AYLANMAQ

f.
1. Dolanmaq, fırlanmaq, hərlənmək.
2. Gicəllənmək, dönmək. Başı aylanmaq.
◊ Dünya başına aylanmaq – çox mütəəssir olmaq, başa gələn bir hadisə üzündən dərin iztirab və ya ruhi sarsıntı keçirmək.
[Rüstəm bəy:] Haradasan oğul, … yaraların yadıma düşəndə, dünya başıma aylanır. N.Vəzirov.

Синонимы

  • AYLANMAQ aylanmaq bax fırlanmaq 1
AYLANMA
AYLI

Значение слова в других словарях