Həmzə imamzadəsi

Seyid Həmzə türbəsiTəbriz şəhərində müqəddəs məkan və memarlıq abidəsi.

Seyid Həmzə türbəsi
Xəritə
38°05′02″ şm. e. 46°18′09″ ş. u.
Ölkə  İran
Şəhər Təbriz
Yerləşir Təbriz şəhristanı
Tikilmə tarixi XIV əsr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təbrizin müqəddəs sayılan yerlərindən biri də Seyid Həmzə türbəsidir. Seyid Həmzə İmam Museyi Kazımın nəslindəndir. Tarixi mənbələrdə qeyd olunur ki, Seyid Həmzə Sultan Mahmud Qazan xan zamanı böyük məqam sahibi — şahın vəziri idi. Casuslar Seyid Həmzəni şaha çuğulladıqlarından şah onun ölümünə fitva vermişdi. Deyilənlərə görə, hələ qədim zamanlardan kim bura pənah gətirsəymiş, onun günahı bağışlanarmış. Seyid Həmzənin qəbrinin üzərində Həzrət Əli tərəfindən yazıldığı söylənilən, nəfis tərtibatlı bir Quran da qoyulub. Türbənin giriş qapısında Quranın bu ayəsi yazılıb: "Varid olurlar sələmətli və əmin bir yerə". Onun yanında isə Məhəmməd peyğəmbərin "Ey qapıları açan Allah" sözləri yazılıb. Türbənin yanında bir sıra görkəmli şəxsiyyətlərin də qəbirləri var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]