BAMBILI – AĞIR Həmin bu mərkəzin bərəkətindəndir ki, mən bu bambılı Əhmədin yanında olmuşam bir balaca uşaq
BAMƏZƏ – QARADİNMƏZ O çox baməzə qoca idi. Zarafat etməyi və lətifə söyləməyi çox sevərdi (M.S.Ordubadi); Usta qaradinməz bir kişi idi, haraya isə təl
BARBARLIQ – MƏDƏNİLİK ...Rica edirəm, sözlərinizə diqqət edin, yüksək cəmiyyətdə belə rəftar barbarlıqdır (C
BARIŞIQLIQ – KÜSÜLÜLÜK Oğlanla qızın valideynləri arasında barışıqlıq oldu. Aralarındakı küsülülük hələ davam edirdi (Ə
BARIŞMAQ – DALAŞMAQ Mən küsməmişəm ki, barışam. Mən dalaşmaq fikrində deyiləm (C.Əmirov). BARIŞMAQ – VURUŞMAQ Xosrov deyirdi ki, gəlsin barışaq (S
BASABAS – SEYRƏKLİK Vaqonlarda basabas idi (Mir Cəlal); ...Göz işlədikcə uzanan bu düzənliklərdə ağacın azlığı, kölgəliyin seyrəkliyi Gülşəni yay kimi
BASDIRMAQ – ÇIXARTMAQ Çox pakizə... Sübh tezdən hamısını basdıraram (N.Vəzirov); O dirəkləri çıxartmaq lazımdır, əl-ayağa dolaşır
BASMAQ – AÇMAQ Dərhal qapını basıb, mətbəxə qayıtdı (Mir Cəlal); Aç gözün, gözlərinin qurbanı; Bir tamaşa elə, gör dünyanı (A
BAŞ-AYAQ – DÜZ A kişi, sən baş-ayaq nə üçün danışırsan (A.Şaiq); Sən ona düz deyirsən ki, oxumaq kasıblara müyəssər olmurdu (Mir Cəlal)
BAŞAĞRISI – RAHATLIQ Bizə başağrısı verməyin, canım (S.Rüstəm); Sizin əlinizdən mənə rahatlıq yoxdur
BAŞDANSOVDU – DİQQƏTLİ Mehmanın başdansovdu sözündən, soyuq söhbətindən sonra gələn adamlar dağılışıb getdilər (S
BAŞIALOVLU – TƏMKİNLİ Nənəqız başıalovlu bazarı axtarıb qızını tapdı (S.Rəhimov); Cəmil özünü sakit, təmkinli bir şəxs kimi aparırdı
BAŞIAŞAĞI – BAŞIYUXARI Sərdar evlərinin qabağında bir daxmaya girib səhərdən axşama kimi başıaşağı iynə vurmaqdadır (C
BAŞIAŞAĞILIQ – DİKBAŞLIQ Başıaşağılıq insanı həmişə hörmətləndirər. Dikbaşlıqdan yerə-göyə sığmırsan! (M
BAŞIBƏLALI – BƏXTLİ Nə soxulmusan araya, a başıbəlalı fələ? (M.Ə.Sabir); Ağəli isə doğrudan da, deyəsən, bəxtli adam idi (C
BAŞIBOŞ – AĞILLI Sərdar başıboşdur, ağlına nə gəlir onu deyir. Gəl, ağıllı oğlum, rahat ol, bir seyid qonağımız da var (S
BAŞIDAŞLI – XOŞBƏXT Ay başıdaşlı kişi, dinmə, uşaqdır, uşağım (M.Ə.Sabir); Xoşbəxt həyat onu sevindirirdi
BAŞIDOLU – BAŞIBOŞ Çünki doğrudan da başıdolu oğlansan (Ə.Haqverdiyev); Özünü başıboş adam kimi aparır
BAŞILOVLU – SAKİT Kişi yuxudan dik atıldı, başılovlu yazı stoluna sarı qaçdı (Mir Cəlal); Katibin sakit, hətta uşaq və mehriban səsi heç bir şey bildi
BAŞIPOZUQ – İNTİZAMLI Ətraf küçələr başıpozuq camaatla dolu idi (M.S.Ordubadi); Bizim tələbələr iməciliyə intizamlı, mütəşəkkil çıxmışlar
BAŞISOYUQ – DİQQƏTLİ ...Aldığını və eşitdiyini düşünməyəcək, çaşqın, başısoyuq adamlardan deyiləm... (A
BAŞISOYUQLUQ – DİQQƏTLİLİK Bu hələ özü də başısoyuqluqdur (C.Cabbarlı); Rəhbərlikdən işçilərə qayğıkeşlik, diqqətlilik tələb olunur
BAŞQA – DOĞMA Yaşamağın qanunu da bəlkə budur: Hər dəfn olan özü deyil; Başqası tək dəfn olunur... (M
BAŞQALAŞMAQ – DOĞMALAŞMAQ Bir də sevgilimi aldatmaq üçün; Dəyişib cildimi başqalaşmadım (S.Vurğun); Bu yerlər elə bil mənə doğmalaşdı
BAŞQALIQ – DOĞMALIQ Bu kərrə sizdə bir başqalıq vardı (S.Hüseyn); Buna baxmayaraq, burada Güləbətin qəribə bir doğmalıq hiss edirdi (M
BAŞLAMAQ – QURTARMAQ Lakin danışığı haradan başlasalar, axırda yenə yaş söhbətlə qurtarır (Çəmənzəminli)
BAŞLI – KÜT Dünən evinə gələn kim imişsə, başlı adam imiş, “içərilərdən” gəlmişmiş (Mir Cəlal); Küt uşaqdır, ondan oxuyan çıxmaz
BAŞLIQ – SONLUQ "Bir ömür yolunda"... bu başlıq nədi? (M.Araz); Aldanmısan sonluğu; Toyla bitən nağıla… (N
BAŞSIZ – AĞILLI Bu başsız uşaq başa düşür ki, öz hərəkətləri ilə özünə dost qazanmır. Çox ağıllı və namuslu qız imiş (M
BATABAT – ÇIXAÇIX Günün batabat zamanı idi (M.İbrahimov); Mən evdən çıxaçıxda o məni yaxaladı
BATAQLI – QURU Bataqlı küçələr düzəlib, gecələr elektrik ilə işıqlanırdı (S.S.Axundov); Mahmud... quru ot-ələf yığılmış çardağın altına girdi (Ə
BATAQLIQ – QURULUQ Küçənin ortası hər zaman bataqlıq və palçıq olurdu (S.Rəhman); Adanın quruluq hissəsində oturub dənizə tamaşa edirdik (M
BATIQ – ÇIXIQ Qoy onun o quyuya düşmüş batıq gözləri lap kəlləsinə çıxsın (S.Rəhimov); Elə bil onun gözü yerindən oynamış, çıxıq kimi görünürdü
BATIŞ – ÇIXIŞ Günəşin batışı ilə çıxışı gözəl olur. Günorta yerində olanda ona heç baxan da olmur (Çəmənzəminli)
BATİN – ZAHİR Niyə qoyun başlı qurdların ürəyinə işıq salmır ki, zahirdə qızılgüldür, amma batində onun tikanlarıdır (Ə
BATİNİ – ZAHİRİ Bu adamın zahiri quruluşu kimi, batini həyatının da çox maraqlı olduğunu onun hər sözündən, hər hərəkətindən anlamaq olurdu (A
BATMAQ – ÇIXMAQ Vallah özümü elə itirmişəm ki, bilmirəm gün haradan çıxır, harada batır (Ə.Haqverdiyev)
BAYAĞI – MƏNALI Rəsulovun şirin dili, dərin mənalı baxışı o dəqiqə öz təsirini göstərdi (C.Əmirov); Bayağı adamlar yadıma düşəndə qanım qaralır (M
BAYAQ – DÜNƏN Mən bayaq zarafat eləmirdim (Elçin); Dünən bu hadisə onu bərk əsəbiləşdirmişdi (M.İbrahimov)
BAYAT – TƏZƏ Sonra anam dedi ki, iki tikə çörəyimiz qalıb, özü də bayatdır, isti çörək al, atan gəlib təzə çörək yesin (M
BAYĞIN – AÇIQ Almazın dalğın duruşu, bayğın baxışları, gizli göz yaşları Pakizəni heç açmırdı (A.Şaiq); Sabirin yazdığı şeirlərin çoxu açıq və sadə an
BAYRAM – YAS Xanın bayramıdır, elin yasıdır (S.Rüstəm)
BEHİŞT – CƏHƏNNƏM Pərvərdigara, belə müqəddəs kişi cəhənnəmə düşəndə bəs behiştə kim göndəriləcək? (Ə
BEHİŞTLİK – CƏHƏNNƏMLİK Onu bilirəm ki, behiştlik atan güclə yadımdadır (Çəmənzəminli); Dərvişsiz olan məmləkətin şöhrəti olmaz; Dünyası cəhənnəmlik o
BEKAR – İŞGÜZAR Ay qız, bekar dayanma, tez ol, onun cibindəki tapançanı çıxart (C.Əmirov); Muxtar Zeynalovu işgüzar və gözütox bir adam kimi tanıyırdı
BEKARÇILIQ – İŞGÜZARLIQ Bekarçılıqdan darıxıram (C.Əmirov); Çünki onu tanıyırdı, işgüzarlığına bələd idi (Mir Cəlal)
BƏD – ŞAD Şad xəbəri tez çatdırmağa heç vaxt tələsmir, bəd xəbəri tez deməyə ürəyi atlanır (F.Kərimov)
BƏDBƏXT – BƏXTİYAR Gərçi bu bədbəxt özü elmə həvəskardır (M.Ə.Sabir); Axırımız məsud, gələcəyimiz bəxtiyardır, – dedim (M
BƏDBƏXTLİK – BƏXTİYARLIQ Get-gedə kəndi kasıblıq və bədbəxtlik bürüyürdü (A.Şaiq); Körpə anasını itirdi birdən; Qanadı büküldü bəxtiyarlığın (Q
BƏDXAH – XEYİRXAH O vədə öz babalarının əməllərindən xəcalət çəkib xeyirxahları ilə bədxahlarını əlbəttə tanıyacaqdır (Ə