Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qurbani
Aşıq Qurbani (az-əbcəd. آشیق قربانی‎) və ya Dirili Qurbani (1477, Diri – 1550, Diri) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Aşıq Qurbani XV–XVI əsrlərdə yaşamış, Diri kəndində (indiki Azərbaycanın Cəbrayıl rayonu) anadan olmuşdur. Nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyildir. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi. Xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxiləsi etməsindən sonra aşıq olmuşdur. O bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə, Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır.
Abdulla Qurbani
Abdulla Novruz oğlu Qurbani (13 dekabr 1956, Mahmudkənd, Noraşen rayonu) — şair, publisist, dramaturq, nasir, senari müəllifi, rejissor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, 2020-ci il dekabrın 10-da Bakıda keçirilmiş Qələbə Paradının ssenari müəllifi və aparıcısı. == Həyatı == Qurbani Abdulla Novruz oğlu 1956-cı il dekabrın 13-də Şərur rayonunun Mahmudkənd kəndində anadan olmuşdur. İbtidai təhsilini burda almış, sonra Culfa rayonunun Əbrəqunus kənd internat orta məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Mədəniyyət Nazirliyinin nəzdində olan mədəniyyət işçilərinin respublika hazırlıq və ixtisasartırma kursunda başlamışdır. Burada o, 1973–1975-ci illərdə bədii rəhbər vəzifəsində çalışmışdır. 1975–1977-ci illərdə Uzaq Şərq hərbi dairəsində ordu sıralarında xidmət etmişdir. 1977–1978-ci illərdə Bakıda Aşıq Ələskər adına Xalq yaradıcılıq evində kütləvi tamaşalar üzrə metodist işləmişdir. 1978–1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq Fakültəsində təhsil almışdır. 1983–1989-cu illərdə Naxçıvan MR Şərur rayonunda tarix diyarşünaslıq muzeyində direktor, 1989–1993-cü illərdə mədəniyyətşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1993-cü ildə Şərur rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsindən könüllü olaraq cəbhəyə yollanıb.
Aşıq Qurbani
Aşıq Qurbani (az.-əski. آشیق قربانی‎) və ya Dirili Qurbani (1477, Diri – 1550, Diri) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Aşıq Qurbani XV–XVI əsrlərdə yaşamış, Diri kəndində (indiki Azərbaycanın Cəbrayıl rayonu) anadan olmuşdur. Nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyildir. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi. Xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxiləsi etməsindən sonra aşıq olmuşdur. O bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə, Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır.
Dirili Qurbani
Aşıq Qurbani (az.-əski. آشیق قربانی‎) və ya Dirili Qurbani (1477, Diri – 1550, Diri) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Aşıq Qurbani XV–XVI əsrlərdə yaşamış, Diri kəndində (indiki Azərbaycanın Cəbrayıl rayonu) anadan olmuşdur. Nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyildir. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi. Xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxiləsi etməsindən sonra aşıq olmuşdur. O bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə, Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır.
Nikola Burbaki
Nikola Burbaki (fr. Nicolas Bourbaki) — 1939-cu ildə bütün riyaziyyatı aksiomatik əsasda qurmaq ideyası ilə çıxış edən bir qrup fransız riyaziyyatçıların təxəllüsü.
Qurbani Əlizadə
Rəhim Qurbani
Rəhim Qurbani (Qurbanov Rəhim Kazım oğlu; 22 dekabr 1951, Zərkənd, Basarkeçər rayonu – 1 dekabr 2020, Gəncə) — azərbaycanlı şair. Əsasən təcnis sənətkarı kimi tanınır. Azərbaycan Yazıçılar Birliyinin (2015) və Azərbaycan Jurnalistlər Birliyinin (2015) üzvü. Rəhim Qurbani 1951-ci il dekabr ayının 22-də Qərbi Azərbaycanın, Göyçə mahalının Zərkənd (Zərzibil) kəndində ziyalı ailəsində anadan olubdur. 1970–1972-ci illərdə hərbi xidmətdə olmuşdur. 1974-cü ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. 1979-cu ildə həmin institutu bitirib tarix müəllimi ixtisasını almış, həmin ildən doğma kəndlərində tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdı. Gənc müəllim kimi işlədiyi vaxtdan yaradıcılıqla məşğul olmuş, dövrü mətbuatda — "Sovet Ermənistanı", "Vardenis" qəzetlərində şeirləri müntəzəm dərc olunmuşdur. Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Azərbaycana köçmüş, 1989-cu ildən Gəncə şəhərində məskunlaşmışdır. 1989–2017-ci illərdə Gəncə şəhər 9 saylı orta məktəbdə tarix müəllimi işləyib.
Surbani (Urmiya)
Surbani (fars. سورباني‎‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 4181 nəfər yaşayır (6 ailə).
Burxan Qurbani
Burhan Qurbani (fars. برهان قربانی‎) (15 noyabr 1980, Erkelens[d], Şimali Reyn-Vestfaliya) — həzaraəsilli Almaniya kinorejissoru, yazıçısı və aktyoru. Onun rejissorluq, ssenaristlik və aktyorluq işlərinə "Şəhadət" (2010), "20xBrandenburq" (2010) və "İllüziya" (2007) daxildir. Onun Alfred Döblinin müasir klassik romanı "Berlin, Aleksanderplats" əsərini müasir dövrə adaptasiyası 2020 Berlin Beynəlxalq Film Festivalının əsas müsabiqəsi üçün seçilmişdi. == Şəxsi həyatı == Qurbani əslən Əfqanıstandandır və həzara etnik qrupuna aiddir. Sovet İttifaqının Əfqanıstanı işğalı zamanı ailəsi Almaniyaya köçmüşdür.
Ageratina urbani
Ageratina urbanii (lat. Ageratina urbanii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Eupatorium urbani
Ageratina urbanii (lat. Ageratina urbanii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Dirili Qurbani Məclisi
Dirili Qurbani Məclisi - Ədəbi-bədii ictimai təşkilat == Haqqında == Dirili Qurbani Məclisi Azərbaycan aşıq poeziyasının, saz-söz sənətinin ən dəyərli nümunələrini yaratmış Aşıq Qurbaninin adını daşıyır. Məclisin sədri Yusif Dirilidir. == Mənbə == "Dirili Qurbani Məclisi üzvlərinin nəsr əsərləri - 2", Bakı, Təfəkkür, 2011. 80 səh. (tərtib edənlər.
Tuluq zurnası
Tulum və ya tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti. Bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə etmişlər. Səs tembri zurnanın səsinə bənzədiyi üçün bə'zən ona "tulum zurnası" da deyilib. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır.
Yurtazı rayonu
Yurtazı rayonu (tatar. Ютазы районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Urıssu şəhər tipli qəsəbəsidir. Respublikanın cənub-şərqində yerləşir. Respublikanın Aznakay, Bugulma, Bavlı rayonları və Başqırdıstan (Tuymazı, Şaran rayonları, Oktyabr şəhər dairəsi) ilə həmsərhəddir. Ən böyük çayları: İk, Yurtazı, Dımka. 1920-ci ilə qədər rayon torpaqları Samara əyalətinin Bugulma qəzasına daxil idi. 1920-1930-cu illərdə Tatarıstan Muxtar Sovet Sosialist Respublikası Buqulma kantonunda yer alır. Rayon 1935-ci ildə qurulmuşdur. 1958-ci ildə rayon mərkəzi Yurtazıdən Urıssuya köçürülür və rayonun adı Urıssu olaraq dəyişdirilir.
Zərbalı Mirzə
Zərbalı Mirzə (tam adı: Allahverdiyev Zərbalı Mirzə oğlu; d. 1 yanvar 1960, Ucar rayonu, Yuxarı Şilyan kəndi, Azərbaycan SSR, SSRİ) — jurnalist, “İnşaatçı” qəzetinin baş redaktoru, Əməkdar Jurnalist (2015) 1 yanvar 1960-cı ildə Azərbaycan Respublikası Ucar rayonunun Yuxarı Şilyan kəndində qulluqçu ailəsində anadan olub. 1967-1977-ci illərdə Yuxarı Şilyan kənd məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1979-1981-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub. Nümunəvi xidmətinə görə ordu komandanlığının göndərişi ilə 1981-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin hazırlıq şöbəsinə daxil olmuş, 1982-1987-ci illərdə isə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani şöbəsində tam kursu bitirərək jurnalist ixtisasına yiyələnmişdir. Hələ jurnalistika fakültəsində təhsil aldığı illərdə respublikanın aparıcı mətbuat orqanlarında – “Kommunist”, Sovet kəndi”, “Bakı”, “Azərbaycan gəncləri” və bir sıra digər qəzetlərdə tələbə-jurnalist kimi maraqlı yazılarla çıxış etmişdir. Universiteti bitirdikdən sonra – 1987-ci ildə təyinatla “İnşaatçı” qəzeti redaksiyasında işə başlamış, qısa vaxt ərzində müxbir, xüsusi müxbir, şöbə müdiri və məsul katib vəzifələrində pillə-pillə yüksələrək 2001-ci ildən qəzetin redaktor müavini vəzifəsinə təyin olunmuşdur. 2006-cı ildən “İnşaatçı” qəzetinin baş redaktoru vəzifəsində çalışır. Tanınmış inşaatçıların həyatından bəhs edən 5 avtobioqrafik əsərin müəllifidir. Həmçinin “Azərbaycan Respublikasının inkişafında tikinti kompleksinin rolu” kitabının və “Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası” kitablarının nəşr olunuş 1, 2, 3, 4 və 5-ci cildlərinin müəlliflərindən biridir.
İsmayıl qurbanı
İshakın qurban olunması (nid. Het Offer van Isaac) — Rembrandt van Reyn tərəfindən 1636-cı ildə çəkilmiş 195 x 132,3 sm ölçülü rəsm əsəri. Tabloda İbrahimin oğlu İshakı Allah yolunda qurban kəsərkən, son məqamda Allahın onun mömünlüyü qarşılığında mələk vasitəsilə bıçağı əlindən salması təsvir olunmuşdur. Bu mativ Rembrandtın şagirdi tərəfindən təkrarən çəkilmiş və təkmilləşdirilmişdir. Şəklin imza yerində bu sözlər "Rembrandt. verandert. En over geschildert" (Rmbrandt. dəyişdirilmiş və təzələnmişdir) qeyd olunmuşdur. Əsərin Rembrandtın əlindən çıxmış 1635-ci ilə aid orijinal variantı Ermitajda saxlanılmaqdadır.
Moda qurbanı
Moda qurbanı (ing. fashion victim) — termin dizayner Oskar de la Rentaya aiddir və gündəlik həyatın fenomenlərindən birini — ifrat dərəcədə dəb təsirlərinə məruz qalan və bununla da sağlam düşüncənin hüdudlarından kənara çıxan bir insanı ifadə edir. "Moda qurbanı" (fr. victime de la mode anlayışı 1789-cu il Böyük Fransa İnqilabından sonra yaranmışdır — bu, qışda son vaxtlar dəbə girmiş şifon paltarlarda qaçan gənc qızlara verilən ad idi. Müasir mənada moda qurbanlarından əvvəl keçmişdə müxtəlif dəyişən gözəllik standartlarının qurbanları olub: Çində kiçik ayaqlar üçün moda XX əsrin əvvəllərinə qədər davam edən bir adət yaratdı. Qızların ayaqları bükülmüş, böyükdən başqa bütün barmaqları əyilmişdi. Bu prosedur kifayət qədər ağrılı idi, lakin ayaq istədiyiniz qövs formasını əldə edənə qədər həyata keçirildi. Kiçik döşlər orta əsrlər Avropasında qadınlar üçün standart idi, buna nail olmaq üçün hətta gənc qızlar da sinələrini möhkəm çəkərək böyümələrinə imkan vermirdilər. Avropada və Rusiyada çox nazik bel modası, silueti möhkəm sıxan və daxili orqanları sıxan, huşunu itirmə və müxtəlif xəstəliklərə səbəb olan korsetlərin meydana çıxmasına səbəb oldu. Qədim Rusiyada yuvarlaq bir üz üçün moda, körpələrin hamamda buxarlanmasına və kəllənin "düzgün" yuvarlaq formasını meydana gətirməsinə səbəb oldu.
Qurbanı günahlandırmaq
Qurbanı günahlandırmaq və ya viktimbleyminq (ing. Victim blaming) — cinayətin, qəzanın, xəstəliyin və ya hər hansı bir zorakılığın qurbanının ona qarşı törədilmiş pozuntuya və ya baş vermiş bədbəxtliyə görə təqsirli və ya qismən təqsirli bilinməsi hadisəsi. Tipik olaraq, qurbanın günahlandırılması irqçi, cinsiyyətçi və sinifçi bəyanatlar şəklində olur. Buna baxmayaraq, bu mövqe bu cür dözümsüzlük növlərindən asılı olmayaraq mövcud ola bilər və bəzi ölkələrdə hətta ən az-çox rəsmi xarakter daşıyır. Viktimologiya çərçivəsində qurbanı günahlandırmaq pozitivist yanaşma üçün metodoloji ilkin şərtdir, digər məsələlərlə yanaşı, postsovet viktimologiyasında qəbul edilir. Xarici viktimologiyada bu yanaşmaya qurbanın müdafiəsinə əsaslanan yanaşma qarşı çıxır.
İnsan qurbanı
İnsan qurbanı və ya ayin qətli — bir növ qurbanlıq: ən yüksək dəyər — insanın həyatı — tanrıya qurban (hədiyyə) olaraq təqdim olunan qurban. Müasir hüquq sistemlərində insan qurbanlığı cinayət sayılır və xüsusi bir qətl növü — ritual qətl kimi qəbul edilir . Ayin qətlinin kult funksiyası mədəniyyətdən mədəniyyətə görə fərqlənir — Tanrıya yaxınlaşma vasitəsi, günahların kəffarəsi üsulu, hərbi qələbələrə görə minnətdarlıq (son halda hərbi əsirlər çox vaxt qurban olurdu). İnsan qurbanlığı praktikasının ortaya çıxması qanın müqəddəsliyinin insan həyat gücünün təcəssümü kimi tanınması ilə əlaqələndirilir. Bu səbəbdən ölümə səbəb olan qansız formalar (boğulma, asfiksiya) nadir hallarda dini və kult bir məzmunda istifadə olunurdu. İnsan qurbanları torpaq məhsuldarlığı kultu ilə əlaqələndirilir və buna görə də ovçular və köçərilərdən daha çox əkinçilik xalqları üçün tipikdir. Ən qədim insan qurbanı Anadolu Çayönüda qeyd olunur. İbtidai əkinçilik cəmiyyətlərində qurban yerin bitki gücünü təcəssüm etdirən və məhsuldarlıq tanrısı ilə eyniləşdirilən kral rahib idi. Bəzən qurban vermədən əvvəl onun yerinə bir adi adam əkilirdi və müəyyən bir müddətdən sonra həqiqi kral kimi qurban verirdilər. Amerikalı tədqiqatçı Barbara Erenreyx, insanları qurban vermək adətinin on minilliklər yaşı olduğunu və təbiət baxımından praktik olduğunu düşünür.
Haqqın Qurbanı (kitab)
Haqqın Qurbanı - şair, görkəmli maarif xadimi Qurban Musayev haqqında yazılmış xatirələr, şeirlər, yaradıcılığından nümumələr toplusudur. Baş redaktor, ideya rəhbəri, tərtibatçı, ön söz və "Qurbannamə" poema-essenin müəllifi Yusif Nəğməkardır. == Kitab haqqında == Kitabın əvvəlində şair Yusif Nəğməkar şair Qurban Musayevin yaradıcılığı ilə bağlı 25 səhifəlik “Ustad şairə ehtiram çələngi” adlı girişlə dəyərləndirmə vermişdir. Forma və mahiyyətcə zəngin olan bu kitabda müəllim-şair Qurban Musayevin öz şeirləri ilə yanaşı, onun ictimai, pedaqoji, şairlik fəaliyyətini dəyərləndirən Yusif Nəğməkar 36 nəfərin şair haqqındakı fikirlərini və xatirələrini vermişdir. Bu xatirə-dəyərləndirmənin (toplunun) içində ən çox diqqəti çəkən, şairin oğlu Məmməd Musayevin sözləridir. Burada Məmməd Musayev atası haqqında xatirələrdən, maraqlı hadisələrdən də bəhs edir. Kitabda xalq şairi Nəriman Həsənzadə də öz eloğlusu haqqında çox səmimi danışır. Əvvəlcə Qurban müəllimlə ilk görüşlərini xatırlayan Nəriman Həsənzadə şairin bəzi şeirlərinin təhlilini də verir. Nəriman Həsənzadə şairi lirik, satirik və vətənpərvər bir şair olaraq oxucuya təqdim edir. Kitabda şairin yaradıcılığı, pedaqoji fəaliyyəti, vətəndaşlıq məziyyətləri bir nəfərin deyil,36 nəfərin dilindən gəlir.
Səhnə Qurbanı (dram)
Səhnə Qurbanı — "Səhnə Qurbanı" səhnə əsəri 1939-cu ildə "Revalyusiya i Kultura" jurnalında çap olunmuşdur. Bir pərdədən ibarət pyes, 1926-cı ildə qələmə alınmışdır. Əbdürrəhim Bəy Haqverdiyev bu əsəri, yaxın dostu Hüseyn Ərəblinskinin ölümünün altıncı il dönümünə özəl olaraq yazmışdır. Pyesdə çətin həyat sürmüş və sonda yaxın qohumu tərəfindən teatr aktyoru olduğu üçün qətlə yetrilən Hüseyn Ərəblinskinin fəaliyyətinin qısa bir dövründən bəhs edilir. Yazıçı Hüseynin mübariz və əzimkar xarakterini oxucuya çatdırmağa çalışmışdır. Hüseyin kasıb və əlverişsiz şəraitdə yaşamasına baxmayaraq həyatı çox sevir. Bir gün xalqın teatr və aktrorlara olan pis münasibətinin sona çatacağına ümid edir. Bunu düşünərək durmadan çalışır, özünü inkişaf etdirir. Bu yolda ona qarşı çıxanlara və ölüm təhdidlərinə baxmayaraq fəaliyyətinə davam edir. "Səhnə Qurbanı" dramı, Hüseyn Ərəblinskinin həyatını və səhnə fəaliyyətini araşdırmaq üçün önəmli bir qaynaq ola bilər.
Səhnə Qurbanı (pyes)
Səhnə Qurbanı — "Səhnə Qurbanı" səhnə əsəri 1939-cu ildə "Revalyusiya i Kultura" jurnalında çap olunmuşdur. Bir pərdədən ibarət pyes, 1926-cı ildə qələmə alınmışdır. Əbdürrəhim Bəy Haqverdiyev bu əsəri, yaxın dostu Hüseyn Ərəblinskinin ölümünün altıncı il dönümünə özəl olaraq yazmışdır. Pyesdə çətin həyat sürmüş və sonda yaxın qohumu tərəfindən teatr aktyoru olduğu üçün qətlə yetrilən Hüseyn Ərəblinskinin fəaliyyətinin qısa bir dövründən bəhs edilir. Yazıçı Hüseynin mübariz və əzimkar xarakterini oxucuya çatdırmağa çalışmışdır. Hüseyin kasıb və əlverişsiz şəraitdə yaşamasına baxmayaraq həyatı çox sevir. Bir gün xalqın teatr və aktrorlara olan pis münasibətinin sona çatacağına ümid edir. Bunu düşünərək durmadan çalışır, özünü inkişaf etdirir. Bu yolda ona qarşı çıxanlara və ölüm təhdidlərinə baxmayaraq fəaliyyətinə davam edir. "Səhnə Qurbanı" dramı, Hüseyn Ərəblinskinin həyatını və səhnə fəaliyyətini araşdırmaq üçün önəmli bir qaynaq ola bilər.
Qasım Qasımov (repressiya qurbanı)
Baba Əliyev (repressiya qurbanı)
Baba Əliyev (Tam adı: Baba Əliyoldaş oğlu Əliyev; 1877, Mərdəkan, Bakı qəzası – 3 yanvar 1937) — Az. ÇK sədri . Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri. Repressiya qurbanı. == Həyatı == Baba Əliyev 1877-ci ildə Bakının Mərdəkan qəsəbəsində anadan olmuşdur. İbtidai təhsil almışdır. 1905-ci ildən Rusiya Kommunist Partiyasına üzv qəbul edilmişdir. 1905–1907-ci illərdə Balaxanı-Sabunçu fəhlə rayonunda Hümmət Partiyasının, tətil və nümayişlərin təşkilatçısı olmuşdur. 1910-cu ildə partiyanın tapşırığına əsasən İran inqilabına (milli-azadlıq hərəkatına) kömək məqsədilə bu ölkəyə getmişdir. 1917–1918-ci illərdə Azərbaycanda sovet hakimiyyətinin qurulması üçün mübarizə aparmış, Bakı kommunasının süqutundan sonra Həştərxana getmiş və "Hümmət" təşkilatının yerli bürosuna sədr seçilmişdir.
Qurban (İslam ritual qurbanı)
İslamda qurban (ərəb. قربان‎) — islam dinində qurbanvermə anlayışı. Qurbankəsmə vacib ibadət ayinlərindən biridir. Ən məşhur qurban udhiyyədir. Fitr bayramında kəsilən qurban, lakin bundan əlavə müsəlmanlar uşaq doğulması (əqiqə), eləcə də nəzir (nəzr qurbanı) münasibətilə qurban kəsirlər. Udhiya (ərəb. التضحية — Günəş çıxandan sonra səhər kəsilən qurbandır. Qurban bayramının qeyd olunması zamanı Zilhiccə ayının 10-da icra edilən qurbanlıq mərasimidir. Ayin İbrahim peyğəmbərin oğlunu qurban verməyə hazır olmasının xatirəsinə edilir, onun yerinə son anda qoç kəsilir. Bu ayin İslam dininin mühüm ritual xüsusiyyətidir.