Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zərdabi
Zərdabi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Qəsəbədə tam orta məktəb, valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəbi, uşaq bağçası, xəstəxana, ruhi əsəb xəstələri üçün dispanser fəaliyyət göstərir. Həmçinin qəsəbədə yay və qış klubları, istirahət parkı, 1941-1945-ci il müharibəsinin iştirakçılarının şərəfinə ucaldılmış abidə və park yerləşir. Əhalisi 11256 nəfərdir. Qəsəbədə 1964-cü ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu fəaliyyət göstərir.
Zərdab
Zərdab – Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati mərkəzi. Öz coğrafi mövqeyinə görə bir zamanlar Kürdən əlverişli keçid kimi mühüm strateji rol oynamışdır. Zaman-zaman uzaq ölkələrdən yola çıxan səyyahlar, karvanlar və qoşunlar Kür çayını Zərdab ərazisindən keçmişlər. Mənbələrdə göstərilir ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları 1500 −1501-ci illərdə Ərzincandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından Kürü keçmiş, Şamaxıya getmişdir. 1 Şah Təhmasib öz ordusuyla Şirvana (1538-ci il) və Şəkiyə (1551) hərəkət edərkən Cavaddan Kürü keçmiş, Zərdaba gəlmiş, buradan Qəbələyə, sonra Şamaxıya yürüş etmişdir. Professor Oqtay Əfəndiyev Azərbaycan Səfəvilər dövləti əsərində belə yazır: I Şah Təhmasib Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi, Yevlax adlanan yerdə dayandı… Zilhiccənin 11-də (fevralın 2-də) (bu, tarixi mənbələrdə Zərdabın qədim adını ifadə edir) keçidinin yanından Kürü keçdi… Əli Şabana gəldi. Ötən əsrin 70-ci illərində Zərdab ərazisində görülən meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da rəngini və keyfiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qadın bəzək şeyləri, məişət və mədəniyyət əşyaları üzə çıxırdı və indi bunların bir çox nümunələri Zərdab tarix diyarşunaslıq muzeyində eksponad kimi nümayiş etdirilir. Ümumiyytlə 1578-ci ilə aid tarixi mənbələrdə Zərdabın adına rast gəlinir. Bir çox mənbələr Zərdab adını fars dilində zərd (sarı) və ab (su) sözlərinin birləşməsindən yarandığını göstərir, xəstəlik yayan sarı su mənasını verdiyini bildirir. Bəzi tədqiqatçılar isə bu adın axmaz, gölməçə mənasında işlədildiyini iddia edirlər.
Həsənbəy Zərdabi
Həsən bəy Zərdabi (tam adı: Həsən bəy Səlim bəy oğlu Məlikov; 28 iyun 1837, 1837 və ya 28 iyun 1842, Zərdab, Göyçay qəzası – 28 noyabr 1907, 1907 və ya 15 (28) noyabr 1907, Bakı) — Azərbaycan publisisti, pedaqoq, maarifçi-demokrat, təbiətşünas və darvinist alim, "Əkinçi" qəzetinin redaktoru və Azərbaycan milli mətbuatının banisi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Həsən bəy Zərdabi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Həsən bəy Səlimoglu (Zərdabi) 1837-ci il iyun ayının 28-də (bəzi mənbələrdə 1842-ci il) keçmiş Bakı quberniyasına daxil olan Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində anadan olmuşdur. Həsən bəy Zərdabi ilk təhsilini Zərdab kəndindəki mədrəsədə almışdır. Burada ərəbcə və farsca öyrənən Zərdabi 1852-ci ildə Şamaxı şəhərində açılan rusca dünyəvi təhsil verən məktəbə yazılmışdır. Məktəbi bitirmək üçün imtahan verəndə Qafqaz Təhsil Komissiyası Müdiri baron Nikolayın diqqətini çəkmiş və baron onu dövlət təqaüdü ilə Tiflisə oxumağa göndərməyi təklif etmişdir. Bu ərəfələrdə atası vəfat edən Zərdabiyə böyük qardaşları Tiflisə getməyə icazə verməmişdilər. Tiflisdə yaşayan atasının dayısı general Fərəc bəy Ağayev bu hadisədən sonra hadisəyə müdaxilə edərək, Zərdabini Tiflisə gətizdirmişdir. Tiflisdəki məktəb üçün girdiyi imtahanları uğurla bitirən Zərdabi 1858-ci ildə I Tiflis məktəbinin V sinfinə qəbul olmuşdur. 1861-ci ildə həmin məktəbi uğurla bitirən Zərdabi elə eyni ildə dövlət təqaüdü ilə Moskva Universiteti Fizika-Riyaziyyat fakültəsində Təbiət elmləri üzrə təhsil almağa göndərilmişdir.
Zərdabi bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zərəbaş (Əbhər)
Zərəbaş (fars. زره باش‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 406 nəfər yaşayır (90 ailə).
Hüseynxanlı (Zərdab)
Hüseynxanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Kənddə 1 natamam orta məktəb, 1 uşaq bağçası var. == Əhalisi == Kənd əhalisinin sayı təxminən 800 nəfərdir.[mənbə göstərin] == İqtisadiyyatı == Əhali əsasən əkinçılık və maldarlıqla məşğul olur. == İdman == Rayonda ən yaxşı futbol oynayanlar Qaravəlli kəndi ilə yanaşı bu kənddə toplanıb. == İnfrastruktur == 2014-cü ilin noyabr ayının 27-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Məlikli (Zərdab)
Məlikli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Kənddə Məlikli kənd məscidi dini icması fəaliyyət göstərir.
Nəcəfalı (Zərdab)
Nəcəfalı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Qarasuçay (Zərdab)
Qarasuçay — Zərdab rayonu ərazisində çay. Türyançayın aşağı axarından ayrılan qoldur.
Qaravəlli (Zərdab)
Qaravəlli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Qaravəlli Zərdab rayonunun qədim və zəngin tarixə malik kəndlərindən biridir. Qaravəllilər əvvəllər yarımköçəri maldarlıqla məşğul olmuş, Kür vadisinə XIX əsrin ikinci yarısında həmişəlik gəlmiş və əsasən oturaq həyata keçmişlər. Əlisəfa Məmmədov "Qarayazı düzündən Xəzər dənizinə qədər" kitabında yazır ki, Azərbaycanın qədim türkdilli tayfalarından olan qaravəllilər XX əsrin əvvəllərinə qədər əsasən Şirvanda, Araz boyunca – Mildə, Muğanda yaşayırdılar. Bu vaxt onların Şirvanda Qaravəlli-Alməmməd (ona Xanlıq da deyirdilər) və Qaravəlli (Tapdıq), Qaravəlli-Qambaybəy, Muğanda Qaravəlli, Arazın sol sahilində – Mil düzündə isə Qaravəlli və Minaxarlı (Qaravəlli) kəndləri olmuşdur. Şimali Azərbaycanda Qaravəlli adlı 8 kənd vardı. Qaravəllilər indi Azərbaycanın Gədəbəy, Ağsu, Zərdab, Ağcabədi, Şamaxı, İmişli və Balakən rayonlarının ərazilərində yerləşirlər. Qaravəllinin yaşlı sakinlərinin rəvayət etdiyinə görə ilk dəfə bu əraziyə Vəli, onun ardınca, daha sonra isə Hacıaxund adlı biri gəlib. Onların hər üçü Araz qırağından olub. Vəli kişinin rəngi qara olduğuna görə bu kəndin adını elə Qaravəlli qoyublar.
Salahlı (Zərdab)
Salahlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Ağstafa) – Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux) – Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) – Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) – Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli – Azərbaycanın Ağdam rayonunda kənd. Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı 19-cu əsrin sonlarından ara-sıra rast qəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salahlı şəklində də işlənmişdir. Kənddə Salahlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Sarıqaya (Zərdab)
Sarıqaya — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Siləyli (Zərdab)
Siləyli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Zərdab rayonunun Bıçaqçı kənd inzibati ərazi vahidinin Siləyli kəndi Yuxarı Seyidlər kənd inzibati ərazi vahidinin tabeliyinə verilmişdir.
Təzəkənd (Zərdab)
Təzəkənd — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Vəlixanlı (Zərdab)
Vəlixanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Xanməmmədli (Zərdab)
Xanməmmədli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. 2014-cü ilin noyabr ayının 27-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Əlibəyli (Zərdab)
Əlibəyli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Əlibəyli kəndi Zərdab şəhərindən 3 kilometr cənub-qərbdə yerləşir. Ötən dövrlərdə “Alıbəyli” kimi də adlandırılan bu kənd Kür və Türyançay (Qarasu) çaylarının qovşağında yerləşir. Kəndin adı Əlibəy adlı şəxsin adı ilə bağlı yaranıb. Ötən əsrlərdə Əlibəyli sakinləri əsasən baramaçılıq, maldarlıq və əkinçiliklə məşğul olublar. Mənbələrə görə, XIX əsrin ortalarında Əlibəyli 11 evdən, 1887-ci ildə isə 38 evdən və 166 sakindən ibarət olub. Tovuz və Qax rayonlarında da Əlibəyli adlanan kəndlər var. Mənbələrdə göstərilir ki, 1700-cü illərdə İrəvan əyalətində də Əlibəyli adlı kənd var imiş. İndi kəndin əhalisi 1050 nəfərdir. Kəndin dini tərkibi sünnilərdir.[mənbə göstərin] Kənd sakinləri əsasən əkinçilik, heyvandarlıq, meyvəçilik, baramaçılıq, balıqçılıq, quşçuluq və tərəvəzçiliklə məşğul olurlar.
Əlvənd (Zərdab)
Əlvənd — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Əlvənd Zərdab rayonunun çox qədim və zəngin tarixi olan kəndlərindən biridir. Güman olunur ki, Əlvənd yaşayış məntəqəsi kimi orta əsrlərin sonlarında formalaşmışdır. Abbasqulu ağa Bakıxanov məşhur "Gülüstani-İrəm" əsərində Əlvənddən bəhs edərək yazır ki, 1775-ci ildə "Ağası xan da Əlvənddə oturub bütün Şirvana hökmran oldu..." Məntiqə görə Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsi, 1498-ci ildə özünü Təbrizdə hökmdar elan etmiş və tezliklə qardaşı Məhəmməd Mirzə tərəfindən məğlub edilib taxtdan salınan Əlvənd Mirzənin – Yusif Mirzə oğlunun (1504-cü ildə Diyarbəkirdə vəfat etmişdir) Əlvənddən olduğunu söyləmək səhv olmaz. Əlvəndin tarixinə aid maddi mənbələr 1965-1970-ci illərdə kəndin şimal-şərdində yerləşən "Dəvəçökəyi" adlanan ərazidə meliorasiya işləri zamanı aşkar edilmişdir. 4-5 metr dərinlikdə aparılan qazıntı işləri zamanı çoxlu sayda naxışsız gil qablar, bəzək əşyaları, müxtəlif əmək alətləri tapılmışdır (ərazi öz arxeoloji tədqiqini gözləyir). Bu da Kür-Araz mədəniyyəti adlanan Erkən Tunc dövrünə (e.ə.IV minillik) gedib çıxır. Bu ərazi indi də el arasında xan qızının hanasının qaldığı yer kimi hallanır. Digər maddi mənbə 1956-cı ildə kənddəki köhnə qəbristanlıgın ətrafında aparılan qazıntı işləri zamanı aşkara çıxan küp qəbirlərdir. Bu da Əlvəndin tarixinin eramızdan əvvələ gedib cıxdığını bir daha sübut edir.
Çallı (Zərdab)
Çallı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Çallı Zərdab rayonunun eyniadlı i.ə.v.-də kənd. Kür-Araz ovalığındadır. Yaşayış məntəqəsi əvvəllər boz küdri sahədə salınmış, sonralar isə indiki yerə köçmüşdür. Yerli əhalinin məlumatına görə, kənd əvvəllər Çal piri (dağ döşündə olan pir), indi isə Çalı piri adlanan müqəddəs yerin yaxınlığında salındığı üçün belə adlandırılmışdır. Çox güman ki, bu oykonim Azərbaycan toponimiyasında "bozqırlaşmış, landşaftı pozulmuş yer" mənasında işlənən çallıq sözünün sonundakı samitin düşməsi ilə yaranmışdır. Dəvəçi rayonunda da Çallıq adlanan yer mövcuddur.
Antitoksik zərdab
Antitoksik zərdab — bakterial toksinləri zərərsizləşdirən, orqanizmi zəhərləyən bakterial infeksiyaların qarşısının alınması və müalicəsi üçün istifadə edilən dərmandır. == Alınması == Zərdablar heyvanların artan dozalarla öldürülmüş mikroorqanizmlər və anatoksinlərlə immunizasiya edilməsi nəticəsində əldə edilir. Heyvanın bədənində əsas immunitet yarandıqdan sonra, artıq canlı mikroorqanizmlər və toksinlər istifadə edilərək daha güclü və spesifik antitellər yaranır. Atların proteini daha az anafilaktogenik olduğuna və daha çox miqdarda antitel hazırlaya bildiyinə görə əsasən atlar bu məqsədlə istifadə olunur. == Botulizm == Botulizmə qarşı olan antitoksin zərdabları almaq üçün botulizm xəstəliyinə tutulmuş yetişkinlərin antikorlarından istifadə edilir və bu, ən effektiv müalicə üsulu hesab edilir. Toksinin hər bir növü üçün (bunların yeddi növü vardır. Ən geniş yayılmış növləri A, B və E-dir.) xüsusi bir zərdab istifadə olunur. Botulizmin naməlum toksinlərdən əmələ gəlməsi zamanı A, B və E monovalentlərinin qarışığından olan zərdablardan istifadə edilir. Əgər toksinin növü məlumdursa müvafiq tipli zərdab tətbiq edilir. Zərdab yalnız bir dəfə olmaqla orqanizmə yeridilir.
Əlicanlı (Zərdab)
Birinci Əlicanlı
Zərdab bələdiyyələri
Zərdab bələdiyyələri — Zərdab rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zərdab bələdiyyəsi
Zərdab bələdiyyələri — Zərdab rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zərdab rayonu
Zərdab rayonu — Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Zərdab şəhəridir. Zərdab rayonunun ərazisi arxeoloji cəhətdən, demək olar ki, öyrənilməmişdir. Mərkəzi əvvəllər Əlvənd olub. Zərdab ərazisində tapılmiş (təsərrüfat işləri ilə əlaqədar şum aparılarkən) şirli və şirsiz məişət əşyalarının, qab-qacaqların qalıqları bu ərazinin arxeoloji cəhətdən geniş tədqiq edilməsi zərurətini yaradır. İbtidai icma quruluşunun tunc dövrü mərhələsində insanların daha geniş ərazilərə yayılması, yaşayış yerlərinin çox zaman çay kənarlarında salınması bunu deməyə əsas verir ki, Zərdab ərazisində insanlar tunc dövründən başlayaraq yaşamışlar. XIV əsrin Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbi əl-Əhəri "Tarix-e Şeyx Uveys" əsərində monqol hökmdarları Hülakuların tarixindən bəhs edərək yazır ki, Abaqa xanın hakimiyyəti dövründə (1265–1282) Hülakular dövləti lazımi qədər möhkəm idilər. 1266-cı ildə "Abaqa xan buyurdu ki, Kür çayı sahilindən və Delan Naurdan Gərdmun səhrasına kimi ərazini şahzadələrdən Səmağar, Menku-Temur və Ulcay xatun tutsunlar. Bu yer onların qışlaq yurdu oldu." Əsərdə haqqında danışılan Delan Naur monqol dilində "yetmiş göl, yetmiş nohur" (müasir monqolca "Dalan nuur" / Далан нуур) deməkdir, monqollar Kürün şimalında Hacıqabul—Kürdəmir—Zərdab ərazilərində mövcud olmuş gölləri bu cür adlandırmışlar. Rəvayətə görə çox-çox qədimlərdə Zərdab ərazisində – Bıçaqçı kəndi yaxınlığından başlanan Yerayız adlı böyük və zəngin şəhər varmış.
Zərdab şəhəri
Zərdab – Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati mərkəzi. Öz coğrafi mövqeyinə görə bir zamanlar Kürdən əlverişli keçid kimi mühüm strateji rol oynamışdır. Zaman-zaman uzaq ölkələrdən yola çıxan səyyahlar, karvanlar və qoşunlar Kür çayını Zərdab ərazisindən keçmişlər. Mənbələrdə göstərilir ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları 1500 −1501-ci illərdə Ərzincandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından Kürü keçmiş, Şamaxıya getmişdir. 1 Şah Təhmasib öz ordusuyla Şirvana (1538-ci il) və Şəkiyə (1551) hərəkət edərkən Cavaddan Kürü keçmiş, Zərdaba gəlmiş, buradan Qəbələyə, sonra Şamaxıya yürüş etmişdir. Professor Oqtay Əfəndiyev Azərbaycan Səfəvilər dövləti əsərində belə yazır: I Şah Təhmasib Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi, Yevlax adlanan yerdə dayandı… Zilhiccənin 11-də (fevralın 2-də) (bu, tarixi mənbələrdə Zərdabın qədim adını ifadə edir) keçidinin yanından Kürü keçdi… Əli Şabana gəldi. Ötən əsrin 70-ci illərində Zərdab ərazisində görülən meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da rəngini və keyfiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qadın bəzək şeyləri, məişət və mədəniyyət əşyaları üzə çıxırdı və indi bunların bir çox nümunələri Zərdab tarix diyarşunaslıq muzeyində eksponad kimi nümayiş etdirilir. Ümumiyytlə 1578-ci ilə aid tarixi mənbələrdə Zərdabın adına rast gəlinir. Bir çox mənbələr Zərdab adını fars dilində zərd (sarı) və ab (su) sözlərinin birləşməsindən yarandığını göstərir, xəstəlik yayan sarı su mənasını verdiyini bildirir. Bəzi tədqiqatçılar isə bu adın axmaz, gölməçə mənasında işlədildiyini iddia edirlər.
Zendeya
Zendeya (Zendeya Koulman; 1 sentyabr 1996[…], Oklend, Kaliforniya) — ABŞ aktrisası, müğənni və rəqqasə. Ən məşhur rolu Disney Channel orijinal serialı "Göstər özünü"dəki Raquel Raki Buludur. Ən yaxın dostu isə "Göstər özünü" adlı serialdakı rolu Sisi Cons olan Bella Torndur. Zendeya Volt Disney Rekordsda Bella Torn ilə birlikdə səsləndirdiyi "Something to Dance For" mahnısı YouTube'da 20 milyon dəfədən çox izlənmişdir. Zendeya 1 sentyabr, 1996-cı ildə Kaliforniyanın Oklen şəhərində Klara Stoymer və Kazembe Ajamunun ailəsində dünyaya gəlmişdir. O, anasının Palata Meneceri kimi işlədiyi Kaliforniya Şekspir Teatrında işlədi. Çoxlu səhnə istehsalatlarında teatrın tələbə ehtiyat proqramında və sonra yerinə yetirməkdə öyrənməyə əlavə olaraq, Zendeya onun ana yeri patronlarına kömək etdi və teatra xeyir vermək üçün lotereya biletlərini satırdı. İncəsənətlər üçün Oklend Məktəbində iştirak edərək, o, Palo Altonun Teatr işi olan "Karolina və ya Şans"da Co kişi xarakterini, Berkli Teatrında (Kukla evində) "Bir dəfə Bu Adada" və qaçış rolunda gənc Ti Moune kimi baş rolu oynadı. O, həmçinin Kaliforniya Şekspiri Teatrı Ehtiyat proqramında və Amerikan Ehtiyat Teatrında sənətinə yiyələndi. Zendeya başqa səhnə əsərləri "III Riçard", "On ikininci Gecə", "Siz ki bunu Xoşlayırsınız" kimi pyeslərdə çıxış etmişdir.
Zeduba
Calanthe (lat. Calanthe) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Merdeka Binası
Merdeka Binası (ind. Gedung Merdeka) — İndoneziyanın Bandunq şəhərində "Calan Asiya-Afrika"dakı art-deko binası. Bu gün 1955-ci ildə orada keçirilmiş Asiya-Afrika Konfransının ilk Qoşulmama Hərəkatının kolleksiyaları və fotoşəkillərini əks etdirən bir muzey olaraq xidmət edir. Hazırkı bina 1926-cı ildə o dövrün məşhur memarları, həm də Bandunq Texnologiya İnstitutunun (bu gün ITB) iki professoru Van Qalen və Ç. D. Volff Şumaxer tərəfindən 1926-cı ildə hazırlanmışdır . 7500 m²-lik binada İtalyan mərmər mərtəbələr, bəzi salonlar və otaqlar taxta örtüklə işlənib və tavandakı kristal lampaları ilə bəzədilmişdir. Braqa Küçəsi və Calan Asiya-Afrikanın kəsişməsindəki ilk bina 1895-ci ildə Sociëteit Concordia üçün tikilmişdir. 1926-cı ildə Volff Şumaxer, Albert Aalbers və Van Qallen tərəfindən yenidən qurulmuşdur. Sociëteit Concordia Bandunq və ətrafındakı zəngin insanlar üçün rəqs salonu, əyləncəli və sosial toplantı yeri idi. Bura heyvandarlıq sahəsinin sahibləri və ya əməkdaşları, zabitlər, vəzifəli şəxslər və zəngin iş adamı daxildir. Həftə sonlarında bina incəsənət nümayişlərindən, ictimai rəqslərdən və axşam yeməyindən zövq alan insanlar ilə dolu idi.
Verteba mağarası
Verteba (ukr. Верте́ба) — Ukraynanın Ternopol vilayətində mağara. Mağara suxur tərkibinə görə gips mənşəli olub Bilçe-Zolotoe kəndindən 2 km şimal-qərbdə yerləşir. Mağara ölkə əhəmiyyətli geoloji və arxeoloji abidə hesab olunur. Verteba mağarası Dnestrin sol qolu olan Seret çayının sol sahilində yerləşir. Mağara RSFSR nazirlər sovetinin 2 avqust 1971-ci il 61 №-li qərarına əsasən təbiət qoruq fondunun obyekti elan edilmişdir. Mağaraya yeni status isə Ukrayna nazirlər kabinetinin 1992-ci il 12 oktyabr 584 №-li qərarı ilə verilmişdir. Mağarada Ukraynada yeganə yeraltı muzey fəaliyyət göstərir. Muzeydə mis dövrünə aid tripol mədəniyyəti nümayiş olunur. Mağaranın adı qədim slavyan sözü olan «vertep», yəni mağara, yarğan sözündən meydana gəlib.