VE

сущ. название буквы “V” азербайджанского алфавита
VAZOTOMİYA
VEBER
OBASTAN VİKİ
.ve
.ve — Venesuela üçün internet kod.
10 Noyabr Atatürkün anım günü ve Atatürk həftəsi
10 Noyabr Atatürkün anım günü və Atatürk həftəsi — 10 noyabr 1938-ci ildə saat 09:05-də həyatını itirən, Türkiyə qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk xatirəsinə hər il tutulan milli yasdır. 10 noyabr gününü əhatə edən Atatürk Həftəsi isə Atatürkün yurd daxilində anıldığı, qanun və inqilablarının izah edildiyi, radio və televiziyada danışıqlarının öz səsindən nümayiş olunduğu, Atatürklə əlaqədar filmlərin göstərildiyi; Noyabrın 10–16-dək davam edən həftə adlanır. 10 noyabr günləri saat 09: 05-də fit səsləriylə birlikdə Türkiyə daxilində 2 dəqiqə sükutla Atatürk xatirəsinə hörmət duruşuna keçilir. Ardından Türkiyə Böyük Millət Məclisi binası önündəki bayraqlar xaric, Türkiyədəki bütün rəsmi binalarda və ölkənin xarici nümayəndəlikləri bayraqları, yas göstəricisi olaraq yarıya endirilər. Anıtqəbirdəki bayraqlar digər günlərdə heç bir səbəbə görə yarıya endirilmir. Bayraq daimi qaldırılmadığı yerdə bayraq əvvəlcə göndərən tərəfə çəkilir; sonra iki dəfə azalır. == Rəsmi mərasimlər == === Anıtqəbirdə təşkil edilən mərasimlər === Paytaxt Ankaradakı mərasimlər prezidenti, prezidenti müavini, Məclis Başçısı, Məclisdə qrupu olan siyasi partiyaların ümumi başçıları, Baş qərargah Başçısı, qüvvət komandirləri və digər dövlət nümayəndələrinin iştirakı ilə Anıtkqəbirdə həyata keçirilir. Mərasim Aslan Yolunda gəzinti ilə başlayır. Yürüşdən sonra Prezident Atatürkün məqbərəsinə çələng qoyur. 09:05-də dövlət adamları iki dəqiqə sükut içində dayanır və İstiqlal Himnini oxuyur.
Mor ve Ötesi
Mor ve Ötesi - 1995-ci ildə əsası qoyulmuş Türkiyə alternativ rok qrupu. 2008-ci ildə Türkiyəni Avroviziya Mahnı Müsabiqəsində "Deli" mahnısı ilə təmsil etmiş və 7-ci yeri tutmuşdur.
Bilim ve teknik (jurnal)
Elm və Texnika - Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatının 1967-ci ilin oktyabr ayından nəşr olunan aylıq jurnalı. Türkiyə Milli Təhsil Nazirliyi tərəfindən lisey və tayı məktəblərə; Türkiyə Baş qərargah Başçılığı tərəfindən Türkiyə Bilim ve teknik (jurnal)Silahlı Qüvvətlər personalına tövsiyə edilmişdir. Elm və Texniki jurnalı İyun 2006da çıxan 463. sayında ilk ədəddən başlayıb 457. sayına qədər olan jurnallarını ədədi mühitə köçürərək oxucularına DVD formasında Məlumat Xəzinəsi adıyla hədiyyə olaraq vermişdir. Elm və Teknik,1967dən 1994-cü ilə qədər jurnal formatında basılmışdı və dəriləri TÜBİTAKdə satılmıştı.1994dən etibarən də kitab formatında basılmağa başlandı. 2001-ci ildə İrfan Sayarın çəkdiyi Zehini Sinirin "proyektlərini" nəşr etməyə başladı. Bu ildə 400. sayında(Mart 2001) birlikdə əlavə olaraq "İnsan Genomu" verildi. Bundan sonrakı ildən etibarən, 2002 ilində əlavə olaraq "Yeni Üfüqlərə" adlı kiçik bir jurnal verilməyə başlandı.
Demokrasi ve Atılım Partisi
Demokratiya və Sıçrayış Partiyası (türk. Demokrasi ve Atılım Partisi) və ya qısaca DEVA — Türkiyədə keçmiş Baş nazir müavini Əli Babacan tərəfindən yaradılmış siyasi partiya. == Tarixi == Partiyanın adı və quruluş sənədi 9 mart 2020-ci il tarixində Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci il tarixində keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. == Siyasət == Əli Babacan 11 mart 2020-ci il tarixində partiya proqramını açıqladığı toplantıda parlamentli sistem, hüququn üstünlüyü, mətbuat azadlığı, qadın hüquqları, peşəkar orduya keçid, kürd məsələsinin həlli, qaçqın probleminin həlli mövzularına toxunacaqlarını bildirmiş, Türkiyənin xarici siyasətində Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə əsaslanan yeni bir konsepsiyanı mənimsəyəcəyini vurğulamışdır. == Rəmzlər == Partiyanın məcəlləsinə görə rəsmi abreviaturası "DEVA", simvolu isə su damcısı və "DEVA" yazısıdır. Partiyanın abreviaturası olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir. == Təsisçi heyət == Partiyanın təsisçiləri arasında Türkiyə Böyük Millət Məclisi deputatı Mustafa Yenəroğlu, keçmiş Ədalət naziri Səədullah Ərgin, keçmiş Balıkesir meri Əhməd Ədib Uğur, keçmiş Elm, Sənaye və Texnologiya naziri Nihad Ərgün və keçmiş Dövlət naziri Selma Aliyyə Kavaf var.
Should've Known Better
Should've Known Better (azərbaycanca: Yaxşı bilmək lazım idi) — Danimarka 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Soluna Samay ifa etdiyi mahnıdır. 23-ci yeri tutdu.
ǀXam ve ǂXomani torpaqları
ǀXam və ǂXomani torpaqları — Cənubi Afrika Respublikasının Şimali Burun vilayətində, Upinqton şəhərinin şimal və cənubunda yerləşən ərazilərdir. |Xam və ǂXomani xalqları Buşmen xalqının dil baxımından əlaqəli qrupları idlər. == Ərazinin təsviri == Ərazi yuxarı Karu (cənub) və cənubi Kalaxarinin (şimal) yarı quru və quraq massivlərindən ibarətdir. Hər iki sahə, Son daş dövrünə aid arxeoloji izlərlə zəngindir. Cənub bölgəsindəki qaya təpələri petroqliflərin üstünlük təşkil etdiyi çox sayda qaya təsvirlərinə sahibdir. == Ümumdünya irsi statusu == ǀXam ve ǂXomani torpaqları 15 may 2004-cü ildə UNESCO-nun Müvəqqəti Ümumdünya irsi siyahısına əlavə edildi. Ərazinin şimalındakı ǂXomani mədəni landşaftı, 8 iyul 2017-ci ildə UNESCO-nun Ümumdünya irs komitəsinin Polşanın Krakov şəhərində baş tutan 41-ci iclası zamanı ümumdünya irsi statusu almışdır.
Babam ve Oğlum (film, 2005)
Atam və oğlum (türkcə:Babam ve oğlum) — türk rejissor Çağan Irmakın çəkdiyi və Türk filmlərinin ən yaxşıları arasında sayıla biləcək bir film. == Məzmun == Türkiyədə 1980-ci il hərbi çevrilişi vaxtı anasını itirən Dəniz (çevrilişdən sonra bir çox valideynin övladına edam olunan Dəniz Gəzmişin xatirəsinə verdiyi ad) yeddi il sonra atası ilə birlikdə Ege bölgəsində yaşayan babasını görməyə gedir. İllərdir babasını görməməyinin səbəbi atasıyla babasının bir-birinə küsülü olmasıdır. Dənizin babası Hüseyn Əfəndi (Çetin Tekindor) oxumaq üçün göndərdiyi oğlunun siyasi hadisələrə qarışdığını eşidəndə onu oğulluqdan silir. Uzun müddət atası ilə küsülü olan Sadıq ata evinə oğlunu atasına əmanət etmək üçün qayıdır. Çünki Sadıq artıq oğlu Dənizdən ayrılmağa məcburdur.
Kosova ve Metohiya muxtar vilayəti
Kosova ve Metohiya muxtar vilayəti (serbcə Аутономна Покрајина Косово и Метохија / Autonomna Pokrajina Kosovo i Metohija; , qısa olaraq— Косме́т (Kosovo və Metohiya sözlərindən) — Serbiyada inzibati vahid. 2006-cı ildə Serbiya və Çernoqoriya və 2003-cü ildə Yuqoslaviya Federal Respublikasının dağılmasından əvvəl həmin dövlətlərdə Serbiya tərkibində muxtariyyət kimi gedirdi. 1990-cı ildə Kosovo sosialist muxtar diyarının dağılmasından sonra yarandı. Faktiki olaraq Kosovo və Metohiyanın ərazisinin böyük hissəsinə 1990-cı ildən de-fakto mövcud olan və qismən tanınan Kosovo Respublikası nəzarət edir. == İnzibati bölgüsü == Kosova ve Metohiya muxtar vilayətin sahəsi 10 939 km², bu Serbiyanın ümumi ərazisinin 12,4% -ni təşkil edir. Kosovo Respublikasının inzibati bölgüsü 7 dairədən ibarətdir, muxtar vilayəti isə ondan fərqli olaraq 5 dairəyə bölünüb: Kosovo (3 117 km² və 10 bələdiyyə), Peç (2 450 km² və 5 bələdiyyə), Prizren (1 910 km² və 4 bələdiyyə), Mitroviça dairəsi (2 050 km² və 6 bələdiyyə), Kosovo-Pomoravski dairələri (1 412 km² və 4 bələdiyyə). Vilayətin tərkibində 1449 yaşayış məntəqəsi yerləşir. Onlardan 26-sı şəhər tipli yaşayış məntəqələridi.
"1941-1945-ci illər müharibəsi veteranı" nişanı
"1941–1945-ci illər müharibəsi veteranı" nişanı — 1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 55-ci ildönümü şərəfinə, təsis edilmiş vahid nümunəli xatirə nişanıdır. == Təsdiq edilməsi barədə qanun == "1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 55-ci ildönümü şərəfinə " 1941–1945-ci illər müharibəsi Veteranı" Vahid nümunəli xatirə nişanı haqqında" qərarın təsdiq edilməsi barədə === Azərbaycan Respublikasının qanunu === "1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 55-ci ildönümü şərəfinə "1941–1945-ci illər müharibəsi veteranı" vahid nümunəli xatirə nişanı haqqında" 1999-cu il oktyabrın 8-də Yalta şəhərində imzalanmış Qərar təsdiq edilsin.
"Azadlıq uğrunda mübariz" fəxri adı verilmiş şəxslərin siyahısı
"Azadlıq uğrunda mübariz" fəxri adı verilmiş şəxslərin siyahısı — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə və bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin basqını zamanı yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərmiş həlak olan və yaralanan vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə verilən ən yüksək fəxri adı — Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adı almış şəxslərin siyahısıdır.
"Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı — Azərbaycan Respublikasının medalı. "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir. Medalın ortasında Silahlı Qüvvələrin relyefli emblemi təsvir olunmuşdur. Emblemdən yuxarıda qövs boyunca "Azərbaycan Respublikası", aşağıda isə lent üzərində "Silahlı Qüvvələri Veteranı" sözləri həkk olunmuşdur. Aypara, ulduz və lent ağ rəngdədir. Arxa tərəfi hamar səthlidir. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə zeytun rəngli fonda, kənarlarından mərkəzə doğru ardıcıl olaraq Silahlı Qüvvələrin növlərinin rəngləri — 1 mm enində zeytun və ağ rəngli, 3 mm enində göy və ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir. Medala paltara bərkidilmək üçün elementi olan eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
"Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" yubiley medalı
"Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət mükafatı. == Əsasnamə == "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının vergi orqanlarında xidmətdə yüksək nəticələr əldə edən, vergi sisteminin inkişafında fəal iştirak edən və xüsusi xidmətləri olan vergi orqanlarının əməkdaşları təltif edilirlər. "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər. "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" Azərbaycan Respublikasının yubiley medalı dairəvi formadadır. Medalın diametri 36 mm-dir, hər iki üzü qızılı rəngli dairəvi metal lövhədən ibarətdir. Medalın üz tərəfində dairənin yuxarı qövsü boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı qövsü boyunca "VERGİLƏR NAZİRLİYİ" sözləri həkk olunmuşdur. Dairənin mərkəzində "10" rəqəmi və "il" sözündən ibarət emblem, habelə emblemdən aşağıda "2000–2010" rəqəmləri həkk olunmuşdur. Medalın arxa tərəfi hamar səthlidir və mərkəzdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı və onun üstündə "10 İLLİYİ" sözləri, habelə dairənin yuxarı qövsü boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı qövsü boyunca "VERGİLƏR NAZİRLİYİNİN" sözləri həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 45 mm ölçüdə metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir.
"Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" yubiley medalı
"Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət mükafatı. == Əsasnamə == "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının vergi orqanlarında xidmətdə yüksək nəticələr əldə edən, vergi sisteminin inkişafında fəal iştirak edən və xüsusi xidmətləri olan vergi orqanlarının əməkdaşları təltif edilirlər. "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər. "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" Azərbaycan Respublikasının yubiley medalı dairəvi formadadır. Medalın diametri 36 mm-dir, hər iki üzü qızılı rəngli dairəvi metal lövhədən ibarətdir. Medalın üz tərəfində dairənin yuxarı qövsü boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı qövsü boyunca "VERGİLƏR NAZİRLİYİ" sözləri həkk olunmuşdur. Dairənin mərkəzində "10" rəqəmi və "il" sözündən ibarət emblem, habelə emblemdən aşağıda "2000–2010" rəqəmləri həkk olunmuşdur. Medalın arxa tərəfi hamar səthlidir və mərkəzdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı və onun üstündə "10 İLLİYİ" sözləri, habelə dairənin yuxarı qövsü boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı qövsü boyunca "VERGİLƏR NAZİRLİYİNİN" sözləri həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 45 mm ölçüdə metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir.
"Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı — Azərbaycan Respublikasının medalı. "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir. Medalın ortasında Silahlı Qüvvələrin relyefli emblemi təsvir olunmuşdur. Emblemdən yuxarıda qövs boyunca "Azərbaycan Respublikası", aşağıda isə lent üzərində "Silahlı Qüvvələri Veteranı" sözləri həkk olunmuşdur. Aypara, ulduz və lent ağ rəngdədir. Arxa tərəfi hamar səthlidir. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə zeytun rəngli fonda, kənarlarından mərkəzə doğru ardıcıl olaraq Silahlı Qüvvələrin növlərinin rəngləri — 1 mm enində zeytun və ağ rəngli, 3 mm enində göy və ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir. Medala paltara bərkidilmək üçün elementi olan eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
"Diplomatik xidmətə verilən töhfəyə görə" medalı
"Diplomatik xidmətə verilən töhfəyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. == Medal haqqında == "Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər: Diplomatik xidmət sahəsində səmərəli fəaliyyətə görə; Beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrin inkişafında və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə; Sülhün və xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin təşviqinə görə; Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinə verilən əhəmiyyətli töhfəyə görə; Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında göstərilən xidmətlərə görə; Azərbaycan dilinin və mədəniyyətinin təbliğinə görə; Xaricdə yaşayan azərbaycanlılara dəstək məqsədilə həyata keçirilmiş layihələrə görə. "Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. "Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Medalın təsviri == "Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı (bundan sonra — medal) diametri 36 mm olan, qızıl suyuna çəkilmiş dairəvi bürünc lövhədən ibarətdir. Medalın ön tərəfi iki çevrə ilə konturlanmışdır. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI" sözləri, aşağı qövs boyunca "DİPLOMATİK XİDMƏTƏ VERİLƏN TÖHFƏYƏ GÖRƏ" sözləri yazılmışdır. Yazıların arasında, sol və sağ tərəflərdə səkkizguşəli ulduz yerləşdirilmişdir. Medalın daxili çevrəsinin mərkəzindən aşağı yer kürəsinin təsvirini əks etdirən meridianlar və paralellər təsvir edilmişdir. Yer kürəsinin təsvirinin alt hissəsindən sol və sağ tərəflərdə qövs boyunca daxili dairənin yuxarı tərəfinə doğru dəfnə yarpaqlarından ibarət çələng yerləşdirilmişdir.
"Polis Veteranı" medalı
"Polis Veteranı" medalı — Azərbaycanın dövlət təltifi (medal). Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2006-cı il tarixli Sərəncamına əsasən təsis edilən medaldır. == Medalın Təsviri == “Polis veteranı” medalı bürüncdəndir, xarici diametri 32 mm olan gümüşü rəngli relyefli səkkizguşəli ulduz şəklində tərtib edilmişdir. Ortada, dairənin içində daxili işlər orqanlarının emblemi təsvir edilmiş, yuxarıda qövs boyunca “Polis veteranı” sözləri yazılmış, aşağıda yarımçevrə boyunca palıd yarpağından çələng həkk edilmişdir. Dairənin içində üfüqi diametrindən yuxarı, mərkəzdən başlayan qabarıq şüalar təsvir edilmişdir. Medalın arxa tərəfi hamar səthlidir, yuxarı qövs boyunca “Azərbaycan”, aşağı qövs boyunca “Respublikası” sözləri, mərkəzdə isə Azərbaycan Respublikası xəritəsinin konturları həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 20 mmx42 mm ölçüdə, gümüşü rəngli metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə öndən 2 hissədən ibarətdir. Üst hissə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər enli şaquli zolaqlara bölünmüş xara lentlə örtülmüşdür. Lövhənin alt hissəsinin mərkəzində aypara və səkkizguşəli ulduz, mərkəzdən kənarlara doğru istiqamətlənmiş şüalar təsvir edilmişdir.
"SSRİ Silahlı Qüvvələri veteranı" medalı
"SSRİ Silahlı Qüvvələri veteranı" medalı — SSRİ Ali Sovetinin 20 may 1976-cı il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"Vebbi" mükafatları
"Webby Awards" və ya "Vebbi" mükafatları — beynəlxalq peşəkar internet mükafatı. Hər il dünyanın ən yaxşı veb layihələri mükafatlandırılır. "Vebbi" mükafatları 1996-cı ildə təsis edilmişdir. Veb layihələr dünya internetinin tanınmış və səlahiyyətli şəxsləri tərəfindən seçilir. Onların arasında musiqiçi Devid Boui, "Simpsonlar" serialının yaradıcısı Mett Qreyninq, "Real Networks" şirkətinin baş direktoru Rob Qleyzer və Beynəlxalq Rəqəmsal İncəsənət və Elmlər Akademiyasını (IADAS) təşkil edən 550-dən çox mütəxəssis var. 2006-cı ildə münsiflər heyətinin üzvləri və ümumxalq səsverməsinin iştirakçıları 60 ölkədən 8 minə yaxın veb layihə arasından namizəd və laureatları seçiblər. Bu illər ərzində "Vebbi" mükafatlarının qalibləri öz şəbəkə seqmentlərində lider olan layihələr olub: "Russia Today", "Amazon", "eBay", "Yahoo!", "iTunes", "Google", "BBC", "CNN", "Vikipediya", "YouTube" və s.. Mükafat bəzən "İnternet Oskar" kimi də adlandırılır. "Vebbi" mükafatları veb-saytların, interaktiv reklamların, mobil telefon xidmətləri və videolarının tədqiqi və dizaynı, yaradılması, məlumat və marketinq inkişafı ilə məşğul olan bütün təşkilatlar və şəxslər, habelə onların sahibləri və pərəstişkarları üçün açıqdır.
"Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı
"Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı — Azərbaycan Respublikasının medalı.
"Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" medalı
"Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" medalı — Azərbaycan Respublikasının dövlət mükafatı. == Əsasnamə == 1. "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vergi orqanlarının xüsusi rütbəsi olan əməkdaşları aşağıdakılara görə təltif edilirlər: 1.1. Azərbaycan Respublikasının vergi siyasətinin həyata keçirilməsinə verilən əhəmiyyətli töhfəyə görə; 1.2. vergi orqanlarında xidmətdə xüsusi fərqlənməyə görə; 1.3. vergi sistemində mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində iştiraka görə; 1.4. vergi sisteminin inkişafı sahəsində göstərdiyi digər xidmətlərə görə. 2. "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalının 3 dərəcəsi vardır: 2.1. "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının vergi orqanlarında azı 20 il xidmət edən şəxslərə; 2.2.
"Əfqanıstan müharibəsi veteranı" medalı
"Əmək Veteranı" medalı
“Əmək veteranı” medalı -- SSRİ Ali Soveti Rəyasət Heyətinin 18 yanvar 1974-cü il tarixli fərmanı ilə uzun illər vicdanlı əməyə görə fəhlə, kolxozçu və qulluqçuları təltif etmək üçün təsis edilmiş Sovet İttifaqının dövlət mükafatıdır . == Tarixi == Medal SSRİ Ali Soveti Rəyasət Heyətinin 18 yanvar 1974-cü il tarixli fərmanı ilə “Əmək veteranı” medalı haqqında Əsasnamə” ilə təsis edilmişdir. 1974-cü il mayın 20-də “Əmək veteranı” medalının təltif edilməsinə təqdim edilməsi və bu medalın təqdim edilməsi qaydası haqqında Təlimat” təsis edilmişdir. 1976-cı il oktyabrın 26-da mükafata namizəd ola biləcək şəxslərin dairəsinin genişləndirilməsi ilə bağlı göstərişlərə dəyişikliklər edildi. 1974-cü il sentyabrın 25-də hüquq-mühafizə orqanlarının əməkdaşlarının, 8 iyul 1977-ci ildən isə daxili işlər orqanlarının sıravi və komandan heyətinin təltiflərə təqdim edilməsi haqqında fərman verildi. Medal reqlamentinin sonuncu nəşri 12 avqust 1983-cü ildə təqdim edilmişdir. 30 iyun 2006-cı il tarixdə fərmana dəyişikliklər edildi, ona əsasən Rusiya Federasiyası ərazisində bu medalın verilməsi rəsmi olaraq dayandırıldı. Medal layihəsinin müəllifi qoznak rəssamı Sergey Akimoviç Pomanskidir. Ümumilikdə təxminən 39.197.100 mükafat verildi. == Təsviri == Medal gümüşü üzlənmiş tombakdan hazırlanıb və diametri 34 mm olan müntəzəm dairəvi formada olub.
(4) Vesta
4 Vesta (simvolı: ) — 525 kilometr ölçülü asteroid qurşağındakı ən böyük cisimlərdən biridir. Alman astronom Henrix Vilhelm Olbers tərəfindən 29 mart 1807-ci ildə kəşf edilmişdir.
07 Vestur
07 Vestur — Farer adalarını təmsil edən futbol klubu. 2007-ci ildə qurulmuşdur. Sandavóavur və Servoavur (Voar adası) şəhərlərini təmsil edir. == Tarixi == Klubun tarixi 1993-cü il dekabrın 18-də "Mivoavur" və "Sandavoavur" klublarının birləşməsi nəticəsində "Vaqar" klubunun yarandığı vaxtdan başlayır. 1998-ci ildə "Servoavur" klubuda onlara qoşuldu, nəticədə Voar adasında vahid komanda formalaşdı və tezliklə Farer çempionatının yüksək divizionuna yüksələ bildi, amma klub uzun müddət yüksək liqalarda yer tuta bilmədi və tezliklə oradan aşağı liqaya düşdu. Uğursuzluqlar nəticəsində klubdaxili parçalanmalar kəskinləşdi və 2004-cü ildə onlar, əvəllər olduğu kimi ayrı-ayrı komandalara ayrıldı. Buna baxmayaraq, Voar adasında vahid güclü klub yaratmaq ideyası ölmədi və 8 noyabr 2004-cü ildə vahid "Vagar 2004" klubu yenidən yaradıldı və 2007-ci ildə "Servoavur" klubu yenidən ona qoşuldu. Bu birləşmə nəticəsində klub indiki adı "07 Vestur" qəbul etdi və 6 noyabr 2007-ci il klubun rəsmi yaranma tarixi oldu. 2008-ci ildə klub birinci liqanın qalibi oldu və Farer adalarının yüksək divizionu olan Vodafondaildində oynamaq hüququ qazandı. Yüksək Liqadakı ilk mövsümündən sonra klub birinci liqaya düşdü, lakin yenidən qalib gələrək 2011-ci ildə yenidən Yüksək Liqada oynamaq hüququ qazandı.
1918-20-ci illərdə Azərbaycanın vergi siyasəti
1918-ci ilin may ayında Şərqin ilk demokratik respublikasının - Azərbaycan Cümhuriyyətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri də iqtisadi müstəqilliyin təmin olunması və müstəqil maliyyə-fiskal-vergi sisteminin qurulması idi. Mövcud olduğu 23 ay müddətində dövlətin iqtisadi siyasətini həyata keçirəcək nazirlik və müvafiq qurumlar təsis edildi, dövlətin iqtisadi tənzimləmə fəaliyyətini təmin etmək və gücləndirmək üçün büdcə-fiskal siyasətinin istiqamətləri müəyyənləşdirildi. Mütəxəssislər Azərbaycan Cümhuriyyətinin fəaliyyət göstərdiyi 23 ay ərzində həyata keçirmək istədiyi maliyyə-vergi siyasətini şərti olaraq 2 hissəyə bölürlər: 1. Cari dövr üçün maliyyə-fiskal siyasət. Bu dövrdə Azərbaycan Cümhuriyyəti özünün mövcud maliyyə resurslarından tam və düzgün istifadə etmək siyasəti yürüdüb.2. Cümhuriyyət özünün imkanlarını müəyyən etdikdən sonra həyata keçirdiyi maliyyə-vergi siyasəti. Bu siyasətin əsas prioritetləri isə vergilərin artırılması deyil, tədiyyə qabiliyyətinin yüksəldilməsi yolu ilə vergilərin tədricən azaldılmasına üstünlük verilməsi idi. Nazirlər Kabineti müstəqil büdcə quruculuğuna və vergi işinin təşkilinə mühüm yer verirdi. 1918-ci ilin sonlarında Azərbaycanda müstəqil dövlətin büdcə quruculuğu təcrübəsinin əsası qoyuldu. Vergi siyasətini həyata keçirmək məqsədilə parlamentin 1919-cu il iyunun 17-də qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyi təsis olundu.
1931-ci il Vestminster Nizamnaməsi
Vestminster Statusu (İngilis dilində: The Statute of Westminster) Böyük Britaniya parlamenti tərəfindən yaradılan əsasnamə və onun dəyişdirilmiş variantları Avstraliya və Kanada qanunlarında mövcud olduğu halda; Yeni Zelandiya və digər dominionlarda Millətlər Birliyində artıq mövcud olmadığı üçün ləğv edilmişdi. 11 dekabr 1931-ci ildə qəbul edilmiş bu nizamnamə, ya dərhal sonra, ya da təsdiq olunana qədər Britaniya İmperiyası ilə özü-özünü idarə edən dominionlar arasındakı hüquqi münasibətləri tənzimləmişdir. Bundan əlavə, qərarların qəbul edilməsi üçün bir-birlərinin təsdiqlənməsi qaydası tərk edilmiş və monarx ləqəbləri və ya taxtdakı miras sistemi bu razılaşmaya bağlı edilmişdir. Buna görə 1926-cı il Balfur Bəyannaməsində deyildiyi kimi bərabərlik və kral tacına bağlılıq qanuni prinsiplərə çevrildi. Dominionların ayrı-ayrı dövlətlərə çevrilməsində vacib bir addımdır. Vestminster Xartiyasının cari əhəmiyyəti ondan ibarətdir ki, Millətlər Birliyi və Krallıq arasındakı davamlı əlaqələrin təməlini qoymuşdur. == Tətbiqləri == Vestminster Nizamnaməsi 1925 və 1926-cı illərdə İmperator konfranslarında qəbul edilmiş siyasi qərarların (xüsusilə 1926 Balfour Bəyannaməsi) icrasını təmin etdi. Bunun əsas nəticəsi İngiltərə hökumətinin Dominionlar adından qərar verməsi və tətbiq edilməsinə mane olmasıdır. Onlardan bəziləri 1865-ci il tarixli Müstəmləkə Qanunlarının Qüvvədə olma Qanununun (Colonial Laws Validity Act) ləğvini tələb etmişdir. Kral V George taxt mirasının bu tənzimləmə ilə əhatə olunmaması barədə fikrini bildirdi.
1941-1945-ci illər müharibəsi veteranı nişanı
"1941–1945-ci illər müharibəsi veteranı" nişanı — 1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 55-ci ildönümü şərəfinə, təsis edilmiş vahid nümunəli xatirə nişanıdır. == Təsdiq edilməsi barədə qanun == "1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 55-ci ildönümü şərəfinə " 1941–1945-ci illər müharibəsi Veteranı" Vahid nümunəli xatirə nişanı haqqında" qərarın təsdiq edilməsi barədə === Azərbaycan Respublikasının qanunu === "1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 55-ci ildönümü şərəfinə "1941–1945-ci illər müharibəsi veteranı" vahid nümunəli xatirə nişanı haqqında" 1999-cu il oktyabrın 8-də Yalta şəhərində imzalanmış Qərar təsdiq edilsin.
2015 Avropa Oyunlarında dağ velosipedi
Dağ velosipedi 2015 Avropa Oyunlarında — Kişilər və qadınlar arasında keçirilən idman növü. Dağ velosipedi 2015 Avropa Oyunlarında 13 iyun tarixində keçirildi. Yarışlar Bakı şəhərinin Binəqədi rayonunda yerləşən MTB Veloparkda baş tutmuşdur. Dağ velosipedində Kişilərin yarışında 43 idmançı, Qadınların yarışında isə 26 idmançı qüvvəsini sınadı. Kişilərin yarışında qızıl, gümüş və bürünc medalı İsveçrə idmançıları qazandı. 2012 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Nino Şurter Avropa Oyunlarının Çempionu adını qazandı. Qadınların yarışında isə qızıl və gümüş medalı İsveçrə, bürünc medalı isə Polşa idmançıları qazandılar. 22 yaşlı Yolanda Neff Avropa Oyunlarının Çempionu adını qazandı.
2015 Avropa Oyunlarında dağ velosipedi idmanı
Dağ velosipedi 2015 Avropa Oyunlarında — Kişilər və qadınlar arasında keçirilən idman növü. Dağ velosipedi 2015 Avropa Oyunlarında 13 iyun tarixində keçirildi. Yarışlar Bakı şəhərinin Binəqədi rayonunda yerləşən MTB Veloparkda baş tutmuşdur. Dağ velosipedində Kişilərin yarışında 43 idmançı, Qadınların yarışında isə 26 idmançı qüvvəsini sınadı. Kişilərin yarışında qızıl, gümüş və bürünc medalı İsveçrə idmançıları qazandı. 2012 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Nino Şurter Avropa Oyunlarının Çempionu adını qazandı. Qadınların yarışında isə qızıl və gümüş medalı İsveçrə, bürünc medalı isə Polşa idmançıları qazandılar. 22 yaşlı Yolanda Neff Avropa Oyunlarının Çempionu adını qazandı.
2019–20 koronavirus pandemiyası verilənləri/Azərbaycanda tibbi hallar qrafiki 2021
2S31 Vena
2S31 Vena — SSRİ istehsalı olan “Vena” özüyeriyən artilleriya qurğusu. 2S31 “Vena” özüyeriyən artilleriya qurğusu ilk dəfə İDEX-97 silah sərgisində nümayiş etdirilmişdir. 2S31 “Vena” PDM-3-ün bazasında hazırlanmış 120 millimetr çaplı artilleriya qurğusudur. O, 13 km məsafədə düşmənin canlı qüvvəsi və texnikasını məhv etməyə qadirdir. “Vena” Perm şəhərində, Motovilixin zavodlarında hazırlanıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında da mövcuddur. == Texniki məlumatlar == İstehsalçı firma: Zavod “SKB” Layihələşdirilməsi: 1980-2007 İstehsal tarixi: 1996 Xidmətə giriş vaxtı: 2014-cü ildən bu günə kimi. Ağırlıq: 19.5 ton. Ekipaj: 4 nəfər. Uzunluğu: 6.8 metr.
Everything You've Come to Expect
Everything You've Come to Expect — The Last Shadow Puppets qrupunun 1 aprel 2016-cı ildə Domino Records tərəfindən buraxılan ikinci albomu. Albom 2014-cü ildə London, Paris və Los-Anceles şəhərlərində qrupun həmmüəllifləri Aleks Törner və Mayls Keyn tərəfindən yazılmışdır. Prodüserliyini Malibuda qrupun üzvü Ceyms Ford qonaq musiqiçi Mett Helders və yeni basçı Zak Daues ilə birlikdə etmişdir. Aranjimanlar əvvəlki albomda olduğu kimi yenidən Ouen Pallett tərəfindən edilmişdir. Üz qabığında 1969-cu ilin noyabrında Cek Robinson tərəfindən çəkilmiş Tina Törnerin rəqs etdiyi zaman çəkilmiş şəkli yer almışdır. Şəkli illüstrator Metyu Kuper dəyişdirərək ona qızılı rəng verib. Everything You've Come to Expect qrupun əvvəlki albomundan fərqli olaraq daha çox maksimalist səviyyədə hazırlanıb. Mahnılar əsasən barokko-pop, mavi göz soul və psixodelik pop janrındadır. Albom desert rock, postpank, fank, disko və italyan film saundtrekləri də daxil olmaqla müxtəlif yerlərdən təsirlənib. Mahnıların sözləri hedonizm, romantika, özünə dəyər və iki gənc kişinin gecə həyatı haqqındadır.
YTÜ İktisadi ve İdari Bilimler Fakültesi
İqtisadi və İnzibati Elmlər fakültəsi — Yıldız Texniki Universitetinə bağlı fakültə. 1992-ci ildən 2015-ci ilədək Yıldız Texnik Universitetinin Ulduz şəhərciyində, daha sonra isə Davutpaşa şəhərciyində fəaliyyət göstərən fakültənin hədəfi sosial elmlər sahəsində, elmi tədqiqat keyfiyyətinin yüksəldilməsinə rəhbərlik edən, milli və beynəlxalq təhsil standartlarına uyğun olaraq özəl və dövlət sektorunun ehtiyac duyacağı, cəmiyyəti və iqtisadi prosesləri müşahidə edə bilən, vacib araşdırma və nəşrlərdə aparıcı rol oynayacaq təşəbbüskar, yenilikçi və məsuliyyətli şəxsiyyətlər yetişdirməkdir. Dünya universitetləri reytinq təşkilatı Times Higher Education tərəfindən dərc edilən Sosial Elmlər, İqtisadi və İnzibati Elmlər və Hüquq sahələri üzrə 2022-ci il dünya universitetləri reytinqi siyahısında Yıldız Texniki Universiteti, ODTÜ, Sabancı və Bilkent universitetləri ilə birgə olaraq 401-500-cü sırada yerini almışdır. Bununla yanaşı, 2020-ci il Türkiyə universitetləri məzunlarının iş tapma indeksinə görə, Yıldız Texniki Universitetinin iqtisadiyyat və biznesin idarə edilməsi məzunları iş sahiblərinin 1-ci, siyasi elmlər və beynəlxalq münasibətlər məzunları isə Boğaziçi Universitetindən sonra iş sahiblərinin 2-ci seçimi olmuşdur. Universitetin İqtisadi və İnzibati Elmlər fakültəsi İstanbulun Əsənlər rayonunda yer alan Davutpaşa şəhərciyində yerləşir. Məsafədən asılı olmayaraq metro ilə yanaşı avtobus və rinqlər vasitəsilə də İstanbulun bir çox nöqtələrindən rahat nəqliyyat təmin edilir. == Tarixçə == 1992-ci ildə Yıldız Texniki Universiteti nəzdində yaradılan İqtisadi və İnzibati Elmlər fakültəsi, fəaliyyətinə 1993-1994 tədris ilində İqtisadiyyat ixtisası ilə başlamış, 1996-1997 tədris ilində Biznesin İdarə Edilməsi, 1999-2000 tədris ilində isə Siyasi Elmlər və Beynəlxalq Münasibətlər ixtisası ilə davam etmişdir. 2014-2015 tədris ilində İqtisadiyyat, 2018-2019 tədris ilində isə Biznesin idarə Edilməsi ixtisası ingiliscə proqramlarına tələbə qəbuluna başlamışdır. Siyasi Elmlər və Beynəlxalq Münasibətlər ixtisası isə 30% İngilis dili proqramı ilə tədrisi davam etdirilir. Hər üç ixtisas da bakalavr təhsili ilə yanaşı magistratura proqramları üzrə də təhsil verir.
I've Been Waiting for This Night
I've Been Waiting for This Night (azərb. Mən bu gecəni gözləyirdim‎) — Litvanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Donni Montell "I've Been Waiting for This Night" mahnısı ilə Litvanı İsveçin paytaxtı Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı İsveç bəstəkarları Conas Tander və Beatris Robertsson tərəfindən bəstələnmişdir.
Türk Malless ve Borciya Qubernatoru Floransanın Möhtəşəm Faciəsi
Türk Malless ve Borciya Qubernatoru Floransanın Möhtəşəm Faciəsi (ing. An Excellent Tragedy of Mulleasses the Turke, and Borgias Governour of Florence), əsasən Türk (ing. The Turk) olaraq tanınır — ingilis dramaturq Con Mason tərəfindən yazılmış, ilk dəfə 1610-cu ildə yayımlanan intiqam mövzulu faciə.

Digər lüğətlərdə