurlar sələmətli və əmin bir yerə". Onun yanında isə Məhəmməd peyğəmbərin "Ey qapıları açan Allah" sözləri yazılıb. Türbənin yanında bir sıra görkəmli şəxsiyyətlərin də qəbirləri var.
Həmzə Şıxəliyev
Həmzə Mirələm oğlu Şıxəliyev (3 sentyabr 1915, Kələxan, Lerik rayonu – 2009, Kələxan, Lerik rayonu) — Kapitan, 412-ci Diviziya, rota komandiri. == Həyatı == Həmzə Şıxəliyev 1915-ci ildə Lerik rayonunun Kələxan kəndində anadan olan Həmzə Şıxəliyev 1934-cü ildə orta məktəbi bitirib müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1935–41-ci illərdə Çayrud və Lerik kənd sovetlərində katib, kənd sovetinin sədri vəzifəsində çalışmışdır. === Müharibə illərində döyüş yolu === 1941-ci ildə ordu sıralarına çağırılan H. Şıxəliyev sıravi əsgərdən kapitan rütbəsinə qədər yüksəlmişdir. HƏMZƏ ŞIXƏLİYEV Böyük vətən müharibəsində Qafqazdan Berlinədək ön cəbhədə vuruşmuş, müharibəni kapitan rütbəsində başa vurmuşdur.Odessa, Kişinyov, Minsk Varşavanın alınmasına görə qırmızı ulduz, 1 və 2ci dərəcəli vətən müharibəsi ordenləri və medallarla təltif edilmişdir. Seçmə döyüşçülərdən ibarət 5ci Zərbə ordusu sıralarında rota komandiri Həmzə Şıxəliyev Berlinin alınmasındakı igidliyinə görə sovetlərin ən yuksək ordeni lenin ordeni ilə təltif edilib. Qələbədən sonra Berlində sahə komendantı kimi fəaliyyət göstərib. === Müharibədən sonrakı həyatı === 1945–47-ci illərdə Şərqi Almaniyada komendant vəzifəsində çalışmışdır. 1947 ci ildən O öz xahişi ilə ordudan tərxis edilmiş doğulub böyüdüyü lerik rayonuna qayıtmışdır.1947-ci ildə boya-baş çatdığı rayona qayıdaraq müxtəlif məsul vəzifələrdə çalışmış, 1955-ci ildə kolxoz sədri seçilən H. Şıxəliyev yarım əsrə yaxın təsərrüfat rəhbəri işləmişdir. Müstəqillik illərində də rayonun ictimai işlərində fəallığı ilə seçilmişdir.
Həmzə Əhməd
Həmzə Əhmədoğlu (29 may 1939, Bakı – 27 yanvar 2008) — Azərbaycan operatoru, aktyor. == Həyatı == Həmzə Əhmədoğlu 29 may 1939-cu ildə Bakıda anadan olub. Odessa Kinematoqrafiya İnstitutunu bitirib (1960). Əməkdar mədəniyyət işçisi (2007) idi. Həmzə Əhmədoğlu 2008-ci ildə vəfat edib. == Filmoqrafiya == Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Asif, Vasif, Ağasif (film, 1983) Aşkarsızlıq şəraitində... (film, 1986) Bağ mövsümü (film, 1985) Bəyin oğurlanması (film, 1985) Birisigün, gecəyarısı... (film, 1981) Bizi bağışlayın (film, 1979) Cin mikrorayonda (film, 1985) Çalalar (film, 2000) Dədə Qorqud (film, 1975) Dəvətnamə (film, 1989) Dörd bazar günü (film, 1975) Əlavə iz (film, 1981) Ərazi (film, 2005) Evlənmək istəyirəm (film, 1983) Fransa qəhrəmanı (film, 1975) Gözlə məni (film, 1980) Gün keçdi (film, 1971) Xoşbəxtlik qayğıları (film, 1976) Qanun naminə (film, 1968) Qayınana (film, 1978) Qərib cinlər diyarında (film, 1977) Qəribə adam (film, 1979) Qəzəlxan (film, 1991) Qızıl balıqlar (film, 1975) Mahnı qanadlarında (film, 1972) Mənim ağ şəhərim (film, 1993) Möcüzələr adası (film, 1963) Nəsimi (film, 1971) Nəsimi (film, 1973) Ömrün ilk saatı (film, 1973) Pəncərə (film, 1991) Pirverdinin xoruzu (film, 1987) Prokuror (film, 2008) Respublikam haqqında həqiqət (film, 1972) Sevil (film, 1970) Sevinc buxtası (film, 1977) Şeytan göz qabağında (film, 1987) Şir evdən getdi (film, 1977) Tənha narın nağılı (film, 1984) Torpaq. Dəniz. Od.
Həmzə Əhmədoğlu
Həmzə Əhmədoğlu (29 may 1939, Bakı – 27 yanvar 2008) — Azərbaycan operatoru, aktyor. == Həyatı == Həmzə Əhmədoğlu 29 may 1939-cu ildə Bakıda anadan olub. Odessa Kinematoqrafiya İnstitutunu bitirib (1960). Əməkdar mədəniyyət işçisi (2007) idi. Həmzə Əhmədoğlu 2008-ci ildə vəfat edib. == Filmoqrafiya == Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Asif, Vasif, Ağasif (film, 1983) Aşkarsızlıq şəraitində... (film, 1986) Bağ mövsümü (film, 1985) Bəyin oğurlanması (film, 1985) Birisigün, gecəyarısı... (film, 1981) Bizi bağışlayın (film, 1979) Cin mikrorayonda (film, 1985) Çalalar (film, 2000) Dədə Qorqud (film, 1975) Dəvətnamə (film, 1989) Dörd bazar günü (film, 1975) Əlavə iz (film, 1981) Ərazi (film, 2005) Evlənmək istəyirəm (film, 1983) Fransa qəhrəmanı (film, 1975) Gözlə məni (film, 1980) Gün keçdi (film, 1971) Xoşbəxtlik qayğıları (film, 1976) Qanun naminə (film, 1968) Qayınana (film, 1978) Qərib cinlər diyarında (film, 1977) Qəribə adam (film, 1979) Qəzəlxan (film, 1991) Qızıl balıqlar (film, 1975) Mahnı qanadlarında (film, 1972) Mənim ağ şəhərim (film, 1993) Möcüzələr adası (film, 1963) Nəsimi (film, 1971) Nəsimi (film, 1973) Ömrün ilk saatı (film, 1973) Pəncərə (film, 1991) Pirverdinin xoruzu (film, 1987) Prokuror (film, 2008) Respublikam haqqında həqiqət (film, 1972) Sevil (film, 1970) Sevinc buxtası (film, 1977) Şeytan göz qabağında (film, 1987) Şir evdən getdi (film, 1977) Tənha narın nağılı (film, 1984) Torpaq. Dəniz. Od.
Həmzə Əliyev
Həmzə Tərlan oğlu Əliyev (1 oktyabr 1998, Aşağı Atuc, Quba rayonu - 21 oktyabr 2020 ci il Xocavənd rayon Düdükçü kəndi) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Həmzə Əliyev 1 oktyabr 1998-ci ildə Quba rayonunun Aşağı Atuc kəndində dünyaya göz açmışdır. Əslən rayonun Qalayxudat kəndindən idi. 9 yaşında atasını itirmişdir. 2005-2015-ci illərdə Quba rayon Aşağı Atuc kənd tam orta məktəbində təhsil almışdır. Bir müddət imkansız ailəsini dolandırmaq üçün qardaşı ilə birgə fəhlə, ofisiant, maşın təmirçisi kimi gündəlik işlərdə çalışmışdır. 6 oktyabr 2016-cı ildə hərbi xidmətə yollanmışdır. Goranboy rayonunun Goran qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə artilleriya bölməsində sürücü kimi xidmət etmişdir. 12 aprel 2018-ci ildə hərbi xidmət müddəti bitmişdir. Bundan sonra Həmzə əvvəlki işi olan maşın təmirçisi olaraq çalışmış, ailəsini dolandırmışdır.
Zeyqəm Aslanov
Aslanov Zeyqəm Məhəmməd oğlu 1973-cü ilin iyul ayının 12-də Zərdab rayonunun Gödəkqobu kəndində anadan olmuşdur. 1990-cı ildə orta məktəbi bitirmiş, 1991-ci ildə hərbi xidmətə getmişdir. Naxçıvandakı 777 saylı hərbi hissədə qulluq etmişdir. Sonra Ağdam, Goranboy, Beyləqan, Füzuli və Tərtər bölgələrində mərdliklə vuruşmuşdur. Zeyqəm Aslanov 1994-cü ilin may ayının 12-də Tərtər rayonunun Seysulan kəndində qəhrəmancasına şəhid olmuşdur. Zeyqəm düşmənin 6 tankını sıradan çıxarmış, xeyli sayda canlı qüvvələrini məhv etmişdir. Aslanov Zeyqəm Məhəmməd oğlu Azərbaycan Respublikası Prezidentinin “Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında” 9 sentyabr 1994-cü il tarixli fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı ilə, 15 yanvar 1995-ci il tarixli fərmanla “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir. Hazırda Zeyqəmin oxuduğu Gödəkqobu kənd tam orta məktəbi onun adını daşıyır.