Həmzə Tərlan oğlu Əliyev (1 oktyabr 1998, Aşağı Atuc, Quba rayonu - 21 oktyabr 2020 ci il Xocavənd rayon Düdükçü kəndi) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Həmzə Əliyev | |
---|---|
Həmzə Tərlan oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Xocavənd rayon Düdükçü kəndi, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Tərlan Əliyev |
Anası | Gülümnaz Əliyeva |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016—2018 / 2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | Baş sürücü |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
Həmzə Əliyev 1 oktyabr 1998-ci ildə Quba rayonunun Aşağı Atuc kəndində dünyaya göz açmışdır.[1] Əslən rayonun Qalayxudat kəndindən idi. 9 yaşında atasını itirmişdir. 2005-2015-ci illərdə Quba rayon Aşağı Atuc kənd tam orta məktəbində təhsil almışdır. Bir müddət imkansız ailəsini dolandırmaq üçün qardaşı ilə birgə fəhlə, ofisiant, maşın təmirçisi kimi gündəlik işlərdə çalışmışdır. 6 oktyabr 2016-cı ildə hərbi xidmətə yollanmışdır. Goranboy rayonunun Goran qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə artilleriya bölməsində sürücü kimi xidmət etmişdir. 12 aprel 2018-ci ildə hərbi xidmət müddəti bitmişdir. Bundan sonra Həmzə əvvəlki işi olan maşın təmirçisi olaraq çalışmış, ailəsini dolandırmışdır.
2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Həmzə Əliyev 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Həmzə Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 21 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 22 oktyabr 2020-ci ildə Quba Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmzə Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmzə Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həmzə Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həmzə Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]