Толковый словарь азербайджанского языка

  • XƏMRƏLİK

    is. Xəmrə üçün ayrılmış xəmir tikəsi, mayalıq xəmir

    Полностью »
  • XƏMRƏSİZ

    sif. Xəmrə qatılmamış. Xəmrəsiz çörək

    Полностью »
  • XƏMSİ

    is. zool. Siyənəyəoxşar dəniz balığı

    Полностью »
  • XƏMSİN

    is. [ər.] Ərəblərdə: qışın, qırx günündən sonra gələn əlli günlük mövsümünün xalq təqvimində adı, habelə bu dövrdə əsən küləyin yerli adı

    Полностью »
  • XƏNCƏR

    is. [fars.] Ucu sivri, iki tərəfi iti soyuq silah. Otağın baş tərəfindən divardan bir maral başı, bir də tüfəng, onun da altında bir xəncər asılmışdı

    Полностью »
  • XƏNCƏRQAYIRAN

    bax xəncərsaz

    Полностью »
  • XƏNCƏRLƏMƏ

    “Xəncərləmək”dən f.is

    Полностью »
  • XƏNCƏRLƏMƏK

    f. Xəncərlə vurmaq, yaralamaq; xəncərlə çapmaq

    Полностью »
  • XƏNCƏRLƏŞMƏ

    “Xəncərləşmək”dən f.is

    Полностью »
  • XƏNCƏRLƏŞMƏK

    qarş. köhn. Dalaşaraq bir-birini xəncərlə vurmaq, xəncərləmək

    Полностью »
  • XƏNCƏRLİ

    sif. Xəncər bağlamış, xəncəri olan, yaxud əlində xəncər. Oturmuşlar məğrur, qollar çirməkli; Xəncərli, qılınclı, patron-tüfəngli

    Полностью »
  • XƏNCƏRSAZ

    is. [fars.] köhn. Keçmişdə xəncər qayıran usta. Bakıda ümumiyyətlə peşəkarlar: keçəçi, dabbağ, dərzi, xəncərsaz və sairə çox olardı

    Полностью »
  • XƏNCƏRVARİ

    sif. Xəncər kimi, xəncərəoxşar, xəncərşəkilli

    Полностью »
  • XƏNCƏRVURAN

    is. köhn. Keçmişdə məhərrəmlikdə aşura günü xəncərlə öz başını yaran

    Полностью »
  • XƏNDAN

    sif. [fars.] klas. 1. Gülən, gülər, şən, üzügülər. Kim görübdür Qövsiyi məhzuni xəndan bir nəfəs? Qövsi

    Полностью »
  • XƏNDƏ

    is. [fars.] köhn. Gülüş

    Полностью »
  • XƏNDƏK

    is. [ər.] Torpaqda uzununa qazılmış dərin çuxur. [At] qabağına çıxan xəndəklərdən məharətlə atılır, balaca qulaqlarını qısaraq çapırdı

    Полностью »
  • XƏNDƏKQAZAN

    is. Xəndək qazımağa məxsus maşın. // Sif. mənasında. Xəndəkqazan maşın

    Полностью »
  • XƏNDƏKOTU

    is. bot. İri yarpaqları və boruşəkilli gülləri olan, əsasən xəndək, çay kənarlarında və rütubətli yerlərdə bitən yabanı bitki

    Полностью »
  • XƏRABAT

    is. [ər.] klas. Meyxana, işrətxana. Yox, dəxi könlüm mənim meyxanəyə mayil deyil; Kim gəzir ev-ev xərabat içrə hüşyar axtarır

    Полностью »
  • XƏRABATİ

    sif. və is. 1. Vaxtını meyxanalarda, işrətxanalarda, sərxoşluqda keçirən, əlinə keçən pulu keyfə, içkiyə, eyş-işrətə xərcləyən adam; əyyaş

    Полностью »
  • XƏRAC

    is. [ər.] tar. Vergi, bac. [Koroğlu dedi:] Verin yeddillik xəracı; Paşalar gətirsin bacı. “Koroğlu”. [Şah Abbas:] Həmədan vilayətinin üçillik xəracını

    Полностью »
  • XƏRC

    is. [ər.] İşlənən, sərf olunan pul; məsarif, məsrəf, məxaric. [Məşədi İbad:] A kişi, axı bunun bir anbar da toy xərci var

    Полностью »
  • XƏRC-BORC

    zərf Borc pul alaraq, borca düşərək, zorla pul taparaq, ondan-bundan borc alaraq. Xərc-borc etmək. □ Xərcəborca düşmək – borc pul almağa, borca düşməy

    Полностью »
  • XƏRCLƏMƏ

    “Xərcləmək”dən f.is

    Полностью »
  • XƏRCLƏMƏK

    f. Sərf etmək, işlətmək, məsrəf etmək (pulu). Şəfiqə xanım yavaşyavaş var-yoxundan satıb xərcləyirdi

    Полностью »
  • XƏRCLƏNMƏ

    “Xərclənmək”dən f.is

    Полностью »
  • XƏRCLƏNMƏK

    məch. Sərf edilmək, xərc edilmək, işlənmək (pul haqqında). Pulların hamısı xərclənmişdir. – …Əsil mayanın bir hissəsi də müntəzəm bir surətdə [Mahmudu

    Полностью »
  • XƏRCLİK

    is. Adi gündəlik və xırda xərclər üçün verilən, ya ayrılan pul; cibxərci. [Hacı Mehdi:] Ala, qabaqcadan da bir az sənə xərclik verim

    Полностью »
  • XƏRÇƏNG₁

    is. zool. Buğumayaqlılar tipindən üstü qınla örtülü və baş tərəfdə iri qısqacları olan suda yaşayan onurğasız heyvan

    Полностью »
  • XƏRÇƏNG₂

    is. İnsan və heyvanın həm iç, həm də bayır orqanlarında əmələ gələn xətərli şiş. Bədbəxtlikdən il yarım bundan qabaq [Balaşın] mədəsində xərçəng yaras

    Полностью »
  • XƏRÇƏNGKİMİLƏR

    is. zool. Xərçəngəoxşar onurğasız buğumayaqlılar qrupu. Xərçəngkimilərlə qidalanan balıqlar

    Полностью »
  • XƏRƏK

    is. [fars.] 1. Daş, qum və s. şeylər daşımaq üçün taxtadan və s.-dən düzəldilmiş alət. Xərəklə qum daşımaq

    Полностью »
  • XƏRƏNGƏ

    is. dan. Qarmaqarışıqlıq, səs-küy, nizamsızlıq. Məclisdə bir xərəngəlik vardı. Aralarında qadınlar olmasına baxmayaraq, açıq-saçıq sözlər söyləməkdən

    Полностью »
  • XƏRƏNGƏLİK

    is. dan. Qarmaqarışıqlıq, səs-küy, nizamsızlıq. Məclisdə bir xərəngəlik vardı. Aralarında qadınlar olmasına baxmayaraq, açıq-saçıq sözlər söyləməkdən

    Полностью »
  • XƏRƏZİ

    bax xırdavat

    Полностью »
  • XƏRİF

    sif. [ər.] Qocalıqdan ağlı zəifləmiş, səfehləmiş, sərsəmləmiş

    Полностью »
  • XƏRİFLƏMƏ

    “Xərifləmək”dən f.is

    Полностью »
  • XƏRİFLƏMƏK

    f. Qocalıqdan başı xarab olmaq, beyni kütləşmək, səfehləmək. Zəki Məmmədbağırın xəriflədiyinə qənaət hasil etdi

    Полностью »
  • XƏRİFLİK

    is. Ağlı başından çıxmış adamın halı; ağıl seyrəkliyi, sərsəmlik

    Полностью »
  • XƏRİTƏ

    is. [ər.] Yer səthinin coğrafi vəziyyətinin kağız və s. üzərində təsviri. Coğrafiya xəritəsi. Asiyanın xəritəsi

    Полностью »
  • XƏRİTƏÇƏKƏN

    bax xəritəçi

    Полностью »
  • XƏRİTƏÇİ

    is. Coğrafiya xəritələri tərtib edən mütəxəssis; kartoqraf

    Полностью »
  • XƏRİTƏÇİLİK

    is. Coğrafi xəritə çəkmə (tərtib etmə) sənəti; kartoqraflıq

    Полностью »
  • XƏSARƏT

    is. [ər.] Ziyan, zərər. [Züleyxa ilə Cəmilin] yaşadıqları kənd müharibə cəbhəsinə yaxın olduğundan böyük xəsarətlərə düçar olmuşdu

    Полностью »
  • XƏSİL

    is. Göy taxıl. Alaq otları torpaqdakı qidalı maddələri almaqla xəsilləri zəifləşdirir. – İl faraş gəlsə, yaylaqda ot, qışlaqda güzdək və xəsil bol ols

    Полностью »
  • XƏSİLLƏŞMƏ

    “Xəsilləşmək”dən f.is

    Полностью »
  • XƏSİLLƏŞMƏK

    f. Göyərmək (taxıl haqqında). Körpə və tər taxıl xəsilləşirdi. S.Rəhimov

    Полностью »
  • XƏSİLLİK

    is. Xəsil olan, xəsil əkilən yer. Xəsillik salmaq. // Xəsil üçün ayrılan. Xəsillik arpa

    Полностью »
  • XƏSİS

    sif. Simic, ifrat dərəcədə qənaətcil, pul xərcləməkdən hər vasitə ilə çəkinən. [Qulu:] Allah pulu götürüb belə xəsisə verir ki, sandığa qoyub gecə-gün

    Полностью »