SƏRDAR

is. [ fars. ]
1. tar. Keçmişdə: bir vilayəti idarə edən və dövlət başçısı adından sərəncam vermək hüququna malik olan hakim. Qafqaz sərdarı.
[Vəkillər] …bu ərizələri və siyahıları makinada səliqə ilə çap eləyib, gətirib qoymuşdular sərdarın qabağına. C.Məmmədquluzadə.
Gorus naçalnikindən başlayıb, Gəncə qubernatından ötüb, Tiflisdəki sərdara qədər padşaha hey xəbər yazılır, yuxarıdan hey fərman gəlirdi. S.Rəhimov.

2. Başçı.
[Koroğlu Eyvaza:] Səni Çənlibelə özümə oğul, dəlilərə sərdar eləməyə aparıram. Koroğlu”.

// məc. Obrazlı təşbehlərdə. Gözəllər sərdarı.
– Hüsnün sərəsgəri, vəslin sərdarı; Haşa gələ bu sığnağın üstünə. Q.Zakir.
Sən ey gül fəslinin dildarı lalə; Yaşıl çəmənlərin sərdarı lalə! N.Rəfibəyli.

Синонимы

  • SƏRDAR sərdar bax 1. canişin;2. sərkərdə
SƏRDABƏ
SƏRDARI
OBASTAN VİKİ
Sərdar İrəvani
Sərdar İrəvani — İrəvan xanlığının son xanları olan Hüseynqulu xan Sərdar Qacar (1740-1830) ilə onun qardaşı Həsən xan Qacarın titulları. Bu titul həmçinin Məhəmməd xan İrəvaninin oğlu Məhəmmədhəsən xan Sərdar İrəvani tərəfindən də istifadə edilmişdir. O, qədim Qacar nəslindən olan Sərdari İrəvani nəslinin əcdadı idi.
Sərdar (SEPAH)
Sərdar (fars. سردار‎) – təxminən generala bərabər tutulan, İkinci Briqada generalı və İslam İnqilabı Keşikçiləri Korpusunda yüksək hərbi rütbəli zabitlər, İran İslam Respublikasının Hüquq-mühafizə Qüvvələrinin komandanları, köhnə hərbi və ya İslam İnqilabı Komitələrində, eləcə də İran İnqilabı Təşkilatı komandirləri üçün istifadə edilən yüksək hərbi fəxri ad. Sərdarların əksəriyyəti İslam İnqilabı Keşikçiləri Korpusunun Komanda və Qərargah Universitetinin məzunlarıdır. İran İslam Respublikası Ordusunda istifadə olunan Əmir (və yaxud Timsar) rütbəsinə bərabər hesab olunur.
Sərdar (Türkmənistan)
Qızılarbat (sabiq adı Sərdar) — Türkmənistan Respublikasının Balkan vilayətində etrap tabeli şəhər.
Sərdar Abdullayev
Sərdar Süleyman oğlu Abdullayev (21 yanvar 1951, Yanşaq, Kəlbəcər rayonu) — azərbaycan əsilli Rusiya iş adamı, iqtisad elmləri doktoru, professor, İnformasiyalaşdırma Beynəlxalq Akademiyasının həqiqi üzvü, Azərbaycan "Tərəqqi" medalı laureatı. Abdullayev Sərdar Süleyman oğlu 1951-ci il yanvarın 21-də Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olub. 1973-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) "Hidromeliorasiya işlərinin mexanikləşdirilməsi" ixtisası üzrə bitirəndən sonra təyinatla Kalinin vilayətinin Belıy şəhərinə göndərilib, orada Kalinin vilayəti "Kalininmeliorasiya" İstehsalat Birliyinin 2 №-li Səyyar Mexanikləşdirilmiş Dəstəsində (PMK-2) mühəndis-mexanik, daha sonra baş mexanik vəzifələrində işləyib. 1977–1980-ci illərdə Sov. İKP Belski rayon komitəsinin təlimatçısı, 1980–1982-ci illərdə isə Kalinin vilayəti "Kalininmeliorasiya" İstehsalat Birliyinin 2 №-li Səyyar Mexanikləşdirilmiş Dəstəsinin (PMK-2) rəisi olub. 1982-ci ildə S. Abdullayev Kalinin (indiki Tver) vilayətindəki "Kalininselstroy" İstehsalat Birliyində işə dəvət edilib, 1982–1986-cı illərdə orada 1316 №-li İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş Dəstənin (SPMK-1316) rəisi, sonra isə "Kalininselstroymexanizasiya" trestinin müdiri olub. 1986-cı ildən S. Abdullayev "Kalininqrajdanstroy" vilayət İstehsalat Birliyi rəisinin müavini, sonra rəisin birinci müavini vəzifəsində işləyib. Özünü yüksəkixtisaslı mütəxəssis və texniki cəhətdən savadlı rəhbər kimi tanıtmış S. Abdullayev 1991-ci ilin may ayından bu birliyin rəisi təyin edilib, 1993-cü ilin iyul ayından bu günə qədər "Tverqrajdanstroy" Tikinti Şirkəti Qapalı Səhmdar Cəmiyyətinə rəhbərlik edir. "Tverqrajdanstroy" şirkətinə S. Abdullayevin rəhbərlik etdiyi illər ərzində onun bilavasitə iştirakı ilə Tverdə və Tver vilayətində milyonlarla kvadratmetr mənzil sahəsi, sənaye və sosial əhəmiyyətli iri obyektlər istifadəyə verilib. Şirkətdə Rusiyanın və xarici ölkələrin — Almaniya, Kanada, Böyük Britaniya, Finlandiya və Türkiyənin inşaat firmaları ilə işgüzar əməkdaşlığa, onların köməyi ilə yeni texnologiyaların və inşaat materiallarının istehsalatda tətbiqinə xüsusi diqqət yetirilir.
Sərdar Amin
Sərdar İmaməddin oğlu Tağıyev və ya Sərdar Amin (4 yanvar 1988, Zərdabi, Quba rayonu) — azərbaycanlı yazıçı. Sərdar Amin 1988-ci il yanvarın 4-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. Orta məktəbi Qusar rayonunun Aşağı Ləgər kəndində bitirib. Quba Dövlət Sosial-İqtisadi Kollecinin Vergi, vergitutma fakültəsini bitirib. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin 2013-cü il məzunudur. Ailəlidir. Bir qızı var. 2013-cü ildən Sərdar Amin imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 100-dən çox publisitik məqalə, hekayə və tərcümə materiallarının müəllifidir. RTV (ARB TV)-də aparıcı, PR menecer və digər vəzifələrdə işləyib.
Sərdar Azmun
Sərdar Azmun (fars. سردار آزمون‎, 1 yanvar 1995, Günbədkavus, Mazandaran ostanı) — 1995-ci ildə İranının Günbədkavus şəhərində anadan olub. Rusiya milli futbol çempionatının yüksək liqasında çıxış edən Rubin Kazan klubunun hücumçusudur.
Sərdar Bayramov
Sərdar Bayramov (tam adı: Sərdar Bayram oğlu Bayramov; 10 may 1956, Azaflı, Tovuz rayonu) — azərbaycanlı alim, texnika elmləri namizədi, 11 ixtira və 31 elmi əsərin müəllifi, 6 konfrans iştirakçısı, "Neftqazelmitədqiqatlayihə" institutunun dosenti. Sərdar Bayram oğlu Bayramov 10 may 1956-cı il tarixində Azərbaycan Respublikasının Tovuz rayonunun Azaflı kəndində ziyalı ailəsində anadan olub. 1963-cü ildə Azaflı kənd 8 illik məktəbinin birinci sinfinə getmişdir. 1971-ci ildə Azaflı kənd 8 illik məktəbinin 8-ci sinfini bitirib, qonşu kənd olan Bayramlı kənd orta məktəbinin 9-cu sinfinə getmişdir. 1973-cü ildə Bayramlı kənd orta məktəbinin 10-cu sinfini bitirmidir. 1973–1974-cü illərdə Tovuz rayonu Qələbə şərabçılıq zavodunda fəhlə işləmişdir. 1974-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (M. Əzizbəyov adına Azərbaycan neft və kimya institutu) neft-mexanika fakültəsinin 05.08 – neft və qaz mədənlərinin maşın və avadanlığı ixtisasına girmiş və 1979-cu ildə həmin ixtisası müvəffəqiyyətlə bitirmişdir. 1979–1982-ci illərdə "Bakı fəhləsi" maşınqayırma zavodunda təyinatla gənc mütəxəssis kimi usta işləmişdir. 1982–1984-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin istehsalatdan ayrılmaqla aspiranturasında təhsil almışdır. 1982–1991-ci illərdə həmin institutun "Neft və qaz mədənlərinin maşın və avadanlıqları" kafedrasında kiçik elmi işçi, 1991–1993-cü illərdə "Materiallar müqaviməti" kafedrasında böyük elmi işçi, 1993-cü ildə böyük laborant vəzifəsində işləmişdir.
Sərdar Berdiməhəmmədov
Sərdar Berdiməhəmmədov — (Serdar Gurbangulyýewiç Berdimuhamedow, Sərdar Qurbanqulu oğlu Berdiməhəmmədov; 22 sentyabr 1981, Aşqabad, SSRİ) — 19 mart 2022-ci ildən bəri vəzifəsini icra edən Türkmənistan Respublikasının 3-cü Prezidenti və hazırkı prezidenti. Berdiməhəmmədov əvvəllər atası, prezident Qurbanqulu Berdiməhəmmədov hökumətində bir sıra digər vəzifələrdə çalışıb. 2021-ci ildə o, Türkmənistan Respublikası Nazirlər Kabinetinin bir neçə sədr müavinindən biri olub. Nə azad, nə də ədalətli sayılan Türkmənistan prezident seçkiləri 2022-ci ildə Türkmənistan Respublikasında keçirilən prezident seçkilərində səslərin 73 faizini qazanaraq atasının 15 illik avtoritar prezidentlik dövründə uğur qazanıb. Serdar Berdiməhəmmədov 22 sentyabr 1981-ci ildə Aşqabadda anadan olub. 1987–1997-ci illərdə Aşqabad şəhər 43 saylı orta məktəbdə təhsil alıb. 1997–2001-ci illərdə Türkmənistan Kənd Təsərrüfatı Universitetində mühəndis-texnoloq ixtisası üzrə təhsil alıb. 2001-ci ilin iyul-noyabr aylarında Ərzaq Emalı Birliyinin Xarici İqtisadi Əlaqələr Müdirliyində çalışıb, sonra iki il müddətli həqiqi hərbi xidmət keçib. 2003–2008-ci illərdə yenidən Ərzaq Emalı Birliyində meyvə-tərəvəz şöbəsində və alkoqolsuz pivə və şərab şöbəsində işləyib. 2008–2011-ci illərdə Berdiməhəmmədov Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil alıb və beynəlxalq əlaqələr üzrə diplom qazanıb.
Sərdar Cəlaloğlu
Sərdar Cəlal oğlu Məmmədov və ya Sərdar Cəlaloğlu (3 iyun 1954, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan Demokrat Partiyasının sıra ilə təsisçisi, ilk sədri, baş katibi, sədr müavini, sədrinin birinci müavini və mövcud sədri, Naxçıvan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü, 2013-cü il, 2018-ci il prezident seçkilərində prezidentliyə namizəd. Sərdar Cəlal oğlu Məmmədov 3 iyun 1954-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Naxçıvan rayonunun Cəhri kəndində anadan olmuşdur. 1960–1970-ci illərdə orta təhsilini Ordubad və Bakı şəhərlərində almışdır. 1970–1977-ci illərdə Azərbaycan Tibb İnstitutunda ali tibb təhsili almışdır. İxtisasca məhkəmə-tibb ekspertidir. Sərdar Cəlaloğlu 1978-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertize bürosunda ekspert kimi işləmişdir. Sərdar Cəlaloğlu evlidir, üç oğlu və bir qızı var. Sərdar Cəlaloğlu siyasətçi Qurban Məmmədovun qardaşıdır, lakin onlar şəxsi problemlər səbəbi ilə bir-biriləri ilə əlaqələrini kəsmişdir. Sərdar Cəlaloğlu 1980-ci illərdən gizli şəkildə siyasi fəaliyyətə başlamışdır. O, 1985-ci ildən qanuni siyasi fəaliyyət göstərməyə başlamışdır.
Sərdar Denktaş
Sərdar Denktaş (türk. Serdar Denktaş) — Şimali Kipr Türk Respublikasında siyasətçi və dövlət xadimi. Demokrat Partiyasının lideri, 1990-cı ildən etibarən ŞKTR Məclisinin üzvü, 2014-2016-cı illərdə Xarici İşlər Naziri, 2016-2019-cu illərdə Baş nazirin müavini və maliyyə naziri. Şimali Kipr Türk Respublikasın qurucusu və ilk Prezidenti Rauf Denktaşın oğludur. 2020-ci il Şimali Kipr Türk Cümhuriyyəti prezidenti seçkilərinə müstəqil namizəd olaraq qatılmışdır. Sərdar Denktaş 1959-cu ildə qismən tanınan Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın ailəsində anadan olub. İngiltərədəki "London Printing Collec"də tipoqrafiya kursunu bitirdikdən sonra Kardiff Universitetinə iqtisadiyyat fakültəsinə daxil olmuşdur. Lakin təhsilini tamamlaya bilməmiş və Kiprə dönmüşdür. Tezliklə Kipr Kredit Bankının baş direktoru vəzifəsinə təyin edilmişdir. 1990-cı ildə parlament seçkilərində Serdar Denktaş Lefkoşa mandatı üçün Milli Birlik Partiyasından seçki siyahısına girmişdir.
Sərdar Dursun
Serdar Dursun (19 oktyabr 1991, Hamburq) — Türk futbolçu. Almaniyada yetişmişdir. Hücumçu mövqeyində oynayır. Super Liqa komandalarından biri olan Fənərbaxçada oynayır. Almaniyada Sakaryadan bir Türk işçi ailəsində anadan olan Serdar Dursun, "Concordia Hamburq" infrastrukturunda futbol oynamağa başladı. Daha sonra "Hannover 96" komandasına köçdü. Burada oynadıqdan sonra iki mövsüm sonra "Hannover 96 II" heyətinə daxil edildi. Hannover 96 II-də rəsmi debütü Regionalliga Süd-də 6 Avqust 2010-cu ildə "SC Freiburg II"-yə qarşı keçirdi. Buradakı ilk mövsümündə mütəmadi olaraq ilk on birdə yer alır və yaxşı çıxış edirdi. Liqanı 5 qol və 6 asistlə tamamlayan futbolçu, xüsusən də, Türkiyədən bir çox transfer təklifləri aldı.
Sərdar Fərəcov
Sərdar Fərəculla oğlu Fərəcov (8 dekabr 1957, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycanın fəxri mədəniyyət işçisi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru. Sərdar Fərəcov 1957-ci il dekabrın 8-də anadan olub. 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) prof. Xəyyam Mirzəzadənin sinfində bitirmişdir. Hazırda Üzeyir Hacıbəylinin Ev Muzeyi - nin direktoru vəzifəsində çalışır. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ərazisində müxtəlif ansambllar və ifaçılar tərəfindən ifa edilmişdir. 17 sentyabr 2019-cu ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. Opera "Şəngülüm, Məngülüm" (2000) - M. Müşfiqin nağılı əsasında uşaqlar üçün rok–opera Operetta "Müsyö Jordan və dərviş" (1998) - libretto müəllifindir "Bankir adaxlı" musiqili komediyası (2000) - libretto T. Vəliyevanındır "Səhnədə məhəbbət" (2000) - libretto Əli Əmirlinindir Digər vokal əsərləri T. Taisoğlunun sözlərinə səs, xor və simfonik orkestr üçün "Böyük vətəndaş haqqında" Oda (1996); S. Şahbəylinin söz. xor və estrada-simfonik orkestri üçün "Teatr himni" /Milli teatrın 125 illiyinə həsr olunub/ (1998); "Dədə Qorqud" Oratoriyası (1999); A' capella xoru və klarnet üçün Triptix /V.Səmədoğlunun 60 illiyinə həsr olunub/ (1999); M.Füzulinin söz. səs və simfonik orkestr üçün "Cəfadan qeyri" qəzəl-poeması (1994); İnstrumental əsərlər Orqan üçün "Qəsidə" (1991) - N. Gəncəvinin xatirəsinə Simli kvartet üçün 3 pyes (1991); Skripka və piano üçün pyeslər (2001).
Sərdar Hacıyev
Sərdar Hacıyev (22 aprel 1940, Xanlıq, Qubadlı rayonu) — Kimya elmləri doktoru, professor. Sərdar Hacıyev Qubadlı rayonunun Xanlıq kəndində 22 aprel 1940-cı ildə anadan olub. 1957-ci ildə Xanlıq orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin Kimya fakkultəsinə daxil olub. 1962-ci ildə oranı bitirərək Leninqrad Universitetinin aspiranturasına qəbul olunmuşdur. 1966-cı ildə "Kükürd və selenin oksigenli birləşmələrinin termodinamikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi adına layiq görülmüş, Bakı Dövlət Universitetinin fiziki və kolloid kimya kafedrasına assisent vəzifəsinə qəbul edilmişdir.1966–1969-cu illərdə həmin kafedrada baş müəllim, 1969–1989-cuillərdə isə dosent vəzifəsində çalışmışdır. 1987-ci ildə Tbilisi Universitetində "IIIa və Va qrup elementlərinin xalkohalogenidlərin sintezinin fiziki-kimyəvi əsasları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1973–1976-cı illərdə Əlcəzairdə Yüngül Sənaye İnistitutunda fransız dilində elmi pedoqoji fəaliyyətdə olmuş, 1990-cı ildən fiziki və kolloid kimya kafedrasının professoru elmi pedoqoji fəaliyyətdədir. Onun apardığı elmi tədqiqat işləri 11-ə qədər müəlliflik şəhadətnaməsi, patentdə öz əksini tapmışdır. 1962, kimya fakültəsi, BDU. 1966, k.e.n., "Qeyri-üzvi kimya" ixtisası . 1987, k.e.d., "Fiziki kimya" ixtisası .
Sərdar Həmidov
Sərdar Məcid oğlu Həmidov (2 yanvar 1950, Kəlbəcər – 29 fevral 2016, Bakı) — Azərbaycan siyasətçisi və hərbçisi. O, Tərtər ərazi özünümüdafiə batalyonunun sabiq komandanı, Tərtər rayonunun icra başçısı olmuşdur. Sərdar Məcid oğlu Həmidov 1950-ci ildə Kəlbəcərdə anadan olmuşdur. Onun atası Xalq Daxili İşlər Komissarlığı zabiti idi. Həmidovun qardaşı keçmiş daxili işlər naziri İsgəndər Həmidovdur. Sədar Həmidovun oğlu Şəhriyar Məcidzadə jurnalistdir. "İstiqlal" qəzeti kimi bəzi mənbədə Həmidovun mənşəcə kürd olduğu iddia edilsə də, qardaşı İsgəndər Həmidov bunu təkzib etmiş və türk əsilli Kolanı tayfasından olduğunu bildirmişdir. Sərdar Həmidov Azərbaycan Xalq Cəbhəsinin (AXC) may ayında prezident Ayaz Mütəllibovu devirməsindən sonra Tərtər rayonunun icra başçısı təyin edilmişdir. O, Birinci Qarabağ müharibəsi illərində Tərtər ərazi özünümüdafiə batalyonunun komandanı olmuşdur. Həmidovun xidmətləri nəticəsində rayonun ərazisi erməni dəstələrindən tam şəkildə müdafiə olunmuşdur.
Sərdar Həsənov
Sərdar Həsənov (12 may 1985, Bakı) — Azərbaycanı təmsil edən ağır atlet. Sərdar Həsənov 2008-ci ildə Azərbaycanı Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Sərdar Həsənov birdən qaldırma mərhələsini 128-lıq nəticə ilə başa vurdu. Təkanla qaldırma turnirində isə Sərdar Həsənov mərhələni nəticəsiz başa vurdu. Bununla belə 2016-cı ilin iyulunda Sərdar Həsənovun qanında dopinq tapıldığına görə onun nəticələri ləğv edildi. Daha sonra Sərdar Həsənov 2012-ci ildə Azərbaycanı Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. Sərdar Həsənov ümumi nəticədə 321 (145+176) nəticə göstərdi və London Olimpiadasını 8-ci pillədə başa vurdu. Bununla belə bir neçə il sonra Sərdar Həsənovun həmin nəticələri dopinqdən istifadə elədiyinə görə ləğv edildi. Sərdar Həsənov 2013-cü ildə Albaniyanın Tirana şəhərində baş tutan Avropa Çempionatının gümüş medalına sahib oldu. Amma bir neçə il sonra Sərdar Həsənovun həmin nəticələri dopinqdən istifadə elədiyinə görə ləğv edildi.
Sərdar Kərimov
Sərdar İsa oğlu Kərimov (5 dekabr 1954, Kəsəmən, Basarkeçər rayonu – 23 dekabr 2003, Bakı) — Azərbaycan Respublikasının əməkdar həkimi, Azərbaycan Respublikası Səhiyyə nazirinin 1-ci müavini (1999–2003). Sərdar Kərimli 1954-cü il Qərbi Azərbaycanın Göyçə mahalının Kəsəmən kəndində dünyaya göz açmışdı. 1971-ci ildə Bakı şəhərində 30 saylı orta məktəbi bitirdikdən sonra, N. Nərimanov adına Azərbaycan dövlət Tibb İnstitutunda preparatçı işləmiş, 1972-ci ildə müvəffəqiyyətlə imtahan verərək institutun 2-ci müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1978-ci ildə həmin ali məktəbi bitirmişdir. 1978–1980-ci illərdə Bakı zona tələbə inşaat dəstələrinin baş həkimi vəzifələrində işləmişdir. O, 1980–1983-cü illərdə Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında əvvəlcə çağırışçı həkim, sonra böyük həkim vəzifələrində çalışmış, eyni vaxtda bir neçə il həmin stansiyanın ilk partiya təşkilatının katibi kimi işini davam etdirmişdir. 1985-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. Təhsili müddətində Bakı Ali Partiya Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləmişdir. 1985-ci ildə təyinatla Azərbaycan KP Nəsimi Rayon Partiya komitəsinə göndərilmiş, 1989-cu ilə qədər burada təlimatçı kimi çalışmış rayon səhiyyəsinin kuratoru olmuşdur. Sərdar Kərimli 1990-cı ildə Səhiyyə Nazirliyinə işə keçmiş, işlər idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, kadrlar və tədris müəssisələri idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, aparıcı mütəxəssisi və rəisi, kadrlar, elm və təhsil baş idarəsinin rəisi, 1999-cu ildən ömrünün sonunadək Azərbaycan Respublikası Səhiyyə nazirinin 1-ci müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci ilin 2 noyabr tarixli sərəncamı ilə Sərdar Kərimov Azərbaycan Respublikasının əməkdar həkimi fəxri adına layiq görülmüşdür.
Sərdar Mehdiyev
Sərdar Dadaş oğlu Mehdiyev — jurnalist. Sərdar Mehdiyev 22 aprel 1933-cü ildə Ağdam şəhərində anadan olmuşdur. O, 1953-cü ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirmiş, 1953-1958 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin jurnalistika şöbəsində ali təhsil almışdır. Sərdar Mehdiyev 1967-1969 illərdə Bakı Ali Partiya Məktəbində oxumuşdur. Sərdar Mehdiyev 2002-ci ildə Bakıda vəfat etmişdir. Sərdar Mehdiyev uzun illər müxtəlif rayon qəzetlərində jurnalist işləmişdir. O, "Qırmizi bayraq" (Zaqatala) qəzetinin məsul katibi (1958-1962), "Sürət" (Ağcəbədi) qəzetinin redaktoru (1962-1966), "Lenin yolu" (Ağdam) qəzetinin məsul katibi (1970-1989), "Qarabağ" qəzetinin məsul katibi (1989-1991), "Xocalının səsi" qəzetinin redaktoru (1991-2001) işləmişdir. Sərdar Mehdiyev "Həsən bəy Zərdabi" və "Qızıl qələm" mükafatları laureatı olmuşdur. Orxan Zakiroğlu (Baharlı). Cabbar bəy Vəlibəyov və davamçıları.
Sərdar Möhyi
Əbdülhüsyn xan Müizüssultan, Sərdar Möhyi adıyla tanınan, Hacı Məhəmmədkazım Vəkilürrüayanın (Hacı Vəkil) oğlu, qardaşı Mirzə Kərim xan Rəşti ilə birlikdə Məşrutə hərəkatında əhəmiyyətli rolları var idi.Hər iki qardaş Britaniyanın Gizli Kəşfiyyat Xidmətinə bağlı idilər. Sərdar Möhyi Mirzə Kiçik xanla bərabər Qacarlar dövlətinə qarşı çıxmışdı. 1920-ci ildə Düşənbəbazar ətrafında bolşeviklər və İran Kazak diviziyasının döyüşçüləri arasında gedən vuruşmada yaralanmışdı. Sərdar Möhyi 50 yaşında Bakı şəhərində vəfat edib. Ziyalıların Rolu İranın Müasir Tarixində.Qədr mədəni institutu.Tehran:2008.1-ci cild; Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Sərdar Məmmədov
Sərdar Cəlal oğlu Məmmədov və ya Sərdar Cəlaloğlu (3 iyun 1954, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan Demokrat Partiyasının sıra ilə təsisçisi, ilk sədri, baş katibi, sədr müavini, sədrinin birinci müavini və mövcud sədri, Naxçıvan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü, 2013-cü il, 2018-ci il prezident seçkilərində prezidentliyə namizəd. Sərdar Cəlal oğlu Məmmədov 3 iyun 1954-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Naxçıvan rayonunun Cəhri kəndində anadan olmuşdur. 1960–1970-ci illərdə orta təhsilini Ordubad və Bakı şəhərlərində almışdır. 1970–1977-ci illərdə Azərbaycan Tibb İnstitutunda ali tibb təhsili almışdır. İxtisasca məhkəmə-tibb ekspertidir. Sərdar Cəlaloğlu 1978-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertize bürosunda ekspert kimi işləmişdir. Sərdar Cəlaloğlu evlidir, üç oğlu və bir qızı var. Sərdar Cəlaloğlu siyasətçi Qurban Məmmədovun qardaşıdır, lakin onlar şəxsi problemlər səbəbi ilə bir-biriləri ilə əlaqələrini kəsmişdir. Sərdar Cəlaloğlu 1980-ci illərdən gizli şəkildə siyasi fəaliyyətə başlamışdır. O, 1985-ci ildən qanuni siyasi fəaliyyət göstərməyə başlamışdır.
Sərdar Ortaç
Sərdar Ortaç (16 fevral 1970, İstanbul) — Türkiyə musiqiçisi. Sərdar Ortac 1970-ci ildə fevral ayının 16-da istanbulda dünyaya göz açıb. O, ali təhsilini Ankaranın Bilkənt universitetində alıb. Onun ilk albomu 1994-cü ildə çıxıb və həmin albom 2 milyon nüsxə satılıb. 2004-cü ildə onun "Çarka" adlı albomu satış rekordları vurub. Atası Mehmet Ortac 7 iyun 2012-ci ildə şəkər xəstələyindən dünyasını dəyişib.
Sərdar Rüstəmov
Sərdar Mənsur oğlu Rüstəmov (20 avqust 1980) — azərbaycanlı aktyor. Sərdar Rüstəmov 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Dram və kino aktyorluğu fakültəsini bitirib. Tələbə vaxtlarından Akademik Milli Dram teatrının tamaşalarında kütləvi səhnələrdə çıxış edib. 1999-cu ildə teatrın aktyor truppasına götürülüb, bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. S. Rüstəmov bir neçə bədii filmə çəkilib.
Sərdar Səfərov
Sərdar Mədəd oğlu Səfərov (12 avqust 1960, Kəlbəcər rayonu – 25 sentyabr 1991, Əsgəran rayonu, DQMV) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Sərdar Səfərov 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmiş və kolxozda işləmişdir. 1979- 1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə SSRİ-nin Kaunas Xüsusi Milis Məktəbini bitirir. 1991-ci ildə Vətənə dönür və Qusar rayonunda sahə müvəkkili işləməyə başlayır. 1991-ci il 25 sentyabr erməni terrorçuları Əsgəran rayonu ərazisində "QAZ-53" markalı sərnişin avtomobilinə hücum etmişdilər. Buraya göndərilən istintaq qrupunun müstəntiqi Sərdar Səfərov idi. Hadisə yerindən qayıdan istintaq qrupu Xankəndi yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qaldılar. Sərdar yoldaşlarını xilas edərək qəhrəmancasına həlak oldu.
Sərdar Sərdarov
Sərdar Sərdarov (1912, Qaryagin – mart 1993) — Azərbaycan SSR əməkdar arxitektoru (14.04.1975), Azərbaycan Dövlət Sənaye Müəssisələrini Layihələşdirmə Baş İnstitunun direktoru Sərdar Bünyad oğlu 1912-ci ildə Qaryagin qəzasının Qarğabazar kəndində anadan olmuşdur. 1926-cı ildə Qarğabazar kənd məktəbini bitirmiş və elə həmin ildə Nərimanov sənaye texnukumuna daxil olmuşdür. О, 1931-ci ildə ildə oranı bitirmişdir. 1931-ci ildən 1937-ci ilə qədər Azərbaycan sənayə institutunda oxumuş və inşaatçı-mühəndis ixtisasını qurtarmışdır. 1937-ci ildən 1942-ci ilə qədər Narkomxoz sistemində Azstroy-un mühəndis-inspekturu, sonra isə Qadanh və Quba tikinti sagələrində texniki rəhbər, "Azneftkosviyyat" kontorunda baş mühəndis vəzifələrdə çalışmışdır. Böyük Vətən müharibəsinin başlanmasından 1942-ci ilə qədər tranda Sovet ordusunun tərkibində idi. 1942-ci ilin fevralından Azərbaycan MK KP (b) apartında təlimatçı, sektor müdiri, sonra isə Azərbaycan BK KP (b) şəhər təsərrüfatının şöbə müdiri olmuşdur. 1947-ci ildən 1953-cü ilə qədər Azərbaycanın yüngül sənaye nazirinin müavini işləmişdir. 1953-cü ildən 40 il ərzində S. B. Sərdarov respublikanın qabaqcıl layihə sahəst "Azqospromproekt"-ə rəhbərlik edirdi. Onun iştirakı və rəhbərliyi altında Azərbaycanın iqtisadi potensial müəyyən edən və bizim ölkənin müstəqillik əldə etməsinin ilk günlərindən iqtisadi cəhətdən öz sərflərini tam ödəyə bilən dövlət olmağa imkan verən demək olar ki, bütün əsas sənayə obyektləri layihələndirilmiş və tikilmişdir.
Sərdar Vəliyev
Sərdar Novruz oğlu Vəliyev (4 aprel 1939, Astarxanbazar) — Azərbaycan kinooperatoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000). Prezident təqaüdçüsü. Sərdar Novruz oğlu Vəliyev 14 aprel 1939-cu ildə Cəlilabadda anadan olub. Orta məktəbi burada bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasına operator assistenti kimi işə düzəlib. 1984-cü ildə Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyir. 130-a yaxın bədii və sənədli filmlərin operatorudur. Prezident təqaüdçüsüdür. (2006) Azərbaycanın əməkdar mədəniyyət işçisi (18 dekabr 2000) Operator assistenti kimi Zirvə (film, 1964) (qısametrajlı bədii film) Dağlarda döyüş (film, 1967) (tammetrajlı bədii film) İnsan məskən salır (film, 1967) (tammetrajlı bədii film) Uşaqlığın son gecəsi (film, 1968) (tammetrajlı bədii film) Gilas ağacı (film, 1972) (qısametrajlı bədii film) Operator kimi Çəmənlik və otlaqların yaxşılaşdırılması (film, 1969) (qısametrajlı sənədli film) Azərbaycanın faunası (film, 1970) (qısametrajlı sənədli film) Azərbaycanın florası (film, 1970) (qısametrajlı sənədli film) Kəndimizin qəhrəmanı (film, 1971) (qısametrajlı sənədli film) Neft və qaz çıxarılan rayonlarda qəza-xilasedici və bərpa işləri (film, 1974) (qısametrajlı sənədli film) Üzümlüklərin salınması və becərilməsi (film, 1974) (qısametrajlı sənədli film) Azərbaycan mənzərələri (film, 1975) (qısametrajlı sənədli film) Qızıl balıqlar (film, 1975) (qısametrajlı sənədli film) Azərbaycan məktəbində rus dili (film, 1976) (qısametrajlı sənədli film) Neftayırmanın yeni kompleksi fəaliyyətdədir (film, 1976) (qısametrajlı sənədli film) Nizami Gəncəvi (film, 1976) (qısametrajlı sənədli film) Odlu burulğanın ram edilməsi (film, 1976) (qısametrajlı sənədli film) Süleyman Rüstəm (film, 1976) (qısametrajlı sənədli film) 1990-cı ilin adamı (film, 1977) (qısametrajlı sənədli film) (qısametrajlı sənədli film) Şirvan qoruğu (film, 1977) (qısametrajlı sənədli film) Taxıl istehsalının ehtiyat mənbələri (film, 1978) (qısametrajlı sənədli film) Gətirilmə mal-qaradan yüksək məhsuldarlığın alınması (film, 1979) (qısametrajlı sənədli film) Yaşıl möcüzə (film, 1979) (qısametrajlı sənədli film) Azərbaycanın xoşbəxt torpağı (film, 1980) (qısametrajlı sənədli film) Dostlar görüşəndə (film, 1980) (qısametrajlı sənədli film) Günəşli salxımlar (film, 1980) (qısametrajlı sənədli film) Həyat naminə (film, 1980) (qısametrajlı sənədli film) 60 il keşikdə (film, 1981) (qısametrajlı sənədli film) Bakıda "Mosfilm" günləri (film, 1981) (qısametrajlı sənədli film) Belə bir kənd var (film, 1981) (qısametrajlı sənədli film) Böyük anda sadiqik (film, 1981) (qısametrajlı sənədli film) Heyvandarlıq zərbəçi cəbhədir (film, 1981) (qısametrajlı sənədli film) Qan qohumluğundan irəli (film, 1981) (qısametrajlı sənədli film) Qəhrəmanlara eşq olsun! (film, 1981) (qısametrajlı sənədli film) Nailiyyətlər estafeti (film, 1981) (qısametrajlı sənədli film) Ev dirəyi-el dirəyi (film, 1982) (qısametrajlı sənədli film) Odu qoru (film, 1982) (qısametrajlı sənədli film) Cəh-cəh həsrətində (film, 1983) (qısametrajlı sənədli film) Xəzər: İnsanlar və neft (film, 1983) (qısametrajlı sənədli film) Saatlı eksperimenti (film, 1983) (qısametrajlı sənədli film) "Azərbaycan" dünyanı gəzir (film, 1984) (qısametrajlı sənədli film) İkinci həyat (film, 1984) (qısametrajlı sənədli film) Təhlükəsizlik keşiyində (film, 1984) (qısametrajlı sənədli film) Ulu diyar (film, 1984) (qısametrajlı sənədli film) Xəzər gəmiçiliyi-60 (film, 1985) (qısametrajlı sənədli film) Yürüşün sonu varmı?
Sərdar Zeynalov
Zeynalov Sərdar Bahadur oğlu (2 fevral, 1952, Bakı) — kimya elmləri doktoru, professor. Kimya Problemləri İnstitutunun Bioloji aktiv maddələr sektorunun müdiri. Sərdar Bahadur oğlu 2 fevral 1952-ci ildə Bakı şəhərində anadan olub. V.İ.Lenin adına Azerbaycan Müəllimlər İnstitutunu bitirib. Kimyaçıdır. Alitsiklik sırasının sadə-mürəkkəb və gilcidil efirlərin alınma prosesi işlənmişdir. Onların alınma mexanizmi və kinetikası tədqiq edilmişdir. sintez edilmiş maddələr sintetik yağların aşkarlar, plastifikatorlar ətirli maddələr, lak boyalar və yapışqan kompoziya kimi istifadə olunmuşdur. Epixlorhidridlərin aromatik turşularla oksiturşularla, aminlərlə və aminoturşularla reaksiyasının mexanizmi və kinetikası tədqiq olunmuşdur. Bioaktiv maddələrin və maye kristalların xassələrinə malik olan çoxfunksional birləşmələr sintez edilmişdir.
Fəthabad (Sərdarabad)
Fəthabad — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Hacı Bayram (Sərdarabad)
Hacı Bayram — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 32 km qərbdə, Araz çayının yanında yerləşir. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə "Hacı Bayram qışlağı" formasında, Qafqazın 5 verstlik xəritəsində "Hacı Bayram" kimi qeyd edilmişdir. Kənd Hacı Bayram adlı şəxs tərəfindən salınmış, ona görə də Hacı Bayram kəndi adlanmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Baxçalar, 3.VII.1968-ci il fərmanı il yenidən dəyişdirilərək Baqaran qoyulmuşdur. == Toponimi == 1728-ci ildən mə’lumdur. Mənbədə kəndin həm də Qaraqışlaq adlanması göstərilir. 1918–1919-cu illərdə ermənilər də yerləşdirilmişdir. 1935-ci ildə kənd Baxçalar, 1968-ci ildə ermənicə Baqaran adlandırılmışdır.
Hüseynqulu xan Sərdar
Hüseynqulu xan Qovanlı-Qacar və ya Hüseynqulu xan Sərdar (1742—1831) — Azərbaycan sərkərdəsi, siyasi xadim, İrəvan xanı. Qacarların Qovanlı tayfasına mənsub olmuşdur. Bəzən Qəzvini adından istifadə etməsinə görə onun Qəzvində doğulduğu ehtimal edilir. Atası Məhəmməd xan Qacar məşhur sərkərdə olmuşdur. Tarixi mənbələrdə Hüseynqulu xanın adı ilk dəfə Şirazda sarayın üzvü kimi xatırlanır, O, burada qullarağası kimi fəaliyyət göstərmişdir. Hüseynqulu xan Fətəli şahın etibarlı sərkərdələrindən olmuşdur. Fətəli şahın hakimiyyəti dövründə Qəzvin ilə Tehran arasındakı yolun mühafizəsinə rəhbərlik etmişdir. Sonra isə Xorasanın sərhəd qoşunlarının komandanı təyin edilmişdir. Hüseyqnulu xanın Qacar şah sarayı ilə qohumluq əlaqələri də vardı. Belə ki, Fətəli şah Hüseynqulu xanın bacısı ilə evlənmişdir.
Hüseynqulu xan Sərdar İrəvani
Hüseynqulu xan Qovanlı-Qacar və ya Hüseynqulu xan Sərdar (1742—1831) — Azərbaycan sərkərdəsi, siyasi xadim, İrəvan xanı. Qacarların Qovanlı tayfasına mənsub olmuşdur. Bəzən Qəzvini adından istifadə etməsinə görə onun Qəzvində doğulduğu ehtimal edilir. Atası Məhəmməd xan Qacar məşhur sərkərdə olmuşdur. Tarixi mənbələrdə Hüseynqulu xanın adı ilk dəfə Şirazda sarayın üzvü kimi xatırlanır, O, burada qullarağası kimi fəaliyyət göstərmişdir. Hüseynqulu xan Fətəli şahın etibarlı sərkərdələrindən olmuşdur. Fətəli şahın hakimiyyəti dövründə Qəzvin ilə Tehran arasındakı yolun mühafizəsinə rəhbərlik etmişdir. Sonra isə Xorasanın sərhəd qoşunlarının komandanı təyin edilmişdir. Hüseyqnulu xanın Qacar şah sarayı ilə qohumluq əlaqələri də vardı. Belə ki, Fətəli şah Hüseynqulu xanın bacısı ilə evlənmişdir.
Keçili (Sərdarabad)
Keçili — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == 1728-ci ilə aid mənbədən mə’lumdur Rayon mərkəzindən 5 km məsafədə, Araz çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim oğuz türk tayfasından olan kayı (qayı) etnoniminin bir qolunu təşkil edən keçili etnonimi əsasında əmələ gəlmişdir. Q. Qeybullayev kəngərlərin bir qolunun keçili adlarıdığını yazır. Araz çayının sağ sahilində yaşamış keçililər səfəvilər dövründə Naxçıvana keçərək kəngərlilərə qarışmışlar. Eyni zamanda oğuzların kayı (qayı) tayfasının bir qolu qara keçili adlanmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1728-ci ilə aid mənbədə Keçilu kimidir[170, 3].
Kəhriz-i Sərdar (Bükan)
Kəhriz-i Sərdar (fars. كهريزسردار‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 327 nəfər yaşayır (64 ailə).
Kərim Sərdarov
Kərim Əliqulu oğlu Sərdarov (6 iyul 1974; Sumqayıt, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən cüdoçu. 2008-ci ildə XIII Yay Paralimpiya Oyunlarında gümüş medala sahib olub. == Həyatı == Kərim Sərdarov 1974-cü il iyulun 6-da Sumqayıt şəhərində anadan olub. Şəxsi məşqçisi Əhməddin Rəcəblidir. == Karyerası == Kərim Sərdarov 2008-ci ildə Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. 1/4 final mərhələsində Yaponiya nümayəndəsi Haruha Hiroseya ipponla qalib gələn Kərim Sərdarov, 1/2 final mərhələsində Kuba nümayəndəsi Xuan Karlos Kortadanı da ipponla məğlub elədi və Paralimpiadanın finalı görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Braziliya nümayəndəsi Antonio Tenorio Silva oldu. Həmin görüşdə rəqibinə məğlub olan Kərim Sərdarov, XIII Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu. Kərim Sərdarov 2009-cu ildə Debretsen şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının qalibi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il tarixli Sərəncamına əsasən Kərim Əliqulu oğlu Sərdarov "Tərəqqi" medalı ilə təltif edildi.
Məhəmmədhəsən xan Qacar Sərdar İrəvani
Həsən xan Əmir Məhəmməd xan oğlu Qovanlı-Qacar (1785, Qəzvin – 1856, Tehran) — Rusiya-Qacar savaşlarının qəhrəmanlarından biri, sərkərdə, ordu sərdarı (general), Qacar dövlətinin məmuru, canişin Həsən xan Əmir Məhəmməd xan oğlu 1785-cı ildə Qəzvin şəhərində doğulmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Fətəli şah Qovanlı-Qacarın Qulami-Xas qoşunlarında xidmətə başlamış, Rusiya-Qacar müharibəlıribdə iştirak etmiş, "Sarı Aslan" ləqəbi qazanmışdı. Həsən xan Qacar ordusunda şərəflə xidmət edib, igidlik göstərdiyinə görə Əmir Teymurun şəxsi qılıncı ilə təltif edilmişdi. Qardaşı Sərdar (general) Hüseynqulu xan Qacar – Qəzvini İranın fəxri sayılırdı. Hər iki qardaş 1828-ci il fevralın 10-da Türkmənçay Sülh Müqaviləsinin XII maddəsinə əsasən rus çarı I Nikolayın əmrilə bütün əmlak və var dövlətdən məhrum edilib. Bu maddəyə əsasən İrəvanın sabiq rəhbəri sərdar Hüseyn xan, onun qardaşı Həsən xanın və Naxçıvanın sabiq hakimi Kərim xanın Arazın hər iki kənarındakı yerləri, var – dövləti Rusiya İmperiyasının ixtiyarına keçdi. 1804-cü ildə ruslar İrəvanı istila etmək fikrinə düşərkən Cəfərqulu xan Dünbüli də onlara qoşuldu. On min piyada və süvarini Qacar Ordusu ilə birləşdirdi. O vaxt yüzbaşı olan Həsən xan ordusunu yüksəklikdə yerləşdirib, böyük şücaətlər göstərərək rus ordusunu geriyə qovdu və təqib etdi.
Məhəmmədhəsən xan Sərdar İrəvani
Məhəmmədhəsən xan Sərdar İrəvani və ya Xan Babaxan Sərdar (d. İrəvan xanlığı - ö. 1855, Qacar dövləti) - Məhəmməd xan Ziyadlı-Qacarın oğlu, Məhəmməd şah Qacarın və Nəsrəddin şah Qacarın dövründə Yəzd və Kerman hakimi, sonuncu İrəvan xanının qardaşı. Məhəmmədhəsən xan İrəvan xanı Məhəmməd xanın oğlu, sonuncu İrəvan xanı Hüseynqulu xan Sərdarın və Həsən xan Qacarın qardaşıdır. O, ailəsinin irsi hakimliyə malik olduğu İrəvan xanlığında vəliəhd xanzadə olaraq dünyaya gəlmişdir. Ailəsi Qacar tayfasının Ziyadlı tirəsinə mənsubdur. İrəvan ruslar tərəfindən işğal edildikdən sonra Məhəmmədhəsən xanın ailəsi Tehrana köçmüşdür. Burada siyasi fəaliyyətə başlayan Məhəmmədhəsən xan məşhur Qacar şahzadəsi Abbas Mirzənin qızı və Məhəmməd şah Qacarın bacısı olan Mahruxsar xanım Fəxrəddövlə ilə ailə həyatı qurmuşdur. 1839-cu ildə atasının ölümündən sonra onun xan titulu və vəzifələri Məhəmmədhəsənə verildi. Bu vəzifələrə İraqın idarə edilməsi də daxil idi.
Məmmədağa Sərdarov
Məmmədağa Sərdarov — Siyasi elmlər üzrə fəlsəfə doktoru, İctimai xadim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist. Məmmədağa Əhmədkərim oğlu Sərdarov 1941-ci il yanvarın 1-də Azərbaycan Respublikası Qusar rayonunun Gədəzeyxur kəndində anadan olub. 1957-ci ildə Qusar şəhər 1 saylı Azərbaycan orta məktəbini,1963-cü ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Rus dili və Ədəbiyyatı fakültəsini əyani bitirib. Əmək fəaliyyətinə hələ tələbə ikən fəhləliklə başlayıb. 1962-ci ildən 1966-cı ilə qədər İsmayıllı və Bakı şəhərinin Qaradağ rayonu məktəblərində müəllim işləmiş, 1966-cı ildə komsomol işinə irəli çəkilmiş, Qaradağ rayon Komsomol Komitəsində şöbə müdiri, rayon partiya komitəsində təlimatçı və rayon komsomol komitəsinin birinci katibi işləyəndən sonra 1971-ci ildə Komsomolun Mərkəzi Komitəsində informasiya bölməsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Üç il burada çalışandan sonra ona Respublika Xalq Nəzarəti Komitəsində işləməyi tövsiyə edilir və orada 17 il əvvəl inspektor, sonra baş inspektor vəzifələrində çalışıb. Bu orqan ləğv edildiyindən o, Əhalinin Əmək və Sosial müdafiəsi Nazirliyində baş mütəxəssis, 1993-cü ildən isə Nazirlər Kabinetində yeni yaradılan Qaçqınlar və məcburi köçkünlərin məsələləri üzrə şöbəsində böyük referent işləyib. Həmin illərdə işlədiyi təşkilatların mükafatları ilə yanaşı "Rəşadətli əməyə görə" medalı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Üç övladı, 6 nəvəsi var Həyat yoldaşı — Pakizə Əliş qızı Sərdarova 1945-ci ildə anadan olmuş, 2004-cü ildə vəfat etmişdir. Elçin Məmmədağa oğlu Sərdarov – 1969-cu il təvəllüdlü, ali təhsillidir, Təhsil Nazirliyində işləyir, Emin Məmmədağa oğlu Sərdarov – 1971-ci il təvəllüdlü, ali təhsillidir, Respublika Dövlət Arxivinin direktorudur.
Qamışlı (Sərdarabad)
Qamışlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. 1590-cı ilə aid mənbədə Rəvan əyalətinin Sürməli nahiyəsində Qamışlı kəndi qeyd olunur. 1918-ci ildə kənddən əhali qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Tsartonk adlandırılmışdır. 1728-ci ilə aid mə'lumatda Kamişli kimidir . Həmin mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Kamişlu kəndinin də adı çəkilir . Rayon mərkəzindən 15 km məsafədə, Böyük Qarasu çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində işlənən qamış bitki adına -lı şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Fitotoponimdir.
Qaraqala (Sərdarabad)
Qaraqala — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonu ərazisində kənd. Qaraqala İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonu ərazisində kənd olmuşdur. 30 - cu illərdə ləğv edilmişdir. Toponim Azərbaycan dilində rəng mənasında işlənən qara sözü ilə ərəb dilindən dilimizə keçən qala sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Quzugüdən (Sərdarabad)
Quzugüdən — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 9 km cənub-şərqdə Araz çayının yaxınlığında yerləşir. Kəndin ilkin, qədim adı Quzukutan olmuşdur. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Kəndin adı Quzugüdənli formasında qeyd edilir və göstərilir ki, "Kəndin əhalisi mürsəlli camaatındandır". Erməni mənbələrində kəndin adı Ğuzigedən, Ğuzigedan, Kuzikutan formalarında, Qafqazın 5 verstlik xəritəsində Kuzikuden formasında qeyd edilmişdir. Toponim əfşar türk tayfasından olan quzugüdənli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19. IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Ayqeşad qoyulmuşdur.
Rahim Sərdarlı
Rauf Sərdarlı
Rauf Sərdarlı Mədət oğlu — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor. Sərdarlı Rauf Mədət oğlu 8 yanvar 1949-cu ildə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun «Seqnetoelektriklərin Radiasiya Fizikası» laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professordur. Rauf Sərdarlı rezonans və anharmonik qarşılıqlı əlaqənin, anizotropiyanın və qəfəs fonon spektrlərində qanunauyğunluqları təyin etmişdir. A3B6 və A3B3C62 tipli birləşmələrin qəfəsinin temperatur qeyri stabilliyinin tədqiqatları faza keçidlərin mövcudluğu aşkar edilmiş və hərtərəfli tədqiq etmişdir. Onun tərəfindən ilk dəfə olaraq təyin edilmişdir ki, faza keçidləri ifrat strukturlu inkommensurate temperatur oblastları ilə müşahidə olunur. Həmçinin, tədqiq olunan obyektlərin qəfəs dinamikasını xüsusiyyətlərindən tam və dolğun informasiya əldə etməkdən ötrü Raman, infraqırmızı və neytron spektroskopiya üzrə eksperimentlər aparılmışdır. R.Sərdarlı elmi fəaliyyət istiqamətlərindən biri də qamma şüaların və Yan-Teylor tipli aşkarların A3B6 и A3B3C62 birləşmələrin energetik spektrə təsirini öyrənməkdən ibarət olmuşdur. Bu tədqiqatların nəticəsi kimi təyin edilmişdir ki, bəzi şərtlər çərçivəsində, laylı və zəncirvarı quruluşlu kristallar aşağı ölçülü sistemlər kimi özlərini göstərir.
Səbirə Sərdarova
Səbirə Sərdarova (tam adı: Səbirə Əbdüləli qızı Sərdarova) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, baş elmi işçi, kimya üzrə elmlər doktoru. Sabirə Sərdarova 1940-cı il yanvarın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 134 və 6 saylı məktəblərdə aldıqdan sonra, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) kimya fakültəsinə qəbul olunub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra "Üzvi kimya" kafedrası üzrə aspiranturaya daxil olub (1962-ci il). 1965-ci ildə aspiranturanı bitirdikdən sonra elmi rəhbəri akademik Ə. M. Quliyevin dəvəti ilə Aşqarlar Kimyası İnstitutuna mühəndis vəzifəsinə qəbul olunub. 1967-ci ildə "Tiotetralollar (sintezi, xassələri və tədqiqi)" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və elmlər namizədi elmi dərəcəsini almışdır. 1994-cü ildə "Aminometilləşdirilmiş hidroksiasetofenonlar (sintezi, xassələri, tədqiqi)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Sabirə Sərdarova 1967–2010-cu illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik, böyük və aparıcı elmi işçi vəzifələrində, 2010-cu ildən bu günə kimi isə baş elmi işçi vəzifəsində çalışır. Baş elmi işçi Sabirə Sərdarova üzvi kimya sahəsində mütəxəssisdir.
Səməd Sərdariniya
Səməd Sərdarniya — Azərbaycanın tanınmış tarixçi və tədqiqatçısı, bir neçə tarixi kitabın müəllifi. Səməd Sərdariniya 1947-ci il mayın 11-da Təbrizin Əmirxiz məhəlləsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Təbriz Universitetinin tarix fakültəsini bitirib. Salmas şəhərində 2 il hərbi xidmətdə olduqdan sonra Milli Radiotelevizya Təşkilatında işə qəbul olur və Tehrana köçür. Tehrana köçdükdən sonra Tehranda Milli Universitetdə hüquq ixtisası üzrə təhsil almağa başlayır. 1979-cu ildə də buranı bitirərək diplom alıb. Tehran televiziyasında, Təbriz radiosunda çalışıb. 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Qulamhüseyn Beqdeli, Həsən Məcidzadə Savalan və Tehranda nəşr olunan Varlıq jurnalının təsisçisi Cavad Heyət ilə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur. Jurnalın ən fəal yazarlarından olan Səməd Sərdariniyanın məqalələri xalqımızın tarixini təhrif edənlərə, dilimizi dananlara elmi baxımdan əsaslandırılmış, tutarlı cavablar kimi səslənib. Son on beş il ərzində Səməd Sərdariniya öz yaradıcılığında qeyri-adi məhsuldarlıq nümayiş etdirərək, bir-birinin ardınca dəyərli kitablar yazmışdı.
Səməd Sərdarniya
Səməd Sərdarniya — Azərbaycanın tanınmış tarixçi və tədqiqatçısı, bir neçə tarixi kitabın müəllifi. Səməd Sərdariniya 1947-ci il mayın 11-da Təbrizin Əmirxiz məhəlləsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Təbriz Universitetinin tarix fakültəsini bitirib. Salmas şəhərində 2 il hərbi xidmətdə olduqdan sonra Milli Radiotelevizya Təşkilatında işə qəbul olur və Tehrana köçür. Tehrana köçdükdən sonra Tehranda Milli Universitetdə hüquq ixtisası üzrə təhsil almağa başlayır. 1979-cu ildə də buranı bitirərək diplom alıb. Tehran televiziyasında, Təbriz radiosunda çalışıb. 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Qulamhüseyn Beqdeli, Həsən Məcidzadə Savalan və Tehranda nəşr olunan Varlıq jurnalının təsisçisi Cavad Heyət ilə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur. Jurnalın ən fəal yazarlarından olan Səməd Sərdariniyanın məqalələri xalqımızın tarixini təhrif edənlərə, dilimizi dananlara elmi baxımdan əsaslandırılmış, tutarlı cavablar kimi səslənib. Son on beş il ərzində Səməd Sərdariniya öz yaradıcılığında qeyri-adi məhsuldarlıq nümayiş etdirərək, bir-birinin ardınca dəyərli kitablar yazmışdı.
Çobanlar-i Sərdarlı (Heris)
Çobanlar-i Sərdarlı (fars. شيخ رجب‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 427 nəfər yaşayır (92 ailə).
İydəli (Sərdarabad)
İydəli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənubda, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu illərdə Qurduqulu rayonun tabeliyində olmuşdur. Toponim Azərbaycan dilində işlənən «iydə» bitki adına kəmiyyət bildirən -li şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IV.1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Pştavan qoyulmuşdur. Kənddə 1831-ci ildə 113 nəfər, 1873 - cü ildə 562 nəfər, 1886-cı ildə 629 nəfər, 1897-ci ildə 706 nəfər, 1904 - cü ildə 880 nəfər, 1914 - cü ildə 934 nəfər, 1916-cı ildə 637 nəfər, 1918-ci ilin əvvəlində 880 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri azərbaycanlılar ata-baba torpaqlarından deportasiya olunmuşdur.
Əmir Əli Sərdari İrəvani
Əmir Əli Sərdari İrəvani (13 avqust 1974, Tehran) — Bəhmən xan Sərdari İrəvaninin oğlu və 7-ci nəsildə İrəvan Hüseynəli xanının nəsli və 6-cı nəsil İrəvanın Məhəmməd xandır. Sardari İravani ailəsinin əcdadları 1755–1805-ci illər arasında İrəvan xanlığını idarə etmişlər. İrəvanın Məhəmməd xan Qacar padşahına itaət etmədiyi üçün 1805-ci ildə Fətəli şah Qacar ​​tərəfindən tutuldu və Tehrana sürgün edildi. Məhəmməd xanın nəsilləri İranda yaşayırdılar. Bundan sonra onun nəsilləri və kral Qacar ​​ailəsi arasında çox sayda çarpaz nikahlar olmuşdur. Oğlu Məhəmmədhəsən xan Sərdar İrəvani Abbas Mirzənin qızı və Məhəmməd şah Qacarın bacısı ilə evləndi. Məhəmməd xanın nəsilləri çox nüfuzlu və güclü şəxslər idi və Qacar ​​dövlətinin böyük hissələrini yerli qubernator kimi idarə edirdilər. Əhməd xan Müşir Hüzür Məhəmmədhəsən xan Sərdar İrəvaninin nəvəsi idi. Babasının titulunu seçdi və ailəsinə "Sərdari İrəvani" soyadını verdi. Əmir Əli Sərdari İrəvani Əhməd xanın büyük nəvəsi və Sərdari İrəvaninin sülaləsinin hazırkı rəhbəridir.
Əziz xan Sərdar
Əziz xan bin Məhəmməd xan bin Sam bəy bin Mahmud bəy bin Sarəm bəy bin Qubad xan bin Şeyx Heydər Mükri — Nasirəddin şah Qacar dövründə İran ordusunun əmir-nizamı. Bütün əsgərlərin sərdari (Sərdare Kolle Əsaker),acudanbaşı və Darülfünun mədrəsəsinin başçısı və Azərbaycan pişkarı da olub. Əziz xan Mükri, 1793-cü ildə Sərdəştin Nestan kəndində dünyaya gəlibdir.İlk təhsil alandan sonra qardaşı Fərəc xan ilə Təbrizə gedib.Sonra savadlı, xoş xətti və nüfuzlu kəlama sahib olduquna görə, Məhəmməd şah Qacar saray adamları ilə əlaqəqələndi və onların vasitəsilə Təbriz ordusuna daxil olub. Hurizad xanım Əziz xan Mükrinin həyat yoldaşlarında biri idi ki Bukan yaxınlıqında Kəhrizə Hurizad xanım kəndi hələdə onun adına mövcuddur. İkinci həyat yoldaşı Tiləkuy xanım, Divandərə ətrafında olan Tiləku elindən idi və Seyəddin xan onun oğlu idi. Əziz xan Əmir Kəbirin ikinci qızı Əmirzadə xanım ilə də evlənmişdir. Əziz xanın üç oğlu var idi:Əli xan, Hüseyn xan (?-1914 və Seyfəddin xan (?-1914. Əli xan orduda xidmət etmişdir, Seyfəddin xan Savucbulaq Mükri hakimi oldu. Hüseyn xan da Osmanlı imperiyasının hücumunda ölmüşdür.
Sərdar bağı (Tehran)
Sərdar bağı (farsca:باغ سردار) — XIX əsrin ortalarında İrəvan xanları nəslindən olan Məhəmmədhəsən xan Sərdar İrəvani tərəfindən Tehran şəhərində salınmış böyük bir bağ. Məhəmmədhəsən xan Tehran şəhərinin Baharestan küçəsində tiktirmiş olduğu bağa görə çox məşhurlaşmışdı. Bu bağ Baharestan küçəsində yerləşməklə birlikdə, o zaman Tehran şəhərinin kənarında, Jalə küçəsinin şimal sərhədində idi. Bu bağı suvarmaq üçün Ab Sərdar adlı suvarma kanalı da çəkilmişdi. Bu kanal bağın şərq hissəsi boyunca axmaqda idi və hal-hazırda qurumuş vəziyyətdədir. Hacı Mirzə Ağasının ölümündən sonra Məhəmməd şahın dövründə bir çox dövlət vəzifələrini öz əllərində saxlayan irəvanlılar bu bağa sığındılar. Buraya sığınan şəxslərin bir çoxunun Hacı Mirzə Ağasının ölümündə günahları var idi. Onlar burada mərhum şahın arvadı Mələk Cahan Xanım tərəfindən onların bağışlandıqları elan edildikdən sonra dağılışdılar. Sərdar sarayının varlığı 30–40 ildən çox davam etmədi. Məhəmmədhəsən xanın ölümündən sonra Mahruxsar xanım Fəxrəddövlə bağı hissələrə böldürdü və tədricən satdı.
Amarik Sərdaryan
Amarik Davreşoviç Sərdaryan (kürd. Emerîkê Serdar, erm. Ամարիկ Դավրեշի Սարդարյան; 8 fevral 1935, Kürd Pəmbi – 2018) — Ermənistan yazıçısı. Yezidiəsillidir. == Həyatı == Amarik Sərdaryanın valideynləri Davreş Sərdar və Seyrə Xudo kənd sakini idilər. Onun atası İkinci Dünya müharibəsində həlak olan zaman onun altı yaşı var idi. Sonra uşaqlığının qalan hissəsini anası Seyrənin himayəsində böyümüşdür. Artıq 15 yaşında yazıçılığa və jurnalistikaya maraq göstərmişdir. Sərdaryan orta təhsilini Alagöz kəndində almış, Xaçatur Abovyan adına Ermənistan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. Üç ay Alagöz kəndində işləmiş, burada erməni dili ilə yanaşı, kürd dili və ədəbiyyatından da dərs demişdir.

Значение слова в других словарях