Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərcimək
Mərcimək (cins)
Mərcimək (Kəlbəcər)
Mərcimək — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Mərcimək kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. == Tarixi == Mərcimək kəndi dağətəyi ərazidədir. Mərcimək fitooykonimdir. Yerli məlumata görə, yaşayış məntəqəsini Kolanı (Ağdərə rayonu) kəndindən gəlmiş ailələr mərcimək (paxlalilar fəsiləsindən birillik bitki) bitən ərazidə saldığı üçün belə adlanmışdır.Kəndin ərazisində yaşayan iki nəfər mərc gəlirlər ki, filan bitki burada bitməz. Biri deyir bitər, o birisi deyir bitməz. Bu bitkinin burada bitməsinə əmin olan adam o birisinə deyir ki, mərcimi ək, o birisi həmin bitkini orada əkir və bitki bitib, inkişaf edir. Mərcimək dənli bitki növüdür. Mərcimək sözü də buradan yaranmışdır. == Yaylaqlar == Maral yalının yurdu, Əyriburun yurdu, Binə yurdu, Qayanındibi yurdu, Qayanınboynu yurdu, Daşağıl yurdu, Uzunyal yurdu, Təpə yurd, Çınqıllı yurd, Ərəstənin yurdu, Kalvalılar yurdu, Cümşüd bəyin yurdu.
Mərcimək (cins)
Mərcimək (lat. Lens) - paxlakimilər fəsiləsinə aid (paxlalılar fəsiləsindən birillik) bitki cinsi. fars mənşəli olan mərcimək kəlməsi, bəzi türk dillərində yasmıq adlanır. == Ümumi məlumat == Proteinlə zəngin olan bitki növüdür. Vətəni həm Avropa, həm də Asiyadır. Hətta qədim Misir piramidalarında da mərciməyin qalıqları tapılmışdır. Yarpaqları yaşıl, çiçəkləri ağ, çəhrayı, bənövşəyidir. Toxumlarının ölçüsünə görə həm iritoxumlu, həm də xırdatoxumlu mərciməklər var. Ən çox məlum olan növləri qırmızı, sarı və yaşıl mərciməkdir. Mərcimək ən çox Avropa, Asiya, Afrika ölkələrində yayılmışdır.
Mərcimək (növ)
Mərcimək (lat. Lens esculenta) — Lens cinsinə aid bitki növü. fars mənşəli olan mərcimək kəlməsi, bəzi türk dillərində yasmıq adlanır. == Sinonimləri == Ervum lens Wall. Vicia lens (L.) Cosson & Germ. Vicia pisicarpa H.Lév.
Mərcimək şorbası
Mərcimək şorbası, əsas məmulatı qırmızı, sarı və ya yaşıl mərcimək olan; un, duz, tərəyağı, ət suyu, soğan, qırmızı və ya qara bibər ilə hazırlanan şorba. Türkiyədə mərcimək şorbası düzəltmək üçün soğandan əlavə kartof, kök və iyli kərəviz də istifadə olunur. Şorba qaynadıqda buxarlanmasın deyə üstünə paltar(həli) qoyulur.
Qırmızıqanad mərcimək quşu
Mərciməkquşu
Mərciməkquşu (lat. Rhodopechys) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin torağaylar fəsiləsinə aid heyvan cinsi.
Qırmızıqanad mərciməkquşu
Qırmızıqanad mərciməkquşu (lat. Rhodopechys sanguineus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin torağaylar fəsiləsinin mərciməkquşu cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Adi tarla torağqyını xatırladan səsi vardır. Çoxalma dövründə qayalıqların zirvələrinə və ümumiyyətlə 1500 m-ə qədər qalxırlar. Uzaqdan tünd qəhvəyi, yaxınlaşıldığında çox aşkar görünən çəhrayı, qara kənarlı qanadları, tünd rəngli başı, naxışlı üzü naxışı və bədən xalları görsənir. Erkəklərin quyruq kökləri çəhrayı və quyruq ucları ağdır. Cinslər arasında fərq vardır. Geyimlərində mövsümi dəyişiklik müşahidə edilmir. Cavan fərdlərdə açıq qəhvəyi rəngdədir.
Leonor Merime
Jan Fransua Leonor Merime (fr. Jean-François-Léonor Mérimée; 16 sentyabr 1757 – 26 sentyabr 1836, Paris) — fransız rəssam və incəsənət mütəxəssisi. Məşhur yazıçı Prosper Merimenin oğlu.Leonor Merime ədəbiyyat, tarix, incəsənət, arxeologiya, dilçilik və kimya ilə maraqlanırdı. O yağlı boya ilə davamlı kompozisiyaları, kağız istehsalında yeni üsullar kəşf etməsi ilə Paris İncəsənət Məktəbinin daimi üzvü idi. 1830-cu ildə "Yağlı boya ilə rəssamlıq" kitabını nəşr etdirmişdi. == İstinadlar == == Ədəbiyyat == Gaston Pinet, Léonor Mérimée (1757–1836) , Honoré Champion éditeur, Paris, 1913.
Prosper Merime
Prosper Merime (fr. Prosper Mérimée; 28 sentyabr 1803 – 23 sentyabr 1870) — XIX əsr məşhur fransız yazıçısı, Fransa Akademiyasının üzvü. == Həyatı == Yenilik tərəfdarı, XVIII əsr ideyaları ruhuna sadiq olan kimyaçı alim və rəssam Jan Fransua Leonor Merimenin ailəsində doğulmuş Prosper erkən yaşlarından özündə gözəl zövq və incəsənət sevgisini inkişaf etdirməyə başlamışdır. Parisdə hüquq elmləri kursunu bitirən gənc Prosper əvvəlcə iyul monarxiyası dövrünün nazirlərindən qraf d’Artunun katibi olmuş, sonralar isə Fransa tarixi abidələrinin baş inspektoru təyin edilmişdir. 1830-cu ildə İspaniyaya ilk səfəri zamanı o, qraf Teba və onun xanımı ilə tanış olmuşdur. Gələcək Fransa imperatriçası Yevgeniya qraf Tebanın qızı idi. Fransada İkinci imperiya dövründə Merime qrafinya Montihonun ailəsinin köhnə dostlarından biri kimi Tüilrilərin sarayına yaxın adam hesab olunurdu. İmperatriça Yevgeniya və III Napoleon onunla dost idilər. 1853-cü ildə Merime senator dərəcəsi almışdır. == Ədəbiyyata gəlişi == Merimenin ədəbiyyat sahəsində ilk addımı 20 yaşında yazdığı "Kromvel" tarixi dramıdır.
Jan Fransua Leonor Merime
Jan Fransua Leonor Merime (fr. Jean-François-Léonor Mérimée; 16 sentyabr 1757 – 26 sentyabr 1836, Paris) — fransız rəssam və incəsənət mütəxəssisi. Məşhur yazıçı Prosper Merimenin oğlu.Leonor Merime ədəbiyyat, tarix, incəsənət, arxeologiya, dilçilik və kimya ilə maraqlanırdı. O yağlı boya ilə davamlı kompozisiyaları, kağız istehsalında yeni üsullar kəşf etməsi ilə Paris İncəsənət Məktəbinin daimi üzvü idi. 1830-cu ildə "Yağlı boya ilə rəssamlıq" kitabını nəşr etdirmişdi. == İstinadlar == == Ədəbiyyat == Gaston Pinet, Léonor Mérimée (1757–1836) , Honoré Champion éditeur, Paris, 1913.