Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Atlantik
Atlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur. Bu okean sahəsinə görə II böyük okeandır.
Atlantik (dairə)
Atlantik Dairə (ing. Atlantic County) — ABŞ-nin Nyu-Cersi ştatının dairəsi. 2000-ci il əhalinin siyahıya alınmasına görə, Atlantik əyalətində 252552 nəfər yaşayırdı. ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, 2009-cu ilədək əhali 271.712 nəfərə qədər artmışdır. Dairənin ən böyük şəhəri — Atlantik-Siti. Dairənin inzibati mərkəzi statistik məqsədlə müəyyənləşdirilmiş ərazidə yerləşir.
Atlantik Okeanı
Atlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur. Bu okean sahəsinə görə II böyük okeandır.
Atlantik Pireney
Atlantik Pireney (fr. Pyrénées-Atlantiques, keçmiş Basses-Pyrénées — Aşağı Pireney, bask Pirinio Atlantikoak, oks. Pirenèus Atlantics) — Fransanın cənub-qərbində yerləşən, Yeni Akvitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 64. İnzibati mərkəzi — Po, ən böyük şəhərləri Bayonna, Biarrits, Anqlet. Əhali - 674 908 nəfər (departamentlər arasında 36-cı yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 7645 km². Pireney dağının dağlıq ərazisində yerləşən departament Atlantik okeanına qərbdə daxil olur. Departamentin ərazisində Adur, Bidassoa, Nivel, Uabia və digər çaylar axır. Departamentə 3 rayon, 52 kanton və 547 kommun daxildir.
Atlantik nərəsi
Atlantik nərəsi (lat. Acipenser sturio) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Atlantik okean
Atlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur. Bu okean sahəsinə görə II böyük okeandır.
Atlantik qızılbalığı
Atlantik qızılbalığı (lat. Salmo salar) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Ömürünün çoxunu Atlantik okeanında keçirər. Yalnız çoxalma zamanı Avropanın və Şimali Amerikanın çaylarına girər və dağların ətəklərində olan qaynaqlarına qədər köç edər. Bu səfərin sonunda cütləşib yumurtlayar və təkrar geri dönər. Amma bu köç və cütləşmə işi çox yorucudur, və köç əsnasında yemək yeməzlər. Buna görə çoxu dənizə dönə bilmədən ölər. Ayrıca şirin su da daha tez xəstəliklərə qapıla bilərlər. Dənizə dönməyə bacaranların qapdığı mikrobları dəniz suyunun duzu öldürər.
Atlantik səddi
Atlantik səddi və ya Atlantik divarı (alm. Atlantikwall‎) — Nasist Almaniyasının 1942–1944-cü illərdə Qərbi Avropanın Atlantik sahilləri boyunca, Danimarkadan İspaniyaya qədər yaratdığı daimi istehkamlar sistemi. Sistemin tikinti tamamlanmamışdır. 1944-cü ilin iyununda Normandiya əməliyyatı bu istehkamlar sistemi ABŞ, Birləşmiş Krallıq və onların müttəfiqlərinin qoşunları tərəfindən yarılmışdır. == Zəmin == İkinci Dünya müharibəsi Avropada 1 sentyabr 1939-cu ildə Nasist Almaniyasının Polşaya hücumu ilə başlamışdır. İki gün sonra Birləşmiş Krallıq və Fransa Almaniyaya müharibə elan etmişdir. Polşanın coğrafi mövqeyi Antihitler koalisiyasının birbaşa müdaxiləsinə mane olmuşdur. Hücumdan dörd həftə sonra Almaniya qüvvələri Polşanı işğal etmişdir. Bu qələbədən bir ay keçməmiş Adolf Hitler Almaniyanın Fransa və Benilüks ölkələri üzərindən hücuma hazır olması barədə göstəriş vermişdir. Bununla belə, Almaniya Ali Komandanlığı hazırlıqların ən azı növbəti ilə qədər davam edəcəyinə əmin idi.
Atlantik treskası
Atlantik treskası (lat. Gadus morhua) — Treskalar fəsiləsinə daxil olan balıq növü. Bədəninin uzunluğu 1,8 m təşkil edir. Sənayedə isə 40–80 sm, yaşı 3–10 il olan balıqlardan istifadə edilir. Bel üzgəclərinin sayı 3-dür. Belinin rəngi zeytuni-yaşıldan qonura qədər çalır. Qarqı ağdır. Burnu ətlidir. Arealı Atlantik okeanın mülayim enliklərində üzürlər. Arktika, Ağ dəniz və Baltik dənizi hövzəsində müxtəlif yarımnövlər əmələ gətirir.
Luar-Atlantik
Luar-Atlantik—Fransanın qərbində departament, Pei-de-la-Luar regionunun departamentlərindən biri.Departament 1790-cı ildə yaradılmışdı İnzibati mərkəz — Nant. Əhali — 1 817 685 nəfərdir. == Coğrafiya == Ərazisi 6815 кm². Erdr, Şezin, Sevr, Luara çayları Departament vasitəsilə axırlar. Departamentə 4 dairə , 59 kanton və 221 kommuna daxildir. == Tarixi == Atlantik Luara —Böyük fransa inqilabı zamanı 1790-ci ilin martında yaradılan ilk 83 departamentdən biridir,keçmiş Bretan əyalətin ərazisində yarandı.
Atlantik atnalı yengəci
Atlantik atnalı yengəci (lat. Limulus polyphemus) — Xeliserlilər yarımtipinə, qılıncquyruqlar dəstəsinə daxil olan növ. Meksika körfəzi və Şimali Amerikanın Atlantik sahilləri boyunca yayılmışdır. Bu növ atnalı xərçənglərinin illik köçlərinin əsas istiqaməti Delaver körfəzidir. == Anatomiya və fiziologiya == Bədən bir prosom (ön və ya yuxarı hissədən) və bir opistosomdan (sırasıyla aşağı və ya arxa), həmçinin bir quyruqdan ibarətdir. == Haqqında == Alimlər təkamül haqqında daha çox məlumat əldə etmək üçün Limulus polifemusunu araşdırmışlar. 1967-ci il Tibb Nobel Mükafatı atnalı yengəcinin gözlərinin araşdırılmasına görə verilmişdir. == Həyat tərzi == Atnalı yengəci ekosistemdə əhəmiyyətli rol oynayır. Yumurtaları İslandiya qumluqcası kimi sahil dəniz quşları və böyüklər dəniz tısbağaları ilə qida məmnbəyi rolunu oynayır. Mollyusklar, Həlqəvi qurdlar, digər dəniz onurğasızları və balıqlarla qidalanırlar.
Atlantik tipli sahil
Şimali Atlantik Şurası
Şimali Atlantika Şurası (ing. North Atlantic Council, NAC) — Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) əsas siyasi orqanı. Bu, üzv ölkələrin daimi nümayəndələrindən ibarətdir. Şimali Atlantik Şurası Şimali Atlantika müqaviləsinin 9-cu maddəsinə uyğun olaraq yaradılmışdır və NATO-da səlahiyyətləri birbaşa müqavilədən irəli gələn yeganə qurumdur. Şimali Atlantika müqaviləsi Şimali Atlantik Şurasına müxtəlif siyasi funksiyaları yerinə yetirmək üçün köməkçi orqanlar, o cümlədən müqavilənin digər hissələrini həyata keçirmək üçün müdafiə komitəsi yaratmaq hüququ vermişdir. Şimali Atlantika Şurası 1952-ci ildən daimi iclasdadır. == İstinadlar == == Əlavə ədəbiyyat == Bumgardner, Sherrod Lewis, redaktor NATO Legal Deskbook (PDF) (2nd). Belgium. 2010.
II Vaxtanq Tangik
II Vaxtanq Tangik (doğum və vəfat tarixləri bilinmir) – Aşağı Xaçın knyazı. Sərkis Zaxaryan və Saakanduxt Arsruninin qızı olan Xorişə xatunla evlənmiş, üç oğlu və üç qızı olmuşdur: 1214-cü ildə Böyük oğlu Həsən Cəlal Xaçın taxtına oturmuşdur.
Avro-Atlantik Tərəfdaşlıq Şurası
Avro-Atlantik Tərəfdaşlıq Şurası (AATŞ; ing. Euro-Atlantic Partnership Council, EAPC) — NATO ilə Avropada və Asiyanın Avropa periferiyasında yerləşən qeyri-NATO ölkələri arasında münasibətləri yaxşılaşdırmaq üçün yaradılmış çoxtərəfli forum. Burada dövlətlər əməkdaşlıq etmək və bir sıra siyasi və təhlükəsizlik məsələlərini müzakirə etmək üçün bir araya gəlirlər. AATŞ 29 may 1997-ci ildə Portuqaliyanın Sintra şəhərində nazirlərin görüşündə yaradılmışdır. Bu, 1994-cü ildə yaradılmış Sülh Naminə Tərəfdaşlıq (SNT) ilə birgə fəaliyyət göstərir. == Üzvlər == 50 üzvdən 28-i NATO üzvü, 22-si isə tərəfdaş ölkədir.
Müasir Atlantik İncəsənət Mərkəzi
Müasir Atlantik İncəsənət Mərkəzi (ispan dilində:Centro Atlántico de Arte Moderno, qısaldılmış şəkildə — CAAM) — İspaniyanın Kanar adalarında müasir incəsənətin əsas muzeyi. Muzey Las-Palmas-de-Qran-Kanariya şəhərinin Beqeta rayonunda yerləşir. == Təsviri == Müasir Atlantik İncəsənət Mərkəzi mədəni siyasətinin əsas prinsipi 3 böyük mədəniyyət: Latın Amerikası, Afrika və Avropa mədəniyyətləri əsasında formalaşmış müasir Kanar mədəniyyətinin əsaslandığı "üç qitə" mədəniyyəti nəzəriyyəsinin tədqiq edilməsidir. Müasir Atlantik İncəsənət Mərkəzinin nəzdində fəaliyyət göstərən, incəsənətə, xüsusilə Latın Amerikası, Afrika mədəniyyətinin tarixinə həsr olunmuş, təxminən 57 000 cilddən ibarət ixtisaslaşmış ədəbiyyatdan ibarət la Biblioteca Centro de Documentación muzeyin əsas kolleksiyasının cəmləşdiyi kitabxanadır. == Muzeyin binası == Muzeyin XVIII əsrə aid binasının fasadı arxitektorlar Fransisko Xavyer Saens de Gizanın və Martin Çirionun layihəsi əsasında müasir üslubda yenidən qurulmuşdur. == Tarixi == Müasir Atlantik İncəsənət Mərkəzi 4 dekabr 1989-cu ildə, ilkin olaraq Qran-kanariya adasının hökuməti tərəfindən hədiyyə edilmiş Xose Migel Luxan Peres məktəblərinin fonduna daxil olan eksponatlar əsasında açılmışdır. 2000–2004-cü illərdə muzeyin kolleksiyasına 2000 eksponat əlavə edilmişdir. Hazırda muzeyin fondunda 2 600 daimi eksponat vardır.
Atsik
Atsik — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Atanasio Aqirre
Atanasio Aqirre (isp. Atanasio de la Cruz Aguirre Aguado 2 iyun 1801 - 28 sentyabr 1875) - Uruqvay dövlət xadimi, Prezident vəzifəsinin icra edən şəxs 1864-1865. Onun ilk siyasi çıxışları 1825-1828-ci illərdə azadlıq hərəkatı dönəmində olur. 1833-1838-ci illərdə isə o, hərbi komisar vəzifəsini icra edir. 1852-ci ildə Böyük müharibədən sonra deputat seçildikdən sonra 1861-ci ildə isə Senata seçilir. 1 mart 1864-ci il prezidentlik səlahiyyətlərinin bitməsi ilə əlaqədar Bernardo Prudensio Berronu əvəz edir. Onun bir illik hakimiyyəti dönəmində ölkədə vətəndaş müharibəsinin girdabına yuvarlanır. == Hakimiyyətdən uzaqlaşdırılması == Uruqvay Kolorado Partiyasının rəhbəri Venansio Flores Braziliya İmperiyasının və Argentina prezidenti Bartolome Mitreın dəstəyi ilə Aqirreyə qarşı çıxır.Aqirre 1864-ci ilin mayında Braziliyanın tələblərini rədd edir. 1864-ci ilin dekabrında Aqirre 1851-ci ildə Braziliya ilə imzalanmış Dostluq və Yardımlaşma haqqındakı müqavilədən rəsmi qaydada imtina edir. Üstəlik III Napoleonun yanına səfir yollayır.
Rosa amansii
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. == Yarpaq == Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. == Çiçək == Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
Tadeuş Tanski
Tadeuş Tanski (pol. Tadeusz Tański; 11 mart 1892, Yanuv-Podlyask[d][…] – 23 mart 1941, Auşvits həbs düşərgəsi) — Polşalı avtomobil dizayneri, ixtiraçı, mexaniki mühəndis. Polşalı rəssam və dizayner Çeslav Tanskinin oğlu. == Bioqrafiya == Birinci Dünya müharibəsi başlamazdan əvvəl o, Parisə köçür, burada maşınqayırma ixtisası üzrə təhsil alır və Ali Elektrik Məktəbində təyyarə mühərrikləri üzrə ixtisaslaşır. Müharibə illərində müxtəlif hərbi təyyarələr üçün bir sıra mühərriklər layihələndirib hazırlamış, həmçinin L. Bordon şirkətində zirehli texnikaları geniş şəkildə öyrənmişdir. Daha sonra Armstronq Uitvortda da mühəndis kimi çalışmışdır. 1919-cu ildə Polşaya qayıdır və Hərbi İşlər Nazirliyində Avtomobil bölməsində işləməyə başlayır. Sovet-Polşa müharibəsi zamanı, 1920-ci ildə o, məşhur Ford-T-nin şassisi əsasında Polşanın ilk Ford FT-B zirehli avtomobilini düzəldir. Bu tipli 16 maşın hazırlanır. Müharibədən sonra Tadeuş Polşa silah sənayesində, xüsusən də Kazimej Meger tərəfindən dəvət olunduğu Centralne Warsztaty Samochodowe şirkətində işləyən mühəndislər arasında qalır.
Qalisiya Atlantik Adaları Milli Parkı
Qalisiya Atlantik Adaları Milli Parkı (qalis. Parque Nacional das Illas Atlánticas de Galicia; isp. Parque Nacional de las Islas Atlánticas de Galicia) — İspaniyanın muxtar birliklərindən biri olan Qalisiyada yerləşən yeganə milli park. Həmçinin Qalisiyanın ilk milli parkıdır. Qalisiya Atlantik adaları Siyas arxipelaqından, eləcə də, Ons, Salvora və Korteqada adalarından ibarətdir. Milli park sahəsinin 1.200 hektarı quru, 7.200 hektarı su ərazisidir. Qoruq ərazisi İspaniyanın ən çox ziyarət olunan 10-cu milli parkıdır. İspaniyada qurulmuş 13-cü milli parkdır. == Flora və fauna == Milli parkda dəniz və dəfnə meşəsi ekosistemləri mövcuddur. Burada 200-dən çox dəniz yosunu növü aşkarlanmışdır.
Ailə atası
"Pater familias" (latın dilindən – "ailə atası") — patriarxal ailənin başçısı. Qədim Romada "pater familias" əvvəlcə həyat yoldaşı, uşaqları, qulları, əşyaları üzərində eyni gücə (manus) malik idi. O, bunların hamısını bəraət qazandırmaqla iddia edə bilərdi. Sonra bu güc fərqlənmiş və müxtəlif adlar almışdır. Əvvəlcə ailənin atasının səlahiyyəti qeyri-məhdud idi, qalan ailə üzvləri isə tamamilə gücsüz idi, lakin sonra Roma hüququ onların hüquqlarını tanımağa başlamışdır. Ailə atasının hakimiyyətinin zəifləməsi Roma ailə hüququndakı dəyişiklik, yetkin ailə üzvlərinin müəyyən müstəqilliyini öz üzərinə götürən ticarətin inkişafının nəticəsi idi.
Krım Haber Ajansı
Krım Xəbər Agentliyi (qısaca QHA ), Krım Tatar xalqının milli xəbər agentliyidir. QHA, Krım və Ukraynadakı Krım Tatarları və dünyadakı Krım Tatar diasporları ilə əlaqəli hadisələr haqqında yerli və xarici mətbuata Ukrayn, Rus, Türk və İngilis dillərində xidmət göstərir . Krım Tatar Milli Lideri Mustafa Əbdülcəmil Qırımoğlunun təlimatı ilə iş adamı İsmet Yüksel və Krım Tatar Milli Məclisi üzvü Dr. Gayana Yüksel tərəfindən qurulmuşdur. Agentlik 1944 Krım tatarlarının deportasiyasının 62-ci ildönümü olan 18 May 2006-cı ildə Simferopolda yayım həyatına başladı. 2014-cü ildə Rusiyanın Krımı işğal etməsindən sonra agentliyin fəaliyyəti qanunsuz olaraq bloklandı və 2015-ci ilin iyun ayında qərargahı Kiyevə köçürərək və 2016-cı ildə Ankarada bir əlaqə ofisi açaraq yenidən quruldu.
Demirören Haber Ajansı
Dəmirören Xəbər Agentliyi, həmçinin "Dəmirörən" Xəbər Agentliyi və ya "Demirören" İnformasiya Agentliyi (türk. Demirören Haber Ajansı, DHA) — Türkiyə informasiya agentliyi. == Tarixi == 1999-cu ildə "Hürriyyət" Xəbər Agentliyi ilə "Milliyyət" Xəbər Agentliyinin birləşməsi ilə "Doğan Xəbər Agentliyi" adı ilə qurulmuşdur. 2011-ci ildə Türkiyədə 41, xaricdə isə 26 ofisi olmuşdur. "DHA" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana tənqidi yanaşması ilə tanınırdı. Agentlik 2018-ci ilin martında "Doğan Holdinq" tərəfindən sahibi Ərdoğan hökumətinə yaxın olan "Dəmirören Holdinq"ə satılmışdır. Bundan sonra agentliyin adı "Demirören Xəbər Agentliyi" olaraq dəyişdirilmişdir. == Məzmunu == Türkiyədə 34 ofisi olan DHA, müxtəlif yayım təşkilatlarına, xüsusən də "Dəmirören Media" qrupuna bağlı televiziya, radio və qəzetlərə xəbər və video xidmətləri göstərir. Burada ingilis, alman və Çin, eləcə də türk dillərində xəbərlər təqdim edilir.
Doğan Haber Ajansı
Dəmirören Xəbər Agentliyi, həmçinin "Dəmirörən" Xəbər Agentliyi və ya "Demirören" İnformasiya Agentliyi (türk. Demirören Haber Ajansı, DHA) — Türkiyə informasiya agentliyi. == Tarixi == 1999-cu ildə "Hürriyyət" Xəbər Agentliyi ilə "Milliyyət" Xəbər Agentliyinin birləşməsi ilə "Doğan Xəbər Agentliyi" adı ilə qurulmuşdur. 2011-ci ildə Türkiyədə 41, xaricdə isə 26 ofisi olmuşdur. "DHA" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana tənqidi yanaşması ilə tanınırdı. Agentlik 2018-ci ilin martında "Doğan Holdinq" tərəfindən sahibi Ərdoğan hökumətinə yaxın olan "Dəmirören Holdinq"ə satılmışdır. Bundan sonra agentliyin adı "Demirören Xəbər Agentliyi" olaraq dəyişdirilmişdir. == Məzmunu == Türkiyədə 34 ofisi olan DHA, müxtəlif yayım təşkilatlarına, xüsusən də "Dəmirören Media" qrupuna bağlı televiziya, radio və qəzetlərə xəbər və video xidmətləri göstərir. Burada ingilis, alman və Çin, eləcə də türk dillərində xəbərlər təqdim edilir.
Amansız qatillər (film, 1994)
Amansız qatillər — rejissor Oliver Stounun 1994-cü ildə çəkdiyi film. Əsas rolları Vudi Harrelson, Culyett Lyuis, Robert Dauni-kiçik və Tommi Li Cons ifa edirlər. == Məzmun == Film uşaqlıq travmasına məruz qalmış iki psixopat sevgilinin əhvalatıdır. Onların serial qətlləri KİV tərəfindən işıqlandırıldıqca onlar bütün ölkədə məşhurlaşırlar.