Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zərdab
Zərdab – Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati mərkəzi. == Tarixi == Öz coğrafi mövqeyinə görə bir zamanlar Kürdən əlverişli keçid kimi mühüm strateji rol oynamışdır. Zaman-zaman uzaq ölkələrdən yola çıxan səyyahlar, karvanlar və qoşunlar Kür çayını Zərdab ərazisindən keçmişlər. Mənbələrdə göstərilir ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları 1500 −1501-ci illərdə Ərzincandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından Kürü keçmiş, Şamaxıya getmişdir. 1 Şah Təhmasib öz ordusuyla Şirvana (1538-ci il) və Şəkiyə (1551) hərəkət edərkən Cavaddan Kürü keçmiş, Zərdaba gəlmiş, buradan Qəbələyə, sonra Şamaxıya yürüş etmişdir. Professor Oqtay Əfəndiyev Azərbaycan Səfəvilər dövləti əsərində belə yazır: I Şah Təhmasib Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi, Yevlax adlanan yerdə dayandı… Zilhiccənin 11-də (fevralın 2-də) (bu, tarixi mənbələrdə Zərdabın qədim adını ifadə edir) keçidinin yanından Kürü keçdi… Əli Şabana gəldi. Ötən əsrin 70-ci illərində Zərdab ərazisində görülən meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da rəngini və keyfiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qadın bəzək şeyləri, məişət və mədəniyyət əşyaları üzə çıxırdı və indi bunların bir çox nümunələri Zərdab tarix diyarşunaslıq muzeyində eksponad kimi nümayiş etdirilir. Ümumiyytlə 1578-ci ilə aid tarixi mənbələrdə Zərdabın adına rast gəlinir. Bir çox mənbələr Zərdab adını fars dilində zərd (sarı) və ab (su) sözlərinin birləşməsindən yarandığını göstərir, xəstəlik yayan sarı su mənasını verdiyini bildirir. Bəzi tədqiqatçılar isə bu adın axmaz, gölməçə mənasında işlədildiyini iddia edirlər.
Burunlu (Zərdab)
Burunlu — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Bıçaqçı (Zərdab)
Bıçaqçı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Kənd rayon mərkəzindən 31 kilometr qərbdə, Kür çayının sahilində yerləşir. == Tarixi == Zərdabın zəngin tarixi olan kəndlərindən biri də Bıçaqçıdır. Bu kəndin adına Həsən bəy Zərdabinin 1880–1890-cı illərdə "Zərdabdan məktublar" başlığı altında "Kaspi" qəzetində dərc etdirdiyi məqalələrdə tez-tez rast gəlinir. Tarixdən Qacar tayfasının Bıçaqçı (Pıçaqçı) qolu olduğu məlumdur və ehtimal olunur ki, bu kənd də həmin tayfanın törəməsidir. Lakin belə bir fikir də var ki, Kür sahilində yerləşdiyinə və bir zamanlar balıqla zəngin olduğuna balığı bıçaqla yarıb kürüsünü çıxaran, duzlayan ilk sakinlərin məşğuliyyəti ilə bağlı kənd Bıçaqçı adlandırılmışdır. Deyilənə görə, bu kənd 1800-cü illərin əvvəllərində balıq vətəgəsi yerində yaradılmış və buraya ilk sakinlər Zərdabın Aşağı və Yuxarı Seyidlər, eləcə də Əlvənd kəndlərindən gəlmişlər. Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov Bıçaqçı kəndində doğulmuşdur. == Mədəniyyəti == Kənddə bələdiyyə, orta məktəb, kitabxana, tibb məntəqəsi, klub, poçt, ATS, modul tipli içməli sutəmizləyici qurğu, uşaq bağçası, iaşə və məişət xidməti obyektləri və s. fəaliyyət göstərir.
Bəyimli (Zərdab)
Bəyimli — Azərbaycan Respublikasının Zərdab rayonunun eyniadlı qəsəbə inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Qəsəbə Şirvan düzündədir. Yaşayış məntəqəsi XX əsrin 20-ci illərində Bəyimli adlı ərazidə salınmışdır. Kəndin ərazisi əvvəllər Ağsu rayonunun Bəyimli kəndinə məxsus qışlaq yeri olmuşdur.
Cilovxanlı (Zərdab)
Cilovxanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Şirvan düzündə yerləşir. == Tarixi == Clovxan variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsi muğanlı tayfasının cilovxanlı tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin verdiyi məlumata görə, bu nəsil Salyan rayonu ərazisindən gəlmişdir.
Hüseynxanlı (Zərdab)
Hüseynxanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Kənddə 1 natamam orta məktəb, 1 uşaq bağçası var. == Əhalisi == Kənd əhalisinin sayı təxminən 800 nəfərdir.[mənbə göstərin] == İqtisadiyyatı == Əhali əsasən əkinçılık və maldarlıqla məşğul olur. == İdman == Rayonda ən yaxşı futbol oynayanlar Qaravəlli kəndi ilə yanaşı bu kənddə toplanıb. == İnfrastruktur == 2014-cü ilin noyabr ayının 27-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Məlikli (Zərdab)
Məlikli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə Məlikli kənd məscidi dini icması fəaliyyət göstərir.
Nəcəfalı (Zərdab)
Nəcəfalı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Qarasuçay (Zərdab)
Qarasuçay — Zərdab rayonu ərazisində çay. == Haqqında == Türyançayın aşağı axarından ayrılan qoldur.
Qaravəlli (Zərdab)
Qaravəlli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qaravəlli Zərdab rayonunun qədim və zəngin tarixə malik kəndlərindən biridir. Qaravəllilər əvvəllər yarımköçəri maldarlıqla məşğul olmuş, Kür vadisinə XIX əsrin ikinci yarısında həmişəlik gəlmiş və əsasən oturaq həyata keçmişlər. Əlisəfa Məmmədov "Qarayazı düzündən Xəzər dənizinə qədər" kitabında yazır ki, Azərbaycanın qədim türkdilli tayfalarından olan qaravəllilər XX əsrin əvvəllərinə qədər əsasən Şirvanda, Araz boyunca – Mildə, Muğanda yaşayırdılar. Bu vaxt onların Şirvanda Qaravəlli-Alməmməd (ona Xanlıq da deyirdilər) və Qaravəlli (Tapdıq), Qaravəlli-Qambaybəy, Muğanda Qaravəlli, Arazın sol sahilində – Mil düzündə isə Qaravəlli və Minaxarlı (Qaravəlli) kəndləri olmuşdur. Şimali Azərbaycanda Qaravəlli adlı 8 kənd vardı. Qaravəllilər indi Azərbaycanın Gədəbəy, Ağsu, Zərdab, Ağcabədi, Şamaxı, İmişli və Balakən rayonlarının ərazilərində yerləşirlər. Qaravəllinin yaşlı sakinlərinin rəvayət etdiyinə görə ilk dəfə bu əraziyə Vəli, onun ardınca, daha sonra isə Hacıaxund adlı biri gəlib. Onların hər üçü Araz qırağından olub. Vəli kişinin rəngi qara olduğuna görə bu kəndin adını elə Qaravəlli qoyublar.
Salahlı (Zərdab)
Salahlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Ağstafa) – Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux) – Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) – Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) – Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli – Azərbaycanın Ağdam rayonunda kənd. Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı 19-cu əsrin sonlarından ara-sıra rast qəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salahlı şəklində də işlənmişdir. == Din == Kənddə Salahlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Sarıqaya (Zərdab)
Sarıqaya — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Siləyli (Zərdab)
Siləyli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Zərdab rayonunun Bıçaqçı kənd inzibati ərazi vahidinin Siləyli kəndi Yuxarı Seyidlər kənd inzibati ərazi vahidinin tabeliyinə verilmişdir.
Təzəkənd (Zərdab)
Təzəkənd — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Vəlixanlı (Zərdab)
Vəlixanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Xanməmmədli (Zərdab)
Xanməmmədli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == İnfrastruktur == 2014-cü ilin noyabr ayının 27-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Zərdab bələdiyyələri
Zərdab bələdiyyələri — Zərdab rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zərdab bələdiyyəsi
Zərdab bələdiyyələri — Zərdab rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zərdab rayonu
Zərdab rayonu — Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Zərdab şəhəridir. == Tarixi == Zərdab rayonunun ərazisi arxeoloji cəhətdən, demək olar ki, öyrənilməmişdir. Mərkəzi əvvəllər Əlvənd olub. Zərdab ərazisində tapılmiş (təsərrüfat işləri ilə əlaqədar şum aparılarkən) şirli və şirsiz məişət əşyalarının, qab-qacaqların qalıqları bu ərazinin arxeoloji cəhətdən geniş tədqiq edilməsi zərurətini yaradır. İbtidai icma quruluşunun tunc dövrü mərhələsində insanların daha geniş ərazilərə yayılması, yaşayış yerlərinin çox zaman çay kənarlarında salınması bunu deməyə əsas verir ki, Zərdab ərazisində insanlar tunc dövründən başlayaraq yaşamışlar. XIV əsrin Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbi əl-Əhəri "Tarix-e Şeyx Uveys" əsərində monqol hökmdarları Hülakuların tarixindən bəhs edərək yazır ki, Abaqa xanın hakimiyyəti dövründə (1265–1282) Hülakular dövləti lazımi qədər möhkəm idilər. 1266-cı ildə "Abaqa xan buyurdu ki, Kür çayı sahilindən və Delan Naurdan Gərdmun səhrasına kimi ərazini şahzadələrdən Səmağar, Menku-Temur və Ulcay xatun tutsunlar. Bu yer onların qışlaq yurdu oldu." Əsərdə haqqında danışılan Delan Naur monqol dilində "yetmiş göl, yetmiş nohur" (müasir monqolca "Dalan nuur" / Далан нуур) deməkdir, monqollar Kürün şimalında Hacıqabul—Kürdəmir—Zərdab ərazilərində mövcud olmuş gölləri bu cür adlandırmışlar. Rəvayətə görə çox-çox qədimlərdə Zərdab ərazisində – Bıçaqçı kəndi yaxınlığından başlanan Yerayız adlı böyük və zəngin şəhər varmış.
Zərdab şəhəri
Zərdab – Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati mərkəzi. == Tarixi == Öz coğrafi mövqeyinə görə bir zamanlar Kürdən əlverişli keçid kimi mühüm strateji rol oynamışdır. Zaman-zaman uzaq ölkələrdən yola çıxan səyyahlar, karvanlar və qoşunlar Kür çayını Zərdab ərazisindən keçmişlər. Mənbələrdə göstərilir ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları 1500 −1501-ci illərdə Ərzincandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından Kürü keçmiş, Şamaxıya getmişdir. 1 Şah Təhmasib öz ordusuyla Şirvana (1538-ci il) və Şəkiyə (1551) hərəkət edərkən Cavaddan Kürü keçmiş, Zərdaba gəlmiş, buradan Qəbələyə, sonra Şamaxıya yürüş etmişdir. Professor Oqtay Əfəndiyev Azərbaycan Səfəvilər dövləti əsərində belə yazır: I Şah Təhmasib Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi, Yevlax adlanan yerdə dayandı… Zilhiccənin 11-də (fevralın 2-də) (bu, tarixi mənbələrdə Zərdabın qədim adını ifadə edir) keçidinin yanından Kürü keçdi… Əli Şabana gəldi. Ötən əsrin 70-ci illərində Zərdab ərazisində görülən meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da rəngini və keyfiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qadın bəzək şeyləri, məişət və mədəniyyət əşyaları üzə çıxırdı və indi bunların bir çox nümunələri Zərdab tarix diyarşunaslıq muzeyində eksponad kimi nümayiş etdirilir. Ümumiyytlə 1578-ci ilə aid tarixi mənbələrdə Zərdabın adına rast gəlinir. Bir çox mənbələr Zərdab adını fars dilində zərd (sarı) və ab (su) sözlərinin birləşməsindən yarandığını göstərir, xəstəlik yayan sarı su mənasını verdiyini bildirir. Bəzi tədqiqatçılar isə bu adın axmaz, gölməçə mənasında işlədildiyini iddia edirlər.
Əlibəyli (Zərdab)
Əlibəyli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Əlibəyli kəndi Zərdab şəhərindən 3 kilometr cənub-qərbdə yerləşir. == Tarixi == Ötən dövrlərdə “Alıbəyli” kimi də adlandırılan bu kənd Kür və Türyançay (Qarasu) çaylarının qovşağında yerləşir. Kəndin adı Əlibəy adlı şəxsin adı ilə bağlı yaranıb. Ötən əsrlərdə Əlibəyli sakinləri əsasən baramaçılıq, maldarlıq və əkinçiliklə məşğul olublar. == Əhalisi == Mənbələrə görə, XIX əsrin ortalarında Əlibəyli 11 evdən, 1887-ci ildə isə 38 evdən və 166 sakindən ibarət olub. Tovuz və Qax rayonlarında da Əlibəyli adlanan kəndlər var. Mənbələrdə göstərilir ki, 1700-cü illərdə İrəvan əyalətində də Əlibəyli adlı kənd var imiş. İndi kəndin əhalisi 1050 nəfərdir. Kəndin dini tərkibi sünnilərdir.[mənbə göstərin] == İqtisadiyyatı == Kənd sakinləri əsasən əkinçilik, heyvandarlıq, meyvəçilik, baramaçılıq, balıqçılıq, quşçuluq və tərəvəzçiliklə məşğul olurlar.
Əlvənd (Zərdab)
Əlvənd — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Əlvənd Zərdab rayonunun çox qədim və zəngin tarixi olan kəndlərindən biridir. Güman olunur ki, Əlvənd yaşayış məntəqəsi kimi orta əsrlərin sonlarında formalaşmışdır. Abbasqulu ağa Bakıxanov məşhur "Gülüstani-İrəm" əsərində Əlvənddən bəhs edərək yazır ki, 1775-ci ildə "Ağası xan da Əlvənddə oturub bütün Şirvana hökmran oldu..." Məntiqə görə Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsi, 1498-ci ildə özünü Təbrizdə hökmdar elan etmiş və tezliklə qardaşı Məhəmməd Mirzə tərəfindən məğlub edilib taxtdan salınan Əlvənd Mirzənin – Yusif Mirzə oğlunun (1504-cü ildə Diyarbəkirdə vəfat etmişdir) Əlvənddən olduğunu söyləmək səhv olmaz. Əlvəndin tarixinə aid maddi mənbələr 1965-1970-ci illərdə kəndin şimal-şərdində yerləşən "Dəvəçökəyi" adlanan ərazidə meliorasiya işləri zamanı aşkar edilmişdir. 4-5 metr dərinlikdə aparılan qazıntı işləri zamanı çoxlu sayda naxışsız gil qablar, bəzək əşyaları, müxtəlif əmək alətləri tapılmışdır (ərazi öz arxeoloji tədqiqini gözləyir). Bu da Kür-Araz mədəniyyəti adlanan Erkən Tunc dövrünə (e.ə.IV minillik) gedib çıxır. Bu ərazi indi də el arasında xan qızının hanasının qaldığı yer kimi hallanır. Digər maddi mənbə 1956-cı ildə kənddəki köhnə qəbristanlıgın ətrafında aparılan qazıntı işləri zamanı aşkara çıxan küp qəbirlərdir. Bu da Əlvəndin tarixinin eramızdan əvvələ gedib cıxdığını bir daha sübut edir.
Çallı (Zərdab)
Çallı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Çallı Zərdab rayonunun eyniadlı i.ə.v.-də kənd. Kür-Araz ovalığındadır. Yaşayış məntəqəsi əvvəllər boz küdri sahədə salınmış, sonralar isə indiki yerə köçmüşdür. Yerli əhalinin məlumatına görə, kənd əvvəllər Çal piri (dağ döşündə olan pir), indi isə Çalı piri adlanan müqəddəs yerin yaxınlığında salındığı üçün belə adlandırılmışdır. Çox güman ki, bu oykonim Azərbaycan toponimiyasında "bozqırlaşmış, landşaftı pozulmuş yer" mənasında işlənən çallıq sözünün sonundakı samitin düşməsi ilə yaranmışdır. Dəvəçi rayonunda da Çallıq adlanan yer mövcuddur.
Zərdab Peşə Liseyi
Nom şəhərinə zərdab çatdırılması
Nom şəhərinə zərdab çatdırılması (ing. Serum run to Nome) — 1925-ci ildə Alyaskanın Nom şəhərində insanlar arasında difteriya xəstəliyi yayılmışdır. Difteriyaya qarşı yeganə mübarizə üsulu difteriya əleyhinə olan zərdablar idi. Nomun mərkəzi xəstəxanasında şəhərdə olan bütün sakinlərə yetəcək qədər zərdab yox idi. Ən qısa zamanda faciəvi vəziyyət teleqraf yolu ilə ABŞ-nin digər 49 ştatının bütün şəhərlərinə göndərilir. Ankoric şəhərinin mərkəzi xəstəxanasında bir neçə bağlama zərdab aşkarlanır. Ancaq havanın -40 dərəcə civarında olması zərdabın təyyarələrlə göndərilməsini mümkünsüz edirdi. Zərdabın Nom şəhərinə ən qısa zamanda catdırılması üçün it xizəklərindən istifadə edilmişdir. 20 xizəkçi və 150 xüsusi təlim görmüş it 674 mil (1.085 km) məsafəni keçərək 5 gün ərzində zərdabı Nom şəhərinə çatdırmışdılar. Nom şəhərinə zərdab çatdırılması hərəkatı dövrünün bütün ABŞ qəzet və radiolarında işıqlandırılmış və bu hadisə uzun müddət Amerika gündəmində qalmışdır.
Cerdap I
Cerdap su anbarı (Cerdap-I) — Rumıniya və Serbiyada, Dunay çayı üzərində su anbarı. Cerdap Qərbi Avropada ən böyük su anbarlarından biridir. == Tarixi == 1969–71-ci illərdə doldurulmuşdur. == Sahəsi == Sahəsi 320 km2 , uzunluğu 230 km, həcmi 5 km3. == Xüsusiyyətləri == Energetika, gəmiçilik, daşqınlarla mübarizə və rekreasiya məqsədləri üçün istifadə olunur. Cerdap-I bəndinin aşağı byefində (80 km aşağıda) suyun səviyyəsini tənzimləmək məqsədilə 1984-cü ildə Cerdap-II bəndi və 2 km3 həcmində kompensasiyaedici su anbarı istismara verilmişdir.
Bərdax
Bərdax (əsl adı: Berdimurad Kaqabaylı qaraq. Berdaq, Бердақ; 1827[…], Xivə xanlığı – 1900[…], Qaraqalpaqıstan Respublikası) — qaraqalpaq şairi. == Həyatı == Qaraqalpaqların konqrat qəbiləsinə mənsub olan Berdimurad Kaqabaylı 1827-ci ildə Aral ətrafında doğulub. Kiçik yaşlarında valideynlərinin hər ikisini itirməsi onun həyatla erkən tanış olmasına səbəb olub. Kənd məktəbində oxuduğu vaxtlarda çobanlıqla da məşğul olurdu. Mədrəsədə təhsil aldıqdan sonra varlı ailələrin övladlarına dərs deyərək pul qazanmağa başladı. Təhsilini mədrəsədə davam etdirərkən, türk və şərq ədəbiyyatı klassikləri ilə tanış olması gənc yaşlarında yaradıcılığa həvəs göstərməsinə vəsilə oldu. Türk ləhcələrini və ərəb fars dillərini dərindən mənimsəməsi şairin yaradıcılığını inkişaf etdirməsinə şərait yaradırdı. İlk şeirini 13 yaşında qələmə alan Berdimurad Kaqabaylı Bərdax təxəllüsü ilə illər sonra Qaraqalpaq ədəbiyyatında möhürünü vuran şairə çevriləcəkdi. Mübaliğəsiz demək olar ki, həm poeziyadan, həm də etnoqrafiyadan uğurla bəhərlənən Bərdax, yaradıcılığı ilə Qaraqalpaq ədəbiyyatında zirvəyə çevrilməyə nail oldu.
Cerdap Milli Parkı
Cerdap Milli Parkı (serb. Национални парк Ђердап) ― Serbiyada Dunay çayının sağ sahili boyunca uzanan milli park. Park 1974-cü ildə yaradılmışdır və 63 786,5 hektar ərazini əhatə edir. Çayın digər tərəfində Rumıniyanın Dəmir Qapı Milli Parkı var. 2020-ci ilin iyul ayında milli parkın geniş sahəsi UNESCO-nun qlobal geoparkı təyin edilmiş və bununla da Serbiyanın ilk qorunan ərazisi olmuşdur. Geopark Miroç və Kuçay dağ massivləri də daxil olmaqla 1330 km² ərazini əhatə edir. == Ad == Həm Cerdap, həm də keçmiş serb adı olan Dəmir qapı türk mənşəlidir. Dəmir qapı adı digər dillərin əksəriyyətinə dərənin adı kimi daxil olmuşdur. Cerdap sözü isə "girdap" - girdab, burulğan sözündən yaranmışdır. == Coğrafiya == Cerdap Milli Parkı təbii gözəlliyinin əsas xüsusiyyəti və cazibəsi Karpat dağlarının cənub yamaclarından keçən möhtəşəm keçid, Cerdap dərəsi - məşhur Dəmirqapıdır.
Mərdan
Mərdan — Azərbaycanlı adı. Mərdan Mehdizadə — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Mərdan Muradxanov — azərbaycanlı pedaqoq-alim, professor Mərdan Feyzullayev — "Tərəqqi" medalı laureatı Mərdan Musayev — Sovet İttifaqı Qəhrəmanı (03.06.1944). Mərdan Camalov — Mərdan Cəlilov — Tanınmış azərbaycanlı alim. Təxəllüs Orxan Mərdan — Prodüser, Rejissor, Ssenarist.