Aşıq Qurbani (az.-əski. آشیق قربانی) və ya Dirili Qurbani[1] (1477, Diri – 1550, Diri) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı.[2]
Aşıq Qurbani | |
---|---|
az.-əski. آشیق قربانی | |
| |
Ümumi məlumatlar | |
Ləqəbi | Dirili Qurbani |
Doğum tarixi | 1477 |
Doğum yeri | |
Vəfat tarixi | 1550 |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | şair, musiqiçi, aşıq |
Musiqi aləti | saz |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.[3]
Aşıq Qurbani XV–XVI əsrlərdə yaşamış, Diri kəndində (indiki Azərbaycanın Cəbrayıl rayonu) anadan olmuşdur.[4] Nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyildir. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi.[5] Xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxiləsi etməsindən sonra aşıq olmuşdur.[6] O bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə, Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır. Bu dastan "Qurbani və Pəri" adlı aşıq hekayəsinin əsasına çevrilir.[7][8]
Aşıq Qurbani ədəbiyyatda “Dirili Qurbani” kimi tanınıb: [aşıq yaradıcılığı haqqında]