ZƏRRAB

ə. pul kəsən, sikkə basan.

ZƏRR
ZƏRRABXANƏ
OBASTAN VİKİ
Zərrab
Zərrab — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Zəraf, Zərdab variantlarında da qeydə alınmışdır. Kənd Sarısu adlı kiçik çayın sahilində yerləşdiyinə görə belə adlanmışdır. Fars dilində Zərdab "sarısu" deməkdir. "Zərrab"ın "zər" və "ab" sözlərindən yarandığı da ehtimal edilir. "Zər"in "od", "ab"ın isə "su" olduğu bəllidir. Kənddə albanlara aid olduğu ehtimal edilən qədim xristian qəbiristanlığı mövcuddur. Kənd Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 25 km cənubda, Yaqubludan 5 km qərbdə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 289 nəfər yaşayır. Kənd əhalisinin əsas məşğuliyyətini taxılçılıq, heyvandarlıq və üzümçülük təşkil edir.
Rza Zərrab
Rza Zərrab, Rza Sərraf (12 sentyabr 1983, Təbriz) — Cənubi azərbaycanlı iş adamı. Türkiyə sahibkarı. Rza Zərrab 1983-cü ildə Təbrizdə anadan olub. İran və Türkiyə vətandaşlığına sahibdir. Rza Zərrab iş fəaliyyətinə 1996-cı ildən başlayıb. O, "Al Nafees Exchange" və "Al Salam Center Exchange" firmaları ilə Dubayda maliyyə sektorunda fəaliyyət göstərib. Türkiyədəki fəaliyyətinə isə "Royal" dənizçilik şirkəti ilə başlayıb. 2008-ci il yanvarın 25-də əsası qoyulan şirkətin qurucuları Türkiyənin "Ticaret Sicil" qəzetində belə təqdim olunub: Rza Sərraf, Əhəd Xabaztamımı, Apdullah Həppani, Humayun Zatpəvər və Turqut Həppani. Rza Zərrab Türkiyədə 2008-ci ildən fəaliyyət göstərir. İş adamı hazırda 10 müxtəlif istiqamətdə fəaliyyət göstərən Royal Holdinqin sahibidir.
Zərrab xan karvansarası
Zərrab xan karvansarası — İrəvan şəhərində tarixi karvansara. Zərrab xan (Zalxana, Sərrafxana) karvansarası Göy məscid kompleksinin bir hissəsi olmuşdur. 8 girişi olan almaz formalı qapalı həyəti var idi. Kompleks XVII əsrin ikinci yarısında tikilmiş, təxminən 1675–1680-ci illərdə tamamlanmışdır. Abidə əvvəlcə zərbxana kimi istifadə edilmiş, lakin sonradan tacirlərin istifadəsinə verilmişdir. Karvansarada 38 dükan olmuşdur. Karvansaranın darvazaları hökmdar dəyişdiyi üçün yarımçıq qalmışdır. Zərrab xan karvansarası 1920-ci illərdə dağıdılmışdır.
Zərrabi məhəlləsi
Zərrabi məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri. Gəncənin qədim məhəllələrindən olan bu məhəllənin adının mənası haqqında yekdil fikir formalaşmayıb. Bəziləri onu peşə-sənət əlamətinə görə-zərsatan, zərgəlik məmulatları düzəldən sənətkarların yaşadığı yer anlamında izah edirlər. Digərləri isə "zər" və "ab" tərkiblərinə görə (farsca "qızıl" və "su") Zərrabinin qiymətli su çıxan yer kimi adlandırıldığını iddia edirlər.Tarixçi Fərrux Əhmədov bu versiyaların heç birini təkzib etməyərək üçüncü versiyanı irəli sürmüşdür. Onun fikrincə "Zərrab" sözü ərəb dilində "pulkəsən" anlamına gəldiyindən ola bilər ki, əhali zərbxananın, pulkəsilən yerin adı ilə qədim şəhərin bir məhəlləsini belə adlandırıb. Zərrabi məhəlləsində 1804-cü ilin mayında 39 ev 213 nəfər (106 kişi+107 qadın) adam olmuşdur. 1916-cı ildə isə burada 783 ailə yaşayırdı. Məhəllə sakinlərinin o vaxtlar əsas məşğuliyyəti sənətkarlıq (papaqçılar, çəkməçilər, çəlləkçilər, zərgərlar), dəyirmançılıq və ticarət imiş. Zərrabi məhəlləsinin məscidi iki kümbəzli, eyvanlı və darovsarlı məscidlər tipində inşa olunmuşdur. Fərrux Əhmədov bu memarlıq abidəsinin inşası ilə əlaqədar olaraq göstərir ki, bu məscid Zərrabi məhəlləsinin ağsaqallarından Hacı Qəzənfər Kərbəlayi Ağa oğlu, Məşədi Qasım Hacı Əhmədli, Əli bəy Hacıəlibəyov, Kərbəlayi Sur Abdulla oğlu və başqalarının yaxından iştirakı ilə XIX yüzilliyin əvvəllərində məhəllə camaatının hesabına tikilmiş, keçmiş adını yaşadan yeni məsciddir.
Zərrabi məscidi
Zərrabi məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən XIX əsrə aid məscid. Hazırda bura C.Cabbarlı adına Gəncə Dövlət Teatrının açıq hava səhnəsi kimi fəaliyyət göstərir. Həmçinin şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin bir filialı da burada yerləşir. Zərrabi məscidi Gəncənin eyni adlı qədim məhəlləsində yerləşir. Məscid iki gümbəzlidir. İnşası eyvanlı və darovsarlı məscidlər tipində həyata keçirilib. Ziyarətgahın binasını üç hissəyə ayırırlar. Birinci böyük ibadət zalı. Bu otağın sahəsi 70 kvadratmetrdir. Bundan başqa, uzunluğu 25 metr, eni 3 metr olan eyvan və sahəsi 30 kvadratmetr olan kiçik otaq da var.

Значение слова в других словарях