Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kalp
Kalpe (isp. Calp) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 23,51 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 29909 nəfərə çatmışdır.
Walp.
Vilhelm Gerard Valpers (alm. Wilhelm Gerhard Walpers‎; 26.12.1816, Mühlhauzen – 18.6.1853, Berlin) XIX əsr alman botaniki. "Animadversiones criticae in Leguminosas Capenses Herbarii Regii Berolinensis", 1839 "Repertorium botanices systematicæ" (6 cilddə, 1842—1847) "Annales botanices systematicæ" (3 cilddə, 1848—1853).
Özalp
Özalp, Van elinin ikinci böyük mahalıdır. Türkiyə ilə İran sərhəd qapısı bu mahaldadır. Dəmiryolu bu mahaldan keçməkdədir. Mahalda Kürdlər, Türklər, Lazlar və Azərbaycan türkləri bir yerdə yaşamaqdadırlar. 1961-ci ildə Trabzonun Çaykara mahalının Uzundere Kəndində o il böyük bir Torpaq sürüşməsi yaşandı. İsmət İnönü 'nün Baş nazir, Van lı Ferit Mələnil 'en də kabinetə çöldən Maliyyə Naziri olduğu dövr idi. Bu kənddə yaşayan Lazlar Əmək və Dönər dərə kəndlərinə yerləşdirildi. Mahalın əhalisi 2000 ümumi siyahıyaalmaya görə 96.000 Bunun 7.000 mahal mərkəzində, 89.000 isə qəsəbə və kəndlərdə yaşamaqdadır. Mahal bağlısı olmaq üzrə mahal mərkəzinə bağlı; 2. diyar, 84 kənd və 3 məhəllədən meydana gəlməkdədir.
ALP
Azərbaycan Liberal Partiyası — Azərbaycanda mövcud siyasi partiyalardan biri. == Tarixi == === Lalə Şövkət dövrü (1995–2003) === Azərbaycan Liberal Partiyası 3 iyun 1995-ci ildə sabiq dövlət katibi professor Lalə Şövkətin rəhbərliyi ilə Bərdə şəhərində təsis konfransında yaradılmışdır. Təsis konfransında partiyanın nizamnaməsi və proqramı qəbul edilmiş, ali orqanları seçilmişdir. Lalə Şövkət ALP-nin sədri seçilmişdir. 14 avqust 1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Liberal Demokrat Partiyasının ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ildə 60%-i ALP-lilərdən ibarət Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. === 2003-cü il prezident seçkiləri === === Əvəz Temirxan dövrü === 24 iyun 2023-cü ildə partiya fəaliyyətini dayandırması ilə bağlı bəyanat yaydı. 27 noyabr 2023-cü ildə partiyanın son sədri Əvəz Temirxan partiyanın fəaliyyətinə ara verildiyini, qısa zamanda sənədlər qaydasına salınaraq Ədliyyə Nazirliyinə müraciət ediləcəyini bildirmişdir. O, partiyanın hansı səbəbdən buraxıldığını açıqlamasa da, partiyanın bundan sonrakı əsas məqsədinin proporsional seçki bərpa olunarsa, parlament seçkilərində iştirak etmək olduğunu açıqlamışdır.
Zap
Zap - silmək, yox etmək (ru. уничтожать, затирать) – faylın uzaqlaşdırılması, məsələn, onun bütün informasiyasının fiziki yox edilməsi; informasiya daşıyıcısının, adətən, statik elektrik yükü ilə zədələnməsi. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Apadana zalı
Apadana (Qədim Fars dili: 𐎠𐎱𐎭𐎠𐎴) İranın Persepolis şəhərindəki böyük bir hipostil salonudur. Böyük Daranın orijinal dizaynının bir hissəsi olaraq, eramızdan əvvəl VI əsrin birinci yarısında Persepolis şəhərinin ən qədim tikinti mərhələsinə aiddir. İnşaatı I Xerxes tərəfindən başa çatdırılmışdır. Modern elm "Apadana relyeflərinin məcazi təbiətini idealizə olunmuş sosial sifarişlər kimi nümayiş etdirir".. == Etimalogiyası == Apadana (fars dili. آپادانا qədim farsca. "apa-dāna-" "saray", parfca. "pdn" "saray", orta fars dili. "’’ywn" "saray", klassik fars dili ayvān (*apa-dā̊na- > *aβδān > *awyān > aywān) — qədim Fars şəhəri Persepolisdə 24 metr hündürlüyündə 72 sütunla möhkəmləndirilmiş dama malik, 1000 m² sahəsi olan böyük bir zal. Ehtimal edilir ki, Fars memarlığında olmuş bu cür quruluşlu binalar təntənəli kral qəbulları üçün istifadə olunurdu.
Kalp Hastası
Kalp Hastası — Sagopa Kajmerin 2013-cü ildə işıq üzü görən albomu. Albom 8 iyul 2013-cü ildə Melankolia Müzik tərəfindən Türkiyədə satışa çıxarılmışdır. Albom çıxmadan 2 gün əvvəl Düşünmek İçin Vaktin Var mahnısı internet üzərindən yayınlanmış və mahnıya klip də çəkilmişdir. Alboma Sagopa Kajmerin Kolera ilə olan dueti İster İstemez də daxil edilmişdir.
Vladislav zalı
Vladislav zalı (çex. Vladislavský sál) — Praqa qəsrinin mərkəzində yerləşən orta əsr Köhnə Kral sarayının ən böyük mərasim otağıdır. O Vladislav Yagellonskinin hakimiyyəti dövründə inşa edilmiş və daha sonralar onun şərəfinə adlandırılmışdı. Memar Benedikt Reyd Çexiyada yaranmış eyniadlı qotika üslubunun aparıcı nümayəndələrindən biri idi. Keçmişdə bura Çexiya hökmdarlarının tacqoyma yeri kimi istifadə edilirdi. Bundan başqa burada hətta atlı cəngavər yarışları da keçirilirdi. Günümüzdə Vladislav zalı Parlamentin rəsmi iclaslarının, eləcə də bir sıra bayramların keçirilməsi üçün istifadə olunur. Praqag şəhərində yerləşən Köhnə Kral sarayı (Praqa qəsri) 1135-ci ildə inşa edilmişdi və ilk dövrdə kral ailəsinin qadınlarının yaşaması üçün nəzərdə tutulmuşdu. XIII əsrdən etibarən hərtərəfli yenidənqurma və bərpa işlərinə məruz qalan saray Çexiya hökmdarlarının iqamətgahına çevrilir. Vladislav zalı Köhnə Kral sarayının əsas zalıdır.
Zala (medye)
Zala (mac. Zala megye, xorv. Zalska županija; sloven. županija Zala) — Macarıstanın inzibati ərazi bölgüsü. Zala çayının adından götürülmüşdür. Xorvatiya və Sloveniya ilə, eləcə də, Macarıstanın Vaş, Vesprem və Şomod medyeləri ilə qonşudur. Zala medyesinin mərkəzi Zalaeqerseq şəhəridir. Sahəsi 3784 km²-dir. Balaton gölünün bir hissəsi medyenin ərazisindədir. 10-cu əsrdə macarların Nyek tayfası Balaton gölü ətrafındakı əraziləri işğal etdi.
Zala çayı
Zala çayı— cənub-qərbi Macarıstanda bir çay. Çayın mənbəyi Avstriya və Sloveniya ilə sərhəddəki dağlarda yerləşir. Zala çayının uzunluğu 139 kilometrdir və 2,622 km2 su sərf edir. Bir neçə kiçik çaylar- sağ tərəfdən Felső-Válicka, Szentmihályfalvai patak (kiçik çay), Szévíz csatorna (kanal), Foglár csatorna və sol tərəfdən Szentjakabi patak, Sarviz patak, Széplaki patak, Csörgető patak və Nádas patak çaya tökülərək onu qidalandırır. Zala çayı Keszthely yaxınlığında Zalaegerszeg şəhərindən keçir və Balaton gölünə tökülür. Çay Macarıstanın Vas və Zala əyalətlərindən axıb keçir.
Zalə (Sərdəşt)
Zalə (fars. زله‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (29 ailə).
İdman zalı
İdman zalı, bəzən gimnaziya kimi qeyd olunur — idman, məşq və bədən tərbiyəsi üçün nəzərdə tutulan xüsusi təchiz olunmuş yer. İdman zalları ilk olaraq XIX əsrdə Avropada, Rusiyada və ABŞ-də yaranıblar.
Film zalı
Kinoteatr kinofilmlərin göstərildiyi ictimai binadır. Kinoteatrın əsas binasında tamaşaçı zalı yerləşir. Bu zalda yerləşmiş böyük ekranlarda (30 m-ə qədər) bütün film növlərinə baxmaq mümkündür. Kinoteatr "kino" və "teatr" sözlərinin birləşməsindən yaranmışdır. Kino yunanca "Kinomotoqraf" sözünün qısaldılmış formasıdır, mənası "Hərkəti çəkmək" deməkdir. Müasir kinoteatrlarda bir neçə tamaşa zalı olur. Onlar kondensionerlərlə və xüsusi səs effekti yaradan texnika ilə təchiz olunurlar. Yüksək keyfiyyətli kinoteatr üçün dibarların və tavanın akusitik tərtibatlarla təchiz olunması səciyyəvidir. Keçmiş SSRİ-də olan kinotaetrlarda 2500–4000- yaxın tamaşaçı yeri nəzərdə tutulurdu. Müasir kiotetralrda isə tutumu 200–300 olan kiçik zallar olur.
Kino zalı

Sinema zalı

Tamaşa zalı
Teatr (yunanca: τό θέατρον théatron "tamaşa yeri"; və θεάομαι theaomai "tamaşa etmək sözündəndir") — incəsənətin bir növü olub hiss, fikir və emosiyaları tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır. Teatr rəqs formasında hələ daş dövründə mövcud olsa da, onun yeni əsasları antik Yunanıstanda işlənir və teatr sənətinin inkişafına təkan verir. "Teatron"nun yaradılması ilə bir tərəfdən yunan demokratiyasının müzakirəsinə imkan verilmiş, digər tərəfdən dini bayramların keçirilməsi mümkün olmuşdur. Çünki, o dövrdə din və siyasət bir vəhdət kimi çıxış edirdi. Aristotel öz işlərində teatr elmini də əsaslandırmışdır. O hadisə, məkan və vaxtı dramada birləşdirməyi tələb etmişdir. Dini bayramların keçirilməsi üçün yaradılan "Dionis teatrı" teatr üçün prototip rolunu oynayırdı. O aralıq dənizi hövzəsində yerləşən Yunanıstan koloniyasına daxil olan bütün ölkələrə aparılmışdır. Tamaşaçılar yerindən başqa orada "skene", (hansı ki, sonra "sçene", yəni "səhnə" şəklində yayılmışdır) də qurulurdu.
Teatr zalı

Zala medyesi
Zala (mac. Zala megye, xorv. Zalska županija; sloven. županija Zala) — Macarıstanın inzibati ərazi bölgüsü. Zala çayının adından götürülmüşdür. Xorvatiya və Sloveniya ilə, eləcə də, Macarıstanın Vaş, Vesprem və Şomod medyeləri ilə qonşudur. Zala medyesinin mərkəzi Zalaeqerseq şəhəridir. Sahəsi 3784 km²-dir. Balaton gölünün bir hissəsi medyenin ərazisindədir. 10-cu əsrdə macarların Nyek tayfası Balaton gölü ətrafındakı əraziləri işğal etdi.
Gündüz Alp
Gündüz Alp və ya Gündüzalp — Osmanlı Bəyliyinin qurucusu olan Osman Qazinin atası Ərtoğrul Qazinin soyundan olub, müxtəlif mənbələrə görə Ərtoğrul Qazinin atası və ya oğludur. Ənvərinin "Düstürnaməyi-Ənvəri" adlı əsəri və Qaramanlı Mehmet Paşaya görə Ərtoğrul Qazinin atası. Həsən bin Məhmud əl-Bəyatinin "Cam-ı Cəm-Ayin" adlı əsəri, Aşıqpaşazadənin "Aşıqpaşazadə Tarixi" adlı əsəri və Nəşrinin "Kitabı-Cihannümə" adlı əsərinə görə isə Ərtoğrul Qazinin oğlu və Osman Qazinin qardaşıdır.
Molla Zal
Molla Zal (1805, Xoy şəhristanı, Qərbi Azərbaycan ostanı – Qıraq Kəsəmən) - Məşhur bəy və qaçaq. Qaçaq Kərəmin babasıdır (ata babası). Molla Zal 19-cu əsrin 5-10-cu illərində Cənubi Azərbaycanın Xoy şəhristanında anadan olmuşdur. Ulu babaları 18-ci əsrin əvvəllərində qaçaqlıq edərək Qazax sultanlığının Kəsəmən kəndindən (indiki Ağstafa rayonu Qıraq Kəsəmən ərazisindən) Cənubi Azərbaycanın Xoy ərazisinə köçmüşlər. 100-120 il orada məşkunlaşmış və ad-san qazanmışlar. Bir çox düşmənləri olan Zal və 5 qardaşı babaları İskəndər bəyin məsləhəti ilə 19-cu əsrin 30-cu illərində öz ata-baba yurdları olan Qazax elinə qayıdırlar. Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində yaşamışdır. Mərdliyinə, igidliyinə görə böyük hörmət qazanmışdır. Zalgil 6 qardaş olmuşlar. Qaçaq Nəcəf - Qazax rayonunun Aslanbəyli kəndində yaşamışdır.
Qaya Alp
Qaya Alp, Kaya Alp, Qaya bəy və ya Kaya bəy (türk. Kaya Alp, Kaya Bey; osman. قايا آلپ;قايا بك ; XII əsr – 1214, Ərzurum ili) — Osmanlı İmperiyasının qurucusu I Osmanın babası Süleyman Şahın atası. XII və XIII əsrlər arası yaşamışdır. Atası Qızıl Buğa bəy (Kızıl Buğa Bey). Bәzi qaynaqlara görә Qızılbuğaın digәr adı Basuq bəydir.
Qonur Alp
Qonur Alp, Konur Alp, Qonuralp və ya Qonuralp Bəy (türk. Konur Alp, Konuralp, Konuralp Bey) - Osman Qazinin və Orxan Qazinin silah yoldaşı və alpı. Və üstəlik, Konuralp Osmanlı Dövlətinin quruluşunda da fəal iştirak etmişdir. Osman xan, 1299-1300-cü illərdən etibarən Bizanslılar ilə mücadələyə girişincə, yanında Akça Qoca, Samsa Çavuş, Aykut Alp, Əbdürrəhman Qazi kimi igidlərin arasında Qonuralp Bəy də var idi. Orxan Qazi də, atasının sağlığında onun əmri ilə əsgəri idarəni ələ aldığında, Qara dənizə doğru olan bölgənin fəthinə Konuralpı göndərdi. Qonuralp, Ağyazını, Mudurnunu, və sonradan öz adı verilən Melen çayı hövzəsini fəth etdi. Əbdürrəhman Qazi ilə birlikdə Aydos qalasını fəth etdi. Bursanın fəthində qəhrəmanlıqlar göstərdi və həmin ildə də vəfat etdi (1326). Qonur Alpın vəfatından sonra, onun tabeliyində ki torpaqlar Şahzadə Murada verildi. Qonur Alpın qəbri Düzcənin Konuralp məhəlləsindədir.
Ron-Alp
Ron-Alp (fr. Rhône-Alpes, IPA: [ron.alp]) — Fransanın cənub-şərqində bölgə. Mərkəzi Lyon şəhəridir.
Alp epoxası
Alp Epoxası — Müasir qitələrin zahiri görünüşünü müəyyən edən dağ qurumları kaynozoyu əhatə edən sonuncu orogenezdə-Alp epoxasında əmələ gəlmişdir. Tabaşirin sonu-paleogen dövrünün əvəlində Şimali Amerikanın qərbində nəhəng Kordilyer dağ sisteminin formalaşması tamamlandı, lakin Cənubi Amerikada, Avrasiya və şimali-qərbi Afrikada Alp orogenezinin əsas hadisələri eosenin sonunda (təxminən 40 milyon il bundan əvvəl) başlanmışdır və ardıcıl güclənərək miosenin sonuna qədər davam etmiş, bəzi rayonlarda isə indi də davam etməkdədir. Məhz bu epoxada Alp-Himalay dağ silsilələri meydana gəlmişdir. Bu silsilə Cəbəllüttariqdən İndoneziya arxipelaqına qədər Pireneyi, Alp, Karpatı, Balkanı, Böyük və Kiçik Qafqaz, Pamiri və nəhayət, Yerdə ən yüksək dağ sistemi olan Himalayı və onlara qovuşan ətrafındakı Qarakorumu əhatə edir. == Coğrafiya və İqlim == Alp dağları Avropada mühüm iqlim bölgüsüdür. Onların şimalında və qərbində mülayim iqlimi olan ərazilər, cənubda subtropik Aralıq dənizi landşaftları var. Küləkli qərb və şimal-qərb yamaclarında yağıntılar ildə 1500–2000 mm, bəzi yerlərdə 4000 mm-ə çatır. Alp dağlarında böyük çayların mənbələri (Reyn, Rhone, Po, Adige, Dunayın sağ qolları), eləcə də çoxsaylı buzlaq və tektonik-buzlaq mənşəli göllər (Bodenskoe, Cenevrə, Komo, Laqo Maggiore və s.) var. Landşaftların hündürlük zonallığı yaxşı ifadə edilmişdir. Hündürlüyü 800 metrə qədər, iqlimi mülayim isti, cənub yamaclarında — Aralıq dənizi, çoxlu üzüm bağları, meyvə bağları, tarlalar, Aralıq dənizi kolları və enliyarpaqlı meşələr var.
OWASP ZAP
OWASP ZAP (Zed Attack Proxy-nin qısaltması) — açıq mənbəli veb proqram təhlükəsizlik skaneri. O, həm tətbiq təhlükəsizliyinə yeni başlayanlar, həm də peşəkar nüfuz testçiləri tərəfindən istifadə olunmaq üçün nəzərdə tutulub. Proqram ən aktiv Open Web Application Security Project (OWASP) layihələrindən biri olub. Proksi server kimi istifadə edildikdə, istifadəçiyə HTTPS-dən istifadə edən trafik də daxil olmaqla, ondan keçən bütün trafiki manipulyasiya etməyə imkan verir. O, həmçinin REST API vasitəsilə idarə olunan demon rejimində də işləyə bilər. ZAP 30 may 2015-ci ildə Sınaq halqasında ThoughtWorks Texnologiya Radarına əlavə edildi. ZAP əvvəlcə başqa bir pentesting proksisi olan Parosdan hazırlanmışdır. Layihə rəhbəri Simon Bennetts 2014-cü ildə ZAP-ın mənbə kodunun yalnız 20%-nin hələ də Parosdan olduğunu bildirdi. 1 avqust 2023-cü il tarixindən etibarən ZAP inkişaf komandası elan etdi ki, OWASP ZAP qurucu layihə kimi Proqram Təhlükəsizliyi Layihəsinə qoşulmaq üçün OWASP Fondundan ayrılır və bundan sonra sadəcə olaraq ZAP adlanır. Proqramda olan xüsusiyyətlərdən bəzilərinə aşağıdakılar daxildir: İntersept edən proksi server Ənənəvi və AJAX Veb axtarışı Avtomatlaşdırılmış skaner Passiv skaner Məcburi baxış Fuzzer WebSocket dəstəyi Skriptləşdirmə dili Plug-n-Hack dəstək O, plagin əsaslı arxitekturaya yeni və ya yenilənmiş funksiyalar əlavə etməyə imkan verən onlayn bazara malikdir.
Qala-Salvador Dali Fondu
Qala-Salvador Dali Fondu — rəssam Salvador Dalinin bədii, mədəni və intellektual yaradıcılığını təbliğ etmək missiyası ilə yaratdığı özəl mədəniyyət qurumu. Fond həmçinin, rəssamın həyat yoldaşı Qala Dalinin adını daşıyır. 23 dekabr 1983-cü ildə Pubol qəsrində yaradılan quruma Dali əvvəldən şəxsən rəhbərlik etmişdir. 23 yanvar 1989-cu ildə vəfat etməsi 1991-ci ildə fondun idarə heyəti Ramon Boyşados Maleni prezident təyin edənə qədər davam edən keçid dövrünü başlatmışdır. 2017-ci ildən quruma Xordi Merkader Miro rəhbərlik edir. The Gala-Salvador Dalí Foundation Museu Salvador Dalí a St.