Толковый словарь азербайджанского языка

  • AVARA

    [fars.] 1. is. Heç bir işlə məşğul olmayaraq boş-boş gəzən adam, işsizgücsüz adam. Burası xırda alverçilərin və bazar avaralarının dolandığı yer idi

    Полностью »
  • AVARA-AVARA

    zərf Veyil-veyil, boşboşuna, heç bir işlə məşğul olmayaraq. Avara-avara veyllənmək

    Полностью »
  • AVARAÇILIQ

    bax avaralıq. Avaraçılıqla gününü keçirmək

    Полностью »
  • AVARALANMA

    “Avaralanmaq”dan f.is

    Полностью »
  • AVARALANMAQ

    f. Avara-avara gəzmək, veyllənmək, xeyirli bir işlə məşğul olmamaq, vaxtını boş-boşuna keçirmək

    Полностью »
  • AVARALAŞMA

    “Avaralaşmaq”dan f.is

    Полностью »
  • AVARALAŞMAQ

    f. dan. 1. Avara olmaq; tənbəlləşmək, intizamsızlaşmaq, heç bir işlə məşğul olmamaq. 2. Xarab olmaq, korlanmaq, pisləşmək

    Полностью »
  • AVARALIQ

    is. 1. Heç bir işlə məşğul olmama, vaxtını boş-boş keçirmə; sərsərilik. Bu oğlan avaralığa öyrənib, heç bir işdən yapışmaq istəmir

    Полностью »
  • AVARÇƏKƏN

    is. Qayıqda avar çəkməklə məşğul olan adam. Avarçəkənlərin yarışı başa çatdı

    Полностью »
  • AVARÇI

    is. bax avarçəkən

    Полностью »
  • AVARƏ

    [fars.] bax avara1. Mişki-Çin avarə olmuşdur vətəndən mən kimi. Füzuli. Ey səba, yarə de ki, avarə gördüm Vaqifi

    Полностью »
  • AVARİYA

    is. [ital.] Qəza, nəqliyyat vasitələrinin toqquşması nəticəsində əzilərək sıradan çıxması. Çətin işdə, avariya vaxtlarında bir də görərdin qapıda maşı

    Полностью »
  • AVARLAMA

    “Avarlamaq”dan f.is

    Полностью »
  • AVARLAMAQ

    f. Avar çəkmək

    Полностью »
  • AVARLI

    sif. Avarı olan, kürəyi olan, avarla hərəkətə gətirilən. Avarlı qayıq

    Полностью »
  • AVAZ

    is. [fars.] 1. Səs, səda. Avazın yaxşı gəlir, oxuduğun Quran olsa. (Ata. sözü). Həkim özü yaxşıca avaz ilə oxuyurdu

    Полностью »
  • AVAZAT

    is. [fars. “avaz” söz. cəmi] mus. Orta əsr Yaxın Şərq musiqi dəstgahlarında son altı pərdənin ibtidasını təşkil edən havacat silsiləsi

    Полностью »
  • AVAZƏ

    is. [fars.] bax avaz. Ta əzəldən var mənim guşimdə eşq avazəsi. Xətayi. Nalədəndir ney kimi avazeyi-eşqim bülənd

    Полностью »
  • AVAZIMA

    “Avazımaq”dan f.is

    Полностью »
  • AVAZIMAQ

    f. Rəngi qaçmaq, rəngi solmaq

    Полностью »
  • AVAZIMIŞ

    f.sif. Rəngi qaçmış, solmuş. Cəlalzadə Dəmirovun avazımış sifətinə baxdı. S.Rəhimov

    Полностью »
  • AVAZLANMA

    is. Tələffüz tərzi, səsin tonu, yüksəlib-enməsi; intonasiya

    Полностью »
  • AVAZLAŞMA

    “Avazlaşmaq”dan f.is

    Полностью »
  • AVAZLAŞMAQ

    qarş. Səs-səsə vermək, bir yerdə oxumaq. AVAZLIsif. Səsi olan; gözəl səsli, xoş səsli. Naz eləyən nazlı dilbər; Qumru tək avazlı dilbər; Salla yana si

    Полностью »
  • AVAZSIZ

    zərf Ahəngsiz, adi səslə, hava ilə olmayaraq. Qənbər başını salır aşağı və bir də avazsız həmin sözləri deyir

    Полностью »
  • AVDUĞ

    bax abduq

    Полностью »
  • AVESTA

    is. Qədim, əfsanəvi peyğəmbər Zərdüştə isnad edilən müqəddəs kitablar külliyyatı. Avestanın yazıldığı dili bəzən Midiya dili adlandırırlar

    Полностью »
  • AVIRTMAC

    is. məh. Un ilə yağdan bişirilən bir xörək

    Полностью »
  • AVİA...

    [lat.] Mürəkkəb sözlərin əvvəlində aviasiya mənasını ifadə edir, həmin sözlərin aviasiyaya aid olduğunu göstərir; məs

    Полностью »
  • AVİÁSİYA

    [fr.] Hava nəqliyyatının hamısı, hava donanması. Mülki aviasiya. Hərbi aviasiya. Aviasiya bayramı. Aviasiya texnikasının inkişafı

    Полностью »
  • AVİASİYAÇI

    is. Hava nəqliyyatı işçisi, hava donanması xidmətçisi. Aviasiyaçılar hərbi dənizçilərin təliminə həsr edilmiş montajlar və stendlər düzəldirlər

    Полностью »
  • AVİÁTOR

    [fr.] Hava donanmasında təyyarəçi

    Полностью »
  • AVİTAMİNÓZ

    [xar.] tib. Qidada vitaminlərin olmaması və ya azlığı nəticəsində əmələ gələn xəstəlik; vitamin çatışmazlığı

    Полностью »
  • AVİZƏ₂

    is. [fars.] köhn. Sırğa

    Полностью »
  • AVİZƏ₁

    is. [fars.] köhn. Çilçıraq, qəndil. Tavandan asılan avizənin hər birisi dar ağacından asılan bir vücud kimi donub dururdu

    Полностью »
  • AVİZƏLİ

    sif. Qəndilli, çilçıraqlı, qəndil asılmış. [Əbülhəsən bəy:] Biz balkonla avizəli və böyük lampalarla işıqlanmış otaqların qabağından keçərək gedirdik

    Полностью »
  • AVİ́ZO

    [ital.] mal. Qarşılıqlı bank hesablaşmalardakı dəyişikliklər haqqında göndərilən bildiriş vərəqəsi

    Полностью »
  • ÁVQUST

    [lat.] Təqvim ilinin səkkizinci ayı. Avqust ayı Roma imperatoru Avqust şərəfinə adlandırılmışdır

    Полностью »
  • ÁVRAL

    [ing.] 1. Gəmidə bütün komandanın iştirakı ilə görülən iş. Artıq avraldan çox nadir hallarda istifadə edilir

    Полностью »
  • AVRALÇILIQ

    is. Ciddi bir işin çox tələsik, başdansovma, eyni zamanda patıltı-gurultu ilə görülməsi (yalnız mənfi mənada işlənir)

    Полностью »
  • AVRÓPASENTRİZM

    is. Elmin, incəsənətin, fəlsəfənin, ədəbiyyatın və s. həqiqi sərvətlərin, zənginliklərin inkişafını yalnız Avropada görən konsepsiya

    Полностью »
  • AVSTRALİYALI

    is. Avstraliya qitəsi əhalisinə mənsub adam

    Полностью »
  • AVSTRALOPİTEK

    is. [lat.] Qazıntı zamanı tapılmış insanabənzər meymun (artıq nəsli kəsilmişdir). Avstralopiteklərin qalıqları

    Полностью »
  • AVSTRİYALI

    is. Avstriyanın əsas əhalisinə mənsub adam

    Полностью »
  • AVŞAR

    is. məh. Şəlalə, şır-şır, şırran

    Полностью »
  • AVŞARLAMAQ

    f. məh. Südün hamısını sağmaq üçün heyvanın yelinini ovuşdurmaq, sıxmaq

    Полностью »
  • AVTO

    [fr.] Avtomobil. Uzanmış şəhərin polad əlləri; Qatarlar, avtolar gəlir Muğana. S.Vurğun. Avto müfəttişi yoxdur ki, Ağabalanı tanımasın

    Полностью »
  • AVTO...

    [yun.] Mürəkkəb sözlərin birinci tərkib hissəsi olub, aşağıdakı mənaları ifadə edir: a) avtomobil sözünün ixtisarı, məs

    Полностью »
  • AVTOBİOQRAFİ́K

    sif. Bir şəxsin öz həyatına, tərcümeyi-halına aid olan. Avtobioqrafik əsər

    Полностью »
  • AVTOBİOQRÁFİYA

    [yun.] Bir şəxsin özü tərəfindən yazılmış tərcümeyi-halı

    Полностью »